DÜNYA ƏDƏBİYYATI NÜMUNƏLƏRİ AZƏRBAYCAN DİLİNDƏ
Azərbaycanda latın qrafikalı
əlifbaya keçilməsindən sonra ölkəmizdə uzun illər boyu nəşr olunmuş bədii, elmi,
elmi-texniki və s. ədəbiyyat nümunələri latın qrafikalı əlifba ilə təhsil alan
gənclər üçün əlçatmaz olmuşdur. Bu problemi aradan qaldırmaq məqsədilə
Azərbaycan dövləti müvafiq addımların atılmasını zəruri hesab etmiş və bu sahədə
bir sıra vacib işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı
illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli
sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana
şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan və dünya
ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9
milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına
verilmişdir. Proses indi də davam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin
latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi
istiqamətində mühüm işlər görülmüşdür.
Azərbaycan Respublikası
Prezidentinin müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi
tələbatını təmin etmək məqsədi ilə imzaladığı sərəncamları təqdim edirik.
DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ
NÜMAYƏNDƏLƏRİNİN
ƏSƏRLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
PREZIDENTININ SƏRƏNCAMI
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan dilində latın rafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə
Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli
sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana
şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan və dünya
ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9
milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına
verilmişdir. Proses indi də davam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin
latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi
istiqamətində mühüm işlər görülmüşdür. Lakin həmin kitabların satışının nəzərdə
tutulmaması və kitab həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında
nəfis şəkildə çap olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək tələbatı
onların ayrıca olaraq nəşri zərurətini meydana çıxarmışdır.
1. Azərbaycan və dünya
ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı
kitabxanası" nəfis tərtibatla nəşr edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər
Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla
bu sərəncamın 1-ci bəndində qeyd olunan "Dünya ədəbiyyatı kitabxanası"nın nəşri
ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2007-ci il
1. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik
“Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısı təsdiq edilsin
(siyahı əlavə olunur).
2. Azərbaycan Milli Elmlər Akademiyası bu sərəncamın 1-ci bəndi ilə təsdiq
olunmuş siyahıya daxil edilmiş əsərlərin tərcüməsi, tərtibatı və çapa
hazırlanması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatına təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham
ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2007-ci il
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 30
DEKABR TARİXLİ SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞDİR
I. Klassik dünya ədəbiyyatı
1. Aleksandr Puşkin. Seçilmiş əsərləri
2. Anton Çexov. Seçilmiş əsərləri
3. Artur Konan Doyl. Əsərləri
4. Cek London. “Martin İden”
5. Con Milton. Seçilmiş əsərləri
6. Conatan Svift. “Qulliverin səyahəti”
7. Çarlz Dikkens. “Oliver Tvistin macəraları”
8. Daniel Defo. “Robinzon Kruzo”
9. Edqar Allan Po. Seçilmiş əsərləri
10. Emil Zolya. Seçilmiş əsərləri
11. Fenimor Kuper. Əsərləri
12. Fransua Rable. “Qarqantua və Pantaqruel”
13. Fridrix Şiller. Seçilmiş əsərləri
14. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, I cild
15. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, II cild
16. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, III cild
17. Gi de Mopassan. Seçilmiş əsərləri
18. Henrix Heyne. Seçilmiş əsərləri
19. Herman Melvil. Seçilmiş əsərləri
20. Homer. “İliada”
21. Homer. “Odisseya”
22. Jül Vern. Seçilmiş əsərləri
23. İohan Volfqanq Gete. Əsərləri
24. Qustav Flober. Əsərləri
25. Lev Tolstoy. Seçilmiş əsərləri, I cild
26. Lev Tolstoy. Seçilmiş əsərləri, II cild
27. Lev Tolstoy. Seçilmiş əsərləri, III cild
28. Mark Tven. Seçilmiş əsərləri
29. Mayn Rid. Seçilmiş əsərləri
30. Migel de Servantes. “Lamançlı Don Kixot”
31. Nikolay Qoqol. Seçilmiş əsərləri
32. O’Henri. Seçilmiş əsərləri
33. Onore de Balzak. Seçilmiş əsərləri
34. Oskar Uayld. Seçilmiş əsərləri
35. Prosper Merime. Seçilmiş əsərləri
36. Redyard Kiplinq. Seçilmiş əsərləri
37. Robert Stivenson. Seçilmiş əsərləri
38. Sədi Şirazi. “Gülüstan”, “Bustan”
39. Stendal. Seçilmiş əsərləri
40. Valter Skott. Seçilmiş əsərləri
41. Viktor Hüqo. Seçilmiş əsərləri, I cild
42. Viktor Hüqo. Seçilmiş əsərləri, II cild
43. Viktor Hüqo. Seçilmiş əsərləri, III cild
44. Vilyam Şekspir. Seçilmiş əsərləri
45. Yunus Əmrə. Əsərləri
II. Müasir dünya ədəbiyyatı
46. Akutaqava Rünoske. Seçilmiş əsərləri
47. Aqata Kristi. Seçilmiş əsərləri
48. Andre Morua. Seçilmiş əsərləri
49. Andrey Platonov. Seçilmiş əsərləri
50. Antuan Ekzüperi. Seçilmiş əsərləri
51. Artur Miller. Seçilmiş əsərləri
52. Ayzek Azimov. Seçilmiş əsərləri
53. Bertolt Brext. Seçilmiş əsərləri
54. Cerom Selincer. Seçilmiş əsərləri
55. Con Apdayk. Seçilmiş əsərləri
56. Con Faulz. Seçilmiş əsərləri
57. Corc Oruel. Seçilmiş əsərləri
58. Çingiz Aytmatov. Seçilmiş əsərləri
59. Erix Mariya Remark. Seçilmiş əsərləri
60. Ernest Seton-Tompson. Seçilmiş əsərləri
61. Frans Kafka. Seçilmiş əsərləri
62. Fransuaza Saqan. Seçilmiş əsərləri
63. Frensis Skott Fitscerald. Seçilmiş əsərləri
64. Fridrix Dürrenmatt. Seçilmiş əsərləri
65. Henrix Mann. Seçilmiş əsərləri
66. Herbert Uells. Seçilmiş əsərləri
67. Xorxe Luis Borxes. Seçilmiş əsərləri
68. Xulio Kortasar. Seçilmiş əsərləri
69. Jorj Simenon. Seçilmiş əsərləri
70. Jorji Amadu. Seçilmiş əsərləri
71. Karlos Kastaneda. Seçilmiş əsərləri
72. Leon Feyxtvanger. Seçilmiş əsərləri
73. Marqaret Mitçell. “Küləklə sovrulanlar”
74. Marsel Prust. Seçilmiş əsərləri
75. Mixail Bulqakov. Seçilmiş əsərləri
76. Nazim Hikmət. Seçilmiş əsərləri
77. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri
78. Paulo Koelye. Seçilmiş əsərləri
79. Somerset Moem. Seçilmiş əsərləri
80. Stanislav Lem. Seçilmiş əsərləri
81. Stefan Sveyq. Seçilmiş əsərləri
82. Stiven Kinq. Seçilmiş əsərləri
83. Tomas Vulf. Seçilmiş əsərləri
84. Umberto Eko. “Qızılgülün adı”
85. Vladimir Nabokov. Seçilmiş əsərləri
III. Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri
86. Alber Kamyu. Seçilmiş əsərləri
87. Aleksandr Soljenitsın. Seçilmiş əsərləri
88. Bernard Şou. Seçilmiş əsərləri
89. Boris Pasternak. Seçilmiş əsərləri
90. Con Qolsuorsi. Seçilmiş əsərləri
91. Con Maksvell Kutzee. Seçilmiş əsərləri
92. Con Steynbek. Seçilmiş əsərləri
93. Elfrida Yelinek. Seçilmiş əsərləri
94. Elias Kanetti. Seçilmiş əsərləri
95. Ernest Heminquey. Seçilmiş əsərləri
96. Eyvind Yonson. Seçilmiş əsərləri
97. Fransua Moriak. Seçilmiş əsərləri
98. Günter Qrass. Seçilmiş əsərləri
99. Harold Pinter. Əsərləri
100. Henrix Böll. Seçilmiş əsərləri
101. Herman Hesse. Seçilmiş əsərləri
102. Jan-Pol Sartr. Seçilmiş əsərləri
103. Joze Saramaqo. Seçilmiş əsərləri
104. İvan Bunin. Seçilmiş əsərləri
105. Kenzaburo Oe. Seçilmiş əsərləri
106. Knut Hamsun. Seçilmiş əsərləri
107. Qabriel Qarsia Markes. Seçilmiş əsərləri
108. Lüis Sinkler. Seçilmiş əsərləri
109. Migel Asturias. Seçilmiş əsərləri
110. Mixail Şoloxov. Seçilmiş əsərləri
111. Moris Meterlink. Seçilmiş əsərləri
112. Nadin Qordimer. Seçilmiş əsərləri
113. Nəcib Məhfuz. Seçilmiş əsərləri
114. Orxan Pamuk. Seçilmiş əsərləri
115. Per Lagerkvist. Seçilmiş əsərləri
116. Rabindranat Taqor. Seçilmiş əsərləri
117. Romen Rollan. Seçilmiş əsərləri
118. Samuel Bekket. Seçilmiş əsərləri
119. Sol Bellou. Seçilmiş əsərləri
120. Tomas Eliot. Seçilmiş əsərləri
121. Tomas Mann. “İosif və qardaşları”
122. Toni Morrison. Seçilmiş əsərləri
123. Uilyam Folkner. Seçilmiş əsərləri
124. Uilyam Qoldinq. Seçilmiş əsərləri
125. Yasunari Kavabata. Əsərləri
IV. Dünya ədəbiyyatı üzrə antologiyalar
126. Alman ədəbiyyatı antologiyası
127. Amerika ədəbiyyatı antologiyası
128. Antik ədəbiyyat antologiyası
129. Dünya dramaturgiyası (antologiya), I cild
130. Dünya dramaturgiyası (antologiya), II cild
131. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, I cild
132. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, II cild
133. Fransız ədəbiyyatı antologiyası
134. İngilis ədəbiyyatı antologiyası
135. İspan ədəbiyyatı antologiyası
136. İtalyan ədəbiyyatı antologiyası
137. Qədim yunan-roma əfsanələri
138. Latın Amerikası ədəbiyyatı antologiyası
139. Dünya yazıçılarının nağılları
140. Ərəb ədəbiyyatı antologiyası
141. Rus nəsri antologiyası
142. Rus şeiri antologiyası
143. Skandinav ədəbiyyatı antologiyası
144. Türk xalqları ədəbiyyatı antologiyası, I cild
145. Türk xalqları ədəbiyyatı antologiyası, II cild
146. Türk xalqları ədəbiyyatı antologiyası, III cild
147. Yapon ədəbiyyatı antologiyası
148. XX əsr dünya ədəbiyyatı antologiyası, I cild
149. XX əsr dünya ədəbiyyatı antologiyası, II cild
150. XX əsr dünya ədəbiyyatı antologiyası, III cild