FRANS KAFKA
QAÇIŞ
Alman dilindən tərcümə edəni:
Vilayət Hacıyev
Əmr etdim ki, atımı tövlədən gətirsinlər. Qulluqçu nə istədiyimi anlamadı. Onda özüm tövləyə gedib atımı yəhərlədim və mindim. Uzaqlardan şeypur səsləri eşitdim, qulluqçudan bunun nə demək olduğunu soruşdum. Heç nə bilmədi, heç nə eşitmədi. Darvazanın ağzında məni saxlayıb soruşdu:
- Hara gedirsən, ağa?
- Bilmirəm, - dedim. – Burdan uzuqlaşmaq istəyirəm...Uzaqlaşmaq... Yalnız uzaqlaşmaq... Yalnız onda öz məqsədimə çataram.
- Deməli, məqsədinin nə olduğunu bilirsən?
-Bəli! – deyə cavab verdim. – Axı indi dedim: Buralardan uzaqlaşmaq! Məqsədim budur...
- Axı özünlə azuqə ehtiyatı götürməyibsən, - dedi.
- Lazım deyil! Səfərim o qədər uzundur ki, onsuz da, yolda nəsə tapmasam, acından öləcəm. Heç bir azuqə ehtiyatı məni xilas edə bilməz. Xoşbəxtlikdən, bu doğrudan da qeyri – adi bir səyahətdir...