PYER-JAN dö BERANJE
Əlli il
Fransız dilindən çevirəni
Şamil Zaman
Mənim
bayramımdır? Bu güllər nədir?
Xeyr, gül-çiçəklər
bu saat, bu dəm; -
Bu gün yarım
əsrin başım üstündən
Keçib
getdiyini söyləyəcəkdir.
Ah! Ömrün
anları tez ötüşübdür,
İtirdim mən
sizi, sevimli anlar;
Görürəm alnıma
qırış düşübdür,
Heyif ki!
Heyif ki! Əlli yaşım var.
Bu yaşda hər
bir şey bizlərdən uzaq,
Payızdır...
ağacda meyvə yetişdi.
Kim isə
qapıma döyür, açmayaq
Onsuz da
bilirəm, mənimki bitdi.
Həkimin
yazdığı bu bir nüsxədir,
Zaman məskən
salıb burada yaşar.
Mənə ilham
verən tək Lizettadır,
Heyif ki!
Heyif ki! Əlli yaşım var.
Qocalıq əzabla ömrü tərk edir,
Bu bir bəladır
ki, bizi öldürür.
Korluq özü
elə dərin məhbəsdir
Karlıq elə
şey ki, hər yetən gülür.
Sonra...
öləziyən lampadır, dedim,
Haləsi titrəyər, gözü sayrışar,
Balalar!
Qocaya ehtiram edin,
Heyif ki!
Heyif ki! Əlli yaşım var.
Əlini əlinə
sürtərək gəlir –
Ölüm,
gülərüzlə, eşidirəm mən.
Qəbirçi qapımı bax, döyəcləyir.
Əlvida,
köçürəm dünya
üzündən.
Torpaqdan aşağı aclıq, xəstəlik
Torpaqdan
yuxarı ulduz sayrışar.
Açın,
mənimlədir tanrı hələlik
Heyif ki!
Heyif ki! Əlli yaşım var.
Yaxşı ki,
varsınız, əzəl sevgilim.
Siz ey məhəbbətin şəfqət bacısı! –
Sizinlə yox
olur ömrün bacısı,
Uğursuz
günlərim, aylarım, ilim...
Gül-çiçək
səpərək gənc
yaşınızdan, -
Hər yana,
aləmə gətirin bahar.
Bir aqil
insanın arzularından
Nur yayın!.. Heyif ki! Əlli yaşım var.
Qocalıq
Zaman
tələsdirir, görərik yenə -
Geniş alnımıza
qırışlar salar.
Gənclikdən nə
qalır, axı, bizə, nə?
Bəli, qocalırıq, sevimli dostlar.
Hər
addımbaşında görəndə ancaq –
Əlim yetişməyən gül var, çiçək var;
Bilsəm ki,
onlardan mənə
çatacaq,
Yox, yox...
bu, qocalmaq deyil, a dostlar.
Şərabla
əyləndirir, gülürük artıq, -
Ömrü əyləndirir, gülürük artıq.
Şənliyə
səsləyir bizi qəlbimiz
Ömürün sonuncu anlarınadək.
Şərab içə-içə
ruh qanadlanar.
Titrəyə-titrəyə şer söyləmək –
Yox, yox...
bu, qocalmaq deyil, a dostlar
Bu incə
canançün yanaq, yaxılaq,
Ən əvvəl biz udaq onun
ətrini.
Yaman qocalmışıq, - söyləsin duyaq –
Onun yerli-yersiz şikayətini.
Ancaq
ehtiyatla ömür sürürsən,
Bunu “zövq
almırıq” düşünən də var.
Bir nazlı
dilbərçün qəlbə girəndə,
Yox, yox...
bu, qocalmaq deyil, a dostlar.
Kimə ki, bu
qədər heyran olubdur, -
Qızğın
ehtirasın anları artıq;
Lazımsa yaş
artsın, axırı budur –
Ki, biz heç
olmasa bir qocalırıq.
Ürəyə, arzuya
yaxın qoymayaq,
Bizə hücum
çəkən
fikirlər-idbar.
Hamımız birlikdə arzuya çatsaq,
Yox, yox...
bu, qocalmaq deyil, a dostlar.