Vilyam Şekspir

 

FIRTINA

 

Rus dilindən tərcümə edəni Anar

 

İŞTİRAK EDƏNLƏR

 

A 1 o n z o - Neapol kralı.

Sebastian — onun qardaşı.

Prospero- Milanın qanuni hersoqu.

Antonio - onun qardaşı. Milan hersoqluğunu qanunsuz ələ keçirmişdir.

Ferdinand- Neapol kralının oğlu.

Q o n z a 1 o - Neapol kralının  qoça, namuslu müşaviri.

Adrian       - saray əyanları.Fransisko

K a 1 i b a n - qul, eybəcər vəhşi.

Trankulo – təlxək.

Stefano - saray xidmətçisi, içki düşkünü.

Gəminin kapitanı.

Bosman.

Matroslar.

M i r a n d a - Prosperonun qızı.

Ariel - hava ruhu.

İrisa.

Serera.

Yunona.

P ə r i 1 ə r - ruhlar.

Biçinçilər

Prosperoya müti olan başqa qullar.

Hadisə yeri – dənizdə gəmi, sonra - ada.


 

BİRİNCİ PƏRDƏ

 

BİRİNCİ SƏHNƏ

Dənizdə gəmi. Fırtına. Şimşək və ildırım. Gəminin kapitanı və bosman gəlirlər.

Kapitan. Bosman!

Bosman. Buyurun, kapitan. Nə lazımdır?

Kapitan. Deməli belə, matroslarla danış! Tez tərpənin, yoxsa gəmimiz qayalara çırpılıb çiling-çiling olacaq. Tez olun, tez, tez! (Gedir).

Matroslar gəlir.

Bosman. Ehey, qoçaqlar! Əldən qıvraq olun! Cəld tərpənin, yelkəni yığışdırın! Kapitanın fitinə qulaq verin! Hə, külək, indi əlin-qolun açıldı, əs nə qədər istəyirsən! Lap parça-parça olanacan əs!

Alonzo, Sebastian, Antonio, Ferdinand, Qonzalo və başqaları gəlirlər.

Alonzo. Mehriban bosman, sənə arxayınıq ha! Bəs kapitan hanı? Adamları ruhlandırsana!

Bosman. Zəhmət olmasa, siz bircə aşağı düşün.

A n t o n i o. Bosman, kapitan haradadır?

Bosman. Eşitmirsiz kapitanı? Bircə bizə mane olmayın. Xahiş edirəm kayutlarınıza çəkiləsiniz. Bir yandan bu fırtına, bir yandan da siz...

Qonzalo. Əzizim, bir az toxta...

Bosman. Dəniz toxtayanda... yaxşı, çıxın kedin burdan, bu dəli dalğalar coşanda kral - filan bilmirlər. Qaxılın oturun kayutlarınızda! Susun görüm! Mane olmayın!

Qonzalo. Qoçaq, çox da baş alıb getmə. Unutma ki, gəmidəki kimlərdir!

Bosman. Unudub eləmirəm. Çox gözəl bilirəm. Amma onu da bilirəm ki, bu dünyadan mənə hamıdan əziz öz canımdır. Bax, tutalım, siz məsləhətçisiniz, dənizə məsləhət verə bilərsiniz ki, sakit olsun bir az!? Əgər dalğaları ram edə bilsəniz, biz də bu kəndirlərlə, dorlarla, yelkənlərlə əlləşmərik. hə, hökmünüzü göstərin də... Yox, madam ki, əlinizdən bir iş gəlmir, onda gedin Allaha dua eləyin. Şükür eləyin ki, bu qədər ömür sürübsünüz, bu yaşa çatmısınız. İndi də o söz... məqam  çatıb, hə, çəkilin kayutlarınıza və hazırlaşın - kim bilir fələyin oyununu; birdən işlər lap fırıq oldu. Ehey... uşaqlar, əldən becid olun! Çəkilin yoldan, deyirəm sizə, el-ayağa dolaşmayın! (Gedir).

Qonzalo. Yox, nə deyirsiniz deyin, bu hərif məni arxayın elədi. Bunun alnında yazılıb ki, bir vaxt dara çəkiləcək. Məsəl var, deyir o adam ki dardan asılasıdır, o adam heç vədə suda batmaz. Ey fələk, imkan yarat ki, bu hərif dardan asılanacan ömür surə bilsin. Qoy onun boğazına sarılan ip bizim xilas kəndirimiz olsun. Yoxsa gəminin lövbər kəndirinə çox da bel bağlamaq olmaz. Yox, əgər mən səhv edirəm və bu hərifin ömrü dar ağacında bitməyəcək, onda deməli bizim işimiz bitib (Gedir).

Bosman qayıdır.

Bosman. Yelkəni endir! Əldən qıvraq olun! Aşağı. Bir az da aşağı! Bəlkə orta dor bizi bir yana çıxartdı.

Qışqırıq eşidilir.

Qırılmışlar gör nə çığır-bağır salıblar! Vallah, bunların hay-küyündən nəinki kapitanın, heç küləyin də səsini eşitmək olmur...

Sebastian, Antonio və Qonzalo qayıdırlar.

Yenə gəldiniz! Axı nə istəyirsiz? İşimizi-gücümüzü buraxaq gedək dənizin dibinə? Batmağa belə böyük həvəsiniz var?

Sebastian. Görüm sənin canına azar dəysin! Abırsız hay-küyçü! Dinsiz-imansız, nanəcib köpək!

Bosman. İndi ki, belə oldu, özün işlə!

Antonio. Qorxağın biri qorxaq! Əclaf! Atasını tanımayan həya-sız! Sən bizdən çox qorxursan ki, batasan! İtin biri it!

Q o n z a 1 o. Əşi, onda batan üz var? İstəyir bu gəmi qoz qabığından nazik olsun, dəlmə-deşiyi də heyvərə arvadların ağzı kimi həmişə açıq qalsın, yenə bu batan deyil!

Bosman. Külək səmtinə çevir! Çox çevir! O biri yelkənləri də qaldır, açıq dənizə çıx! Sahildən aralanmalı!

İslanmış matroslar gəlirlər. Matroslar. İşimiz bitdi! Dua eləyin! Məhv oluruq!

Prospero.

İndi vaxtı çatıbdır. Qulaq as mənə, qızım. Həmin bu mağarada biz məskən salan zaman Sənin olardı vur-tut üç yaşın, olsa-olsa. Ondan qabaq olanlar, keçənlər yəqin ki, heç Yadına da gəlməyir, elə deyilmi, qızım?

M i r a n d a. Yox, yox, gəlir yadıma!

Prospero.

Gəlir? Nə gəlir, söylə.

Evlər, ya da adamlar? Yadında qalan nədir?

Miranda.

Yadıma gəlir tutqun, çox dumanlı, qaranlıq, Sanki bir yuxu kimi, körpə çağlarım mənim. Mənə elə gəlir ki, harda isə, haçansa Beş, ya altı xidmətçi məni bəsləyirdilər.

Prospero.

Beş-altımı? Daha çox. Bircə bu həkk olunubdur Deməli yaddaşına. Zamanın girdabında Ayrı bir şey görünürsən? Bu adadan qabaqkı Həyatımız düşmürmü heç bir tikə yadına? Bəs heç xatırlamırsan - niyə, hansı səbəbdən Burdayıq bu gün biz?

Miranda. Heç nə düşmür yadıma!

Prospero.

On ikicə il qabaq sənin atan da, qızım, Hersoq idi Milanda, qüdrətli, şanlı hersoq.

Miranda. Nə dedin? Deməli, sən mənim atam deyilsən?

Prospero.

Məlakə idi anan, paklıq timsalı idi: Arvadım idi mənim. Əlbəttə ki, atanam. Milanın hersoqu da mən idim, mən, Miranda Və yeganə vərəsəm sən idin bu dünyada.

Miranda.

Yarəb, bəs nə məkr ilə qovulmuşuq buraya? Ya bəlkə belə deyil - burada olmağımız Xoşbəxtlikdir, əksinə?!

Prospero.

İkisi də var, qızım!

Məkr ilə qovulmuşuq, amma ki, xoşbəxtlikdən

Düşmüşük bu adaya.

Miranda.

Ah, ata, çox üzüldüm, bağışla ki, mən sənin Köhnə yaralarını dövr etdirdim yenidən. Məndən çox uzaqsa da bütün bu faciələr, Yəqin sənin qəlbini indiyəcən sızladır. Sözünə davam elə.

Prospero.

Mənim kiçik qardaşım, Əmin sənin, Antonio... Ah, Miranda, bunu bil, Bəzən doğma qardaş da satqındır adama. Düşmənin olur. Onu səndən başqa dünyada Hamıdan çox sevərdim. Dövlətimin də ona Tapşırmışdım hər işin. İdarə eləyirdi. O zaman bizim dövlət birinci dövlət idi. Birinci hökmdar da Prosperoydu o vaxtlar. Sənətlərdə, elmlərdə bərabərim yox idi, Fikrim-zikrim də bunlar: sənət, elm, kitablar. Dövlətin işlərinə Antonio baxır, mən də Arxayınam hər şeydən, heç maraqlanmıram da... Demə bu xain əmin... Qulaq asırsan mənə?

M i r a n d a. Bütün mənim diqqətim səndədir indi, ata.

Prospero.

Çox xəbismiş Antonio, bilirmiş ki, nə sayaq, Necə davransın, dursun, kimi yanma çəksin, Kimi uzaq eləsin, kimi qaldırsın göyə, Kimi saya salmasın... Sən demə Antonio Mənim adamlarımı altdan-altdan özünə Tərəfdar eləyibmiş, şirnikdirib onları, Hərəyə bir dil tapıb çəkibmiş tərəfinə. Mənim taxtı-tacımı sarıb sarmaşıq kimi, Sonra da sorub çəkdi bütün şirələrini. Məni dinləyirsənmi, Miranda? Miranda. Bəli, ata!

Prospero.

Yox, əksinə, sən mənim nurlu mələyim idin.

Hər bir şeydən xəbərsiz gülümsəyirdin xoşbəxt.

Müsibətlər əlindən zar-zar ağlayanda mən.

Sənin xoş gülüşlərin mənə qüvvət verirdi,

Məni qoruyurdular kədərdən, bədbinlikdən.

Miranda. Bəs neçə xilas olduq, necə qurtulduq, ata?

Prospero.

Əcəlimiz deyilmiş. Bizi tələf etməyi

Tapşırıblarmış demə, Qonzalo adlı qoca

Neapol əyanına. Mərhəmətli qocaymış,

İnsaflı adam imiş. Bizə paltar, su verdi,

Yemək qoydu bolluca. Üstəlik mənə hətta

Böyük yaxşılıq etdi. Bilirdi: kitablarım

Mənə hersoqluğumdan əzizdir, qiymətlidir.

Şərait yaratdı ki, bütün kitablarımı

Gəmiyə yükləyim mən.

Miranda. Ah, kaş onu görəydim...

Prospero.

İndi mən duracağam (xələtini geyir), sən isə dinlə, qızım,

Macəramın axırın. Dalğalar bizi bura -

Bu adaya atdılar. Burada yaşadıq, qaldıq,

Sənin tərbiyəçin də mən özüm oldum burda.

İnan, heç bir şah qızı, heç bir şahzadə-filan

Vaqif deyil sənin tək elmlərə, biliklərə.

Belə müəllimləri olmayıb heç birinin,

Boş, mənasız dərsləri bollu-bollu olsa da.

Miranda.

Qoy əvəzində tanrı səni şad etsin, ata,

Amma yenə bilmədim, axı hansı səbəbdən

Fırtına düzəltdin sən?                                                                          

 

Prospero.

İş belə gətirdi ki,

Oyandı mənim bəxtim. Tale düşmənlərimin

Yolunu bura saldı. Ulduzlara rəml atıb

Gördüm fürsətdir, fürsət. Əgər belə fürsəti

Əldən versəm nagahan, bir daha gülməz bəxtim.

Hələ heç nə soruşma. İstəyirsən yat, dincəl. Qoy yuxun şirin olsun. Heç bir vəch ilə daha Yuxunu gözlərindən qova bilməyəcəksən.

Miranda yatır.

Di tez gəl, gözləyirəm, tez gəl, tez gəl, Ariel! Sədaqətli xidmətçim, köməkçim, haradasan gəl!

Ariel peyda olur.

 

Ariel.

Sənə salamlar olsun, ey mənim hökmdarım! Hazıram hər buyruğa, hər əmrinə hazıram! Dalğalaramı dalım, alovlardanmı keçim, Qıvrım buludlarınmı üstünə qalxıb uçum? Buyruq elə, yerinə yetirsin Arielin!

Prospero. Fırtına istəmişdim, yaratdınmı sən onu?

Ariel.

Necə buyurmuşdunsa, eləcə də elədim. Kral gəmisi üstə qaldırdım dənizi mən. Hamı qorxdu, sarsıldı, yerə yıxıldı qaldı. Dəhşət səpələyirdim, göyərtəyə, içəri, Kayutlara, anbara, gəminin hər yerinə. Alov olub yaxırdım dorları, yelkənləri. İldırımlardan qabaq çaxan şimşəklər belə - Yupiter şimşəkləri məndən iti olmazdı. Şimşəyin çaxışından, səsdən-küydən, tüstüdən Ümmanın girdabında uçurdu Neptun özü. Üç daraqlı yabası titrədikcə Neptunun Çalxalandı dalğalar, dəhşətdən qalxdı ərşə.

Prospero.

Çox gözəl, bəs denən bir, bütün bu həngamədə iradəsini toplayıb, möhkəm duran oldumu?

Ariel.

Heç bir kəs olmadı, yox. Qorxudan ağılları Çıxmışdı başlarından. Yaman vurnuxurdular. Matroslardan savayı, hamısı bircə-bircə Ağ köpüklü girdaba atdılar özlərini. Mənim alışdırdığım yanğının alovundan Canlarını birtəhər xilas eləmək üçün, Hamıdan əvvəl özün kralın oğlu atdı Saçları vahimədən biz-biz olmuş Ferdinand. Dənizə atılarkən bağırırdı gənc oğlan: "Cəhənnəm boş qalıbdır, bu gün bütün şeytanlar Buraya yığışıblar".

Prospero.

Belə söylə! Bəs sahil Çoxmu uzaqda idi?

Ariel. Xeyli vardı sahilə.

Prospero. Hamısı qurtuldumu?

Ariel.

Hamısı bircə-bircə.

Paltarları qupquru, heç damcı da dəyməyib. Pərən-pərən eləyib, səpələdim adaya Hamısını, necə ki, tapşırmışdın sen mənə. Əmr elədiyin kimi tək kralın oğlunu Tənha guşədə qoydum. Yalqız qalıb ağlayır. Əllərini qaldırıb döyür başına yazıq.

Prospero. Bəs gəmi, donanma, matroslar necə oldu?

Ariel.

Yadındamı bir gecə mənə tapşırmışdın ki, Bermud adalarından mehlərin gətirdiyi Şəbnəmləri toplayım. Bax həmin o sahildə, O şəbnəmli limanda lövbərin atıb gəmi. Gəmiçilər də yatıb. Həm yaman yorğundular, həm də ki, mən onları yuxuya verdim, düzü. Donanmanı səpmişdim pərən-pərən eləyib, İndi tapışdırmışam Aralıq dənizində, Neapola üzürlər, kədərli xəbərlərlə. Axı elə bilirlər, kral gəmisi batıb, Kral həlak olubdur.

Prospero.

Aferin, Arielim!

Tapşırıqları əla yerinə yetirmisən.

Amma bir iş var hələ. İndi saat neçədir?

A r i e 1. Günortadan keçibdir.

Prospero.

Ən geci iki olar.

Gərək bu işi amma altıya çatdırasan!    Ariel.

Təzə tapşırıqlarmı vermək istərsən mənə?

İcazə ver, hökmdar, bir yadına salım ki,

Mənə söz vermiş idin...

Prospero. Necə, narazısan sən? Yaxşı, istəyin nədir?

Ariel. Ancaq, ancaq azadlıq!

Prospero.

Deməli vaxtdan qabaq

Buraxmalıyam səni.

Bu haqda heç söz olmaz!

 

Ariel.

Yadına sal mən sənə necə qulluq etmişəm -

Tənbəlliksiz, yalansız, fırıldaqsız, səhvsiz.

Özün boyun olmuşdun, məni tez buraxasan,

Vaxtından bircə il tez.

 

Prospero.

Demək, belə, nanəcib!

Unutdun ki, nə təhər əzablardan qurtardım,

Xilas etdim seni mən.

 

Ariel. Yox, yox, unutmamışam.

 

 Prospero.

Unutmuşsan, unutmuş! Etdiyim yaxşılıqlar

Müqabilində nədir sənin mənə xidmətin?

Duzlu suya dalmağın, küləklərlə uçmağın,

Buzluqları qırmağın. Nədir söylə?

 

Ariel. Heç bir şey.

 

Prospero.

Kələkbaz ruh, hər şeyi unutmusan, hər şeyi!

O eybəcər cadugər - qoca Sakoraksanı.

Qocalıqdan, hikkədən kaman tək əyilmişdi.

Yadındadır?

 

Ariel. Hə, cənab.

Prospero. Harada doğulmuşdu o? Söylə!

Ariel. Əlcəzairdə.

Kaliban (səhnə arxasından). Odununuz ki, vardır. Məndən nə istəyirsiz?

Prospero.

Madam ki, çağırırıq   demək lazımsan bizə.

Ay tısbağa, tez tərpən, tez ol, sürün gəl bura!

(Su pərisi cildinə girmiş Ariel peyda olur),

Ah mənim Arielim! Sehirli xəyalsan sən!

Mənim sözümü dinlə!

{Arielin qulağına nə isə pıçıldayır). Ariel. Baş üstə, eləyərəm (Yox olur).

 

 Prospero.

Ehey, eybəcər kölə! İfritəylə iblisin

Törəməsi! Bura gəl! Tez ol, tez tərpən görüm!

Kaliban gəlir.

Kaliban.

Anam bataqlıqlardan bayquşun lələyilə

Zəhərli şeh yığardı. O şeh tökülsün görüm

Sizin düz təpənizdən. Cənub-qərb küləkləri

Salsın əndamımızda pis, suluq yaraları.                                                        Prospero.

Çox baha oturacaq sənə bu qarğışların.

Bütün gecə, bunu bil, ruhlar daraşacaqdır

Canına, bədəninə. Didib tökəcək səni,

Dişləyəcək, sancacaq, titrədib əsdirəcək,

Deşik-deşik edəcək arı pətəyi kimi.

 

Kaliban.

Bir tikə çörəyi də qoymursuz rahat yeyim.

Bu ada mənimkidir, mənə qalıb anamdan,

Sən isə oğurluq ilə aldın onu əlimdən.

Əvvəl-əvvəl mənimlə mehriban davranırdın;

Meyvə şirəsi verir, yağlı dillər tökürdün.

Gündüzlər şəfəq saçan, gecələr işıq saçan

Böyük, kiçik çırağı sən mənə göstərmişdin,

Adların öyrətmişdin. Mən də sevmişdim səni.

Bax bütün bu adanı özüm sənə göstərdim:

Otlaqları, suları, duz olan çuxurları.

Axmağammış, gicəmmiş! Lənət olsun özümə! Amma sizə de lənət! Anam Sakoraksanın Sirli əcinnələri - qurbağalar, böcəklər Canınızı gəmirsin. Mən burda padşah idim, İndi sizə qulam mən. Ada sizinki oldu, Mənə qaldı bir daha qayaların içində.

Prospero.

Yalançı qul! Kötəklər daha faydalı imiş Sənə hər cür şəfqətdən. Yadındadır, səninlə Adam tək rəftar etdim, kobud heyvan olsan da! Yaşayırdın bizimlə mağaramda, di gel ki, Qızımın namusuna təcavüz eylədin sən.

Kaliban.

Ho-ho! Ho-ho! Hayıf ki, niyyətim baş tutmadı. Sən gəlib çıxmasaydın, bax bütün bu adanı Doldurmuşdum balaca, kiçik kalibanlarla.

Prospero.

Rəzil! Alçaq! Yaramaz! heç bir nəcib hiss, fikir Ürəyinə yol tapmaz! Murdar köləsən, kölə! Mərifətsiz, əxlaqsız! Sənə yazığım gəldi, Dedim bir şey öyrədim, belə cahil qalmasın. Danışıq, söz bilmirdin, fikrini söyləyəsən, Sənə sözlər öyrətdim, şeylərin adın bildin. Amma heç bir tərbiyə, heç bir təlim, heç bir elm Sənin küt varlığını, vəhşi təbiətini Dəyişdirə bilməzmiş. Yaşadığın kahayçün Hələ şükür elə sən. Layiqsən kahaya yox, Məhbəsə, zindana sən.

Kaliban.

Bəli, məni öyrətdin sizin dildə danışım, Sizə qarğış etməyi öyrənmişəm, çox sağ ol. Min cür bəla, min azar qoy olsun sizə nəsib.

Prospero.

İfritənin bəlası, dur itil gözlərimdən, Odun gətir, tez elə, hələ işin çoxdur, çox. Ağız-burnunu əymə! Bax, tənbəllik eləsən, Titrətmə saldıracam canına, sümüyünə.

Ağrıdan dəli olub elə bağıracaqsan,

Heyvanlar da hürkəcək.

Kaliban.

Amandır, yox! İnsaf et!

(Kənara).

Hələlik dözməliyəm. Biliyi çox güclüdür.

Anamıtı tapındığı ulu tanrı Setebos

Belə ona tabedir.

Prospero. Yaxşı, tələs, yubanma!

 

    Kaliban gedir. Gözə görünməz Ariel gəlir. O, musiqinin müşayiət ilə oxuyur. Ferdinand onun ardınca gəlir.

A r i e 1 (oxuyur).

Dağ, meşə, su ruhları,

Əl-elə verəyin biz.

Gör necə sakit oldu,

Necə ram oldu dəniz.

Rəqs eləyək, əl çalaq,

Sıxlaşsın dairəmiz.

Mən oxuyum, dinləyin,

Təkrar edək birgə biz. Ruhlar (hər tərəfdən). Hau! Hau! Ariel. Gözətçi itlər, hürün! Ruhlar. Hau! Hau! Ariel.

Dəniz susub bayaqdan,

Quqqulu hay, quqqulu -

Xoruz banlar uzaqdan. Ferdinand.

Haradandır bu musiqi? Göylərdənmi, yerdənmi?

Bax, musiqi kəsildi. Yəqin ki, allahların

Şərəfinə çalınır. Sahildə oturmuşdum,

Ağlayırdım atam üçün. Birdən dalğalar mənə

Xoş sədalar gətirdi. Unutdurdu qəmimi

Bu ecazkar musiqi. Məni çəkdi, apardı,

Sonra susdu, kəsildi... Yox, bax yenə səslənir.

Ariel {oxuyur).

Dənizin dibindədir

Atan, aman, ay aman!

Sümükləri atanın

Mərcan olacaq, mərcan.

Yoxa çıxmayacaq ki;

Dəyişəcək bir zaman,

Başqa şəklə düşəcək.

Dəfnidir, dinlə: din-dan... Ruhlar. Din-dan, din-dan-din-dan, dan...

Ariel.

Su pərisin, din-don, dan... Oyatmayın yuxudan.

Ferdinand.

Atam barəsindədir bu mahnının sözləri,

Yer üzündə mümkünmü belə səslər, sədalar?

Göylərdən enib gəlir bu füsunkar musiqi.

Prospero (Mirandaya). Qızım, kirpiklərinin qaldır bir pərdəsini, oraya bax.

Miranda.

Oraya? O kimdir? Ruhmu, yarəb!

Nə gözəldir, göyçəkdir, elə deyilmi, ata?

Füsunkardır, qəşəngdir! Əfsuslar ki, xəyaldır.

Prospero.

Yox, qızım, xəyal deyil, bizim kimi insandır; Bizim tək yeyir, içir, yatır, durur, hiss edir. O, qəzaya uğramış gəmidən xilas olub, İtkin düşmüş dostların axtarır bu adada. Onu çulğamasaydı qəm - gözəllik düşməni, Gözəl-göyçək sanardın bu gəncin çöhrəsini.

Miranda. Bu çöhrəni gözəl yox, ilahi sanıram mən.

Prospero.

Neçə düşünmüşdümsə. hər şey eləcə olur.

Mərhəba, ey Ariel! Məharətinə görə

İkicə gündən sonra səni azad edəcəm.

Ferdinand.

Bu imiş ilahə, bunun şəninə

Göyə ucalırmış gözəl sədalar.

Cavab əsirgəmə gəl mənim sorğularıma: Sən burda, bu adada yaşayırsan, eləmi? Söylə bəs mən nə edim? Bir də sonuncu sual: Canlımısan, ruhmusan, möcüzəmi, yuxumu?

Miranda.

Möcüzə deyiləm mən, adicə bir qızam, qız. Necə? Mənim öz dilim? Bu dili doğma bilən İnsanların içində mən birinci adamam.

Prospero.

Birincisən? Bəs birdən bu sözünü eşitdi Neapolun kralı? Onda nə deyəcəksən?

Ferdinand.

Neapolun kralından danışırsan, təəccüb Qalıram bu sözlərə. Bəli, kral eşidir Bütün bu söhbətləri. Axı kral - mən özüməm. Gözlərim qarşısında atam - kral məhv oldu. Ürəyində kədər, qəm, deməli, kral oldum mən.

Miranda. Bədbəxt, biçarə, yazıq!

Ferdinand.

Atamla tələf oldu

Əyanlar, müşavirlər, Milan hersoqu, oğlu...

Prospero (kənard).

Milan hersoqu, qızı sənin bu sözlərini Yalan çıxara bilər. Amma hələ vaxt deyil. İlk baxışdan eşq odu düşüb ürəklərinə, Ey zərif Arielim! Buna görə gərəkdir Sənə azadlıq verim! {Ferdinanda). Bir qulaq asın, senyor! Mənə elə gəlir ki, iddianız yanlışdır! Dediyiniz şəxs deyil, başqa adamsınız siz!

Miranda.

Ah, neyçin mənim atam, bu qədər sərt davranır?! Qarşımdakı bu oğlan dünyada tanıdığım Üçüncü bir insandır. Amma ki, ürəyimi Titrədən ilk adamdır. Təki yumşala atam!

Ferdinand.

Qəlbini sən heç kəsə verməmisənsə, gözəl, Mən səni Neapolun kraliçası edərəm.

Prospero.

Bir az asta ye, senyor, (kənara)

Yamanca vurulublar

Onlar biri-birinə. Lazımdır ki, sədd olsun

Onların sevgisinə. Yoxsa eşq ucuzlaşar.

(Ferdinand)

Mən səni tanımışam, bizə yalan satırsan,

Gizlin gəlmisən bura adanı zəbt etməyə.

 

Ferdinand. Yox, yox, and içirəm ki, əsla elə deyildir.

 

Miranda.

Belə gözəl məbəddə pis fikir yuva qurmaz.

Yoxsa yaxşı fikirlər harada məskən tapar?

 

Prospero (Ferdinanda).

Gedək! (Mirandaya).

Bu yalançıya qəhmər çıxma, qızım, sən!

(Ferdinanda).

Gəl gedək, qollarını zəncirləyim gərək mən!

İçməyin - dəniz suyu, yeməyin - quru qoza;

Bunlarla dolanarsan! Di haydı. tərpən görüm!

Ferdinand.

Məğlub

eləməyincə rəqibim məni, heç vaxt

Mən belə təhqirləri udub, dözə bilmərəm!

(Qılıncını sıyırır, amma tilsimlənib qalır,

donub yerindən tərpənə bilmir).

Miranda.

Ay ata, belə sınaq, axı nəyə gərəkdir?! Görürsən o qoçaqdır, nəcibdir, xoş qılıqdır.

Prospero.

Necə? Builki sərçə bildirkini öyrədir?

(Ferdinanda)

Xain! Tez ol qılıncı sal qınına! Tez görüm!

Üstümə qılınc çəkib, endirməyə qorxursan!

Qılıncmı at yerə, yoxsa bu ağacımla

Əlindən salaram mən.

 

Miranda.

Ay ata, yalvarıram...

 

Prospero. Çəkil gözümdən, çəkil!

Miranda. İnsaf elə, mən özüm zamin oluram ona.

Prospero.

Susmasan, hirsim mənim qatı qəzəb olacaq.

Necə! Fırıldaqçım müdafiə edirsən?

Sən bir bunu görmüsən, bir də ki, Kalibanı.

Deyirsən: bundan gözəl dünyada insan hanı?

Başqa gənclərlə bunu müqayisə eləsən,

Bu - əsil Kalibandır, onlar - məlakə, qılman.

Ağılsızsan, Miranda.

 

Miranda.

Bilmirəm, mənim üçün

Bu hamıdan gözəldir, neynirəm başqasını.

 

Prospero (Ferdinanda).

Haydı gedək, onsuz da südəmər körpə kimi

İqtidarsız, gücsüzsən.                                                  Ferdinand.

Elədir, doğru sözdür,

Amma bütün bu işlər - qəribə gücsüzlüyüm,

Atamı itirməyim, dostlarımın ölümü,

Dustaqlıq aqibətim, rəqibimin hədəsi -

Bütün bunlar bir yana, ancaq kaş ki, zindandan

Hərdən-birdən, ötəri qızı görə biləydim.

Azad olsun, hür olsun qoy bütün cahan, amma

Mənim üçün belə zindan xoşdur hər azadlıqdan –

 

Prospero (kənara).

Sevgi tutub gözünü {Ferdinanda).

Haydı dur, ardınca gəl (Arielə).

Əla, əla, Ariel! (Ferdinand və Mirandaya).

Siz də gəlin dalımca! (Arielə).

Bir tapşırığım da var! (Arielin qulağına pıçıldayır).

 Miranda (Ferdinandd). Qorxmayın, mənim atam daha mərhəmətlidir indi göründüyündən. Bilməm nə olub ona.

Prospero (Arielə).

Yerinə yetirəndən sonra tapşırığımı

Dağ küləyi tək azad, sərbəst olacaqsan sən.

Ari e 1. Yerinə yetirəcəm. Razı qalarsan məndən.

Prospero (Ferdinanda və Mirandaya).

Gedin! (Mirandaya).

Amma onun üçün heç nə istəmə məndən.

Gedirlər.

İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Adanın başqa bir hissəsi.

                                 

                                   Alonzo, Sebastian, Antonio.Qonzalo, Adrian, Fransisko və başqaları gəlirlər.

Qonzalo.

Yalvarıram, toxtayın, sakit olun, hökmdar!

İtkilərdən ötəri ağlamaqdansa, gəlin

Sevinək ki, qurtulduq, xilas olduq ölümdən.

Belə müsibətləri dənizçi ailələri

Çox görüb, çox eşidib.

Amma mindən birisi

Bizim tək qurtulmayıb.

Tərəziyə qoyarsaq

Bir yandan itkiləri, bir yandan bəxtimizi,

Ağır gələr, inanın, uğurlu taleyimiz.

Alonzo. Sus bir, xahiş edirəm.

Sakitcə burax məni.

Sebastian. Belə təsəllilər ona boyat şorba kimi gərəkdir.

Antonio. Təsəlli verəndən yaxanı qurtarmaq da asan iş deyil ha!

Sebastian. Görürsən, kəlləsinin saatını qurur, indicə saat vurmağa başlayacaq.

Qonzalo. Hökmdar...

Sebastian. Bir! Sən say!

Qonzalo. Dərdə güzəştə getsək qəlbimiz nə qazanar?!

Sebastian. Dollar!

Qonzalo.

Bəli, qəlbimiz dolar. Kədərlə, qəmlə dolar.

Siz özünüz düşündüyünüzdən daha ağıllı söz dediniz!

Sebastian. Siz də mənim dediyimi məndən daha ağıllı başa düşdünüz.

Qonzalo. Deməli, hökmdar...

Antonio. Tfu! Dəyirman kimi üyüdür, tökür...

Antonio. Dərzidən yox, balıqçı torundan.

Q o n z a 1 o. Elə bil qızınızın toyuna geyinib-kecinmişəm.

Alonzo.

İlahi! Boş sözlərlə baş-beynimi apardın.

Niyə gərəkdir o toy, heç özüm də bilmirəm.

Mən nahaq razı oldum. Budur bax qayıdanda

Oğlum getdi əlimdən. Qızım da Neapoldan

Elə uzaqdadır ki, bəlkə heç görüşmədik

Bir daha! Aman, oğul, yeganə vəliəhdim,

Ümmanların dibində, hansı naqqa balığa

Yem olmusan görən sən?

 

Fransisko.

Bəlkə sağdır, hökmdar?

Mən gördüm: o yamanca dalğalarla çarpışır,

Heç təslim olmayırdı. Sinə gərib dənizə

Köpüklü dalğaların təpəsindən aşırdı.

Üzə-üzə get-gedə sahilə yanaşırdı.

Sahildəki qayalar şahzadəyə köməkçün

Sanki əyilirdilər. Şübhəm yoxdur, inanın,

Qurtulubdur Ferdinand!

Alonzo. Yox, yox, məhv olub oğlum.

Sebastian.

Siz ancaq özünüzə "sağ ol" deyin, hökmdar,

Belə itkilər üçün. Özünüz köçürtdünüz

Yeganə qızınızı Avropadan uzağa.

Afrikalıya verdiz. Həsrət qalıb əbədi,

İntizar gözləriniz daim yaşla dolacaq.

Alonzo. Xahiş eləyirəm. sus!

Sebastian.

Çox yalvardıq, diz çöküb!

Dəyişmədiz qərarı! Qız özü üzülürdü.

O məsum, günahsız qız! Bir yandan ata hökmü,

Bir yandan ikrah hissi uzaq afrikalıya.

Bəs axırı nə oldu? Oğlunuzu itirdiz,

Neapolda, Milanda xeyli qadın dul qaldı.

İndi ərsiz bədbəxtlər ərlilərdən çoxdur, çox,

Bütün bu günahlar da yalnız sizindir, sizin.

Alonzo. Amma hamıdan artıq itirən də mənəm, mən.

Qonzalo.

Senyor, sözü şax demək çox gözəl keyfiyyətdir,

Amma indi bu söhbət yersizdir və nahaqdır.

Yaraya məlhəm qoymaq vacibdir indi ancaq.

Siz isə yaraları qanadırsız təzədən.

 

Sebastian. Mən düzgün iş görürəm.

A n t o n i o. Əsl təbiblər təkin.

 

Qonzalo.

Əl çəkmək tezdir hələ! Siz tutqunsuz, hökmdar,

Bu səbəbdən bizə də hər şey qara görünür.

Sebastian. Necə qara?

Antonio. Qapqara.

Qonzalo. Bu torpaq mənim olsa...

Antonio. Hər yeri doldurardı gicitkən kollarıyla...

Sebastian. Hər tərəfdə, hər yanda bolluca turp əkərdi...

Qonzalo. Mən burda padşah olsam, bilirsiz nə edərdim?

Sebastian. Hər halda kef etməzdin. Şərabsız yerdə nə kef?

Qonzalo.

Bu dövlətdə hər şeyi ayrı cürə qurardım.

Qadağan eləyərdim ticarəti, alveri.

Vəzifələr, rütbələr tamam ləğv olunardı.

Nə ağa, nə qul, kölə, nə imtiyaz, nə miras!

Əkən, biçən, yığan yox, işləməyir heç bir kəs.

Nə kişi, nə qadınlar zəhmət nədir bilməyir,

Nə metal var, nə yağ var, nə çörək var, nə şərab.

Amma hamı tərtəmiz, hamı günahsız, azad.

Nə hökm var, nə hökmdar!

 

Sebastian.

Əcəb işdir, bəs axı

Sən belə başladın ki, "mən olsaydım hökmdar"...

Antonio. Axırında unudub sözünün əvvəlini.

 

Qonzalo.

Zəhmət çəkmək nə lazım? Hər nə gərəksə bizə

Təbiət bəxş eləyər. Belə olan surətdə

Aradan qaldırılır cinayət və xəyanət.

Nə qılınc, nə bıçaq, ox, heç bir yaraq olmasın.

Günahsız, məsum xalqı təbiət doyuzdurar.

 

Sebastian. Bəs evlənmək, bəs nigah? Buna rüsxət olacaq?

 

Antonio.

Evlənmək nəyə lazım? Axı bu da zəhmətdir,

Aləmi dolduracaq şortular, avaralar.

 

Qonzalo. Mənim hakimiyyətim qızıl dövrü ötərdi!

 

S e b a s t i a n. Yaşa, müdrik hökmdar! Antonio. Kral Birinci Qonzalo!

 

Q o n z a 1 o. Hökmdar bəs siz neçə? Necə baxırsız buna?

 

Alonzo.

Mən nə hayda, sən nə hayda!

Boşla görək, sən Allah! Heç nə eşitmirəm mən!

Səhradayam elə bil!

Qonzalo. Mən sizi anlayıram, əlahəzrət. Amma heç olmasa mən bu küləş cənablara imkan yaratdım ki, bir az boş-boş hırıldasınlar. Antonio. Boş gülmək boşa gülmək! Yəni sizə gülmək?

Q o n z a 1 o. Bəli, doğrudan da sizə baxanda mən boş adamam, amma siz dolusunuz. Səfeh zarafatlarla başınız dopdoludur. Antonio. Aşımızın duzunu yaman verdi.

Sebastian. Yaxşı ki, duz çox olmadı. Bir az şit oldu zarafatı.

Q o n z a 1 o. Sizə dil çatdırmaq olmaz. Dildən pərgarsınız, cənablar, göydəki ay beş həftə dəyişməsəydi, siz onu da yerindən qoparardınız.

Gözə görünməz Ariel peyda olur. Təntənəli musiqi.

Sebastian. Doğrudur. Sonra da çıraqla quş ovuna çıxardıq.

Antonio. Mehriban senyor, hirslənməyin.

Q o n z a 1 o. Niyə hirslənirəm? Mən öz hirsimi belə ucuz tutmuram, ora-bura xərcləyim. Bəlkə bir az da zarafat eləyəsiz, güləsiz ki, məni yuxu bassın. Nə isə, yuxum gəldi.

Antonio. Yıxılın yatın, amma yuxuda da qulağınız bizdə olsun.

Alonzo, Sebastian və Antoniodan başqa hamı yatır.

Alonzo.

Hamı yatıbdır artıq?! Ah, bir mən də yatsaydım! Yumaraq gözlərimi uzaqlaşaydım qəmdən. Ağır düşüncələrdən. Deyəsən yuxum gəlir.

Sebastian.

Yuxunuzu qovmayın gözünüzdən, hökmdar. Möhnətli adamlara yuxu nadir qonaqdır, Həm də təsəllidir o.

Antonio.

Siz dincəlin, hökmdar,

Yatın, keşiyinizi biz çəkərik ikimiz.

 

Alonzo. Sizə minnətdaram mən... lap yumulur gözlərim (Yatır).

Ariel qeyb olur.

Sebastian. Qəribədir, hamını yuxu basdı qəfildən.

Antonio. Buranın iqlimidir, məncə bunun səbəbi. Sebastian. Bəs biz niyə yatmırıq? Gözümə yuxu getmir.

 

Antonio.

Mənim də yuxum gəlmir. Qəribədir doğrudan.

Elə bil söz qoyublar hamısı birdən yatsın.

Başıma fikir gəldi... Amma yox, yox... susuram...

Bilirsən, Sebastian, mənə elə gəlir ki,

Alnında yazılıbdır sənin uğurlu bəxtin.

Elə bil tale özü əlinə fürsət verir.

Başında tac görürəm xəyalımda mən sənin.                                                                 

Sebastian. Sayaqlayırsanmı sən?                                                                                                                                       A n t o n i o. Eşitmədin sözümü?

Sebastian.

Eşitdim. Amma yəqin yuxuda danışırdın.

Güman yuxu görürdün. Qəribə şakərin var,

Danışırsan, gəzirsən - hamısı da yuxuda.

Antonio.

Yox, yatan mən deyiləm, o sənsən,

Sebastian, Bəxtini yatızdıran, taleyini yatırdan.

Gözlərin açıqsa da - qəflət yuxusundasan.

Sebastian.

İndi xoruldayırsan. Amma qəribə işdir,

Sənin bu xorultunda bir məna var, bir tədbir.

Antonio.

Gəl boşla zarafatı, sən mənə qulaq assan,

Üçqat da ucalarsan.

Sebastian. Mən ha? Mən axmaz suyam.

Antonio. Seni sel edərəm mən!

Sebastian.

Elə! Amma unutma,

Atamdan mənə yalnız tənbəllik qalıb miras.

 

Antonio.

Hələ özün-özünü sən yaxşı tanımırsan.

Ürəyində arzu var, üzdə gülürsən ona,

Kənar etdikcə onu, o daha dərinləşir.

Kimdir uğursuzların ən birinci düşməni?

Onların özlərinin tənbəlliyi, qorxusu.

Sebastian.

İzah elə, görürəm gözlərin parıldayır,

Yanaqların qızarıb. Çox vacib bir fikirlə

Ürəyin hamilədir, di tez ol, doğ bu fikri.

Antonio.

Yaxşı. Bu huşsuz senyor ki, onun özünü də

Çox tez unudacaqlar, dedi: guya Ferdinand

Batmayıb, xilas olub. Boş təsəlliyə nə var?

İndi bu həmin senyor üzmür, yatır, eləmi?

Eləcə də doğrudur şahzadənin ölümü.

Sebastian. Hə, onun xilasına ümid azdır, heç yoxdur.

Antonio.

Amma bu ümidsizlik sənə böyük aiddir,

Bu naümidlik sənə ən gözəl bir fürsətdir.

Xam xəyallar nədir ki, belə fürsət yanında.

Əminsən ki, Ferdinand dənizdə tələf olub?

Sebastian. Əminəm!

Antonio.

Yaxşı, onda taxt-tac kimə qalır

Kral vəfat edəndə?

Sebastian. Qızına qalmalıdır.

Antonio.

Tunisdəki qızına? Dünyanın o tayında?

Ona xəbər çatınca beşikdəki körpələr

Saqqalmı qırxdırar. Onun üstə az qala

Məhv olmuşuq hamımız.

Qurtardıq ki ölümdən

Ona qul olaq yenə?

Yox, ayrı məsələ üçün

Tanrı bizi saxlayıb. Bütün olub keçənlər

Bir növ başlanğıc imiş.

İndi əlimizdədir Gələcəyin açan.

Sebastian.

Nisyə söhbətlərdir bu!

Amma yox, doğrudan da...

Tunisdəki kraliça

Klaribel çox uzaqdır

Neapoldan, çox uzaq.

Antonio.

Neapolla Tunisin arasındakı dəniz

Deyir hər damlasıyla: məni necə ölçəcək,

Məni necə keçəcək yetmək üçün

Tunisdən Neapola Klaribel.

 Tunisdədir, qoy qalsın

Elə orda kraliça.

Sənsə oyan, Sebastian.

Gör bir necə yatıblar, elə bil ki, ölüblər;

Nə fərqi var onlarçün bu cür yuxu, ya ölüm?

Burda yatan kraldan daha layiqlisi var Neapolun taxtına.

Bu Qonzalodan yaxşı

Əyanlar da tapılar.

Mən özüm sağsağan tək

Mırt vurmağı bilirəm

Qonzalodan da artıq.

Ah, kaş ki, mənim fikrim sənin fikrin olaydı,

Səni nə qaldırardı onların bu yuxusu!

Anlayırsanmı məni?

Sebastian. Deyəsən anlayıram.

Antonio. Söylə, fürsəti fövtə verəcəksənmi indi?

Sebastian.

Yadıma düşür ki, sən qardaşını yıxaraq

Milan hersoqu oldun.

Antonio.

Bəli, elədir, beli.

Hersoq libası mənə əvvəlki geyimimdən

Daha yaxşı yaraşır. Qardaşımın qulları

Taylanın idi mənim, indi qullarımdırlar.

Sebastian. Bəlkə də sən haqlısan...

Amma bəs axı... vicdan..

Antonio.

Vicdan? Nədir ki, vicdan?

Ayaqda döyənəkmi? Onda axsayaram ki...

Yox, vicdan - tanrım deyil.

Milanla aramızda iyirmi vicdan dura,

Hamısını tapdalaram, hamısını addayaram

Bulaq kimi, köz kimi.

Bax, torpağın üstündə

Yatıb sənin qardaşın.

Yuxulumu, ölümü...

Bu torpağın tayıdır. Qoy mən onu indicə

Üçcə qarış poladla əbədi yatızdırım.

Sən də qoca naqqalın işini bitirərsən,

Yoxsa, əl-ayağımıza dolaşacaqdır bizim.

Qalanlara mən zamin. Bütün işlərimizi

Dinməz həzm edəcəklər, pişik süd içən kimi.

Bizə baş əyəcəklər.

 

Sebastian.

Yoldaşın, məsləkdaşım,

Sən mənimçün örnəksən, ən yaxşı nümunəsən.

O işi ki, etmisən Milanda sən bir zaman,

Onu Neapol üçün edəcəyəm indi mən.

Sıyır qılıncını, çal! Kral oluram bu gündən!

Sən də, yaxın dostun, azadsan vergilərdən!

Antonio.

Gəl bir yerdə sıyıraq qılınclarımızı biz,

Mən kralı vuran zaman, sən öldür Qonzalonu.

Sebastian. Bir dəqiqə səbir elə, sözüm vardır səninlə.

     Kenara çəkilib danışırlar. Musiqi səslənir. Gözə görünməz A r i e 1 peyda olur.

Ariel.

Mənim ağam bilib ki, xeyirxah Qonzalonun

Başında bəla vardır. Mənə tapşırıq verib

İkisini də qurtarım. Yoxsa onlarla birgə

Ağamın niyyəti də məhv olub yoxa çıxar.

(Qonzalonun qulağının dibində oxuyur).

Sən yatmısan, xəyanət oyanıb!

Qılıncını sıyırıb dayanıb.

Əbədi yatmamaq üçün cəld oyan!

Kralının keşiyində tez dayan!

Gecikmə, tez ol, cəld ol, sən tələs!

Yoxsa yerinə yetər sui-qəsd!

 

Antonio.

Sıyıraq qılıncları, birdən vuraq ikimiz!

(Qılınclarını sıyırırlar).

Qonzalo (ayılaraq). Mələklər! Xilas edin, xilas edin kralı!

Hamı oyanır.

Alonzo.

Nədir! Qılınclarınız niyə yalınıdır, nə var?

Nə müdhiş baxırsınız?!

 

Q o n z a 1 o. Nə hadisə baş verib?                              

 

Sebastian.

Sizin keşiyinizi çəkirdik burda, birdən

Bir nərilti eşitdik, dəhşətli bir nərilti.

Öküzmü, yox şir idi... Vahimə basdı bizi.

Siz də yəqin bu səsdən oyandınız, eləmi?

 

Alonzo. Mən bir şey eşitmədim.

 

Antonio.

Elə qorxunc səsdi ki,

Pəhləvan da qorxardı.

Elə bil yüz şir birdən

Nərə çəkib torpağı lərzəyə gətirdilər.                                                                                                    Alonzo. Bəs sən necə,                                                                                                                                

Qonzalo, bir şey eşitdinmi sən?

 Qonzalo.

Hökmdar, mən yuxuda qəribə səs eşitdim;

Mahnımı, pıçıltımı ayıltdı məni birdən.

Oyandım və çığırdım oyadaraq sizi də.

Gördüm bunlar dayanıb əllərində qılınclar.

Nəsə burda bir sirr var. Gəlin gedək bu yerdən

Ehtiyatlı davranaq - sıyıraq qılıncları.                                                           Alonzo.

Gəlin gedək, başlayaq axtarmağa oğlumu.

Bəlkə sağdır biçarə? Bəlkə tapıldı birdən.                                                                                Qonzalo.

O burdadır, bilirəm, adadadır lap yəqin,

Allah onu qorusun yırtıcı heyvanlardan.

Alonzo. Gedək.

A r i e 1 (kənara).

Xəbər aparım mən də ağama, sahibimə.

Deyim ki, sağdır kral və oğlunu axtarır.

Hamı gedir.

 

 

 

 

 

İKİNCİ SƏHNƏ

Adanın başqa tərəfi. Kaliban odun şələsiylə daxil olur. Şimşək çaxır.

Kaliban.

Çürük bataqlıqlardan günəşin sovurduğu

Buxarlar kaş tökülsün Prosperonun başına,

Azarlasın, üzülsün.

Ruhlar məni pussa da lənətləyəcəm onu.

Prospero tapşırmasa, Ruhlar dəyməzlər mənə.

Amma əmr edən kimi

Düşəcəklər üstümə - çimdikləyib, dişləyib,

Dümsükləyib, qorxuzub incidəcəklər məni.

Cilddən-çildə düşərək gözümə görünəcək,

Meymun tək oynayacaq, ağzımı əyəcəklər.

Kirpi tək tikanıyla ayağıma batacaq,

İlan kimi çalacaq, ağlımı alacaqlar.

Trinkulo gəlir.

Hə, budur bax, başladı, indi bunu göndərib,

Bax, bu ruhu üstümə. Cəza verir ki, niyə

Yubandırdım odunu. Qoy bir tirtap uzanım

Torpağın üstə, bəlkə onda məni görmədi.

Trinkulo. Bir kol, bir yarpaq yoxdur ki, yağışdan gizlənəsən, bu yandan da fırtına gəlir. Külək gör nə yaman vıyıldayır. O qara buluda bax, gör nə ləndəhor buluddur, ay aman! Çürük tuluq kimi bir şeydir, indicə yırtılacaq, içində nəyi varsa axıdacaq üstümüzə. Yenə belə tufan qopsa heç bilmirəm başımı hara soxacam. Bu buluddan yağmağa başlasa, sel, su aləmi aparacaq... Bu nədir belə? Adamdı, balıq? Diridir, ölü? Balıqdır - balıq iyi verir, fu! İylənmiş balıq. Amma ömrümdə bu cür balıq görməmişdim. Bir dəfə olmuşam İngiltərədə. Deyirəm indi adam ola İngiltərədə, bu balığı göstərəsən, heç özünü də yox e, şəklini, bütün avaralar yığılar tamaşasına. Hələ baxmaqdan ötrü hərəsi bir gümüş manatlıq da verər. Əməlli-başlı varlanmaq olar. Kaş ki, belə bir iş düşəydi mənim bəxtimə, mən də bir adam olaydım. Deyirlər ki, İngiltərədə adam olanlar elə belə-belə şeylərin hesabına adam olublar. Şikəstə, ayaqsıza qəpik-quruş qıymayanlar, on dəfə artıq pul xərcləyirlər ki, nə var, nə var hindu meyitinə tamaşa eləsinlər. Dayan dayan, balam, bu balığın adam kimi ayaqları varmış. Üzgəcləri də lap əl-qola oxşayır. Özü də istidir, Allah haqqı istidir. Yox mən  səhv eləmişəm. Sözlərimi geri götürərəm. Bu balıq-zad deyil. Buranın  adamıymış, ildırım vurub öldürüb.

Yenə şimşək çaxır.

Ay, ay ay! Yenə tufan başlandı. Əlac yoxdur, gərək bunun cır-cındırının altına girəm, yoxsa harda gizlənəcəm. Tale gör adamı kimin qoltuğunda yatızdırır e! Buradaca uzanım, qoy fırtına bütün suyunu-selini şorladıb qurtarsın.

Stefano oxuya-oxuya gəlir, əlində şərab şüşəsi var.

S t e f a n o (oxuyur),

Daha heç vaxt dənizə düşməsin yolum,

Öləndə heç olmasa quruda ölüm.

Əcəb zibil mahnıdır, bunu yasda, vayda oxuyasan. Bircə təsəllim varsa - o da bax, budur (İçir və sonra oxuyur)

Matrosların, bosmanın cananları var,

Amma gözəl Kittidən olmaz bizə yar.

Xasiyyəti tündməcaz, dili zəhrimar,

Deyir: cəhənnəm olsun bütün matroslar.

Matrosdan pis iy gəlir - deyib, naz atar.

Bir dərzi aşnası var, onunla yatar.

Dərziyə qismət imiş Kitti, a dostlar.

Biz dənizə çıxırıq, Kittiyə - azar! Bu da axmaq mahnıdır. Budur bax, mənim təsəllim!

İçir.

Kaliban. İncitmə məni! Ooo!

Stefano. Bu nədir belə? Bəlkə burda çin-şəyatin var? Bəlkə vəhşi, ya hindu cildinə girib bizi dolamaq istəyirlər? Ay hay! Gözləyin! Yəni mən ona görə sudan quru çıxmışam ki, Sizin dörd ayağınızdan hürküm. Deyir dörd ayaqlı qoyun, mənim tək iyidin başına açırsan oyun? Ay hay! Sən hələ Stefanonu tanımırsan.

Kaliban. Ruh məni incidir! Ooo!

Stefano. Bu yəqin ki, dördayaqlı bir məxluqdur. Özü də titrə-məsi var. Amma lənət şeytana, bu bizimlə danışmağı haradan öyrənib. Elə bir buna görə ona kömək eləmək lazımdır. Əgər onu sağalda bilsəm, əhliləşdirib Neapola aparsam - hansı imperator belə hədiyyəni bəyənməz.

Kaliban. Sən Allah, məni incitmə. Bu saat odunu evə apararam.

Stefano. Yəqin bunun tutması var, nə isə səfehləyir. Qoy verim bu şüşədən bir qurtum içsin. Əgər ömründə şərab içməyibsə halı düzələr. Bircə bunu sağaldıb əhliləşdirsəydim, əməlli-başlı dövlətlənərdim. Bunu mənim əlimdən almaq istəyən gərək möhkəm xərcə düşsün.

K a 1 i b a n. Hələ ki, çox bərk incitmirsən məni, amma bilirəm, indi lap ağrıdacaqsan, çünki əsirəm. Səni Prospero salır mənim canıma.

S t e f an o. Kis, kis, kis! Aç ağzını. Burda bir şey var, boğazını yaşlayan kimi dilin açılacaq. Aç ağzını. Mənə qulaq as, bu elə dərmandır ki, titrətməni-zadı, hamısını sağaldacaq. Söz verirəm sənə. Heç bilmirsən dostun kimdir, düşmənin kim. Yaxşı, aç görüm ağzını.

Trinkulo. Tanış səsdir... Bu... ola bilməz, axı o batıb. Yəqin şeytan əməlidir. Ay Allah, sen özün saxla!

Stefano. Dörd ayaq - iki səs! Yox, bu qəribə məxluq lap aləm imiş, iki səsi var, qabaqdakı səsiylə dostlarını tərifləyə bilər, daldakı səsiylə onları şeytanlayar, pis-pis sözlərlə söyər. Mən səni titrətmə-dən sağaldacaq, lap bax bütün bu şüşəni boşaltmalı olsam da, əl çəkən deyiləm. Yaxşı, gillət görüm! Amin! İndi bir az o biri boğazına töküm.

Trinkulo. Stefano!

Stefano. O biri ağzından mənim adım çıxdı ki! Əşi belə də iş olar? Bu məxluq deyilmiş, iblisin özü imiş. Deyir iblislə yemək yeyənin qaşığı uzun gərək. Mənim uzun qaşığım yoxdur, odur ki, sivişim çıxım aradan.

Trinkulo. Stefano, əgər sən doğrudan da Stefanosansa, toxun mənə, danış mənimlə. Menəm e, Trinkulo. Qorxma, mənəm, sənin can bir qəlb dostun Trinkulo.

Stefano. Əgər sən Trinkulosansa, çıx ordan. Ayaqlarından tutub dartacam. Gödək ayaqlar hansınızındırsa onlardan yapışacam. Əgər burda Trikulonun ayaqlan varsa - bunlardır. Doğrudan a, sən əsl Trin-kuloymuşsan ki... Bu... ideyanın altına niyə girmisən? Ya bəlkə o Trin-kulolar ifraz edir?

Trinkulo. Mən elə bildim bu ölüdür, ildırım bunu vurub öldürüb, odur ki... yaxşı, Stefano, sən bəyəm batmamışdın? Görünür batmayıb-sanmış da! Tufan qurtardı? Men bu idbarın cır-cındırı altına girdim ki, tufandan gizlənim. Deməli, sağsan, Stefano? Ura! Stefano, bax, iki neapollu xilas olub.

S te f an o. Bura bax, məni o yan-bu yana hərləmə, ürəyim bulanır.

Kaliban.

Bunlar ruh deyilmişlər. Xeyirxah Allahmış bu. Əlindəki şüşədə ecazkar içki vardır. Mən onun qarşısında diz çökəm gərək indi. Stefano. Bəs sən neçə qurtuldun? Bura necə gəlib çıxdın? Bu şüşəyə and iç ki, düzünü deyəcəksən. Mən, bilirsən, necə xilas oldum? Matroslar şərab çəlləyini dənizə atdılar, mən də o çəlləyin üstünə çıxdım, qurtuldum - bax bu şüşə haqqı!

Kaliban. Mən sənin sadiq nökərin olacam - bax bu şüşəyə and içirəm. Bu şüşəyə ki, bunun içində belə ilahi içki var.

Stefano (Kalibanı dinləmədən, Trinkuloya). And iç ki, mənə düzünü danışacaqsan; sən necə xilas oldun?

Trinkulo. Sadəcə. Mən ordan sahilə üzməyə başladım. Stefano. Allah haqqı, sən ördək kimi üzsən də, qazdan ayıqsan. Trinkulo. Ah, Stefano! Daha yoxundur? S t e f a n o. Dedim sənə bir çəllək şərabım var. Mənim şərab anbarının sahildə, qayanın altındadır. Oradadır. Orada gizlətmişəm. Hə, bədheybət, titrətmən keçdi?

Kaliban. De görüm, bu adaya sən göylərdən düşmüsən?

S t e f an o. Bəs necə? Aydan düşmüşəm. Bəs bilmir-din? Ayda yaşayıram da!

 Kaliban.

Xanım qız danışırdı sənin barəndə mənə: Ayda yaşamağından, kollarından, itindən. Allahımsan sən mənim!

Stefano. Belə de! Onda al, mənim bu İncil kitabımı qurtuldat. Mən bu yaxında onun içini təzələyəcəm. And iç ki, yalan demirsən.

Trinkulo. Əşi, vallah, bu səfeh məxluq imiş. Mən də bundan qorxurdum. Zavallı idbar! Aydan gəlmisən?! Ha, ha, ha! Bu yazıq idbar, lap zırramaymış ki... Amma öz aramızdır, hərif, vurmağa həvəs-karsan ha!..

Kaliban.

Gedək göstərim sənə adamın hər yerini, Öpüm ayaqlarından, yalvarıram mən sənə, Allahım ol sən mənim.

Trinkulo. And olsun ki, bu idbar bicin biridir, özü de möhkəm içəndir. Allahını yuxuya verib şüşəni məngirləmək istəyir.

 Kaliban.

Mən öpmək istəyirəm sənin ayaqlarından, And içmək istəyirəm - sənə sadiq olacam.

 Stefano. Yaxşı. Diz çök və and iç.

Trinkulo. Vallah bu ağılsız heyvana baxdıqca gülməkdən partlayacam. Nə iyrənc məxluqdur. Elə qapazlayardım ki onu...

Stefano. Ala öp.

Trinkulo. ...Belə sərxoş olmasaydı. Yazıq idbar. Murdar məxluq.

Kaliban.

Mən sənə göstərəcəm burdakı bulaqları, Sənə meyvə dərəcəm, sənə balıq tutacam. Odun da daşıyaram. Qoy mənə cəfa verən, Məni qula döndərən lənətə gəlsin, görüm! Bundan sonra mən ona xidmət eləməyəcəm, Səninlə gedəcəm mən, ey insanım - Allahım!

Trinkulo. Pah atonnan! Evinəcən sənin, ay idbar! Miskin bir içki bazdan özünə tanrı düzəltdi!

Kaliban.

Yabanı alma dərim icazə ver səninçün! Qoz gətirim, quş vurum, tələ qurmaq öyrədim. Bala meymunlar tutaq. Bircə gedək mənimlə.

 Stefano. Yaxşı, bəsdir çərənlədin, yolu göstər. Bura bax, Trinkulo, madam ki, kral və onun adamları batıblar, hakimiyyəti gərək biz öz əlimizə alaq. Ehey, ala, mənim şüşəmi sən apar! Dostum,

Trinkulo, indicə bu şüşəni yenə dolduracağıq.

Kaliban (dəm olub oxuyur). Əlvida, ağam, sağ ol!

Trinkulo. Əcəb hay-küyçü idbardır! Əcəb sərxoş idbardır!

 Kaliban.

Qurtardı daha artıq Qab yumaq, tutmaq balıq, Su və odun daşımaq. Yaşa, var ol, azadlıq! Rədd olsun qulluq, yalan. Ban-ban-ban! Ka...

Kaliban.

Daha tək deyilsən sən,

Var sənin təzə ağan.

Azadlıq, ehey! Ehey, azadlıq! Azadlıq, ehey, azadlıq!

Stefano. Ay qoçaq! Hə, yaxşı, hərif, göstər yolu görək.

Gedirlər.

 

 

 

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Prosperonun mağarasının  qarşısında. Ferdinand gəlir. Çiynində odun şələsi var.

 

Ferdinand.

Bəzən xoş bir əyləncə ağrı verir adama,

Bəzən ən ağır zəhmət xoş sevinclər gətirir.

Bəzən belə də olur: alçalıb ucalırsan

Sadəcə əməyinlə çatıb ali məqsədə.

Bu işimdən bezərdim olmasaydı əgər o.

O gözəl, o nazənin əzabı, ölümü də

Döndərir xoş həyata, nəşəyə, səadətə.

Atası daşürəkli, qızı belə mehriban,

Atasının əmriylə min dənə belə şələ

Daşımalıyam bura. Qızı baxır, ağlayır.

Qüssəylə təkrar edir: heç belə ağır işi

Bu cür oğlan görərmi? Amma bu sözlərindən

Ağır işim də mənə daha yüngül görünür.

             M i r a n d a gəlir, onlardan uzaqda dayanmış Prosperonu görmürlər.

Miranda.

Yalvarıram, bu qədər özünüzü yormayın.

Kaş ildırım vuraydı bütün bu odunları,

Qurtaraydız bu işdən. Bir az dincəlin barı.

Bu odunlar yananda göz yaşı tökəcəklər,

Sizi yorduqlarından xəcalət çəkəcəklər.

Hər halda dincəlin bir. Atam elmlə məşğuldur,

Ən azı üçcə saat sərbəstsiniz siz tamam.

Ferdinand.

Əfsus ki, gözəl xanım, mən gərək öz işimi

Qurtaram qürubacan.

Miranda.

Siz oturun bir yanda,

Mən sizin yerinizə işləyərəm bir qədər.

Verin bura şələni.

Ferdinand.

Yox, yox, mərhəmətli qız

Sınsa da belim mənim, partlasa da damarlar,

Qıraqdan veyil-veyil baxa bilərəmmi mən

Belə ağır zəhmətin sizi alçaltmasına?

Miranda.

Belə zəhmət əlçatmaz nə məni, nə də sizi,

Mənim asandır işim, mən könüllü işlərəm,

Siz məcbur edilirsiz! Prospero (kanarä).

Yaman tora düşmüsən, Yoxsa gəlməzdin bura.

Miranda. Siz yaman yorulmusuz.

Ferdinand.

Yox, xanım, inanın ki, sizi gördüyüm anlar

Gecəm de işıqlanır günəşli gündüz kimi.

Yalvarıram, deyin siz mənə öz adınızı,

Dualarımda çəkim!

Miranda.

Mənim adım? Miranda! (Kənara)

Ah, ata, sözünüzdən çıxdım, adımı deyib!

Ferdinand.

Miranda! Gözəl addır! Mənası - cazibəli.

Doğrudan da dünyada sizdən gözəl kim var ki.

Mən gözəl qadınlara baxmışam heyran-heyran,

Əfsunlayıblar məni incə danışıqlarla.

Ancaq çıxmayıb hələ qarşıma heç bir zaman

Nöqsansız, kamil qadın. Siz eyibsiz gözəlsiz!

Yox cahanda tayınız. Möcüzəsiz, möcüzə!

Miranda.

Burda yoxdur qadınlar, qadın sifətini mən

Güzgüdə gördüm yalnız. İki kişi görmüşəm:

Biri atam, biri siz. Ayrı şəxs tanımıram.

Ən qiymətli cehizim - ismətimə and olsun.

Mənə sizdən savayı yar-yoldaş lazım deyil.

Sizi sevdim, bəyəndim. Təsəvvür eləmirəm

Sizdən gözəl bir insan. Deyəsən çox danışdım,

Unuduram atamın öyüdünü, sözünü.

Ferdinand.

Şahzadəyəm, Miranda, hətta bəlkə də kral,

(Kaş Allah eləməsin) heç vaxt dözə bilməzdim

Əsirliyə, zindana. Amma bir dinləyin siz

Ürəyimin səsini. Sizi gördüyüm andan

Əsiriniz olmuşam, əbədi əsiriniz.

Sizdən ötrü, sizin üçün odun da daşıyaram,

Nə desəniz edərəm...

Miranda.

Yer, səma şahid olsun mənim böyük eşqimə.

Doğru söyləyirəmsə yer, səma qismət etsin

Bütün istəklərimi. Yox, yalan deyirəmsə,

Qoy dərdə çevirsinlər bəxtimin sevincini.

Nəhayətsiz, hüdudsuz eşqlə sevirəm səni.

 M i r a n d a (kənara). Axmağam, ağlayıram səadətdən, sevincdən.

Prospero (kənard).

Sevdalı ürəklərin vüsalı nə gözəldir,

Göylərin mərhəməti qorusun bu sevgini.

Ferdinand. Bəs niyə ağlayırsan? Nə olub sənə, söylə!

Miranda.

Bacarmıram ayrılım sizə bəxş etdiyimdən,

Sizdən istədiyimi almağı bacarmıram,

Həyatımdan da artıq mənə gərək olsa da.

Eh, mən nə danışıram. Gizlətdikcə duyğumu

Daha tez aşkar olur. Rədd olsun saxta heya!

İmdadıma sən yetiş, müqəddəs təmizliyim!

Məni almaq istəsən, arvadın olacağam,

İstəməsən, kənizin. Ölənəcən, qəbirəcən.

Ferdinand. Nə? Sən mənim kənizim?

Yox, mən sənin qulunam.

Miranda. Demək ərimsən mənim?

Ferdinand. Bəli! Elə xoşbəxtəm, elə bil ki, məhbusa

Azadlıq vəd ediblər. Ver əlini, ver bura!

 Miranda.

Al, əlimlə bir yerdə götür ürəyimi də.

Salamat qal, ayrılaq indi yarım saatlıq.

Ferdinand. Salamat qal, sevgilim, sənə yüz min uğurlar!

Ferdinand və Miranda müxtəlif səmtlərə gedirlər.

Prospero.

Bunlar indi dadırlar sevginin nübarını.

Bunlar tək duymasam da, xoşbəxtəm mən də ancaq.

Fəqət vaxtdır, gərək mən hələ çox işlər görəm,

İndi kitablarımın yanına gərək gedəm (Gedir).

İKİNCİ SƏHNƏ

Adamın başqa tərəfi. Stefano və Trinkulo gəlirlər. Onların dalınca elində şüşə tutmuş Kaliban gəlir.

Stefano. Heç qulaq asmaq da istəmirəm. Çəlləyi boşaldandan sonra su hortdadarıq. Ondan qabaq bir damcı da dilimə vuran deyiləm. Odur ki, küləyin səmtində dayan, gəmini düz sür! Hey, mənim bəd-heybət nökərim, gillət mənim sağlığıma!

Trinkulo. Bədheybət nökər! Belə də axmaq ada olar? Deyirlər burda cəmi-cümlətanı beşcə nəfər yaşayır. Üçü - biz. Əgər qalan ikisinin də kəlləsi bizimki kimidirsə, onda bu dövlət laxlayıb!

Stefano. İç! Bədheybət nökərim! Mən sənə əmr edirəmsə, içməlisən! Bura bax, gözlərin kəllənə çıxıb ki...

T r i nk u 1 o. Kəlləsinə çıxmayıb harasına çıxacaq? Bircə o qalıb ki, gözləri quyruğunun altına çıxsın.

Stefano. Mənim bədheybət nökərimin dili şərabın dibində batıb qalıb. Amma məni heç dəniz də batıra bilmədi. Batmadım ki, batmadım. Üzdüm, üzdüm, yüz iyirmi mil üzdüm, axır çıxdım sahilə. Ay bədheybət, and olsun Allaha, səni sərkərdə teyin eləyəcəm. Mənim sərkərdəm... Yox, daha yaxşısı, bayraqdarım ol!

Trinkulo. Yenə sərkərdə dərd yarıydı, amma bundan heç cür bayraqdar çıxmaz. Heç bayrağı düz saxlaya bilməz.

Stefano. Yox, müsyö bədheybət, biz ki, hücuma-zada keçəsi

deyilik.

Trinkulo. Heç hara gedəsi deyilsiz! Artıq-əskik danışmayıb, it

kimi bura sərilib qalaçasız.

Stefano. Ay bədheybət! Əgər sən doğrudan da yaxşı bədheybət olsaydın, ağzını açıb bir kəlmə söz danışardm! Kaliban.

Söhbətin yaxşıdırmı, mənim mübarək ağam?! İcazə ver yalayım senin çəkmələrini. Amma bax, bu qorxaqdır, ona xidmət etmərəm.

Trinkulo. Yalan deyirsən, nadan bədheybət! Mən bu saat elə cəsuram ki, lap qaravulçunun özünü də itələyə bilərəm. Cavab ver, pozğun balıq: bir adam ki mənim bu gün içdiyim qədər isə, o nədən qorxacaq? Sən dəhşətli yalan danışırsan, çünki özün də dəhşətli bir məxluqsan; yanbalıq, yarı idbar...

Kaliban. Hi, hi, hi! Nə ərz etdi, hökmdar? Bu bədheybət idbar

lap sarsaq imiş ki...

Trinkul o. Eşitdinmi? Yenə də, yenə də mənə gülür. Gəmir onun

başını, qoy ölsün, yalvarıram!

Stefano.

Trinkulo, dilini qoy qarnına. Əgər üsyan-filan etmək fikrinə düşsən, səni bax bu ağacın başından... Biçarə idbar mənim təbəəmdir axı, mən qoymaram ki, sən ona güldən ağır bir söz deyəsən.

Kaliban. Çox saq ol, mənim nəcib hökmdarım. İzn ver səndən bir xahiş də eləyim.

Stefano. Hə, nə deyirsən? De görüm, nə xahiş edirsən? Amma diz çök, de! Mən ayaq üstə dayanacam. Trinkulo da ayaq üstə duracaq.

 

Gözə görünməz Ariel peyda olur.

 

K a 1 i b a n. Bayaq sənə demişdim ki, mən bir müstəbədin quluyam. O sehirbazdır, caduyla, bicliklə, yalanla bu adanı mənim əlimdən alıb.

Ariel. Yalandır!

Kaliban (elə bilir ki, bunu Trinkulo dedi). Nə yalandır? Sən özünsən yalançı. Qoy ədalətli ağam məni öldürsün, meymun. Mən düzünü deyirəm.

Stefano. Trinkulo, bir də onun sözünü kəssən, bax bu yumruğuma and olsun, dişlərini tökəcəm qarnına.

Trinkulo. Mən beyəm bir söz dedim?

Stefano. Sus! Dinmə! {Kalibana) Hə, danış görüm.

Kaliban.

Bu adanı zəbt etdi tilsim ilə, sehr ilə. Al ondan qisasımı qüdrətinlə, hökmdar. Bilirəm bacararsan. Amma bax, bu - bacarmaz.

Stefano. Əşi, bu haradan bacaracaq?

Kaliban.

Olarsan bu adanın sahibi, hökmranı, Mən də sənin xidmətçin, müti qulun, nökərin.

Stefano. Yaxşı, bunu necə eləyək axı! Bir ağıllı-başlı başa sal görüm.

Kaliban.

Aparım səni ora - sehirbazın yanına. Yatan yerdə başına mismar vur, öldür onu.

 

Ariel. Yalan deyirsən, yalan. Edə bilməzsən bunu.

Kaliban.

Alabəzək heyvərə! Vicdansız, murdar, əclaf Hökmdarım, döy onu, al şüşəni elindən, Qoy dəniz suyu içsin, bulaqları mən ona Göstərən-zad deyiləm.

Stefano. Hey,

 Trinkulo, ağlını yığ başına! Mənim bu idbarıma  bir kərə də sataşsan, yumruğuma and olsun, mərhəməti-filanı bir qırağa qoyub, səni elə əzişdirəcəm ki, elə bil quru balığı əzişdirirsən.

Trinkulo. Əşi, mən neyləmişəm e?!  Mən heç dinib-danışmıram.

Yaxşısı budur, sizdən uzaq olum.

Stefano. Necə yeni dinib-danışmıram?! Bəs kim idi buna yalançı deyən?!

Ariel. Yalan deyirsən, yalan!

Stefano. Nə? Mən də yalan deyirəm. Tut gəldi (Trinkulonu döyür). Hə, bir də mənim yalanımı çıxart görüm.

Trinkulo. Əşi, mənim nə ölümüm azıb sənin yalanını çıxardım... Başınız xarab olub, nədir? Qulağınız cingildəyir... Andıra qalsın bu şüşəni. İçkinin axırı budur e... Görüm sənin bədheybət idbarına azar dəysin. Sənin də yumruğunu şeytan qopartsın. K a 1 i b a n. Ha, ha, ha!

Stefano. Hə, di dalını danış görüm (Trinkuloya). Sen də aralan bizdən.

 

Kaliban.Bir şillə də vur ona. Mən özüm də indicə xub döyəcəm

onu.

Stefano (Trinkuloya). Çəkil! (Kalibana) Hə, di gəl sözünü davam elə.

Kaliban.

Deyirəm ki, həmişə, yatır nahardan sonra, Yuxuda öldür onu. Gərək kitablarım Əvvəlcə götürəsən. Odunla yar təpəsin, Bıçaqla boğazın kəs, ya şiş batır qanına. Unutma kitabları! Onları ələ keçir Qabaqdan. Kitabsız o, ağılsızdır mənim tək. Ruhlar da qulaq asmaz onda sözünə onun. Onlar da nifrət edir sehrbaza mənim tək. Kitablarını yandır. Evini bəzəyibdir Cürbəcür əşyalarla. Amma hər şeydən artıq Öz qızıyla fəxr edir - onun gözəlliyilə, Misilsiz gözəl sayır öz qızını sehrbaz. Mən də ömrümdə yalnız iki qadın görmüşəm: Anam Sakoraksanı, bir də həmin o qızı. Bilirəm, biri zülmət, o biri nur-işıqdır.

Stefano. Yəni qızcığaz doğrudan bəd deyil?

Kaliban.

Bəli, hökmdar, bəli, sənə layiq gözəldir, Kənizin eyləyərsən, sənə uşaqlar doğar.

Stefano. İdbar, mən o cadugərin işini bitirəcəm. Özüm kral ola-cam, o qız da kraliça, Yaşasın əlahəzrət kral və kraliça, yəni ki, biz! Trinkuloyla siz də vəzirlərim olarsız, hə, necədir? Trinkulo, bizim tədbirlərimizi bəyənirsən?

Trinkulo. Əla!

Stefano. Ver əlini. Bağışla, bir az səni əzişdirdim. Amma başını salamat saxlamaq istəyirsənsə, dilini qanına qoy.

K a 1 i b a n. Bir azdan yuxulayacaq. Onu öldürərsənmi?

Stefano. Aha. Vicdanıma and olsun.

Ar i e 1 (kənara). Gərək mən bu xəbəri öz ağama yetirim.

Kaliban.

Sən məni sevindirdin. Bilsən necə xoşbəxtəm. Gəl şadlanaq! İzn ver, öyrətdiyin mahnını Oxuyaq bir, ağa!

Stefano. Xahişinə əməl edirəm, idbar! Sənin üçün hər şeyə hazıram.

Trinkulo, gəl oxuyaq {oxuyur).

Asqırıram hər şeyə, tüpürürəm hər şeyə! Hər şeyə tüpürürəm, hər şeyə asqırıram! Azaddır fikrimiz! Fikrimiz azaddır!

Kaliban. Mənə elə gəlir ki, sən düzgün oxumursan {Ariel həmin mətni tütəkdə və təbildə çalır). S t e f a n o. Bu nədir belə?

Trinkulo. Bizim havamızdır. Naməlum cənab çalır. S t e f a n o. İnsansansa görün bizə, görək kimsən, necəsən? Yox şeytansansa, istədiyin çildə gir, görün. Hansı cildi bəyənirsən, özün seç!

Trinkulo. İlahi, günahlarımı bağışla!

Stefano. Ölümdən daha nə haqq-hesab istəyəcəklər... Mən sən-dən qorxuram. İlahi, bizə rəhmin gəlsin, bağışla bizi. K a 1 i b a n. Sən qorxdun?

Stefano. Kim? Mən? Yox, idbar, mən elə oğlanlardan deyiləm.

Kaliban.

Sən heç qorxma, bu ada doludur səslər ilə,

Pıçıltıyla, nəvayla, xışıltıyla, sədayla.

Xoş səslərdir, zərərsiz. Sanki yüz cürə alət

Qulağında səslənir. Ya da görürsən birdən

Səslər məni oyadır. Yenə sədalar altda

Yavaşca uyuyuram. Yuxumda da görürəm

Qızılı buludları. Yağış kimi tökülür

Üstümə cavahirlər, mirvarilər, incilər.

Sonra oyandığıma ağlayıram ürəkdən.

Stefano. Əcəb dövlətdir bura. Musiqisi də müftə.

Kaliban. Ammahər şeydən qabaq, sehrbazı yox elə!

Stefano. O öz yerində. Elə bilirsən yadımdan çıxıb?

Trinkulo. Musiqi uzaqlaşır. Gəlin onun dalınca düşək gedək. İşimizi sonra görərik.

Stefano. İdbar, sən qabağa düş, biz də dalınca gələk... Bu təbilçini görmək pis olmazdı. Əcəb guruldayır.

Trinkulo (Kalibana). Ey, düş qabağa, Stefano, mən də gəlirəm ardınca.

Gedirlər.

 

 

 

 

ÜÇÜNCÜ SƏHNƏ

 

Adanın başqa hissəsi.

 

                                   Alonzo, Sebastian, Antonio, Qonzalo, Adrian, Fransisko və başqaları gəlirlər.                  

Qonzalo.

Hökmdar, and içirəm müqəddəs Məryəmə ki,

Bir addım bundan artıq ata bilməyəcəyəm.

Qoca sür-sümüklərim sızlayıb inildəyir.

Adanın başdan-başa ölçdük hər tərəfini.

İzin verim dincələk.

A 1 o n z o. Səni tanımıram mən.

Qaçasan.

Elə mən də düşmüşəm daha əldən.

Dincəl, nə deyirəm ki... Mən də puç ümidlərə

Əlvida deyim artıq, oğlum batıb, şübhəsiz.

Dəniz gülür ki, onu quruda axtarırıq.

A n t o n i o (Sebastiana).

Ümidini itirib! Çox gözəl, amma bax, sən

Uğursuz ilk addımdan fikrini dəyişmə ha!

Sebastian. Yox, yox, qoy fürsət düşsün.

Antonio. Fürsət bu gecə düşər! Möhkəm yoxlayacaqlar.

Sebastian.

Yorulublar yamanca!

Bəli, qətidir qərar. Bax, bu gecə! Vəssalam!

 

            Qəribə və təntənəli musiqi səslənir. Yuxarıda gözə görünməz Prospero peyda olur.

 

Alonzo. Eşitdinizmi, dostlar, nə əcayib səslərdir!

Q o n z a 1 o. Nə ecazkar sədalar!

                  

Əcaib fiqurlar peyda olur. Üstü düzülü masa gətirirlər, rəqs və təzim edə-edə kralla adamlarını masanın başına çağırırlar, sonra yox olurlar.

Alonzo. Aman Allah, bu nədir? Nə məxluqdurlar bunlar?

Sebastian.

Canlı oyuncaqlardır. İndi mən də inandım Hər cür möcüzələrə: tək buynuzlu heyvana, Ərəbistan çölündə Səməndər adlı quşun Ağacdakı taxtına.

 

Antonio.

Mən də inandım artıq

Bütün sən deyənlərə... Nəyə desən inandım.

Xanənişin adamlar gülsə də səyyahlara,

Yalan söyləmirmişlər səfərlərdən dönənlər.

 Qonzalo.

Qayıtsaq Neapola, söz açsam bu işlərdən

Heç kəs mənə inanmaz. Desəm çox mehribandır

Adanın  sakinləri, bənzəmirlər bizlərə,

Onlar kimi hörmətcil - nadir adam tapılar?!

Bütün bunları desəm, lağa qoyarlar məni. Prospero {kənara).

Düz deyirsən, sadiq dost, nadirdir yaxşı adam;

Burada, aranızda iblisdən pisləri var.

 

Alonzo.

Heç özümə gəlmirəm; musiqi, rəqs, hərəkət

Neçə cazibəliydi, üstündü yüz min sözdən.

Prospero (kənara). Hələ bu harasıdır. Tamaşa axırdadır!

Fransisko. Hamısı birdən-birə yoxa çıxdılar ancaq.

Sebastian.

Nə qəm, qalıb ki, burda gətirdiyi yeməklər.

Yamanca acmışıq biz (Alonzoya).

Bəlkə dadasız? Alonzo. Yox, yox.

Qonzalo.

Siz nədən çəkinirsiz, söyləyin, hökmdarım?

İnanmazdım gənclikdə bir para söhbətlərə;

 Guya adamlar varmış - döşləri öküz döşü.

Ya ayrı növ adamlar - sinəsində başları.

 Amma öz gözümüzlə bunları ki biz gördük,

İndi belə sözlərə inanıram, doğrusu.

Alonzo.

Nə fərqi var, doğrudan? Oturub yeyim mən de,

Son yeməyim olsa da. Nə gözlərəm həyatdan?

Qardaş, hersoq, gəl bura. Nahar elə bizimlə.

İldırım, şimşək.

 Ariel Harpiya (qanadlı külək ilahəsi) şəklində peyda olur.

Qanadlarını masanın üstündə gərir, yeməklər yox olur.

 

Ariel.

Üçünüz də canisiz. Dünyada hər bir şeyin Sahibi olan tale dənizə əmr etdi ki, Atsın sizi buraya, bu kimsəsiz adaya. İnsanlarla qalmağa layiq deyilsiniz siz. Mən indi dəliliyə sizi məhkum edirəm.

Alonzo və başqaları qılınclarını sıyırlar.

Zavallı sərsərilər! İntihar edənlərin Cəsarəti var sizdə.

Mən də, yoldaşlarım da Taleyin elçisiyik.

Sizin polad qılınclar Küləyə, suya əgər yetirərsə bir xətər, Bizi də yaralayar.

Bizlərə yoxdur zaval. Siz qılınclarınızı qaldıra da bilməzsiz.

Mən bura gəlmişəm ki, sizlərə xatırladam; Prosperonu Milandan qovdunuz siz bir zaman, Dənizlərə atdınız özünü və qızını.

Fələk, rəhmdil fələk, gec de olsa bir qədər, Sizdən intiqam alır - Prosperonun qisasın! Fələyin buyruğuyla dəniz, torpaq, canlılar Qalxıblar sizə qarşı... Alonzo, əvvəlcə sən İtirdin öz oğlunu. İndi hara getsəz də

Ölümdən min pay betər əzablar, işgəncələr Çıxacaq qarşınıza.

Bu kimsəsiz adada Mənim lənətlərimdən heç kəs sizi qurtarmaz.

Yalnız bir xilas yolu - günahsız yaşamaqdır, Peşman olub yuyaraq keçmişdəki günahı.

Göy guruldayır, Ariel qeyb olur. Melodik musiqi sədalan altında yenidən əcaib fiqurlar gəlir. Onlar rəqs edə-edə əzilib-büzülərək masanı aparırlar.

Prospero (Kənara).

Sevimli Arielim! Nə yaraşıqlıydın sən,

Həm də qorxunc, heybətli, külək ilahəsinin Şəklində görünəndə.

Bütün dediklərimin Hamısını bir-bir söylədin. Başqa köməkçilər də

Çox canlı, çox məzəli oynadılar rolların.

Tutubdu tilsimimiz. Bir baxın, düşmənlərim

Ağılların itirib. Əlimdədirlər indi.

Hələ burda qalsınlar. Qayıtmaq istəyirəm

Ferdinandın yanına. Bir də hər ikimizin

Əzizinin yanına (Yox olur).

 Qonzalo.

Nə olubdur, hökmdar?

Yarəb! Gözlərinizi hara zilləmisiniz? Alonzo.

Aman! Dəhşət! Müsibət! Mənə elə gəldi ki,

Dalğalar danışırdı, külək söhbət açırdı,

Göylər də guruldayıb bircə söz deyirdilər.

Hamısı da o adı çəkirdilər; Prospero!

Borular bağırırdı mənim cinayətimdən.

Bununçün oğlum itdi girdabında dənizin.

Amma ağır lövbərdən dərinə getsəm mən

Dənizlərin dibində tapacağam oğlumu -

Onun yanında yatım (Gedir).

 

 Sebastian.

Çağırıram döyüşə

Mən bütün iblisləri, amma bax, bir-bir, bir-bir... Antonio. Mən də sənin əl altın!

Sebastian və Antonio gedirlər.

Qonzalo.

Dəli olub hər üçü,

Cinayətin zəhəri hopub beyinlərinə

Lap çoxdan. Amma indi təsir edibdir zəhər.

Ah, sinyorlar - siz məndən gəncsiniz, qıvraqsınız,

Gedin arxalarınca, yoxsa ki, dəli halda

Həngamə qopardarlar.

Adrian. Tez tərpən, gəl ardınca!

Gedirlər.

 

 

 

 

DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Prosperonun mağarası qarşısında. Prospero, Ferdinand və Miranda gəlirlər.

Prospero.

Sərt davrandım səninlə. Çıxaram əvəzini

Yüz qat, inan sözümə. Axı öz həyatımın

İllərini verirəm mən sənin əllərinə.

Səni belə incidib eşqini sınayırdım.

Çıxdın sən bu sınaqdan, qoy səma şahid olsun.

Sənə bəxşiş verirəm qiymətli hədiyyəmi.

Təəccüblənmə, Ferdinand, öz qızımla beləcə

İftixar etdiyimə. Özün görəcəksən ki,

O min dəfə artıqdır hər cür tərifli sözdən

Ferdinand. Mən də bu fikirdəyəm, heç yozucu kahin də dəyişməz əqidəmi.

Prospero.

Onda, əgər beləsə,

Qəbul et ərməğanı. Sən onu qazanmısan.

Amma unutma, əgər nigah təsdiq olmadan

Bəkarət kəmərini açsan qızın belindən,

Sizin ittifaqınız xeyir-dua alammaz.

Dedi-qodu, küt nifrət tikanlarla doldurar

Nigah yatağınızı. Sizdə ikrah oyanar.

Nigahların Allahı - Himeney çırağını

Yandırmayınca siz də təmiz qalın, pak qalın.

Ferdinand.

And olsun həyatına, təmiz məhəbbətimə,

Gələcək xələflərə, səadətə and olsun,

Nə qaranlıq mağara, nə tənhalıq, nə fürsət,

Nə şeytan məsləhəti məni namus yolundan

Kənara çəkə bilməz. Qoymaram şəhvət odu

İradəmi əritsin. Mən səbirlə gözlərəm

O günü ki, parlaq Feb - şəfəqlərin Allahı

Yubadacaq üfüqdə işıqlı atlarmı,

Bizə elə gələcək: buxovlanıbdır gecə.

Prospero.

Sözlərin çox gözəldir. İndi də otur burda Söhbət elə bizimlə.

Qızım sənindir daha. Mərhəmətli köməkçim, sədaqətli Ariel!

Ariel peyda olur.

Ariel. Mən burdayam, hökmdar, söylə nə buyruğun var!

Prospero.

Sən və kiçik dostların çox yaxşı işlədiniz,

Bir tapşırığım da var; sənə tabe ruhları

Bura çağır, gəlsinlər. Bizim bu cavanlara

Tamaşa göstərsinlər, əsrarəngiz tamaşa.

Boyun oldum onlara möcüzə göstərməyi.

Ariel  Haçan yığım ruhları?

Prospero. Heç yubanmadan, dərhal!

Ariel.

Sənə qulluq etməyə Sevinirəm mən lap çox.

 Əmr edim, ruhlar bura Uçsunlar sanki bir ox.

Söylə bir görüm, məndən Razısanmı, hə, ya yox?

Prospero.

Razıyam, çox razıyam, ey zərif Arielim!

Səsimi eşidəndə peyda ol burda hazır!

Ari e 1. Anladım tapşırığı (Yox olur).

 Prospero (Ferdinanda), Unutma öz andını,

Çılğın istəklərinin buraxma cilovunu.

Bil ki, ehtiras odu saman kimi yandırır

-          Ən müqəddəs andları.

-          Ferdinand.

Yox, əhdimi pozmaram, Təmizliyin saf qarı şəhvət odun söndürər!

Prospero.

İnanıram, çox yaxşı. Peyda ol, Arielim!

Sənə tabe ruhların hamısını çağır bura!

{Ferdinand və Mirandaya). Susun! Baxm, dinləyin!

Məlahətli musiqi. İrisa görünür.

İrisa.

Səxavətli Serera, qulaq as sözlərimə!

Tərk et geniş çölləri, bəhərli zəmiləri,

Tərk et yaşıl xalçalı düzləri, çəmənləri.

O gündən bəri qızım qeyb olub qaranlıqda.

Yox, yox, nigaran olma, bura gəlməyəcəklər

Nə Venera, nə oğlu. Onlar pafosa sarı

Uçurlar indi yəqin. Qanları bərk qaradı,

Kələkləri tutmadı. Ovsunla bu gəncləri

Azdıra bilmədilər Venera da, oğlu da.

İstəyirdi ki, bunlar, nigahlarından qabaq

Bir-birinin qoynuna atsınlar özlərini,

Keçib həddi, cızığı. Bir şey çıxmadı amma.

Kupidon da pərt olub and içdi ki, bir daha

Girməsin ürəklərin təmiz guşələrinə.

Oxunu da sındırdı, dedi: körpə uşaq tək

Oynaqlayacağam mən.

Serera. Budur gəldi Yunona!

Yunona görünür.

Yunona.

Xoş gördük səni, bacım! Tezliklə qayıdarsan

Öz mülkünə, yerinə. Amma indi bir yerdə

Gəl xeyir-dua verək bu mehriban gənclərə!

(Oxuyur):

Sizə uğurlar olsun,

Ömrünüz səadətlə,

Bəxtiyarlıqla dolsun!

Bu sovqatlar bir-bir

Yunona sizə verir. Serera (oxuyur):

Sizə uğurlar olsun!

Anbarınız çörəklə,

Bol məhsullarla dolsun!

Dadlı-dadlı meyvələr,

Üzümlər üzün hər ay.

Sevinclə ömür sürün.

Dekabrınız olsun may.

Bu sovqatları bir-bir

Serrara sizə verir.

 

Ferdinand.

Bu gözəl tamaşaya əsrarəngiz musiqi

Nə qədər uyğun gəlir. Yəqin ruhlardır bunlar!                                                          Prospero.

Bəli, ruhlardır, amma mən bütün bu ruhları

Sənətimlə ram edib, özümçün işlədirəm.

 

Ferdinand.

Daim qalardım burda! Belə nazənin arvad,

Belə müdrik qaynata! Cənnət imiş bu ada!

Yunona və Serera pıçıldaşırlar, sonra İrisaya nə isə bir tapşırıq verirlər.

 

Prospero.

Dayan görüm, kiri bir! İlahələr deyəsən

Vacib bir şey haqqında pıçıldaşıb sözləşir,

Nəsə hazırlayırlar. Susun görək bir ara!

Yoxsa qırılar tilsim! İrisa.

Gül-çiçəkli pərilər! Çıxın sərin sulardan,

Yımona dəvət edir sizi bu çəmənliyə.

Səadət arzulayın aşiqlərə, pərilər!

Bu xoş nigahda siz də iştirak eləyiniz!

Pərilər görünür.

Siz də ey biçinçilər, gün altında yananlar!

Tərli alnınız üstə qoyubsuz həsir papaq.

Bura gəlin. Qurtarıb gündüzkü zəhmətiniz.

Hərəniz bir pərinin tez yapışın əlindən,

Yorğunluğu unudub rəqs eləyin sevincək!

Kendli qiyafəsində biçinçilər görünürlər.

 

P ə r i 1 ə r 1 ə bir yerdə gözəl rəqs oynayırlar. Birden Prospero ayağa durur və danışmağa başlayır. Çıxışının sonunda qəribə bir hay-küy qopur və xəyallar qeyb olur.

Prospero.

Mən də lap unutmuşdum. Axı vəhşi Kaliban

Öz təzə curlarıyla qətlimi hazırlayır.

Qəsd vaxtına az qalıb (Ruhlard).

Yaxşı, bəsdir, qeyb olun.

Ferdinand. Miranda, nə səbəbdən həyəcanlanıb atan?

Miranda.

Bilmirəm, mən də heç vaxt onu belə nigaran,

Qəzəbli görməmişəm. .

 

Prospero.

Əziz oğlum, pərt oldun?

Pərişan görünürsən. Aç kefini, gülümsə!

Tamaşa sona yetdi - bayramımız qurtardı.

Bu oyunda aktyorlar ruhlar idi, dedim mən.

Rollarını bitirib əriyib yox oldular

Şəffaf havada onlar. Bax, beləcə bir zaman

Cisimsiz kabus kimi əriyib yox olacaq.

Tüstü təkin uçacaq buludlu zirvələrdə...

Uca dağlar, məbədlər, məğrur saraylar - hər şey,

Hətta yer kürəsi də yox olacaq bir zaman

Heç bir iz buraxmadan - bu cisimsiz ruhlar tək...

Biz və yuxularımız eyni cür maddədənik.

Yuxu əhatə edir bu kiçik ömrümüzü.

Həyəcanlıyam, oğul! Zəifliyimi əfv et!

Qarışıbdır fıkirlər qoca başımda mənim.

Mənə bənd olmayın siz, mağarada dincəlin,

Mən də bir az gəzişim, boğum həyəcanımı.

 

Ferdinand və Miranda (biryerdə):

Sakit olun siz, ata! (Gedirlər).

 Prospero. Yanıma gəl, Ariel! Becid ol fikir kimi!

Ariel peyda olur.

A r i e 1. Fikir icraçısıyam. Nədir tapşırığınız?

Prospero. Ey ruh! Hazır olaq biz

Kalibanla görüşə.

Ariel.

Hökmdar, Sereranın rolunu oynayarkən

İstəyirdim ki, sənin yadına salım, amma

Qorxdum qəzəblənərsən...

Prospero. Hardadır o lotular?

Ariel.

İçib lap dəli olublar. Sərxoş cəsarətiylə

Küləyə deyirlər ki, üzlərinə əsibdir.

Yeri təpikləyirlər - dəymə ayağımıza!

Amma niyyətlərindən  əl çəkməyiblər əsla.

Təbil çaldım qəfildən. Cilovsuz qulun kimi

O saat qulaqların yamanca şəklədilər.

Gözlərini qıydılar, burunların çəkdilər,

Sanki iyləyirdilər musiqini...

Mən isə qulaqlarını doldurdum səslərlə, nəvalarla.

 Böyürtünün dalınca yönələn dana kimi

Düşdülər yola onlar. Üst-başları didildi,

İlişib tikanlara kolların arasında.

Səslərlə azdıraraq bataqlığa gətirdim.

Batıb qalıblar orda, üfunətin içində.

Prospero.

Yaxşı, qanadlı dostum. Yenə gözə görünmə.

Mağaradan al-əlvan parçalar gətir bura,

Qoy şirniksin oğrular ala-bəzək şeylərə.

Ariel. Uçuram! (Qeyb olur).

Prospero.

Yox, Kaliban ipə-sapa yatmayır.

Xilqətdən iblisdir o, hayıf zəhmətlərimə,

Həlim davranışıma! Hədər imiş hamısı.

 Qanmır o, xoş rəftarı; getdikcə qansız olur,

Getdikcə idbar olur. Eybi yoxdur, az qalıb.

 Onlara bir toy tutum, ərşə çıxsın səsləri!

A r i e 1 peyda olur, əlvan pal-paltar gətirir. As kəndirdən bunları.

              Prospero və Ariel görünməz qalırlar. İslanmış, çirkə bulanmış Kaliban, Stefano ve Trinkulo gəlirlər.

Kaliban.

Sus! Susun! Yavaş olun, kor köstəbək də belə

Bizi eşitməsin heç. Bax, budur o mağara.

Stefano. Bura bax, bədheybət, sənin o zərərsiz saydığın ruh bizim başımıza yaman oyun açdı ha!

Trinkulo. Bədheybət, təpədən dırnağacan sidik iyi verirəm, at sidiyi və bu səbəbdən də mənim burnum çox bərk qəzəblənib.

Stefano. Mənim də burnum hiddətlənib. Eşidirsən, bədheybət, əgər səninlə aram dəysə, vay halına.

Tr inkulo. Onda lap daha atılmalı bədheybət olacaqsan!

Kaliban.

Məni məhrum eyləmə rəğbətindən, hökmdar.

Bir az da döz. Bunların əvəzində gör nələr

Qazanacaqsan, nələr?! Amma yavaş, susun bir.

Bura elə sakitdir, gecə yarısıdır sanki.

 Trinkulo. Elə olmağına elədir, amma o cür şüşələri bataqlıqda

itirmək...

Stefano. ...bu nəinki biabırçılıqdır və ayıb işdir, bu həm də

əvəzsiz bir itkidir.

Trinkulo. Bu mənim üçün çirkabda çimməyimizdən də pisdir.

Əcəb zərərsiz ruh imiş!

Stefano. Mən o şüşəni tapacam. Lap bax, təzədən boğazacan

bataqlığa girməli olsam da, tapacam.

Kaliban.

Ey kralım, axı niyə narahat olursan sən? Mağaranın qapısı budur bax, gir içəri. Hay-küysüz, sakit, səssiz. Gör müqəddəs işini, Ver layiqli cəzasın. Ondan sonra bu ada Sənin öz dövlətindir. Mən də çəkmələrini Yalayım səhər-axşam.

Stefano. Ver əlini mənə. Hiss eləyirəm ki, yavaş-yavaş qan

gözlərimi tutur.

Trinkulo. O... kral Stefano! O... əlahəzrət! O... ləyaqətli, şərəfli Stefano! Gör burda sənin üçün necə geyim-kecimlər asılıb!

Kaliban. Axmaq, dəymə onlara - əskilərdir, cır-cındır...

Trinkulo. Ay sənin başın üçün, bədheybət! Nəyi bilməsəm də parçanın yaxşısını pisindən ayıra bilirəm... O... kral Stefano!

Stefano. Bu əbanı dart çıxart görüm, Trinkulo! Yumruğum haqqı, mən gərək bu əbanı əynimə keçirəm.

Trinkulo. Əlahəzrət bu əbanı əyninə keçirəcək.

 

Kaliban.

Qan qusasan, zırrama! Nə görmüsən bunlarda. Qabaqca Prosperonu öldürməsək biz egər... Birdən ayıldı, durdu - onda Prospero bizim Bütün bədənimizi elə dişləyər, dider, Heç tanıya bilmərik özümüz özümüzü.

Stefano. Çox tullanıb-düşmə, idbar! Hörmətli ip, - xanım, bu bəyəm mənim qaftanım deyil? Ah, cənab qaftan, siz ip xanımdan elə bərk sallanmısınız ki, heç ayırmaq olmur. Bu cür yaxınlıqdan tifitik-ləriniz də sürtülüb gedər ki... dönüb olarsız daz keçəl qaftan.

Trinkulo. Götür! Götür! Əgər siz, əlahəzrət, rəva bilirsiz, biz bu ip xanımı tamam lüt soyunduraq.

Stefano. Afərin! Əntiqə dedin! Əla zarafatdır. Buna görə al bu paltarı. Nə vaxtacan ki, bu dövlətin padşahı mənəm - bütün zarafatçılar mükafatlarını alacaqlar. Deməli, ip xanımı çılpaq qoyacaqsan, hə? Əntiqə sözdür. Al, bu şalvarı da sənə verdim.

Trinkulo. Bura bax, bedheybət! Sən də pəncələrinə quş yapış-qanı sürt, qalanları qapışdır. Kaliban.

Yox, yox, mən istəmirəm. Burda vaxt keçiririk. Bizi qara qarğaya, ya da çirkin meymuna İstəsə çevirər o.

Stefano. İdbar, uzat bura pəncəni. Kömək elə, bütün bu var-dövlətimi çəlləyi gizlətdiyin yerə daşıyım. Çox oyan-buyan eləsən səni öz dövlətimdən bayıra vızıldadaram. Hə, tez elə, tut bunu. Trinkulo. Bunu da.

Stefano. Bax bunu da.

Uzaqdan ov səsləri eşidilir. Səslər yaxınlaşır. Ruhlar ov itləri şəklində gəlir, oğruları təqib edirlər. Prospero və Ariel itləri muşqururlar.

Prospero. Tut onu, Qızıl, tut, tut.

Ar i e 1. Gümüş, tut onu, tut, tut.

Prospero. Ey Furiya, tut, tez ol. Ulyu, ulyu, ulyulyu.

İtlər teqib edir, Kaliban, Stefano və Trinkulo qaçırlar.

Prospero (Arielə).

Uç, meşə ruhlarına tapşırıq ver, bunların qıc eləsin qolunu, qıçını, ayağını.

Didim-didim didsinlər, zolaq-zolaq etsinlər Pələng dərisi kimi bunların dərilərin.

Ariel. Gör bir nə bağırırlar!

Prospero. Paylarını aldılar!

İtlər qovsun onları. İndi əlimdədirlər Düşmənlərimin hamısı. Az qalıb, işlərimi Qurtarım, onda sən də bir asudə nəfəs al. Amma hələlik sənə bir tapşırığım da var.

Gedirlər.

BEŞİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Prosperonun mağarası qarşısında. Sehrli əbasını geymiş Prospero və Ariel gəlirlər.

Prospero.

Qurduğum tədbirlərin az qalıb axırına.

Sehrin hökmü güclüdür, ruhlar mənə mütidir.

Vaxtın arabası da öz yükünü daşıyır, Görən neçədir saat?

Ariel.

Altıdır. Sən deyirdin

Altıda qurtaracaq bütün işlər, hökmdar.

Prospero.

Bu cür qərar vermişdim ilk dəfə fırtınam

Yaradanda mən. Yaxşı, haradadır kral dəstəsi?

Ariel.

Onlar dustaqlar təkin çıxa bilmirlər heç cür

Sənin qoyduğun yerdən.

Borandan, qasırğadan Sənin bu mağarana süpər olan meşədə

Onlar sığnaq tapıblar. Onları yalnız tək sən

Azad edə bilərsən. Hər üçü: kral, qardaşı,

Bir də sənin qardaşın bayaqkı tək dəlidir.

Qalanlar dərd içində onlara yas tutubdur.

Ən çox qəm eləyən də sənin nəcib dediyin

İxtiyar Qonzalodur. Qamış damdan yağış tək

Yaş axır saqqalından. Necə əzab çəkirlər

Sənin tilsimlərindən! Bir görsəydin onları özün də yumşalardın.

Prospero. Belə düşünürsənmi?

Ariel. Əgər insan olsaydım acıyardım onlara.

Prospero.

Mən də çox acıyıram. Madam ki, sən - cansız ruh

Acıyırsan onlara, bəs mən necə, daşammı?

Mənim də onlar kimi cismim, bədənim vardır.

Onların ağrıları tanışdır mənə axı.

Ən amansız şəkildə məni incitsələr də

Nəcib zəka söndürür qəzəbin alovunu.

Şəfqət daha güclüdür intiqam həvəsindən.

Onları peşman etmək - bir bu adi məqsədim.

Artıq mənim onlara yox kinim, küdurətim.

Gərək azad eləyəm. Tilsimləri qıraraq qaytarın  başlarına olan ağıllarını.

Ariel. Uçuram tapşırığı yerinə yetirməyə (Yox olur).

Prospero.

Siz ey uca dağların, bulaqların, sellərin,

Meşələrin ruhları! Bir də siz - kiçik elflər!

Dəniz sahillərində oynaqlayıb, tullanıb,

Çəkilmə saatında Neptunu qovlayanlar,

Yenə ondan qaçanlar, qumlarda iz qoymadan.

Siz ey xırdaca elflər! Ayın ziyası altda

Görünməz rəqs edərək tapdarsınız otlan,

Sonra qoyunlar yeməz tapdadıqlarınızı!

Əyləncəniz, peşəniz göbələk yetirməkdir.

Gecə səsləri sizi şənliklərə çağırır,

Şıltaq, şux oyunlara dəvət eləyir tez-tez!

Güclü olmasanız da, sizin yardımınızla

Tabe etdim özümə cilovsuz küləkləri,

Önün tutdum günəşin, qaldırdım göy dənizi

Göylərədək tufanda, gurlatdım ildırımı.

Yupiterin oxuyla palıdı parçaladım,

Qayaları uçurdum, ağacları qopardım.

Mənim göstərişimlə açılırdı məzarlar,

Qaytarıb meyitlərin. Bax, bütün bu işləri Sənətimlə elədim.

Ancaq ki, kifayətdir... Bu qüdrətli elmimdən, sehrli tilsimlərdən

Əl çəkmək istəyirəm. Qoy imdadına yetsin

Göylərin musiqisi - sağaltsın dəliləri!

Ondan sonra sındırıb sehirli çubuğumu

Torpağa basdıracam. Kitablarımın hansını 

Dənizdə batıracam. Dənizin lap dibində.

Təntənəli musiqi.

A r i e 1 qayıdır. Onun ardınca əcaib hərəkətlər edən A 1 o n z o gəlir. Alonzonu

Qonzalo müşayiət edir. Sonra eyni halda Sebastian və Antonio gəlirlər, onları

A d r i a n və F r a n s i s k o müşayiət edir. Onlar Prosperonun çəkdiyi sehrli dairəyə

daxil olur və ovsunlanıb qalırlar.

               Prospero (əvvəlcə Alonzoya müraciət edir). Təntənəli musiqi sağaldar beyninizi. Burda dayan, bil ki, sən tilsimlər içindəsən. Etibarlı Qonzalo, sənə acıyıram mən, Sənin kimi mənim də gözlərimdən yaş gəlir. Get-gedə zəifləyir ovsunumun qüdrəti. Gecənin zülmətini səhər əridən təki Dəliliyin dumanı əriyir beyinlərdə, Ölü şüur oyanır. Oyanır yavaş-yavaş. Qonzalo, xilaskarın, kralın sadiq əyanı, Vətənə dönən zaman sənə təşəkkürümü Söz ilə, əməl ilə layiqli bildirəcəm. Alonzo, sən o zaman, mənimlə və qızımla Amansız rəftar etdin qəddar, zalımcasına. Sebastian! Bu işdə əlbirdin qardaşınla, İndi bax, həmin işin cəzasını çəkirsən. Mənim doğma qardaşım, qan qardaşım Antonio! Hökm etmək ehtirası öldürdü vicdanını. Hələ bundan doymayıb, Sebastianla birgə Krala da qəsd etdiz. Bunun üçün çəkirsiz İndi ikiqat cəza. Cani olsanız da siz, Əfv edirəm hamınızı! Qayıtsın şüurunuz! Qoy zəkanın gur seli doldursun boş məcranı!

 

Hələ məni görmürlər, tanıya bilməyirlər. Ariel, mağaramdan tez gətir papağımı, Bir də ki, qılıncımı!

A r i e 1 yox olur.

İndi görünəcəyəm

Milan hersoqu kimi geyinib keçinərək.

Tez ol ruh! Lap az qalıb sənin azadlığına.

 

A r i e 1 (peyda olur, Prosperoya kömək edir geyinsin və oxuyur).

Yerim olacaq çəmən,

Yaşayacam, yatacam

Güllərin içində mən.

Yatızdırsın bayquşlar,

Səhər oyatsın quşlar.

Şirə çəkib arı tək

Uçacam sanki külək.

Çiçəkli, güllü həyat!

Özüm də sərbəst, azad!

 

Prospero.

Mənim zərif, sevimli, mənim şux Arielim!

Ah, necə də çətindir mənə səndən ayrılmaq.

Azad olacaqsan, hə! Bəli, bəli, lap yəqin!

Ancaq hələ ki, indi uç gəmiyə görünməz,

Yatmış dənizçiləri bircə-bircə sən oyat!

Qoy kapitan və bosman burda olsun bu saat.

 

Ariel.

İkicə dəfə nəfəs alacağam uçanda.

İki nəbz döyüntüsü çəkər mənim uçuşum (Yox olur).

 

 Qonzalo.

Hər şey sirli, sehrli, vahiməli, qəribə...

Göylər özü qurtarsın bu yerlərdən bizi tez.

 

Prospero.

Kral, bura baxsana, dayanıbdır qarşında

Vaxtıyla incitdiyin Milan hersoqu özü.

Prosperoyam, qorxma, deyiləm kabus, xəyal,

Qoy səni qucaqlayım, inanasan sözümə.

Kral, sən de, dostların da xoş gəlmisiz adaya!

Alonzo.

Doğrudan Prosperosan, ya burda gördüyümüz

Röyalardan birisən?! Bilmirəm bunu əsla.

Amma mən eşidirəm: canlı insanlar təki

Köksündə ürək vurur. Deyən beynim açılır.

İtirmişdim ağlımı? Yuxuydumu, həyatmı?

Əfv et məni, bağışla, incitdim nahaq seni.

Qaytarıram hersoqluğu, bütün hüquqlarını.

Fəqət anlat, Prospero, necə oldu sağ qaldın?

Sən hara, bura hara?

 

Prospero (Qonzaloyd).

Ağsaçlı dostum, əvvəl

Mən səni qucaqlayıb, təşəkkür eləyirəm.

Namusun, nəcabətin hüdudsuzdur, hədsizdir.

 

Qonzalo. Vallah, deyə bilmərəm: yuxudayam, ayığam?

 

Prospero.

Tilsimin təsirindən hələ azad deyilsiz.

Çətindir sizin üçün həqiqətə inanmaq.

Salamlayıram sizi (Yavaşdan Sebastian və Antonioya).

O ki qaldı sizlərə,

Bir-birinizə taysınız. Kralı agah edərək

Gizli niyyətinizdən, gözdən salardım sizi.

Yox, yox, qorxmayın amma, susaram bu barədə.

 

Sebastian (kənara). İblis özü danışır bunun diliylə indi.

 

 Prospero.

Yox (Antonioya).

Nankor haramzadə! Sənə qardaş deməyə

Dilim gəlmir doğrusu. Səni də əfv edirəm!

Bircə hersoqluğumu qaytarmalısan geri.

 

Alonzo.

Əgər sən Prosperosan, izah elə bir görək

Neçə xilas olmusan, bizi necə tapmısan?

Üç saat bundan qabaq qəzaya uğradıq biz.

Dərdim böyükdür mənim: itirmişəm oğlumu!

Prospero. Anlayıram dərdini.

Alonzo. Ah! İtkim əvəzsizdir. Məlhəm deyil səbir də.

Prospero.

Yox, yox, səbir məlhəmdir. Mən də ağır itkidə Onu dada çağırdım, sakit oldum, ovundum.

A 1 o n z o. Sənin də belə ağır itkin vardır, deyirsən?

prospero.

Beləcə ağır, həm də, beləcə təzə itkim! Dərdim daha ağırdır, itirmişəm qızımı - Yeganə övladımı!

Alonzo.

Qızını itirmisən! Ah, kaş ki, ulu tanrı  dirildib cavanları qaytaraydı salamat. Kral və kraliça olub, Neapolun taxtına Çıxaydı hər ikisi. Dənizin girdabında Oğlum yox, mən bataydım! Qızı haçan itirdin?

Prospero.

Bu fırtına zamanı. Görürəm ki, bu görüş, Qəribə vüsalımız senyorları sarsıdıb, Hələ də inanmırlar sözlərimə heç cürə. Dilləri söz də tutmur. Amma bilin, tanıyın, Prosperoyam lap yəqin, həmin o Prospero ki Hersoqluqdan devrilib qovulmuşdu Milandan. Sizin kimi məni də möcüzəli təsadüf Atıb bax, bu sahilə. Sahib oldum adaya. Amma bəsdir bu haqda. Bütün olub keçəni İlk görüşdə danışmaq çox yersiz nədir, məncə. Buyurun mağarama - budur mənim sarayım, Xidmətçim az, təbəm yox. Kral, bura tamaşa et; Sən mənə hersoqluğu qaytarırsan, eləmi? Əvəzində mən sənə möcüzə göstərəcəm. Hersoqluqdan min dəfə qiymətli bir hədiyyə Alacaqsan sən məndən. Bir bura diqqət elə!

Mağaranın ağzı açılır. Bir - biriylə şahmat oynayan Ferdinand və Miranda görünürlər.

Miranda. Əziz dostum, deyəsən, cığallıq eləyirsən?

Ferdinand. Cığallıq? Səninləmi? Yox, heç vədə, sevgilim!

Miranda.

Yüz səltənət xətrinə cığallayardın yəqin,

Amma nə olsun, mən də "düz oyundur" deyərdim

Alonzo.

Əgər bu röyadırsa və mən ayılacamsa,

Demək ikinci dəfə itirəcəm oğlumu. Sebastian. Möcüzədir, möcüzə.

 

Ferdinand {Alonzonun qarşısında diz çökür).

Nahaq qarğayırammış, deməli, mən dənizi.

Dəniz qəzəblisə də, mərhəmətliymiş, demək.

Alonzo.

Ah, mənim Ferdinandım!

Xeyir-dua verirəm sənə mən - xoşbəxt atan.

Qalx ayağa və danış: necə xilas oldun sən?

 

Miranda.

Nə gözəl möcüzədir! Nə gözəl sifətlərdir!

İnsanlar nə qəşəngmiş. Belə insanlar olan

Yeni dünya nə gözəl, neçə cazibəliymiş!

Prospero. Bəli, sənin üçün, qızım, bütün bunlar təzədir.

A 1 o n z o (Ferdinanda).

Kimdir o qız, onunla şahmat oynayırdın sən?

Üç saatdır tanışsız. Bəlkə o ilahədir,

Bizi ayn salıbdır, sonra görüşdürübdür.

Ferdinand.

İlahə deyildir o, ötəri bir insandır,

Amma ölümsüz tale mənə bəxş edib onu.

Mən onu bəyənəndə güman edə bilməzdim

Atamdan xeyir-dua, məsləhət alacağam.

Milanın hersoqunun qızıdır o. Hersoqu

Bunacan görməsəm də, eşitmişdim haqqında;

Həyatımı yenidən mənə qaytaran odur,

Sevgilimin atası ikinci atam oldu.

 

Alonzo.

Mən də sənin yarına ata olaram, inan.

Doğrudan ağır nədir qızımdan üzr istəmək,

Prospero.

Bəsdir. Olan olubdur. Unudaq keçənləri,

Yada salmayaq daha ötən müsibətləri.

Qonzalo.

Qəhər məni boğurdu, ona görə susmuşdum.

Allahlar! Sizin işdir bu gənclərin vüsalı,

Bizi bura gətirən yolu siz göstərdiniz!

 

Alonzo. Amin, Qonzalo, amin!

 

Qonzalo.

Bax qəzavü - qədərə!

Milandan rədd edilən hersoqun xələfləri

Bir zaman Neapolda hakimiyyət sürəcək.

Sevinin, şadlanın siz! Qızıl hərflər ilə

Yazın daş kitabəyə qəribə sərgüzəşti.

Biz səfərə çıxandan bir görün nələr oldu.

Kral qızı ərə getdi, kral oğlu evlənir.

Kral oğlu bu adada ölüm yox, yarın tapdı.

Prospero bu adada hersoqluğun qaytardı.

Biz də ki, bu adada az qala gic olmuşduq,

Axırda huşa gəldik. Qəribə macəradır.

 

A 1 o n z o (Ferdinand va Mirandayd).

Verin əllərinizi. Qoy sizi istəməyən

Bədbəxt olsun həmişə.

 

Qonzalo. Qoy belə olsun, amin!

Ariel peyda olur, onun ardınca mat-məəttəl qalmış kapitan və bosman gəlirlər.

Qonzalo.

Hökmdar bir baxınız - bizim köhnə tanışlar!

Mən sizə demirdimmi bu hərif bata bilməz,

Çünki dar ağacında bitirəcək ömrünü.

Yaxşı, sən ay allahsız, dənizdə söyüşürdün,

Yoxsa o uzun dilin quruyubdur quruda?!

Bir söhbət elə bizə! Nə xəbər vardır təzə! Bosman.

Bundan da gözəl xəbər?! Kral və onun dəstəsi

Sağ-salamatdır tamam! Bu da ikinci xəbər:

Parçalanmış gəmimiz təptəzədir, tərtəmiz,

Bir tikə dağılmayıb, elə bil ilk dəfədir dənizə çıxır bu gün.

A r i e 1 (Prosperoya). Mən eləmişəm bunu.

Prospero (Arielə). Mərhəmətli Ariel, yel qanadlı Ariel!

Alonzo. Möcüzədir, möcüzə! Siz haradan gəlib çıxdız?

Bosman.

Danışaram, hökmdar. Amma, vallah, bilmirəm Yuxudayam, ayığam. Bilmirəm neçə oldu Gəmidə, zirzəmidə biz tirlənib sərildik, Ölü kimi yatmışdıq. Birdən bir haray qopdu: Qışqırıq, zəncir səsi, cırıltı, səs-küy, filan. Durduq, yuxarı qalxdıq. Biz nə görsək yaxşıdır? Bizim şahanə gəmi əvvəlkindən də qəşəng, Təzə, təmiz, ağappaq. Kapitan sevincindən Tullanırdı havaya. Birdən yuxudakı tək Dərk olunmaz bir qüvvə bizi qaldırıb göyə Apardı. Hara isə... Bir də gördük burdayıq.

A r i e 1 (Prosperoyd). Hökmdarım, de görüm, razısanmı işimdən?

Prospero (Arieh). Çox gözəldir, Ariel! Azad edəcəm səni!

Alonzo.

Elə bil ki, azmışıq tilsimli lağımlarda, Bu cürə möcüzələr var imiş təbiətdə. Kahinlər yoza bilər belə işləri ancaq.

Prospero.

Beyninizi yormayın belə tapmacalarla,

Bekar vaxtı mən özüm anladaram bunları,

Hər şey izah olunar. İndi isə gəlin siz

Səadətdən kam alın, qovuşun sevinclərə.

Ariel, azad elə tilsimdən Kalibanı.

Onunla əlbir olan o iki hərifi də tezliklə yetir bura.

Ariel yox olur.

Necəsiniz, hökmdar?

Dəstənizdən ikisi yoxdurlar aranızda!

Ariel Kalibanı, Stefanonu ve Trinkulonu qabağına qatıb qova-qova qayıdır. Stefanon və Trinkulo əyinlərinə oğurluq paltarları  keçiriblər.

Stefano. Hamı gərək birinin qayğısına qalsın, amma biri gərək heç kəsin qayğısına qalmasın, neçin ki, onsuz da bütün bu işlər fələyin ixtiyarındadır. Gümrah ol, səfeh idbar, gümrah ol!

Trinkulo. Bax, mənim sifətimdəki bu iki casus yalan satmırlarsa biz qiyamət yerə gəlib çıxmışıq.

Kaliban.

Aman, aman, Setebos! Nə qəzəbli ruhlardır! Nə parlaqdır sahibim! Mənə cəza verəcək!

Sebastian. Ha, ha, ha! Antonio, bir bax bu sifətlərə, görəsən satılırlarmı? Satılsaydı, alardıq.

Antonio. Yəqin ki, almaq olar. Bu ki xalis balıqdır.

Prospero.

Baxın bu əbləhlərə - üç caniyə, senyorlar!

Bax, bu eybəcər kölə - ifritənin oğludur.

Anası elə mahir cadugərdi, inanın,

Göydə ayın özünə hökm eləyə bilərdi.

Ay onun istəyilə dənizdə yaradardı

Qabartma və çəkilmə. İndi üçü bir yerdə

Soyublar məni. Hətta bu ifritənin oğlu

Məni öldürmək üçün hər iki dələduzu

Qızışdırırdı yaman. Onları siz tanırsız.

Bu da mənim qulumdur - iblisin törəməsi.

 K a 1 i b a n. İndi ölənə qədər didəcək bədənimi.

Alonzo. Necə? Kefcil Stefano! Mənim saray xidmətçim!

 Sebastian. İndi də keflidir o? Şərabı hardan tapıb?

 Alonzo.

Trinkulo valaylayır küləkdə qamış kimi. Haradan tapıb içiblər, belə hala düşüblər? (Trinkuloya).

Axmaq, cavab ver, tez ol, harada vurubsan belə?

 Trinkulo. Axırıncı görüşümüzdən sonra məni elə suya salıb çıxarıblar ki, sümüklərim indiyəcən bir-birinə dəyir. İndi daha heç nə vecimə deyil.

Sebastian. Sən nə deyirsən, Stefano?

Stefano. Əşi, mənimlə işiniz olmasın. Mən  Stefano - zad deyiləm. Mən titrətmə azarıyam.

Prospero. Lotu, bəs sən burda şah olmaq istəyirdin?

Stefano. Eh, nə şahbazlıqdır. Mən indi yara-xora padşahıyam.

Alonzo (Kalibanı göstərir). Nə qəribə məxluqdur?

Prospero.

Bədəni də, ruhu da Eybəcərdir, bir baxın (Kalibanä).

İndi ket mağarama,

Dostlarını da apar. Təmizləyin, süpürün

Mağaranı. Onda mən günahından keçərəm.

 

Kaliban.

Baş üstə, gözüm üstə. Təki bağışla məni.

Ağıllanım mən gərək. Üç qat eşşək imişəm,

Belə sərxoş axmağı Allah hesab etmişəm.

Dua qılmışam buna - bu kefli gicbəsərə!

Prospero. Di get!

Alonzo. Şeyləri qoyun tapdığınız yerdəcə.

Sebastian. Oğurladığınız yerdə, daha düzünü desək.

Kaliban, Stefano və Trinkulo gedirlər.

Prospero.

Hökmdar, mən sizi də, əyanlarınızı da Dəvət edirəm indi, buyurun mağarama. Birlikdə keçirərik gecəni, vaxt tez ötər; Bu adaya düşəndən başıma gələnləri Danışaram birbəbir. Səhər tezdən gəmiylə Neapola yollanaq. Gənclərin toylarını Tələsirəm görməyə. Sonra da qayıdacam Doğma Milana ki, düşünüm dərin-dərin Ömrün axın haqda.

Alonzo.

Səbirsizliklə sənin Söhbətini gözlərəm. Çox maraqlıdır yəqin.

Prospero.

Hər şeyi danışacam. Onu da vəd edirəm Dəniz sakit olacaq. Külək dolub yelkənə Çatdıracaq gəmini kral donanmasına! (Arielə).

Bunu da icra elə, qanadlı dostum mənim, Ondan sonra azadsan! Qayıt ənginliklərə! Sağ ol dostum! Əlvida! {Qalanlara). Dostlar, buyurun bura!

Gedirlər.

 

 

  EPİLOQ

 

Prospero.

Caduları boşladım, öz gücümsə azdır, az.

İndi söz sizinkidir. Heç bir qərarınıza eləmərəm etiraz.

Qoyub gedə bilərsiz məni bu boş adada,

Neapola, yurduma apararsınız ya da.

Düşməni bağışlayıb, əl çəkib tilsimlərdən

Bir ədalət ummağa haqlı deyiləmmi mən?

Sizin alqışlarınız işıq saçır qəlbimə,

Yelkənimi yönəldir, çatdırır mənzilimə.

Adi insanam indi - zəif, aciz, günahkar,

Qulluğumda durmayır əvvəlki kimi ruhlar.

Taleyimi həll edib qərara gələndə siz

Ümidli sözlərimi nə ola eşidəsiz!

Qəlbimizi ram edən yalvarışlar, xahişlər

Hakimlərdən hər zaman üzr, mərhəmət dilər.

Qoy adil məhkəməniz qəbul etsin duamı,

Hamımız günahlıyıq, bəraət umar hamı!