VİLYAM ŞEKSPİR
Heç nədən hay-küy
Rus dilindən tərcümə edəni Mirzə İbrahimov
İŞTİRAK EDƏNLƏR
Don Pedro - Araqon şahzadesi
Don Xuan - onun ögey qardaşı
Klavdio - Florensiyalı gənc əyan
Benedikt- paduanlı gənc əyan
Leonato - Messina valisi
Antonio - onun qardaşı
Baltazar-Don Pedronun xidmətçisi
Konrad .-Don Xuanın yaxın adamları
Boraçıo
Fransisko ata-rahib
K i z i 1 - polis məmuru
Bulava - onun köməkçisi
Protokolçu
Uşaq
Qero - Leonatonun qızı
B e a t r i ç e - Leonatonun qardaşı qızı
Marqarita, - Qeronun qaravaşları Ursula
Qasidlər, mühafizəçilər, xidmətçilər və s. (Hadisə Messinada baş verir).
BİRİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Leonatonun evinin qabağı. Leonato, Qero, Beatriçe və çapar gəlir.
Leonato.
Məktubdan məlum olur ki, Araqon hersoqu bu gün axşam buraya - Messinaya təşrif
gətirəcək.
Çapar. Mən ondan üç mil uzaqda ayrılmışam.
İndi bura yaxınlaşmış olar.
Leonato. De
görüm son vuruşmada siz neçə zadəgan itirdiniz?
Çapar. Çox az. Məşhur
zadəganlardan heç kəsi.
Leonato. Qaliblər müharibədən itkisiz
qayıdanda qələbə ikiqat ləzzətli olur. Məktubda deyilir ki, Don Pedro, Klavdio
adlı bir gənci rəşadət göstərdiyinə görə xüsusi tərifləmişdir.
Çapar. Bəli. Mən onu deyə bilərəm ki, Don
Pedro o gəncə layiq olduğu qiyməti vermişdir. Senyor Klavdio yaşına görə
gözlənildiyin-dən qat-qat artıq qoçaqlıq göstərdi. O, quzu cildində aslan imiş,
lap aslan kimi vuruşurdu. Bir sözlə o, bütün ümidləri artıqlaması ilə doğrultdu.
hətta onun qoçaqlığı mənim danışmaq qabiliyyətimi də kölgədə buraxır.
Leonato. Messinoda onun əmisi yaşayır. Bu
xəbəri eşitsə çox sevinəcək.
Çapar. Mən ona da məktub aparmışdım hədsiz
dərəcədə sevindi. O dərəcədə ki, xəcalətdən sevincini kədər pərdəsilə örtməli
oldu.
Leonato. Ağladı, eləmi?
Ç a p a r. Hönkür-hönkür!
L e o n a t o. Hissiyyatın hədsiz hissi
ifadəsi! Elə göz yaşı ilə yuyulmuş üzdən təmiz nə ola bilər? Sevincdən ağlamaq,
göz yaşına gülməkdən yaxşıdır.
B e a t r i ç e. Senyor, xahiş edirəm deyin
görək qılınc məşqçisi müharibədən qayıtdı ya yox?
Çapar. Men o adda adam tanımıram, senyora,
bizim hissədə elə adam yox idi.
L e o n a t o.
Kimi soruşursan, qızım?
Qero. Əmiqızım
padualı Benedikti soruşur.
Çapar. Bəli, o, davadan qayıdıb. Həmişəki
kimi şad-xürrəmdir. Zarafatından qalmır.
Beatriçe. O, Messinada elan yapışdırmadığı
bir divar qoymayıb. Yazır ki, Kupidonu* yarışa çağırır - iti ox atışına. Əmimin
təlxəyi elanı oxuyan kimi altında Kupidonun əvəzinə qol çəkmiş və Benedikti iti
yox, küt ox atışına yarışa çağırmışdır **. Lütfən deyin görüm müharibə
meydanında o çox adam qırıb yedi, yəni çox adam öldürdü? Axı mən ona söz
vermişəm ki, neçə adam öldürsə, hamısını yeyəcəyəm.
Leonato. Mənim əziz qardaşım qızı, deməliyəm ki, sən senyor
Benedikti sancmaqdan yorulmursan. Lakin şübhə etmirəm ki, o səninlə ağıllı-başlı
dost olacaq.
Çapar. Xanım, deməliyəm ki, o döyüş
meydanında özünü çox yaxşı göstərdi.
Beatriçe. Yəqin azuqəniz köhnəlmiş imiş.
Onun sizə köməyi dəyib, qoymayıb tamamilə xarab olsun. Axı o, son dərəcə
cəsarətli qarınquludur.
Çapar. O qoçaq döyüşçüdür,
xanım!
Beatriçe. Bəli, qadınların yanında
qoçaqdır, kişilərin yanında necə olduğunu bilmirəm.
Çapar. O kişi ilə kişidir, döyüşçü ilə
döyüşçü. Onda hər cur ləyaqət var.
Beatriçe. Bəli, bəli, o içinə xuruş
təpilmiş qoğal kimi ləyaqətlə doludur. Xuruşun keyfiyyətinə gəldikdə isə... nə
etməli, bu dünyada eyibsiz adam yoxdur.
Leovato. Hörmətli cənab, qardaşım qızının
sözlərinə əhəmiyyət verməyin. Onunla senyor Benedikt arasında müharibə gedir.
Söz güləşdirmək müharibəsi! Biri-birinə rast gəldilərmi atışma başlanır. Tikanlı
sözlər ox kimi ora uçur, bura uçur.
Beatriçe. Qələbə isə heç vaxt Benediktin
tərəfində olmur! Son döyüşümüzdə onun beş idrakı qabiliyyətindən*** dördü
ölümcül yaralandı və indi ancaq bircəsi onu dolandırır. Bu bir zərrə ağılla o
özünü öz atından zorla fərqləndirə bilir. Onu düşünən məxluq adlandırmaq üçün bu
yeganə dəlildir. Lütfən deyin görüm o indi kiminlə dostluq edir? Axı hər ay
özünə yeni bir qardaş tapmaq onun adətidir.
*Kupidon~ qədim romalılarda
məhəbbət allahı. Əlində ox və yay olan oğlan uşağı şəklində təsvir olunardı.
** O zaman
quşları yaralamadan tutmaq üçün küt ox işlə dərdilər. Təlxəklər bu ifadədən
istehza ilə istifadə edərdilər.
*** Orta
əsrlərdə beş idrakı qabiliyyət aşağıdakılar hesab nurdu; sağlam şüur, xəyal,
hazırcavablıq kəşf etmək qabiliyyəti, mühakimə) və yaddaş.
Çapar. Elə şey olmaz.
Beatriçe. Niyə də olmasın? Onun sədaqəti -
şlyapasının forması eyni şeydir. Qalibi dəyişən kimi o da dəyişir.
Çapar. Xanım, mən belə görürəm ki, o igidin
adı sizin şərəf kitabınıza yazılmayıb.
Beatriçe. Xeyr! Elə olsaydı, mən bütün
kitabxanama od vurub yandırardım. Hər halda deyin görüm, indi o kiminlə dostluq
edir? Ola bilməz ki, onunla şeytanın özünə də qonaq gətirməyə hazır olan
yel-beyin bir cavan tapılmasın!
Çapar. O, ən çox nəcib Klavdio ilə oturub
durur.
Beatriçe. Aman Allah! İndi o, pis xəstəlik
kimi Klavdiodan yapışacaq. Axı, o, taundan da betər suvaşqandır. Tauna
tutulanlar isə mütləq dəli olur. İlahi, sən özün nəcib Klavdioya kömək elə!
Hərgah o Benedikt azarına tutulmuşsa müalicəsi min funta başa gələcək.
Çapar. Xanım, icazə verin
sizinlə dost olum.
Beatriçe.
Mərhəmətiniz artıq olsun, əziz dost.
Leonato. Səni ki, qızım, heç vaxt dəli
olmaq qorxusu hədələməyəcək.
Beatriçe. Necə ki yanvarda bərk isti
qorxusu olmur.
Çapar. Don Pedro gəlir.
Don Pedro,Don Xuan, Klavdio, Benedikt ve
Baltazar gəlir.
Don Pedro. Mənim əzizim, alicənab senyor
Leonato, mən belə görürəm ki, siz özünüzü əziyyətə salmağı sevirsiniz. Başqa
adamlar lazımsız xərclərdən qaçmağa çalışdığı halda, siz belə xərclər üçün
cürbəcür bəhanələr icad edirsiniz.
Leonato. Mənim hörmətli ağam... Bizim
evimizə sizinlə heç vaxt əziyyət gəlməz. Bir də ki, əvvəl-axır əziyyət yox olur
və yerini rahatlığa verir. Siz bu evi tərk edəndə isə yerinizdə kədər qalır.
Səadət deyir: "Bağışla".
Don Pedro. Bəli, siz hədsiz sevinclə
çiyninizi qayğıların altına verirsiniz. Səhv etmirəmsə bu xanım sizin
qızınızdır?
L e o n a t o. Hər halda
anası təkrar edərdi ki, onun atası mənəm.
B e n e d i k t. Məgər siz
buna şübhə edirdiniz ki soruşurdunuz?
Leonato. Xeyr, senyor
Benedikt, siz onda çox körpə idiniz.
Don Pedro. Payını aldın, Benedikt! İndi böyüyüb nə olduğun aydın
görsənir. Bu qızın üzünə baxan kimi dərhal bilmək olur atası kimdir (Qeroya).
Xanım, sizə xoşbəxtlik arzu edirəm. Üzünüzdən ən ləyaqətli adama oxşayırsınız.
Benedikt. Senyor Leonato doğrudan da onun
atasıdır. Baxın üz-dən neçə də ona bənzəyir. Bununla belə, mənə elə gəlir ki,
bütün Messinanı versələr o, razı olmaz çiyinlərində öz başı əvəzinə Leona-tonun
başı olsun.
Beatriçe. Mən təəccüb edirəm, senyor
Benedikt, heç kəs sizə fikir vermədiyi halda niyə ortalığa atılıb boş-boş
danışırsınız?
Benedikt. Ah, hörmətli tikan
kolu, siz hələ də sağ-salamatsınız! Beatriçe. Senyor Benedikt kimi sancılmağa
layiq bir şey olduğu halda tikan kolu niyə də məhv olsun? Siz olan yerdə ən incə
nəzakət belə tikan koluna çevrilir.
Benedikt. Elə isə nəzakət dönüb ifritə də
ola bilər. İndi isə mən sizə bir həqiqəti deməliyəm: Bütün xanımlar məni
bəyənir, bir sizdən savay. Ah, nə qədər istərdim ki, ürəyim belə sərt olmayaydı:
Mən o xanımlardan heç birini sevmirəm.
Beatriçe. Onlar necə də xoşbəxtdir! Əks
halda dəhşətli bir aşiqə rast gəlmiş olardılar. Allaha və mənim soyuq qanıma min
şükür ki, bu məsələdə sizə oxşamışam. Mənim üçün qarğaya hürən iti dinləmək eşq
elan edən kişiyə qulaq asmaqdan xoşdur
Benedikt. Qoy göylər sizə səbir versin ki,
xanım, heç vaxt bu hisslərdən dönməyəsiniz! Bununla da çox ağalanın sir-sifəti
cırmaq-dan qurtarar.
Beatriçe. Mən elə bir sifət təsəvvür
etmirəm ki, cırmaq onu sizin üzünüzdən pis hala sala bilsin!
Benedikt. Ah, sizdən necə də əla tutuquşu müəlliməsi çıxardı.
Beatriçe. Hər halda məndən tərbiyə almış
quş sizə oxşar heyvandan yaxşı olardı!
Benedikt. Çox istərdim ki, mənim atım
qaçmaqda sizin diliniz kimi iti olaydı, yorulmaq bilməyəydi. Buyurun, xanım,
davam edin, mən qurtardım.
Beatriçe. Mən yaxşı bilirəm ki, siz həmişə
sözünüzü at kəskin ağıllılığı ilə qurtarırsınız.
Don Pedro. Çox əla, Leonato! hörmətli senyorlar Klavdio və
Benedikt, mənim əziz dostum Leonato hamınızı qonaq qalmağa dəvət edir. Mən dedim
ki, biz ən azı bir ay burda qalacağıq. O isə ürəkdən arzu etdi ki, bir təsadüf
bizi burda daha çox saxlasın. Mən and içirəm ki, onun sözləri boğazdan yuxarı
yox, ürəkdəndir.
L e o n at o. Mənim hörmətli ağam,
deməliyəm ki, siz yalandan and içmək kimi pis cinayətdən uzaqsınız (Don
Xuand). İcazə verin, mən sizi də təbrik edim, möhtərəm ağa. Madam ki,
qardaşınızla barışmısınız, mən sizə hər cür qulluq etməyə hazıram.
Don Xuan. Təşəkkür edirəm. Mən artıq söz
danışmağı sevmirəm. Hər halda... təşəkkür edirəm.
Leonato. Möhtərəm cənab birinci buyurmaq
istəməzdimi?
Don Pedro. Əlinizi mənə verin, Leonato,
ikimiz bir yerdə içəri keçək.
Benedikt və Klavdiodan başqa
hamısı gedir.
Klavdio. Benedikt, sən senyor Leonatonun
qızına diqqət etdinmi?
Benedikt.
Diqqət etməyə etmədim, lakin gördüm.
Klavdio. Necə də həyalı
qızdır!
Benedikt. Siz niyə bunu məndən
soruşursunuz? Namuslu bir adam kimi mənim fikrimi bilmək istəyirsiniz, yaxud
istəyirsiniz mən sizə qadın cinsinin məşhur düşməni kimi, adətən olduğu kimi
cavab verim?
Klavdio. Yox, xahiş edirəm
sadə və səmimi cavab ver!
B e n e d i k t. Elə isə deməliyəm ki,
böyük tərif üçün o çox kiçikdir. Yüksək üçün boydan çox qısadır. Parlaq üçün çox
qaramtıldır. Onun xeyrinə ancaq bir şey deyə bilərəm: başqa cür olsaydı pis
görünərdi, o cür ki, var mənim xoşuma gəlmir.
Klavdio. Son elə bilirsən ki, mən zarafat
edirəm? Heç də yox! Xahiş edirəm, dostum, səmimi de, o sənə xoş gəlir, ya yox?
B e n e d i k t. Nədir, olmaya onu satın
almaq istəyirsən? Məni niyə belə sorğu-suala tutmusan?
Klavdio. Dünyada elə qiymətli incini satın
ala biləcək adam tapılarmı?
B e n e d i k t. Tapılar. Hətta qutu da tapar ki, o
qızcığazı içində gizlətsin. De görüm bunları məndən ciddi soruşursan, yoxsa
Kupidonun yaxşı dovşan ovçusu, Vulkanın isə əla xarrat olduğunu* iddia edən
boşboğazlar kimi oyun oynayırsan, mənimlə söz güləşdirirsən? Sən çaldığın
havanın adını de, mən də o cür oynayım.
K 1 a v d i o. Mənə elə gəlir
ki, ömrümdə o cür gözəl qız görməmişəm.
Benedikt. Mən hələ eynəksiz keçinə bilirəm
və deməliyəm ki, o qızda sən deyənə bənzər bir şey görmürəm. Bacısı isə başqa
məsələ. Ürəyinə İblis girməmiş olsa o daha gözəl olardı. Necə ki, mayın
əvvəlləri dekabrın axırlarından yaxşı olur. Güman edirəm ki, sizin evlənmək
fikrin yoxdur? Bəlkə, var?
* Məhəbbət
allahı Kupidon gözləri bağlı şəkildə təsvir olunardı. Yeraltı odlar allahı
Vulkan isə xarrat yox, dəmirçi sayılırdı. Benedikt mənasız danışığa istehza
təriqilə bu misalı gətirir.
Klavdio. Qero mənim arvadım olmağa razılıq
versə, and da içsəm ki, evlənməyəcəyəm, özüm-öz andıma inanmaram.
Benedikt. Bir gör iş nə yerə gəlib çıxıb
ha!.. Məgər dünyada bir kişi qalmayıb ki, heç bir şübhə oyatmadan başında papaq
gəzdirsin? Məgər mən heç vaxt altmış yaşında subay kişi görməyəcəyəm? Olsun,
istədiyin kimi hərəkət elə! İndi ki mütləq boyunduruq altına girməyi qərara
almısan, boynunu əy və bütün bazar günləri ah çəkib otur evin-də. Aha, bir ora
bax, Don Pedro bura gəlir, görünür bizi axtarır.
Don Pedro gəlir
Don Pedro. Hansı sirlər sizi burda saxlayıb
qoymadı Leona-tonun dalınca gələsiniz?
B e n e d i k t. İstərdim ki, siz cənabları
məni məcbur edəsiniz bütün sirrləri açıb töküm.
Don Pedro. Senin sədaqət
andına əsasən əmr edirəm, aç tök!
Benedikt. Eşidirsənmi, qraf Klavdio! Mən lal-dinməz olub
sirr saxlaya bilərəm, əlbəttə sən buna heç vaxt şübhə etməmisən. Lakin içdiyim
sədaqət andına əsasən - eşidirsənmi, sədaqət andına əsasən! deməliyəm Klavdio
vurulub! Kimə? Siz cənabları görün, bu suala neçə tez cavab gəlir: Leonatonun
qızı balaca Qeroya!
Klavdio. Hərgah həqiqətən də
belədirsə, cavab doğrudur.
B e n e d i k t. Eynən qədim nağıllarda
deyilən kimi: hörmətli cənab belə deyil, belə olmayıb, Allah eləsin ki, heç belə
də olmasın!
Klavdio. Menim ehtirasım gözlənilmədən soyumasa, Allah
eləsin sən deyən olsun.
Don Pedro. Amin! Qeronu sevirsinizsə, mən
amin deyirəm. O, sevilməyə layiq qızdır.
Klavdio. Yəqin siz məni öz sözümlə tutmaq
üçün belə deyirsiniz, əziz cənab!
Don Pedro. Namusuma and olsun ki, mən
səmimi fikrimi söylədim.
Klavdio. Mən də həqiqətə and
içirəm ki, öz fikrimi dedim.
Benedikt. Mən de namusuma və həqiqətə and
içirəm ki, ancaq öz fikrimi demişəm.
Klavdio. Mən hiss edirəm ki, onu sevirəm.
Don Pedro. Mən bilirəm ki, o sevilməyə layiqdir.
Benedikt. Mən hiss etmirəm ki, onu sevmək
olar, onun sevilməyə layiq olduğunu da bilmirəm. Mənim fıkrim belədir və bu
fikri odla da yandırmaq olmaz. Mən öz fikrim yolunda tonqalda yandırılmağa hazıram.
Don Pedro. Lətif cinsə qarşı sən həmişə ən
qəddar amansızlar-dan olmusan!
Klavdio. Və həmişə də o, möhkəm iradəsi
sayəsində bu rolu yaxşı oynamışdır!
B e n e d i k t. Məni doğub dünyaya
gətirdiyi üçün qadına minnətdaram. Məni yedirib, boya - buxuna çatdırdığına görə
ona ürəkdən təşəkkür edirəm. Lakin qadınlar məni bağışlasınlar, - heç vaxt razı
olmaram ki, qulağımın dibi yağlı gəzim, yaxud alnıma bir cüt buynuz assınlar.
həm də gözə görünməyən qayışdan*. Mən öz şübhələrimlə bu və ya digər bir qadını
təhqir etmək istəmədiyimdən deyirəm: qadınların heç birinə inamım yoxdur. Bu
mənim qəti qərarımdır. Məni aldada bilməyəcəklər, mən ömrümün axırına kimi subay
qalacağam.
Don Pedro. Mən isə deyirəm: inşallah,
ölməyib məhəbbətdən sənin rənginin saraldığını görəcəyəm.
B e n e d i k t. Qəzəbdən, hirs-havadan,
xəstəlikdən saralaram, hörmətli cənab, məhəbbətdən yox! Şərab içməkdən qızarmağı
buraxıb məhəbbətdən saralmağa başlasam, sizə ixtiyar verərəm şair adlanan pis
bir şer cızma-qaraçısının qələmi ilə gözlərinizi oyasınız və əxlaqsızlıq evinin
girəcəyində tablo yerinə məni asıb altında yazasınız: kor Kupidon!
Don Pedro. Bir gün bu sözdən dönmüş olsan,
səni ağıllı-başlı ələ sahib güləcəklər.
* Ovçuların
vurduğu heyvanların buynuzunu "gözə görünən" qayışdan asardılar. Benedikt demək
istəyir ki, arvadı xəyanət eləyən gişinin alnındakı buynuz asılan qayış gözə
görünmür.
Benedikt. Elə şey olsa, məni tutub küpə
girmiş pişik kimi boğazdan asın. Güllə qabağına nişanə qoyun. Kimin gülləsi
dəydi əlinizi çiyninə vurub tərifləyin, onu Adam Bell* adlandırın.
Klavdio. Hər şeyi zaman göstərər! Məsəl var
deyərlər: "Vəhşi öküz də boyunduruğa öyrəşir".
B e n e d i k t. Vəhşi öküz öyrəşə bilər.
Lakin nə qədər ki Benediktin ağlı başındadır boyunduruq altına girməz. Girmiş
olsam, öküzün buynuzunu mişarlayıb mənim başıma yapışdırarsınız. Sonra da
şəklini çəkib altında iri hərflərlə yazarsınız: "Burada yaxşı bir at kirayə
verilir", "Burada evli Benediktə tamaşa edə bilərsiniz".
Klavdio. Qorxuram onda sənə
yaxın gələni buynuzlayasan.
Don Pedro. Əkər Kııpidon Venetsiyada bütün
oxlarını atıb qurtarmayıbsa**, dediyin əzabdan sən yaxa qurtara bilməyəcəksən.
Benedikt. Zəlzələ olar, elə
şey olmaz!
Beatriçe. Bəli, onu zaman göstərər. İndi
isə, hörmətli Benedikt, Leonatonun hüzuruna gedin.
Mənim salamımı ona çatdırıb deyin ki, mütləq şam eləməyə onlara
gələcəyəm. Yaman hazırlıq görür.
B e n e d i k t. Belə tapşırığı
məmnuniyyətlə yerinə yetirərəm. Hələlik isə sizi...
Klavdio. Allaha tapşırıram. hərgah o zaman
mənim yanımda olsa mənim evimdəcə o gülüb belə yazardı.
Don Pedro. "...İyulun altıncı günü. Sizi
sevən dostunuz Benedikt"***.
B e n e d i k t. Burda gülməli bir şey
yoxdur. Gülməli bir şey yoxdur deyirəm! Sizin gözəl ibarələriniz cır-cındırla
hörülüb, ağalar... az qalır sökülüb tökülsünlər. Utanın! Çoxdan kif basmış
zarafatlara əl atmaqdan utanın. Bununla da mən sizi tərk edirəm (Gedir).
Klavdio. Menə kömək edin,
əziz hökmdar!
Don Pedro.
Sənə kömək
duran məhəbbətim var. Lakin dərdin nədir? Söyləsən əgər, Ağır sınaqlardan o
qalib çıxar.
Klavdio. Görən oğlu varmı
Leonatonun?
*Adam Bell-
balladalarda tərənnüm olunmuş məşhur ingilis ox atanı. ** Venetsiya - məhəbbət
macəraları ilə zəngin şəhər hesab olunurdu. *** Guya Benediktin bir zaman
yazacağı məhəbbət məktubunda belə sözlər olacaq.
Don Pedro.
Qızı da, oğlu
da Qerodur onun, Sən onu sevirsən? Klavdio.
Əziz hökmdar!
Bu işin çox
uzun bir tarixi var... Davaya getməmiş saatlarla mən Dalardım hüsnünə o qızın...
Ancaq... Əsgərlik borcumu xatırlayaraq Boğardım könlümün arzularını. Qoymazdım
közərsin sevgi, məhəbbət... Çox ağır, çox çətin işdir bu əlbət... Əsgər qayğılan
arxada qaldı... Könlümdə yenidən şirin arzular Coşaraq onların yerini aldı...
İndi bu arzular hey deyir mənə Qero çox gözəldir, qismətdir sənə!
Don Pedro.
Eşqə ki
düşmüsən, bundan belə sən Yorulmaq bilməzsən dastan deməkdən. Qeronu sevirsən -
sev, mübarəkdir! Ona elçi gedib danışaram mən, O sənin olacaq. Bununçün məgər O
qədər də nağıl açmağa dəyər?
Klavdio.
Yaxşı
həkimsiniz - yaxşı və munis Eşqin alovunda yananlara siz! Uzun nağıl açdım,
istədim fəqət Duyub biləsiniz, qəlbimdə mənim Nə qədər dərindir odlu məhəbbət...
Don Pedro.
Körpü çaydan
enli olmasın gərək, O yaxşı töhfədir - kara gələcək. Bu sadə bir işdir - sən
vurulmusan, Mən də sənin üçün dərman taparam. Bu axşam maskarad olacaq - çox
şən. Mən maska taxaraq olacağam sən.
"Mənəm
Klavdio!" - deyərəm qıza, Eşq elan edərəm şirin dil ilə. Sonra atasıyla söhbət
salaram... Axır ki, o qızı sənə alaram. Yetər, söz danışdıq, başlayaq işə.
Gedirlər.
İKİNCİ SƏHNƏ
Leonatonun evində bir otaq. Leonato və Antonio qarşı tərəflərdən
gəlirlər.
Leonato. Hə, necəsən, qardaşım? Mənim
qardaşım oğlu hanı bəs? Çalğıçılar barədə bir tədbir tökübmü?
Antonio. Əlindən gələn qədər əlləşir. Mənə
qulaq as, qardaşım. Sənə elə yeni xəbərlər deyəcəyəm ki, yatsan yuxuna girməz.
Leonato. Yaxşı xəbərdirmi?
Antonio. O asılıdır hadisələrin gedişindən. Hələ ki, pis
xəbər deyil, hətta mən deyərdim ki, çox yaxşı xəbərdir. Prins və qraf Klavdio
mənim bağımda ağacların baş-başa verdiyi xiyabanda gəzirlərmiş. Qulluqçularımdan
biri onların söhbətini eşitmişdir: Prins Klavdioya deyirmiş ki, qardaşım qızına,
yəni sənin qızına vurulub və bu axşam rəqs zamanı öz eşqini qıza açmaq
fikrindədir. Hərgah qızın razılığını alsa, vaxt itirmədən səninlə danışacaq.
Leonato. Bu xəbəri sənə
çatdıran adam necə, ağlı başındadır?
Antonio. Pis adam deyil. İndicə çağırtdıraram bura, özün
onunla danış.
Leonato. Yox, lazım deyil. Belə hesab edək
ki, bu yuxudur, gözləyək havaxt həqiqət olacaq. Ancaq qızı xəbərdar etmək
lazımdır ki, prinslə söhbətə hazır olsun. Get əhvalatı ona danış.
Qulluqçular gəlir.
Hə, siz nə edəcəyinizi bilirsinizmi?
(Antonioya) Ey, əzizim, ayaq saxla, mənimlə gedək. Gərək bu gün sən bütün
bacarığını işlədəsən. Gərək hazırlıq görməkdə mənə kömək edəsən.
Gedirlər.
ÜÇÜNCÜ SƏHNƏ
Orda Don Xuan və Konrad gəlir.
Konrad. Bu nə deməkdir, möhtərəm cənab?
Niyə siz belə kədərlisiniz?
D o n X u a n. Bunun heç ağlagəlməz bir
səbəbi var. Ona görə də kədərim hüdudsuzdur.
Konrad. Siz gərək ağlın
dəlillərinə qulaq asasınız.
Don Xuan. Ona qulaq asmağın
mənə nə xeyri olacaq?
Konrad. Sizə çox tezliklə yüngüllük
gətirməsə də, müsibətlərə qarşı səbirli olmağınıza kömək edər.
D o n X u a n. Heç də təəccüblü deyil ki,
dəhşətli fəlakətə qarşı sən mənə mənəvi vasitələr təklif edirsən. Axı sən Saturn
ulduzunun altında doğulmusan. Mən isə başqa cürəm - öz hisslərimi gizlədə
bilmirəm. Kədər doğuran səbəb olduqda mən mütləq kədərlənirəm - heç bir zarafat
məni güldürə bilmir. Acanda mütləq yeyirəm - heç kəsi gözləmirəm. Yuxum gələndə
yatıram - kimsənin dərdi-səri məni məşğul etmir. Şad bir şey görəndə gülürəm.
Mən heç vaxt heç kəsin vəziyyətinə uyğunlaşmıram.
Konrad. Elədir. Lakin nə qədər ki, siz tam
sərbəst deyilsiniz, öz xarakterinizi büruzə verməməlisiniz. Bir az əvvəl siz
qardaşınızın üzünə ağ oldunuz. O, çətinliklə haman əhvalatı unudub yenə sizinlə
mehriban dolanır. İndiki vəziyyəti möhkəmlətmək üçün gərək siz özünüz öz
ətrafınızda yaxşı ab - hava yaratmağa çalışasınız. Siz öz payınızı biçmək üçün
əlverişli vaxt seçməyi bacarmalısınız.
Don Xuan. Mən qardaşımın bağında gül
olmaqdansa hasarın dalında qanqal olaram! Təbiətim elədir ki, hamının nifrətinə
dözmək mənim üçün riyakarlıqla kiminsə məhəbbətini qazanmaqdan daha xoşdur. heç
kəs deyə bilməz ki, mən yaltaqcasına xeyirxaham. Lakin açıq-aşkar yaramaz
olduğumu da kimsə inkar etməz. Mənə o zaman inanırlar ki, quduz it kimi ağzımı
zəncirləyirlər, mənə o zaman azadlıq verirlər ki, əl-qolumu bağlayırlar. Buna
görə də mən qəti qərarımı vermişəm: Qəfəsdə oxumayacağam! Zənciri ağzımdan
açsanız dişləyəcəyəm, mənə azadlıq versəniz - istədiyimi edəcəyəm. Hələlik mənə
toxunma, qoy necə varam, elə də qalım, məni dəyişməyə çalışma!
Konrad. Məgər siz öz
narazılığınızdan faydalana bilməzsiniz?
Don Xuan. Elədir, mən ondan bacardığım
qədər faydalanacağam. Çünki mənim narazılıqdan başqa heç şeyim yoxdur! O gələn
kimdir?
B o r a ç i o gəlir
B o r a ç i o. Yenə nə xəbər var, Boraçio?
Mən bu saat çox gözəl bir ziyafətdən gəlirəm. Leonato sənin qardaşının şərəfinə
şahanə bir qəbul düzəltmişdi. Sizə xəbər verə bilərəm ki, tezliklə toy olacaq.
Don Xuan. Bu münasibətlə bir fəsad
düzəltmək olmazmı? Hansı axmaq özünü dərdə-sərə salmaq istəyir?
Boraçio. Təsəvvür edin ki,
qardaşınızın sağ əli.
Don Xuan. Kim? Gözəl Klavdio?
B o r a ç i o. Özüdür ki,
var.
Don Xuan. Çox yaxşı namizəddir. Kimi alır?
Kimi? Kim onu ovsunlayıb?
B o r aç i o. Təsəvvür edin,
Qero! Leonatonun qızı və yeganə varisi!
Don Xuan. Gör Klavdio nə tez kişilər
cərgəsinə çıxdı! Sən bu xəbəri kimdən eşitdin?
Boraçio. Mənə əmr etdilər ki, otaqların
havasını təmizləyim. Boğuq havalı bir otağa daxil olduqda birdən gördüm ki,
prins və Klavdio qol-qola tutub nə barədə isə ciddi danışa-danışa gəlirlər. Mən
tez pərdənin dalında gizləndim. Oradan nə danışdılar hamısını eşitdim.
Sözləşdilər ki, prins Qero ilə danışacaq, razılığını alan kimi onu Klavdioya
təqdim edəcək.
Don Xuan. Oho! Gelin ora gedək. Acığımı
tökmək üçün əlimə fürsət düşüb. Mənim aşağı enməyimin səbəbi birdən-birə böyük
adamlar cərgəsinə çıxmış bu cavandır. Hər hansı yolla onun sevincinə zəhər qata
bilsəm, xoşbəxt olaram. İkiniz də mənə sadiq qalırsınızmı? Mənə kömək etməyə
hazırsınızmı?
K o n r a d. Ölən günə kimi,
möhtərəm ağa!
Don Xuan. Gedək onların əla ziyafətlərinə!
Mənim məğlub olduğumu düşünəndə onların sevinci daha da artır. Ah, bircə aşpaz
mənim hisslərimə şərik olaydı! Gedək! Görək nə etmək olar!
Boraçio. Biz sizin
qulluğunuzda hazırıq, möhtərəm ağa!..
Gedirlər.
İKİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Leonatonun evində salon
Leonato, Antonio, Qero, Beatriçe və başqaları gəlir.
Leonato. Qraf Xuan şama gəlmişdi?
Antonio. Mən ki onu görmədim.
Beatriçe. O cənab üz-gözünü
elə turşudur ki, bir an üzünə baxanda tam bir saat qıcqırma məni öldürür!
Qero. O çox melanxolik xasiyyətli adamdır.
Beatriçe. Qraf Xuanın və
Benediktin hərəsindən bir hissə götürüb quraşdırılsa əla bir adam əmələ gələr.
Onların biri daş heykəl kimi qaradinməzdir, o biri isə ərköyün oğul kimi
naqqaldır.
Leonato.
Deməli, senyor Benediktin dilinin yarısı qraf Xuanın ağzına, qraf Xuanın
melanxolisinin yarısı senyor Benediktin üzünə qoyulsa...
Beatriçe. ...Əlavə olaraq
gözəl ayaqları və cibində bollu pulu da olsa... bu cür kişi dünyada istədiyi
qadının ürəyinə sahib ola bilər... Əlbəttə qadının məhəbbətini qazana bilsə.
Leonato. Doğrusu, qızım, belə
acı dil ilə sən heç vaxt özünə ər tapa bilməzsən...
Antonio. Elədir, xanım buynuzlaşmağı yaman
sevir.
Beatriçe.
Burada qorxulu bir şey yoxdur. Yaxşı deyiblər: "Dalaşqan inəyə Allah buynuz
verməz".
Leonato. Elə bilirsən ki, Allah sənə də
buynuz verməyəcək?
Beatriçe.
Əlbəttə, ər qismət eləməsə buynuz da lazım olmaz. Gecə-gündüz Allaha yalvarıram
ki, bu mərhəmətdən məni məhrum eləməsin, aman Allah! Saqqallı kişi dəhşətdir!
Ondansa mən qılıncımın altında yataram!
Leonato. Bəlkə, sənə saqqalsız kişi qismət
olacaq...
Beatriçe.
Saqqalsız kişi neyimə lazımdır? Paltarımı ona geyindirib evimdə qaravaş
saxlamayacağam ki? Axı saqqallı kişi o deməkdir ki, cavan deyil, saqqalsız isə
hələ kişi olmayıb. Cavan deyilsə mənim karıma gəlməz. Kişi olmayıbsa, mən onun
karına gəlmərəm. Yaxşısı budur, mən ayı oynadanın yanında qulluğa girim,
cəhənnəmdə onun meymunlarına dayəlik elərəm*.
* Qədim ingilis etiqadına
görə ömrünün axırına qədər ərə getməyib qarımış qızlar bu dünyada uşaqsız
yaşamağın cəzası olaraq öləndən sonra cəhənnəmdə özgə uşaqlarına dayəlik
edəcəklər.
Leonato. Məgər
sən cəhənnəmə getmək fikrindəsən?
Beatriçe. Yox, əmi can, ancaq cəhənnəmin
qapısına qədər! Lap qədimdən alnı buynuzlu iblis orada məni qarşılayıb deyəcək:
"Göylərə buyur, Beatriçe, buyur göylərə! Burada qızlara yer yoxdur!.." Mən
meymunları ona tapşırıb özümü göylərə, müqəddəs Petronun yanına gedəcəyəm. O isə
subayların yerini mənə göstərəcək. Ondatı sonra bizim nəşə ilə dolu günlərimiz
başlanacaq...
Antonio (Qeroyd). Sən isə mənim əziz
qardaşım qızı, ümidvaram ki, atan nə desə ona əməl edəcəksən?
Beatriçe. Əlbəttə! Əmiqızım özünə borc
bilir atasının qabağında əyləşib desin: "Əziz ata, siz deyən olacaq!" Lakin,
əmiqızı, fikir ver ki, oğlan yaraşıqlı olsun. Elə olmasa, atanın qabağında
əyləşib de: "Əziz ata, mən deyən olacaq!"
Leonato. Yaxşı, mənim əziz qardaşım qızı,
hər halda ümid edirəm ki, bir gün səni də ərə getmiş görəcəyəm.
B e a t r i ç e. Xeyr, nə qədər ki
Allah-taala torpaqdan yox, başqa bir materialdan kişi yaratmayıb, siz o günü
görməyəcəksiniz! Axı, qadın mənliyinə necə sığışdıra bilər ki, bir ovuc torpaq
ona ağalıq eləsin? Bir ovuc kobud gil parçasına öz işin və əməlin barədə hesabat
vermək!* Yox, əmican, mən buna razı ola bilmərəm. Adəmin övladları olaraq bütün
kişilər mənim qohumlarımdır, qohuma ərə getməyi isə mən günah bilirəm.
Leonato. Sən mənim sözümü yadında saxla,
qızım: prins sənin razılığını istəsə, dediyim kimi cavab verərsən.
Beatriçe. Əmiqızı, o səni elçiləyəndə takt gözləməsə,
musiqiyə qarşı günah işləmiş olacaq. Çox təkid eləsə, ona "hər şeydə mizan
lazımdır" de və başla öz havanı oynamağa. Çünki, - mənə inan, Qero, - elçilik,
nişanlamaq və peşmançılıq eynən şotland çiqasına, menuetə və sinkpese bənzəyir.
Elçilik çiqa kimi hərarətli, ehtiraslı və cazibədar olur, nişanlanmaq isə menuet
kimi köhnədir, təmkinli və ağır keçir. Bunlardan sonra isə peşmançılıq gəlir,
yəni yorğun-əzgin ayaqlar sinkpesdə biri-birinə dolaşmağa başlayır və nəhayət
əldən düşüb birbaş məzara yıxılırsan.
Leonato. Qardaş qızı,
deməliyəm ki, sən hər şeyə pis baxırsan.
Beatriçe. Əmican, mənim gözlərim yaxşı görür. Hətta günün
günortaçağı kəlisanın kəlisa olduğunu ağıllı-başlı seçə bilirəm.
Leonato. Budur, maskalar gəldi, mənim
əzizlərim, gəlin onlara da yer verək.
Don Pedro, Klavdio, Benedikt, Baltazar, Don Xuan, Boraçio, Marqarita,
Ursula ve başqaları daxil olur.
Don Pedro.
Pərəstişkarınızla gəzmək istəməzdinizmi, senyora?
Qero. Yavaş yerisəniz, munis baxsanız və
bir kəlmə də danışmasanız sizinlə gəzməyə hazıram. Xüsusən ona görə ki, burdan
uzaqlaşım.
D o n P e d ro. Mənimlə bir
yerdə?
Qero. Kefım istəsə elə də ola
bilər.
Don Pedro. Bəs kefiniz havaxt
istəyə bilər?
Qero. O vaxt ki, üzünüz xoşuma gəlmiş ola.
Amma qorxuram, Allah eləməmiş, ud özü də köynəyi kimi çıxa...
Don Pedro. Qorxmayın, üzümdəki bu maska
filemon daxmasıdır - altında Yupiter gizlənib...
* İncilin "Allah yer üzündə
birinci insan olan Adəmi bir parça gildən yaratmışdır" rəvayətinə işarədir.
Qero. Elə isə maskanız
samanla örtülməli idi...*
Marqarita. İndi ki, məhəbbətdən başlamısan
- bir az yavaş danış...
Baltazar
(Onu kənara çəkir). Sizə xoş gəlmək istərdim!
Marqarita. Mən bunu istəməzdim. Sizin
xeyrinizə görə. Çünki mənim çoxlu qüsurlarım var.
Baltazar. Məsələn, heç olmasa
birini deyin.
Marqarita. Mən ucadan dua
oxuyuram.
Baltazar. Bu mənim
ürəyimdəndir. Sizi eşidən deyəcək: Amin!
Marqarita. İlahi! Mənə yaxşı
rəqs edən kavaler göndər.
Baltazar. Amin!
Marqarita. Rəqs qurtaran kimi onu gözümün
qabağından rədd elə! Hə, niyə susursan, keşiş?
Baltazar. Daha bəsdir. Keşiş
payını aldı.
Ursula. Mən sizi yaxşı
tanıyıram, siz senyor Antoniosunuz.
Ant o n io. İnanın ki, bu mən
deyiləm.
Ursula. Başınızın əsməsindən
sizi tanıdım.
Antonio. Doğrusu onu acıqlandırmaq üçün
qəsdən başımı əsdirirəm.
Ursula. Siz o olmasaydınız bu cür məharətlə
başınızı əsdirə bilməzdiniz. Əlinizin içi də, dalı da qupqurudur* - eynən onunku
kimi! Əlbəttə siz - osunuz, siz - osunuz!..
Antonio. İnanın ki, bu mən
deyiləm.
Ursula. Çox ağıllı və gözəl danışdığınız üçün sizi tanımamaq
olmur. Məgər istedadı gizlətmək mümkündür? Yetər, mübahisə etməyin: siz -
osunuz, siz - osunuz! Ləyaqət həmişə özünü göstərir. Beləliklə mübahisə
qurtardı!
Beatriçe. Axır ki
deməyəcəksiniz görüm bunu kim sizə deyib?
Benedikt. Bağışlayın,
deməyəcəyəm.
Beatriçe. Kim olduğunuzu da
deməyəcəksiniz?
Benedikt. Hələ ki, yox.
Beatriçe. Deməli, mən şıltağın biriyəm və
bütün ağıllı sözləri "Yüz məzəli hekayə" kitabından** götürmüşəm? Bunları sizə
yəqin senyor Benedikt deyib.
Benedikt. O kimdir elə?
Beatriçe. Mən əminəm ki, siz
onu yaxşı tanıyırsınız.
Benedikt. Sizi inandırıram
ki, tanımıram.
Beatriçe. O bir dəfə də olsa
sizi gülməyə məcbur etməyib?
Benedikt. Xahiş edirəm, deyin
görüm o kimdir elə?
Beatriçe. Prins təlxəyidir. Bayağı bir
təlxək! Bircə qabiliyyəti var: ağlabatmaz dedi-qodular uydurmaq. Onu pozğun
adamlardan baş-qa heç kəs bəyənməz. Onlar da ağlını yox, alçaqlığını
qiymətləndirirlər. O, adamları həm əyləndirir, həm də qəzəbləndirir. Buna görə
də onun sözlərinə gülür, özünü isə əzişdirirlər. Mən əminəm ki, o haradasa
buralarda veyillənir. Çox istərdim ki, qayığım mənə tərəf sürəydi...
Benedikt. Tanış olanda mən sizin rəyinizi
mütləq ona bildirəcəyəm.
Beatriçe. Mərhəmətiniz artıq olsun! Əlbəttə
o qəzəblənəcək, mənim barəmdə bir-iki yağlı söz deyəcək, məni nəyə isə, kimə isə
oxşadacaq. Heç kəsin bu sözlərə əhəmiyyət vermədiyini, gülmədiyini
*
O zaman əlin quruluğunu temperamentin olmaması hesab edərdilər.
** O dövrdə
çox yayılmış gülməli anekdotlar siyahısı.
O v i d i n i
n - "Metamorfozlar"ında Yupiterin (Zevsin) Filemon və Bavkada adlı qoca
ər-arvadın damı samanla örtülmüş kasıb daxmasına gəldiyinə işarədir.
gördükdə isə süstləşib kədərlənəcək, susacaq və nəticədə şam
süfrəsindəki toyuqdan-kəklikdən bir-ikisinin qanadlan salamat qalacaq. Çünki
kefi pozulanda axmaqcığazın boğazından heç şey keçmir (Musiqi çalınır).
Hə, hazır olun. Biz qabaq cərgədə rəqs edən oğlan-qızın dalınca getməliyik...
Benedikt. Əminəm ki, ancaq yaxşı
əməllərlə...
Beatriçe. Pis əməllərə aparsalar, birinci
dövrdəcə mən onlardan uzaqlaşaram.
Rəqs başlanır... Don Xuan, Boraçio və
Klavdiodan başqa hamı rəqs edir.
Don Xuan. Mənim qardaşım lap xirtdəyə kimi
vurulub Qeroya. Qızın atasını kənara çəkdi. Yəqin razılığını istəyəcək. Xanımlar
hamısı qızın dalınca getdilər. Maska tək qaldı.
B o r aç i o. O Klavdiodur -
mən duruşundan tanıyıram.
D o n X u a n. Siz senyor
Benedikt deyilsinizmi?
Klavdio. Yaxşı bilmisiniz -
özüyəm ki varam.
Don Xuan. Senyor, siz mənim qardaşımla çox
yaxınsınız. O, Qeroya vurulub. Xahiş edirəm birtəhər onu qızdan uzaqlaşdırmağa
çalışın. Axı Qero əsil-nəcabətinə görə mənim qardaşıma tay deyil. Bu işdə siz
çox nəcib rol oynamış olarsınız.
Klavdio. Siz
qardaşınızın onu sevdiyini hardan bilirsiniz?
D o n X u a n. Əbədi məhəbbətə and içərək
qıza eşq elan etdiyini bu qulaqlarımla eşitmişəm.
Boraçio. Mən də eşitmişəm: and içirdi ki,
elə bu axşam onunla evlənməyə hazırdır.
Don Xuan. Daha
bəsdir, gedək, şam etməyə...
Don Xuanve Boraçio gedir. Klavdio.
Yaxşı Benedikt
olub, yaxşı rol oynadım mən. Amma heyif pis xəbər eşitdim həriflərdən... Deməli
özü üçün gedirmiş elçi prins! Dostluqdan hər sahədə sən sədaqət um, fəqət
İstisnadır bu işdə bil ki sevgi, məhəbbət! Eşqin sirrini eylə öz dilinə etibar,
Aqillər eşq odunu öz gözündə yaşadar, Elçiyə etibar yox - fltnəkar qara gözlər
Sədaqəti qanında onun mum tək əridər!
Bəli, o şey
ki, hər gün biz görürük həyatda Məhz onu mən unutdum - gözəl Qero, əlvida!
Benedikt gəlir.
B e n e d i k
t. Qraf Klavdio sizsiniz?
K 1 a v d i o. Özüdür ki,
var.
B e n e d i k t. Hə,
gedirikmi?
Klavdio. Hara?
Benedikt. Birinci söyüd ağacının yanına, sizin işi yoluna
salmaq üçün, qraf. Deyin görüm siz çiçək hörüyü varlı tacirlərə məxsus qızıl
zəncir kimi boynunuza taxmaq istəyirsiniz, yaxud leytenantların ipək lenti kimi
çiyninizdən asmaq fikrindəsiniz? Prins artıq sizin gözəl Qeronu öz qarmağına
keçirib!
Klavdio. Sağlığına qismət
olsun!
Benedikt. Oho! Mal-qara sövdəgərləri baha qiymətə öküz
satdıqları müştərini belə sözlərlə yola salırlar. Deyin görüm məgər siz prinsdən
dostluq gözləyirdiniz?
Klavdio. Xahiş edirəm, məni
rahat buraxın.
Benedikt. Yoxaa! Bilirsinizmi bu nəyə
bənzəyir: korun vuruşmasına: uşaq korun əlindən əti alıb qaçır, o isə başlayır
dirəyi döyəcləməyə...
Klavdio. Siz əl çəkməsəniz mən özüm burdan çıxıb gedəcəyəm
(Gedir).
Benedikt. Eh, qanadından yaralanmış zavallı quşcuğaz! İndi
qaçıb qamışlıqda gizlənəcək! Nə qəribə işlərdir: Senyora Beatriçe məni həm
tanıyır, həm də tanımır! Prins təlxəyi! Bəlkə deyib-gülən olduğuma görə mənə
belə ləqəb veriblər? Yox, mən özüm özümə qarşı ədalətsiz ola bilmərəm: Mənim
haqqımda heç də hamı belə düşünmür. Bu, ancaq Beatriçenin fikridir və onun
zəhərli dili bunu hamının fikri kimi qələmə verir. Olsun, çox keçməz Beatriçe
görər ki, mən intiqam almağı bacarıram!
Don Pedro gəlir.
Don Pedro. Senyor, bilmirsiniz qraf
haradadır? Siz onu görməmisiniz ki?
Benedıkt. Doğrusunu deyim ki, hörmətli
cənab, mən müəyyən dərəcədə şayiə xanımın rolunu oynayırdım: Mən qrafa burda
rast gəldim. O, meşələrdə sahibsiz qalmış gözətçi koması kimi qüssəli idi.
Mən ona dedim
ki – həm de elə bilirəm ki, həqiqəti demişəm - hör-mətli siz cənabları gənc
xanımın rəğbətini qazana bilmisiniz. Mən onu birinci söyüd ağacına qədər ötürmək
istədim. Qəsdim bu idi ki, nakam məhəbbətinə matəm əlaməti olaraq çiçəklərdən
ona çələng düzəldim, ya da bir dəstə yaş söyüd çubuğu qırım. Axı o, ağıllı-başlı
kötəklənməyə layiqdir.
Don Pedro.
Kötəklənməyə?! Hansı günahına görə?! Benedikt. O günahına görə ki, məktəbli uşaq
kimi sadəlövh və axmaq iş görüb: təsadüfən tapdığı quş yuvasını sevindiyindən
yoldaşına göstərib, yoldaşı isə yuvanı oğurlamışdır.
Don Pedro. Səti insana inanmağı günah
sayırsan? Günah yuvanı oğurlamaqdır.
Benedikt. Hər halda bir dəstə söyüd çubuğu
və bir çələng lazım olacaq: çələng onun özünə, çubuqlar isə sizə. Çünki, mənim
anladığıma görə, yuvanı oğurlayan sizsiniz.
Don Pedro. Elə ki, quşcuğaza oxumaq
öyrətdim, mən onu öz sahibinə qaytaracağam.
Benedikt. O zaman quşcuğaz siz çalan havanı
oxusa, onda mən deyərəm ki, siz namuslu adamsınız.
Don Pedro. Bura baxın, Benedikt, Beatriçe
sizdən çox acıqlıdır. Maskarad zamanı rəqs etdiyi adam xəbər verib ki, siz onun
dalınca çox pis danışmısınız.
Benedikt. Kaş siz Beatriçenin mənimlə
rəftarını görəydiniz! O cür rəftara kötük belə dözməzdi! Bircə yaşıl yarpağı
olan palıd ağacı da susmazdı! Nəinki mən özüm, hətta üzümdəki maska da az qala
dilə gəlib onunla söyüşəcəkdi. Meni tanımadığından dişinin dibindən çıxanı
dalımca dedi: Guya mən "Prins təlxəyiyəm", bahar daşqınlarında sökülüb dağılmış
çirkli-palçıqlı kənd yolundan da pisəm və sairə və sairə... gözünü yumub ağzını
açdı - de ki, deyəsən. Söyüş, məsxərə, istehza ağlagəlməz bir sürətlə ağzından
axıb tökülürdü. Mənə elə gəldi ki, güllə qabağına qoyulmuş nişanam və bir bölük
qoşun məni atəşə tutub. Beatriçenin dili qılınc kimi kəsirdi. İnanın ki, onun
nəfəsi də sözləri kimi zəhərli olsaydı, dörd ətrafda salamat heç şey qalmazdı.
hər kəs, qütb ulduzuna qədər hər şey zəhərlənərdi. Ohohoho... Aman belə qadının
əlindən! Adəm günah işləyib cənnətdən qovulana qədər neyə sahib olubsa, hamısını
ona cehiz qoşsalar, yenə heç vaxt mən onunla evlənmərəm. O, Herkulesin özünü
belə ocağın qırağında əyləşdirər, əmudunu məcbur edər ki, onu doğrayıb ocaqda
yandırsın. Yaxşısı budur gəlin Beatriçedən heç danışmayaq. Siz mənimlə razılaşın
ki, o, indiki moda ilə geyinmiş cəhənnəm ilahəsi Ata* özüdür. Allaha yalvarıram
ki, hər hansı bir cadugər bizi onun fitnə - fəsadından qorusun. Nə qədər ki, o
bizim bu dünyadadır, cəhənnəmdə olanlara elə gəlir ki, müqəddəs bir sığınacaq
tapıblar və orada rahatca yaşayırlar. Bax bizim bu torpağın üstündəki adamlar
qəsdən günah işləyirlər ki, ora - cəhənnəmə düşsünlər. Bəli, Beatriçenin ayağı
dəyən hər yerdə qiyam, dava-dalaş, narahatlıq başlayır...
Klavdio, Qero və Leonato bir
tərəfdən, Beatriçe o biri tərəfdən çıxır.
Don Pedro. Budur, o özü bura gəlir...
B e n e d i k t. Möhtərəm cənab, siz məni
bir tapşırıqla dünyanın o biri başına göndərə bilməzsinizmi? Ağlınıza gələn ən
əhəmiyyətsiz tapşırığı yerinə yetirmək üçün hara desəniz gedərəm. Asiyanın ən
uzaq guşəsindən sizə diş təmizləyən, ya da ruhani ata Ioannın** ayağının
qəlibini, Böyük Moqol hakiminin saqqalından tük çıxarıb gətirərəm. Hətta
istəsəniz cırtdanlar ölkəsinə səfir gedərəm. Nə desəniz yerinə yetirmək mənim
üçün bu Qarpiya*** ilə iki kəlmə kəsməkdən daha xoşdur. Mənə bir qulluq buyura
bilməzsinizmi, hörmətli cənab?
Don Pedro. Menim sizdən yeganə bir istəyim
varsa, o da xoş və ürək açan məclisinizdən, söhbətlərinizdən feyzyab olmaqdır...
B e n e d i k t. Aman Allah! Bu heç də
mənim xörəyim deyil, gəvəzə sözlərdən zəhləm gedir! (Uzaqlaşır).
Don Pedro. Bəli, senyora Beatriçe. Siz
senyor Benediktin ürəyini itirdiniz.
B e a t r i ç e. Elədir, hörmətli ağa. O,
ürəyini müvəqqəti olaraq mənə vermişdi, saxlayım. Lakin mən onu artıqlaması ilə
geri qaytardım. Bir oyunda o fırıldaq işlədib onu məndən udmuşdu. Beləliklə,
hörmətli siz cənabları tamamilə haqlısınız. Mən onun ürəyini itirmişəm.
Don Pedro. Siz onun arxasını yamanca yerə vurmusunuz, senyora,
yamanca!
|
*** |
* Ata -yunan əsatirində
intiqam, nifaq, dava-dalaş ilahəsi
**Keşiş İoan-
orta əsr əfsanələrinə görə guya o harada isə Asiyanın dərinlərində xristian
səltənətinin hakimidir.
c Q a r p i y a - yunan
əsatirində qadın başlı, quzğun bədənli əjdaha.
Beatriçe. Yaxşıdır ki, o mənim arxamı yerə vurmayıb. Yoxsa
dünya yeni axmaqlarla dolardı. Siz məni qraf Klavdionun dalınca gön-dərmişdiniz.
Mən onu gətirmişəm.
Don Pedro. Bu
nədir, qraf? Siz niyə belə kədərlisiniz?
Klavdio. Mən kədərli deyiləm.
Don Pedro. Bəlkə, xəstəsiniz?
Klavdio. Xəstə də deyiləm,
hörmətli cənab!
Beatriçe. Qraf nə kədərlidir, nə şaddır, nə
xəstədir, nə də gümrah. O sadəcə olaraq özünü ləyaqətlə saxlamaq istəyir -
portağal kimi. Elə o cür də san rəngə boyanıb - qısqanclıq rənginə...
Don Pedro. Mən görürəm ki, senyora, siz onu
çox doğru təsvir edirsiniz. And içirəm ki, boş şübhələr onu aldatmışdır. Yaxşı
bil, Klavdio, mən ancaq sənin adından elçilik eləmişəm və gözəl Qeronun
razılığını almışam. Onun atası ilə də danışmışam. O da razıdır. İndi isə toy
gününü teyin elə və xoşbəxt ol.
L e o n a t o. Qraf, siz qızımla bərabər
mənim bütün var-yoxuma da sahib olacaqsınız. Bu nigah bizim əziz və hörmətli
ağamızın əlilə düzəlir. Qoy göylərin mərhəməti sizin üstünüzdə olsun, Amin!
Beatriçe. Danışın, qraf, indi
sizin replikanız gəlir.
Klavdio. Sevincin ən yaxşı carçısı
susmaqdır. Mən nə qədər xoşbəxt olduğumu deyə bilsəydim, xoşbəxt olmazdım. Qero
- siz mənimsiniz, necə ki mən sizinəm. Mən sizi almaq üçün özümü verirəm və bu
mübadilədən çox razıyam.
Beatriçe. Əmiqızı, indi sən danış. Danışa
bilmirsənsə, busələrlə onun ağzını ört ki, artıq danışmasın.
Don Pedro. Həqiqətən də, senyora, siz çox
şad ürəkli xanımsınız.
Beatriçe. Elədir, hörmətli cənab, mən öz
zavallı və sarsaq ürəyimə çox minnətdaram ki, o hər şeyi ancaq yaxşı cəhətdən
dərk edir. Baxın, bu saat mənim əmiqızım qrafın qulağına pıçıldayır ki, sən
mənim qəlbimi fəth etmisən!
Klavdio. Tamamilə doğrudur,
əmiqızı!
Beatriçe. Beləliklə də, biz sizinlə qohum
olduq! Bax dünyada hamının işi beləcə düzəlir, bircə məndən - zavallı qaraca
qızdan baş-qa. Əlaçım ona qalır ki, çəkilib bir küncə oturum və qışqırım: "Mənə
də bir ər tapın!".
Don Pedro. Senyora Beatriçe,
mən sizə də ər tapacağam.
Beatriçe. Yaxşı olardı ki, siz yox, atanız
mənə ər tapaydı. Hör-mətli ağa, sizə oxşar qardaşınız yoxdurmu? Atanız çox gözəl
oğullar dünyaya gətirib, bircə o qalır ki, hərəsi özünə layiq qız tapsın.
Don Pedro. Olmaya mənə ərə
getmək istəyirsiniz?
Beatriçe. Yox, hörmətli cənab. Adi iş
günləri üçün ikinci bir ər tapsam bəlkə de razı olam. Çünki siz cənabları
qiymətli daş-qaş kimisiniz. Hər gün taxmaq olmaz. Məni bağışlayın, möhtərəm ağa,
anadan belə doğulmuşam: hey danışıram - içində də mənalı bir şey yox.
Don Pedro. Mən isə sizə ancaq susmağı
bağışlamazdın. Şadlıq çox yaraşır sizə. Şübhəsiz ki, xoş saatda dünyaya
gəlmisiniz!
Beatriçe. Heç də yox: mənim anam bərk
qışqırırdı. Elə o anda göydə bir ulduz rəqs etdi. Mən həmən ulduzun altında
doğulmuşam. Əmiqızı və əmioğlu, Allah sizi xoşbəxt eləsin!
Leonato. Əziz qardaşım qızı,
tapşırığımı unutmamısınız ki?
Beatriçe. Bağışlayın, əmican, üzr
istəyirəm, hörmətli cənab (Gedir).
Don Pedro. Vicdanım haqqı bu
Beatriçe çox şad xasiyyətli qızdır!
Leonato. Elədir, hörmətli cənab, onun kədərli olması nadir
şeydir. Ancaq yuxuladığı zaman ciddi olur - o da həmişə yox. Qızım deyir ki,
Beatriçenin yuxusuna da tez-tez gülməli şeylər girir və o, qəhqəhə içində
yuxudan ayılır.
Don Pedro. Ərə getmək barədə
isə eşitmək belə istəmir?
Leonato, Bir kəlmə də!.. Ələ salıb
gülə-gülə qapıdan o qədər elçi qaytarıb ki!
Don Pedro. Amma bu qızdan
Benediktə nə yaxşı arvad olar!
Leonato. Allah eləməsin! Bir həftənin
içində onlar biri-birini tikanlı sözlər dəryasında batırarlar!
Don Pedro. Qraf Klavdio,
inşallah toy havaxtdır?
Klavdio. Günü sabah, mənim ağam. Elə ki
başladılar evlənmək ayinlərini yerinə yetirməyə, zaman çolaq adam kimi qoltuq
ağacların-da sürünəcək.
Leonato. Yox, mənim əziz oğlum. Bir
həftədən tez toy eləmək olmaz. Bazar ertəsini gözləyin. Hər şeyi mənim istədiyim
kimi düzəltmək üçün bu da çox azdır.
Don Pedro. Mən görürəm ki, toyun belə yubandırılmasını
eşi-dəndə sən başmı bulayırsan. Lakin zəmanət verirəm ki, vaxt tez gəlib
keçəcək. Hələlik nə mən Herkulesin qəhrəmanlığından birini təkrar
etmək fikrindəyəm - senyor Benediktlə senyora Beatriçe arasında dəlicəsinə
məhəbbət oyatmaq! Mən çox istəyirəm onlar evlənsinlər. Hərgah siz üçünüz də mənə
kömək etsəniz və nə desəm yerinə yetirsəniz bu işdə müvəffəq olacağıma şübhə
etmirəm.
Leonato. Hörmətli ağam, mən özümü
bütünlüklə sizin ixtiyarınıza verirəm. On gecə dalbadal yuxusuz qalsam da hər
şeyə hazıram.
Klavdio. Mən də, hörmətli
ağam!
Don Pedro. Siz də
hazırsınızmı, gözəl Qero?
Q ero. Əmi qızım özünə yaxşı ər tapsın deyə mən gücüm çatan
hər tapşırığı yerinə yetirərəm.
Don Pedro. Benedikt mənim tanıdığım
cavanların içində lap ümid-sizlərindən deyil. Mən onu cəsarətlə tərifləyə
bilərəm. O, əsil nəcabətli adamdır, sınaqdan çıxmış qoçaqdır və şübhəsiz ki
namusludur. Benediktə vurulması üçün əminiz qızına necə təsir etmək yollarını
mən sizə öyrədəcəyəm. Özüm isə sizin köməyinizlə Benedikti elə hazırlayacağam
ki, ağlının kəskinliyinə və dilinin acılığına baxmayaraq Beatriçeyə aşiq olsun.
İstədiyimizə nail olandan sonra Kupidona mahir atıcı demək lazım gəlməyəcək. Biz
onun şöhrətinə sahib olub yeganə məhəbbət allahları kimi tanımalıyıq. Gedək, mən
öz planımı sizə söyləyim! (Gedirlər).
İKİNCİ SƏHNƏ
Don Xuan və Boraçio gəlir.
Don Xuan.
Deməli doğrudur; Klavdio o Leanatonun qızını alır?
Boraçio. Elədir, mənim ağam. Lakin
istəsəniz mən bu işə mane ola bilərəm.
Don Xuan. Hər maneə, hər çəpər, hər
müqavimət mənim üçün dərmandır. Axı mən ona nifrət xəstəliyinə tutulmuşam və
onun istəklərinə zidd olan hər şey mənim ürəyimdəndir. Sən ona necə mane ola
bilərsən?
Boraçio. Namussuz yolla, mənim ağam. Lakin
elə ustalıqla ki, bu namussuzluğu heç kəs sezə bilməsin.
Don Xuan. İkicə kəlmə ilə de
görüm: necə?
Boraçio. Gərək ki, bir il əvvəl sizə
demişdim: Mən Qeronun qulluqçusu Marqaritanın xüsusi hörmətini qazanmışam.
D o n X u a n. Yadıma düşür.
Boraçio. Mən ondan xahiş edə bilərəm ki,
gecə yarısı xanımının yataq otağının pəncərəsindən çölə boylansın.
D o n X u a n.
Bununla toyu necə pozmaq olar?
Boraçio. Əsl zəhəri hazırlamaq sizdən asılı
olacaqdır: Siz qardaşınız prinsin yanına gedib deməlisiniz ki, o, hədsiz hörmət
bəslədiyiniz ləyaqətli Klavdionun Qero kimi əxlaqsız bir qızla evlənməsinə
vasitəçilik etməklə öz adını ləkələmiş olur.
D o n X u a n.
Qeronun əxlaqsızlığına sübut nədir?
Boraçio. Prinsi aldatmaq, Klavdionu haldan
çıxarmaq, Qeronu və Leonatonu öldürmək üçün mən deyən tamamilə kifayətdir.
Bundan artıq nə sübut istəyirsiniz?
Doo Xuan. Onların rahatlığını pozmaq üçün
mən hər şeyə hazıram, lakin...
Boraçio. Onda işə başlayaq. Gedin. Fürsət tapıb Don Pedro və
Klavdio ilə təklikdə danışın. Onlara deyin ki, siz mənimlə Qero arasındakı
aşiqanə əhvalatdan xəbərdarsınız. Özünüzü elə göstərin ki, guya sizi bu işə
vadar edən onlara bəslədiyiniz dostluq hissləridir. Bu sirlərin üstünü ona görə
açırsınız ki, toyu təşkil edən qardaşınızın şərəfi sizin üçün əzizdir və onun
dostunun təmiz adını yüksək tutursunuz. Buna görə də razı ola bilməzsiniz ki,
pozğun bir qızı ona calasınlar. Əlbəttə sübut olmasa onlar buna inanmayacaqlar.
Siz onları ən inandırıcı sübut qarşısında qoyun: Onlar məni Qeronun pəncərəsi
altında görəcəklər. Mən Marqaritanı "Qero" çağıracağam. Marqarita mənə əlbəttə
"Boraçio" deyəcək, onlar bütün bu sözləri eşidəcəklər. Oyunu biz toya bir gün
qalmış gecə yarısı göstərərik. O vaxtacan mən işləri elə quraram ki, həmin gecə
Qero öz otağında olmaz və onun xəyanəti o qədər inandırıcı görünər ki,
qısqanclıq inama çevrilər, bütün toy dəsgahı pozulub gedər.
D o n X u a n. Axın nə ilə qurtarır
qurtarsın, mən bu tədbiri həyata keçirəcəyəm. İşini məharətlə gör - mükafatın
min dükat olacaq!
Boraçio. Siz ittihamlarınızda bacardıqca
inadlı olun. Mənim kələklərim isə boşa çıxmaz!..
Don Xuan.
Gedim görüm toy hansı günə təyin olunub...
Gedirlər.
ÜÇÜNCÜ SƏHNƏ
Leonatonun bağı. B e n e d i k t gəlir. Benedikt. Ay uşaq!
Uşaq
çıxır.
Uşaq. Bəli, senyor.
Benedikt.
Mənim otağımın pəncərəsindəki kitabı bura gətir. U ş a q. Mən burdayam, senyor
U ş a q gedir.
Benedikt. Sənin burda olduğunu görürəm. Mən istəyirəm ki, sən
burdan gedəsən və təzədən bura qayıdasan. Qəribə deyilmi, dünən məhəbbətin başqa
adamları necə axmaq vəziyyətə saldığını yaxşıca görən, bu mənasız dəliliyə
istehza edib gülən bir şəxs bir də görürsən ki, bu gün özü gözlənilmədən sevməyə
başladı. Başqalarına istehza hədəfi oldu?! İndi Klavdio
bu isə birdən-birə sevməyə başlayıb. Özü bu vəziyyətdədir. Yadımdadır, bir zaman
o şeypurdan və təbildən başqa musiqi aləti sevməzdi. İndi isə böyük həvəslə
balabana, fleytaya qulaq asır. Yadımdadır o, yaxşı hərbi libas tapmağa kömək
üçün on mil yolu piyada gedərdi. İndi isə on gecə dalbadal yuxusuz qalıb, yeni
qısa pencəyinin yaraşığı barədə düşünür. Yorulmaz, namuslu bir insan və soldat
olaraq o sadə, işgüzar sözlər danışardı. İndi isə təmtəraqlı ibarələri
sadalamaqdan yorulmayan boşboğaza çevrilmişdir. İndi onun nitqləri - görülməmiş
yeməklərlə dolu fantastik bir süfrəni xatırladır. Görəsən gözlərim dünyanı
yaxşıca gördüyü gümrah çağımda mən də o cür dəyişəcəyəmmi? Bilmirəm, güman
etmirəm. And içə bilmərəm ki, məhəbbət məni hey nəğmə oxuyan zavallı bir
quşcuğaza çevirməyəcək. Ancaq bir şeyə cəsarətlə and içə bilərəm: nə qədər ki,
aciz bir quş olmamışam, məhəbbət məni elə axmağa çevirə bilməz. Budur, qabağıma
gözəl bir qadın çıxır - mət məhəl qoymayıb keçirəm, salamat qurtarıram; Ağıllısı
çıxır - yenə salamat qalıram; Mehriban və nəcabətlisi çıxır - mən məhv olmuram.
Nə qədər ki, hər cəhətdən cazibədar qadına rast gəlməmişəm, bir qadın məni cəlb
edə bilməz. O qadın varlı olmalıdır - bu birinci şərtimdir. Ağıllı olmalıdır -
əks təqdirdə mənə lazım deyil. Mehriban və nəcib olmalıdır, olmasa bir qəpiyə də
almaram, Gözəl olmalıdır - olmasa gözümün ucu ilə də bax-maram. Mülayim
olmalıdır, deyilsə mənə yaxın durmasın. Əsil - nəcabətli olmalıdır, yoxsa lap
milyon pul da versələr evlənmərəm. Məlahətli danışmalı, çalıb oynamağı
bacarmalıdır. Saçlarının rəngi isə - qoy Allah verən kimi olsun. Aha, bu da
prins və müsyö Kupidon! Tezcə gizlənim (Gizhnir).
Don Pedro, Klavdio ve Leonato gəlir.
Arxalarınca Baltazar çalğıçılarla.
Don Pedro. Hə,
indi musiqiyə qulaq asmaq necədir? Klavdio.
Gözəldir, əziz prins. Yaxşı
sakit gecədir!
Rübabı dinləməkçün sanki susub kainat. Don Pedro. Gördün Benedikt
necə orda gizləndi, bədzat? Klavdio.
Yaxşı gördüm, bəli! Kələk
gəlir o bizə,
Biz də sallıq tülkünü rübabla tələmizə! Don Pedro. O füsunkar
mahnını bir də oxu, Baltazar! Baltazar.
Möhtərəm ağa, məni məcbur
etməyin bir də
Pis səsimlə korlayım o gözəl musiqini... Don Pedro.
Ustalığın birinci sübutu
budur ki, sən
Öz kamil sənətinlə məğrurluq
etməyəsən.
Oxu! Nişanlı qız tək yalvarımmı mən sənə? Baltazar.
İndi ki, deyirsiniz
oxuyacağam yenə.
Lakin çox vaxt nişanlı xanıma
yalvarırlar
heç də uca tutmadan onun
gözəlliyini
"Sevirəm"! and içirlər... Don Pedro.
Başla mahnını, yetər!
Mənimlə mübahisə etmək fikrin
varsa əkər
Elə. Lakin
notlarla...
Baltazar.
Notlar içində yoxdur mənim layiqli notum. Don Pedro.
Sanki notla danışır bu ağzını açan tək.
Notlarda notu - yoxdur, - bəsdir nəsihət
vermək!
Musiqi.
Benedikt (kənara).
İndi ilahi bir mahnı səslənəcək! Və onun
ruhu köylərə
uçacaq! Heyrətamiz deyilmi ki, adi qoyun bağırsağı
insanın canını
almağa qadirdir? Xeyr, mən pul qoyub belə şeylərə yox,
daha böyük
həvəslə şərab dolu buynuzların cingiltisinə qulaq asardım.
Baltazar
(oxuyur).
Gözəllər, bu nə ahdır?
Kişilərdə vəfa yox.
Bədən burda, can orda
Yelbeyindir hamısı...
Bəs ah-vay nə üçündür?
"Ah-vayı" qovmaq gərək.
Dönmək dərdsiz həyata...
Kədərin "ah-vayını"
Çevirmək "hey - hey" deyən
Qüssəsiz nəqarətə.
Acı, dərdli mahnılar
Oxumayın bizə siz.
Əzəldən belə olub
Bu riyakar kişilər.
Bəs ah-vay nə üçündür?
Onları qovmaq gərək,
Qovuşmaq şən həyata...
Kədərin ah-vayını
Çevirmək "hey-hey!" deyən
Qüssəsiz nəqərata... Don
Pedro. Doğrusu gözəl mahnıdır. Baltazar. Lakin müğənni pisdir, hörmətli ağa. Don
Pedro. Yox-yox, ona qalsa sən heç də pis oxumursan. Benedikt (kənara).
Köpək belə hürsəydi boğazdan asardılar. Allah eləsin ki, bunun səsi başımıza
bədbəxtlik gətirməsin. Məncə, ən bəduğur bayquşa qulaq asmaq bundan yaxşıdır.
Don Pedro. Əlbəttə, elədir. Baltazar, zəhmət çəkib bizim üçün ən
yaxşı çalğıçılar tap. Biz sabah gecə senyora Qeronun pəncərəsinin altında
serenada oxumaq istəyirik.
B a 11 a z a
r. Çalışaram, möhtərəm cənab. Don Pedro.
Mütləq çalış.
Xoş gəldin.
Baltazar və çalğıçılar
gedir.
Bura baxın,
Leonato, səhər siz nə isə deyirdiniz. Guya qardaşınız qızı Beatriçe Benediktə
vurulub?
Klavdio. Beli, bəli, vurulub (Don
Pedroya yavaşdan) Yavaş-yavaş yaxınlaşın, yaxınlaşın, quş yerə qonub
(Ucadan Leonatoyä) heç vaxt ağlıma gəlməzdi ki, Beatriçe kimə isə vurula
bilər...
Leonato. Mən də o fikirdə idim. Hər şeydən
de təəccüblü burasıdır ki, kimə vurulub? - Benediktə! Halbuki həmişə özünü elə
göstərirdi ki, guya ona nifrət edir.
Benedikt (kənara).
Belə şey olarmı? Gör külək haradan əsir!
Leonato. Sözün düzü, möhtərəm ağa, mən özüm
də məəttəl qalmışam. Beatriçe onun dərdindən az qalır dəli olsun. Heç kəsin
ağlına gəlməzdi!
Don Pedro. Bəlkə yalandan
özünü elə göstərir?
Klavdio. Ola
bilər.
Leonato. Allaha baxın! Yalandan özünü elə
göstərmək nədir?! Yalançı ehtiras heç vaxt o cür səmimi və hərarətli ola bilməz!
Don Pedro. Axı o ehtiras necə
aşkar olur?
Klavdio (yavaşdan).
Əti tilova yapışdırın. Balıq ağzını açır.
Leonato. Necə aşkar olur? Beatriçe oturur
və... siz ki özünüz eşitdiniz mənim qızım necə nağıl eləyirdi...
Klavdio. Eşitdim, eşitdim,
doğrudur.
Don Pedro. Necə, necə aşkar olur? Deyin,
xahiş edirəm! Axı siz məni heyrətə salırsınız. Mən həmişə bu fikirdə olmuşam ki,
heç bir məhəbbət oxu onun sinəsini deşə bilməz.
L e o n a t o. Mən də and içirdim ki, elə
düşünürəm. Xüsusən Benedikti sevməsini ağlıma gətirməzdim.
Benedikt (kənara). Bu sözləri
ağsaqqal deməsəydi, mən elə bilərdim kələk qurublar. Kələkbazlıq belə mötəbər
görkəmin altında gizlənə bilməz.
Klavdio (yavaşdan).
Zəhər təsir göstərir. Bir az da əlavə edin.
Don Pedro. Beatriçe öz
hisslərini Benediktə deyibmi?
Leonato. Deməyib və and içir ki, heç vaxt deməyəcək. Qıza
əzab verən də budur.
Klavdio. Tamamilə doğrudur. Qızınızın
sözünə görə Beatriçe ona deyib: - "Mən həmişə Benediktə etinasız olmuşam. İndi
birdən-birə necə götürüb yazım ki, səni sevirəm!".
Leonato. Bunu da Benediktə məktub yazmaq
istədiyi zaman deyib. Qızımın sözünə görə alt köynəkdəcə azı iyirmi dəfə oturub
bütöv bir varaq-kağız o üz bu üz yazıb doldurmuşdur.
K1 a v d i o. Ahaa, bu bir varaq kağız
mənim yadıma maraqlı bir şey saldı: Qızınız deyirdi ki...
Leonato. Bəli-bəli! Məktubu yazıb
qurtarandan sonra başlayıb oxumağa, bükəndə isə görüb ki, "Benedikt" və
"Beatriçe" üst-üstə yatır.
Klavdio. Mən də onu demək istəyirdim. Leonato. Elə bu yerdə kağızı
cırıb parça-parça etmiş və öz-özünü danlamağa başlamışdır: "İnsan abrını
gözləməlidir. həmişə mənə gülən, məni ələ salan adama məhəbbət məktubu yazmağım
ayıbdır: Elə özümü götürək. Benedikt mənə məhəbbət məktubu yazmış olsaydı məgər
mən onu ələ salıb gülməzdim?! Bəli, bəli, onu sevdiyimə baxmayaraq ələ salıb
gülərəm!".
K 1 a v d i o. Bundan sonra isə dizi üstə
çöküb içini çəkir, ağlayır, sinəsinə döyür, saçlarını yolur, taleyinə lənət
yağdırır, dua oxuyur: "Ah, mənim əziz Benediktin! İlahi, sən özün mənə dözüm
ver!".
Leonato. Qızımın dediyinə görə həqiqətən də
belə olub. Bəli, Beatriçenin ürəyinə elə ehtiras dolub ki, qızım deyir ümidsiz
dəqiqələrdə özünü öldürməsə yaxşıdır. İş bu yerdədir!
Don Pedro. İndi ki qız ürəyini Benediktə
açmaq istəmir, başqa bir adam ona bildirməlidir.
Klavdio. Nə üçün? O, zavallı qızı ələ salıb
güləcək, iztirablarını daha da artıracaqdır.
Don Pedro. Belə hərəkət eləsə Benedikti
boğazdan asmaq da azdır! Beatriçe çox gözəl, çox mehriban qızdır. Heç şübhəsiz
ki, çox da xeyirxahdır.
Klavdio.
Ağlına isə söz ola bilməz!
Don Pedro. Benediktə vurulmasını nəzərə
almasaq, hər cəhətdən ağıllıdır.
Leonato. Ehh, möhtərəm cənab, belə zəif bir
vücudun içərisində ağıl və ehtiras biri - birilə vuruşanda onda doqquz
qətiyyətlə demək olar ki, ehtiras qalib gələcək! Mənim ona ürəyim yanır, yanmaya
da bilməz. Axı mən onun əmisi və qəyyumuyam!
Don Pedro. Çox istərdim ki, o mənə vurulaydı. Onda mən bütün
mülahizələri bir kənara atıb onu özümə əbədilik yastıq yoldaşı edərdim,
əzizlərdim... Xahiş edirəm, bütün bu əhvalatı Benediktə danışın: görək o nə
deyəcək.
Leonato. Sizcə, belə
məsləhətdir?
Klavdio. Qero bu fikirdədir ki, Beatriçe
məhv olacaq. Qız qəti deyib ki, Benedikt onu sevməsə bu dünyada yaşamayacaqdır.
Onu da deyib ki, ölər, amma məhəbbətini Benediktə bildirməz. Buradaca əlavə
edib: Benedikt elçi göndərsə ölər, amma öz adi istehzalarından əl çəkməz.
Don Pedro. O haqlıdır: hərgah məhəbbətini
açsa çox mümkündür ki, Benedikt onu ələ salıb gülsün. Siz ki, bilirsiniz
Benedikt neçə lağlağıdır.
Klavdio. Amma çox yaraşıqlı
kişidir!
Don Pedro. Orası elədir,
xoşbəxt görkəmi var.
Klavdio. Allaha and içirəm
ki, Benedikt çox ağıllı adamdır.
Don Pedro. Elədir. O adam
başında bəzən idrak işığı görünür.
Leonato.
Məncə, o çox qoçaqdır.
Don Pedro. Ya dueldən qaçmağa çalışır, ya
da əsl xristian vahiməsi ilə ona razı olur.
L e o n a t o. Əlbəttə, ürəyində Allah
qorxusu olan hər kəs sülhü qorumalıdır, qoruya bilməyib pozduqda vahimə içində
tir-tir əsməlidir.
Don Pedro. O elə o cür də hərəkət edir:
hədsiz dərəcədə sərbəst və azad zarafatlarına görə inanmaq çətin olsa da, o,
Allah xofundan qorxan adamdır. hər halda qardaşınız qızına mənim yazığım gəlir.
İstəyirsiniz gəlin Benedikti tapıb qızın məhəbbətini ona bildirək.
Klavdio. Yox, heç şey deməyin. Bəlkə,
Beatriçe özü öz ehtirası ilə bacara bildi.
Leonato. Mümkün deyil. Onun ürəyi
döyünməkdən qalar, ehtirası ilə bacarmaz.
Don Pedro. Artıq kifayətdir. hadisələrin bundan sonrakı
gedişi barədə sizin qızınız bizə məlumat verər. Hələlik isə qoy ara bir az
soyusun. Mən Benediktin xatirini çox istəyirəm. Lakin arzu edirdim ki, o özünə
kənardan baxsın və heç də Beatriçe kimi gözəl arvada layiq ər
olmadığını anlasın.
Leonato. Möhtərəm ağa, nahar hazırdır,
buyurmaq istəməzdinizmi?
Klavdio (yavaşdan). Bundan sonra da
o Beatriçeni sevməsə, mən dünyada heç şeyə inanmaram.
Don Pedro (yavaşdan). İndi belə bir
tələ də Beatriçe üçün qurmaq lazımdır. Qoy bununla sizin qızınız və onun
qulluqçusu məşğul olsun. Necə de gülməli vəziyyət yaranacaq. Onlardan hər biri
belə güman edəcək ki, o birisi onu sevir. Əslində isə belə şey yoxdur, o səhnəni
elə görmək istəyirəm ki, gözəl pantomimaya tamaşa edəcəyik! Beatriçeni göndərin
Benedikti nahara dəvət etsin!
Don Pedro, Klavdio ve Leonato
gedir
B e n e d i k t (pusqudan çıxır).
Yox, belə qondarma ola bilməz. Onlar lap ciddi danışırdılar. Bütün həqiqəti də
Qerodan öyrəniblər. Görünür Beatriçeyə yazıqları gəlir. Görünür, onun ehtiraslan
son həddə çatıb. Mənə vurulub! Bunun üçün o, mükafata layiqdir. Mənim barəmdə
onların mühakimələrini də eşitdim: Elə bilirlər ki, Beatriçenin məhəbbətindən
xəbərdar olanda mən özümü çəkəcəyəm. Dediklərinə görə o ölər, məhəbbətini
bildirməz. Mən heç vaxt evlənmək fikrində olmamışam. Lakin təkəbbür lazım deyil.
Xoşbəxtdir o adam ki, öz qüsurların barədə eşidəndə onları islah edə bilir,
deyirlər ki, Beatriçe gözəldir. Doğru sözdür. Mən də təsdiq edə bilərəm. Nəcib
və xeyirxahdır - bu da doğrudur. Heç bir etirazı yoxdur, mənə vurulduğuna
baxmayaraq ağıllıdır. Düzünü desək, bu, heç də onun ağıllı olduğunu göstərmir,
lakin ağılsızlığını da sübut etmir, çünki mən də bütün varlığınla onu sevməyə
hazıram. Əlbəttə, mən uzun müddət evlənmək məsələsini lağa qoyub güldüyüm üçün
indi məni də ələ salacaq, cürbəcür acı istehzalarla üstümə güləcəklər. Buna da
cavabım var: məgər zövqlər dəyişmir? Cavan vaxtlarında insan bir xörəyi sevir,
qocalanda isə ondan zəhləsi gedir. Məgər tikanlı sözlər və zarafatlar,
insanların beynini atəşə tutan bu kağız oxlar hər hansı bir adamın istədiyi
yolla getməsinə mane ola bilər? Heç də yox! Dünya böyükdür, boş yer çox, doğub
törətmək lazımdır! Mən subay öləcəyəm deyəndə ancaq toyu-ma qədər yaşamayacağımı
ehtimal edirdim. Budur, Beatriçe özü də gəlir. Gündüzün işığına and içirəm ki, o
gözəldən gözəldir! Deyəsən üzündə məhəbbət nişanələri görürəm.
Beatriçe gəlir.
Beatriçe. İradəmin ziddinə olaraq məni
göndərirlər sizi nahara dəvət edim.
Benedikt. Gözəl Beatriçe, zəhmət çəkdiyiniz
üçün sizə təşəkkür edirəm.
Beatriçe. Mənə təşəkkür etməklə siz daha
çox zəhmət çəkirsiniz. Bir də ki, zəhmət olsaydı gəlmezdim.
Benedikt. Deməli, sizə ləzzət
verib?
Beatriçe. Bircə qəpiklik. Senyor, deyəsən
sizin iştahanız küsüb? Onda salamat qalın (Gedir).
Benedikt. Aha... Bir sözə bax!.. "İradəmin ziddinə olaraq
məni göndəriblər sizi nahara dəvət edim!" Bəli, bu sözdə iki məna var. "Mənə
təşəkkür etməklə siz daha çox zəhmət çəkirsiniz". Bu isə o deməkdir ki, mənə
təşəkkür etmək sizə xoş olduğu kimi, sizin yolunuzda hər zəhmətə dözmək də mənə
xoşdur". Yox, ona ürəyim yanmasa, mən alçaq adam olaram! Onu sevməsəm, qoy Allah
məni türkə döndərsin! Bu saat gedib şəklini tapacağam (Gedir).
ÜÇÜNCÜ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Leonatonun bağı. Qero, Marqarita və Ursula gelir.
Qero.
Marqarita, bu
saat durma salona get sen. Orada Klavdio və prinslə ürəkdən Bizim Beatriçeni
söhbət edən görərsən. Yavaşca yaxınlaşıb pıçılda qulağına De ki, biz burda onun
qeybətini qırırıq. Guya öz qulağınla eşitmisən bunu sən. İnanmasa da gəlib
gizlənsin bax orada, O eyvanın altında. Ora buraxmaz işıq, İşıq içib günəşi
örtən qalın sarmaşıq. Hakimin qaldırdığı aşnası da bu sayaq Sarmaşıq tək qudurub
məğrurca edər üsyan, Ona məğrurluq vermiş hakimiyyətə qarşı. Get, gətir
əmiqızını, çalış ha, olma naşı, Yaxşı oyna rolunu, dilin topuq çalmasın...
Marqarita. Əmin olun,
gedərəm, gətirərəm mən onu (Gedir).
Qero.
Ursula, unutma ha - Beatriçe
gələn tək Benedikt barəsində biz gərək söhbət edək. Gel gəzək xiyabanda, adını
çəkdimmi mən Tərif yağdır o saat bacardığın qədər sən. Mən sənə deyəcəyəm -
əcaib işdir, balam, Beatriçenin eşqi dəli edib yazığı. Kupidonun işini bilmək
olmaz, inanın səsiylə de ox vurur sinəsinə adamın.
Beatriçe səhnənin dərinlərində görünür.
Hə, başlayaq!
Bircə bax: çalıquşu gör necə Ot içində gizlənir qulaq asmaq üçün bizə...
Ursula.
Balıq ovçusu olan hər şeydən
çox ürəkdən Ləzzət alır balığın tilova düşməsindən. Tamaşadır baxasan qızıl
qanadlarıyla Balıq neçə həvəslə yarır gümüş suları, Tilovun ucundakı cazibəyə
atır can... Biz də indi yavaşca tilovumuzu atarıq, Sarmaşıqda gizlənən əmiqızını
tutarıq... Başlayın, mən hazıram, arxayın olun mənə...
Qero.
Bir az yaxma
gedək, onda bircə zərrə də Tilovdakı o şirin tikədən salmaz yerə...
Eyvana yaxınlaşırlar
Mənim bu əmim
qızı yaman təşəxxüslüdür, Dağ qartalından betər ayıqdır və ürkəkdir!
Ursula.
Siz Allah, bircə deyin,
doğrudanmı Benedikt Dəli kimi vurulub, aşiq olubdur ona?
Qero. Mənim namizədim də,
prins də elə deyir.
U r s u 1 a. Qıza xəbər
verməyi sizə tapşırıblar, hə?
Qero.
Məndən xahiş etdilər. Lakin
mən söylədim ki: Benedikti bir zərrə sevirlərsə dostlar
Gedib başa
salsınlar: eşqini heç bir zaman Açmasın ona əsla, boğsun öz ürəyində...
Ursula.
Axı niyə, nə üçün? Məgər o
layiq deyil Xoşbəxt, gözəl ailə qursun bir nazəninlə? Məncə, Beatriçe də, o da
layiqdir buna...
Qero.
And olsun məhəbbətə, kişiyə
məxsus olan Hər istəyə, Benedikt hər arzuya layiqdir. Lakin hələ təbiət əmiqızım
kimi məğrur, Sərt ürəkli bir qadın yaratmayıbdır əsla, Heç kimi bəyənmir o, kim
gəldi salır ələ. Özünden ağıllı bir adam bilmir dünyada. Bir qara quruşa da
saymır başqalarını. Məhəbbət nə bilir o! Bir adam ki, özünə Vurula gecə-gündüz,
özgəsini sevərmi?
Ursula.
Düz deyirsiniz. Bizi ələ
salmasın deyə Onunla məhəbbətdən danışmasaq yaxşıdır.
Qero.
Çarə yoxdur. Nə qədər gözəl,
cavan, ağıllı, Nəcabətli bir igid tapılsa da əmiqızı Astarını üzünə çevirib pis
baxacaq. Yaraşıqlı olanı "bacı" adlandıracaq,
Qarabuğdayı görsə deyər rəssam təbiət Gülmək üçün burada yaxşı ləkə salıbdır!
Uca boylu olana - "başı küt nizə" deyər, Boydan xırda olansa - "yaraşıqsız
kömbedir". Dilli-dilavər isə "yelbeyinin biridir". Az danışansa əkər -
"qaradinməz kötükdür". Bir kişi tapılmaz ki, ona pis görünməsin! Sözü düz,
şücaətli oğullara da inan Ədalətlə, insafla o qiymət verməz bir an!..
Ursula. Tərifə layiq deyil o
cür bədgüman qadın...
Qero.
Bəli, elə
qəribə, elə tünd məcaz qızı İnanmıram tapıla tərifləyən bir adam
Lakin bu qüsurları kim deye bilər ona? Mən
deyərdim, qorxuram acı məsxərələrlə Öldürə məni dərhal, kəfənsiz qoya qəbrə!
Yox, yaxşısı budur ki, boğulan alov kimi Benedikt nakam eşqin əlində sönüb
getsin. Bu cür ölüm yaxşıdır - məsxərədən ölməkdən Dəhşətdir qıdıqlayıb
öldürələr adamı!..
Ursula.
Hər halda
gəlin, qıza bildirək əhvalatı, Görək neçə baxacaq...
Qero.
Yox, yox, amandır, əsla!
Dinlə, mən Benediktin yanına gedəcəyəm, Məsləhət görəcəyəm əl çəksin bu
sövdadan. Onu döndərmək üçün Beatriçe barədə Pis bir şey uyduraram. Axı bir acı
söz də Çox zaman məhəbbətin alovunu söndürür.
Ursula.
Olmaz! Siz
bacınıza elə zərbə vurmayın, Məncə, gərək o bu cür səfehlik eləməsin. hamı deyir
ki, onun iti dərrakəsi var. O cür ağıl sahibi senyor Benedikt kimi Nadir bir
adaxlını heç vaxt əldən buraxmaz...
Qero.
Bizim
Klavdionu çıxmaq şərtilə, inan, İtaliyada onun tək yoxdur ikinci adam!
Ursula.
Xahiş edirəm,
xanım, inciməyin siz məndən, Sözün düzünü deyim. Cəsarətdə, ağılda Və bir də
gözəllikdə bütün bu İtaliyada Hamı deyir ki, senyor Benedikt birincidir.
Qero. Düzdür. Onun şöhrəti
tutub bizim ölkəni.
Ursula.
Şöhrəti
qazanıbdır o öz üstünlüyüylə... Yaxşı, de görüm sizin toyunuz bəs havaxtdır?
Qero.
Guya sabah
olacaq. İndi isə gel gedək,
Gəlinlik
paltarıma bir yaxşı bax, de görüm Sabah hansını geysəm daha gözəl görünəm...
Ursula (yavaşdan).
İnandırıram sizi tələdədir quşcuğaz.
Qero (yavaşdan).
Demək eşqin
hər iki təsadüflərdən aşar, Amurun oxu varsa, yaxşı tələsi də var...
Qero ve Ursula gedirlər.
B e a t r i ç
e (eyvanın altından çıxır).
Aman yarəb,
yanıram, görəsən doğrudanmı Hamı məni qınayır təkəbbürlü sanaraq... Əlvida,
nifrət, acıq! Uzaq bu gündən belə, Sən də ey qız qüruru! Boş şey imiş ki bunlar.
Sevgiyə sevgi ilə cavab verəcəyəm mən Vəhşi maral çevrilib əl quzusu olacaq! Sən
sevirsən, Benedikt, onda təklif edirəm Gəl sevgini müqəddəs nikahla
tamamlayaq... "Ləyaqətlidir!" Hamı söyləyir bir ağızdan. Şahidsiz də mən özüm
bunu yaxşı bilirəm...
Gedir.
İKİNCİ SƏHNƏ
Leonatonun evində bir otaq.
Don Pedro, Klavdio, Benedikt və Leonato gəlir.
Don Pedro. Mən toya qədər burda qalıb sonra
Araqona yola düşəcəyəm.
Klavdio. Hörmətli cənab,
icazə versəniz, mən sizi ötürərəm.
Don Pedro. Yox, mən sizin səadətinizin yeni parıltısına
kölgə salmaq istəmirəm. Bu ona bənzər ki, uşağa təzə paltar verib, geyməyi
qadağan edəsən. Benediktdən xahiş edəcəyəm mənimlə yol yoldaşı olsun. Axı o,
şadlıq mücəssəməsidir. Özü də ki, iki-üç dəfə Kupidonun yayının girişini
kəsmişdir və o zamandan o balaca əzazil bir daha buna ox atmağa cəsarət etmir.
Benediktin ürəyi kəlisə zəngi kimi möhkəmdir. Dili də ki, söz tapmaqda heç vaxt
çətinlik çəkinirdi. Beləliklə, ürəyində nə varsa, həmişə dilindədir.
Benedikt.
Ağalar, mən artıq əvvəlki mən deyiləm.
L e o n a t o. Bax elə mən də onu demək istəyirəm. Məncə,
siz ciddi olmusunuz.
Klavdio. Ümid
etmək istəyirəm ki, o vurulub...
Don Pedro. Bu kefcildən elə şey gözləmə!
Onun damarlarında bir damcı da əsl qan axmır ki, məhəbbətin şirinliyini duya
bilsin. Tutqun görünürsə, deməli pulsuzlaşmışdır.
B e n e d i k t. Dişim
ağrıyır.
Don Pedro. Çəkdir getsin!
Benedikt. Ay bu dişi çər
vursun!
Klavdio. Əvvəl qoy çər
vursun, sonra da çəkdir.
Don Pedro. Heç
bu da işdir: diş ağrısından sızıldayıb durasan?
Leonato. Mənasız bir hovun və
ya çirkin əlində inləyəsən?
B e n e d i k t. Başqasına məsləhət vermək
asandır. Öz başınıza gəl-sin, görüm necə çəkdirirsiniz!
Klavdio. Mən yenə deyirəm: o
vurulub!
Don Pedro. Mən ki onda bir zərrə məhəbbət
əlaməti görmürəm. Sevdiyi bir şey varsa, o da tez-tez qəribə-qəribə paltarların
birini çıxarıb o birini geyməkdir. Bir də görürsən bu gün hollandiyalı, sabah
fransız, o biri gün nə bilim kim oldu. Bəzən də iki ölkənin birləşdirir. Beldən
aşağı alman olub enlibalaq şalvar geyir. Beldən yuxan ispan olur - elə geyinir
ki, arxalığı əsla görünmür *. Hərgah mən düşünən kimi deyilsə, yəni bu
axmaqlıqlara vurulmayıbsa, biz düşünən kimi də deyil. Məhəbbətin gücündən də
axmaqlamayıb.
K1 a v d i o. Əgər o bir qadına
vurulmayıbsa, onda qədimdən qalma əlamətlərin heç birinə inanmaq olmaz. O, hər
səhər şlyapasını təmizləyir. Sual olunur. Nə üçün?
Don Pedro. Onu dəlləkdə
görəniniz olubmu?
Klavdio. Onu dəlləkdə yox, dəlləyi onun
yanında görüblər və o şey ki üzünü bəzəyirdi, tennis topunun içinə doldurulub.
Leonato. Deyirəm axı, xeyli cavan görünür.
Demə saqqalını qırxdırıb...
Don Pedro. Hələ bu da azdır. Müşk ilə
ətirlənir. Məgər fikir verməmisiniz iyi adamı uzaqdan vurur?
Klavdio. Aydın məsələdir.
Gözəl oğlan vurulub!
* İspanlar
arxalığın üstündən plaş geydikləri üçün arxa görünməzdi.
Don
Pedro.
Başlııca sübut isə melanxolik görkəm almasıdır.
K1 a v d i o. Bu vaxta qədər heç üz-gözünü
belə diqqətlə yuduğunu görmüşsünüzmü?
Don Pedro. Yaxud özünə bəzək verməsini kim
görüb?! İndi isə hər yerdə bu barədə danışırlar!
Klavdio. Bütün şadlığı isə rübabının
simlərinə çıxıb və simlərin ahənginə görə dəyişir.
D on Pedro. Kədərli
hadisədir. Onu ifşa edir. Bəli, o vurulub!
K1 a v d i o. Bir xanım da
ona aşiq olub və mən o xanımı tanıyıram.
Don Pedro. Ahha, kimdir o xanım? Mən bilmək
istərdim. Sizi əmin edirəm ki, özü də yəqin bunu əsla tanımır.
Klavdio. Əksinə, bütün qüsurlarına
bələddir. Buna baxmayaraq dərdindən dəli-divanədir.
Don Pedro. O xanımı üzüyuxarı
basdırmaq lazım gələcək.
B e n e d i k t. Bütün bu sözlər diş ağrısını azaltmır.
Hörmətli senyor Leonato, gəlin bağçaya çıxaq, bir az gəzişək, sizə beş-on kəlmə
ağıllı söz deyəcəyəm. Bu yelbeyinlər eşitməsə yaxşıdır.
Benedikt və Leonato gedirlər.
Don Pedro.
Həyatıma and olsun ki, Beatriçeni elçiləyəcək.
Klavdio. Heç şübhəsiz. Artıq Qero və
Marqarita Beatriçe ilə lazımi komediyanı oynayıblar və o iki ayı bir-birinə rast
gələndə daha didişməyəcək.
Don Xuan gəlir.
D o n X u a n. Mənim ağam və qardaşım,
Allah səni hər cür bəla-dan qorusun.
Don Pedro. Gün aydın,
qardaşım.
D o n X u a n. Vaxtınız olsa
bir dəqiqə sizinlə danışmaq istəyirəm.
Don Pedro.
Təklikdə?
Don Xuan. İcazə versəniz təklikdə. Əslinə
baxanda qraf Klavdio da qulaq asa bilər. Çünki sizə söyləyəcəyim şeylərin ona
dəxli var.
Don Pedro. Deyin görək nə
olub?
Don Xuan (Klavdioya). Hörmətli
cənab, deyəsən siz adaxlanmağa
hazırlaşırsınız?
Don Pedro. Siz ki bunu
bilirsiniz.
D o n X u a n. Bilirəm, lakin inanmıram.
Mənə məlum olan şeyi o bilsə...
Klavdio. Bir
maneə varsa, xahiş edirəm deyin.
D o n X u a n. Siz elə bilirsiniz ki, mən sizi sevmirəm.
Belə düşünməyə də haqqınız var. Lakin səbir edin, zaman hər şeyi göstərər. İndi
verəcəyim məlumatdan sonra mənim barəmdə daha yaxşı fikirdə olacaqsınız. Mənim
qardaşıma gəldikdə isə deməliyəm ki, o cənabınıza çox rəğbət bəsləyir və bu
nikahı düzəltmək üçün səmimi qəlbdən sizə kömək etmişdir. Əslində isə bu pis
köməkdir, mənasız zəhmətdir.
Don Pedro.
Neçə!? Necə!? Açıq de görək nə olub?
D o n X u a n. Elə hər şeyi açıb demək üçün
bura gəlmişəm. Cürbəcür təfərrüatları bir kənara qoyuram. Onsuz da öz aramızda
bu barədə çox danışmışıq. Müxtəsər olaraq sizə bildirirəm, qız namussuzdur!
Klavdio. Kim?
Qero?
Don Xuan. Bəli, o Leonatonun qızı, sizin
Qero, daha bilmirəm kimlərin Qerosu!..
K1 a v d i o. Namussuzdur?!
Don Xuan. Onun nə dərəcədə pozğun olduğunu
ifadə etmək üçün bu çox yumşaq sözdür. Mən deyərdim ki, o, namussuzdan da
pisdir. Necə çirkin söz tapsanız ona yapışar. Nə qədər ki, əlinizdə sübut yoxdur
təəccüb etməyə tələsməyin. Bu gecə mənimlə gedərsiniz. Toy ərəfəsində belə onun
yataq otağının pəncərəsinə necə dırmaşdıqlarını görərsiniz. Hərgah bundan sonra
da o qızı sevmiş olsanız günü sabah toyunuzu eləyin, lakin mənə qalırsa
namusunuza, şərəfli adınıza ləkə salmamaq üçün bu fikirdən dönsəniz daha yaxşı
olar.
K1 a v d i o. Elə şey ola
bilərmi?
Don Pedro. Mən o barədə heç
düşünmək də istəmirəm!
Don Xuan. Hərgah öz gözünüzə inanmaq
istəmirsinizsə aydın şeyi belə inkar edin. Mənim dalımca gəlsəniz sizə qəribə
şeylər göstərərəm. Elə ki hər şeyi görüb eşitdiniz, ağlınız kəsən kimi hərəkət
edərsiniz.
Klavdio. Hərgah mən bu gecə evlənməyimə
mane olan bir şey görsəm, sabah kəlisada kəbin kəsilən yerdəcə onu rüsvay
edəcəyəm!..
Don Pedro. Elə olsa mən - sənin elçin, onu
biabır etmək üçün sənə qoşulacağam.
Don Xuan. Nə qədər ki, hər şeyi öz gözünüzlə görməmisiniz artıq mən o qız barədə pis bir şey
deməyəcəyəm...
Don Pedro. Ah,
gözlənilməz bədbəxtlik günü!.. Klavdio. Ah, dəhşətli fəlakətlər günü!
Don Xuan. Bu
işin axırında isə deyəcəksiniz: "Ah, xoşbəxtliklə qarşısı alınmış rüsvayçılıq!".
Gedirlər.
ÜÇÜNCÜ SƏHNƏ
Küçe. Kizil, Bulavavə gözətçilər gəlir.
K i z i 1.
Deyin görüm siz namuslu və
sədaqətli adamlarsınızmı?
Bulava. Əlbəttə! Yoxsa onlar ruhlarını və
bədənlərini xilas etmək üçün əzaba dözməzdilər.
Kizi 1. Yox, bunlara o cəza da azdır əkər ürəklərində zərrə
qədər sədaqətli tabelik duyğusu varsa. Axı bunları nahaq yerə şəxsən prinsin
mühafizə dəstəsinə seçməyiblər.
Bulava. Yaxşı, qonşu Kizil,
indi bunlara nə tapşırığın var?
K i z i 1. Əvvəl? Deyin görüm sizin
fikrinizcə polisliyə ən çox yara-mayan adam kimdir?
Birinci gözətçi. Xyu Ovsyanka, ya da
Fransis Uqolek. Çünki onların hər ikisi oxumağı da bacarır, yazmağı da.
Kizil. Yaxın gəl, qonşu Uqolek. Allahın
köməyindən sən yaxşı ad çıxarmısan. Lakin bil ki, gözəlliyi adama tale verir.
Savad isə, hə, savad isə təbiətin vergisidir.
İkinci gözətçi. Cənab pristav, o
da, o birisi də...
K i z i 1. Səndə var, hə? Men əvvəldən
bilirdim sən elə belə cavab verəcəksən. Hə, gözəlliyin üçün get Allaha şükür
elə. Özün de onunla öyünmə. Savada gəldikdə isə, yadında saxla, onu elə yerdə
işlədərsən ki, orda o cür axmaq şeylərə ehtiyac yoxdur. Deyirlər ki, sən polis
vəzifəsinə ən çox yaramayan adamsan. Elə isə fanarı götür. Senə tapşırıq
belədir: Küçələrdə boş-boş veyillənən kim gəldi, prinsin adından ya-xala və
saxla.
İkinci gözətçi. Birdən biri
dayanmaq istəmədi, onda neyləyim?
Kizil. Eləsinə fikir vermə, burax çıxıb
getsin, vəssalam. Sonra da bütün gözətçiləri bir yerə yığ və hamınız əlinizi
qaldırıb göylərə şükür eləyin ki, bir dələduzdan yaxanız qurtardı. Bulava. Kim
sənin əmrinlə dayanmadı, bil ki, o, prinsin təbəəsi deyil.
Kizil. Düz deyir. Çünki gözətçilər ancaq
prinsin təbəələrinin işinə qarışa bilər. Bir də ki, siz küçələrdə səs
salmamalısınız. Gecə gözətçilərinə icazə verilir istədikləri qədər danışsınlar
və boşboğazlıq etsinlər. Buna görə də elə şeylərə qətiyyən yol verməyin.
İkinci gözətçi. Nəyimizə lazımdır danışaq?
Yaxşısı budur xoruldayaq. Biz bilirik, nəyə icazə verilir, nəyə yox.
Kizil. Sən dünya görmüş gözətçiyə
oxşayırsan, yaxşı da mühakimə yürüdürsən. Sənə arxayın olmaq olar. O barədə
mənim fikrim belədir: Yatan adam günah eləyə bilməz, bacardıqca çox yatma. Ancaq
ayıq olun ki, mizraqınızı açıb aparmasınlar. Hə, sonra siz gərək pivəxanaya da
dəyəsiniz. Orda kimi sərxoş gördünüz qovasınız, getsin evinə
yuxulamağa.
İkinci
gözətçi. Birdən biri evinə getmək istəmədi, onda neyləyək?
Kizil. Ta ayılıb özünə gələnə kimi onu
rahat buraxarsınız. Əgər buna da razı olmayıb hay-küy salsa, deyin ki, onu başqa
adamla çaş salmısınız.
İkinci
gözətçi. Oldu, cənab pristav!
K i z i 1. Oğruya rast gələndə, öz
vəzifənizə görə gərək onun düz-gün adam olduğuna şübhə edəsiniz. O cür
adamlardan nə qədər uzaq olsanız sizin ləyaqətiniz üçün o qədər yaxşıdır.
İkinci
gözətçi. Əgər yəqin bilsək ki, oğrudur, onu tutaq, ya yox?
Kizi 1. Düzünü desək vəzifənizə görə gərək
tutasınız. Ancaq mən belə düşünürəm: Qatrana toxunsan - bulanacaqsan. Sizin üçün
ən rahat çıxış yolu budur ki, oğrunu tutanda, ona imkan verəsiniz hansı yuvanın
quşu olduğunu göstərsin, yavaşca sürüşüb sizin əlinizdən çıxsın.
Bul ava. Qardaş, nahaq yerə
sənə rəhmdil adam demirlər.
K i z i l. Düzdür. Mənə qalsa heç iti də
öldürmərəm, nəinki qanında bircə damcı düzlük olan adamı.
Bulava. Gecə harada ağlayan uşaq səsi
eşitdiniz, anasını çağının onu sakit eləsin.
İkinci gözətçi. Birdən anası yatmış oldu və
eşitmədi, onda neyləyək?
K i z i 1. Onda keçib gedin. Qoy uşaq özü o
qədər qışqırsın ki, anası oyansın. Quzusunun məyiltisinə oyanmayan qoyun dana
böyürtüsünə heç oyanmaz.
Bulava. Düz
deyir. Düz sözə nə söz!
Kizil. Uzun sözün qısası! Sən pristavsan,
deməli, prinsin özünü təmsil edirsən. Yəni gecə prinsə rast gəlsən onu da tuta
bilərsən.
B u 1 a v a. Vallah yox, mən
bilən bunu eləyə bilməz.
K i z i 1. Bir qurşa qarşı bir quruş
qoyuram ki, mən deyəndir! Məhkəmə qaydalarına bələd olan hər kəs təsdiq edər ki,
tuta bilər, bu şərtlə hörmətli prins özü icazə versin. Çünki gözətçi heç kəsi
təhqir etməməlidir. Adamı zorla tutub saxlamaq isə təhqirdir.
B u 1 a v a. Allah haqqı ki,
düzdür!
Kizil. Ha-ha-ha! Hə, uşaqlar, gecəniz xeyrə qalsın. Vacib
bir hadisə olsa, məni çağırın. Şəxsən öz ağlınıza və yoldaşlarınızın məsləhətinə
qulaq asma. Gecəniz xeyrə qalsın. Əziz qonşum, gedək.
İkinci gözətçi. Çox yaxşı, gedək, hörmətli
cənablar, biz isə öz işimizi bilirik. Saat ikiyəcən burada, kəlisanın yanında
oturarıq, sonra böyrümüzü verərik yerə...
Kizil. Sizə bir söz də deyim, qonşucuğaz;
gözünüz senyor Leonatonun evində olsun. Sabah orada toy olacaq, ıa görə də gecə
səhərəcən get-gəl kəsilməyəcək, salamat qalın. Əcaibi isə budur ki, ayıq olun.
Ürəkdən xahiş edirəm.
Kizil veBulava gedir. Boraçiove Konrad:
gəlir.
Boraçio. Bəs
belə, Konrad!
İkinci gözətçi. Bir az yavaş!
Səsini çox ucadan çıxarma!
B o r a ç i o. Konrad! Sən
harada qaldın?
K o n r a d. Burdayam,
qardaş, lap sənin dirsəyinin yanında
Boraçio. Günorta duasına and olsun ki, elə
ona görə də mənim dirsəyim qaşınır. Elə bil, keçəllik tutmuşam.
Konrad. Dayan bir, mən sənə göstərərəm,
keçəllik necə olur! İndi başına gələn əhvalatı danış.
Boraçio. Gəl bu çardağın altında duraq,
deyəsən yarış damcılayır. Mən əsl sərxoş kimi bütün əhvalatı sənə nəql edəcəyəm.
heç şey gizlətməyəcəyəm.
Birinci gözətçi. Uşaqlar,
deyəsən min dükat qopartmışam.
K o n r a d. Məgər alçaqlığı
belə baha qiymətə alırlar?
B o r a ç i o. Yaxşısı budur, sən başqa cür
soruş. Soruş ki, məgər alçaqlıq belə dövlətli ola bilər? Axı, dövlətli alçağın
kasıb alçağa işi düşəndə, kasıb ondan istədiyi qədər qopara bilər.
Konrad. Mən
heyrət içindəyəm.
Boraçio. O sənin təcrübəsiz olduğunu sübut edir! İnsanın
arxalığının, şlyapasının, yaxud plaşının nə fasonda olmasının məgər bir
əhəmiyyəti var?
Konrad. Heç
bir əhəmiyyəti yoxdur. Fason-fasondur.
Boraçio. Bəh, bəh! Elə də mən deyirəm: Axmaq-axmaqdır. Məgər
sən bilmirsən bu fason necə zirəkdir? Nə cür istəyir insanları o cür də şikəst
eləyir, soyub-talayır.
Birinci gözətçi {kənara). Mən yaxşı bilirəm, kimin
haqqında danışırlar. O fason yeddi ildir ki, oğurluqla məşğul olur. Amma özünü
elə göstərir ki, guya əsl-nəcabətli kişidir! Adını eşidən kimi yadıma
düşdü.
Boraçio. Sən bir səs
eşitmirsən ki?
Konrad. Yox, yelçəkəndir,
damda səslənir.
Boraçio. Hə, məgər sən o fasonun necə mahir
oğru olduğunu bilmirsən? Bilmirsən ki, on dörd yaşından tutmuş otuz beş yaşına
kimi bütün insanların ağlım necə başından çıxarır? Fason adamları gah his basmış
şəkillərdəki fironun əsgərləri kimi, gah köhnə kelisa pəncərələrindəki Vaal*
kahinləri kimi, gah yağlı-çirkli divar xalçalarındakı üzü qırxıq herkules kimi
geyindirir. Herkulesin şalvarında isə lap çomaq girən bir deşik də açır.
Konrad. Bütün bunları mən də bilirəm. Onu
da bilirəm ki, fason paltarı insandan tez dağıdır. Görünür o fason sənin özünün
huşunu başından elə çıxarıb ki, öz əhvalatını bir kənara qoyub başlamısan fason
barədə əllaməlik eləməyə.
: Bəzi qədim xalqlarda günəş allahı.
Boraçio. Heç də yox. Əhvalata keçirəm. Bu
gecə mən Marqarita ilə mazaqlaşmışam, senyora Qeronun qaravaşı Marqarita ilə.
Özünü də -"Qero" çağırırdım. O, xanımının yataq otağının pəncərəsindən bu tərəfə
əyilib mənimlə şirin söhbət edirdi. Azı min dəfə mənə "gecən xeyrə qalsın" dedi.
Mən yaxşı nəql edə bilmirəm. Gərək orasını əvvəl deyəydim ki, mənim ağam prins
və Klavdio bağda bizim aşiqanə görüşümüzə tamaşa edirdilər. Onları tapıb gətirən
və aldadan isə mənim ağam Don Xuan idi.
Konrad. Onlar Marqaritanı Qero bildilər,
hə?
B o r aç i o. Onlardan ikisi - prins və Klavdio elə bildi.
Lakin o iblisə, - mənim ağamı deyirəm ey, - yaxşı məlum idi ki, mən Marqarita
ilə mazaqlaşıram. Müxtəsər ki, mətin ağam israr və təkidlərlə onları aldadıb
bağa gətirmişdi. Sonra da bir az onun qızışdırması, bir az qaranlıq, aldadıcı
gecə və əsasən də Don Xuanın böhtanını təsdiq edən mənim alçaqlığın ucundan
Klavdionu özündən çıxmağa məcbur etdi. O, qəzəbdən boğula-boğula qaçıb getdi,
and içdi ki, sabah kəlisada kəbin kəsdirmək əvəzinə bütün camaatın qabağında
gecə gördüklərini danışıb Qeronu rüsvay edəcək, kəbinsiz-nişansız evinə yola
salacaq...
Birinci keşikçi (qabağa çıxır). Prinsin
adından əmr edirəm dayan!
İkinci keşikçi. Pristavı bura çağırın. Burada elə biədəb bir
əxlaqsızlığın üstünü açmışıq ki, bizim dövlətdə hələ indiyəcən bu cür şey
görünməyib.
Birinci keşikçi. Fason adlı biri də
bunlarla əlbirdi'. Mən o fasonu yaxşı tanıyıram. Hələ alnında kəkili də var.
Konrad. Qardaşlar! Ay
qardaşlar!
İkinci keşikçi. Baxarsınız, qardaşlar! Siz
o fasonu da bizim əlimizə verəcəksiniz, inandırıram ki, verəcəksiniz!
Konrad. Qardaşlar...
Birinci keşikçi. Danışmayın. Susun! Biz
sizi həbs edirik. Zəhmət çəkib tabe olun və dalımızca gəlin.
Boraçio. Əcəb işə düşdük ha!.. Heç sözüm
yoxdur. Lap mizrağın ucuna ilişmişik. Gözəl işdir!
Konrad. Səni əmin edirəm ki, şübhəli
gözəllikdir. Nə etməli, tabe olmalıyıq!
Gedirlər.
DÖRDÜNCÜ SƏHNƏ
Qeronun otağı
Qero, Marqarita və Ursula gəlir.
Qero. Mənim əzizim Ursula, Beatriçeni oyat, de ki, durmaq
vaxtıdır...
Ursula. Baş üstə, xanım.
Qero. Deyinən zəhmət çəkib
bura gəlsin.
Ursula. Gözüm üstə, xanım
(Gedir).
Marqarita. Xanım, mənə elə gəlir ki, bu paltara o biri
yaxalıq daha çox yaraşar.
Qero. Əziz Marqarita, mənə bu
xoş gəlir.
Marqarita. Sizi inandırıram ki, bu o qədər
də qəşəng deyil. İnanıram ki, əmiqızınız da belə deyəcək.
Qero. Əmiqızım gicin biridir. Sən də ondan qalmazsan. Heç
bir başqa yaxalıq taxmayacağam.
Marqarita. Sizin o təzə paltarlarınız
olduqca qəşəngdir. Rəngi bir azca qaramtıl olsaydı, daha yaxşı görünərdi. Fasonu
isə elə gözəldir ki!.. Mən hersoginya Milanskayanın tərifi göylərə çıxan
paltarının da görmüşəm.
Q e r o. Deyirlər hələ o cür
paltar olmayıb!
Marqarita. And içirəm ki, sizinkinin
yanında heç nədir! Sadəcə bir dondur. Qızılı parçadan tikilib, yaxşı naxışlarla,
gümüşü krujeva ilə
Üstünə mirvari
dənələri səpələnib. Üst qolu, alt qolu, mavi astarlı dəyirmi ətəyi var.
Zərifliyinə, incəliyinə, yaraşığına qalanda 1 ; on qat
ondan yaxşıdır.
Qero. Allah eləsin, bu paltarda şadlıq
görüm. Sinəmdə elə ağırlıq hiss edirəm!
Marqarita. Tezliklə bir az da artıq hiss
edəcəksiniz. Axı kişi çox ağır olur
Qero. Oy, oy, heç utanmırsan?
Marqarita. Nə üçün utanım?! Düz söz
danışıram, ona görə? Məgər nigah düz iş deyil, hətta dilənçi üçün də? Məgər
sizin ağanız, toy eləməmiş olsa belə, düz adam deyil? Yəqin siz istərdiniz mən
belə deyim: "İcazənizlə, xanım, sizin əriniz?" Mənim sözlərimdə başqa məna
axtarmaq lazım deyil. Mən heç kəsin ürəyinə dəymək istə-mirəm. Axı sizin "əriniz
çox ağırdır" deməkdə pis nə var? İndi ki, söhbət qanuni ərdən gedir, məncə, heç
bir pis şey yoxdur. Əks halda ağır yox, çox yüngül olardı. İnanmırsınız senyora
Beatriçedən soruşun. Odur, özü də gelir.
Beatriçe daxil olur,
Qero.
Sabahınız xeyir, əmiqızı.
Beatriçe. Sabahınız xeyir,
əziz Qero.
Qero. Sənə nə olub? Niyə belə
qüssəli tonda danışırsan?
Beatriçe. Görünür bütün başqa tonları itirdiyim
üçün
Marqarita. Elə isə "Məhəbbət işığı"*
mahnısının oxuyun. Nəqəratsız mahnıdır. Siz oxuyun, mən oynayım.
Beatriçe. Elədir, "Məhəbbət işığı" əsl
sənin havandır. Çətini odur ki, sənə bir ər tapılsın, doğub törəməyin qeydinə
özün qalarsan.
Marqarita. Siz nə dəhşətli şeylər danışırsınız! Əlacım ona
qalır ki, özümü vurum eşitməzliyə...
B e a t r i ç e. Əmiqızı, az qalır saat beş
olsun. Artıq sən hazır olmalısan. Özümü elə pis hiss edirəm ki, oh, oh, oh!
Marqarita. Bu oh, oh nə üçündür? Qartal,
şahin, ya ər istəyirsiniz?
Beatriçe.
Üçünü də birdən!
Marqarita. Siz haqdan uzaqlaşmamışsınızsa,
bundan sonra ulduzlara görə yol getmək olmaz **.
Beatriçe.
Deyin görüm, bu sarsaq nəyə işarə vurur?
Marqarita. Mən? Heç nəyə.
İlahi, sən özün hər kəsi istəyinə çatdır!
Qero. Bu əlcəkləri Qraf
göndərib. Bir görün nə yaxşı ətir iyi verir...
Beatriçe. Mənim burnum tutulub. Nəfəs ala
bilmirəm. Elə ağırlaşmışam ki!
Marqarita. Ağırlaşıb! Görünür, özünüzü bərk
soyuğa vermisiniz!
Beatriçe. İlahi, özün bizim dadımıza yet!
Nə vaxtdan sən belə söz güləşdirməyə başlamısan?
Marqarita. Siz yerə qoyandan məgər söz
güləşdirmək mənə heç yaraşmır?
Beatriçe. Nə qədər baxıram, səndə elə şey
görmürəm. Heç ol-masa yaxanasa yapışdır, gözə görünsün. Deyəsən mən doğrudan da
xəstəyəm.
Marqarita. Dəsmalı carduns Benediktus***
işarəsi ilə isladıb sinəm üstə qoy. Ürək bulanmasına ən yaxşı dərmandır.
Qero. Bu ki lap qanqal kimi
sancır.
Beatriçe.
Benediktus! Niyə Benedictus? Nəyə işarə edirsən?
Marqarita. İşarə edirəm? Heç də yox. Mən
qətiyyən o fikirdə olmamışam. Mən sadəcə olaraq müalicə qanqalmı nəzərdə
tutmuşam.
Marqarita. Nə üçün utanım?! Düz söz
danışıram, ona görə? Məgər nigah düz iş deyil, hətta dilənçi üçün də? Məgər
sizin ağanız, toy eləməmiş olsa belə, düz adam deyil? Yəqin siz istərdiniz mən
belə deyim: "İcazənizlə, xanım, sizin əriniz?" Mənim sözlərimdə başqa məna
axtarmaq lazım deyil. Mən heç kəsin ürəyinə dəymək istəmirəm. Axı sizin "əriniz
çox ağırdır" deməkdə pis nə var? İndi ki, söhbət qanuni ərdən gedir, məncə, heç
bir pis şey yoxdur. Əks halda ağır yox, çox yüngül olardı. İnanmırsınız senyora
Beatriçedən soruşun. Odur, özü də gəlir.
Beatriçe daxil olur,
Qero.
Sabahınız xeyir, əmiqızı.
Beatriçe. Sabahınız xeyir,
əziz Qero.
Qero. Sənə nə olub? Niyə belə
qüssəli tonda danışırsan?
Beatriçe. Görünür bütün başqa
tonları itirdiyim üçün.
* O zaman çox yayılmış mahnı
idi.
** Kişilərə
qarşı köhnə nifrətinizdən dönməmişsinizsə təbiətin açıq-aydın əlamətlərinə
inanmaq olmaz.
*** Müalicə qanqalı deməkdir.
Sizə isə elə gəldi ki, kimə isə vurulduğunuzu düşünürəm?
Yox, yox! Mən o qədər axmaq deyiləm ki, ağlıma gələni düşünəm və hər ağlıma
gələni düşünmək də istəmirəm. Ümumiyyətlə, mənim ağlıma da gəlmir ki, siz kimə
isə vurulmusunuz, yaxud vurula bilərsiniz və ya ola bilər ki, vurulasınız. Belə
şeylər barədə düşünsəm, heç bilmirəm ağlıma daha nələr gələ bilər. Onu da deyim
ki, Benedikt də əvvəllər siz xasiyyətdə idi. İndi isə deyişib əsl kişi olub. Bir
zaman and içmişdi ki, heç vaxt, heç şey onu evlənməyə məcbur edə bilməz. İndi
isə ürəyincə olmasa da, öz paymı yeyir və heç də üz-gözünü turşutmur. Siz də o
cür dəyişə bilərsinizmi? Deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, siz də adamlara
başqa qadınlar kimi baxmağa başlamısınız.
Beatriçe. Oho-oho! Sənin
dilin nə iti çapır!
Marqarita. İti çapır, ancaq
istədiyinin yanından ötüb keçmir.
Ursula gəlir.
U r s u 1 a. Senyora, hazır olun. Sizi
kilsəya yola salmaq üçün prins, qraf, senyor Benedikt, Don Xuan və şəhərin bütün
cavanları yığışıb bura gəlir.
Qero. Mənim əzizlərim, əmiqızı, Marqarita,
Ursula kömək eləyin geyinim...
Gedirlər.
BEŞİNCİ SƏHNƏ
Leonatonun evində başqa bir
otaq. Leonato, Kizil və Bulava gəlir.
Leonato. Əziz
qonşu, mənə nə sözünüz var?
Kizil. Bilirsinizmi, senyor, mən sizinlə kiçik bir
konfidensiya keçirməliyəm, yəni söhbət etməliyəm. Sizə aid iş barədə...
Leonato. Ancaq müxtəsər eləyin, xahiş
edirəm. İndi mənim üçün çox məşəqqətli zamandır.
Kizil. Lap düz deyirsiniz,
senyor, zaman elə zamandır, senyor.
Bulava. Tamamilə doğrudur.
Məşəqqətli zamandır!
L e o n a t o. Yaxşı,
dostlar, mənə nə sözünüz var?
Kizil. Senyor, kirvəmiz Bulava sizə bəzi şeylər danışacaq.
O, çoxdanın adamıdır, köhnədir. Allahın kəramətindən mən istəyən qədər iti ağlı
da yoxdur. Lakin sizə söz verirəm ki, o təpədən dırnağa kimi namuslu adamdır.
B u 1 a v a. Bəli, Allaha min şükür ki, mən
namuslu adamam. İstədiyiniz qocanı götürün - məndən namuslu ola bilməz.
K i z i 1. Əziz kirvəm Bulava, müqayisəyə ehtiyac yoxdur.
Özün de bir az, az danış.
Leonato. Ay
qardaş, siz nə yaman uzunçusunuz!
Kizil. Nə?! Üzükçü?! İndi ki, bizə üzgün
deməyi siz cənabları özünüzə rəva bilirsiniz, - deyin, baxmayaraq ki, biz
vur-tut prinsin müti qulluqçularıyıq. Amma lap ürəkdən deyim ki, o üzük deyirsən
ha, kralda olan qədər məndə olsa, hamısını siz cənablarına bağışlaram...
Leonato. Üzüklərin hamısını
mənə, oho!
B u 1 a v a. Mən də verərdim.
Leonato. İndi deyin görüm,
mənə nə sözünüz var?
Bulava. Deyim də, hörmətli cənab. Bizim
keşikçilər bu gecə, sizdən iraq, iki nəfər elə dələduzu yaxalamışlar ki,
elələrini hələ bu vaxta qədər Mesinada görən olmayıb.
Kizil. Bizim Bulava yaxşı adamdır, hörmətli
qonşu. Özü də çox danışmağı sevir. Nahaq deməyiblər ki, qocalıq girdi qapından -
ağıl çıxdı çölə. Allah bu kişinin günahlarından keçsin, ömründə nələr görməyib!
Doğru deyirlər, kirvə Bulava, lap doğru deyirlər. - Sən ilahi məxluqsan, əməli
saleh adamsan! Amma nə edəsən, dünyanın işi belədir. İki adam bir ata minəndə
gərək biri dalda otursun. Çox namuslu adamdır bizim bu Bulava, hörmətli cənab,
namusum haqqı namuslu adamdır. Bu dünyada çörək yeyənlərin arasında beləsi az-az
tapılar. Allaha şükür ki, elədir, adamlar hamısı bir cür deyil! Belə-belə işlər,
qonşucuğum.
Leonato. Qardaş, mən görürəm ki, doğrudan
da, o sənə çata bilməz.
Kizi 1. Bu məndə Allah
vergisidir.
Leonato. Mən sizi qoyub
getməyə məcburam.
Kizi 1. Bircə kəlmə, möhtərəm cənab. Bizim
gözətçilər doğrudan da iki şübhəli şəxsiyyət tutub. Biz istəyirik ki, sabah
səhər siz alicənabın hüzurunuzda onları dindirək.
Leonato. Özünüz dindirib, protokolu mənə
gətirərsiniz. Görürsünüz ki, indi mənim başım çox qarışıqdır.
K i z i 1. Biz hər şeyi necə
lazımdır yerinə yetirərik.
Leonato. Getməmiş hərəniz bir stəkan şərab
için. Xoş gəldiniz.
Qulluqçu. Möhtərəm ağa, sizi gözləyirlər.
Qızınıza xeyir-dua verib, adaxlısı ilə yola salmalısınız.
Leonato. Gəldim, gəldim...
(Leonato və qulluqçu gəlir).
Kizil. Kirvə, sən Fransis Uqolekin dalınca
get. De ki, zindana qələm və mürəkkəb gətirsin. O qoçaqları oradaca dindirərik.
Bulava. Bu iş elə işdir ki,
adamdan ağıl istəyir.
K i z i 1. Ağıl barədə arxayın ol, biz
ondan korluq çəkməmişik (Başını göstərir). Bura doludur, onların nitqini
qurutmağa çatar. Ancaq sən yaxşı oxumuş alim bir katib tap gətir ki, bütün bu
eksiommunikasiyanı kağıza köçürtsün. Di get, həbsxanada görüşərik.
Gedirlər.
DÖRDÜNCÜ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Kəlisanın içi.
Don Pedro, Don Xuan, Leonato, rahib, Klavdio. Benedikt, Qero,
Beatriçe və başqaları gəlir.
Leonato. Müxtəsər eləyin, müqəddəs ata,
ancaq kəbinlərini kəsin, ər-arvadın vəzifəsi barədə nəsihətləri sonra
oxuyarsınız.
Rahib. Senyor, siz bu qızla evlənirsiniz və
kəbin kəsdirmək üçün bura gəlmisiniz, eləmi?
Klavdio. Xeyr!
Leonato. O evlənir, kəbini
isə siz kəsin, Fransisk ata.
Rahib. Senyora, siz qrafa ərə gedirsiniz və
bura kəbin kəsdirməyə gəlmisiniz, eləmi?
Qero. Bəli.
Rahib. Müqəddəs nigahın bağlanmasına mane olan gizli bir
səbəb sizə məlumdursa deyin. Ruhunuzu əzablardan qurtarmaq üçün mən gizli
sirləri açmağa icazə verirəm.
Klavdio. Qero, nigahınıza mane olan bir
səbəb sizə məlumdurmu?
Qero. Mənim möhtərəm ərim,
mənə elə bir səbəb məlum deyil.
Rahib. Bəs sizə, qraf?
Leonato. Onun əvəzinə mən
cavab verirəm: Yox!
Klavdio. Ah, insanlar, insanlar! Siz nələr
etmirsiniz! Bilmədən, heç şeydən xəbəriniz olmadan necə cəsarətlə təsdiq və ya
inkar edirsiniz! Özünüz də nə etdiyinizi bilmədən hər gün, hər saat nələr
törətmirsiniz!
Benedikt. Bu
nə çılğınlıqdır?! Bu nə yersiz nidalardır?! Məncə, xoş səslər çıxarmaq olardı.
Mesələn: ha-ha-ha! Klavdio.
Dayan, rahib!
Atacan, xahiş edirəm deyin,
Qızınızı mənə siz ürəkdən verirsiniz? Leonato. Əlbəttə, lap
ürəkdən, Allah mənə verən tək!.. Klavdio.
Səxavətli, qiymətli
hədiyyədir! Lakin mən
Onun əvəzində bəs sizə nə verəcəyəm? Don Pedro.
Əvəzi yoxdur onun! Əvəz
vermək istəsən
Gərək ancaq özünü sən geri qaytarasan... Klavdio.
Prins,
minnətdarlığı sizdən öyrənəcəyəm:
Qızınızı siz geri alın,
möhtərəm ata!
Dostu çürük meyvəyə qonaq
etməyin əsla!
Bu qızda ismət, həya bir
pərdədir, yalandır.
Görün necə qızardı! O, adam
aldadandır!
Ah, günah! Sen neçə də
zirəksən, hiyləgərsən,
Namus, vicdan dalında
gizlənirsən hər zaman!
Bir gözəlin üzünü örtən
qızartıları
Əfsus, ismət nişanı sanmışıq
biz binadan!
Bu qızın zahirinə baxan
sizlərdən hər kəs
And içməzmi müqəddəs
məxluqdur o? Çox əbəs
Şübhə olunur ona, lakin
heyhat, o çoxdan
Təmizliyi yandırmış xəlvəti
bir otaqda,
Ehtirasın alovu şölələnən yataqda! Leonato. Nə sözlər eşidirəm?!
Qraf, bu nə deməkdir? Klavdio.
O deməkdir ki, sizin qızınızı
almıram!
Bağlamıram ömrümü abırsız bir
varlığa!
Leonato.
Mənim əziz qrafım, yəqin ki siz özünüz
Təcrübəsiz, gənc qıza qalib gələrək haman
Pozmusuz bəkarətin... Klavdio.
Bilirəm siz demək istəyirsiniz
Guya o ər sayıb inanmış mənə,
Heç bir istəyimə qarşı
durmamış,
Bu da günahını azaldır onun...
Xeyr, Leonato, səhv
edirsiniz,
Mən onu bir sözlə, bir
kəlməylə də
Yoldan eləməyə çalışmamışam...
Günahsız, ləkəsiz bir
məhəbbətlə,
Qardaş öz bacısını oxşayan
kimi,
Təmiz duyğularla əzizləmişəm.
`
Q e r o. Olubmu başqa cür görünəm sizə? Klavdio.
"Görünəm?" Utanın! Mən deyərəm ki,
Görkəmdə ilahi Dianasan
sən,
Təmizsən açmamış qızıl qönçədən!
Lakin ehtirasda Veneradan
da,
Heyvani şəhvətdən qızıb quduran
Tox bir vəhşidən də yamansan, yaman!
Qero.
Ağlı başındamı? Xəstəmi qraf?
Əcaib danışır, anlamıram mən? K 1 a v d i o. Niyə susursunuz,
prins? Don Pedro.
Nə deyim?
Dostumu pozğun bir küçə qızıyla
Ailə qurmağa yönəltməklə mən
Şərəfli adımı ləkələmişəm. Leonato. Nələr eşidirəm? Yuxudayammı?
D o n X u a n. Xeyr, ayıqsız. Bunlar da düzdür! Benedikt {kənara).
Burdan heç toy iyi gəlmir deyəsən.
Qero. Düzdür? Aman Allah!
Klavdio.
Çaşmışam
büsbütün, tanımıram mən Nə onu, nə bunu, nə də özümü... Bu qız Qerodurmu? Ya pis
görürəm? Bəlkə də, gözlərim aldadır məni?
Leonato. Hamısı elədir, indi
nə etmək?
Klavdio.
Qeroya bir sual verəcəyəm
mən. Sizsə o müqəddəs ata hökmüylə Əmr edin düz cavab versin o bizə...
Leonato.
Qızım, əziz balam, cavab ver
ona, Bütün həqiqəti bilməliyik biz...
Qero.
İlahi, rəhm
elə! Bu nə əzabdır! Bu nə sorğu-sual, bu nə cavabdır - Məndən istəyirlər?!
Klavdio.
İstəyim budur ki, doğru deyəsən, İndi sən özünə nə ad verirsən?
Qero.
Qero
deyiləmmi? Bu adı kim, kim Ləkələyə bilər deyin dünyada?
Klavdio.
Qero namusuna
inanın ancaq Ləkə vura bilər Qeronun özü! Təmiz qızsınızsa söyləyin görək Gecə
yarısında pəncərədən siz Dünən kimin ilə danışırdınız:
Qero. Heç kimlə o zaman
danışmamışam.
Don Pedro.
Bəs belə qızsınız?! Ah,
Leonato, Sizə yanıram mən! Namusum haqqı, Mən özüm, qardaşım, bir də bu qraf
Eşidib görmüşük öz gözümüzlə Gecə yarısında sizin bu qızın Yaramaz birilə söhbət
etdiyin.
O qəddar
binamus, o pozğun, alçaq Rüsvayçı sözlərlə yada salırdı Gizli görüşləri,
əyləncələri...
Don Xuan.
Adam həya edir, utanır,
ölür...
Onun sözlərini
xatırlayanda.,.
Bu gecə
gördüyüm mənzərəni mən
Qulağı, vicdanı təhqir
etmədən
Təsvir eləməyə
bir söz tapmıram...
Heyf, səthi bu qədər
pozğunsan, ay qız!..
Klavdio.
Ah, Qero! Neçə də yaxşı
olardı Bu gözəl üzünün yarısı qədər Ürəyin və ruhun gözəl olaydı!.. Əlvida,
yanaraq deyirəm, inan, Hamıdan gözəlsən - hamıdan çirkin! Günahkar məsumluq,
məsum günahsan! Riya görmək üçün hər gözəllikdə, Heç vaxt uymamaq üçün cazibəsinə, Bir də örtəcəyəm sənin
ucundan Məhəbbət qapısı - gözlərimi mən Qara şübhələrin pərdəsiylə, bil!
Leonato. Ah!
Özümü
öldürmək, qurtarmaq üçün Tapılarmı mənə bir qılınc verən?
Qero huşunu itirir.
B e a t r i ç
e. Əmiqızı, bu nədir? Nə oldu sənə? Don Xuan.
Gedək! Gör necə də getdi
özündən
Üstü açılan tək pis
işlərinin.
Don Pedro, Don
Xuan ve Klavdio gedir. Benedikt. Bir deyin nə oldu?
Beatriçe.
Ah, aman, öldü o!
Ah, aman! Əmican! Ah, aman,
kömək!
Ah, Qero! - Əmican! -
Benedikt! - Ata!
Leonato.
Ey fələk!
Əlini salma yanına! Bu rüsvayçılığın üstünü ancaq Örtmək üçün ən yaxşı pərdə
ölümdür!
Beatriçe. Qero! Ah, Qero!
Rahib. Xanım, sakit olun!
L e o n a t o. Nədir? Ayıldı?
R a h i b. Niyə ayılmasın?
Leonato.
Hələ
soruşursan? Bütün canlılar "Rüsvayçılıq!" deyib qışqırır ona! Saralan, qızaran
yanaqları da Günahkar olduğun göstərir onun. Heç gözün açmayıb baxmayaydı kaş
Dünya işığına bir də! Diridir?! Bilsəydim yenə sən yaşayacaqsan, Bu rüsvayçılığa
ruhun dözəcək, Özüm öz elimlə boğardım səni! "Heyif, bircə qızım vardır!"
deyərək Hələ təəssüf də edirdim bir vaxt! Təbii qüvvənin xəsisliyinə Deyinib
dururdum heyhat hər saat! Bilmirdim bircə sən çoxdan da çoxsan! Gözəl görünürdün
gözümə nədən? Niyə küçələrə atılıb qalan Bir körpə götürüb saxlamadım mən?
Bədnamlıq eləmiş olsaydı o qız Deyərdim: "Bu günah məndən deyildir, Naməlum
qanın qıcqırmasıdır!" Amma sən - mənimsən, sevgim, istəyim, Sönməz ixtiyarım,
can-ciyərimsən. Mənimsən, - o qədər mənimsən ki, sən Duymadan, bilmədən öz
varlığımı Sənin varlığında əritmişəm mən. Heyhat! Çamurluğa atdın özünü, Elə bulanmısan çirkablara ki,
Çürüyən bədəni saxlamaq üçün Sahilsiz dəryanın suları belə Yuyub təmizləmə bir
az da barı Bu acı duzları, bu çirkabları!..
Benedikt.
Əziz Leonato, xahiş edirəm,
Bir az sakit olun. Mən özüm elə Çaşıb qalmışam ki, bir söz tapmıram.
Beatriçe.
Nəyə istəsəniz
and içirəm ki, Bacımı böhtana salıblar...
Benedikt.
Deyin
Gecə bir otaqda yatmışdınız
siz?
Beatriçe.
Xeyr, bu gecə
yox. Lakin tam bir il Bir yerdə yatmışıq bütün gecəni.
Leonato.
Belə de! Belə de! Təsdiq
olundu Dəmirdən də möhkəm həqiqət özü! Yalan danışarmı prins? Ya qraf? Qızı
hərarətlə sevən, ağlayan Acı göz yaşıyla qara çirkabı Yumağa çalışan o nəcib
insan? Yox! Artıq çəkilin! Qoy ölüb getsin!
Rahib.
İndi qulaq asın bir az da
mənə. Mən qəsdən susurdum - səbir etsən əgər Hər şeyin məqamı, öz vaxtı gələr...
Mən daim diqqətlə qıza baxırdım: Tez-tez qızarırdı mələk siması... Tez-tez de
bəmbəyaz ilahi rənglər, Günahsız xəcalət örtürdü onu... Gözündə yanırdı qəzəb
alovu Məsum qız admı çirkaba atan Həyasız böhtanı yandırmaq üçün... Amansız bir
səhvin qurbanıdır o! Əgər duz çıxmasa bu söz, bu inam Mənə axmaq deyin,
inanmayın siz Nə mənim yaşıma, nə vəzifəmə, Nə də qalın-qalın kitablar üstdə
Saç-saqqal ağardıb əldə etdiyim Həyatın özünün möhür basdığı Elmimə, biliyimə
inanmayın siz!..
Leonato.
Ola bilməz! Görürsən o rəng
verib Rəng alaraq yüngüllədir günahın, And içməyir... qorxur yalançı andla
Ağırlaşsın bir az, da bu günahı... Demək danmır taqsırını, bəs nədən Hamı üçün
aydın olan bir şeyi Gizlətməyə sən belə səy edirsən?
Rahib.
Axı bir de
görək kimi deyirlər Səninlə yaşamış guya gizlicə?
Qero.
Kim deyir o bilər. Mən ki
bilmirəm, İsmətli, həyalı qız şərəfinin Qadağan etdiyi bir adamla mən Yaxın
olmuşamsa lənətə gəlim! Allah da keçməsin qoy günahımdan! Evdən qov, atacan,
məni, söy məni, Cəzalar əlində öldür, döy məni Pəncərəm önündə o məşum gecə Bir
kəslə gizlicə görüşdüyümə Kiçik bir sübut da tapılsa əgər...
Rahib. Aldanmış deyəsən
prinslər yaman...
Benedikt.
Onlardan ikisi şərəfli insan.
Əgər aldatmışsa bir kəs onları, O da iş-peşəsi alçaqlıq olan Yəqin o hiyləgər
şeytandır ancaq...
Leonato.
Bilmirəm, onların sözündə
əgər Zərrəcə həqiqət varsa mən qızı Öldürərəm, inanın! Yox, böhtan olsa Dərsini
verərəm həyasızların! İllər dondurmayıb hələ qanımı, Qocalıq ağlımı aparmayıbdır. Taleyim sərvət
də veribdir mənə, Pis gündə dostlar da üz döndərməyib... Sınaq saatında bilsin
düşmənlər Kömək də tapılar, şüur da bizdə. Onlara həddini göstərmək üçün Dostlar
arxa durar, varımız da var.
Rahib.
Dayanın. Sizə
bir məsləhət verim: Prinslər Qeronu ölmüş bildilər. Bir müddət gizlədin hamıdan
qızı, Söz yayın dünyadan köçdü əbədi. Matəm ayinini gözləyib tamam, Köhnə
ata-baba sərdabənizdə Yaxşı başdaşı da qaldırın ona, Dəfn mərasimi düzəldib
əvvəl.
Leonato. Axı nə üçündür bütün
bu şeylər?
Rahib.
Çünki öldüyünü gördükdə qızın
Böhtan söyləyənlər peşman olacaq. Elə bu özü də yaxşıdır. Fəqət Təkcə bunun üçün
plan çəkmirəm. Məqsədim böyükdür: bildikdə ki, o Ağır ittihama dözməyib ölmüş
Hamı ağlayacaq, yanacaq ona, Hətta təmizliyə çıxaracaqlar... Dalı belə olub,
belə olacaq. Əlimizdə olan şeyin qədrini bilmirik, itən tək minir qiymətə. Əvvəl
gözümüzə heç görünməyən Yaxşı keyfiyyətlər tapırıq onda.
Bu cür
düşünəcək qraf da, inan, Rəhimsiz sözüylə adaxlısını Öldürmüş olduğun biləndə
mütləq. Xəyalında onun canlanacaqdır Əvvəlki müqəddəs, məsum məhəbbət!
Gözlərində qızın mehribanlığı, Oynaq təbiəti, hüsn-camalı Diri olduğu vaxt
göründüyündən Daha gur işıqla parlayacaqdır. Əgər doğrudan da sevmişsə onu
Qovrulub yanacaq, ağlayacaqdır. Günahkar bilsə də qızı, ürəkdə Təəssüf edəcək
qəddarcasına Ona ittihamlar verdiyinə də. Gəlin belə edək... sözlərim haqdır, Bu
işin axırı mən deyəndən də Uğurdu, işıqlı, xoş olacaqdır. Əkər olmasa da, ölüm xəbəri İnanın
ki, tamam boğub yatırar Qero haqqındakı şayiələri... Lap pis ayaqdasa o kömək
edər Namusu ləkəli qızınızı siz Gözlərdən, zəhərli, acı dillərdən Uzaq monastrda
gizlədəsiniz...
Benedikt.
Rahibin sözünə
siz Leonato
Mütləq əməl edin. And içirəm
mən
Bu işdə sizinlə bir olacağam.
Bu andı, ilqarı sındıra
bilməz
Sizə məlum olan o adamlarla
Mənim çox səmimi köhnə
dostluğum...
Leonato.
Kədər
dünyasında boğuluram mən Hazıram yapışam saman çöpündən...
Rahib.
Şadam ki, siz buna razı
oldunuz. Başlayaq, hər dərdin öz dermanı var.
(Qeroya)
Öl ki yaşayasan! Bəlkə də,
toyun
Təxirə salınıb. Səbir et,
möhkəm ol!
Benedikt və Beatriçedən başqa hamı gedir.
Benedikt.
Senyora
Beatriçe, bütün bu söhbət Zamanı siz ağlayırdınız?
Beatriçe. Ağlayırdım və hələ
çox ağlayacağam!
B e n e d i k t. Mən bunu
arzu etməzdim.
Beatriçe. Arzu etməyə ehtiyac da yoxdur.
Mən onsuz da ağlayıram.
B e n e d i k
t. Mən inanıram ki, gözəl əminiz qızına böhtan atıblar...
Beatriçe. Onun günahkar olmadığını sübut
edən adama mən nələr verməzdim!
B e n e d i k
t. Sizə belə dost xidməti göstərmək üçün bir üsul varmı?
B e a t r i ç e. Üsul var,
lakin dost yoxdur.
B en e d i k t. Kişi bacaran
işdirmi?
Beatriçe. Bəli, kişi işidir,
ancaq sizin işiniz deyil.
Benedikt. Mən sizi dünyada hər şeydən çox
sevirəm. Qəribə deyilmi?
B e a t r i ç e. Varlığından xəbərim
olmayan bir şey kimi qəribədir. Eynilə mən de deyə bilərəm ki, sizi dünyada hər
şeydən çox sevirəm. Lakin siz mənə inanmayın, baxmayaraq ki, yalan demirəm. Mən
nə bir şeyi təsdiq, nə də inkar edirəm. Men əmiqızımın halına yanıram.
Benedikt. Beatriçe, qılıncıma
and içirəm ki, sen məni sevirsən!
Beatriçe. Qılıncınıza and
içməkdənsə onu udsanız yaxşıdır.
B e n e d i k t. Yenə və yenə qılıncıma and
içirəm ki, sən məni sevirsən. Kim cəsarət edib sizi sevmədiyimi desə, onu məcbur
edərəm qılıncımı udsun.
Beatriçe.
Qorxuram bu sözləri udmalı olasınız!
Benedikt. Heç vaxt elə şey ola bilməz! And
içirəm ki, mən səni sevirəm!
Beatriçe. Mən
isə Allaha yalvarıram, məni bağışlasın!
Benedikt. Hansı günaha görə,
gözəl Beatriçe?
Beatriçe. Siz lap vaxtında mənim sözümü
kəsdiniz: istəyirdim deyəm sizi sevirəm.
Benedikt.
Deyin, deyin, o sözü ürəkdən deyin.
Beatriçe. Ürəyimi bütünlüklə sizə vermişəm. Hətta and içmək
üçün də mənə bir şey qalmayıb.
B e n e d i k t. Əmr et sənin
üçün bir şey eləyim.
Beatriçe. Klavdionu öldürün!
Benedikt. Dünyada elə şey ola
bilməz!
Beatriçe. Sözümü yerə salmaqla siz məni
öldürürsünüz. Əlvida!..
Benedikt. Dayanın, gözəl
Beatriçe...
Beatriçe. Mən getmişəm, baxmayaraq ki,
burdayam. Siz məni bir tikə də sevmirsiniz. Rica edirəm, buraxın məni!
Benedikt.
Beatriçe!
Beatriçe. Yox, yox. Mən
gedirəm.
Benedikt. Gəlin, dost olaq.
Beatriçe. Əlbəttə, mənimlə dost olmaq
düşmənlərimlə vuruş-maqdan qorxusuzdur.
B e n e d i k t. Məgər
Klavdio sənin düşmənindir?
Beatriçe. Mənim qohumuma böhtan atıb,
biabır və rüsvay etməklə o ən alçaq adam olduğunu göstərdi. Kaş mən kişi
olaydım! Görərdin neyləyərəm! Əvvəlcə qızın başına dolanmaq, şirin dil töküb
ürəyini ələ almaq, sonra da hamının gözü qabağında ittiham etmək, hədsiz
nifrətlə böhtan atmaq! İlahi, gərək mən kişi doğulaydım! Mən lap bazar
meydanının ortasında onun ürəyini sinəsindən çıxarıb yeyərdim!
Benedikt. Mənə qulaq asın,
Beatriçe.
Beatriçe. Pəncərədən kişi ilə
danışıb! Əcəb uydurmadır!
Benedikt.
Lakin, Beatriçe...
Beatriçe. Ah, əziz, mehriban Qero! Sənə
böhtan dedilər, səni alçaltdılar, məhv etdilər səni!
Benedikt. Beat...
Beatriçe. Prinslər və qraflar!.. Bu da
sizin kişiliyiniz, rəşadətiniz! Əsl qraf! Şəkərdən qayrılmış qraf, səndən ancaq
qənd kimi şirin aşna çıxar! Vəssalam! Ah, kaş mən kişi olaydım - necə onun
dərsini verərdim! Heç olmasa mənim əvəzimə kişilik etməyi bacaran bir dostum
olaydı! heyhat, bizim zəmanədə kişilik yapma nəzakətlər içində, rəşadət isə şit
komplimentlərdə əriyib getməlidir. Kişilər boş-boş nitqlər deyən ağzı göyçək
naqqallara çevrilmişdir. İndiki zəmanədə
Herkules hamıdan yaxşı yalan
danışmağı və yalandan and içməyi bacarandır. Madam ki, kişi olmaq mənim
istəyimlə başa gələn şey deyil, əlaçım ona qalır ki, qadın kimi ölüb gedim!
Benedikt. Dayan, əziz Beatriçe. Bu əlimə
and içirəm ki, səni sevirəm.
B e a t r i ç e. Məni sevirsənsə, o əlinə
and içməkdən daha yaxşı bir məşğələ tap.
Benedikt. Siz
inanırsınız ki, qraf Klavdio Qeroya böhtan atıb?
Beatriçe. İnanıram – sinəmdə ürəyim və
inamım olduğuna inandığım kimi!
B e n e d i k t. Artıq bəsdir, sizə söz
verirəm ki, onu duelə çağıracağam. Əlinizi öpüb gedirəm. Əlimə and içirəm ki,
bütün bunlar Klavdioya baha başa gələcək. Mənim barəmdə nə eşitmiş olsanız, o
cür düşünün. Gedin, əmiqızınıza təsəlli verin. Kimə rast gəlsəm, deyəcəyəm ki,
Qero ölüb. Hələlik, salamat qalın...
Gedirlər.
İKİNCİ SƏHNƏ
Məhbəsdə.
Kizil, Bulava və hakim mantiyası geymiş protokolçu gəlir.
Keşikçi Konradı və Boraçionu göstərir.
K i z i 1.
Bütün dissambleya hazırdır?
Bulava. Ey, katib üçün
taburet və mütəkkə gətirin.
Protokolçu. Burada bədəfkar
kimdir?
K i z i 1. Bədəfkar? Hə...
Bədəfkar mənəm və mənim bu dostumdur.
Bulava. Bəli, doğrudur. Biz
eqzamanasiya aparmalıyıq.
Protokolçu. Yox, yox. Mən soruşuram ki,
günahkarlar hanı, kimlərdən ifadə alacaqsınız?
Kizil. Aydındır, başa düşdüm. Qoy onlar
yaxına gəlsinlər. Əzizim, sənin adın nədir?
Konrad. Mən
dvoryanam, cənab, adım da Konraddır.
K i z i 1. Yazın: dvoryan
Konrad. Siz Allaha inanırsınızmı?
Konrad və Boraçio. Bəli,
cənab. Ümid edirik ki, inanırıq.
K i z i 1. Yazın: ümid edirlər ki, inanırlar Allaha. Hə
Allahı keçir qabağa. Allah eləməsin, Allahı qoyasan qala belə alçaqların
dalında. Hə, mənim əzizlərim, artıq sübut olunmuşdur ki, siz dələduz adamlar dan
o qədər də yaxşı deyilsiniz. Tezliklə hamı görəcək və inanacaq ki, belədir.
Özünüz barədə nə deyə bilərsiniz?
Konrad. Onu deyə bilərik ki,
biz heç də dələduz deyilik, cənab.
Kizil. Allaha and olsun ki, yaman bicin
biridir! Arxayın olun. Mən onun öhdəsindən gələrəm. Əzizim, bir az da qabağa,
bura zəhmət çəkin. Qulağınızı mənə tərəf uzadın, söz deyəcəyəm, - axı bizə xəbər
veriblər ki, siz dələduzsunuz?
Boraçio. Mən isə xəbər
verirəm ki, biz dələ duz deyilik.
Kizil. Yaxşı, onda kənara çəkilin. Allaha
and olsun ki, bunlar sözü bir yerə qoyublar, yazdınızmı onlar dələduz deyillər?
Protokolçu. Cənab pristav, siz düz ifadə
almırsınız: Siz onları ittiham edən gözətçiləri bura çağırmalısınız.
Kizil. Əlbəttə, elədir ki, var. O, ən yaxşı
üsuldur. Qoyun gözətçilər gəlsin. Uşaqlar, prinsin adından sizə əmr edirəm: Bu
adamları ittiham edin!
Birinci gözətçi. Bu adam deyirdi ki, Don
Xuan, yəni prinsin qardaşı alçaq adamdır.
Kizil. Yazın: prins Don Xuan alçaq adamdır.
Vay-vay, bu oldu andı pozmaq. Prinsin qardaşına alçaq demək cinayətdir!
Boraçio. Cənab pristav...
Kizil. Əzizim, mərhəmət edib, danışma, sus.
Doğrusu, sənin sir-sifətin heç mənim xoşuma gəlmir.
Protokolçu. O daha nə
deyirdi?
İkinci gözətçi. Deyirdi ki, senyora Qeronu
yalandan günahlandırmaq üçün Don Xuandan min dükat qoparıb. Bu ki, lap
soyğunçudur. Ağlagəlməz soyğunçuluq.
Bulava. Günorta ibadətinə and
içirəm ki, doğrudur!
Protokolçu. Daha nə deyirdi?
Birinci gözətçi. Bir də onu deyirdi ki, qraf Klavdio onun
sözünə inanaraq Qeronu camaatın gözü qabağında rüsvay etməyi, onunla evlənməməyi
qərara alıb.
Kizil. Ay alçaq! Belə şeyin üstündə səni əbədi rahatlığa
təhkim edəcəklər.
Protokolçu. Daha nə deyirdi?
İkinci keşikçi. Daha heç nə.
Protokolçu. Bütün bunlar kifayətdən də kifayətdir və o yan-bu yan
eləməklə, qardaşlar, siz yaxanızı qurtara bilməyəcəksiniz. Heç şey sizə kömək
edə bilməz. Bu gün səhər Don Xuan qoyub qaçıb. Dediyiniz kimi Qero
taqsırlandırılaraq rədd olunduğundan əzablara dözməyib qəflətən ölmüşdür. Cənab
pristav, əmr edin bu qoçaqların əl-ayağını bağlayıb Leonatonun yanına
gətirsinlər. Mən qabaqca gedib ifadənin protokolu ilə onu tanış edərəm
(Gedir).
Kizil. Arxayın olun, biz
bunların öhdəsindən gələrik.
Bulava. Əl-qollarını
bağlayın!
Konrad. Çəkil, axmaq!
Kizil. Aman yarəb! Protokolçu hanı? Gəlsin
yazsın. Prinsin qulluqçusuna "axmaq" demək! Bağlayın bunların əl - ayağını! Vay
sənin, zavallı dələduz!
Konrad. Rədd
ol burdan, eşşək! Eşşəyin biri eşşək!
Kizil. Bıyy, bunun sözünə bax! Mənim
rütbəmə də mərhəmət eləmir! Mənim yaşıma da mərhəmət eləmir! Bircə protokolçu
burada olaydı, yazaydı ki, - mən eşşəyəm! Sən yaramazsan, baxmayaraq ki, hörmətə
layiqsən. Dayan bir, sənə şahidlər də tapılar. Mən səninçün axmaq deyiləm, bir
az yuxarı qalx, prinsin qulluqçusuyam. Bir az da yuxarı qalx - ailə başçısıyam,
bir az da yuxarı qalx. Bütün Messinada heç kimdən əskik adam deyiləm. Qanunları
da çox gözəl bilirəm. Bax belə! Kifayət qədər pulum da var. Bax belə!
Defektlərim də istədiyin qədərdir. Bax belə! İki də mundirim var, bütün işlərim
də qaydasındadır. Bax belə! Aparın onu! Heyf, heyf, protokolçu burda olmadı ki,
yazsın: mən eşşəyəm!..
Gedirlər.
BEŞİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Leonatonun evinin qabağı. Leonato və
Antonio gəlir.
Antonio.
Qardaş, bu
yolla sen öz həyatını
Fənaya
verərsən! Ağla sığarmı
Dərdi bu qədər
də ürəyə salmaq,
Özünü məhv
etmək?
Leonato.
Xahiş edirəm,
Sən mənə nəsihət vermə, çünki o Süzgəcdə su kimi durmur qulaqda. Əl
çək məsləhətdən! Mənə o adam Təsəlli versin ki mənim dərddədir! Qızını mənim tək
sevən bir ata Göstər ki, onun da səadətini
Bu cür sinəsində boğublar, görək
O mənə təsəlli verərmi? Əsla!
Bizim dərdimizi yan-yana qoy sən, Onlarda təfavüt tapmasan əkər,
Görsən ki, onun da müsibətləri Bütün boyaları, ahənglərilə
Eynidir mən çəkən müsibətlərin, Lakin o boğaraq ağır kədəri
Qımışıb saqqala sığal da verir. "Rədd olsun qəm-qüssə!" deyib,
məzəli Sözlərlə yamayır sinəsini o, Kefcil adamlarla içir kədəri...
Əkər sən eləsin tapsan, bil ki, mən, Ondan öyrənərəm dərdə
dözməyi... Lakin elə adam yoxdur dünyada!.. Deyirdin nə olduğunu bilməyən kəslər
Hamıya asanca məsləhət verər! Özgənin dərdinə dərman yazanlar,
Dəlilik azarı tapmış şüura
İpək sapla rahat yamaq vuranlar, Ürək ağrısını quru sözlərlə
Sağaltmaq istəyən qafil insanlar
Elə ki özləri düşdülər dərdə Qəlblərində hər şey dönər kədərə...
Əzəldən belədir: bədbəxt olana Deyərlər: səbr elə, dözümlü ol sən... Heyhat! Bu
dünyada bir yaranmışın Gücü, iradəsi, qüvvəsi çatmır
Dərdə düşdüyü vaxt öz üzərində
Sınasın
verdiyi nəsihətləri...
Sən at
məsləhəti! Ağrıyan ürək
Quru, boş
sözlərlə rahat olmayır, Qışqırır dünəndən nalə çəkərək!
Antonio.
Kişinin
uşaqdan fərqi bəs nədir?
Leonato.
Sus, xahiş
edirəm! Mən - ətəm, canam. Elə bir filosof yoxdur dünyada
Ki, şad
qarşılasın diş ağrısını,
Sözdə
əzablara, ağrıya, dərdə
Nifrət
yağdırsa da allahlar kimi!..
Antonio.
Onda mən
deyirəm: heç olmasa sən Bütün ağırlığı alma çiyninə,
Cinayət edən
də qoy əzab çəksin!
Leonato.
Bax burda
haqlısan! Ürəyim deyir: Qero günahsızdır, bunu mən özüm Qrafa, prinsə - əziz
qızımı
Rüsvay
edənlərə - bildirəm gərək!
Antonio. Odur,
tələsirlər onlar buraya...
Don Pedro və Klavdio gəlir.
Don Pedro. Gün
aydın...
Klavdio. Gün
aydın, cənablar, sizə.
Leonato. Bir
ayaq saxlayın...
Don Pedro.
Yox, tələsirik...
Leonato.
Tələsir
prinslər?.. Xeyir ola yenə?
Uğurlar...
gediniz... nə vecinizə!..
Don Pedro.
Dava axtarana oxşayır qoca...
Antonio.
Davanın bir
xeyri olsaydı, ona
Burda
ikimizdən birinin haman
Meyiti qalardı...
Klavdio.
Nədir? Nə
olub?
Kim təhqir
eləyib deyin qocanı?
Leonato.
Hələ soruşur
da? Yalançı, alçaq!
Sən təhqir
etmisən məni, sən ancaq! Qılınca əl atmaq nahaqdır!
Bizi Qorxuda
bilməzsən!
Klavdio.
Qurusun o əl
Ki yaşlı
qocanın üstünə qalxar!
Bilmədən
qılınca uzandı əlim.
Leonato.
Sus, ələ
salmağa məni qoymaram!
Mən nə
ağılsızam, nə də gopçuyam, Qocalıq hörmətin qalxan edərək Yalandan döşümə döyüb
demirəm:
"Hanı
cavanlığım... heyif, qocaldım..." Eşit sözlərimi: təhqir etmisən
Məni və
qızımı! Elə təhqir ki,
Məcburam
unudub şan-şöhrətimi, Yaşımı, rütbəmi, ağ saçlarımı
Səni çağırıram
bu gün duelə!
Öldürdün
qızımı qara böhtanla,
Qəlbinə
zəhərli ox batırdın sən!
İndi o əbədi
yuxuya dalmış,
Bədnamlıq heç
zaman məskən salmamış Böyük əcdadımın sərdabəsində...
Xar etdin onu
sən alçaq yalanla...
Klavdio. Necə!
Mən?!
Leonato. Bəli,
sən!
Sən öldürdün
onu!
Don Pedro. Düz
deyil, qoca!
Leonato.
Onun indi,
bax,
Mən düz
olduğunu sübut edərəm: Qorxmuram mən bunun cavanlığından, Qolunun gücündən,
cəsarətindən,
Qılınc
döyüşündə məharətindən!..
Klavdio.
Mən isə
vuruşmaram sizinlə heç vaxt!
Leonato.
Yaxanı qurtara
bilməzsən alçaq!
Qızımın qatili
sənsən! Məni sən
Dueldə
öldürsən, bil ki, bir uşaq
Əsil bir kişini öldürdü nahaq...
Antonio.
Yox, iki
kişinin tökülsün qanı!
Ancaq mən
birinci vuruşacağam.
Mənə də qələbə
sən çalmış olsan,
Yenə süd
qoxuyan körpə uşaqsan...
Tez ol qabağa
çıx, yaxın gəl görək,
Kötək
yeyəcəksən, sən qoduq, kötək!
Sözüm sözdür
mənim, mən zadəganam!
Leonato.
Qardaşım...
Antonio.
Danışma. Bir
Allah bilir
Nə qədər
Qeronu
sevirdim!
İndi Onu məhv
eləmiş alçaq bir uşaq,
Bizimlə dalaşa
hərisdir o, bax,
Mən həris olan
tək ilan boğmağa...
Leonato.
Qardaşım...
Antonio.
Bu qansız
kübarlara mən
Yaxşıca
bələdəm ata-babadan,
Dabbağda
gönünü tanıram, inan!
Ədəbsiz,
şuluqçu, böhtan danışan,
Dəbdəbə,
təntənə qulları olan,
Yaltaq,
ikiüzlü, məğrur və alçaq,
Bu alçaq
adamlar fürsət düşəndə
Yıxıb məhv
etməkçün düşmənlərini
Hər şeyə əl
atar - böhtana, şərə,
Haqqa da and
içər gündə min kərə!..
Leonato. Qulaq as bir mənə...
Antonio.
İş onda deyil.
Səbr elə.
Bunlarla mən bacararam.
Don Pedro.
Pislik istəmirik biz ki sizlərə...
İnanın, Qeronun ölümünə də
Ürəkdən
yanırıq! Fəqət bilin siz,
Mən öz
namusuma and içirəm ki,
Sübut
olunmuşdur onun günahı...
Leonato. Siz
susun, prins!
Don Pedro.
Yox, siz danışmayın!
Mən sizi dinləmək istəmirəm, yox!
Leonato.
Eləmi?! Gəl gedək, qardaş, mən onu
Bizi dinləməyə məcbur edərəm!
Antonio.
Gəl gedək, dinləmək istəməsələr,
Onlardan, ya bizdən biri öləcək!
Leonato və Antonio gedir.
Benedikt gəlir.
Don Pedro. Bir
ora bax, axtardığımız adam bura gəlir.
Klavdio. Hə, senyor, yeni nə var? B e n e d i k t. Gün
aydın, əlahəzrət.
Don Pedro.
Salam, senyor. Siz, demək olar ki, vaxtında gəlmisiniz, demək olar ki,
savaşanları ayırmağa özünüzü çatdırmısınız. K l a v d i o. Dişi tökülmüş iki qoca az qala bizim
burnumuzu qoparacaqdı.
Don Pedro. Leonato və qardaşı. Hə, sən buna
neçə baxırsan? Onlarla dalaşmış olsaydıq, qorxuram hamı bizi qınayaydı: iki qoca
ilə
duelə çıxmışıq!
B e n e d i k t. Ədalətsiz dava-dalaşda mən
həqiqi rəşadət görmürəm. Mən sizin ikinizi de axtarırdım.
Klavdio. Elə biz də səni axtarırdıq. Yaman
melanxoliyə düşmüşük və bilmirik ki, yaxamızı ondan necə qurtaraq. Öz iti
ağzınla bizə kömək etməzsənmi?
Benedikt. Onu qılıncımın qınında
gizlətmişəm. Əmr edirsiniz,
çıxarım?
Don Pedro. Məgər sən onu yanından asırsan?
K1 a v d i o. Hələ bu vaxtacan elə şey eləyən olmayıb. Lakin orası
var ki, çoxları kəsərli sözləri yanlarından çıxarırlar. Mən istəyirəm, səndən
xahiş edəm, onlar işə salasan, hə başla döyəcləməyə - çalğıçılar mizrabı çanağa
döyəcləyən kimi. Hə, başla. Lütf edib bizi bir az əyləndir.
Don Pedro. Vicdanım haqqı, onun rəngi saralmışdır. Sən xəstəsən, ya
acıqlısan?
Klavdio. Özünü ələ al, dostum! Düzdür,
deyirlər ki, fikir - qayğı pişiyi də öldürə bilər. Lakin sən o qədər
şad-xasiyyət adamsan ki, fikir-qayğını da öldürərsən.
Benedikt. Senyor, bu istehzalar mənə zərrə
qədər toxunmuş olsaydı, onları havada qapıb məhv edərdim. Söhbət üçün başqa
mövzu seçmək olmazmı!
Klavdio. İndi ki, belə oldu, ona başqa
mizrab verin: görünür, öz mizrabım parça-parça etmişdir.
Don Pedro. Gündüzün işığına and içirəm ki,
onun üzü getdikcə dəyişir. Məncə, lap ciddi surətdə acığı tutur.
K 1 a v d i o. Elə olan surətdə o çox yaxşı
bilir özünə necə istinadgah seçməlidir.
Benedikt.
İcazə verin, qulağınıza bir söz deyim. K 1 a v d i o. Xəta olmasın,
birdən məni duelə çağırar ha? B e n e d i k t (Klavdioya yavaşdan). Siz
yaramaz adamsınız. Harada istəsəniz, neçə istəsəniz, nə vaxt istəsəniz mən bunu
sübut etməyə hazıram. Mən sizdən cavab gözləyirəm. Cavab alıncan hamının gözü
qabağında deyəcəyəm: Siz qorxaq adamsınız! Siz dünyanın gözəl bir qızını məhv
etmisiniz və onun ölümü sizə baha başa gələcək. Cavabınızı gözləyirəm.
Klavdio. Men
həvəslə sizin dəvətinizi qəbul edirəm və əminəm ki, məni ağıllı-başlı qonaq
edəcəksiniz. Don Pedro. Olmaya ziyafət düzəldir?
Klavdio. Bəli,
elədir. Mən ona hədsiz təşəkkür edirəm. O məni dana kəlləsinə və axta xoruz çığırtmasına dəvət edir. Əgər
mən axta xoruzu ağıllı-başlı doğramasam, belə
hesab edə bilərsiniz ki, bıçağım heç nəyə yaramaz. Ziyafətdə meşə cüllütü də olacaqmı?
Benedikt.
Ağlınız lap çapardır - lap at kimi...
Don Pedro. Elə ise qoy deyim bu günlərdə Beatriçe sənin
ağlını necə
tərifləyirdi. Mən ona dedim: "Sənin incə ağlın var". O dedi:
"Doğrudur, o qədər incədir ki, gözə görünmür". - "Demək istəyirəm ki, ağlı genişdir". - "Elədir, - dedi, - göz işlədikcə
uzanan bir səhradır". - "Yəni deyirəm ki, xeyirxahdır". - "Düzdür, - dedi. - Heç
kəsin ürəyinə toxunmaz". "Mənim sözüm odur ki,
çox ağıllıdır". - "Elədir ki var, - dedi, - o qədər ağıllıdır ki, tez-tez
sarsaqlayır". - "Dilləri çox yaxşı bilir," - "Haqlısınız, - dedi. - Bazar günü
axşam bəzi vədlər verib and içdi, bazar ertəsi səhər isə andını pozdu. O haça
dillidir, iki dili yaxşı bilir". Beatriçe tam bir saat sənin ləyaqətlərinin
astarını üzü-nə çevirməkdən yorulmadı. Lap axırda isə ah çəkib dedi: "Bütün
İtaliyada səndən yaxşı adam yoxdur".
Klavdio. Bundan sonra acı-acı ağladı və
əlavə etdi: "Sənin dərdin ona qalmayıb ki...".
Don Pedro. Həqiqətən də elə olub. Məsələ
bundadır ki, o sizə bərk nifrət etməsəydi, sizi hərarətlə sevərdi. Bunların
hamısını bizə qocanın qızı danışıb.
Klavdio. Bəli, hamısını o deyib. Hətta bunu
da əlavə etmişdi ki, bağda gizləndiyin zaman Allah səni necə güdürmüş.
Don Pedro. Hə, deyin görək, nə vaxt vəhşi
öküzün buynuzunu müdrik Benediktin alnına yapışdıracağıq?
Klavdio. Altında da
yazacağıq: "Burada evli Benedikt yaşayır".
Benedikt. Hələlik sağlıqla qal, cavan
oğlan. Sənə nə demək istədiyimi düz başa düşdün. Sizi boşboğazlığınıza tapşırıb
gedirəm. Gopçu uşaqlar, şükürlər olsun ki, heç kəsi öldürmədən, havada qılınc
oynatdıqları kimi, siz də iti ağıllı sözləri dörd tərəfə səpələyirsiniz.
Əlahəzrət, mənə olan mərhəmətinizə qarşı sizə çox minnətdaram, lakin sizdən
ayrılmağa məcburam. O bic qardaşınız Messinadan qaçıb. Siz onunla birlikdə
günahsız, gözəl bir qızı məhv etmisiniz. Hələ də ağzından süd iyi çəkilməmiş bu
uşaqla isə biz ayrıca görüşəcəyik. Hələlik ona xoşbəxtlik arzu edirəm
(Gedir).
Don Pedro. O, ciddi
danışırdı.
K1 a v d i o. Çox ciddi.
Məncə, bu Beatriçeyə olan məhəbbətdəndir.
Don Pedro. O
səni duelə çağırdı?
Klavdio. Tamam
oyan-buyansız...
Don Pedro. Arxalığını və şalvarını geyib ağlını isə evdə
unudan adam - qəribə tamaşadır!
K1 a v d i o. O özünü elə aparırdı, elə bil
ki, div meymunla danışırdı. Əslində isə meymun onun yanında müdrik məxluqdur.
Don Pedro. Zarafat elədik, kifayətdir! Fikrimizi toplayıb,
işə ciddi baxmalıyıq. Deyəsən, o dedi ki, guya mənim qardaşım qaçıb?
Kizil, Bulava gəlir. Gözətçilər Konradı və
Boraçionu gətirirlər.
K i z i 1. Gəlin, gəlin, əziz cənablar.
Ədalət məhkəməsi sizin öhdənizdən gələ bilməsə, demək, öz tərəzisində
ağıllı-başlı heç bir şey çəkə bilməz. Düzdür, siz lənətə gəlmiş ikiüzlülərsiniz.
Buna baxma-yaraq ədalət məhkəməsində sizin hansı yuvanın quşu olduğunuzu ayırd
edərlər.
Don Pedro. Bu nədir? Qardaşımın
qulluqçularından ikisinin əl-qolunu bağlayıblar. Biri Boraçiodur!
Klavdio.
Əlahəzrət, soruşun görək, onları niyə tutublar? Don Pedro. Ağalar, bu adamların
günahı nədir? K i z i 1. Məsələ belədir, cənab, əvvəla bunlar yalandan donos
veriblər. Bundan əlavə yalan danışıblar. İkinci də böhtan deyiblər. Altıncı və
axırıncı da – təmiz bir qıza ləkə yaxıblar. Üçüncü də düz olmayan şeyləri təsdiq
ediblər. Nəticə: Bu cənablar yalançılar və dələduzlardır! Don Pedro. Əvvəla mən
soruşuram: onlar nə ediblər? Üçüncü mən soruşuram: günahları nədir? Altıncı və
axırıncı - onları nə üçün tutmusunuz? Nəhayət nəticədə sual edirəm: onları nədə
taxsırlandırırlar.
Kizil. Təsdiq edirəm ki, bütün maddələr
üzrə mühakimələriniz tamamilə doğru və aydındır. Namusuma and içə bilərəm ki,
siz eyni sualı müxtəlif şəkillərdə verirsiniz.
Don Pedro. Ağalar, nə etmisiniz ki,
əl-qolunuzu bağlayıb, sizi ifadə almağa aparırlar? Bu oxumuş pristav o qədər
əllaməlik eləyir ki, onun sözündən sizin nə cinayət etdiyinizi anlamaq mümkün
deyil.
Boraçio. Mərhəmətli prins, əmr edin məni
ifadə almağa aparmasınlar. Özünüz məni dindirin. Sonra isə qraf məni öldürsün.
Mən sizin bax o gözlərinizi aldatmışam. O şeyi ki siz öz işıqlı ağlınızla ayırd
edə bilmədiniz, onu bu zırrama axmaqlar aşkara çıxartdılar. Sizin qar-daşınız
Don Xuanın məni dilə tutması, xanım Qeroya böhtan atmağa razı salması barədəki
əhvalatı mən bu adama nəql etdiyim yerdə onlar gizlicə qulaq asıblar. Mən buna
sizi necə bağa gətirdiklərini, orada Qeronun paltarını geymiş Marqarita ilə
mənim görüşümə necə tamaşa etdiyinizi, sonra da kəbin kəsilən yerdə neçə Qeronu
abırdan saldığınızı buna nəql etdim. Mənim bütün bu alçaq əməllərim protokolda
qeyd olunub. Mən bu alçaqlığım barədə təkrar danışmaqdansa məmnuniyyətlə ölməyə
və ölümümlə o protokola möhür basmağa hazıram. Zavallı qızın ölümünə səbəb mənim
və mənim ağamın yalançı ittihamlarıdır. Müxtəsər ki, mən alçaq əməlimin
cəzasından savayı heç şey istəmirəm.
Don Pedro
(Klavdioyä).
Xəncər olub sinənə batmadımı bu sözlər?
Klavdio. Onu dinlədikcə mən
içirdim acı zəhər!
Don Pedro (Boraçioya).
Doğrudanmı qardaşım çəkdi bu işə səni?!
Boraçio. Bəli,
bahasını da yaxşı verdi işimin...
Don Pedro.
Bütün varlığı
onun xəyanətdi, xəyanət! Elə alçaqlıq edib qoydu, qaçdı nəhayət. Klavdio.
Ah, Qero, xəyalımda mələk
surətin senin Yenə canlandı solmaz əvvəlki məlahətlər. Kizil. Hə, tələbkarları
aparın. İndi protokolçu bütün hər şey barədə senyor Leonatonu reforairovat
eləyib. Əsas məsələ isə budur ki, ağalar, lazımı vaxtda və lazımi yerdə siz
təsdiq etməyi unutmayasınız ki, mən eşşəyəm.
B u 1 a v a. Odur, senyor
Leonato da protokolçu ilə gəlir.
Leonato və Antonino
protokolçu ilə daxil olur
Leonato.
Hanı, o alçaq hanı? Qoyun bir
baxım ona.
O cür başqa caniyə rast
gəldiyim zaman mən
Ehtiyatlı tərpənim, hanı, göstərin onu! Boraçio. Canini deyirsiniz?
Qarşınızda durub o!
Leonato.
Ah, demək o pak, təmiz
məxluqa böhtan atan,
Öldürən acı, qara sözlərlə sən olmusan? Boraçio. Bəli, mən öldürmüşəm!
Təkcə mən...
Leonato.
Yox, yaramaz!
Qara böhtan deyirsən indi sən
öz özünə.
Bax, yaxşı bax mötəbər bu iki
ağaya sən,
Üçüncüsü qaçıbdır - onların işidir bu!
Qeronun qatilləri - prinslər!
Çox saq olun!
Hay-küyü azalmayan
rəşadətləriniz var, bu şərəfli işi də ora yazın,
ağalar!
Klavdio.
Bir söz tapa bilmirəm sizdən rica edim mən,
Bir az səbir edəsiniz: susmaq da bacarmıram. Etdiyim günah üçün nə cəza desəniz
siz Hazıram. Günahımsa odur ki, aldanmışam...
Don Pedro.
And içirəm ki,
mən de hər cəzaya dözərəm, Ancaq keç günahımdan, xahiş edirəm, qoca!
Leonato.
Deyə bilmərəm
onu dirildin siz, prinslər, Belə əmrə hökmümüz yetməz sizin və mənim. Lakin bir
xahişim var: Messinada çəkin çar Günahsız ölmüşdür o! O günahsız günahkar...
Hərgah məhəbbət sizə ilham versə, çalışın Hörmətlə yad edərək onun xatirəsini
Qəbir daşına iki-üç kəlmə söz də yazın! Qoy o sözlər bu gecə səslənsin bir himn
tək! Səhər isə sizi mən evimdə gözləyirəm. Nə etmək siz ki mənə kürəkən
olmadınız, Qardaş oğlu olunuz. Çünki qardaşım qızı Mərhum doğma qızımın eynidir
əkiz kimi. Varisidir atanın, həm də əminin o qız. İntiqam, kin-küdurət solub
getmək üçün tamam Ona verin qızım üçün ayrılan hər şeyi siz.
Klavdio.
Alicənablığa
bax! Yaşarmışdır gözlərim Eşidəndə bu nəcib, bu xeyirxah sözləri!.. Mən razıyam.
Bu gündən Klavdio bir qul tək Bilin tabedir sizə, nə desəniz edəcək!..
Leonato.
Danışdıq,
gözləyirəm sabah evdə mən sizi, Xoş gəldiniz, sağlıqla. Bu alçaq adamısa
Üzləşdirəcəyik biz Marqaritlə bu saat. Onun xəbəri vardır bu qara, çirkin işdən
Onu satın alıblar...
Boraçio.
Yox, yox, and
içirəm mən, O tamam xəbərsizdi bizim məqsədimizdən... Sizi əmin edirəm,
sədaqətlə, namusla Qulluq edib həmin qızınıza, inanın!
Ki z i. 1. Ondan başqa, cənab, protokola
aydan arı, sudan duru yazılmamış olsa da, bu ittihamçı və xətəkar mənə eşşək
deyib. Xahiş edirəm onu cəza ilə mükafatlandıranda bu eşşək məsələsini de yada
salsınlar. Hə, bir şey de deyim: gözətçilər onların fason adlı bir adam barədə
danışdıqların da eşidiblər. Deyirlər ki, o fason qulağına daima kamerton taxır,
bir yerə gedəndə həmişə hörük bağlayır və hamıdan borc pul dilənir. O, çoxdan bu
işlə məşğuldur və borclarını heç vaxt ödəmir. Buna görə də adamların ürəyi daşa
dönüb. Allah naminə ona borc da vermək istəmirlər. Xahiş edirəm bu barədə də
ondan ifadə alasınız.
Leonato. Qayğıkeşlik üçün və namusla
çalışdığınıza görə sizə təşəkkür edirəm.
Kizi1. Siz cənabları minnətdar və mötəbər
bir cavan kimi danışırsınız. Buna görə də mən sizin əvəzinizə Allaha təriflər
deyirəm.
Leonato. Al, bu da sənin
zəhmətinin haqqı.
K i z i 1. Allah sizin
monastıra xeyir-dua versin.
L e o n a t o. Gedə bilərsən. Məhbuslara
gözətçi olmaqdan səni azad edirəm. Sağ ol, xoş gəldin.
Kizil. Mən də hörmətli siz cənablarının vücudunu bu qəddar
alçağa tapşırıram. Siz cənablarından bir xahişim var. Başqalarına ibrət olmaq
üçün özünüzü lap nümunəvi cəzalandırın. Siz cənablarına hər cür əmin-amanlıq
arzu edirəm, Allah sağlığınızı özünüzə qaytarsın. Böyük şəfqətlə özümü sizin
təşrifatınızdan çıxarıram. Ürəyiniz istəyirsə, Allahın qəzəbilə sizə xoş görüş
də arzulaya bilərəm. Gedək, qonşu! Kizil, Bulava ve protokolçu gedir.
Leonato.
Hələlik, ağalar, sabaha qədər, salamat qalın! Antonio. Sabah səhər sizi
gözləyirik. Salamat qalın, cənablar! Don Pedro. Mütləq gələcəyəm. Klavdio.
Bütün gecəni ürəyim Qeronun dərdinə yanacaq.
Onun həsrətilə çırpınacaq.
Dorf Pedro və Klavdio gedir.
Leonato (birinci gözətçiyə). Gətirin
tez onları. Marqariti dindirək. Necə olub, birləşib o hiyləgərlə görək...
Hərəsi bir tərəfə gedir.
İKİNCİ SƏHNƏ
Leonatonun bağı
Benedikt və Marqarita üz-üzə çıxırlar.
B e n e d i k t. Səndən xahiş edirəm mənə
bir yaxşılıq elə - Beatriçə ilə görüşdür məni.
Marqarita. Bu yaxşılığın əvəzində mənim
gözəlliyimi mədh edən bir sonet yazarsınızmı?
Benedikt. Elə yüksək üslubda yazaram ki,
yer üzündə bir adamın əli çatmaz. Sən tamamilə buna layiqsən. Söz verirəm.
Marqarita. Yer üzündə bir adamın mənə əli
çatmasın? Yox, mən bütün ömrümü pilləkən altında keçirmək istəmirəm.
B e n e d i k t. Sənin iti ağıllı sözlərin
lap tazı kimidir. O saat hədəfin boğazından
yapışır!
Marqarita. Sizinki isə küt xəncərə oxşayır.
Dəyir, amma yaralamır.
Benedikt. Bu kişiyə layiq olan iti
ağıllılıqdır. Lətif cinsi yaralamaq istəmir. İndi isə xahiş edirəm. Beatriçeni
çağır. Men təslim: qal-xanı sənə verirəm.
Marqarita. Siz biz qadınlara qılınc verin.
Qalxan özümüzdə də tapılar.
Benedikt. Siz qadınlar qalxanı işə
salsanız, biz kişilər nizədən yapışmalı olarıq. Bu isə sizlər üçün təhlükəsiz
deyil.
Marqarita. Elə isə mən bu
saat Beatriçeni çağıraram. Güman edirəm ki, onun ayaqları var (Gedir).
Benedikt.
Deməli o
gələcək... (Oxuyur)
"Məhəbbət
ilahəsi, Göylərdən mənə bax sən... Ah, necə də zəifəm, Zavallıyam, bilirsən..."
Mən müğənni sənətinin ruhunu və məhəbbətini mənasını yaxşı
duyuram. Çünki nə məşhur üzgüçü Leonard, nə ilk dəfə ara düzəldənlərin
köməyindən istifadə etmiş Troil, nə də adları qafiyəsiz şerin hamar yollarında
rahatca üzen ağ paltarlı, müxtəlif çeşidli modabazlar məhəbbətdən mən bədbəxt
qədər iztirab çəkməyiblər. Düzdür, mən qafiyə tapmaqda o qədər də mahir deyiləm,
hıqqanıram, hıqqanıram "dilbər"ə bayağı "əkər" və "hünər", "ulduz"a çox qorxulu
"buynuz"-dan, "müdrik" ə olduqca axmaq "yük" dən yaxşı qafıyə tapa bilmirəm.
Ümumiyyətlə, mənim misralarım eybəcər sözlərlə tamamlanır. Yox, mən şer
planetinin altında doğulmamışam və təntənəli ifadələrlə nəzakət göstərməyi
bacarmıram.
Beatriçe gəlir.
Əziz və möhtərəm Beatriçe, inana bilmirəm
ki, mən çağırdığım üçün sən buraya gəlmisən?
Beatriçe. Elədir, senyor, siz
əmr edən kimi də gedəcəyəm.
Benedikt. Yox, getmə... o
vaxta qədər burda qal ki...
Beatriçe. Siz "o vaxta qədər"i artıq bir
dəfə demisiniz. Elə isə salamat qalın! Yox, istədiyimi bilməyincə getməyəcəyəm:
Deyin görüm, Klavdio ilə görüşünüz nə ilə qurtardı?
B e n e d i k t. Söyüş dolu sözlərdən başqa
heç nə ilə. Bu münasibətlə mən səni öpürəm.
B e at r i ç e. Söz yeldir, söyüş dolu söz
isə - adam üçün zərərli olan yelçəkəndir. Buna görə də mən sizin öpüşünüzü
gözləmədən çıxıb gedirəm.
Benedikt. Sən sözün müstəqim mənasını
təhrif etməyə öyrənmisən. Açıq-aydın deyirəm: Mən Klavdionu duelə çağırdım və o
mənim çağırışımı qəbul etdi. Biz tezliklə görüşməliyik. Gəlməsə, mən hər yerdə
deyəcəyəm ki, o qorxağın biridir. İndi isə xahiş edirəm, cavab ver görüm
qüsurlarımdan hansına görə sən məni sevmisən?
Beatriçe. Bütün qüsurlarınızın hamısına
görə. Onlar sizin içinizdəki pislik səltənətini elə məharətlə qoruyurlar ki,
yaxşılıqdan bir zərrənin belə ora daxil olmasına imkan vermirlər. İndi isə mən
soruşuram. Mənim ləyaqətlərimdən hansı sizi məcbur etdi ki, mənim məhəbbətimlə
xəstələndiniz?
Benedikt. Məhəbbətlə xəstələnmək? Gözəl
deyilib. Mən doğrudan da məhəbbətlə xəstələnmişəm. Çünki iradəmin ziddinə olaraq
səni sevirəm!
Beatriçe. Deməli ürəyiniz istəmədən?
Heyhat, zavallı ürək? Hərgah siz mənim xatirimə öz ürəyinizə zidd hərəkət
edirsinizsə, mən də sizin xatirinizə sizin ürəyinizə zidd getmək istəyirəm.
Çünki mən heç vaxt dostumun düşmənini sevməmişəm.
B e n e d i k t. Sən və mən o qədər
ağıllıyıq ki, heç zaman dinc-rahat biri-birimizi oxşaya bilmərik.
B e a t r i ç e. Sizin sözünüzdən belə
çıxır ki, bir nəfər də ağıllı adam öz ağlı ilə fəxr edə bilməz.
Benedikt. Bu köhnə, çox köhnə fikirdir,
Beatriçe. Ancaq ulu nənələrinizin zamanında elə idi. İndi isə başqa cürdür. Əkər
insan sağlığında özünə mavzoley ucaltmayıbsa, onu ancaq kəlisa zəngləri çalınıb
qurtarana və dul qalmış arvadmın hönkürtüsü kəsilənə qədər xatırlayırlar...
Beatriçe. Sizcə, bu nə qədər çəkir?
Benedikt. Demək çətindir. Məncə, bir saat
vay-haray qoparıb ucadan hönkürməyə, 15 dəqiqə də içini çəkməyə gedər, vəssalam.
Buna görə də ağıllı adam üçün hər şeydən faydalı budur ki, əlbəttə, əlahəzrət
vicdan mane olmasa, özü öz ləyaqətləri haqqında aləmə car çəksin. Gördüyünüz
kimi, mən elə-belə də edirəm. Yaxşı, gəlin mənim haqqımda tərifləri qurtaraq.
Əlbəttə, mən özüm şahid ola bilərəm ki, bu təriflərə tamamilə layiqəm. İndi siz
mənə deyin görüm, əmiqızı Özünü neçə hiss edir?
Beatriçe. Çox
pis.
Benedikt. Siz özünüzü neçə hiss edirsiniz?
Əllərinizi göylərə qaldırıb dua edin. Məni sevin və özünüzü yaxşı hiss etməyə
çalışın. İndi isə mən sizdən ayrılıram, çünki kim isə tələsik bura gəlir
(Ursula gəlir).
Ursula. Senyor, zəhmət çəkin, tez əminizin
yanına gedin. Bizim evdə aləm biri-birinə dəyib. Aydın olub ki, senyora Qeronu
yalandan günahlandırıblar. Demə prinsi və Klavdionu aldadıblar. Bütün bu
əhvalatın günahkarı Don Xuan qaçıb, harada isə gizlənib.
B e a t r i ç e. İstəyirsiniz
mənimlə gedək. Görək nə olub?
Benedikt. Mən sənin ürəyində yaşamaq, sənin
sinən üstdə ölmək və sənin gözlərinin dərinliyində basdırmaq istəyirəm.
Bunlar-dan başqa səninlə əminin yanına da gedərəm...
ÜÇÜNCÜ SƏHNƏ
Kelisa. Don Pedro, Klavdio, üç və ya dörd
əyan əllərində məşəl çıxırlar.
Klavdio.
Leonato nəslinin budurmu sərdabəsi?
Əyanlardan biri.
Bəli, qraf, elədir. K1 a v d i o (Tumar üzərindən oxuyur).
"Alçaq bir
böhtanın qurbanı olan Gözəl qız Qeronun məzarıdır bu. Mükafat olaraq əzablarına
Ölməz şan-şərəflə nurlar çilədi Ölüm bu əbədi rahatlığına... Kədərdən az qala
lal oluram mən, Asın bu şeri siz sərdabəsindən. İndisə çalınsın təntənəli
himn...
Mahnı
Gecələr
allahı, özün bağışla
Günahsız qızının qatillərini!
Onun məzarına gətirmişik, ah,
Kədərli mahnının nidasını
biz...
Dayan yarım gecə bizimlə
burda,
Ağla, göz yaşı tök bizim kimi
sən
həzindən, həzindən...
Ey məzar, qaytar o munis
gəlini,
Nicat istəyirik, ey gecə,
səndən
həzindən, həzindən... Klavdio.
Rahat yat, ey gözəl,
ziyarətinə
Müqəddəs türbənin gələrəm hər
il.
Yaxşı mərasim də düzəldərəm mən... Don Pedro.
Səhər açılmaqdadır. Söndürün
məşəlləri
Artıq canavarlar da ulamayır.
Al şəfəq
Öz ilk işıqlarını Febin
arabasının
Qabağınca göndərir yer üzünə.
Baxın siz
Gündüz tələsir bura, gün
doğanda sönür dan.
Hamraıza uğurlar diləyirəm Allahdan... Klavdio. Vidalaşın, səhərdir.
hər kəs getsin evinə. Don Pedro.
Biz de gedək,
bu matəm libasını dəyişək...
Leonato gözləyir səhər bizi, gəl gedək... Klavdio.
Himeneyə
yalvaraq, sabahkı taleyimiz
Kədər dolu bugünkü taleyimizə
əsla
Oxşamasın.
Gedirlər.
DÖRDÜNCÜ SƏHNƏ
Leonatonun
evində bir otaq.
Leonato, Antonio, Benedikt, Beatriçe, Marqarita, Ursula, rahib ve
Qero gelirlər.
Rahib. Mən
sizə demədimmi günahsızdır qızınız!
Leonato.
Klavdio, prins
də günahsızdır o sayaq, İttiham etmiş onlar Qeronu aldadaraq, Lakin günahsız
deyil Marqarita. Ancaq Müfəssəl sorğu-sual göstərdi, bəxti qara. Heç bilmədən
qoşulmuş o çirkin böhtanlara...
Antonio. Ah, mən necə şadam
ki, hər şey yaxşı qurtardı.
Benedikt.
Mən də şadam,
başqa cür olsaydı əgər işlər Duelə çıxmalıydıq qrafla mən bu səhər...
Leonato.
Çox gözəl.
Qızlar, indi hələlik siz bir qədər Öz otaqlarınıza çəkilin, çağıranda Maskaları
taxaraq gələrsiniz, di gedin...
Xanımlar gedir. (Antonioya).
Klavdio və
prins mənə söz veriblər ki,
Səhər bizə gəlsinlər. Sən
rolunu bilirsən:
Qardaşının qızına atalıq
eyləyərək
Qayda-qanunla onu qrafa
verməlisən. Antonio. Arxayın ol, rolumu yaxşı oynayıram mən...
B e n e d i k t. Müqəddəs ata, sizdən mənim bir xahişim var. Rahib. Oğlum,
xahişin nədir?
Benedikt.
İki şeydən biridir:
Birləşdirin ya bizi, ya da ki
ayırınız...
(Leonatoya).
Əziz, hörmətli senyor,
Beatriçə nəhayət
Üzümə gülümsəyib etmiş mənə
mərhəmət... Leonato. Çünki qızım gözünü ona girov
veribdir. Benedikt. Mən də təbəssüm
dolu gözlərlə baxdım ona... Leonato.
Bu sıcaq duyğuların gərək ki,
borclusunuz
Mənə, Klavdioya və prinsə, de
nə var? Benedikt.
Bu sualın cavabı, senyor,
ancaq sizdədir.
Arzumuz budur, bizə xeyir-dua
verin siz,
Bu müqəddəs nigahı bağlamaqda
sizin də
Zəhmətiniz olacaq...
L e o n a t o. Mən razıyam. Rahib.
Mübarək olsun, mən də
Razıyam, budur onlar özü də
gəlir bura...
Don Pedro, Klavdio və iki-üç əyan gəlir.
Don Pedro.
Möhtərəm cənablara bizdən salamlar olsun.
Leonato.
Salam,
hörmətli prins. Salamlar,
Klavdio. Biz sizi gözləyirik. Qərarınız nə oldu, Razısanmı qardaşım qızmı almağa
sən?
Klavdio. Razıyam, lap bir
həbəş qızı da olsa bilin...
Leonato. Qardaşım, gətir onu.
Kəsilsin kəbinləri.
Antonio gəlir.
Don Pedro.
Benediktə nə
olub? Xeyr ola niyə belə
Fevral ayı kimisən? Bulud, şaxta, fırtına Örtüb bütün üzünü?
Klavdio.
Yəqin yadına
vəhşi öküz düşüb. Qorxma heç, cəsarətli ol, dostum! Biz sənin buynuzuna
zınqırovlar taxan, Sən bütün Avropanı əsir edərsən. Necə Yupiter adlı Allah öküz
cildinə girib Sönməz ehtirası ilə əsir etmişdi bir vaxt...
Benedikt.
O öküz
alışmışdı xoş səslə böyürməyə... Həmdə ki o əcaib öküz sənin atanın İnəyinə
yaxşı bir dana bəxş eləmişdi. Yeri düşüb qoy deyim: Səsdə, danışıqda sən O
dananın doğmaca qardaşısan, elə bil...
A n t o n i o və maska taxmış x a n ı m 1 a
r gəlir.
Klavdio.
Cavabını bu
sözün mən sənə borclu olum. Bu xanımlardan hansı deyin qismətdir mənə?
Antonio. Bəxt qismətin bu
qızdır. Təhvil verirəm, gəl al.
Klavdio. Demək, bu
mənimkidir? Üzünü göstər görüm...
Leonato.
Yox, hələ
olmaz, əvvəl bu müqəddəs atanın Qarşısında and içib əhdi-peyman bağla sən...
Klavdio.
Əlini ver,
gözəl qız: and içirəm indi mən Ərin olacağam, bil, sən nə zaman istəsən...
Qero (maskanı çıxarır).
Birinci
arvadınız mən olmuşam sağ ikən, İlk ərim olmusunuz siz məni sevən zaman.
K 1 a v d i o. İkinci Qero!
Qero.
Bəli,
doğrudan, ikinciyəm.
Birinci öldü
qara böhtanlar dəryasında,
Mən isə yaşayıram tər-təmiz
əvvəlki tək.
Don Pedro.
Benediktə nə
olub? Xeyr ola niyə belə Fevral ayı kimisən? Bulud, şaxta, fırtına Örtüb bütün
üzünü?
Klavdio.
Yəqin yadına
vəhşi öküz düşüb. Qorxma heç, cəsarətli ol, dostum! Biz sənin buynuzuna
zınqırovlar taxanı, Sən bütün Avropanı əsir edərsən. Necə Yupiter adlı Allah
öküz cildinə girib Sönməz ehtiras ilə əsir etmişdi bir vaxt...
Benedikt.
O öküz
alışmışdı xoş səslə böyürməyə... Həmdə ki o əcaib öküz sənin atanın İnəyinə
yaxşı bir dana bəxş eləmişdi. Yeri düşüb qoy deyim: Səsdə, danışıqda sən O
dananın doğmaca qardaşısan, elə bil...
A n t o n i o və maska taxmış x a n ı m 1 a
r gəlir.
Klavdio.
Cavabını bu
sözün mən sənə borclu olum. Bu xanımlardan hansı deyin qismətdir mənə?
Antonio. Bəxt qismətin bu
qızdır. Təhvil verirəm, gəl al.
Klavdio. Demək, bu
mənimkidir? Üzünü göstər görüm...
Leonato.
Yox, hələ
olmaz, əvvəl bu müqəddəs atanın Qarşısında and içib əhdi-peyman bağla sən...
Klavdio.
Əlini ver,
gözəl qız: and içirəm indi mən Ərin olacağam, bil, sən nə zaman istəsən...
Qero (maskanı çıxarır).
Birinci
arvadınız mən olmuşam sağ ikən, İlk ərim olmusunuz siz məni sevən zaman.
K1 a v d i o. İkinci Qero!
Qero.
Bəli,
doğrudan, ikinciyəm.
Birinci öldü
qara böhtanlar dəryasında,
Mən isə yaşayıram tər-təmiz
əvvəlki tək.
Don Pedro. Haman Qerodur, inan! Ölü də dirilərmiş! Leonato. Bəli,
böhtan diriykən - o ölmüşdü həyatda... Rahib.
Sözü yayındırmayın
kəbin kəsilən kimi
Mən bu sirrin üstünü açıb
deyərəm sizə -
Qero nə sayaq öldü, dirildi
nə cür. Bunu
Siz hələlik möcüzə bilib
heyrət etməyin,
Dalımca gəlin, gedək bu saat
kəlisaya. Benedikt. Dayanın bir.
Ata, bəs Beatriçe haradadır? Beatriçe {maskanı çıxarır). Onun əvəziyəm
mən. Nə istəyirsən ondan?
B e n e d i k
t. Sevirsinizmi məni? Beatriçe. Xeyr, o qədər də yox...
Benedikt.
Demək, əminiz, prins Klavdio
səhv edib,
Onlar and içirdi ki, siz məni sevirsiniz... Beatriçe. Bəs söyləyin siz məni
sevirsinizmi? Benedikt. Xeyr... o qədər də
yox... yəni... Beatriçe.
Demək, Qero, Marqarit, Ursula
səhv ediblər.
Onlar and içirdi ki, siz məni
sevirsiniz...
Məni
inandırıblar ki, aşiqsiniz mənə... Benedikt. Boş
sözdür bunlar bütün! Məni sevirsiniz, yox? Beatriçe. Yox... Bəlkə, bir
dost kimi... Bir təşəkkür olaraq... Leonato. Boş-boş danışma!
And iç. Sevirsən Benedikti. Klavdio. Mən yenə and içirəm. Benedikt
sevir onu... Sevginin sübutu da budur - bir dəstə kağız. Hələ çolaq sonet də
tapılıb... B e n e d i k t. Ağlımın məhsuludur - o qızın şərəfinə. Qero.
Bu da başqa kağızdır.
Beatriçenin xətti.
Benediktə məhəbbət izhar
olunur burda...
Benedikt. Əcəb
möcüzələrdir. Bizim öz əllərimiz öz ürəyimizin ziddinə şahidlik eləyir. Olsun,
əlacım yoxdur, səni alıram. Gündüzün işığına and içirəm ki, səninlə ancaq rəhmim
gəldiyinə görə evlənirəm...
Beatriçe. Sizə
yox deyə bilmirəm. İşığa and içirəm ki, ancaq sizin həyatınızı xilas edəcəyəm,
möhkəm inam məni güzəştə getməyə məcbur edir.
Benedikt. Dayan! Bu saat sənin dodaqlarını
bağlayacağam... (Onu öpür).
Don Pedro. Evli Benedikt
özünü necə hiss edir?
Benedikt. Prins, mənim cavabım belədir. İti ağıllı adamlardan lap
böyük bir dəstə yığılıb gəlsə də, mən öz istədiyimdən dönmərəm. Bəlkə, siz elə
güman edirsiniz ki, hər hansı bir həcv və ya epiqram məni qorxuda bilər? Kəskin
söz həyatda bir iz buraxmış olsaydı, biz hamımız ləkəli görünərdik. Uzun sözün
qısası. Mən ki evlənməyi qərara almışam. Bütün dünya bunun əleyhinə olsa da,
mütləq evlənəcəyəm. Əvvəllər dediyim sözləri lağa qoymağın da heç bir mənası
yox-dur: insan dəyişən məxluqdur, vəssalam. Klavdio, sənə gəldikdə isə,
deməliyəm ki, mən səni qılıncdan keçirmək istəyirdim. Lakin sən indi mənə
qohumsayaq bir şey olmusan. Buna görə de deyirəm, sağ-salamat yaşa və mənim
baldızımı ağıllı-başlı sev.
Klavdi o. Mən isə bu fikirdə idim ki, sən
Beatriçe ilə evlənmək-dən boyun qaçıracaqsan. Elə etsəydin, pis olacaqdı.
İkibaşlı oyunlarına görə mən sənin ruhunu bədənindən çıxaracaqdım. Şübhə yoxdur
ki, indən belə baldızım sənə ciddi göz qoymalıdır, yoxsa sən yenə o iki-başlı
oyunlarını davam etdirə bilərsən...
Benedikt. Yaxşı, yaxşı, barışdıq! Nə qədər
ki, evlənməmişik, gərək rəqs edək. Qoy bizim ürəklərimiz, adaxlılarımızın isə
ayaqları oynasın!..
Leonato. Elə şey yoxdur.
Toydan sonra oynayarsınız!
Benedikt. Yox, yox, namusuma and içirəm ki,
toydan qabaq yaxşıdır! Ey, musiqi! Prins, yaman kədərli görünürsünüz. Evlənin,
evlənin! Ucunda buynuz olmayan əl ağacı ən pis ağacdır.
Çapar. Prins! Gözətçilər qardaşınız Don
Xuanı tutub Messinaya gətiriblər...
Benedikt. Gəlin sabaha qədər onu yaddan
çıxaraq. Sabah isə mən ona yaxşı bir cəza düşünərəm. Ey fleytalar, başlayın!
Rəqslər. Hamı gedir.