Uistan Hü Oden
(1907-1973)
Bu şəhərdə varı yəqin bir on milyon
insanın
Ya yepyekə qəsri, ya da xırdaca bir
koması.
Bizə isə qəhət olub duracaq yer,
əzizim, yatacaq yer.
Bizlərin də vaxt vardı ki, var idi öz
ölkəsi.
Xəritəyə baxsan əgər görəsisən,
görəsi.
Amma ora geri yol yox,əzizim dönmək
olmaz.
Qoca qaraçöhrə vardı kənddə kilsə
həyətində.
Görünərdi hər yaz yaşıl pöhrə
onun gövdəsində.
Amma sənəd sayılmaz bu, pasportun
vaxtı ötüb.
Konsul mizə yumruq vurub axırda belə
dedi:
«O kəsin ki, pasportu yox,demək
cansız cəsəddi ».
Amma biz ki, dipdiriyik, əzizim,
dipdiriyik.
Qaçqınkomun adamları daha mehriban
idi,
Yer göstərib dedilər ki,bir ildən
sonra gəlin.
Bəs bu günü nə edək biz, əzizim, hara
gedək ?
Mitinq vaxtı biri yenə peyğəmbərlik
elədi:
«Ölkəmizə girsə onlar, oğurlanar
ruzimiz».
Belə çıxır biz oğruyuq,əzizim sən
də,mən də.
Avropanın başı üstə yenə də
ildırımlar.
Hitlerin də dediyi bu- ölməlidi
qaçqınlar.
Yəni ki biz ölməliyik, əzizim, sən
də,mən də.
Koftalı bir pudel gördüm, düyməsi
parıltılı.
Pişik gördüm qabağınca qapılar da
açılır.
Amma onlar cuhud deyil,dostum, alman
cuhudu.
Düşüb baxdım körfəzə də buxovlamış
suları.
Balıqları atlanırdı duyaraq
istiqlalı.
Bizdən azca aralıda, dostum, azca
aralı.
Meşələrin kölgəsində quşlar yuva
toxuyur.
Siyasilər yoxdu deyə gecə-gündüz
oxuyur.
Axı onlar insan deyil,əzizim, insan
deyil.
Yuxuda bir ev görmüşəm, saysız idi
aynası.
Bir o qədər mərtəbəsiə, bir qədər
qapısı.
Nə qapımız arasında,əzizim, nə
aynamız.
Təlim üçün meydandaydım. Qar
üstümü örtmüşdü.
On min əsgər dəstə-dəstə düz
yaxınlıqdan ötdü.
Onla bizi axtarırdı, əzizim, sənlə məni.
«Dünya ədəbiyyatı» dərgisinin 2004-cü il sayında
nəşr olunmuşdur