|
|
|
George Gordon Bayron
When We Two Parted
When we two parted In silence and tears, Half broken-hearted To sever for years, Pale grew thy cheek and cold, Colder thy kiss; Truly that hour foretold Sorrow to this. The dew of the morning Sunk chill on my brow- It felt like the warning Oh what I feel now. Thy vows are all broken, And light is thy fame; I hear thy name spoken, And share in its
shame. They name thee before me, A knell to mine ear; A shudder comes o`er me – Why wert thou so dear? They know not I knew thee, Who knew thee too well: - Long. Long shall I rue thee, Too deeply to tell. In secret we met – In silence I grieve, That thy heart could forget, Thy spirit deceive. If I should meet thee After long years, How should I greet thee? With silence and tears. |
Corc Qordon Bayron
Biz ayrılanda
İngilis dilindən tərcümə edəni Şəhla Nağıyeva Sakitlik içində göz yaşlarıyla Sınnmış bir ürəklə biz ayrılanda. Hicran da dondurdu buzu, qarıyla Solmuş yanağını sənin bu anda. Qondu qaşlarıma səhər jaləsi, Kirpiklər çırpıldı, leysan ələndi. Ayrılıq qorxusu, hicran naləsi Hopdu varlığıma, qəlbimə endi. Pozdun ilqarını, pozdun əhdini, Bu eşqi sən adi şöhrətmi sandın? Adını kimsədən eşidən kimi Xəcalət içində alışdım, yandım. Çəkdilər adını mənim yanımda, Deşildi qulağım sanki neştərlə. Dondu damarımda axan qanım da Nədən amansızsan, de, nədən belə? Bilmirlər ürəkdən sevib əzəldən Tanıyırdım səni varlığım kimi. Vaxt gələr sənə də danışaram mən Sənin həyatının hekayətini. Sakitlik içində görüşdük o an, Qəlbimdə köksünü ötürdü kədər. Səni qarsıtmadı bu odlu hicran, Sanmışdın bəlkə də bu eşqi hədər. Ay keçər, il keçər əgər yenidən Toqquşsa baxışın baxışlarımla. Necə qarşılayım söylə səni mən Ölü bir sükutla, göz yaşlarımla.
|
|
|
|