William Blake

 

Love’s secret

 

Never seek to tell thy love,

Love that never told can be;

For the gentle wind doth move

Silently, invisibly.

 

I told my love, I told my love,

I told her all my heart,

Trembling, cold, in ghastly fears.

Ah! She did depart!

 

Soon after she was gone from me,

A traveler came by,

Silently, invisibly

He took her with a sigh.

 

Uilyam Bleyk

 

Məhəbbət sirri

                    

İngilis dilindən tərcümə edəni

    Şəhla Nağıyeva

              

Çalışma eşqini açıb deyəsən

Sevirəm söyləməz sevən heç zaman.

Səssizcə, gizlicə öpər telindən

Həzin meh də səni oxşadığı an.

 

Mən açdım eşqimi, açdım eşqimi

Sevdiyim gözələ qorxu içində

Ah! Məni tərk etdi, o, bir quş kimi,

Hicranın oduna qalandım mən də.

 

Məhəbbət gör mənə nə sitəm etdi

Məni tərk eyləyib gedən kimi ah!

Onu bir andaca aparıb getdi

Eşqin sirrlərini bilən bir səyyah.