Aleksandr Blok
Tərcümə edəni Heydər Orucov
Hər tərəfdə ilahi nur,
Nurlu tarlalar,
Yerin özü kimi gözəl,
Sevimli qızlar.
Hey inanmaq istəyirəm
Qocalıqdan Sən
Qəlbim, ən nurlu işığa
Yönələcəksən.
x x x
Tüstütək ləkələr basıb
Üzün səmanın,
Qaz qatarı qaqqıldaşır
Aydın, apaydın.
Azadam, şən və güclüyəm
Yar diyarında,
Cingildəyir ifrat bir səs
Qulaqlarımda.
Payız toran qələmiylə
Rəsmlər çəkir.
Qoca meşə balta altda
Orda seyrəlir.