Aleksey Markov
Tərcümə edəni Heydər Orucov
Tufan fəğan edir çölün düzündə,
Kəndlərin hər biri – sanki bir ada.
Bir cığır salınıb qarın içindən:
Yanaşı keçəmməz ikicə adam.
Cığırın soluna sığınıram mən,
Qarşıdan gələnsə qısılır sağa:
Tufanlı bir gündə, qar basmış düzdə
Cığırı veririk xeyirxahlığa.