Р.Гамзатов 

 Когда Ты уходишь

 

 

Когда Ты уходишь - так худо,
Становиться мне в тот же час!
А сердце - как перстень, откуда
Вдруг выпал бесценный алмаз.

Когда Ты уходишь - простые
Дела усложняются вдруг.
Глаза мои - гнезда пустые
Что птицы оставили вдруг...

 Rəsul Həmzətov

 Sən ayrılıb gedəndə

Rus dilindən tərcümə edəni

İsaxan İsaxanlı

  

Sən ayrılıb gedəndə canımdan can ayrılır,

Xal düşür varlığıma, solur ömür çiçəyim.

Sən ayrılıb gedəndə qara qanlar ağlayır.

Almaz qaşı yox olmuş bir üzük tək, ürəyim.

 

Sən ayrılıb gedəndə sözə baxmır sözlərim,

Qəlbimdə rüzgar əsir, soyuq qış havası tək.

Sən ayrılıb gedəndə nurdan düşür gözlərim,

Payızda tərk edilmiş qaranquş yuvası tək.