Nikolay Qumilyov
SONET
Tərcümə edəni Heydər Orucov
Görünür xəstəyəm: qəlbimdə duman,
Hər şey, hər söz-söhbət qəlbimi sıxır.
Yuxuma girirlər yanar almazlar,
Bir də qana batmış önlü yatağan.
Mənə elə gəlir /bu deyil yalan,
Babam olub mənim qıyıqgöz tatar,
O mərhəmətsiz hun… Məni bu azar
Əsrlərdən keçib çulğayıb yaman.
Susur, darıxıram, görürəm: budur
Yandırır qayanı günəşin odu.
Ağappaq ağarıb dəniz köpükdən,
Mavi gümbəzlərlə bəzənmiş şəhər,
Bağlarında təzə açmış çiçəklər –
Vuruşmuşduq orda… Və... ölmüşdüm mən.