Petrus Brovka
Tərcümə edəni Heydər Orucov
Quş səsi kəsilib,
Gölməçə donub,
Tufanın nəfəsi
Meşəni tutub.
Bu nədir? Oyağa,
Yoxsa yuxumu?
Göydən hey ələnir
Ulduz toxumu.
Üfüq qızıl təki yanır,
Qaş qaralır – Gecədir?
Fəsil dönüb, payızmıdır,
Qışmı gəlib, bu nədir?
Sübh çağında tərk eləyib
Sarı yarpaq budağı,
Sinəsiylə, əsgər kimi,
Örtür ana torpağı.
Buzlu su ələnir yerin üzünə,
Elə bil qəflətən göy deşilibdir.
Günəşli, çiçəkli yayın yerinə
Yağışlı, yağmurlu payız gəlibdir.
İslanıb hər tərəf – ağac da, kol da,
Yer üzünü tamam su bürüyübdü.
İlandək qıvrılıb uzanan yol da
Qığıldayıb coşan çaya dönübdür.