Fəxrəddin Yadigar
ANA DİLİ, İKİNCİ DİL VƏ GƏNCLƏRİMİZ
I
Bəşər cəmiyyətinin ən mükəmməl ünsiyyət silahı olan dilin mahiyyətini, onun nəzəri məsələlərini obyektiv şəkildə araşdırmaq, müəyyən elmi ümumiləşmələrə gəlmək üçün dilçinin tədqiqat obyekti kimi seçdiyi dilləri bilməsi mühüm şərtlərdəndir. İndi artıq o vaxtlar deyil ki, alim bilmədiyi dilin qrammatik qurluşunu şərh etsin. Məlumdur ki, əsrin əvvələrində görkəmli sistem və struktur xüsusiyyətlərini təsvir olunan zaman daxilində, deyək ki, qədim alman və ya türk dilinin filan əsərdəki mənzərəsini verməyə çalışırdılar. Özü də burada alimin təsvir etdiyi dilləri praktik cəhətdən bilməsi deyil, onun həmin dillərdə mövcud yazılı abidələri və mənbələri daha vicdanla və daha böyük ciddiyyətlə araşdırma qabiliyyəti yüksək qiymətləndirildi. Lakin əsrin əvvələrində İ. A. Boduen de Kurtene və F. de Sössür dilçilikdə inqilabi çevriliş edib göstərdilər ki, linqvistika elmi müasir dillərin sistem və qurum xüsusiyyətlərini tam hüquqla öyrənə bilər, dil mexanizminin açılmasında sinxron tədqiqat metodu diaxron (tarixi) metoddan heç də az əhəmiyyətli deyildir. Məsələnin bu şəkildə qoyuluşu o dövr üçün çox aktual səslənirdi. Əslində bu istiqamət gənc qrammatiklərə qarşı yönəşmiş ciddi bir ehtiraz idi. Aydındır ki, dilcilikdəki bu yenilik alimlərdən tədqiq etdiyi dilləri praktik cəhətdən yaxşı bilməyi tələb edirdi. O zaman söhbət təkcə bir dilin öyrənilməsindən, həmin dilin hazırkı vəziyyətinin tədqiqindən deyil, ümumiyyətlə, dil nəzəriyyəsinin işlənib hazırlanmasından gedirdi. Eəzəriyyənin yararlığı isə onun neçə dil materialına söykənməsindən çox asılıdır. İnanmıram ki, bir dilin materialandan çıxış edən dilçi böyük nəzəri ümumiləşmələrə gələ bilsin. Buradan belə çızmasın ki, bir dilin materialı əsasında uaxşı nəzəri hazırlığı olan dilçi sanballı əsər yaza bilməz. Belə əsərlər yaranır və biz buna çoxlu misal gətirə bilərik. Onlar nəzəri dilçiliyin bu və digər hadisəsinə baxışlar sistemində layiqli yer tuta da bilər, ancaq o, nəzəri konsepsiyasının yaranmasına gətirib çıxara bilməz.
N. S. Trubeskoy «Fonologiyanın əsasları» əsərini yazmaq üçün 200 yaxın dilin materialından istifadə etmişdi. Bu əsər dünya miqyasında hələdə də özünə bərəbərini tanımır.
Məşhur dilçi A. İsaçenko yazırdı ki, iki və daha artıq dilin qarşılışdırılmasının nəzəri əsası vardır. Əgər dilçi yalnız bir dilin tədqiqi ilə, özü də başqa dillərlə müqayisə etmədən, kifayətlənirsə, o, tədqiq etdiyi dilin bir sıra məziyyətini görə bilməz. Dil bilmək sözsüz, dilçinin müsbət cəhəti sayılmalıdır. Amma orası da məlumdu ki, «praktik cəhətdən bir neçə dil bilən mütləq dilçi olmalıdır» hökmünü vermək düzgün deyildir. Düzdür çox dil bilən adamlar dilə həssas olurlar, dilləri tez-tez mənimsəyirlər, amma iki və ya daha çox dil bilən hər bir kəsi dilçi adlandırmaq olmaz. Anadan gəlmə istedadın yüksəlib mücərrəd elmi anlayışlar səviyyəsində düşünə bilməsi, mühakimələr yürütməsi üçün onun məktəb keçməsi vacibdir. Məktəb sözünü biz geniş mənada götürürük. Tarixdən bizə onlarla və yüzlərlə sənətkar məlumdur ki, onlar illərlə məktəb və ya univerisitet kandarlarını döyəcləməyiblər, lakin öz ustadlarının yanındaca elmin və sənətin ecazkar sirlərinə valeh olublar. Bizim xalq arasında belə sənətkarlar yüzlərlədir. Biz əsla o fikirdə deyilik ki, indiki şəraitdə bizdə istedadlar yetişmir. Sadəcə olaraq onu demək istəyirik ki, dilçilik də bir elm sahəsidir və bu sahənin sanballı mütəxəsissi olmaq üçün istedad azdır, gərək istedada düzgün yol göstərilsin. Bu yolda istedad «bişməli» və püxtələşməlidir.
Son zamanlar ikidillikdən çox danışılır. Ümumilikdə götürüldükdə, ikidillik danışanın iki dildə öz fikrini çətinlik çəkmədən ifadə etmək bacarığıdır ki, burada da tam və nisbi ikidillikdən söhbət gedə bilər. Nəzəri baxımdan bu o deməkdir ki, iki dil sistemi çarpazlaşmayanda, yəni bir dil o birinə mane olmayanda söhbət tam ikidillikdən gedir. Eyni mənanın iki dildə verilməsində ikinci dil birinciyə tabe olursa və ikinci dilin işarələrinin mənasını birinci dilin sözləri təşkil edirsə, bu qarışıq ikidillik adlanır. Biz deyərdik ki, mütləq mənada tam ikidillikdən danışmaq çətindir. Çünki belə adamlarda yaxşı müşahidə nəticəsində ya fonetik, ya qrammatik (morfoloji və sintaktik), ya da leksik- semantik səviyyədə ana dili normalarından yayınmalara rast gəlmək olar. N. S. Trubetskoyun təbrincə desək, ana dili sistemi ələyə bənzəyir, ikinci dilin sistem xüsusiyyətləri bu ələkdə ilişib qalır.
Bizim aramızda iki, üç və daha artıq dillərdə danışın adamlar çoxdur. İlk baxışdan bizə elə gəlir ki, doğrudan da, onlar hər iki dili eyni rəvanlıqla işlədə bilirlər. Lakin eyni fərdin iki dildə danışığını mizan- tərəzidən keçirsək, görərik ki, bir dil o birisinə nisbətən daha fəal oynaq, zəngin və rəvandır. Bu da təbiidir, çünki maddi aləmin dərk olunması dillə həyata keçirilir və şübhəsiz, hansı dildə düşünmək və danışmaq dərkolunmanın özünün hansı dildə getməsindən çox asılıdır. Məhz buna görə biz termin kimi ikidilliliyi qoşadillikdən üstün tuturuq. «Qoşa» sözü tamamilə bir-birinin təkrarı olan və ya bütövlükdə bir-birinə oxşayan iki şeyin mövcudluğu deməkdir. «Qoşa» sözünü nə fizioloji, nə də linqvistik baxımdan işlətmək mümkün deyildir. Xalq arasında deyirlər «qoşa qanadlı», «qoşalülə» və s. Bu birləşmələrin ikinci tərəfində verilən söz iki şeyin prinsipcə eyniliyindən çıxış edir.
Qeyd etməliyik ki, ikidillilik problemlərinin işlənib hazırlanmasında həmyerlilərimizin xidməti az olmamışdır. Məgər Nizami, Nəsimi, Fizuli, Xətai, M. F. Axundov, N. Nərimanov, Q. B. Zakir və onlarla başqaları ikidilliliyin əsl mənada bariz nümunələri olmayıblarmı? Məgər yerlilərimiz M. A. Kazımbəy və M. A. Şaztaxtinski dünyada ikidilliliyin elmi konsepsiyasını nəzəri cəhətdən hazırlayanlardan deyildilərmi? Hələ ötən əsrin ortalarına M. A. Kazımbəy Rusiyada türkologiyanın möhkəm təməlini qoydu, sonra bu təməl üzərində elə bir möhtəşəm bina ucaltdı ki, onun zirvəsini Avropa, Amerika və Asiya univerisitetlərindən həsədlə və bəlkə də qibtə ilə müşahidə edirdilər. M. A. Kazımbəy özü poliqlot olmaqla yanaşı (görkəmli alim ona yaxın dil bilirdi) ikidilliliyin nəzəri və praktik məsələlərilə yaxından və ardıcıl məşğul olmuşdur. Dövrümüzdə geniş yayılmış müqayisə və qarşılaşdırma sahələrindəki ideyaların çoxuna onun əsərlərində rast gəlirik. XIX əsrdə təşəkkül tapmış tarixi-müqayisəli dilçiliyin qarşısında duran əsas məqsəd bu və ya digər dil ailələrinə və əsasən hind-avropa dilləri ailəsinə daxil olan dillərin genetik qohumluğunu sübut etmək, bu dil ailəsi daxilində ulu dili bərpa etmək idi. Lakin M. A. Kazımbəyin bu tədqiqat metodu və istiqaməti ilə razılaşmadığı da bəllidir. Onun məqsədi dərs dediyi Kazan univerisitetində türk dillərinin ruslara öyrədilməsində qarşıya çıxan çətinlikləri aşkar edərək ümumiləşdirmək və onların danışığında müşahidə olunan səhvləri (bunlara müasir dilçilikdç interferensiya səhvləri deyirlər) doğuran amillərin şüurlu şəkildə aradan qaldırılmasına yönəlmiş qaydalar sistemi işləyib hazırlamaq idi. Hələ o zaman M. A. Kazımbəy çox doğru olaraq dilöyrənmədə ana dilini ön plana çəkirdi. Sonralar bu konsepsiyanın doğruluğunu çoxları təsdiq etdilər. Akademik L. V. Şerba ikidilliliyə ana dili mövqeyindən yanaşaraq göstərirdi ki, ana dilini dərsdən kənar etmək olar, ancaq onu uşaqların beynindən çıxarıb atmaq olmaz.
Lakin təəssüflər olsun ki, həmyerlimiz M. A. Kazımbəyin bu kimi cığıraçan fikirləri ikidillilik problemlərinin şərhində hələ də öz layiqli yerini tutmamışdar. Hətta bizim rus həmkarlarımız ikidillik problemlərinin şərhində hələdə öz layiqli yerini tutmamışdır. Hətta bizim rus həmkarlaramız ikidillilik problemlərinin işlənib hazırlanmasını əsassız olaraq əsrimizin 50-ci illərindən sonrakı dövrə aid edir və bu sahədəki ardıcıllığı amerika alimlərinin ayağına yazırlar. Halbuki M. A. Kazımbəy, ondan xeyli sonra isə L. V. Şerba dünyada bilinqvizmin əsl cığıraçanları olublar. Yeri gəlmişkən xalqımızın böyük oğlu M. A. Kazımbəyin xatirəsini əbədələşdirmək üçün respublikamızda dil öyrənilən ali məktəblərdən birinə onun adını vermək vaxtı çoxdan gəlib çatmışdır.
Açığını deyək ki, biz M. A. Kazımbəyin dilçilik sahəsində zəngin elmi irsini hələ lazımi şəkildə dərindən öyrənməişik, bu ensiklopedik bilikli alimin ikidillilik haqqında fikir və müddəalarını sistem halında tədqiq etməmişik. 1988-ci ilin sentyabırında türkoloqların Frunzedə keçirilən V Ümumittifaq qrultayında M. A. Kazımbəyin bu sahədəki xidmətlərindən geniş danışıldı və onun nəinki Rusiyada, hətta dünyada ikidilliliyin banisi olduğu faktlarla sübut olundu.
Yuxarıda qeyd etdik ki, iki dil materialından çıxış edən dilçi bir dilin incəliklərini o biri dilin köməyi ilə görə bilir. Hazırda respublikamızda bir neçə dildə danışan və yazan dilçilərimiz az deyildir. A. Axundov, M. Tağıyev, V. Aslanov, V. Məmmədəliyev, F. Hüseynov, R. Mirzəyev və başqaları bu qəbildəndilər.
Eyni zamanda həmin alimlər üçün üç dildə yazmaq, ixtisasa dair üç-dörd dildə ədəbiyyatdan istifadə etmək adi haldır. Etiraf edək ki, son dövrlərdə dissertasiyaların rusca yazılması dilimizdə elmi üslubun formalaşmasına ciddi mane olur. Durğunluq dövrünün bu haqsızlığına son qoymaq lazımdır.
II
Mənə sual verəndi ki, dillərə həvəs Sizdə haradan yaranıb, mən cavab verirəm ki, tələbəlik illərindən. Hələ o zaman məndə fars dilinə böyük həvəs yaranmışdı. Mərhum dilçimiz Q. Bağırovu böyük minnətdarlıqla xatırlayıram. İki il ərzində ev sahibim Səfər dayının köməkliyi ilə mən bu dildə yazmağı və oxumağı öyrənmişdim. Sonralar mən ondan xeyli faydalanmışam. O ki, qaldı uşaqlıqdan dilə olan həvəsimə, onun öz tarixcəsi var. Dünyaya göz açmağıma üç-dörd ay qalmış davaya yola düşən atam çox keçmir ki, cəbhədə ayağının birini qoyub gəlir. Gəlir və ona 8 oğul və iki qız bəxş etmiş arvadını həyatda görə bilmir. Belə acınacaqlı vəziyyətlə üz-üzə gələn atamı ən çox düşündürən mənim normal böyüməyim idi. Ağlım kəsəndən atam Yadigar kişinin dil haqqında bir neçə kəlamı yadımda qalıb, onlar indi də qulağımda səslənir. Cəbhədəki həyatından danışanda dil bilməyin üstünlüyündən söhbət açıb deyirdi: dil bilmək gözəl şeydir, döyüşlərin qızğın çağında arxadan komanda verilirdi, irəlidən də almanlar qışqırırdılar, biz isə heç nə başa düşmürdük. Kəşfiyyata gedəndə elə olurdu ki, lap almanların qulağının dibində olurduq, onların dilini bilsəydik, dediklərini başa düşər, gələcək işimiz üçün xeyli şey götürərdik. O yaralanandan sonra altı ay qospitalda olarkən belə dil bilməzliyinin altını çəkdiyindən danışardı və deyərdi: «evdə də, çöldə də dil bilmək adamın karına gəlir». Odur ki, həmişə bizə nəsiət verərdi ki, «dilləri öyrənin balalarım».
Məktəbə getdiyim ilk illərdə böyük qardaşım Bəxtiyar məni dildən və ədəbiyyatdan tez-tez imtahana çəkirdi, biliklərimi yoxlayırdı. O, qonşu məktəbdə ibtidai siniflərə dərs deyərdi, ədəbiyyata çox həvəsi vardı. Saatlarla Sabirin şerlərini əzbər söyləyirdi. Elə indi də bu həvəs onda qalır, hərdən şer də yazırdı. Mən deyərdim ki, dilə həvəsi məndə ilk dəfə o yatmışdı. Sonralar məktəbdə gözətçi vəzifəsində çalışan müharibə əlili atamın əvəzinə qardaşım Şıxalı ilə mən işləyəndə rus dili fənnindən dərs deyən Qalina Kuçmina öz köməyini məndən heç vaxt əsirgəmirdi. O, mehriban və qayğıkeş müəllimə ilə tez-tez rusca danışardıq. Beşinci sinifdən sonra isə məktəbimizə təyyinatla alman dili dərsini aparmağa gəlmiş Kərim Abbdurrahmanovun, habelə Azərbaycan dili və ədəbiyyatı dərslərini deyən Ziyad müəllimin mənə güclü insani təsirini indi də böyük ehtiramla yad edirəm. O, müəllimlərin hərəsi bir yerdən gəlmişdi: Qalina müəllimə rusiyadan, Kərim müəllim Şəkidən, Ziyadan müəllim isə Qazaxdan. Onlar əsl fədai idilər. Böyük pedoqoji ustalığa və cəlbedici xüsusiyyətlərə malik idilər. Mən dillərə vurğunluğu onlardan öyrənmişəm. Onlar danışığımdakı və yazımdakı səhvlərimi düzəltməkdən yorulmayıblar. İnşa və ifadə yazılarımı diqqətlə və böyük qayğıkeşliklə yoxlayırdılar. Elə Kərim müəllimin alman dilindən mənə öyrətdikləri institutda bu fəndən qəbul imtahanında «4» qiymət almağıma kifayət elədi. İnstitutda isə mərhum Nəzakət xanım və mərhum Cəfər müəllimin dil qabiliyyətinə heyran olmuşdum. Onlar düzgün, səlis və nümunəvi nitqi ilə biz tələbələri çəkinmədən öyrəndiyimiz dildə danışmağa sövq edirdilər.
Burada bir haşiyə çıxmaq istəyirəm: Leninqrad Dövlət Univeristetində aspiranturada oxuyarkən elmi rəhbər seçməli idim. O zamanlar bu məsələnin həllində təkcə aspirantın istəyi və arzusu az idi, gərək nəzərdə tutulan elmi rəhbərin də razılığı olaydı. Məşhur alim L. Zinderə, bu məsələ ilə əlaqədar müraciət edəndə o məni söhbətə tutdu. Xalqımızın görkəmli oğlu Bülbülü xatırladı, Dəmirçizadəni soruşdu, Sadıqdan hal-əhval tutdu və bildirdi ki, ümumiyyətlə, mənim işimə rəhbərlik etməyə etiraz etmir, lakin şərt qoydu ki, mən alman dilinin intonasiyasından referat yazmalı və əgər referat onu əsasən qane edrəsə, eyni zamanda referatda məetiqi nəticələrim onun xoşuna gələrsə, razı olacaq. Cəmisi on gün də vaxtım vardı. Bu müddətdə Leninqrad kitabxanalarında ədəbiyyatı ələk-vələk edərək iyirmi beş səhifəlik referatı rusca yazıb ona təhvil verdim. Ertəsi gün məni gülə-gülə qarşıladı. Artıq ərizəmin üstünə rəhbər olmağa dərkənar qoymuşdu.
Açığını deyim ki, institutda təhsil aldığım beş il müddətidə əlmizdə ixtisasımıza dair elə bir vəsaitimiz yox idi. Mənbələrdən, lüğətlərdən, başqa kitablardan rus dilində istifadə edirdik. Lüğət üzərində alman – rus-azərbaycanca və ya əksinə istiqamətlərdə işləyirdik. Düzü bu çox çətin yol idi, amma eyni zamanda dilə yiyələnməkdə sərfəli və səmərəli yol idi.
İndi isə tələbələrimizin əlində ana dilində az-çox vəsait var, şərait də əvvəlkindən yaxşıdır, amma buna baxmayaraq başqa sahələrdə olduğu kimi dil öyrənmədə də uğurlarımız o qədər də sevindirici deyildir. Yəqin ki, bu etinasızlığımız özümüzə və tariximizə, keçmişimizə və bu günümüzə laqeyid münasibətin yaranmasına səbəb olub.
Bunun bir sıra obyektiv və subyektiv səbəbi var. Subyektiv səbəbi odur ki, indiki gənclikdə elmə, savada yiyələnmək arzusu yox dərəcəsindədir. Bizim tələbəlik illərimiz böyük yürüş illəri idi, xalqın özünütanıması, oyanması çox sürətlə gedirdi, gənclərin arasında yarışa girmək, hər şeyi dərindən, özü də ilkin mənbələrdən öyrənmək istəyi çox güclü idi. O zaman kitabxanalarda və oxu zallarında mütaliə eləyən əlindən tərpənmək olmurdu. Təəssüflə deməliyik ki, durğunluq dövrü bu istəyi, bu arzunu öldürürdü, gənclərin irəli çəkilməsi onların şəxsi keyfiyyətlərinə görə deyil, yerlibazlıq, qohumbazlıq və kimin daha çox arxası var prinsiplərinə əsaslananda, cəmiyyətdə sosial ədalətin kobud şəkildə pozulduğu bir dövrdə adamların həyatda hər şeyə inamı itmək üzrə idi. Onlarda bir laqeyidlik, bəlkə ucdan tutma «böyüklərin» hörmətini qazanmaq, «birncilərin» yanında başı uca olmaq və s. kimi əxlaqi naqislik əmələ gəlmişdi.
III
Əlbəttə, millətin özünü tanıması və dərk etməsi müəyyən tarixi şəraitdə baş veri. Özgələri bizi təhrif edir, sözümüzü, nəğməmizi, hətta adlarımızı gen-bol işlədir, onlara öz donlarını geyindirir və özlərininki kimi qələmə verirlər. Sözlərimizin sonuna şəkilçi əlavə edərək özününküləşdirirlər, biz də özümüzü unuduruq, özgələşirik, sonra da ah-ufla təəccüblənirik ki, bəs niyə belə oldu. Axı «dəmirçi» də, «mənlik» də, «səfər» də, «zor» da, «bala» da, «kotan» da, «can» da, bizim doğma sözlərimizdir, necə olur ki, onların sonuna, eləcə də bu qəbildən olan yüzlərcə sözümüzün sonuna şəkilçi «yan» alır və onlar şəkilçi ilə birlikdə başqalarının malına sevrilir. Mən hələ onu demirəm ki, dini, əqidəsi tamam başqa yönümlü, o cümlədən, dil baxımından hind-avropa dilləri ailəsinə mənsub olan bir xalq bizim kimi rəqs edir, bizə oxşar toy- düyün qurur və nəticədə oyun havalarımızı da, xalq mahnılarımızı da, adətlərimizi də, toy- düyün mərasimlərimizi, milli mətbəximizi də və s. və i. a. abır-həya etmədən özlərininki elan edirlər. Mən başqa hind-avropalıların mərasimində çox iştirak etmişəm, onlardan heç birinin bizim kimi rəqs etdiyini, yallı getdiyini görməmişəm. Heç tarix də belə bir faktı göstərə bilməz. Heç vaxt xalqımız bizim dəyərlərimizin qonşular tərəfindən istifadəsinə etirazını bildirməyib. Fikirləşmişik ki, nə paxıllıqdır, qoy götürsünlər, istifadə etsinlər, onsuz da aləm bilir ki, bunlar bizimdir. Bu bizim ürəyi genişliyimizdən, qəlbiçıqlığımızdan irəli gəlir. Ancaq indi məlum olur ki, bu, sadəlövlükdür. Özümüzünküləri göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq, başqalarına və özlərinə «dayı» gözü ilə yox, öz gözləri ilə baxmaq həvəsi oyanmaqdadır. Kitab mağazalarının, kitabxanalardakı oxu zallarının qənşərində maraqla axtaranların sayı çoxalır, dilə də, ədəbiyyata da, tarixi və fəlsəfiyə də maraq artır.
Yenidənqurma dövründə və aşkarlıq işığında biz öz nöqsanlarımızı çox aydın görürük. Mətbuatımız nöqsanlarımızı kəskin tənqid atəşinə tutmaqla bərabər öz səhifələrində bir sıra aktual məsələyə, o cümlədən dilöyrənmənin linqvistik və metodik prolemlərinə çox yer verilməlidir, onlar respublikamızda yaşayan və Azərbaycan dilini yaxşı bilən digər millətlərin nümayəndələrindən tutarlı materiallar versə, çox yaxşı olar. Mən bir dilçi mütəxxəsis kimi, yeri gələndə, müsahibin dilində danışmağı alqışlayıram, özüm də bundan çox istifadə elirəm. Ancaq mənim üçün dözülməzdir ki, 100-200 nəfərin çalışdığı kollektivdə bir nəfərin xatirinə hamı ucdan tutma o bir nəfərin dilində danışır. Nəyə görə? Məgər mənim danışdığım dil öz doğma ana dilim, zənginliyi və ünsiyyət imkanları baxımından başqa dillərdən geri qalırmı? O özünün zəngin və qədim tarixi ilə, onda yazıb-yaradanların sanballığı ilə, mən deyərdim ki, tanınmış dünya dilləri sırasında durur.
Başqa dildə danışmağı bacaran adamın intellektual səviyyəsi, söszüz, yüksəkdir, ancaq bu səviyyəni öz dilimizin hesabına yox, yeri düşdükcə nümayiş etdirməliyik. Yoxsa, belə olur ki, əmək kollektivləri öz aralarında və iclaslarda ancaq təkdilliliyi nümayiş etdirirlər, özü də bunu özlərinə fəxr hesab edirlər. Ona görə də Azərbaycan dilinin işlək dairəsi daralır və nəticədə özümüzü özgədən xəbər almalı oluruq. Məlum olduğu kimi ölkəmiz çoxmillətlidir. Əksər halda iki, üç və daha çox millətin, xalqın və etnik qrupların nümayəndələri bir yerdə yaşayırlar, əslində belə rayonlarda ikidillilik dədə- babadan kök salıb, bu millətlərin eümayəndələri öz dilləri ilə bərabər ərazidə yaşadığı respublikanın da milli dilində danışır, adət və ənənələrinə əməl edirlər. Mən acarların və azərbaycanlıların gürcücə, gürcülərin və rusların azərbaycanca çox rəvan danışıqlarının şahidi olmuşam. Bu təbii şeydir, içərisində yaşadığı xalqla təmasda olmadan mümkün deyiodir. Dillərin belə çarpazlaşdığı şəraitdə biz üçdillikdən danışırıq. Axı bu xalqlar lazım gəldikdə ruscanı da işlətməyi iqtisadi və mədəni həyatımızda tam xoşbəxtliyə nail ola bilməz. Respublikamızın hazırkı elmi potensialının artan həyati təlabatını nəzərə alaraq tez bir zamanda dilöyrənmənin nəzəri və praktik məsələləri ilə məşğul olmaq üçün mərkəz yaratmalıyıq, buraya talantlı gəncləri cəlb etməliyik.
Məsələnin nəzəri tərəfdən işlənib hazırlanması ilə ölkəmizdə xüsusi laborotoriyalar, kafedralar, hətta institutlar hətta məşğul olur. Lakin bir şeyi qəti yadda saxlamalıyıq ki, tələsik çıxarılan qərarlar pis nəticə verə bilər. Söz yoxdur ki, ölkədə iqtisadi və mədəni əlaqələrin genişləndiyi, siyasi fəallığın ardığı bir dövürdə dilöyrətməilə məşğul olan mütəxəsislərin qarşısında böyük imkanlar açılır. Ana dili ilə birlikdə digər dillərin öyrənilməsinə vəsait qoyuluşu artırırmalı, yəni dərsliklər və dərs vəsaitləri yaradılmalıdır. Elmi mənbələrdən qidalanmaq xarici dilləri bilmək zəruriyyətini ziyalılarimız qarşısında qoyur. Bu gun özünə hörmət edən və bugünün tələbləri səfiyyəsində durmaq istəyən sanballı alim ən azı 3- 4 dili fəal bilməlidir. Fərl dedikdə biz onu nəzərdə tuturuq ki, adam bir neçə dildə sərbəst danışır, yazır, ixtisasına dair ədəbiyyatdan istifadə edir, qeyri- fəal isə mütəxəsisin öz ixtisasına dair ədəbiyyatdan lüğətlə istifadə etməsi bacarığıdır. Ancaq təssüf doğuran odur ki, bəzən adı və familyası azərbaycanca səslənən alim öz ana dilində nə danışa bilir, nə də bu dildə yaza bilir. Burada K. D. Uşiniskinin sözləri yada düşür:
«.. onlardan nə olacaq? Heç nə, yalnız o olacaq ki, uşaq özünə fransız və ingilis təbiyyəti aşılayacaq , valideyinlərinin bicliyi və dəbin axmaq tələbi ilə əbədi olaraq xalqın zəngin mənəvi irsinin ona aid olan hissəsindən məhrum olacaq, o hissəsindən ki, yalnız onunla o vətəninə və xalqına övlad sayıla bilər».
Stalinizmin birbaşa və ya dolayı yolla doğma yurdumuza və doğma dilimizə vurduğu ziyanların sayı hesabı yoxdur. Xalq öz soykökündən, mənəviyyatından və tarixindən ayrı düşmüşdür. Ana dilində oxumayan uşaqlarımızbir çox xalqın klassiklərini pis yaxşı tanıyır, şair və yazıçılardan danışır, söhbət açır, amma öz xalqının nə bir şairini, nə bir yazıçısını tanıyır, nə də öz mənəvi keçmişindən xəbəri olur. Budur xalqın göz görə- görə özgələşməsi, özü də ən dəhşətlisi. Şəhərlərimizdə rus məktəblərinə axının nəticəsində əslində öz soykökündən ayrı düşmüş uşaqlar aşağı siniflərdə pis oxumurlar. Bü əsasən kiçik yaşlıların yeni dil sistemilə rastlaşması və həmin dilə olan hədsiz məhəbbətilə izah oluna bilər. Yaşa dolduqca həvəs azalır və nəticədə yuxarı siniflərdə uşaqlar zəifləyir. Məktəbdən sonra həyata atılmaq məsələsi ortaya çıxanda rnların savadı zəif olduğundan peşə məktəbini seçirlər. O qədər də səy tələb etməyən həmin məzunlar doluşurlar məktəblərə, şəhərlərin ictimai iaşə, rabitə sisteminə, nazirlik və idarələrə makinaçı- katibə ştatlarına.
Şəhərimizdə və xüsüsən paytaxtımızda yaşayan və azərbaycanca danışmağa nəinki həvəs göstərən, hətta ona həddindən artıq ehtinasıslıqla yanaşan digər millətlərdən olan gənclərin fiziki əmək tələb etməyən sahələrdə iaşə, rabitə, nazirlik və idarələrə yardımçı işlərə axınını nəzərə alsaq dil baxımından mənzərənin o qədər də yaxşı olmadığını görərik.
Bununla əlaqədar ortaya məntiqi sual çıxır. Məgər dərzi, makinaçı, dəllək, satıcı, sürücü, çilingər, qaynaqçı, cilalayıcı, tibb bacısı və s. kimi onlarla və bəlkədə yüzlərlə ixtisas üzrə texniki peşə məktəblərinə qəbulu rus dilində aparmağa ehtiyac varmı?
IV
Məktəblərimizdə aşağı siniflərdən rus dili tədris olunur. Lakin istiqamət elə götürülməlidir ki, balalarımız bu dili ana dilinin hesabına yox, ona söykənərək öyrənsinlər. Təəssüflə deməliyik ki, gənclərimizin, əsasən şəhərdə yaşayanların bir çoxunun ana dilini bilməməsinə heç cür haqq qazandırmaq olmaz. Hərçənd ki, bunun ictimai kökləri vardır. Bunun səbəbi xudpəsənd valideyinlərin öz uşaqlarına düzgün istiqamət verə bilməməsindədir. Çoxları elə güman edir ki, uşaqları rusca oxuduqda onların gələcəyi xoşbəxt olacaq, cəmiyyətdə özlərinə layiqli yer tutucuqlar, respublikada da olmasa, ittifaqın başqa şəhərlərində ali məktəbə daxil ola biləcəklər. Bununla gələcəkdə müəyyən bir vəzifə sahibi ola biləcəklər. Bu ideya kökündən yanlışdır və durğunluq dövrünün gənclərimizin psixologiyasına vurduğu ağır zərbədir. Əvvəlcə onu deyək ki, son dövlər ictimai həyatımızda baş verən köklü dəyişikliklər bir daha göstərdi ki, xlşbəxtlik diplomda deyildir. İndi respublikamızda yüzlərcə gənc əlində diplom işsiz qalıb. İkincisi, nədənsə bizim xalqda adamların vəzifəyə can atması meyli çox güclüdür. Aydındır ki, insanın xoşbəxt yaşaması onun yalnız tutacağı vəzifə ilə müəyyənləşdirilə bilməz, hərçənd ki, vəzifədə olanların həyat tərzi çox gözqamaşdırıcı və dəbdəbəli olur, gəncləri də şirnikdirən elə bu dəbdəbədir. Məhz buna görə də bəzi valideyinlər xam xəyallara düşərək uşaqlarını rusca oxutmağa çalışırlar. Daha fikirləşmirlər ki, istedad insanın hansı dildə danışması ilə deyil, onun ictimai-faydalı əməyə şüurlu münasibətindən asılıdır. Gənclərimiz bilməlidirlər ki, xalqımızın gələcəyi yalnız bir şeydən asılıdır: işləməyən dişləməz və zəhmət çəkməyən səfasını görməz. İnsan ən böyük səadətə o zaman nail olar ki, o doğma dildə danışan kollektivində çalışsın və ünsiyyətdə olsun. Atalar deyiblər ki, hər oxuyan Molla Pənah olmaz. Balalarımızın hamsının istedad olacağını söyləmək özümüzü aldatmaq olardı. Hər kəs öz zəhməti və düşüncəsi daxilində səadətini tapmalıdır.
Respublikamızda ikidillik siyasəti yalnız və yalnız ana dilini – respublikanın milli dilini ön plana çəkməklə həyata keçirilməlidir. Bu idarə və müəssələrdə adını azərbaycanlı qoyub, lakin bu dildə bir kəlmə danışa bilməyənləri, eləcə də digər millətlərin nümayəndələrini də düzgün nəticə çıxarmağa, dilimizə tariximizə, ədəbiyyatımıza hörmətlə yanaşmağa sövq edər. Bu ümumi xalq qayğısı tələb edir. Durğunluq dövründə respublikanın rayon, şəhər və kəndlərində rəhbər işə irəli çəkilən adamlar məktəbə barmaqarası baxırdılar, öz uşaqlarını şəhərin ən yaxşı məktəblərində oxudurlar. Özləri qonaq evində, ailələri isə Bakıdakı mənzildə yaşayırlar. Nə veclərinə idi, dövlətin maşını, benzini, onlara xidmət edən sürücülər. Kefləri istəyəndə 400- 500 kilometirlik yolu o tərəf bu tərəfə şütüyürdülər. Heç soruşan da olmurdu ki, siz bu yolları nə o baş, bu başa ölçürsünüz. Birdə ki, heç onların uşaqlarına «gözün üstə qaşın var» deyən olurdumu ki, bu cəsarət sahibinin aqibətinin nə ilə qutardığını biz yaxşı bilirdik. Kənd rayon və şəhər məktəblərinin yolunu tanımayan üzdəniraq rəhbərlər cammatla rusca danışırdılar. İş yerə çatmışdı ki, qədim dövrlərdən dilimizin təmizliyi keşiyindən yenilməz tunc qaya kimi dayanmış kəndlərimizə yayın qızmarında kostuyumda və qalstukda qonaq gələn rəhbər işçilər kənd əməkçiləri ilə onların ana dilində danışa bilmirdilər. Çoxları da buradan belə nəticə çıxarırdı ki, rəhbər rusca danışırsa, deməli bu belə də olmalıdır. Axı, şəxsiyyətə pərəstiş, sonra da durğunluq illəri xalqda itaətçilik hisslərini elə dərindən aşılamışdı ki, onun başqa cür hərəkət etməyə heç imkanı da yox idi. Plan tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsi haqqında ağzı köpüklənə-köpüklənə yuxarılara yalan-gerçək məlumat verən raykom katibinin yadına düşürdümü ki, rəhbərlik etdiyi rayonun sosial-mədəni problemləri üst-üstə yığılıb qalıb, bu problemlərlə bir maraqlansın, məşğul olsun, yolları abadlaşdırsın, məktəb tikdirsin, uşaqlara bağça tikdirsin. Şamaxının Bağırlı kəndində vaxtı ilə iki mərtəbəli məktəb binası tikilmişdi. Güman etmək olardı ki, uşaqlar bu işıqlı binada necə həvəslə oxuyacaqdılar. Bu bina 70- illərin əvvəllərində zəlzələ nəticəsində bir az zədələndi. Sanki elə bu bəs imiş, ikimərtəbəli məktəb o gündən göz dağı kimi qalıb kəndin ortasında istifadəsiz, bunun əvəzində isə mal tövləsi kimi bir balaca dam tikdilər. O vaxtdan kəndin uşları bu damda oxuyurlar. Məgər bunu rayonun, kəndin rəhbərləri görmürlərmi, məgər bu binanı təmir edib uşaqların istifadəsinə vermək olmazmı? Məgər buna görə mərkəzdən xüsusi göstəriş olmalıdır?
Ümumiyyətlə, məktəblərimizdə ictimai və dəqiq fənlərin, dil və ədəbiyyat fənlərinin tədrisini kökündən yaxşılışdırmaq lazımdır. Ümid etmək olar ki, bütün maarif sahəsinin bir nazirlikdə mərkəzləşməsindən səmərəli istifadə etmək mümkün olacaq. Sabahkı gününü düşünməyən xalq yaşaya bilməz. Xalqımızın sabahı isə onun balalarıdır. Xalqın dilinə də, adətini də, tarixini də o balalar qoruyub saxlayacaqlar. Əsassız yerə dərsdən ayrılmasına son qoymaq vaxtı gəlib çatıb, bu işdə ikinci bir fikir ola bilməz. Özbaşınalıq edən rəhbərləri məhkəmə məsuliyyətinə cəlb etmək, onlara qarşı ümumxalq nifrəti yaratmaq, yeri gələndə onları məhşər ayağına çəkmək lazımdır. Bu gün şer əzbərləyən, dil öyrənən hər bir şagirdə yaxşı qayğı göstərilərsə, o, sabah poema yazar, dilimizdə cəh-cəh vurar, körpü salar, ev tikər. Xalqa da bu lazımdır.
Bilinqvizmdən və ümumiyyətlə, dilöyrənmənin nəzəri və praktiki problemlərindən danışanda respublikamızda yaşayan digər etnik qrupların nümayəndələrini də unutmaq olmaz, əslində onlar üçdilliliklə trilinqvizimlə rastlaşırlar. Üçdillilik şəraitində çalışan hər bir kəsə bəllidir ki, üçüncü və daha sonrakı dilöyrənməkdə də ana dilinin aparıcılığı öz qüvvəsində qalır. Yəni dilöyrənmədə, dəxli yoxdur neçənci dil olursa-olsun, ana dilinin əsas götürülməsi sübuta ehtiyacı olmayan aksiomdur. Söz yorxdur ki, əvvəl öyrənilən hər bir dil insanın sonrakı dilöyrənməsinə müsbət təsir göstərməyə bilməz. Çünki burada təcrübə də köməyə gəlir, dillər arasındakı əsas fərqləri və oxşarlıqları da tez görmək olur. Çox dil bilən adamın üstünlüyünü sübut etməyə ehtiyac yoxdur. Bir var, müsahibinlə onun dilində danışasan, birdə var ki, onunla tərcüməçi vasitəsilə ünsiyyətdə olasan. Burada məşhur Çarli Saplinin sözləri yada düşür: «Tərcüməçinin köməyi ilə söhbət etmək çox uzaqda olan hədəfə güllə atmağa bənzəyir ki, burada güllənin hədəfə dəymədiyini xeyli gözləmək lazım gəlir. Çox gözəl deyilib. Həyatın müxtəlif sahələrində nişan aldığımız hədəfə vurmaq istəyiriksə, bir neçə dil öyrənməliyik. Bu günkü alim öz ana dili ilə yanaşı ən azı bir xarici dil bilməlidir. Əks təqdirdə biz özümüzü təsdiq edə bilmərik. Son dövrlərin hadisələri bir daha göstərdi ki, xalqımızın qıdim və zəngin keçmişini, bu gününü və sabahını dünya miqyasında tanıdmaq üçün gənlərimizin başqa dilləri bilməsi vacibdir».
Dil məsələsi həmişə adamları düşündürmüşdür. Hələ ötən əsrin axırlarında polşalı göz həkimi L. Zamenkofun esperanto («ümid edən» deməkdir) adlı sünii dil yaratmaq ideyası da buna aydın sübutdur. (Sonralar «esperanto» sözünü göz həkimi özünə ləqəb götürmüşdü). Bu dili yaratmaqda məqsəd dil müxtəlifliyini aradan qaldırmaq, bütün xalqların bir-biri ilə ünsiyyətə girmək imkanını təmin etmək olmuşdur. Buradakı «süni» sözü nisbi mənada başa düşülməlidir. Çünki əslində bu dil söz köklərinin 70 faizini roman, 20 faizini german, 10 faizini isə başqa dillərdən götürmüş və iltisaqi (türk) dillərin sözdüzəltmə prinsipinə əsaslanaraq küllü miqdarda çapda çıxmış 40 səhfəlik «UNİO LİBRO» («Birinci kitab») əsərində L. Zamenhof cəmisi 2600 söz işlətmişdi, hazırda isə esperanto dilində 180000-ə qədər söz vardır. İndi esperantoçular bütün dünyada geniş yayılmış cəmiyyətlər yaratmışdır. Lakin bu cəmiyyətlər nə qədər geniş yayılsa da təbii dillərin süni dillə lap bu yaxınlarda əvəz etmək mümkün oldubunu söyləyənlər tezliklə bunun qeyri real olduğunu başa düşdülər. Məsələ burasındadır ki, ana dilini bizə heç kəs məcburi öyrətmir, biz ona uşaqlıqdan yiyələnirik. Süni dil nə qədər cazibəli olsa da o süniliyində qalır və təbii dili əvəz edə bilməz.
Son illərdə həyatımızın bütün sahələrinə pişələnmiş yenidənqurma yaradıcı ziyalılarımızın fəallığına çox güclü təkan vermişdir. İndi hansı sahədə çalışmadığından asılı olmayaraq ziyalılarımız nöqsanlardan cəsarətlə, özü də vətəndaş prinsipiallığı mövqeyindən söhbət açırlar. Bu da öz növbəsində bütövlükdə respublikamızda sosial-mədəni quruculuğun sürətlənməsinə müəyyən kömək deməkdir. Bilavasitə bilinqvizimlə əlaqadar olmasa da, bir məsələ üzərində də xüsusi olaraq dayanmaq istərdik. Bu gün şəhər və kəndlərimizdə bizi daha çox narahat edən məsələlər hansılardır?
Sübuta ehtiyacı olmayan həqiqətdir ki, ürəyi xalqla döyünən ziyalı bugünkü qaynar həyatımızı seyr etməklə kifayətlənə bilməz. Yəni yenidənqurma kimi inqilabi prosesdən yan keçmək mümkün deyildir və heç kəs bu işdə öz fədakarlığını əsirgəməməlidir. Köhnə ilə yeninin mübarizəsində hər kəsin, o cümlədən, ziyalının da yeri aydın görünməlidir. Alim dostlarımdan biri durğunluq dövrünə ümumiləşmiş şəkildə qiymət verərək çox haqlı olaraq dedi: «Nə vaxta qədər ki, ziyalılarımızın kənddə və şəhərdə nüfuzu milis sahə müvəkkilindən və ya tarla birqadirindən aşağı olacaq, biz sözün əsl mənasında ziyalı şəxsiyyətini arzu olunan səviyyəyə qaldıra bilməyəcəyik». Düzdür, bizim elə savadlı, dünyagörüşlü ziyalılarımız vardır ki, onlar şöhrəti bütün ölkəyə bəllidir. Lakin bunlar ayrı-ayrı fərdlərdir. Söhbət isə, ümumiyyətlə, ziyalı nüfuzuna laqeyd münasibətdən gedir. Ancaq etiraf edək ki, bu gün ziyalı qayğıları səlahiyyətli idarı rəhbərlərini az maraqlandırır və ya heç maraqlandırmır. Mən respublikamızın təbiətinə və torpağına vuoğunam və imkan düşdükcə onun müxtəlif rayonlarına səfərə çıxıram. Gördüklərim isə əksər hallarda məni məyus edir. Hanı əsrimizin sonu səviyyəsində duran yollarımız, hanı bizim müasir tələblərə cavab verən sosial-mədəni obyektlərimiz?! Niyə min illərdən üzü bəri gəlib çatan abidələrimizə münasibət belə acınacaqlıdır? Bəlkə maddi vəsaitimiz imkan vermir? Xeyr, bərəkətli torpağımızda hər şey yetişir, həm də plan tapşırıqlarını artıqlaması ilə. Bəs səbəb nədir? Səbəbi durğunluq dövrünə axtarmalıyıq. Altmışıncı illərdə ziyalı sözünə çox böyük qiymət verilirdi, ziyalılarımızdan bacarıqlıları, səriştəliləri irəli çəkilirdi. Onlar da öz növbəsində göstərilən ehtimadı doğrultmaq üçün əllərindən gələn hər şeyi edirdilər, çünki onlar yaxşı başa düşürdülər ki, vəzifə müvəqqəti şeydir və nə qədər ki, bu vəzifəni tutmusan, xalqına, elinə və obana vicdanla xidmət etməlisən. Axı sabah vəzifədən çıxandan sonra öz həmyerlilərinlə üz-üzə gəlməli olacaqsan. Pis rəhbər olmusansa, onda camaatın üzünə necə baxarsan? Camaat səni daş-qalaq eləməzmi? Bax bu idi o dövrün psixologiyası. Kürdəmir rayonunun Yenikənd kəndində altmışıncı illərin ortalarında asfalt yol çəkdirəndə, o kəndə hamam, klub, kitabxana, uşaqbağçası, qonaq evi və s. kimi sosial-mədəni obyektlərin salınmasını planlı şəkildə həyata keçirəndə kolxoz sədri vəzifəsində çalışan, o kənddə doğulmuş, orada boya-başa çatmış, ixtisasca rus dili müəllimi Musa Cəfərov bircə amala qulluq edirdi ki, o da öz kəndinin xoşbəxt gələcəyi uğrunda namusla və qeyrətlə çalışmaq idi. Lakin yetmişinci illərin axrına yaxın kadırların seçilməsi və yerləşdirilməsi prinsipləri kobudcasına pozulurdu, kürdəmirlini Daşkəsənə, daşkəsənlini isə Kürdəmirə rəhbər vəzifəyə göndərirdilər. Durğunluq dövründə Kürdəmirə daha haralardan rəhbər göndərmədilər. Nəticədə başladı hərc-mərclik. Çünki rəhbər işə gələni el tanımır, gələn isə hər şeylə hesablaşmar, məlum olmayan bir adam başlayırdı tuğyana. Salınan yollar dağıldı, tikilən binalar çevrildi xarabazarlığa. Gələnlər də boşalan çamadanlarını doldurub göndərilirdilər başqa bir rayonu qara günə qoymağa. Mən Yenikəndə gedəndə tikintisinə küllü miqdarda pul xərclənmiş, indi isə yolun qırağında uçub dağılan yiyəsiz hamamın yanından ürək ağrısı ilə keçirəm. İş o yerə gəlib çatmışdı ki, toy və məclislərimizi bəzəyən milli xörəklərimiz yaddan çıxmışdı, əvəzində isə camaata borş verirdilər. Üstündən də böyük-kiçik bilmədən səxavətlə hamıya araq təklif olunurdu. Bir vaxtlar mərhum sənətkarımız Şakirin çalıb çağırdığı məclislərin, Zülfüqarın, Həsrətin adamı vəcdə gətirən qara zurnasının səsi gələn toyların əvəzinə işıq gücünə guruldayan gitara dəbə düşdü. Toylarımızda vaxtı ilə aşıq Əhməd bütün gecəni dastan oxuyardı, Eynulla mahnı və muğam deyərdi, böyükdən kiçiyə qədər hamı diqqətlə qulaq asıb feyziyab olardı, yerlərdən isə «aşığa bir xələt», «ustada bir xələt» səsləri ucalardı. Məni bir ziyalı kimi narahat edən budur ki, niyə adı-sanı bütün respublikamızda iftixarla çəkilən Eynulla kimi el sənətkarına fəxri ad verilməsin?! Bəlkə bu fəxri ada layiq olmaq üçün xüsusi senz qoyulmuşdur?! Məgər xalq məhəbbəti bu ad üçün azlıq edir. Yoxsa indiki kimi, məclis əhli yeyib-içir, başlar dumanlanır, bir-iki nəfər düşür ortalığa başlayırlar soncuqlaya-soncuqlaya oynamağa. Çalanların da gözü qalır əllərdə, görək onlara daha çox kim şabaş verəcək. Mənim ailəmimdə şabaşdan təhqir edici şey ola bilməz. Bu bizim xalqımıza yabançı adətdir. Az müddətdə xalqın illərdən bəri göz bəbəyi kimi qoruyub saxladığı mərasikeçirmə ənənəsi tamam eybəcər şəklə düşdü. Vaxıtılə qohum-qardaş dost-tanış bir birini görəndə sevincək deyirdilər: «Filan kənddən filankəs məni toya çağrıb deyəki, Topalhəsənliyə, Qocalıya, Dəyirmanlıya, Yenikəndə, indi isə eşidirsən: Kirov kolxozuna, Çkalov kolxozuna, Moskva kolxozuna toya çağrılmışam». Beləliklə nəinki gözəl adət ənənələrimiz unudulurdu. Hətta adımız da, ünvanımız da özgələşirdi. İlk baxışdan bunlar kiçik görünə bilər, əslində isə xalqın tarixini özündə yaşadan bu adları qoruyub saxlamaq lazımdır. Burada mətbuatımızın da radio və televiziyamızın da xüsusi diqqət göstərməsi lazım gəlir. Bizə elə gəlir ki, yenidənqurmanın indiki mərhələsində durğunluq dövrünün bu eybəcərliklərindən bacardıqca yaxa qurtarmalı, itirilmiş adət və ənənələrimizi ziyalılarımızın köməyi ilə bərpa etməliyik. Gəlin nə qədər gec deyil qaydaq öz məcaramıza. Qoy toylarımızdan yenə sevimli aşıqlarımızın dastanları eşidilsin, müğənilərimizin tar-qavalla, bir də yastı balabanın müşayəti ilə oxuduğu mahnı və muğamlar ucalsın, oyun havalırımız qara zurnada səslənsin plovumuz məclislərimizi bəzəsin. Bunların hamsının özümüzə qaytarılmasında ziyalılarımız olmalıdır.
İndi yenidənqurmadan çox yazırlar, bəziləri həmişə olduğu kim durğunluq dövrünün ətalətindən hamıdan tez çıxıb irəli getməyə can atır, «ön cərgədə getmək», «birincilər» sırasında olmaq, «təpərin çatdı, çatmadı gərək hər yerdə sən və ya sən» olmaq fürsətini əldən vermək istəmir. Mənə elə gəlir ki, elə bu canatmanın, bu istəyin özü durğunluq dövründən qalmalıdı. Həyat fəlsəfəsi öyrədir ki, hər kəsin öz taleyi, öz qisməti var. Bu həyatda hər kəs bir yay kimi çəkilib, o yayın sıxılıb-açılmasından asılı olaraq, insan cəmiyyətdə özünə yer tutur, o ki, qaldı birinci, yaxud sonuncu buna yalnız zaman hökm verə bilər. Təcrübə göstərir ki, bu işdə zamandan gözəl meyar yoxdur. Durğunluq dövrü bizdən kənarda olmayıb, mən yaşda olan nəslin də psixologiyasına o dövrün təsiri olub. İndi biz o psixologiyadan birdən-birə uzaqlaşa bilmirik. Buna da vaxt lazımdır.
Beş ilə yaxındır ki, yenidənqurma və aşkarlıq ömrümüzə və günümüzə daxil olub. Lakin bu keşməkeşli bir dövrdə uğur qazanmaq üçün elmi nəzər və əməli iş təcrübəsi lazımdır. Təcrübəsizliyimiz bizə baha başa gəlir. Yanvar hadisələri deputatlarımızın süstlüyü bu fikirin doğru olduğunu bir daha sübut etdi. Biz bu gün böyük təəssüf hissi ilə deyirik ki, respublikamızdan gedən deputatların bir çoxu tarixin böyük sınağına davam gətirmədi. Durğunluq illərinə aşkarlıq işığında nəzər salanda geriliyimizin səbəblərini, amirələniyin xalqımıza nə qədər zərər vurduğunu biz bəzi deputatların timsalında aydın görürük.
Paytaxtımızda pasport qeydiyatının dayandırılması ilə bağlı vaxtı ilə Bakı şəhər partiya komitəsinin çıxardığı qərar neçə-neçə istedadlı gəncin ali məktəblərimizdə və aspiranturada qalıb oxumasına maneçilik törətdi, onun əvəzində isə səriştəsiz və zəiflər institutlara doluşmuşdular. Budur, bax düşünülmədən verilmiş bir şəxsin iradəsini ifadə edən qərarın xalqa vurduğu ziyan. «Əlaçılar ucqar kəndlərə» şüarı kökündəe səhv idi, bu şüarın arxasında hansı niyyətin gizləndiyini görmək üçün lupa lazım gəlmirdi. İndi respublikamızda dilçilik sahəsində çoxlu istedadlı alimlər yetişib. Biz Azərbaycan dilçilər Cəmiyyətinin yaranması haqqında ciddi düşünməliyik, belə bir cəmiyyət yaradılarsa ona mətbuat orqanı yaratmaq hüququ verilməlidir, bu bizim xalqın artan səviyyəsinə bir sübut olmazmı? Respublikamızda bir sıra ixtisas üzrə xüsusi müdafiə şürasının yaradılmasına ciddi ehtiyac var, amma təşkilatlar yerlərdən verilən təşəbbüslərə biganə qalır, bir az da açıq desək sadəcə olaraq bu işə pəl vururlar. Nəticədə dissertasiya müdafiə etmək istəyən gənclərimiz başqa şəhərlərdə və respublikalarda qapılar arxasında aylarla gözləməli olurlar.
1980-ci ildə Avstriyada fonoloqların II Ümumdünya qurultayı keçirilməli idi. Həmin qurultayın təşkilat komitəsi bu sətirlərin müəllifini də məruzə ilə çıxış etmək üçün oraya dəvət etmişdi. Nazirlikdə o zaman hökm sürən bürokratizm və konservatizm mənim o qurultaya getməyimə imkan vermədi. Uzun gəl-getlərdən sonra məlum oldu ki, sənətlər Moskvaya gec göndərilib, ona görə də geri qayıdıb. Və ya başqa bir misal. SSRİ EA-nın Fiziologiya və Akustika mərkəzi Leninqrad və Moskva alimlərinin məsləhəti ilə «Eşitmə obrazlarının avtomatik tanınması» üzrə Ümumittifaq sipoziumunu bizim respublikada keçirməyi qərara almışdı. Onu deyim ki, əvvəlki simpoziumlar bütün müttəfiq respublikaların paytaxtlarında, Odessada, Novosibiriskdə və s. keçirilmişdir. Simpoziumda İttifaqın müxtəlif şəhərlərindən 250- yə qədər alim iştrak etməli idi, simpoziumun ikicilidlik materialları burada çap olunacaqdı. Bu simpoziumda 20 nəfərə yaxın adam bizdən məruzə ilə çıxış edəcəkdi. Lakin təəssüflər olsun ki, Azərbaycan KP MK-nin elm və təhsil şöbəsinin sabiq müdiri, Nazirlər Sovetinin keçmiş birinci müavini bu simpoziumun keçirilməsinə icazə vermədi. Sözün düzü biz də çox pərt olduq, yoldaşlardan dəfələrlə üzr istədik və dedik ki, simpoziumu bizdə keçirmək mümkün deyil. Səbəbi səbirsizlik idi. Burada Sabir yada düşür: «Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz». Qöy bir yana qalsın, avtomobilə minməyimizə ciddi əngəl törədən durğunluq dövrünü nə qədər tez aradan qaldırsaq, yenidənqurmamız o qədər uğurlu olar.
Qeyd etməliyik ki, indiki gənclərin şüuru da dərrakəsi də ağlı və zəkası da səviyyəcə xeyli yüksəkdir. Gənclərimizin mədəni səviyyəsi, hadisələri təhlil edib onlara obyektiv qiymət vermək qabiliyyəti öz hüquq və vəzifələrini düzgün başa düşdüyündən tələbkarlığı da artıb. Bunu son dövrlərin hadisələri bir daha sübut etdi. Açığını deyim ki, neçə vaxt bundan əvvəl gənclərimizlə yaxından tanış olanda, onlarla söhbət eləyəndə məndə saysız-hesabsız suallar yaranırdı: axı bunlar niyə belə mütidirlər, belə qorxaq və acizdirlər? Başqa ölkələrdə gənclərin həddindən artıq ictimai fəallığı müqabilində bizim gənclərin passivliyi ciddi narahatlıq əmələ gətirirdi. Sən demə bu heç də belə deyilmiş, sən demə gənclərimizin içində hər addım təlatümə gəlməyə hazır sakit bir dəniz varmış, bu dənizin sahilinə çəkilmiş iri beton divarlar onun dalğalarını kənara buraxmırmış. Bu beton divarlar, bu yasaqlar bizə keçmişdən miras qlmış repressiya və durğunluq dövrlərinin qadağanları imiş. Yenidənqurma ruhu bu divarı, bu qadağanları süpürüb atan kimi gənclərimiz bütün xalqımız kimi səf-səf mübarizə cərgələrinə düzülərək öz sözlərini bütün ölkəyə və bütün dünyaya elan etmək iqtidarında olduqlarını yekdilliklə bildirdilər. Xalqın ağrısını bütün varlğı ilə gizlətməyə çalışan qüvvələr illərdən bəri yığılıb qalmaş problemlərin həllini hələ də ləngitməyə cəht göstərirlər. Gənclərimizin həyatında yaranmış ab-hava durmadan durulmalı, köhnəliyə qarşı bütün cəbhə boyu mübarizəyə sövq edən çağrışlara səs verilməlidir. Yalnız belə olduqda sabahkı uğurlarımızın özülünü bu günə qoya bilərik.