Fəxrəddin Yadigar
German Dilçiliyinə Giriş
Bu kitab german dilçiliyinin sistem və struktur xüsusiyyətlərini
müasir dilçilik və çağdaş germanistika baxımından şərh edir. Kitabda müəllif bu sahədə son illərin nəşrlərini təhlil etməklə elmi-nəzəri ədəbiyyata öz tənqidi münasibətini bildirir, german dillərinin aktual problemlərini qabarıq şəkildə göstərməyə nail olur.
Elmi redaktor: f.e.n. dos. F.Ə.Aslanov
Rəyçilər: f.e.d. prof. H.Quliyev
f.e.n. dos. S.M.Zeynalova
I. Giriş
I.1. Kursun məqsəd və vəzifələri
I.2. Kursun kadr hazırlığında yeri və əhəmiyyəti
I.3. Kursun başqa fənlərlə əlaqəsi
I.4. Kursun obyekti və predmeti
I.5. Kursun tədqiqat metodları
I.6. Dil-danışıq münasibətləri
I.7. Transkripsiya və onun əhəmiyyəti
I.8. Girişə dair yoxlama suallar və tapşırıqlar
II. Germanistikanın tarixinə bir baxış
II.1.German dilləri haqqında ümumi məlumat
II.2. Ulu dil haqqında
II.3. German dillərinin səciyyəsi
II.3.1.Doğu german dilləri. Qot dili
II.3.2. İsveç dili
II.3.3. İngilis dili
II.3.4. Güney germanları
II.3.5. Daç (flamand, Niderland, holland) dili
II.3.6. Alman dili
II.4. Fəslə dair yoxlama suallar və tapşırıqlar
III. German dillərində söz (leksik lay)
III.1. Söz haqqında ümumi məlumat
III.2. Sözün yaranması (mənşəyi) və strukturuna dair
III.3. Sözün formal xüsusiyyətləri
III.3.1.Sözün məna strukturuna dair
III.3.2.Sözün (işarənin) denotatı və konotatı
III.3.3.Mənanın dəyişməsi (diaxronik semasiologiya)
III.3.4.Dubletlər
III.4. Dilin söz fondunun bölgüsü
III.7. Fəslə dair yoxlama suallar və tapşırıqlar
IV.1. Ünsiyyətin modeli
IV.2. Ünsiyyətin fizioloji aspekti
IV.3. Ünsiyyətin akustik aspekti
IV.4. Ünsiyyətin perseptiv aspekti
IV.5. Ünsiyyətin linqvistik aspekti
IV.7. Səs, variant və fonem münasibətləri
IV.8. Fonemlərin identifikasiyası
IV.9. German dillərinin fonem inventarı
IV.10. Fonem sistemi fonemlərin qarşılıqlı münasibətidir
IV.11 Fəslə dair yoxlama suallar və tapşırıqlar
V. Fonemlərin distributiv təhlili
V.1. Fonem birləşmələri və fonem dəyişmələri
V.2. Fonem əvəzlənmələri
V.3. Fonem realizasiyasına heca və prosodiyanın təsiri
V.4. Sintaqm intonasiya vahidi kimi
V.5. Fəslə dair yoxlama suallar və tapşırıqlar
VI.2. Dilin morfoloji qurumu və morfem tərkibi
VI.4. Morf, allomorf və morfem münasibətləri
VI.5. Morfemlərin valentliyi və variativliyi
VI.6. Sözün morfem strukturu
VI.7. Nitq hissələri
VI.8. Fəslə dair yoxlama suallar və tapşırıqlar
VII. 6. Qrammatik funksiyalar
ÖN SÖZ
Giriş yazmaq, özü də dünyada ən geniş yayılmış dillərdən olan german dillərinin öyrənilməsinə həsr edilmiş kitab yazmaq son dərəcə məsuliyyətli bir işdir. Bu məsuliyyəti tam dərk etdiyimizdən belə bir iş yazmağı heç vaxt boynumuza götürməzdik. Lakin roman-german filologiyası fakültəsinin açılmasında bilavasitə təşəbbüskar və iştirakçı olduğumuz üçün belə bir dərsliyin yazılması fikrindən yan keçə bilmədik. Həm də 70-ci illərdən bəri «Dilçiliyə giriş» və «Ümumi dilçilik» fənlərindən oxuduğumuz mühazirələrin köməyimizə çatacağına möhkəm inanırdıq. Lakin bu kitab üzərində iş zamanı yanıldığımızı başa düşdük, çünki külli miqdarda əlavə mənbələri araşdırmalı olduq.
Nə isə, işə başlamışdıq, daha geriyə yol yox idi. Ona görə də ilk təcrübə kimi kitabı başa çatdırmağı qərara aldıq.
Bu kitabın birinci fəslində biz tədrisimizin obyekti olan german dillərinin ümumi mənzərəsini verməyə çalışmışıq, bu dillərin elmi şəkildə öyrə nilməsinə nə vaxtdan başlandığını, onlara qohum olan dillərlə genetik yaxınlığına sübut olan fakt ları, dilin nə demək olduğunu, bu dillərin misalları ilə açmağa cəhd göstərmişik. İş orasındadır ki, bu dillərdə hansı problemə toxunsaq, o, mütləq ümumi dilçilik işığında şərh olunmalıdır, zira ümumi dilçiliyin üzdə olan bütün problemləri olmasa da, demək olar ki, əksəriyyəti bu dillərin materialları əsasında formalaşaraq nəzəriyyə səviyyəsinə qalxmışdır. Bu gün linqvistikada məlum nəzəriyyələrin çoxu german dillərinin konkret dil materiallarına söykənir. Komporativistlər, gənc qrammatiklər, sosial dilçilik cərəyanının nümayəndələri, psixolinqvistlər, funksionalistlər, strukturalistlər, deskriptivistlər, qlossematiklər və s. əldə etdiklərinin əksəriyyətini german dillərinin konkret tədqiqi nəticəsində qazanıblar. Odur ki, bu kitabı müəyyən mənada dilçiliyə giriş də adlandırmaq olar.
Müəllif öz doğma türkcəsindən sonra german dillərindən alman dilini rus dili ilə birlikdə ikinci və üçüncü dili hesab edir, ingiliscə sərbəst danışır, fransız dilindən lüğətlə istifadə edir, Azərbaycan dili ilə qohum olan Türkiyə türkcəsini tam başa düşür və danışır, digər bir neçə dildə ünsiyyətə girə bilir. Göründüyü kimi, bu dillər müəllifə çox yaxındır, ona görə də konkret dil materialını şərh etməkdə o, subyektivizmə yol verə bilməzdi.
Beləliklə, kitabın obyekti kimi götürdüyümüz dillərin ümumi mənzərəsini verdikdən sonra biz ikinci fəsildə bu dillərin tədqiqi tarixinə nəzər salmağı üstün tuturuq. Yalnız bundan sonra bu dillərin ayrı-ayrı aspektlərini müqayisəli və qarşılıqlı şəkildə şərh etməyə başladıq. Bu kitabda fonetika, fonologiya, morfologiya/morfematika, leksikologiya və sintaksisə müvafiq olaraq fəsillər həsr edilmişdir.
Məqsədimizə necə nail olduğumuzu oxucularımız deyəcək, bizsə fürsəti əldən verməyərək xeyirxah və ciddi iradlar söyləyəcək oxucularımıza bəri başdan öz minnətdarlığımızı bildirmək istərdik.
Bu kitabdakı qüsurları müəllifə çatdıran hər bir oxucu nə qədər çox tutarlı dəlil gətirsə, müəllif bir o qədər tez inanar və onları kitabın gələcək nəşrində, sözsüz, nəzərə alar.
Bu kitabın filologiya fakültələrinin tələbə, magistr və aspirantları, habelə çağdaş linqivistikanın bütün problemlərilə maraqlananlar üçün dəyərli mənbə olacağına inanıram.
Müəllif
1999-2000
Bakı-London-Boxum-Bakı
I.1. Kursun məqsəd və vəzifələri
Ölkəmiz üçün roman-german filologiyası üzrə kadr hazırlamaq biz germanist və romanistlərin çoxdankı arzusu idi. Lakin bu arzunu gerçəkliyə çevirmək o qədər də asan iş deyildi. Yuxarılar bu işdən boyun qaçıraraq deyirdilər ki, kifayət qədər kadrımız və lazımi tədris bazamız yoxdur. Odur ki, hər dəfə məsələ qaldırılanda bizə yox cavabı verirdilər. Ancaq illər ötdü, ölkəmiz müstəqillik qazandı, elm, texnika, istehsalat və digər fəaliyyət sahələri üçün lazım olan kadrların hazırlığı məsələsi öz ixtiyarımıza keçdi. Elə o gündən yavaş-yavaş roman-german dilləri fakültəsinin yaradılması ideyasına qayıtdıq. Və nəhayət, arzumuz çin oldu.
Artıq bir neçə ildir ki, bu fakültə bizdə fəaliyyət göstərir və təbii ki, başlanğıcında olduğumuzdan bu yeni yolun bütün göstəricilərini özümüz hazırlamalıyıq. Bizim də öhdəmizə "German dilçiliyinə giriş" fənnindən mühazirə mətnlərini hazırlamaq düşüb. Elə bu kitab həmin mühazirələrin əsasında meydana gəlib.
Proqram üzrə fənnə 50 saat vaxt ayrılıb - 30 saat mühazirələrə, 20 saat seminarlara. Bu kitabı mühazirələrə görə də bölüşdürmək olardı. Ancaq bu bölgü kitabın oxunaqlığını və informativliyini azaldardı. Ona görə də biz ənənəvi bölgüyə sadiq qalıb, fənnin öz daxili bağlılığını saxlamağı qərara aldıq.
Sual oluna bilər, bəs romanist və ya germanist bizim nəyimizə gərəkdir? Bu kadrların hazırlığını pedaqoji fakültələrə həvalə etmək olmazdımı? Doğrudan da, geniş və dərin bilikli mütəxəssislər (romanist və germanistlər) hazırlamaq üçün bizim elmi-texniki bazamız varmı? Bu cür suallar çox təbii görünə bilər. Öncə qeyd etməliyik ki, dünya əhalisinin 1 milyarda qədəri roman və german dillərində fəal ünsiyyətdədir1. Yəqin ki, bir o qədəri də qeyri-fəal şəkildə bu dillərdən (xüsusilə ingilis, alman, ispan və fransız dillərindən) istifadə edir. Məlumdur ki, müasir istehsalatın elmi və texniki bazasının və həcminin səviyyəsinə görə bu dillərdə danışan xalqlar daha irəlidədirlər. Bütün dillərdə yaranan informasiyanı ölçmək mümkün olsaydı, mübaliğəsiz demək olar ki, onun çox böyük hissəsi bu dillərdə danışan xalqların payına düşür. Azərbaycan xalqı bu cür zəngin informasiya mənbəyindən məhrum ola bilməz.
I. 2. Kursun kadr hazırlığında yeri və əhəmiyyəti
İmperiyanın dövründə biz xarici aləmlə əlaqələrimizi yalnız və yalnız rus dili vasitəsilə qururduq. İndi isə vasitəçi olmadan dünya miqyasına çıxmaq istəyirik.
Göstərilən dillər üzrə geniş profilli kadrlar hazırlamaq niyyətimiz öncə bu deyilənlərlə bağlıdır. Pedaqoji şöbələr isə məktəb müəllimləri hazırlayır, ona görə də onlar bu işin öhdəsindən gələ bilməzlər. German və roman dillərində danışan xalqların incəsənət və mədəniyyətini, tarix və coğrafiyasını, dil və ədəbiyyatını, adət və ənənəsini, siyasi və ictimai durumunu, iqtisadi vəziyyətini dərindən öyrənmək, xalqımızı bu sahələri əhatə edən informasiyalarla dolğun şəkildə birinci əldən məlumatlandırmaq, eynilə özümüz haqqında olanları obyektiv olaraq german və roman dillərində danışanlara vasitəsiz çatdırmaq bu ixtisasların qarşısında duran ümdə vəzifələrdəndir. Yalnız belə olduqda biz müstəqilliyimizi yaşada bilərik.
Almaniyanın çox nüfuzlu «Frankfurter Allgemeine» qəzetində 11 iyul 1998-ci il tarixli sayında çap etdirdiyi məqaləsində K.Hofmann Bakımız və bütövlükdə Azərbaycanımız haqqında ətraflı söhbət açır və reallıqlardan xəbərsiz olduğuna görə bir sıra təhriflərə yol verir. Məs.: Dağüstü parkın bu yaxınlarda qəbiristanlığa çevrildiyini və ya Cənubi Azərbaycanda cəmisi 12 milyon türk yaşadığını iddia edir. Halbuki o, real gerçəkliklə tanış olsaydı, bilərdi ki, hələ 1918-ci il erməni qırğını nəticəsində1 qanına qəltan edilmiş 30 minə yaxın soydaşımız elə bu Dağüstü parkdaca torpağa gömülmüşdülər. Digər tərəfdən müasir demoqrafik mənbələr cənubda 30 milyondan artıq Azərbaycan türkünün yaşadığını yazır. Yalnız rusdilli qaynaqlar alman jurnalistinin dediyi kimi yazırlar. Göründüyü kimi, bizim haqqımızda fikir söyləyənlər hələ də vasitəçilərdən əl çəkə bilmirlər. Bizim jurnalistlər də Avropadan ilkin mənbəyə söykənməyib yazanda, güman ki, bu cür yanlışlıqlara yol verirlər. Belə yanlışlıqlara yol verməmək üçün ekspertlərin rəyinə böyük ehtiyac duyulur. Ekspert isə təsadüfi adam ola bilməz, o, mütləq mütəxəssis olmalıdır. Beləliklə, bizim hazırladığımız germanist və romanistlər2 german və roman dillərinin yazılı və şifahi qolları üzrə geniş profilli mütəxəssislər olmalı, anqlistdirsə, Amerikadan tutmuş Avstraliya, Yeni Zelandiya, Afrika, bir sözlə, ingilis dilinin, dar mənada germanistdirsə, alman və daç dillərinin işləndiyi bütün bölgələr üzrə, bu dillərin tarixi də daxil olmaqla hərtərəfli bilikli kadrlar olmalıdırlar. O ki qaldı bizim elmi-texniki bazamızın olmamasına, bu məsələni də tədricən həll etmək olar. Öncə deyək ki, bu fakültədə işləməyə qadir olan, mühazirə və seminarları yüksək səviyyədə aparmağı bacaran alimlərimiz vardır. Amerikalıların, ingilis, alman və fransızların respublikamızda yaratdıqları mədəniyyət və dil mərkəzləri bu ixtisaslar üzrə kadr hazırlığının öhdəsindən uğurla gələ biləcəyimizdən xəbər verir. Biz yavaş-yavaş kompüter mərkəzləri yaradır və dillərin tədrisində yeni mütərəqqi metodlardan istifadə edirik. Almaniyanın Boxum, Fransanın Strasburq, Amerika və İngiltərənin müvafiq universitetlərilə bağladığımız və bağlayacağımız əməkdaşlıq müqavilələri germanist və romanist kadrların hazırlığına güclü təkan verəcəkdir.
Ali məktəbin maddi vəziyyətinin yaxşılaşmağa doğru getdiyi bir vaxtda (indi qəbulumuzun tən yarısı özünümaliyyələşmə prinsipilə həyata keçirilir), xaricdən mütəxəssis çağırmaq problem olmamalıdır. Bu o deməkdir ki, biz istənilən mütəxəssisi Bakıya dəvət edib ona mühazirə oxumağı tapşıra bilərik. Lazım gəldikdə kömək üçün dilləri öyrənilən ölkələrin Bakıdakı təmsilçilərinə müraciət etmək olar. Həmin fakültə üçün lazımi dərslik və dərs vəsaitlərini sifariş yolu ilə yazdırmaq olar. Bir sözlə, istək, arzu və məqsəd aydınlığı varsa, niyyəti həyata keçirmək çətin məsələ deyil.
Məlumdur ki, romanist və germanist çox geniş profilli mütəxəssis deməkdir. Fənnimiz isə dilçilik fənni olduğundan burada biz həmin dillərin sistem və struktur xüsusiyyətlərini açmağa çalışacağıq. Bizim qəti inamımız budur ki, bu fənn çox əsaslı şəkildə öyrədilməlidir. Çünki, sonra veriləcək biliklərin hamısı bunun üzərində qurulur. Dil materialı kimi, əsasən ingilis, alman və daç dillərindən, bəzi hallarda isə tədris dili və ana dili kimi Azərbaycan və rus dillərindən, bəzən də başqa roman və german dillərindən istifadə olunur.
Bakalavr səviyyəsinin birinci və ikinci kurslarında germanistikanın ümumi-nəzəri məsələlərinə, o cümlədən bu fənnin praktik dilin öyrənilməsindəki roluna xüsusi fikir verilməlidir. Üçüncü və dördüncü kurslarda isə tələbələr öz gələcək elmi maraq və istiqamətlərini müəyyənləşdirməli, dördüncü kursun son semestrində germanistikanın konkret bir sahəsindən diplom işi yazaraq müvəffəqiyyətlə müdafiə edib diplom aldığı təqdirdə çoxsaylı firma, şirkət, cəmiyyət, nəşriyyat, idarə, təşkilat, komitə, nazirlik, səfirlik və redaksiyalarda məlum bölgə üzrə ekspert, tərcüməçi və məsləhətçi kimi əmək fəaliyyətinə başlaya bilərlər. Xüsusi yaradıcılıq qabiliyyəti olanlar isə magistraturaya gedib ixtisaslarını artıraraq germanistikadan dissertasiya müdafiə edib respublikamızın müxtəlif elm və maarif ocaqlarında çalışa bilərlər. Göründüyü kimi, respublikamızın germanist kadrlarına ehtiyacı son dərəcə böyükdür.
1.3. Kursun başqa fənlərlə əlaqəsi
«German dilçiliyinə giriş» fənni bir çox dil və qeyri-dil fənlərilə sıx bağlıdır. Öncə onun dil fənlərilə əlaqəsinə bir nəzər salaq. Germanistika dil tarixi, etimologiya, slavistika, skandinavistika, geniş mənada filologiya və ələlxüsus klassik filologiya, tarixi-müqayisəli dilçilik, tipologiya və s. elm sahələrilə qarşılıqlı təsir şəraitində yaranmış, formalaşmış və inkişaf etmişdir.
Dilin tarixini tədqiq etməklə germanistika german dillərinin keçdiyi uzun tarixi yolu, ilk şifahi və yazılı abidəsindən tutmuş bugünkü səviyyəyə necə gəlib çatdığını göstərir. XIX əsrdə aparılan tədqiqatlar hind-Avropa dillərinin1 qohumluğunu sübut edərək hind-german ulu dilini bərpa etməyə çalışırdılar. volf (alm.), vulf (ing.),vulfas (germ.), lobo (isp.), lu :(ital.), lupus (lat.), volk (rus.), voloko (qədim slavy.), lukos (qədim yunan) sözlərinin tarixi-müqayisəli tədqiqi ulu hind- german dilində bu sözün vlkos və ya ulpos kimi olması nəticəsinə gətirib çıxarır. Bu və ya bu kimi dəyişikliklər təsadüfi deyil, sistem halındadır, yəni eramızdan 3500-2500 il əvvəl Avropanın şimalında yaşamış germanların1 dili öz ulu babaları olan hind-germanların dillərindən əsaslı şəkildə fərqlənmiş və bu fərqləri də mütəxəssislər 1-ci və ya german fonem irəli çəkilməsi adlandırmışlar. Bunu aşağıdakı kimi göstərmək olar:
1-ci və ya german fonem irəli çəkilməsi
bh®b b®p p®f
dh®d d®t t®ð (d)
gh®g g®k k®x (h)
Dil tarixinə dair istənilən misalı göstərdiyimiz mənbələrdən almaq olar. Burada isə əlavə etmək yerinə düşər ki, german dillərində sərbəst vurğunun söz kökünün birinci hecası üzərinə keçməsi nəticəsində son heca saitləri neytrallaşaraq reduksiyaya uğramış [ə] şəklində realizə olunmağa başladı. Ulu german dili cəmisi min il yaşadı, sonra onun üç böyük qrupu yarandı - qüzey, doğu və güney. Onlardan da müasir ingilis, friz, alman və daç dili formalaşıb.
2-ci və ya alman fonem dəyişikliyi alman dilini o biri german dillərindən ayırır.
Bunu aşağıdakı kimi göstərmək olar:
p ® pf,ff b( v) ® b(r)
t ® ( t) z, zz, ss d d ® d( t)
k ® ( k)ch, hh /c, x / g/ j/ ® g(k)
Germanistika german dillərinin söz ehtiyatını araşdırarkən onların tarixən necə əmələ gəlməsinə, yayılmasına bu və ya digər sözün hansı dildən alınaraq mənimsənilməsinə və ya keçmə söz kimi işlənməsinə, bir sözlə, etimologiyaya xüsusi diqqət yetirir. Germanistika qohum və ya qeyri-qohum dillərin tədqiqilə məşğul olan elm sahələrilə (romanistika, slavistika, skandinavistika və s.) daim təmasda olub, müəyyən ideya və fikirlərin mübadiləsində fəal iştirak edib. Məs.: fonem nəzəriyyəsi əsasən slavyan dillərinin materialı əsasında yaranıb və təşəkkül tapıb. Təbiidir ki, germanistika fonologiyanın yeni istiqamətlərini mənimsəyib və onların nəticələrini german dillərinin tədqiqinə cəlb edib. Digər tərəfdən tarixi-müqayisəli metod daha çox german dillərinin materialları əsasında işlənib hazırlanıb. Təbii ki, digər elm sahələri germanistikanın bu sahədəki uğurlarından gen-bol istifadə edib.
Klassik filologiya bütövlükdə dilçilik, o cümlədən germanistika üçün bir örnək olmuşdur. Hind və ərəb dilçiliyinin tənəzzülü, fonoqrafik yazının türklər vasitəsilə Avropaya, əsasən də latınlara keçməsi və bir qədər sonra xristianlığın latınlar vasitəsilə bütün Avropaya yayılması ilə bağlı canlı dillərə olan maraq mərkəzinin yunanlara və latınlara keçməsinə səbəb oldu. Platonun (e.ə. 427-347) «Kratilos» dialoqu çox dəyərli linqvistik fikirləri - dilin yaranmasını, mənanın təbiətini, əşya ilə onun adı arasındakı əlaqələri, dilin struktur xüsusiyyətlərini, dildəki sapmaları və onu ilkin normadan uzaqlaşdıran amilləri ilk dəfə mübahisə obyektinə çevirmişdi. Yunanlar Homerin şer nümunələrini təhlil edərək öz dialekt və dillərini tədqiq etmiş, başqa dillərdəkindən fərqlənən yazı sistemlərini və nəticə etibarilə, öz dillərinin qrammatikasını1 yaratmışlar.
Aristotel də (e.ə.384-322), stoiklər və digər yunan alimləri kimi qrammatikanın inkişafı üçün çox iş görüb. Onlara nitq hissələrinin, hal, kəmiyyət, növ, zaman, subyekt, predikat və s. kateqoriyaların tərifini vermək müyəssər olmuşdu. Bu anlayışlar sonralar latınlarda aparıcı linqvistik anlayışlar idi. Elə bu gün də germanistika, geniş mənada, dünya dilçiliyi, bu məfhum və anlayışlardan gen-bol istifadə edir. Eramızın əvvəllərində Avropada latın dilinin aparıcı mövqe qazanması onun kilsə, elm və tədris dilinə çevrilməsilə izah edilə bilər. Latınlar qrammatika dedikdə klassik üslubda yazıb oxumaq vərdişlərini başa düşürdülər.1 Onlar normativ qaydalar müəyyənləşdirərək onlara əməl olunması tələbini irəli sürürdülər. Kardinal Rişelyü 1635-ci ildə fransız dilinin təmizliyi keşiyində durmaq üçün akademiya yaradanda artıq latın dilinin nüfuzu zəifləməkdə idi. 1660-cı ildə yazılmış «Port Royal qrammatikası» rasionalist (bütün biliklər insan zəkasından doğur) və empirik (bütün biliklər təcrübəyə əsaslanır) fəlsəfəsi və məntiqi cərəyanlarına istinad edirdi. Lakin romantizmin çiçəklənməsi dili başqa elmlərin təsirindən xilas etdi və onu müstəqil elmi araşdırmaların obyektinə çevirməyə imkan yaratdı.
XIX əsrin əvvəllərində F.Bopp (1791-1867), J.Qrimm (1785-1863), R.Rask (1787-1832), A.Şlayxer (1821 -1868) öz tədqiqatları ilə nəinki tarixi-müqayisəli, həm də germanistikanın elmi özülünü qoymağa nail oldular. J.Qrimm "Deutsche Grammatik" (1819), A.Şlayxer isə "Compendium der vergleichenden Grammaik der indogermanischen Sprachen" (1861/62) əsərlərində german və hind-german dillərinin qrammatik quruluşunu açıb göstərə bildilər. Birincisi müasir dil formalarını ən qədimlərilə bağlayır, ikincisi isə daha uzağa gedərək qədim hind-german ulu dilində yaratdığı «Qoyun və atlar» təmsili ilə ulu dili rekonstruksiya etmək istəyirdi. Amma bərpa edilmiş dilin həqiqətən məhz bu şəkildə mövcudluğunu, elə bu şəkildə işlədildiyini yoxlamaq, demək olar ki, mümkün deyildi. Amma bu, rekonstruksiya məsələsini cazibəli etmişdi və elə A.Şlayxer özü 1850-ci ildə yazdığı "Die Sprachen Europas in systematischer Übersicht" kitabında "Ağac" nəzəriyyəsini inkişaf etdirərək hind-Avropa dillərinin qohumluğunu kökü, gövdəsi və budaqları olan ağaca bənzədirdi. Bu istiqamət XIX əsrdə V. fon Humboldt (1767-1835) və H.Ştayntal (1823-1899) kimi alimlərin germanistikaya təsirini çıxmaq şərtilə sonrakı tədqiqatlara və xüsusilə gənc qrammatiklərə güclü təkan oldu, hərçənd ki, J.Şmidt1 (1843-1901) öz «Dalğa» nəzəriyyəsilə bunun əksinə çıxaraq onu kəskin tənqid edirdi. Bu gün germanlar roman, slavyan, Skandinaviya dillərilə nəinki genetik cəhətdən qohum olduğuna, həm də qonşuluqda yaşamağa məhkum edilmiş xalqlar kimi qanlı müharibələrdən çıxmış və müxtəlif vasitələrlə bir-birinin mədəniyyətinə, dilinə, ədəbiyyatına, həyat tərzinə təsir etmişlər. Sözalma və sözvermə adi hala çevrilib. İngilis alimləri yazırlar ki, çağdaş ingilis leksikonunun yarısı german dillərinin payına düşürsə, yarısı roman dillərinin (fransız, italyan və s.) payına düşür.1 Sözlərin mənasının açılmasında və etimoloji şərhləri verəndə etimon dili nəzərdən qaçırmaq olmaz.
Geneoloji təsnifatla yanaşı, tipoloji bölgü prinsipini A.V. fon Şleqel 1818-ci ildə irəli sürərək dilləri analitik (təcrid edilən məs. Çin dili, çünki bu dildə heç bir fleksiya yoxdur), sintetik (flektiv, məs. yunan və sanskrit), «onların o biri tərəfində türk, Koreya dilləri durur» deyə təsnif edirdi.
Müqayisəli dilçilikdən fərqli olaraq, tipoloji dilçilik təkcə tipoloji yaxınlıqları aşkar etməyə yönəlmişdi. Məs., N.S.Trubeskoyun (1890-1938) dillərin tipoloji təsnifində müəyyənləşdirdiyi qaydalar2 buna aydın sübutdur. Konfrontativ linqvistika tətbiqi xarakter daşıyır və əsasən dilöyrənmənin ehtiyacından irəli gələrək təşəkkül tapmışdır. Bu gün slavyan və romanların, eləcə də digər xalqların german dillərini və german dilli xalqların fransız, rus, ispan, Çin, türk və s. dilləri öyrənmələri və bu dilöyrənməni səmərəli elmi zəmin üzərində qurmaq üçün kontakta girən dillərin konfrontativ tədqiqi çox önəmlidir.
V.fon Humboldt (1767-1835) dilə erqon deyil, energeya kimi yanaşmaqla dilçilikdə yeni tədqiqatların əsasını qoydu.
Ənənəvi dilçiliyin ən böyük qüsuru yazını əsas mənbə kimi götürməsi idi. XIX əsrin birinci yarısında alman dilçiliyi bu təsvir metodunun yaramazlığını getdikcə daha aydın başa düşməyə başladı. 1876-cı ildə ilk dəfə olaraq E.Sivers (1850-1932) fonetikaya həsr olunmuş kitabını çap etdirdi.1 Bu vaxt germanistikada artıq gənc qrammatiklər yavaş-yavaş start götürürdülər, şturm və dranq2 periodu başlayırdı. Zahiri oxşarlıqlara meyl edilərək bu oxşarlıqların kökündə duran fərqlərə əhəmiyyət verilmirdi. Ulu dildən ayrılandan sonra bir dildə baş verən sərbəst dəyişikliklərə diqqət verilmirdi. Nəzəriyyələrin işlənib hazırlanmasında ulu dildən sonrakı mərhələdə baş verən qeyri-ardıcıl dəyişikliksə nəzərdən qaçırılırdı.
Dillər ulu dildən qopub ayrılandan sonra onların bir-birinə qarşılıqlı təsiri, demək olar ki, inkar edilir. Dillərin tarixinə baş vurduqca daha çox naməlum təsir faktorları tapırıq və daha çox inkişaf mərhələlərinin şahidi oluruq. Özü də bir ulu dilin bir neçə dialektin formalaşmasında və parçalanmasında, habelə bu parçalanmadan sonrakı fəaliyyətində iştirakı aydın şəkildə özünü büruzə verir.
Germanistikanın bir elmi-nəzəri cərəyan kimi formalaşmasında qeyri-dil fənlərindən fəlsəfə və məntiqlə yanaşı semiotikanı3 xüsusi qeyd etmək lazımdır. Semiotika dünyamızı əhatə və ünsiyyətə xidmət edən bütün işarələri - yol hərəkəti qaydalarını nizamlayan işarələri, göstərici və əlamətləri, habelə piktoqram və ideoqramları, sözləri və s. öyrənməklə onları ümumi şəkildə üç yerə bölür: 1. İkonlar. Buraya şəkillər, modellər, piktoqramlar, dildə metaforlar, bənzətmələr (məs., qan kimi qırmızı), habelə onomatapetik sözlər aiddir. Onların əsas funksiyası əks etdirməkdir, ona görə də onlar öz obyektinə yaxınlığı ilə səciyyələnirlər. 2. Göstəricilər və ya nişanlar. Buraya jestlər, yol və hərəkət nişanları və xüsusi adlar daxildir. Onlar fərdi xarakter daşıyır və tam ixtiyaridir. 3. Simvollar. Buraya malların üstündəki yazılar, riyazi və kimyəvi formullar, ideoqramlar, musiqi notları və əksər sözlər aiddir. Bunların aid olduğu obyektə oxşarlığı belə yoxdur.
Əsl işarələr bir növ əvəzedici rolunda çıxış edir, obyektin özü olmayıb onun yerində, əvəzində gəlir. Dil sözləri buna aydın misaldır. Göstəricilər, nişanlar isə obyekti qismən və ya bütövlükdə bildirmək, göstərmək və səciyyələndirmək funksiyası daşıyır. Məsələn, adamın məclisdə qızarmağı onun utancaqlığına, sarılıq isə qara ciyərin xəstəliyinə işarədir.
Adamlar bəzən işarələri bir-birindən ayıra bilmirlər, birini digərinin yerində işlədirlər. Baş gicəllənməsi qan təzyiqinin simptomudursa, göyərçin sülhün simptomu deyil, simvoludur. Xalqlar bəzən eyni ünsiyyət məqamında eyni hadisəyə müxtəlif işarə işlədirlər, bu da işarələrin bütövlükdə ixtiyariliyinə dəlalət edir. Məs., «xeyr, yox» deyəndə biz başımızı sağa-sola fırladırıq, farslar isə aşağı-yuxarı hərəkət etdirirlər. Biz xudahafizləşəndə əlimizi açıb sağa-sola hərəkət etdiririk, bolqarlar isə barmaqlarını yumub açırlar.
Amerikalı filosof Ç.Pirs (1839-1914) işarələr haqqında elmi konsepsiya işləyib hazırladı, onun yerlisi Ç.Morris (1938) isə semiotikanı dərindən tədqiq edərək bu elmin sintaktika (işarələrin öz aralarındakı münasibətləri araşdırır və onların əlaqəyə girmək qaydalarını müəyyənləşdirir), semantika (işarələrlə obyekt və əşyalar arasındakı münasibətləri və qaydaları müəyyənləşdirir)1 və praqmatika (işarələrlə onlardan istifadə edənlər arasındakı qarşılıqlı əlaqələri, psixoloji, sosioloji və bioloji aspektləri öyrənir) sahələrini işləyib hazırladı. F. de Sössür (1857-1913) dilçilikdə yeni baxışlar sistemini yaradanda dilin ontoloji xüsusiyyəti kimi onun işarəviliyini əsas götürmüş, dillə məşğul olan linqvistikanı da semiotikanın tərkib hissəsi elan etmişdi.1
Bu alimin xidməti onda idi ki, işarələrin mahiyyətini izah etməklə bərabər onların birləşmə xüsusiyyətlərindən danışaraq sintaqmatik və paradiqmatik əlaqələrini konkret dil materialı əsasında müəyyənləşdirə bilmişdi. Bir misalla bunu belə göstərmək olar:
Burada biz yalnız dil vahidləri arasındakı münasibətləri sintaktik səviyyədə göstərdik. Misallardan görünür ki, sintaqmatika dil vahidlərinin düz xətt boyunca düzümünü, paradiqmatika isə onların eyni mövqedə bir-birini əvəz edə bilməsini əks etdirir. Müvafiq fəsillərdə bu barədə ətraflı danışılacaq. Burada isə yalnız onu demək istərdik ki, dil vahidləri eyni mövqedə işlənə bilmirsə, onlar müxtəlif kateqoriyalara aid olur. Yuxarıdakı misallarda nə /mən, sən, biz/ cümlələrin xəbərində müvafiq dəyişiklik etmədən xüsusi adların yerində işlənə bilər, nə də əksinə.
Dildəki sözlərə işarələr kimi yanaşılması onların bir sıra spesifik cəhətlərini açıb göstərməyə imkan verdi. Birinci növbədə alimlər sübut elədilər ki, F. de Sössür dil işarələri və bu işarələrlə məşğul olan linqvistikanı semiotika ilə eyniləşdirməkdə haqlı deyildir, çünki semiotika, yuxarıda deyildiyi kimi, işarələrin təbiətilə maraqlanmır.1 Dil işarələrisə bütün digər işarələrdən maddi varlığının səslə ifadə olunması ilə seçilir. Məhz bu cəhətilə dil başqa ünsiyyət vasitələrindən əsaslı şəkildə fərqlənir. Səsli dilin digər ünsiyyət vasitələrindən fərqlənməsi onda bu məhdudiyyətin olmamasıdır.
Dəniz nəqliyyatında bayraqlarla verilən informasiyanı başa düşmək üçün onları gözlə görmək gərəkdir. Əks- təqdirdə ünsiyyət baş tutmaz. Simsiz teleqrafdan əvvəl dəniz nəqliyyatında beynəlxalq konvensiya ilə ünsiyyətdə qəbul edilmiş bayraqlardan ibarət işarələr sistemindən istifadə edilirdi. Onlardan birini K. Bülerə (1879-1963) əsasən belə göstərmək olar: burada 3 elementar formadan istifadə edilir: dairəvi top , üçkünc vımpel və dördkünc bayraq:
Oê- Siz təhlükədəsiniz.
êO - Ərzaq ehtiyatı çatışmır.
O“ - Yanğın və bort deşilib, kömək lazımdır.
„O - Çökürük, köməyə gəlin!
êO“ - Dayanın və ya yerə oturun! Təcili xəbər var.
„Oê - Bizim üçün teleqram və ya məlumat var?
O“ê - Bəli .
Oêê - Xeyr.1
Göründüyü kimi, işarələrin sintaksisində birləşmə məhdudiyyəti bir tərəfdən qəbul edilmiş ilkin şərtlərlə, bir də semantik məna ilə məhdudlaşır, dil işarələrində isə fonoloji, morfoloji, sintaktik və semantik məhdudiyyətlər birgə çıxış edir. Bu məhdudiyyətlər olmadıqda birləşməyə girmə imkanları sonsuzdur. Ona görə də N.Xomski (1928) dilə sayı məlum elementlərin sonsuz birləşməsi kimi baxır.2 F. de Sössür isə dili şahmatla müqayisə edərək bu qənaətə gəlirdi ki, bu oyunda taxta üzərində yaranmış vəziyyət həmin oyun anı üçün həlledicidir, oyundakı fiqurların nədən hazırlanmasının həmin oyun vəziyyətinin səciyyəsi üçün qəti əhəmiyyəti yoxdur.2 Təbii olaraq F. de Sössür buradan belə nəticəyə gəlirdi ki, dildə hər hansı bir ünsiyyət məqamında dil vahidlərinin birləşərək müəyyən bir ifadə, cümlə və s. yaratması üçün dilin nə tarixinin, nə də vahidlərinin hansı təbiətə malik olmasının qəti əhəmiyyəti yoxdur.
Lakin bununla yanaşı qeyd edilməlidir ki, F. de Sössürün "Dil işarələr sistemidir" kəlamının XX əsr dilçiliyinin inkişafına çox böyük təsiri oldu. Belə ki, işarələrin bir sıra cəhətləri aşkar edildi. Məs., dil işarələrinin iki tərəfi var: ifadə edən (sinifyant) və ifadə olunan (siqnifikant). Bu iki tərəf arasındakı əlaqələr əksər hallarda ixtiyaridir, təsadüfidir, ola bilsin ki, tarixən obyektə bağlı olub, ancaq dilin bugünkü səviyyəsində bu əlaqə yox dərəcəsindədir. Sinxronik və diaxronik3 aspektləri ayıran F. de Sössür üstünlüyü birinciyə verirdi və dil sisteminin bu gününü araşdırmaq üçün diaxronik aspektə əl atmağa ehtiyac duyulmadığını göstərirdi. Doğrudan da ingilis dilində "nice" sözünün niyə "incə, gözəl" mənasında işləndiyini nə ifadə edənlə ifadə olunanın əlaqəsi ilə açmaq olar, nə də onun indiki mənası bu fikri söyləməyə imkan verir. Latın dilində bu söz "nescius" kimi işlənib «naməlum» demək imiş.
Deməli, vaxtilə ingilislər tanımadığı və bələd olmadığı hər şeyə "nice" «gözəl» deyirmişlər. Amma bu, ingilis dilində bu gün işlənən /nais/ sözünün nə deyilişindən, nə də birbaşa mənasından doğur.
Dilin işarəviliyinə dəlalət edən faktorlardan biri də eyni əşya və məfhumun müxtəlif dillərdə eyni cür yox, müxtəlif şəkildə deyilməsidir. Azərbaycan dilində /öküz/ sözü almanca /oks/, ingiliscə /stik/, fransızca /böf/, rusca /bık/ və s. deməkdir. Lakin bəzi düzəltmə sözlərdə, səs təqlidi yolu ilə yaranan sözlərdə bu əlaqəni görmək çətin deyil. Almanca /'æn^untzeVt(siV/, ingiliscə /'fo:tivan/ və ya azərbaycanca/əllibir/sözlərinin mənası onlara daxil olan sözlərin məzmunundan hasil olur. Alm. /lalən/, ing. /dyingl/, rusca /məkatğ/ və ya dilimizdə /mələmək/ səs təqlidi yolu ilə yarandığından, onların mənasını başa düşmək çətin deyil, çünki işarənin ifadə etdiyi məna onun təbiətindən doğur.
Dil işarələrinin digər əlaməti onların öz səviyyələrində (level) bölünməzliyidir. Dilin heç bir vahidi öz səviyyəsində özündən kiçik hissələrə bölünmədiyindən onlara diskret1 vahidlər deyilir.
I. 4. Kursun obyekti və predmeti
Mücərrəd və maddi varlığın konkret təzahürünü hər hansı bir elm sahəsində nəzəri və praktik biliklərin əsasında müəyyən araşdırma metodlarından istifadə etməklə təhlil etmək olar. Bu da elmin obyekti sayıla bilər. Dilçi üçün bu danışıqdır (parole), çünki dil yalnız danışıqda öz real gerçəkliyini tapır. İnsan fəaliyyətinin hər tərəfi, bu fəaliyyətin özülünü təşkil edən psixoloji-fizioloji amillərin hər biri ayrılıqda müxtəlif elmi araşdırmaların və konkret tədqiqatların obyekti ola bilər. Danışmaq, görmək, eşitmək, yerimək, ətraf aləmin siqnallarına reaksiya vermək (gülmək, əsəbiləşmək, cavab vermək, susmaq, görüb eşitdiklərini dillə, rəsmlə və digər vasitələrlə təsvir etmək və s.) gündəlik fəaliyyətimizin bir qismini əks etdirir. Adi halda bu deyilənlərin heç biri etiraz doğurmur, elə buna görə də onlardan hər biri dəqiq elmi araşdırmaların obyekti ola bilər. Maraqlı burasıdır ki, F. de Sössür nöqteyi-nəzərin tədqiqatı müəyyənləşdirdiyini çox kəskin şəkildə qoymuşdu.
Eləcə də danışıq obyektinin, danışığın elmi-nəzəri təhlilə və tədqiqə ehtiyacı var. Uşaq dilindən tutmuş süni dilə qədər cəmiyyətin bütün dil fəaliyyəti dilçiliyin obyektinə aiddir. Sadəcə olaraq, bu və ya digər obyektin, daha doğrusu, aspektin seçilməsi qarşıya qoyulan məqsəddən asılıdır. Ünsiyyət modelinin müəyyənləşdirilməsi1, bu modeldə çıxış edən bütün tərəflərin (danışan, dinləyən, dil kodları) ünsiyyət kanalı da daxil olmaqla öyrənilməsi, məlumatın uzaq və yaxın məsafələrə göndərilməsinin daha sərfəli yollarının tapılması, eyni ünsiyyət kanalı ilə bir neçə məlumatın eyni zamanda göndərilməsi, müxtəlif texnoloji proseslərin danışıqla idarə olunması və həyata keçirilməsi, bir-iki və üçdilliliyin elmi-nəzəri və praktik (ikinci, üçüncü və digər dillərin öyrədilməsi və öyrənilməsi) məsələlərinin araşdırılması, müxtəlif məlumat kanallarında dərk etməyə təsir edən maneələrin aradan qaldırılması, dilin yaranması1, təşəkkülü, başqa canlıların dili, dillərin geneoloji və tipoloji yaxınlığı və digər məsələlərin öyrənilməsi german dilçiliyinin son illərdə ardıcıl şəkildə müdaxilə və tədqiq etdiyi obyektlərdəndir.
Bəzən «Dil nədir?», «Dil necə yaranır?», «Ən qədim dil hansıdır?», «Dünyada neçə dil var?» və s. kimi məsələlərin araşdırılmasını dilçiliyin əsas problemləri sırasına aid edənlər, fikrimizcə, yanılırlar. Dilçi üçün daha önəmli «İnsanlar bir-birilə necə ünsiyyətə girir?» və ya «Nə üçün insanlar bir-birini asanlıqla başa düşür?» kimi suallardır. Əlbəttə ki, burada söhbət bir dildə danışanlardan gedir.
Mütəxəssislər həbəş dilinin daha qədim olduğunu dəfələrlə qeyd ediblər. Yunan tarixçisi Heredotun 2-ci kitabında dilin yaranması ilə bağlı belə bir rəvayət var. Xristianlıqdan əvəl 17-ci əsrdə Misir padşahı Psalamey hansı dilin birinci olmağını təcrübədən keçirmək istəyir. Bunun üçün o, kasıb ailədə anadan olan kimi iki uşağı götüzdürüb qoyun sürüsünün çobanına verdirir. Çobana ciddi tapşırıq verdirir ki, uşaqlarla heç kim ünsiyyətdə olmasın. Padşah güman edir ki, uşaqlar danışmaq həddinə çatanda dünyanın ilk yaranan dilində danışacaqlar. 2 ildən sonra padşaha ərz edirlər ki, uşaqlar "bekos" deyib dururlar. Firon məsələni araşdırmağı tapşırtdırır. Bilicilər padşaha məlumat verirlər ki, bu söz qonşu frikiyalıların dilində «çörək» deməkdir. Beləliklə məlum olur ki, dünyanın ən qədim dili frikiya dilidir və təbii ki, ən qədim xalq da frikiya xalqıdır. Lakin dilçilər bunun qoyunların çıxardığı mələrti səsinə oxşadığını deyirlər.
Buna baxmayaraq bu ideya çox cazibəli oldu. Başqa ölkələrdə buna bənzər təcrübələr keçirildi. Şotlandiyada IV Yakob (1493) buna oxşar təcrübə apararaq belə nəticəyə gəlir ki, uşaqlar sonucda həbəşcə gözəl danışırlar.
1979-cu ildə Fansada meşədən bir uşaq tapılır. Məlum olur ki, uşağın insanlarla əlaqəsi olmayıb. Onu müşahidə edən mütəxəssislər seviniblər ki, onların gümanları təsdiq olunacaq və uşaq ya həbəşcə, ya da başqa dildə danışacaq. Ancaq o, heyvan səslərindən başqa heç bir səs çıxarda bilmədi.
Maraq dairəsi getdikcə genişlənir və din mövqeyinə görə həbəş dili daha önəmli sayılırdı. Başqa dillər ondan törəmə və ya onun variantları hesab edilirdi. Bunun da əsas səbəbi başqa dillərdən fərqli olaraq həbəş dilində yazının soldan sağa olması idi. Volter buna şübhə ilə yanaşanlardan olub, bu məsələnin həllində samit və saitin aparıcı rol oynadığına inanmırdı. İsveç Andreas Kemke belə güman edirdi ki, cənnətdə Adəm Danimarka dilində, ilan fransızca, Allah isə isveçcə danışırmış. Y.T.Bekanus güman edirdi ki, dünyada ilk dil alman dili olub, çünki o ilk dil ən təkmil dil olmalıydı, alman dili də öz təkmilliyilə seçilir. Guya Adəm almanca danışıb, Babil qülləsindəki dil qalmaqalı alman dilindən yan keçib, çünki almanlar qüllənin tikilməsində iştirak etməyiblər. Sonralar ilahi testamenti indi mövcud olmayan alman dilindən həbəş dilinə tərcümə etdirib. Çin dili də qədim dillərdən hesab olunurdu.
Qeyd etmək lazımdır ki, Avropada Russo və Kondilak kimiləri bu məsələni olduqca qızışdırırdılar.
Amerikalı Uitni (1827-1894) bu fərziyyələrin çoxunu rədd edirdi.1 Əlbəttə, dillə yanaşı ünsiyyətə xidmət edən digər vasitələr də mövcuddur. Jest, mimika, digər işarələr, rəsm əsəri və s. vasitələr ünsiyyətə xidmət edir. Ünsiyyət zamanı əl-qolun hərəkətlərini, üz cizgilərini, göz-qaş oynatmalarını paralinqvistika öyrənir.1
«Bütün canlı aləmin dili var» desək, səhv etmərik. Heyvanların dilinin öyrənilməsinin linqvo-fəlsəfi əhəmiyyəti onunla bağlıdır ki, bu yolla insan dilinin başqa canlıların dilindən fərqlənməsini yeni yönümdən işıqlandırmaq, onun təfəkkürlə əlaqəsini yeni faktlar işığında nəzərdən keçirmək olar. Arıların «dilində» insanların dilinə oxşayan cəhət budur ki, arılar da insanlar kimi ətraf aləmin təsirindən qıcıqlanır, bədən hərəkətlərinin köməyilə yaşantılarını «yadda» saxlayıb geri qayıdaraq öz dəstəsinə kəşfi barədə məlumat verir. Şərtilik əsasında müəyyən reallığa dair «işarə» düzəltmək, onu tərkib hissələrinə bölmək təcrübəsinə və bacarığına yaxınlaşmağa nail olmaq halları canlı insan dilinə oxşarlıqdan xəbər verir. Dairə şəkilli rəqs - kəşfi, onun uzaqda olmadığını bildirirsə, digər rəqs - məlumatı formalaşdırmağa, daha doğrusu, qidanın uzaqlığını və istiqamətini göstərməyə xidmət edir.2 Obyektiv aləmin simvollarla formalaşmasında variativ elementlərin və sabit «mənanın» olması insan dilinin situasiya və funksiyasına bənzəyir. Bir qədər ümumiləşdirilmiş şəkildə desək, hər şey bir kollektiv içərisində sistem şəklindədir və bu kollektivdə hər bir üzv bərabər hüquqlu varlıq kimi digərini dindirir və başa düşür.
Bununla yanaşı bu iki sistem arasında fərqlər də var. Arılarda ünsiyyətin maddi varlığını insan dilindən fərqli olaraq danışıq cihazı deyil, bədən üzvlərinin hərəkətləri təşkil edir, «dərketmə» auditiv deyil, vizual baş verir. Ona görə də ünsiyyət gündüz olmalıdır. Digər tərəfdən arılarda verilən məlumatı cavablandırmağa ehtiyac yoxdur, burada davranış lazım gəlir. İnsan dilində monoloji forma ilə yanaşı, dialoji forma çox önəmlidir. Məlumat gətirən arının hərəkətlərini görməyən arı onları təkrarlaya bilmir. İnsanlar təcrübə toplamaqla sərbəst və qeyri-məhdud şəkildə ünsiyyətə girərək mücərrəd təfəkkürü formalaşdırırlar. Arılarda alınmış məlumatdan yeniləri düzələ bilməz, onlar qidanın yerini öyrənir, oraya uçur və eyni yolla geri qayıdır. Beləliklə, onlar yalnız ilk simvola uyğun hərəkət edir. İnsan dilində isə fikir zənginliyi və bənzərsizliyi bir yana dursun, həm də bu, hər vaxt müxtəlif simvol və formalarda öz əksini tapa bilir. Arı dilində uşaqlarda olduğu kimi təqlid aparıcı və həlledicidir. Üçüncü mühüm fərq odur ki, arıların dilini tərkib hissələrinə bölmək qeyri-mümkündür, onlar bütöv məzmunu-adı çəkilən əşyanın məkanını bildirir, dildəki kimi fonem, morfem və s. bölgü yoxdur və təbii ki, konkret element-müəyyən funksiya əlaqəsindən danışmaq qeyri-mümkündür. Fransız alimi E. Benvenist (1902-1976) göstərir ki, arılarda söhbət dildən deyil, siqnallardan ibarət olan koddan gedir. Müəyyən məzmun, məlumatın dəyişməzliyi, təkcə bir situasiyaya bağlılıq, ifadənin bölünməzliyi, simvolların qarşılıqlı verilməsi alimin fikrincə, arı dilinin əsas əlamətləri sayıla bilər. Bunlar bir daha göstərir ki, dilçilik insanlar arasında maneəsiz olaraq həyata keçən səsli ünsiyyətin mexanizmini açmaqla «Dil nədir?» sualına cavab tapa bilər.
Dilin əsas vəzifəsi ünsiyyəti təmin etmək, dil haqqında elmin də əsas vəzifəsi bunun mexanizmini açıb göstərməkdir.
Bəzən dəqiq elmlər sahələrində çalışan alimlər arasında mübahisə düşür ki, bəs demə dilçilərin işi-peşəsi «cık-cik» «cuk-cük» öyrətməkdən ibarətdir. Lakin izah edəndə ki, canlı aləm, hətta maddi varlıq bütövlükdə öyrənildiyi, tədqiq edildiyi kimi, sosial sahənin bütün hadisələri, o cümlədən insanların sosial birliyini və varlığını təmin edən əsas vasitələrdən biri olan dilin də öyrənilməyə və tədqiqə ehtiyacı var. Düzgün, normaya uyğun gəlməyən danışıq ciddi əngəl törədir, bircə dil vahidinin yeri səhv salınanda ünsiyyət pozulur, nəzərdə tutulan iş baş tutmur, istehsalat dayanır, hərəkət iflic vəziyyətə düşür, hətta qarşısı alınmaz faciə baş verir. Müasir texniki avadanlıqlarda bir işarənin yeri tərs düşəndə hansı bədbəxt hadisələrin baş verdiyini təsəvvür etmək çətin deyil. Aşağıdakı misalları müqayisə edək:
¿De görüm, bu vəziyyət çox çəkərذ
¿De görüm, bu əziyyət çox çəkərذ
Göründüyü kimi, iki fikri bir-birindən fərqləndirən təkcə /v/ samitinin olub-olmamasıdır. Belə hallara tez-tez rast gəlmək olur. Məşhur «Mimino» filmində əsərin qəhrəmanı sözü düzgün tələffüz etmədiyindən «Teləvi» əvəzinə «Teləviv»lə danışır. Telefon danışıqlarında belə anlaşılmazlıqdan qaçmaq üçün əksər hallarda samitlə saiti birlikdə tələffüz edirlər. Məs: be, se, ve və s. Bu anlaşılmazlıq əksər hallarda frikativ samitlərdə olur: /s, ts-z-s-v-f-h-x/ tez-tez qarışıq düşən samitlərdəndir. /Şəhər/ əvəzinə /səhər/ eşidilməsi çox mümkün olan şeydir. Ona görə danışan sözdəki bütün fonemləri təklikdə deyir, hətta onların hər birini ayrılıqda bir sözün əvvəlində deyir ki, adresat nə deyildiyini yaxşı başa düşsün /Şakir-Əhəd-Həsən-Əli-Ramiz/. Təcrübəyə əsaslanan adresat bu sözlərin ilk fonemlərini ardıcıl düzür və söhbətin «şəhər»dən getdiyini asanlıqla müəyyən edir.
Tətbiqi dilçiliyi bu gün təkcə mühəndis qurğuları və yeni texnoloji avadanlığın istehslı və yayılması maraqlandırmır. O, həmçinin dilöyrənmə məsələsilə yaxından məşğul olur. Ana dililə öyrənilən dil arasındakı fərqlərin müəyyənləşdirilməsi çox vacibdir. Tləbələrimdən bir neçəsi həmişə təəccüblənirdi ki, niyə «şəhər» sözü almanca qadın cinsinə (die Stadt), «dövlət» sözü isə kişi cinsinə aiddir (der Staat). Axı onlardan birincisi rus dilində kişi cinsinə (qorod), ikincisi isə orta cinsə (qosudarstvo) aid isimlərdir. Niyə almanca zamanlarda cinsə görə uzlaşma yoxdur, amma rus dilində var (müq. et: on çitet, on çital, ona çitala, ono çitalo) və s. Onlar elə fikirləşirdilər ki, rus dili ətraf aləmi necə əks etdirirsə, alman dili də belə olmalıdır.1 Tədrisdə uğur qazanmaq üçün biz dilöyrənmənin ilkin mərhələsində müqayisəni tamam kənara qoyuruq, ya da yeri gəldikcə az-az müqayisələrə yol veririk ki, fərqləri daha aydın göstərə bilək. İdarə olunan dilöyrənməni maksimum təbii dilöyrənməyə yaxınlaşdırmaq lazımdır.
Sonrakı mərhələlərdə isə dilöyrənmədə müqayisə və qarşılaşdırma aparıcı metodiki priyom olmalıdır.
Ənənəvi metodikanın elə bu gün əksər yerlərdə rast gəldiyimiz qarşılaşdırma üsullarının ən böyük qüsuru ondan ibarətdir ki, orada yazı əsas tədris predmeti kimi götürülürdü. XX əsrin 2-ci yarısı, hətta deyərdik ki, müharibənin ilk illərindən canlı ünsiyyətə olan ehtiyac bu üsulun tərəfdarlarına ciddi zərbə vurdu. Birinci növbədə universitetlərdə klassik dillərin öyrədilməsi arxa plana keçməyə başladı. Amerikalılar yerli əhalinin dilini tez və mütəşəkkil şəkildə öyrənib onun nümayəndələrinə ingilis dilini təcili öyrətməklə öz məqsədlərinə nail ola bildilər. Avropalılar, xüsusilə nasist Almaniyasına qarşı ittifaqda birləşən dövlətlər baxıb gördülər ki, onların ixtiyarlarında olan dilmanclar müasir alman danışıq dilini yaxşı bilmədiklərindən onları bu ölkəyə göndərmək və lazımi informasiyanı almaq mümkün deyil, çünki onlar tez ələ keçə bilərdilər. Ona görə də dövlət külli miqdarda vəsait ayırıb düşmənin dilini yaxşı bilən, müasir tələblərə cavab verən tərcüməçi kadrlar hazırlamağa başladı. 1950-ci illlərin əvvəllərində Moskvada yaranmış Xarici Dillər İnstitutu buna bariz nümunədir.
Bu gün qrammatik qaydaları əzbərləyib söz öyrənməklə xarici dili tədris etmək gülünc gələr. Bu gün ingilislər I shall və ya I will demirlər. Hər iki hal üçün I'll işlənilir. Fransızlar danışıqda "Konjunktiv"-i və tarixi Präsens-i işlətmirlər. Alman və ingilis dillərində danışıqla yazıda söz sırasında ciddi fərq nəzərə çarpır.
İngilis dilində oxunan mühazirədən bir parçanı D.Kristalın əsərindən burada iqtibas gətiririk: /Well now. I'd like to turn now to assessment- and I hop you wont mind if I use this opprtunity to try to give sanse indication. Of. eym-a. more modern-more-recent. Approach to the assessment problem//1. Alman dilində: /vḷn(ṿ'fÉlnds(ma.xn//-Wollen wir folgendes machen.
Dilöyrənmədə dil haqqında biliklərin olması çox vacibdir. Son zamanlar dilin xarici dil kimi tədrisi problemləri ilə məşğul olan sahəni çoxları tətbiqi dilçilik adlandırır. Bu biliklərin ana dilinin tədqiqində də istifadə oluna bilməsi çox geniş diskussiyaya səbəb olub.
Bu gün peşə və ya ixtisas dili çox ciddi sahə kimi mütəxəssisləri düşündürür. Məktəbi qurtaran məzunların hüquq, maliyyə, səhiyyə və s. sahələrə aid lazımi bilikləri varmı? Onlar bu sahədə verilən mətnləri oxuyub başa düşürlərmi? Razılaşaq ki, yox! Hüquqşünasların mühavizəkar dili, idarəetmə sistemində çalışan məmurların danışıq və ya yazı üslubu, vəkillərin leksikonu, resept və xəstəlik tarixi doldurma xüsusiyyətləri dil baxımından çox çətin və aktual məsələdir. Bu gün məhkəmələrin çıxardığı qərar və hökmləri oxuyanda, yol hərəkəti qaydalarına nəzarət edən polis işçilərinin protokollarını nəzərdən keçirəndə, hüquq-mühafizə orqanlarında işlənən dilə diqqət yetirəndə sahə dilinin nə qədər cilalanmağa ehtiyacı olduğu hamımıza aydın olar. Reklam və siyasi nitqlərdə klişe və ştamplar və ya bəlağətli danışıqla auditoriyanı ələ almağa çalışan «dil pəhləvanları» dilin başına nə oyunlar açdıqlarından xəbərsizdirlər. Bütövlükdə təbliğatın dili geniş tədqiq olunmalıdır.
Eyni səviyyəli sosial qrupların daxilində anlaşılma daha tez baş tutur. Odur ki, bu cür amillər istehsalata da aid edilir. Müxtəlif səviyyəli adamların və sosial qrupların cəmləşdiyi kollektivə rəhbərlik edən onların dilində danışmağı bacarmalıdır. Sosializm dövründə xalqın başa düşmədiyi dildə danışan rəhbərlərə də rast gəlmək olurdu.
İş adamları dildən və kompüterdən istifadəyə ciddi fikir verirlər. Onları «Əməkdaş məktub tərtib edə biləcəkmi? Anket dodura biləcəkmi? Telefon danışıqlarına və internetə cavab verə biləcəkmi?» kimi suallar çox düşündürür. Bəzən firmalar özləri üçün kadr axtaranda xüsusi testlər vasitəsilə imtahanlar keçirirlər. Çoxları güman edir ki, vəziyyətdən çıxmağa dilçilik kömək edər: sualların həcmini, məzmununu və onlara veriləcək cavabları prinsipial şəkildə hazırlayıb istifadəyə verə bilərlər. Ünsiyyət tələblərinin ümumi prinsipial şərtlərini nəzərə almaqla işlənib hazırlanması çox vacib sahə kimi göz önünə gəlir. Firma, idarə və təşkilatlar mətbuat xidməti yaradırlar. Onun vəzifəsi ölkə içində və dışında baş verən olaylar (qəzet və jurnalların xülasəsi, siyasi-iqtisadi, mədəni görüşlər haqqında referatlar, idman və incəsənətə dair məlumatlar, radio, televiziya və massmediya haqqında yığcam xəbərlər haqqında məlumat toplayıb həmin firma, təşkilat və idarələrin rəhbərlərinə onların dilində təqdim etməkdən ibarətdir. Bu zaman toplanan məlumatı necə demək, necə çatdırmaq, ölkənin və xalqın deyim tərzini nəzərə almaq, lazımi mənanı ifadə etmək çox vacibdir.
Vaxtilə dilöyrənmə bütövlükdə ədəbiyyata söykənirdi. Bədii ədəbiyyat, onun janrları, nəsr və poeziyasının dili ön plana çəkilirdi. İngilis dili Çoyser, V.Şekspir, B.Şou, V.Skott, alman dili Y.V. fon Göte, F.Şiller, H.Hayne, fransız dili Q. de Mopassan, A.Düma, O. de Balzak və s.-in dillərilə eyniləşdirilirdi. Və tədrisdə bu klassiklərin dilinin açılmasına daha çox yer ayrılırdı. Bütün bu hallar da dil üzərində qurulurdu. Bu və ya digər şair və yazıçı öz dilinin bilicisi olmalıdır və bu baxımdan onun yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Amma bu yaradıcı adam nə qədər də dahi olsa, onun dilində bu və ya digər leksikon bir mənada işlənir, o, öz ideyalarının təbliği üçün dildən istifadə edir. Eynilə dildə danışan hər bir fərd ünsiyyət məqamında vermək istədiyi məlumat üçün doğma dildən özünəməxsusluqla istifadə edir. Bu mənada yazarla fərdin dildən istifadə etməsi müxtəlif şəkildə və formada getsə də, hər ikisinin istifadə etdiyi instrument birdir - dil. Təsadüfi deyildir ki, ayrı-ayrı mütəfəkkirlərin dilinin tədqiqi onların yazdığı və yaratdığı dilin linqvistik tədqiqi üçün kifayət etmir.
Alman ədəbi dil normasını hazırlamaq istəyən T.Zibs, E.Sivers və digər dilçilər xüsusi sorğu blanklarında cümlələri yazıb Almaniyanın müxtəlif bölgələrinə göndərmişdilər. Onların məqsədi yerlərdən gələn transkripsiya əsasında ümumiləşdirilmiş ədəbi dil yaratmaq idi. Lakin cümlələrin transkripsiyası o qədər fərqli idi ki, (çünki Almaniyada dialekt fərqləri nəinki ötən əsrin sonunda, elə indinin özündə də o qədər böyükdür ki, cənubdan bavariyalı şimaldan gələn holştaynlını çətin başa düşür və ya heç başa düşə bilmir) onlar məcbur olub səhnə dilini əsas götürdülər. Beləliklə, Avropada ilk orfoepiya lüğəti 1898-ci ildə Almaniyada «Bühnendeutsch» («Səhnə dili») adı altında meydana gəldi.
Dili ona görə tədqiq edirik ki, bütün dillərə xas olan ümumi prinsipləri üzə çıxarmaq, başa düşmək istəyirik. Bu zaman dilöyrənmə şəraitinin yaxşılaşması, hər hansı bir dili özü-özlüyündə öyrənmək və ya bədii ədəbiyyatın üslubi xüsusiyyətlərini də araşdırmaq da ola bilər. Ancaq bunlar dilçinin əsas məqsədi deyil, əsas məqsəd istər bir dilin, istərsə bir neçə dilin və ümumilikdə bəşər dilinin ümumi cəhətlərini öyrənmək və dildə ünsiyyətin mexanizmini açıb göstərməkdir. Bu da dilçilik elminin predmetini təşkil edir.
I.5. Kursun tədqiqat metodları
Germanistikanın tədqiqat metodlarından danışanda ümumi dilçilik zəminində işlənib hazırlanmış üsul və priyomlardan yan keçmək olmaz. Ontoloji baxımdan olduğu kimi, metodoloji baxımdan da İ.A.Boduen de Kurtene (1845-1929) və F. de Sössür bu sahədə öncüllərdən hesab edilirlər.
F. de Sössür 1879-cu ildə Laypsiqdə çap etdirdiyi hind-Avropa dillərində qədim sait sistemi haqqında əsərilə german dilçiliyinə töhfə vermişdi1. Sonra isə məlum olduğu kimi, onun ümumi dilçilik sahəsində sanballı əsəri çap olundu.2
F. de Sössür dixotomiyasında3 dil-danışıq (langue-parole), paradiqmatik-sintaqmatik, sinxronik-diaxronik qarşılaşmaları ilə yanaşı, dil işarələrinin bilaterallığı, diskretliyi, linearlığı germanistikanın sonrakı inkişafına güclü təkan verdi, dil nəzəriyyəsinin yeni baxımdan işlənib hazırlanmasına möhkəm zəmin yaratdı. Kitabın Avropada əks-sədası xeyli sonralar yayılmağa başladı. Buna da səbəb Avropada müharibələrin getməsi oldu. Ancaq buna baxmayaraq onun V. fon Humboldtdan sonra dilə canlı bir fenomen kimi yanaşması, danışığı yazıdan üstün tutması, təcrid edilən fonetik meyllərin və adi qrammatik müqayisələrdən fərqli olaraq dilə (langue) sistem kimi yanaşması və onu öz sosial zəmininə qaytarması (ona qədər dil zahiri əlamətlərin toplusu kimi götürülürdü) tezliklə özünə çoxlu tərəfdar tapdı. Artıq 1928-ci ildə mənşəcə Rusiyadan olan N.S.Trubeskoy, R.O.Yakobson (1896-1982) və S.N.Karcevski (1884-1955) Haaqada birinci Beynəlxalq Dilçilər qurultayında proqram sənədi ilə çıxış edərək prinsipcə dilin sistem kimi götürülərək sinxron və funksional aspektdə tədqiqini nəinki təsviri, həmçinin tarixi fonologiya sahəsində vacibliyini elan etdilər.1 Çox maraqlıdır ki, L.V.Şerba (1880-1944) xatirələrində yazırdı ki, F. de Sössürün dəyərli fikirlərlə dolu olan bu kitabı Petroqrada gec gəlib çatmışdı. Ancaq onu oxuyub qurtarandan sonra yəqin etdik ki, orada söylənilənlərin çoxu bizə öz müəllimimiz İ.A.Boduen de Kurtenin əsərlərindən çoxdan bəlli idi.2
Beləliklə, biz əsrin qovuşuğunda ümumi dilçilik və eyni zamanda germanistikaya güclü təsir göstərən istiqamətlərdən biri olan İ.A.Boduen de Kurtene məktəbinə bir nəzər salmaq istəyirik.
Fransız mənşəli, Varşavada doğulmuş, Laypsiqdə təhsil almış, Rusiya və Polşa universitetlərində çalışmış bu alim 400-ə qədər əsərin və məqalələrin müəllifidir. Onun Avropa və dünya dilçiliyinə az, həm də gec təsir etməsi əsərlərinin dağınıq və rus dilində olması ilə izah edilə bilər. İ.A.Boduen de Kurtene gənc qrammtiklərin mənəvi atalarından biri sayılır. 1867/68-ci illərdə Yenada A.Şlayxerin yanında təhsil alan İ.A.Boduen de Kurtene 1870-ci ildə Laypsiqdə A.Leskiyenin (1840-1916) birinci dissertantı kimi "Polşa dilində hallanmada analogiyanın əhəmiyyəti" mövzusunda müdafiə edib. Bu işdə o, gənc qrammatiklərin səs qanunu və analogiya vasitəsilə paradiqm yaratmasında iştirakçı olur.1 Boduenin böyük xidməti dilçilikdə dil səsini (Srrachlaut-Phonem-F.Y.) hərfdən ayırması oldu. Dil faktlarının tarixi baxımdan ümumiləşdirilməsi və dildə fəaliyyət göstərən, onun varlığını və inkişafını müəyyənləşdirən qüvvə və qanunların aşkar edilməsi əsl elmi yön sayıla bilər. Dilçilik üçün müqayisəni əsas götürən İ.A.Boduen de Kurtene dilə orqanizm kimi yox, ona yalnız və yalnız öz daşıyıcılarında (native speaker) yaşayan instrument kimi yanaşır. Bu və qədim formaların bərpa edilməsi haqqında tezisilə o, gənc qrammatiklərə lap yaxın idi, ancaq ona görə bərpa, dilin real formalarını bərpaya xidmət etməməli, cizgiləri bərpa etməlidir. Psixoloji tədqiqi ön plana çəksə də, İ.A.Boduen de Kurtene yalnız fərdin dilini psixoloji reallıq kimi götürürdü. İ.A. Boduen de Kurtene dil və onu işlədənlər arasındakı münasibətlərin öyrənilməsinə, o cümlədən, xalqın dünyagörüşünün dilin inkişafına təsirini qəbul edir və bir növ tətbiqi dilçiliyin əsasını qoymuş olur. O, canlı dili bütün şaxələrilə öyrənməyi məsləhət gördüyü kimi özü də bu sahədə nümunə göstərirdi. Dil onun üçün psixoloji-ictimai bir hadisə idi.2 Bütün ömrü boyu elm uğrunda mübarizə aparan bu alim taleyin qismətilə Varşava, S.Peterburq, Tartu (Derpt, Yuryev) universitetlərində çalışmış, L.V.Şerba, N.Kruşevski (1851 -1887), Maks Fasmer, Y.D.Polivanov və s. kimi dünya şöhrətli alimlər yetişdirmişdir. F. de Sössürlə birbaşa tanışlığı sübut olunmayıb, amma F. de Sössür 1879-cu ildən Parisdə Linqvistik Cəmiyyətin katibi vəzifəsində çalışanda İ.A.Boduen de Kurtene və onun əsərlərilə tanış olduğunu göstərən mənbələr vardır. İ.A.Boduen de Kurtene Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub. 1918-ci ildə milli azlıqların Polşa prezidentliyinə namizədi olub.1
1870-ci ildə İ.A.Boduen de Kurtene artıq dil vahidlərinin ikili üzvlənməsi prinsipinin linqvistik əsaslarını işləyib hazırlayaraq, fonem və morfem anlayışlarını dilçiliyə gətirmişdi. O, bir tərəfdən müəyyən bir insanın konkret bir ünsiyyət məqamında əks danışığı (idiolekt)2 onun sosial3 və lokal xüsusiyyətləri əks etdirən dili (dialekt), digər tərəfdən potensiyadakı dillə (langue) anlaşılma vasitəsi kimi daim təkrarlanan proses - dil (parole) arasındakı fərqləri düzgün fərqləndirir, buradan dissertasiyalin statikliyi və dinamikliyini əsaslandırır və məqsəddən asılı olaraq statik və dinamik tədqiqatlar metodunun vacibliyini göstərirdi.
Germanistikanın inkişafına güclü təkan verən elmlərdən fəlsəfə, məntiq və psixologiyanı xüsusi qeyd etmək lazımdır. Məntiqi kateqoriyaların dil təhlilinə birbaşa təsirindən biz irəlidə söhbət açmışdıq. Fəlsəfə ilə dilçiliyin, o cümlədən germanistikanın əlaqəsinə gəldikdə isə deməliyik ki, pozitivizm, yeni faktların mövcudluğunun aparıcı kriterminlərriya kimi götürülməsi gənc qrammatiklərin əsas iş prinsiplərindən olub. Hələ hind-Avropa dillərinin bölgüsündən bəhs edən A.Şlayxer Ç.Darvinin (1809-1882) canlı varlığın təkamül nəzəriyyəsini4 Hegelin fəlsəfi baxışları ilə bağlayaraq dillərin təcrid, aqqlütinativ və flektiv tipoloji bölgüsünü tezə-antitezə-sintezə uyğunluğunu belə izah edirdi: Sintez inkişafın ən yüksək zirvəsi olduğundan flektiv formaların sayının çox olduğu dili ən yüksək inkişaf səviyyəsinə çatmış dil hesab edirdi. Latın, yunan və sanskrit bura aid dillərdən sayılırdı. Çin dili ən az inkişaf etmişlərdən sayılırdı. Bütün proto-hind-Avropa dilləri isə tədricən tənəzzülə doğru gedirdi, çünki müqayisəli dilçilik sübut etməyə çalışırdı ki, bu ulu dil, yəqin ki, bizə gəlib çatan dillərdən ən çox flektivi idi.
Təbiətşünaslığın dilçiliyə güclü təsiri nəticəsində linqvistika bir elm kimi getdikcə filologiyadan ayrılıb tam müstəqil elm olmağa başladı. 1922-ci ildə nəşr etdirdiyi kitabında germanistikanın yaradıcılarından biri O.Yespersen (1860-1943) bu fənnin emensipasiyasından danışırdı və onun bu fikri özünə çoxlu tərəfdar tapırdı.1
Alimlər uzun mübahisələrə qoşularaq sübut edirdilər ki, dil canlı orqanizm deyildir, onun müstəqil fiziki varlığı yoxdur. Ona görə də dili canlılar kimi götürmək düz deyildir. O, canlı orqanizmin - fərdin davranışının bir hissəsi kimi abstrakt bütöv götürülməlidir. Lap fərz edək ki, fransız və ingilis dilləri bir canlı orqanizmdən parçalanaraq ayrılıblar. Bəs onda bu dillərin sonradan bir-birinə qarşılıqlı təsirini necə izah etmək olar?
Pozitivizm XIX əsrin ikinci yarısında bütün dəqiq elmlərin əsasında dururdu. Gənc qrammatiklər fonetikanın tədqiqində, fonetik qanunların ardıcıllığını axtarıb tapanda bir tərəfdən fizika, digər tərəfdən isə biologiyadan bəhrələnərək öz tədqiqat metodlarını işləyib hazırlamağa nail olmuşlar.1 Bu yolla öz tədqiqat metodlarını hazırlayan gənc qrammatikçilər bəzən nəzəri cəhətdən səhvə yol verirdilər. Faktlar ayrı-ayrılıqda götürülür, bu da atomizm, yəni sistemliliyi nəzərə almamaq demək idi.
Digər elmi bağlılıq psixologiya ilədir. Gənc qrammatiklər dilə, daha doğrusu, danışığa psixofiziki fəaliyyət kimi baxırdılar, odur ki, onlar dilin varlığını istər-istəməz fərdin varlığına bağlayırdılar. Fərd isə, məlum olduğu kimi, təkcə fiziki varlıq deyil, həm də müəyyən ruhi varlıq deməkdir. Psixologiya əsas elm kimi götürülsə də, empirik dəqiqliyilə qanunların çıxarılmasında ona bazis kimi yanaşırdı. H.Paul (1846-1921) anlamında bu fərdi psixologizmdir, çünki real olan fərddir. Dilçinin müşahidə edə biləcəyi yalnız fərdin dilidir, dil kollektivi deyilən anlam yox dərəcəsində idi. Bu mövqe həm H.Paulda, həm də Boduen de Kurtenede güclü şəkildə özünü büruzə verirdi.2 Ancaq burada çətinlik törədən odur ki, dilçi bütün fərdlərin danışığını öyrənib onun mənsub olduğu dil (langue) haqqında ümumiləşmələr aparmalıdır. Elə məsələnin mürəkkəbliyi də burasındadır. Dilçiliyin təşəkkülü, sözün həqiqi mənasında, təbiət elmlərinin müdaxiləsilə xeyli qabağa getmişdir. Dildə danışanların heç birisinin digərini təkrar etmədiyini qəbul etsək, bir dil vahidini eyni şəkildə iki danışanın heç vaxt eyni cür deyə bilmədiyini başa düşən alimlər XIX əsrin sonunda ciddi axtarışlar aparır, danışığı saxlayaraq lentə köçürmək və onun təhlili zamanı istənilən qədər fırladıb qulaq asa bilmək və eyni zamanda bu təhlildə yol verilə biləcək subyektivizmi aradan qaldırmaq üçün dilçilərin yeni elmi kəşflərə böyük ehtiyacı vardı. Paris Elmlər Akademiyasında gözlə görüləni ölçmək üçün Daguerreotyp adlı cihaz nümayiş etdiriləndən 18 il sonra (1857) germanist R. fon Raumer belə bir cihazın danışılan üçün də olmasını çox arzulamışdı. 1878-ci ildə Tomas Edisonun Parisdə Dünya sərgisində nümayiş etdirdiyi fonoqraf da dilçilərin arzusunu yerinə yetirə bilmədi, çünki belə plastinka kəşf olunmamışdı. Yalnız 1887-ci ildə berlinli Ernest plastinka yaradandan sonra əvvəlcə Vyanada, sonra Sürix, Berlin və Marburqda fonoqram arxivləri yarandı. Beləliklə, dialekt və dilləri yazmaqla onlardakı canlı danışığı gələcək nəsillərə ötürmək imkanı yarandı. Almaniyada 1932-ci ildə «Alman dili arxivi» yarandı. Aşağı tezlikli gücləndiricilər kəşf ediləndən sonra mikrofon yarandı və ilk dəfə olaraq külli miqdarda dialektin və xeyli miqdarda adamın təbii danışığını maqnitofon lentinə alıb hərtərəfli linqvistik təhlil aparmaq mümkün oldu.1
İtaliyada və Fransada abbat Russlonun yanında təcrübələr aparıb sanballı əsərlər yazan L.V.Şerba avropalı həmkarlarından fərqli olaraq, fonetik eksperimenti eksperiment xatirinə deyil, irəli sürdüyü nəzəri fikri təcrübədə təsdiq etmək üçün həyata keçirirdi. Bu da ona imkan verirdi ki, adi gözlə görə bilmədiyi fonetik elementləri aydın görə bilsin. Beləliklə, dilçilikdə təbiətşünaslıq elmlərinin çoxdan sınaqdan çıxardığı metodlara geniş meydan açıldı. Dilçilər saymağı öyrənməyə başladılar. Amma saymaq heç də əsas məqsəd ola bilməz. Riyazi hesablamalardan istifadə edərək dildəki qanunauyğunluqları, dil vahidlərinin işlənmə tezliyini və dəyişikliyə uğrama dərəcəsini, həmçinin variantların hüdudlarını müəyyənləşdirmək olar. Bu barədə biz öz kitablarımızda geniş yazmışıq.1 Burada isə məşhur amerikan alimi Zelliq Harrisin (1909-1992) dilin riyazi xüsusiyyətləri üçün müəyyənləşdirdiyi elementləri sadalamaqla bu bölməni tamamlamaq istərdik.
1. Diskretlik. Dilin təhlilində ayrı-ayrı sözlərin özündən kiçik hissələrə bölünməyən fonemlərdən, cümlələrin isə sözlərdən ibarət olduğu aşkarlanır. Riyazi düstur və ya tənliklə rəqəmlər (0, 1, 2, 3 və s.) və simvolların (x, y, z və s.) dililə bunu göstərmək olur.2 2. Qabaqlama (pre-setting). Dildəki fonetik fərqləri və sözləri təşkil edən fonem ardıcıllıqlarını dili öyrənmək istəyən mənimsəyir və onları öz gələcək danışığına qabaqcadan daxil edə bilir. Danışan hər hansı bir dil vahidini bircə dəfə eşitsə və onu başqa dil vahidlərindən fərqləndirsə, onun əvvəlkinin eyni olduğunu tam dərk edir. Riyazi modeldə əvvəlki mənimsənilmiş düstur sonrakılara hazırlıq mərhələsi təşkil edir; 3. Təkrarlanma. Nə zamansa deyilən və eşidilən istənilən dil vahidi istənilən miqdarda təkrarlana bilər. /a/ fonemi yüzlərcə sözümüzdə təkrarlanır. Riyazi düsturda rəqəm və simvollar sonsuzluğa qədər təkrarlana bilir; 4. Səhv birləşmə. Məlumatın verilməsində bu və ya digər dil vahidinin yeri səhv düşə bilər, onda qarşılıqlı anlaşılma baş tutmur. Uzun sait əvəzinə qısa deyilsə, terminal intonasiya əvəzinə proqrediyent işlənsə, əlbət ki, məlumatın ötürülməsində anlaşılmazlıq olacaq. (a+v)2 - də mötərizə yaddan çıxsa, düstur başa düşülməz; 5. Dilin ixtiyariliyi. Deyilənlə ifadə olunan arasında birbaşa əlaqə olmur. N2O düsturunun suyu bildirməsi müəyyən razılaşmanın nəticəsidir, formulun özündən irəli gəlmir. /daş/ sözünün /d/, /a/ və /∫/ fonemlərinin məzmununun cəmi olduğunu söyləyən tapılmaz; 6. Düzxətlilik. İstər danışıqda, istərsə də riyazi formullarda olduğu kimi, dil vahidləri bir-birinin ardınca düzülür və eyni vaxtda və eyni yerdə iki müstəqil dil vahidi gələ bilməz. 7. Üzvlənmə. Cümləni əmələ gətirən söz və fonem birləşmələri kiçik hissələrə bölünə bilər: Fonem birləşmələri hecalara, cümlələr isə tərkiblərə bölünə bilər. Lakin danışıq aktının bölünməsi yalnız linqvistik kriteriyaya əsaslanmalıdır. 8. Birləşməyə girmə. Bütün dil vahidləri öz səviyyələrində və başqa səviyyələrdə məhdudluqlar nəzərə alınmasa, birləşməyə girə bilir. Məs.: alman və ingilis dillərində /ŋ/ fonemi sözün və hecanın başında gələ bilmir. "Çoxları günəşin mükafatından imtina etdi" cümləsi qrammatik baxımdan düzdür, amma mənaca düz olması Günəşin hansı mənada işlənməsindən asılıdır. Hidrogenin birbaşa oksigenlə birləşməsi mümkün deyildir, bunun üçün hidrogen iki valentdə götürülməlidir. 9. Son həddin olması. Cümlələrin, sözlərin və digər vahidlərin uzunluğunda bir hədd var, əslində cümlələr müxtəlif növlü güc işlətməklə qısa səyahətə çıxmaqdır. 10. Cümlələrin sayı. Cümlələrin sayı yoxdur, amma cümlə ardıcıllığında hər bir cümlə və dönəmin öz sayı və sırası var. 11. Sonluqlu qrammatika. Danışıq və yazı sonu olan elementlərdən düzəlir. 12. Sayıla bilmək. Cümlə strukturu sayılır. Sonlu alqoritmlər yeni cümlə konstruksiyaları yarada bilər.
I.6. Dil-danışıq münasibətləri
Dilçilərin çoxu bu gün öz sələflərinin ideyalarının inkişafına və təbliğinə çalışır. 50-60-cı illərin araşdırmaları bu istiqamətdə geniş vüsət almışdı. Tədqiqatçılar arasında çox zərərli bir fikir yaranmışdı: Görəsən primat kimə məxsusdur? Məs., fonem anlayışının dilçiliyə gətirilməsində F. de Sössür, yoxsa Boduen de Kurtene birinci idi? «Linqvistika öz hücum və zəbtetmə mərhələsini keçib: indi o, ayıq başla həm keçmişin nailiyyətlərini, həm də gələcəyə verəcəyi töhfələrin planlarını tutmalıdır.»1
Aydın məsələdir ki, ənənəvi dilçilik çox qədim və hərtərəfli bir anlayışdır. Bu «Giriş»də onun bütün qollarını açıb göstərmək fikrində deyilik. Buna nə fiziki, nə də mənəvi gücümüz çatar. Sadəcə olaraq, «German dilçiliyinə giriş» fənnində bu iki istiqamət aparıcı olduğundan, biz də onların üzərində geniş dayanacağıq. Amma ilk öncə qısa şəkildə görək ənənəvi dilçilik haradan başlayıb və haraya qədər gəlib çatır.
Buna aşağıdakı ardıcıllıqla aydınlıq gətirmək olar:
1. Platonun və Aristotelin cümlə strukturları, stoiklərin nitq hissələri haqqında nəzəriyyələri;
2. Orta əsrlərdə sxolastika cərəyanının adla onun mənası arasındakı əlaqəyə dair fikir və mülahizələri;
3. Dillə ruhun bağlılığı haqqında rasionalistlərlə empiriklər arasındakı 17-ci əsrə qədər davam edən mübahisələr;
4. 18-ci əsrdə ingilis qrammatiklərinin dil haqqında nəzəriyyələri;
5. 19-cu əsrdə dilin tarixi haqqında irəli sürülən təlimlər və nəzəriyyələr;
6. Dillərin genetik qohumluğuna dair tarixi müqayisəli dilçiliyin nəzəriyyələri;
7. Dillərin yaranmasına dair naturalist, psixoloji və sosial təlimlər;
8. Dilin sistem və struktur əlaqələrinin vəhdət halında götürülməsinə dair nəzəriyyələr;
9. Funksional və struktur dilçilik təlimləri;
10. Tətbiqi və tipoloji dilçilik təlimləri;
11. Dilöyrənmənin və sosiolinqvistikanın işləyib hazırladığı nəzəriyyələr.
Aydındır ki, bu sadaladığımız nəzəriyyələri daha kiçik bölmələrdə vermək olardı. Onlardan hər birinin öz müsbət və mənfi cəhəti var. Biz isə onların haqqında qısa məlumat verməklə kifayətləndik, hansı bir fərdin danışığından, bir dildən, fərqi yoxdur, hansı dil olursa-olsun, başlamalıyıq (ingilisdən, almandan və s.). Burada dilin dini və fəlsəfi yozumuna toxunulmadı, «insan-maşın» və əksinə ünsiyyətindən danışmadıq. Kitabın fonetika və fonologiya bölməsində bu barədə məlumat veriləcək.
Hər bir dialektin və fərdin dili ayrılıqda tədqiq edilməlidir. Bəziləri fikirləşir ki, onların danışığı sırf məhəlli və ya dialekt səviyyəsindədir, çoxları fizioloji deffektlə danışır, qeyri-adi tələffüz nümayiş etdirir. Bunlar da nəzərdən qaçırılmamalıdır. Loqopediya, afaziya, patologiya və s. elm sahələri müştərək tədqiqatdan doğur. Milli azlıqların dilləri öyrənilməlidir. Belçikada, Hindistanda, Kanada və başqa yerlərdə milli azlıqların öz dilləri uğrunda mübarizəsi davam edir.1
Dil insana öz davranışını və başqalarının davranışını öyrənməyə kömək edir. Dil və təfəkkür əlaqəsi insana ruhunun açılmasına kömək edir. N.Xomski deyir ki, dil kompetensiyadır və kompetensiyanı həyata keçirmək vasitəsidir (Performanz).
N.Xomskiyə (1928) mənbə kimi əsaslanaraq müasir dilçilər çağdaş linqvistikanı kompetensiya haqında elm, əsrin birinci yarısındakı dilçiliyi dil strukturu, 19-cu əsr dilçiliyini isə dil tarixinin linqvistikası adlandırırlar.2 F.de Sössür dil fəaliyyəti (langage), konkret dil sistemi (langue) və danışıq (parole) konsepsiyasından çıxış edirdisə, N.Xomski səriştəni (kompetensiyadan) və onun bilavasitə tətbiqini (performance) əsas götürür. Birinci dildə danışa bilmək üçün tarixən əldə edilmiş müəyyən bilgilərdirsə, ikincisi həmin biliklərin bilavasitə danışıqda öz əksini tapmasıdır. Xomski biliklə, yəni adamın biliyi və bu biliklər səriştəsi ilə həmin biliyin danışıqda həyata keçirilməsini aydın fərqləndirir.3 E.Koseriunun fikrincə, N.Xomskinin terminləri daha tutarlıdır. F. de Sössürün langue-si əslində forma və məzmunun, həmçinin onlara uyğun gələn struktur və paradiqmlərin statik sistemidir.1 F. de Sössürdə müəyyən bir forma və müəyyən bir məna var. Xomskinin kompetensiyası isə, bunun əksinə olaraq, daha çox operativ və dinamik dərk oluna bilən qaydalar sistemidir. Söhbət konkret olaraq dil forma və strukturlarının, əsasən də cümlələrin danışığa gətirilməsi üçün edilən əməliyyatlardan gedir.2
Doğrudan da, danışıq F. de Sössürə görə dilin realizasiyasıdırsa, N.Xomskiyə görə performans kompetensiyanın həyata keçirilməsidir.
E.Koseriu öz tədqiqatlarında göstərir ki, əslində langue/parole qarşılaşması çox qədimdən bəlli idi və bu fərqləndirmənin tarixən üç tipi məlumdur:
1. İntuitiv.
Müq.et.
Alm. d. Fr. d. İng. d. Rus. d.
Sprache langue Language язык
Rede parole Speech речь və s.
Burda bəzən «dil nədir?» sualı veriləndə artıq söhbət ümumbəşəri bir ünsiyyət vasitəsi olan dildən gedir.
2. Praktik olaraq dil fənləri bu fərqləndirməni müəyyən dərəcədə əks etdirir. Məs., qrammatika, ritorika, langue/parole. Bu bölgüyə görə langue hər hansı bir dildir, parole isə həmin dilin danışıqda təcəssümüdür. F. de Sössürə görə onların ikisinin cəmi langage-ı təşkil etməlidir. E.Koseriu güman edir ki, bu bölgü qüsurludur, çünki assimmetrikdir. Məsələ burasındadır ki, langue-ın heç də hamısı parol-da öz təcəssümünü tapmır.3
İngilis alimi Qardinerə görə isə speech bütün dil fəaliyyətini əks etdirir, language isə danışıqda özünü büruzə verən həm bilikdir, həm də elmdir. Qrammatikada ümumi sistem və struktur, ritorikada isə necə danışmaq qaydalarından söhbət gedir. Hələ bundan başqa bir elm də ayırırdılar, dialektika, o da dialoqun incəliklərindən bəhs edirdi.
Danışıqla (parole) dili (langue) elmi-nəzəri baxımdan ilk dəfə fərqləndirən alman alimi V. fon Humboldt (1767-1835) olmuşdur. Yava adasında yaşayan kavilərin dili haqqında „Kawiwerk“ adlı 1836-cı ildə ölümündən bir il sonra çap edilən əsərinə girişdə1 o yazmışdı: «Dilə yalnız ölü bir produkt kimi deyil, daha çox yaranan bir şey kimi baxmaq lazımdır. O, özlüyündə alət deyil (Ergon), əksinə fəaliyyətdir (Energeia).
Göründüyü kimi, bu böyük alim dilə hazır produkt kimi deyil, fəaliyyət kimi yanaşır. V. fon Humboldtun fəaliyyət sözünə əlavə etdiyi energeia anlayışı yaradıcılıqda əldə olunmuş bilik, bacarıq və vərdişlər sahəsindəki səriştəni (Xomskinin kompetensiyası-F.Y.) və onların bilavasitə danışığa tətbiqi bildirir. Bu böyük alim bütöv danışıqda, ümumiyyətlə, konkret bir dili və hər dəfə bu biliyin realizasiyasını bir-birindən ayırmağı tövsiyyə edirdi.
Energeya nəinki təkcə danışıqdır, o həm də dildir, o, dili də danışığı da əhatə edir, o, həmçinin konkret danışığın bir hissəsidir. Beləliklə, danışıq başdan ayağa, yəni insanın danışıq fəaliyyəti hər hansı bir dil və hər dəfəki konkret danışıq F. de Sössürün sonralar fərqləndirdiyi langage, langue, parole anlayışlarına tam uyğundur.2
E.Koseriu daha sonra yazır ki, elmi cəhətdən bu fərqləndirməni bir qədər sonra, yəni hələ 1842-ci ildə danimarkalı alim Y.N.Hadviq özünün «Dilin həyatı, inkişafı və mahiyyəti haqqında» rektorluqdakı çıxışında dilçilər qarşısında bir tələb kimi irəli sürmüşdü və həmin çıxışında bu dilçi V. fon Humboldta istinad etmişdi.
Nəhayət, XX əsr dilçiliyini lərzəyə salan bu «dil-danışıq» dixotomiyasını 1891-ci ildə çap etdirdiyi «Die Sprachwissenschaft. Ihre Aufgaben, Methoden und bisherigen Ergebnisse»1 adlı əsərində məşhur alman sinoloqu Q. fon der Qabelents (1840-1893) elmi cəhətdən aydın və dolğun şəkildə əsaslandıra bilmişdir.
Q. fon de Qabelentsə görə, dil hər hansı bir fikrin konkret ifadə vasitəsidir, hadisədir, yəni danışıqdır.
Dil (Rede) hər cür fikirləri idarə etmək üçün belə ifadələrin vahid məcmusudur. Bu mənada biz hər hansı bir xalqın, zümrənin, yazıçının dilindən (Sprache) danışırıq. Bu o deməkdir ki, dil xalqın təkcə bütün danışıqlarının cəmi deyil, həm də o, daha çox danışığın formasını və məzmununu müəyyənləşdirdiyi bacarıq, meyl və predmet təsəvvürlərinin məcmusudur. Və nəhayət, dil hüquq və dində olduğu kimi insanların ümumi sərvətidir (Vermögen). Nəzərdə tutulur ki, bütün xalqların fikirlərini ifadə edə biləcəkləri dil (Sprachvermögen) vardır.
Q. fon der Qabelents dilin öyrənilməsini belə açır:
Danışıq (Rede) -
konkret dildə tədqiqatlarElm dedikdə bu alim onda nəyin təsvir ediləcəyini deyil, elmlə nəyin izah ediləcəyini başa düşür. Məs., niyə almanlar özlərinə «deutsch» deyirlər? Cavab belə olardı: çünki onlar belə deyirlər, tədqiqat bunu belə izah edir. Sual olunsa ki, nədən almanlar özlərini başqa cür yox, məhz belə adlandırırlar, onda bu artıq konkret bir dilin geneoloji-tarixi tədqiqi zəminində izah olunmalıdır.
Üçüncü elm sahəsi də dil səriştəliyini tədqiq etməlidir. Q.fon der Qabelintsə görə, danışıq konkret bir dilin təcəssümüdür. Danışıq yalnız bir dil daxilində seçmə azadlığına malikdir. Bir dildən kənara çıxmaq başqa bir dilin sisteminə keçmək deməkdir. Konkret bir dil dilin müəyyən vəziyyətidir. Yəni onun sinxron durumudur. Bu mənada bir dilin tədqiqi həmin bu vəziyyət çərçivəsində olmalıdır. Dilin konkret bir zaman kəsiyində durumu onun sistemini əks etdirir. Ərazi və digər fərqlənmələr sistem xüsusiyyətlərinin tədqiqində nəzərə alınmamalıdır.1
E.Koseriu «Kompetensiya hər hansı bir dillə eynidirmi?», «Danışıqda realizə olunan dil bütöv bir sistem kimi götürülən dil vəziyyətinin tam eynidirmi?» və ya «Bir dil kimi və ya dil vəziyyəti kimi götürülən kompetensiya dil sisteminə uyğun gəlirmi?» suallarının hamısına mənfi cavab verir. Başqa sözlə, onlar arasında bərabərlik işarəsi qoymaq olmaz. Artıq «Sistem, norma və danışıq» əsərində E.Koseriu göstərirdi ki, bütün danışığı o, nitq adlandırmır, yalnız hər bir vahidi reallaşdığına görə, dilin təcəssümü olan danışığı nitq adlandırır. Yəni müəyyən normaya və normanın da müəyyən dil sisteminə uyğun gəldiyi nitqdən söhbət gedir.2
Dil, tarixi baxımdan mənəvi irsdir. O, dil daşıyıcılarının hamısının danışdığı və başqa dildən olanların onu bir dil kimi tanıdığı instrumentdir. Hər dilin bu mənada öz yeri var: alman, ingilis, azəri türkcəsi və s.
Dilin öz tarixi hüdudları olduğu halda ailənin, yazıçının və ya bölgənin dilini şərti olaraq hüdudlandıra bilmərik. Tarixən dil tək bir dil sistemi olmayıb, qismən müxtəlif dil sistemlərinin şəbəkəsidir (Gefüge), toplusudur. Onda fonetik, qrammatik və leksik fərqlər nəzərə çarpır. Qismən fərqlənən, lakin tarixən bağlı olan dil sistemlərini tarixi dil baxımından üç cür fərqləndirmək olar:
1. Məkan, yer, ərazi fərqləri, yəni dildə dialektlərin mövcudluğu. Yerlə bağlı fərqləri diatopik, amma bütövlüyü sintopik adlandırırlar.
2. İctimai-mədəni baxımdan müxtəlif dil layları və səviyyələri fərqlənir ki, bu fərqləri diastratik, eyniliyi isə sinstratik adlandırırlar.
3. Dil sistemləri ekspressivliyilə fərqlənir, müxtəlif danışıq məqamları və buna müvafiq dil üslubları mövcud olur. Müxtəlifliyə diafatik, eyniliyə isə sinfatik deyirlər.
Yekunlaşdırsaq, deyə bilərik ki, tarixən dil müxtəlif dialektlərin, dil səviyyələrinin və üslublarının məcmusudur .1
Məs., şvab dialektini ayrıca bir dil kimi deyil, alman dilinin dialekti kimi götürürük. Deməli, biz sintopik tədqiqatla məşğuluq. Biz hər hansı bir zümrənin, məs., ziyalıların, sürücülərin dilini vahid bir dilin müxtəlif səviyyələri kimi nəzərdən keçiririksə, biz sinstratik tədqiqatla məşğul oluruq. Və nəhayət, biz yalnız bir dil üslubunu nəzərdən keçiririksə, onda bizim tədqiqatımız sinfatik olur. Bütün bunların əksini etmiş olsaq, onda birinci halda biz diatopik, ikinci halda diastratik və nəhayət, üçüncü halda diafatik tədqiqatla məşğul olmuş oluruq.
Sözsüz ki, hər bir sintopik, sinstratik və sinfatik istiqamətdə diatopik, diastratik və diafatik tədqiqat istiqaməti götürmək olar. Şvab dialektinin içərisində ləhcə fərqləri, hər bir dil səviyyəsinin içərisində digər sosiomədəni səviyyələr axtarsaq və ya bir ailə danışıq üslubunda digər incəliklərə varsaq, bu dediyimizə misal ola bilər. Amma tarixən hər bir dil diatopik, diastratik və diafatik bütövdür.
Dialekt rəngarəngliyi, yalnız bir dil üslubu olan canlı bir dil kimi götürülə bilməz. Bütün səviyyələrdə yalnız bircə üslub işlənirsə, deməli bu, ölü dildir, çünki o, artıq başqa dilə keçir. Latın dili orta əsrlərdən bəri Avropada məhz həmin rolu oynayırdı.
Yalnız funksional dil bütün baxımlardan vahid dil sistemi ola bilər, yəni həm sintopik, həm sinstratik, həm də sinfatik ola bilər. Başqa sözlə bu tam müəyyən bir səviyyədə, tam müəyyən bir üslubda işlənən dialekt fövqündə olan bir dil olmalıdır, çünki danışıqda sözün tam mənasında çıxış edən yalnız bu dildir.
Tarixən baxanda heç vaxt bu cür funksional dil bir dialekt çərçivəsində sıxılıb qala bilməz. Almaniyanın tarixində Bavariya, şvab, digər alman dialektləri olub. Heç kəs eyni zamanda bir neçə dialektdə bir neçə səviyyədə və üslubda danışa bilməz. Hər kəs funksional dildən istifadə edir. Ola bilsin ki, danışıqda kimsə mətnin bir yerində şvab dialektindən istifadə etsin və ya hər hansı bir səviyyədə və stildə danışsın. Bunlar yalnız danışanın ifadə etdiyi fikrə bəslədiyi münasibət, mətni, dövrü öz mənəvi səviyyəsini aydın nəzərə çarpdırmaq istəyindən irəli gələ bilər.
Ən müasir dilləri belə (alman ədəbi dili, standart ingilis dili) diatopik və diastratik fərqlərdən uzaq olsa da, onlarda diafatik fərq çox böyükdür, çünki onlar müxtəlif danışıq məqamlarında işlənir.
Həmin bu vahid funksional dili öz obyektimiz kimi götürürük. Ancaq dil sistemini müəyyənləşdirmək üçün biz danışığa müraciət etməliyik, yalnız danışığı obyekt kimi müşahidə edərək dil sistemi haqqında normadan keçməklə müəyyən biliklər əldə etmək mümkündür. Konkret bir dil kompetensiyası, dil vəziyyəti, dil sistemi yalnız funksional dilə əsaslanaraq fonetik, fonoloji, qrammatik və leksik baxımdan tədqiq oluna bilər ki, bu da funksional dildə, dediyimiz kimi, normadan süzülərək danışıqda öz təcəssümünü tapa bilir.
1.7. Transkripsiya və onun rolu
Dilçinin məqsədi ünsiyyət prosesində yaranan və ya nə vaxtsa yaranmış mətnin linqvistik xüsusiyyətlərini açıb göstərməkdir. Burada iki mənbə mövcud ola bilər: 1. Ya dildəki yazılı abidələr, qədim alman dilindəki «Nibelunqlar haqqında dastan», «Hildebrand nəğməsi», «Strasburq andı», «İncilin tərcüməsi» və s. sənədlər, qaynaqlar, müasir mətnlər, roman və hekayələr, yazışmalar buna misal ola bilər; 2. Canlı danışıq, telefon danışığı, monoloq və dialoqlar, radio və televiziya verilişləri və s. Qeyd edək ki, hər iki halda linqvistik tədqiqatın məqsədindən asılı olaraq mətnlərin xüsusi yazı növü olan fonetik işarələrlə transkripsiya1 edilməsinə ehtiyac duyulur. Unutmaq olmaz ki, dilin yazılı forması ikinci (sekundar) olduğundan çox mühafizəkardır. F. de Sössür deyəndə ki, dil işarələr sistemidir və elə buna görə də o, semiotikaya daxildir, dilin yazılı formasını da nəzərə almışdı, çünki danışığın xüsusi işarələrlə verilməsinə xidmət edən yazı ikinci olsa da, əsl semiotik sistemdir.
Bəşər tarixi həmişə fonoqrafik yazıya can atıb, çünki o, əsl ideal yazıdır. Bu halda dilin ən kiçik vahidi - fonem yazıda bir qrafemlə verilir. İkonik (piktoqramm) yazı hər sözü ayrı-ayrı şəkillərlə verirdisə, ümumi anlayış və təsəvvürləri göstərmək, öz obyektinə oxşamağa can atan yazı ideoqrafik (ideoqramlar), həm də mücərrədləşmə prosesi demək idi, yəni ideyalar göstərmək məqsədi güdürdü.2
Bu axırıncı yazının mürəkkəbliyi aydındır. Hər bir anlayış və təsəvvürə əlahiddə bir şəkil göstərməklə dildəki minlərlə sözləri necə vermək olar? Ancaq ideya və anlayışları deyil, sözləri verən bu yazı növünə loqoqram deyilir.
Hazırda çinlilər qədim misirlilər kimi heroqriflərdən istifadə edirlər. Bu irəlidə adları çəkilən yazı növlərindən xeyli mütərəqqi idi və əslində sillabik yazıya yaponlar da yaxınlaşırdı. Ancaq finikiyalılar, ondan sonra isə etrusklar, yunanlar və latınlar dünyanın bir çox yerində işlənən fonoqrafik yazını kəşf etmişlər. İngilis alimi S.Potter yazır: "Romanlar yunan yazısı ilə ilk olaraq etruskların vasitəsilə tanış olublar və bu əlifba birbaşa (in due course) Britaniyaya keçirilmişdir."1 Bundan öncə bütün germanlar 24 hərfli runik əlifbadan istifadə ediblər; ingilislər 44, almanlar isə 40 fonem üçün, "a, o, u“ üstünə iki nöqtə qoymaqla 26 qrafemdən istifadə ediblər.2 Bu qrafemlərdən üçü (q, c və x) artıqdır, birincini və ikincini «k», üçüncünü isə «ks» qrafem birləşməsi ilə vermək olar. «u» da artıq görünür, ingilis dilindəki «y» -da /dz/ birləşməsilə verilə bilərdi.
Azərbaycan dilində də əlifba məsələsi çox uzun və keşməkeşli bir yol keçib, nəhayət 1992-ci ildə ikinci cəhdlə kirildən (IX əsrin ikinci yarısında yunan, latın və yəhudi əlifbaları əsasında Kiril və Mefodinin yaratdığı slavyan əlifbası) latına keçə bildik. Məlumdur ki, əlifba dilimizin yazıda verilməsi üçün istifadə etdiyi qrafemlərin sistemli şəkildə düzülüşüdür. Əksər hallarda, təəssüflər olsun ki, dillə əlifba eyniləşdirilir və bu zəmində də cəmiyyətdə sosial gərginlik yaranır.
Bu gün Azərbaycan əlifbasında lazımsız və yeri səhv salınmış işarələr çoxdur. Öncə deməliyik ki, «ə» işarəsinə ehtiyac yox idi, çünki simmetrik olaraq «o» - «ö», «u» – «ü» idisə, «a» - «ä» olmalıydı. Fikrimizcə əlifbada «u» - ya ehtiyac yox idi, bunu «y» işarəsilə vermək daha düzgün olardı. Digər tərəfdən, «q» tam artıq bir işarədir. Biz hələ «q» və «ğ»- nı demirik: «k» - «g», «g» - «ğ» olmalıydı.
Belə olduqda bir tərəfdən daxili simmetriya saxlanılmış olardı, digər tərəfdən də üç (", ˇ, -‚) işarənin köməyilə əlifbamızda qənaət prinsipinə əməl edilərdi:3
Saitlərdə Samitlərdə
«a»-/a/ → «ä»-/ə/ «k»-/k/→«k»-/g/, «s»-/s/→ «ş»- /∫/
«o»-/o/ → «ö» -/ø/ «g»-/g/ →«ğ» -/g/, «s»-/dz/ →«c»- /t(∫/
«u»-/u / → «ü»-/ü/ «y»- /y/ → «y» -/3/
Lakin yuxarıda deyildiyi kimi, əlifbamız qəbul olunanda bəzi vəzifəli, nüfuzlu, lakin əlifba məsələlərində naşı adamların təkidi və təsirilə indiki calaq əlifba meydana gəldi. Güman edirik ki, gec-tez eyni prinsip qalib gələcək və əlifbamız yeni dəyişikliklərdən sonra təmiz və dolğun bir yazı sistemi şəklini alacaqdır.
Məlumdur ki, yazı ilə danışıq arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün ayrı-ayrı ölkələrdə vaxtaşırı orfoqrafiya1 islahatları aparılır. Məs.: almanlar axırıncı dəfə 1901/02-ci illərdə orfoqrafiya islahatı aparmışdılar. Sonuncu islahat almandilli ölkələrin 1996-cı il 1 iyul tarixli niyyət protokoluna əsasən 80 yeni qaydalardan ibarət olub, 1998-ci ilin avqustun 1-dən qüvvəyə minib. Almanlarda yazıda islahatlar keçirilməsinə səbəb ola biləcək faktlar kifayət qədər idi. Bu bir tərəfdən, sözün ayrı, birgə və defislə yazılmasındakı qarışıqlıqlardan (əvvəl irgend jemand, Freude strahlend, nicht öffentlich: indi-irgendjemand, freudestrahlend, nichtöffentlich və s.), digər tərəfdən fonem-qrafem münasibətindəki müxtəlifliklərdən irəli gəlirdisə (əvəl: naß, Fuß, groß, Fluß, numerieren, rauh, selbstständig, Sauerstofflasshe, indi qısa saitlərdən sonra „ss“, uzun saitlərdən sonra „ß“ yazılır, yəni nass, Fluss, ancaq Fuß, groß, nummerieren, (çünki Nummer var, Sauerstoffflasche, rau, selbständig və s.), üçüncü tərəfdən xarici mənşəli sözlərin yazılışındakı uyğunsuzluqlardan (əvvəl: Joghurt, Spagettih, Buerau indi isə Jogurt, Spagetti, Büro və s.) irəli gəlirdi.2
Yazı qaydalarında ciddi dəyişikliyə ehtiyac duyulursa da, ingilislər ənənəni pozmaqdan qorxaraq buna getmirlər. Güman edirlər ki, belə olduqda ingilis dili tamam parçalanar. İslahatı elə Şekspir (Shakespeare) adı ilə əsaslandırmaq olardı. Bəzi misallara müraciət edək: Who-he, capital, colony, custom, but, centre, certain, circle, ingilislər plouph, amerikanlar. rlow, music, physic, chemical, chemist və s. enough, sower /òouə /, but, bower /bauə/ və s. quality, might-have-beens və s.
1755-ci ildə "Dictonary of the English Language" lüğətini çap etdirmiş1 S.Consonla bağlı yazırlar: dr.Conson birinci həqiqi avtoritar leksikoqraf idi ki, ingilis orfoqrafiyasının yaxşılaşdırılmasında maraqlı deyildi.2
Lakin yeddicə il sonra Fransız Akademik lüğətini 3-cü nəşrdə buraxanlar təxminən 5 minə yaxın sözün və ya fransız sözlüyünün 4/1-də dəyişikliklər etmişdilər.
Ənənəvi dilçilik yazı qaydalarında üç prinsip fərqləndirilir. 1. Fonetik prinsip. Bu prinsipə görə, sözlər əsasən eşidildiyi kimi yazılır. Müq. et: alm. /Tal/, /fünf/, /gut/; ing. /ten/, /pen/, /it/; rus. /tom/, /dom/, /lom/; Azərb. /baş/, /beş/, /adam/ və s. Azərbaycan dilində bu sözlərin xeyli hissəsi bu prinsipə tabedir. 2. Morfoloji prinsip. Bu prinsipə görə sözdəki vəziyyətindən asılı olmayaraq morfem eyniliyi saxlanılır. Məs. alm. /Tag/, /täglich/, /Jahr/, /jährlich/, /Jahrhundert/ və s. ; ing. /teacher/, /teaching/, /become/, /becoming/, rus. /voda/, /vodovoz/, /vodənoy/ və s.; Azərb. /baş/, /başçı/, /kənd/, /kəndçi/, /kirli/ və s. Rus və alman dillərində bu prinsip daha çox sözü əhatə edir. 3. Ənənəvi prinsip. Deyilməsindən və morfoloji dəyişikliyə uğramasından asılı olmayaraq necə yazılırsa, o cür də qalmaqdadır. Müq. et: alm. /Goethe/, /Melodie/, /Hannover/ və s; ing. /Shakespeare/, /London/, /enough-inaf/, /between/; rus /noçğ/, /peçğ/, /seçğ/, /əyüo/ və s.; Azərb. /sirr/, /fənn/, və s. İngilis dilinin orfoqrafiyası daha çox bu prinsipə aiddir.
Orfoqrafiya bizi bir qədər əsas məsələdən yayındırır. Əsas məqsədimiz dilçi üçün vacib olan transkripsiyanın mahiyyətini açmaqdır. Bu yolla biz bütün bu kitab boyu istifadə edəcəyimiz yazı növü ilə oxucuları tanış edəcəyik. Dilçi istər tarixi abidənin dilini öyrənsin, istər müasir dili funksional, struktur və distributiv baxımdan tədqiq etsin, istər dialekt və sosiolekti öyrənsin, hər zaman transkripsiyadan istifadə etməlidir. Germanist /'Lant/ və /'lÙndṇ/ sözlərindəki hansı fonemlərin olduğunu müəyyənləşdirirsə, onda o fonoloji transkripsiyadan istifadə edir. “Land“ kimi yazılan sözdə /l/+ +/a/+/n/+/t/fonemləri olduğunu müəyyənləşdirən dilçi axtarışlarını davam etdirərkən görür ki, “Land“ „Lande“ və „Länder“ sözlərində həmişə də /d/ yazılsa da, onların deyilişi arasında fərq var. /`lant/, /`landə/, /`lendər/. Sonra biz „dünn və dann, Lüge və Lage“ sözlərində də / d/ və /l/ foneminin əvvəlcə dodaqlanan [d°], [l°], sonra isə dilin arxaya çəkilməsilə [d] və [l] tələffüz edildiyinin şahidi oluruq. Yazı ilə danışıq arasındakı fərqləri daha böyük dil mətnlərində görə bilərik. Məs: alm. "Wollen wir folgendes machen?"- /´vÉ ve. fÉnts '''man//, ing.: I should be surprised if John and Mary were late. - /ai ∫u bi spraizd if dzo.n meri və leit //. Deməli, hər bir dil vahidinin real tələffüzündəki fonetik əlamətləri biz mütləq göstərməliyiksə, buna fonetik transkripsiya deyilir. Və nəhayət, bir transkripsiya növü də var ki, buna fonomorfoloji və ya morfonoloji transkripsiya deyilir. Bu transkripsiyada sözdəki morfemin bütün mümkün variantları öz əksini tapır. Məs.: /l e/a n d/t ə R /, yəni Land“, „Lande“ və „Lendər“ kimi formaları mövcuddur.
Canlı danışığı obyekt kimi götürdüyümüzdən və funksional dil sistemi haqqında bilikləri həmin obyekti müşahidə və tədqiq yolu ilə əldə etdiyimizdən danışılanın yazıya alınması üçün müəyyən işarələrdən istifadə etməliyik. Danışıq aktında bütün fonetik xüsusiyyətlərin yazıya köçürülməsini biz yuxarıda transkripsiya adlandırdıq. Elmi ədəbiyyatda transkripsiyanın üç növündən istifadə edilir:
1. Fonetik, 2. Fonoloji, 3. Fonomorfoloji. Birincidə eşidilən hər bir danışıq aktı nitq parçası və onun söz tərkibi fonetik incəliklərin hamısının nəzərə alınması ilə yazılır. Məs.:
/` ^m (``zy:dən `her∫t ```Ru:ə//
Burada başlanğıcı (/) və sonu (//), sintaqmatik fasiləni və ayrı-ayrı fonemləri ( i, m, z, y:, d, ə, n, h, e, R, ò, t, R, u:) göstərən işarələri və vurğuları (söz vurğusu /`/, sintaqm vurğusu /``/, və cümlə vurğusu/```/ göstərən işarələrdən başqa həm də (³)- knaklaut, (°)-samitin dodaqlanan tələffüzü və onun altından qoyulan (.) nöqtə isə əlavə fonetik informasiyanın - onun yarımcingiltili deyilməsini göstərir ki, bunları fonoloji transkripsiyada göstərməyə ehtiyac yoxdur. Beləliklə, yuxarıdakı parça fonoloji transkripsiyada belə olacaq:
/`^m (``zy:dən /`heR∫t ``` Ru:ə//
Fonoloji transkripsiya ifadənin, sözün və parçanın bütövlükdə fonem tərkibinin yazıda verilməsinə deyilir.
O ki qaldı fonomorfoloji transkripsiyaya, bu transkripsiyada amalqam morfemlər də daxil olmaqla hər bir morfemin tərkibindəki fonem əvəzlənməsinin nəzərə alınmaqla yazılışı deməkdir. Məs: /^n/m (de.m) `` zy:dən/ heR∫t ```Ru:ə//
Biz bu əsərdə fonetik və fonoloji transkripsiyadan istifadə etdiyimizə görə ona qarışıq transkripsiya deyirik.
İstifadə edəcəyimiz qarışıq transkripsiya işarələrinin geniş şərhinə keçməzdən əvvəl transkripsiyanın yaranması və inkişafı haqqında bir qədər ətraflı danışmaq istərdik.
Beynəlxalq Fonetika Assosiasiyası ilk dəfə 1886 -cı ilin əvvəllərində Dhi Fonetik Tîcerz Asociecon (FTA) adı altında „L` Association Phonetique des Professeurs d'Anglais adlı cəmiyyətin əsasında yaranmışdır.
Xarici dilin real tələffüzündə uşaqlara köməklik göstərmək məqsədilə məktəbdə istifadə edilə biləcək fonetik işarələri sistem şəklində vermək üçün fransız P.Passinin (1859-1940) rəhbərliyi altında dil müəllimlərinin kiçik bir qrupu bir yerə gələrək bu cəmiyyəti yaradırlar. Sonradan fonetik yazı sistemi gənclərə də öyrədilməyə başladı. Bu məqsədlə cəmiyyət xarici ölkələrdən olan fonetistlərin hesabına genişlənməyə başlayır. Cəmiyyətin işində Danimarkadan O.Yespersen (1860-1943), Almaniyadan Vilhelm Fiyetor (1850-1918), Rusiyadan L.V.Şerba, İngiltərədən D.Counz (1881-1967) və digər məşhur alimlər yaxından iştirak ediblər. Artıq 1914-cü ildə Cəmiyyətin 8-ci yığıncağında 40 ölkədən 1751 üzvü vardı. 1889-cu ilin yanvarında cəmiyyətin adı dəyişərək „L` Association Phonetique des Professeurs de Langues Vivantes (AP)“1 adlandırıldı. 1897-ci ildə „L`Association Phonetique Internationale(APJ)“, ingiliscə „International Phonetic Association (JPA)“ adlandı.
1886-cı ilin ilk aylarında məktəb müəllimlərinə fonetikanın təliminin texniki məsələlərindən bəhs edən xüsusi buraxılış həsr edilmişdi. Amma həmin ilin mayından „Dhi Fonetik Ticer (FT)“ adlı kiçik həcmli jurnal buraxılmağa başlandı, 1889-cu ilin yanvarından jurnal dəyişib „Le Maitre Phonetique(MF)“ oldu. Həmin vaxtdan cəmiyyətin rəsmi dili fransız dili olur. Yalnız 1971-ci ildə „MF“ çevrilir olur „The Journal of the International Phonetis Association (JPA)“ və rəsmi dil olur ingilis dili. 1911-ci ildən "Şimal küləyi və günəş" təmsili nümunə kimi bu yazı sistemində müxtəlif dillərdə nəşr edilməyə başladı.1
Aşağıda dilin və dillərin fonetik təsvirində Beynəlxalq Fonetika Assosiasiyasının (YRA) 1886-cı ildə qəbul etdiyi fonetik işarələr sistemini və ona bəzi əlavələri veririk.
/ / - fonoloji transkripsiya işarəsi
[ ] - fonetik variantın işarəsi
„ “ - konkret səsi göstərir
« » - qrafem göstərməyə xidmət edir
/|/ - kiçik fasilə işarəsidir, sintaqmlar arasında işlənir
/||/ - böyük fasilə işarəsidir
/'/ - vurğu işarəsi, söz vurğusu
/''/ - qüvvətli vurğu, sintaqm vurğusu
// - zəif vurğu, ikinci dərəcəli vurğu
/'''/ - cümlə vurğusu
/Ú/ - vurğusuz hecanı göstərir
/|... ||/- terminal və ya bitkinlik intonasiyasının işarəsi
/¿...ל/
- sual intonasiyasını bildirir
/|/ - fakültətiv fasiləni bildirir
/È/ - vurğulu sözdən əvvəl gələn vurğusuz sözü (proklitik) birləşdirməyə xidmət edən işarə. Eynilə vurğusuz sözdən sonra gələn vurğusuz sözü (enklitik) birləşdirir.
/^/ - dilin yuxarı qalxması
/t/ - dilin aşağı düşməsi
/`o/ - samitin altından qoyulur, karlaşmanı bilirir
/°/ - dodaqlanma, saitin və ya samitin sağdan yuxarıdan üzərinə qoyulur
/¢/ - yumşalma, samitin yuxarıdan sağdan üzərinə qoyulur
/h/ - nəfəslilik, samitin yuxarıdan sağdan üzərinə qoyulur
/¬/ - irəliçəkilmə, səsin altında qoyulur
/®/ - geriçəkilmə, səsin altında qoyulur
/:/ - uzunluq işarəsi, səsin yanında qoyulur
/` ./ - yarımuzunluq, səsin yanında qoyulur
/~/ - burunlaşma, səsin üstündə qoyulur
/°/ - samitin altında qoyulur, heca əmələ gətirməni bildirir
/S/ - samit
/V/ - sait
/→/ - keçmə işarəsi
/>/ - sərt başlanğıc, alman dilində buna knaklaut deyirlər
/Ú/ - eksplozivlik
/Ù/ - implozivlik
/ / - tonun qalxması
/ / - tonun düşməsi
Burada bir məsələyə də toxunmağı vacib bildik. Danışıqda deyiliş məqamı, şəraiti və məqsədi tələffüzə ciddi təsir göstərir. Adi danışıqda biz tələffüzümüzə ciddi fikir vermirik. Ona görə də danışıq üslubumuz yüksək sürətlə səciyyələnir, bunun da nəticəsi olaraq vurğusuz hecaların güclü reduksiyaya1 uğraması baş verir. Sürət yüksək olur, fasiləyə yer qalmır. Eyni qrupdan olanlar asan anlaşırlar. Özü də hər bir sosial qrupun (sosiolektin) danışıq xüsusiyyətləri (sürücülər, tikinti işçiləri, məişət işçiləri, jurnalistlər, müəllimlər, həkimlər, dövlət məmurları, bunlara professionalizm2 də deyirlər) əsaslı şəkildə fərqlənir. Bəzən onlar bir-birini başa düşmür. Danışıq üslubuna dialektizmlər3 daxil deyildir. Danışıq üslbundan sonra ikinci yerdə qarşılıqlı anlaşma tələffüzü üslubu gəlir. Burada danışıq sürəti orta olur, reduksiya bir qədər zəifdir, vurğu və intonasiya aydın eşidilir. Sait-samit münasibəti tam gözlənilməsə də, nitq zəncirində vurğusuz saitlərin murmel [ə]-yə meyli güclü olur. Müasir ingilis və alman dillərində vurğusuz hecalarda keyfiyyətin zəifləməsi və ümumiyyətlə, bütün vurğusuz saitlərin neytral [ə] saitində mərkəzləşməsi bu dillərin fonetik qurumundakı meyli aydın əks etdirir.4 Və nəhayət, Hochlautung, ingiliscə Queen English və RP (receving pronoucation) tələffüz üslubu var ki, bu zaman sait və samitlər tam aydın məxrəcdə tələffüz edilir, heca reduksiyası yox dərəcəsindədir, fakültətiv və sintaqmatik fasilələr kifayət qədərdir, vurğu və intonasiya səlis və aydın eşidilir. Cəmiyyətin yuxarı hakimiyyət dairələrindən tutmuş, məclis, iclas, mühazirə, radio, televiziya, mətbuat bu üslubda fəaliyyət göstərir. Bizim fəaliyyət dairəmiz ədəbi danışıq üslubunda olduğundan biz əsasən ədəbi dili (xüsusən aşağı kurslarda), sonra isə adi danışıq üslubuna qədər hərəkət etməliyik və ona görə də qarışıq transkripsiyadan - fonetik və fonolo-jidən birgə istifadə edəcəyik. Sxematik olaraq bunu belə göstərmək olar:
Ədəbi danışıq üslubu
Anlaşıqlı danışıq üslubu
Adi danışıq üslubu
Ümumxalq danışıq üslubu
İndi də BFC1-nin 1996-cı ildə qəbul elədiyi son variant əsasında alman, ingilis, daç və Azərbaycan dillərindəki fonoloji sistemi əks etdirən işarələri burda vermək yerinə düşərdi.
Samitlər:
/p/-kipləşən- partlayışlı, qoşadodaq, kar.
alm. Puppe, ing. part, daç pen, Azərb. pir
/b/ -kipləşən-partlayışlı, qoşadodaq, cingiltili
alm. Bus, ing.boy, daç ben, Azərb. bir
/m/-kipləşən- partlayışlı, qoşadodaq, burun, sonor
alm. man, ing. man, daç mens, Azərb. mən
/f/- novlu, dodaq, kar,
alm. vier,ing. four, daç fiets, Azərb. fil
/v/-novlu, dodaq, cingiltili
alm.Wein, ing. wine, daç vang, Azərb. vəkil
/w/-novlu, dodaq
ing. why
/p(f/-kipləşən-partlayışlı, dodaq, kar
alm. Pferd
/d/- kipləşən-partlayışlı, dilönü, cingiltili
alm. Dach, ing. die, daç dak- damın üstü, Azərb. duz
/t/ -kipləşən-partlayışlı, dilönü, kar
alm. Tag, ing. tie, daç tak- budaq, Azərb. tel
/θ/-novlu, dil-diş, kar
ing. thigh- yambız,
/ð/-novlu, dil-diş, cingiltili, kipləşən-patlayışlı
ing. they- onlar
/n/-dilönü, sonant
alm. nah, ing. night, daç nek- peysər, Azərb. nə?
/s/-dilönü, novlu, kar
alm. essen, ing. sigh-dərindən nəfəs almaq, daç sok-corab, Azərb. cən
/z/-dilönü, novlu, cingiltili
alm. Saat, ing. bisy, daç zeep- sabun, Azərb. zər
/r/-dilönü, titrək, sonant
ing. rye- arpa, daç rat- siçovul. Azərb. rəf
/l/-dilyanı, süzülən, sonant
alm. Land, ing. land, daç land, Azərb. ləng
/∫/-dilönü, novlu, kar
alm. Schule, ing.shine, daç schol/∫x/, Azərb. şal
/3/-dilönü, novlu, cingiltili
alm. Garage, ing. azure, daç jury, Azərb. jalə
/t(∫/-dilönü, kipləşən, novlu, kar
alm. Deutsch, ing. child, daç ketjap/kecap/- keçub, Azərb. çilə
/t(s/- dilönü, kipləşən-novlu, kar
alm.-zehn
/d(3/- dilönü, kipləşən-novlu, cingiltili
ing.Jones, Azərb. cəza
/j/- dilortası,novlu, cingiltili
alm.Jahr, ing.yes, daç jasmaker, Azərb. yox
/V/- dilortası, novlu, kar
alm. ich
/k/- dilarxası, kipləşən-partlayışlı, kar
alm.Krug, ing. cold, daç kat, Azərb.kanal
/g/- dilarxası, kipləşən-partlayışlı, cingiltili
alm.Garten, ing. garden, Azərb. qart
/ŋ/- dilarxası, kipləşən-partlayışlı, sonant
alm. Gesang, ing.song, daç eng-dar
/x/- dilarxası, novlu, kar
alm.lachen, daç gat/xat/- deşik, Azərb. xala
/R/- dilçək, titrək, sonant
alm.Rache
/h/- udlaq, novlu, kar
alm.Hand, ing. hand, daç had/hut/ Azərb. hava
/ /- dilönü, kipləşən-partlayışlı, sonant
daç orange/ora 3/ narıncı
/λ/- dilortası, kipləşən-partlayışlı, cingiltili,
Azərb. gənə
/ /- dilarxası, novlu, cingiltili
Azərb.bağa
/>/- xirtdək, kipləşən-partlayışlı, kar1
alm. Abend, daç beamen- təsdiq etmək
Beləliklə, yuxarıda verdiyimiz işarələrin əksəriyyəti təhlilə cəlb olunan bütün dillərdə, bəziləri isə yalnız bir dildə işlənir.
Bütün dillərdə işlnənlər |
|
Yalnız bir dildə işlənənlər |
/p/, /b/, /d/, /t/, /m/ |
Alm |
/p(f/, /ç/, /R/, /z/, /t(s/,/ŋ/, /x/ |
/v/, /f/, /n/, /s/, /z/ |
İng |
/w/, /Þ/, /ð/, /d(3/, /w/, /η/ |
/r/, /l/, /∫/, /3/, /t(∫/,([c]) |
Daç |
/ /, /Ζ/, /م/,/ŋ/, /x/ |
/j/, /k/, /g/, /h/ |
Azərb |
/l/, /F/, /d(3/, /x/ |
Səslər |
Alman |
İng. |
D a ç1 |
Azərb. |
||
1 |
2 |
3 |
||||
/^/ |
bin |
bid |
bit |
|
|
Biz |
/i:/ |
Bier |
bead |
- |
Analy-se |
|
|
/e/ |
Bett |
bed |
bed |
- |
|
bel |
/æ/ |
- |
bad |
|
|
|
|
/e:/ |
Beet |
bed |
bed |
Beet |
serre |
əl |
/a/ |
- |
pod |
- |
|
|
|
/o/ |
Sonne |
- |
bot |
|
zone |
- |
/o:/ |
Sohn |
bode |
|
Boot |
|
boş |
/u/ |
Mund |
good |
|
Hoed |
|
ulu |
/u:/ |
Uhr |
booed |
|
|
cruise |
|
/Ù/ |
|
but |
bad |
|
aeure |
|
/ə/ |
- |
bird |
|
|
|
əl |
/a/ |
Band |
- |
|
Road |
|
baş |
/a:/ |
Abend |
- |
|
|
|
|
/ü/ |
dünn |
|
hut |
|
|
gün |
/u:/ |
Bühne |
|
|
|
|
|
/u/ |
|
|
|
|
centu-fuge |
|
/œ/ |
Mörder |
|
neus |
Oeuvre |
fuut |
göz |
/ø/ |
böse |
|
|
|
|
|
/ı/ |
|
|
|
|
|
qız |
[ə] |
bə |
gə |
|
|
|
|
1 1981-ci ilə olan məlumata əsasən, roman dillərindən ispanca 210 mln., portuqalca 115 mln., fransızca 90 mln., italyanca 60 mln., rumınca 22, german dillərindən ingiliscə 320 mln., almanca 110 mln., daçca 19 mln. adam danışır. Bu barədə bax; O.Gross. Einführung in die germanistische Linguistik. München, 1990. S. 178
1 R. Jakobson. N.S.Trubetzkoy´s Letters and Notes. Mouton, 1985, c. 4
2 Germanist (romanist) german (roman) sözkökünə «-ist» şəkilçisi artırmaqla düzəlir və german (roman) dilləri və ədəbiyyatları üzrə mütəxəssis deməkdir. Başqa yozumda daha geniş məna kəsb edərək bu dilli xalqların mədəniyyəti, tarixi, dili, ədəbiyyatı və s. üzrə mütəxəssisi nəzərdə tutur. Həmin sözlərə «-ika» əlavə etməklə müvafiq elm sahəsini bildirən sözlər yaranır. Qeyd edək ki, son illərin termin yaradıcılığında germanistika anqlistika və skandinavistikaya qarşı qoyulur və qərbi german dillərindən əsasən alman, daç və flamand dilləri üzrə elm sahələrini əhatə edir. Beləliklə, tarixi anlam istisna olunarsa, müasir mərhələdə ingilis dilini və ədəbiyyatını öyrənən sahəyə anqlistika, o sahələr üzrə mütəxəssisə anqlist deyirlər. Biz də burada həmin terminləri göstərdiyimiz mənada işlədəcəyik.
1 Alman dilçilik mənbələrində hind-Avropa dillərini adətən hind-german dilləri terminilə göstərirlər. Claus Jürgen Futterer. Die germanischen Sprachen. Ihre Geschichte in Grundzügen.Budapest, 1975. S.9. Əsas səbəb kimi o götürülür ki, bu qohum dillərdən Şərqdə hind, Qərbdə isə german dilləridir. Ən qərbdə keltlərin olduğunu əsas götürən ingilis dilçiliyi isə hind-kelt dilləri termininə üstünlük verir. Dilçilikdə daha çox hind-Avropa termini işlənir.
1 Bu tayfaların tarixən harada məskunlaşması hələ də mübahisə obyektidir. Alimlər onların Orta Asiya və ya Orta Avropada 4000-5000 il bundan öncə də yaşadıqlarını iddia edirlər. Lakin xalqların ilk böyük yerdəyişməsindən öncə onların həyat tərzi, heyvanat və bitki aləmi, habelə təsərrüfat və danışdıqları dillər haqqında xeyli biliklər əldə ediblər. Ətraflı məlumat almaq üçün bax: V. M. Jirmunskiy (1891-1971). İstoriə nemeükoqo əzıka. M. 1965; W.Schmidt. Geschichte der deutschen Sprache.Berlin. 1975; Peter von Polenz. Geschichte der deutschen Sprache.Berlin, 1978(9)
1Qrammatika yunan sözü grammatike-dən götürülüb, hərfləri başa düşüb oxumaq və yazmaq bacarığını bildirir.
1 Latınlar qrammatikaya belə tərif verirdilər: ars bene dicendi et bene scribendi-yaxşı danışmaq və yaxşı yazmaq incəsənəti. Beləliklə yunanların ritorikası da qammatikaya aid edilirdi.
1 Bu barədə ətraflı məlumat almaq üçün bax: Brigitte Bartschaft. Methoden der Sprachwissenschaft (von H.Paul bis Noam Chomsky). Berlin, 1996. İngilis dilçisi D. Kristal yazır ki, əvvəllər cuhud alimlərindən başqa heç kim dillərdəki oxşar və fərqli əlamətlərin sistem şəklində olması barədə yazmırdı. Yalnız fransız missioneri Kördü (Coeurdoux) çoxlu misal gətirərək latın və sanskrit dillərində qrammatik və leksik oxşarlıqların olduğunu göstərdi. Ancaq bu çox gec çap olundu. Ona görə də ser Vilyam Couns (1746-1794) bu fikri daha təkidlə deməklə həm də buraya yunan və sanskrit dillərini də əlavə etdi. Benqaliyada baş hakim işləyən Couns 1786-cı ilin fevralında Asiya Cəmiyyətindəki çıxışında dediyi aşağıdakı fikirlər müqayisəli dilçiliyin sonrakı taleyinə güclü təsir göstərdi. O deyirdi: «Sanskrit nə qədər qədim olsa da, onun çox möcüzə dolu quruluşu var. O, yunan dilindən daha təkmildir, latından çox zəngindir və hər ikisini seçmə incəliyi üstələyir; bununla yanaşı o, fel köklərində və qrammatik formalarında hər iki dilə təsadüfdən uzaq dərəcədə çox oxşayır. Bu oxşarlıq o qədər böyükdür ki, heç bir filoloq sanskrit, yunan və latın dillərinin bəlkə artıq mövcud olmayan bir ümumi qaynaqdan törədiyinə inanmayan o dillərdəki oxşarlıqları tədqiq edə bilməzdi.» Göründüyü kimi, müəllif müqayisəli qrammatika haqqında ilk fikri komparativistlərdən təxminən 100 il əvvəl söyləmişdir. Bax: D.Crystal. Einführung in die Linguistik. .Stuttgart, 1975, S. 125
1 S.Potter. Our Language. London. 1990, p. 36
2 N.S.Trubetzkoy. Gedanken über das Indogermanenproblem. Acta Linguistica. Kopenhagen, 1939. 1958-ci ildə rus dilində "Вопросы языкознания“- da çap olunub. Qeyd edək ki, bu məqalə müəllifin 1936-cı ildə Praqa dilçilik məktəbində etdiyi məruzənin mətni əsasında hazırlanmışdı. N.S. Trubeskoy (1890-1938) bu məqalədə german dilləri üçün 6 struktur tipoloji əlamət göstərir: 1. Bu dilərdə sait ahəngi yoxdur; 2. Morfoloji funksiya daşıyan samit əvəzlənmələri mövcuddur; 3. Affiks və fleksiya ilə sözdüzəltmə; 4. Anlautda in- və auslautdan az olmayan samit birləşməsinin olması; 5. Sözün köklə başlaması məcburi deyil, prefiks var; 6. Tranzitiv fellərin subyekti intranzitiv fellərin obyekti kimi çıxış edə bilər.
1 E.Sievers. Grundzüge der Lautphysiologie (mit einer Einführung in die Phonetik der germanischen Sprachen). Leipzig,1876. Kitabın 5-ci nəşri 1901-ci ildə bu ad altında çıxıb.
2 Almaniyada XIX əsrin ikinci yarısında elmin və mədəniyyətin oyanmasında yeni bir mərhələnin başlanğıcını bildirir.
3 Semiotika-yunanca semeiou sözündən olub müxtəlif işarə sistemlərinin ümumi xüsusiyyətlərini öyrənən elm sahəsidir.
1 H. Gross. Einführung in die germanistische Linguistik. München.1990, s. 29-34.
1 F.de Saussure. Cours de lingustique generale.Genf.1916. F.de Sössürün bu kitabını ölümündən üç il sonra tələbələri Ş.Balli və A.Seşeye öz müəllimlərinin Cenevrə Universitetində 1910-11, 1911-12 və 1912-13-cü tədris illərində oxuduğu mühazirələrin mətnləri əsasında hazırlayıb çap etdiriblər. Ona görə də F. de Sössürün elmi-nəzəri irsinə qiymət verəndə bəzi alimlər kitabda söylənilən fikirlərin bəzilərinin ona aid olmadığını güman edirlər. Lakin bütün mübahisələrə baxmayaraq F.de Sössürün XX əsr dilçiliyində yeni istiqamətlər və cərəyanlar yaradan bir şəxsiyyət olduğunu onun əleyhdarları belə etiraf etməyə bilmirlər. Bax: D.Crystal. Göstərilən əsər, s.137
1 Dilin işarəviliyi və işarələrin xüsusiyyətləri barədə bax: L.R.Zinder. Osnovnıe fonoloqiçeskie şkolı. Voprosı obheqo əzıkoznaniə, L. 1967; Ö.S.Maslov. Znakovaə teoriə əzıka . Voprosı obheqo əzıkoznaniə. L., 1967; K.Bühler. Sprachtheorie. Stuttgart - New-York , 1982.
1 K.Bühler. Göstərilən əsər. S. 70-71
2 N.Chomsky. Aspects of the Theory of Syntax. Cambridge,1965
2 F.de Saussure. Grundlagen der allgemeinen Sprachwissenschaft, Berlin, 1967, s. 109-106
3 Sinxronos və diaxronos yunan sözləri olub birincisi vaxtla (xronos) birgə (sun), ikincisi isə vaxt axarında, ardıcıllığında (dia) deməkdir.
1 S.Potter. Göstərilən əsər. S. 113. Çağdaş dilçilikdə dil müxtəlif yaruslu, səviyyəli mürəkəb struktur kimi götürülür. Ən aşağı səviyyənin adı merizmatik, ən yuxarı səviyyənin adı isə iri həcmli əsərlər kimi diskurs adlanır. Ünsiyyətdə bir merizm (əlamət) fərqləndirə bildiyi kimi, bir cümlə və s. bircə əlamətlə fərqlənə bilər. A.A.Reformatski (1900-1978) bunu izah etmək üçün belə bir misal gətirir: İki romalı mübahisə edir ki, onlardan hansı daha qısa cümlə deyər. Birinci romalı deyir: "eo rus" (Mən kəndə gedirəm), o birisi cavabında deyir "I" (get). Məsələ aydındır, ikinci yarışı udur, çünki o ən qısa cümlə işlədib, həm də bununla o dilin bütün yaruslarını əhatə edib. Bax: A.A. Reformatskiy. Vvedenie v əzıkovedenie. M.1967, s.28.
1 F. Yadigar. Fonetika və fonologiya məsələləri. Bakı, 1993
1 Hansı dilin daha qədim olması və ya dilin necə yaranması məsələləri dilçilərin daim diqqət mərkəzində olmuşdur. Amma maraqlı burasıdır ki, ötən əsrin sonunda Paris Dilçilik Cəmiyyəti (Societe Linguisique de Paris) bu cür məsələlərin elmi əhəmiyyət kəsb etmədiyini əsas götürərək öz iclaslarında onları müzakirəyə çıxarmaqdan imtina etmişdi. Bax: D.Crystal. Göstərilən əsər. S. 39-40
1 D.Crystal. Göstərilən əsəri.S.39
1 Paralinquistica-qədim yunanca para "nəyinsə yanında" və latınca linquia-dil sözlərindən əmələ gəlib ünsiyyətdə dil sistemilə yanaşı çıxış edən bütün digər vasitələrin məcmusuna deyilir.
2 30 il ərzində arıların ünsiyyətini müşahidə etmiş alman alimi Münhen Universitetinin prof. K. fon Fişer 1950-ci ildə çap etdirdiyi əsərdə heyvanların dilindən ətraflı söhbət açır. Arıların başçısı uçub gedərək qida mənbəyi tapır. Sonra o, pətəyinə qayıdaraq bu barədə arıları məlumatlandırır. Sübut arıların qida yerinə başçısız getmələri və səhvə yol vermədən qida mənbəyini tapmalarıdır. Tədqiqatçı başçını nişanlayır və o, ikinci dəfə qida dalınca gedən arıların arasında olmur. Başçı məlumatı öz rəqslərilə vermişdi. Bu zaman arı iki mühüm rəqs mərhələsi keçir: 1.. Üfüqi istiqamətdə sağdan sola dairəvi rəqslərdir. 2.. Üfüqi istiqamətdə soldan sağa dairəvi rəqslərdir. Digər rəqs isə bədənin aşağı hissəsilə 8 rəqəminə oxşar davamlı titrəyişdir. Arı ayaqlarını düz tutur, sonra tam şəkildə sola dönür, yenidən düz uçur, sonra tamamilə sağa dönür və s. Daha sonra pətəkdən bir neçə arı başçının kəşf etdiyi qida mənbəyinə uçur, şirə yığıb pətəyə qayıdır, başçının əvvəl etdiyi rəqsləri təkrarlayır. Beləliklə dairəvi və 8 şəkilli rəqslər qidanın mənbəyi haqqında arılara məlumata xidmət edir. K. fon Fişer göstərir ki, dairəvi rəqs şirəni, 8 şəkilli rəqs isə çiçəyin tozunu bildirir. Sonralar bu alim belə qənaətə gəlir ki, rəqslər tapıntının təbiətinə deyil, onunla pətək arasındakı məsafəyə aiddir. Dairəvi rəqslər qidanın yaxında, yüz metrlik radiusda yerləşdiyinə işarədir, 8 şəkilli titrək rəqslər isə qidanın uzaqda- 100 m-dən 6 km-ə qədər məsafədə yerləşdiyinə işarədir. Əsas məsələ budur ki, rəqslərdən biri qidanın yerini, digəri isə istiqamətini göstərir. Məsafənin uzaqlığı müəyyən zaman daxilində edilən fiqurların sayı ilə təyin edilir. Bu material V. .Fəxrinin «Dilin meydana gəlməsi haqqında: dil və təfəkkür» mövzusunda yazdığı referatdan (Bakı,1997, s.5-10) əxz olunmuşdur. Ətraflı məlumat almaq üçün bax: E.. Benveniste. Probleme der allgemeinen Sprachwissenschaft. München, 1974
1 Alman dilçisi L.Vaysqerber (1899-1958) ardıcıl olaraq bu fikri inkişaf etdirdi ki, hər bir dil həmin dildə danışan xalqın dünyanı dərketmə vasitəsidir. Dil xalqla ətraf mühit arasında biraralıq dünyası (Zwischenwelt) kimi götürülür. Bu barədə məlumat almaq üçün bax: L.Weisgerber. Die vier Stufen in der Erforschung der Sprache. Düsseldorf, 1963
1 Nöqtə kiçik, ştrix isə böyük fasiləni, «eym» isə danışanın çıxardığı adi səsdir. Bax: Göstərilən əsər. s. 17.
1 F. de Saussure. Memorie sur le system primitiv des voyelles d.I.I.i.e.L.; 1879
2 F. de Sasseure. Course de liguistique general. Gent. 1916
3 Dixotomiya-yunan sözü olub ikili qarşılaşma deməkdir.
1 N.S.Trubetzkoy.Grundzüge der Phonologie. Göttingen, 1958, 2.Auflage, S. 8
Müəllif bu əsəri almancadan Azərbaycan dilinə tərcümə etmiş, və 2001-ci ildə nəşr etdirmişdir.
2 L.V.Şerba. Oçerednıe problemı əzıkovedeniə. V kn.: L.V.Şerba . Əzıkovaə sistema i reçevaə deətelğnostğ. L.1974, S.49 Xarici ideyaların arxasınca gedən həmyerlilərini tənqid edərək L.V.Şerba yazırdı: Məs.: Sössürün dərindən düşünülmüş və gözəl şərh olunmuş, 1916-cı ildə hamının malına çevrilmiş və ümumi heyranlıq doğuran kitabında söylədiklərinin çoxu bizə Boduenin yazılarından bəlli idi. Buna baxmayaraq bizim bəzi dilçilərimiz fonem haqqında təlimi bu və ya digər şəkildə Sössürün ayağına yazmağa hazırdılar. Yenə orada. S. 49 (bu barədə bax: 3-cü fəslə)
1 Brigitte Bartschaft.Methoden der Sprachwissenschaft (Von Hermann Paul bis Noam Chomsky). Berlin, 1996. S.33-38. D.Crystal. Göstərilən əsər S. 141
2 İ.A.Boduen de Kurtene. İzbrannıe trudı. M., 1963. I və II hissələr.
1 Ətraflı məlumat almaq üçün bax: Brigitte Bartschaft. Göstərilən əsər. s. 33-48; J.Mugdan. Jan Baudouin de Courtenay (1845-1929). Leben und Werk. München, 1984
2 E.Coseriu. Sprachkompetenz. Tübingen, 1988, S. 39 - 41
3 V.M.Jirmunskiy. Naüionalğnıy əzık i soüialğnıe dialektı. Leninqrad, 1936.
4 Ç.Darvin öz təlimində bütün canlı aləmin üç mərhələdən keçdiyini vurğulayırdı: doğum, inkişaf və tənəzzül. Bax: D.Crystal. Göstərilən əsəri. S.32.
1 O.Jespersen. Language: It,s Nature, Devolpment and Origin. London,1922. Bu alim ilk dəfə "The Philosophy of Grammar" (1924) adlı əsərində qrammatik və məntiqi kateqoriyalar arasındakı qarşılıqlı əlaqələri nəzərdən keçirir, dillə təfəkkür arasında münasibətləri açıb göstərməyə çalışır. O.Yespersen izah etməyə çalışırdı ki, təfəkkürün hansı kateqoriyaları qrammatik kateqoriyalarda öz əksini tapıb və əksinə. Məs., o zaman qrammatik kateqoriyasıyla (ing.tense) real zaman (ing.time) arasındakı əlaqələni geniş dil materialı əsasında tədqiq edir. Nəhəng germanistlərdən biri kimi O.Yespersen anqlistikanın formalaşmasında çox böyük əmək sərf etmişdir. 1943-cü ildə 80 yaşında olanda, "Modern English Grammar on Historical Principles" əsərinin 6-cı və 7-ci cildi üzərində işləyərkən vəfat edir. Sonradan bu cildləri onun 3 şagirdi Kopenhagen Universitetində tamamlayıb 1949-cu ildə çap etdirirlər. Birinci cildi 1909-cu ildə çap olunub və fonetikaya həsr edilib, 6-cı cildi morfologiyaya, qalan cildləri isə bütövlükdə sintaksisə həsr olunub. Bax:S.Potter.Our Language. London. 1990.p.123-125
1 B.Bartschaft. Göstərilən əsəri. S.26-28. Laypsiqdə dekan Fridrix Sarnke istehza ilə 30 yaşlı gənclərin ahıl nəslə qarşı mövqeyini "gənc qrammatikçilər" terminilə ifadə etmişdi. Sonra da K.Bruqman (1849-1919) bu məfhumu utancaqlıq əlamətini göstərmək üçün işlədirdi. Yenə orada. S. 13
2 I.A.Baudouin de Courtenay. Göstərilən əsəri. Bax: həmçinin H.Paul. Prinzipien der Sprachgeschichte. Tübingen, 1970
1 E. und K.Zwirner. Grundlagen der phonemetrischen Linquistik. Basel, 1982; Vinteler ilk dəfə olaraq Vyana dialektini eksperimental yolla təhlil etdi. S.Krasenştayn danışan maşın kəşf etməklə Russiya Akademiyasının mükafatına layiq görüldü. Bax: L.R.Zinder. İz istorii fonetiki. V sb. «Voprosı fonetiki». Leninqrad, 1967
1 F.Veysalov. Lehrbuch der deutschen Phonetik. Baku, 1989.
2 Zellig Harris. A theory of Language and Information. Oxford, 1991, p. 147-151
1 D.Crystal. Yenə orada. S. 31
1 Azərbaycanın Quba rayonunda şəhərdən 60 km. cənub-qərb istiqamətdə dəniz səviyyəsindən 2100 metr hündürlükdə bir kənd yerləşir, onun adı Xınalıqdır. Bu kənddə danışılan dil ətraf rayonlarda danışılan dillərdən əsaslı şəkildə fərqlənir. Bu kənddə 2000 adam yaşayır. O qədər də adam bu dildə danışır. Belə deyirlər ki, bu dil Qafqaz albanlarından qalmadır, Ancaq bunun Avropadakı Albaniyaya dəxli yoxdur.
2 E.Coseriu. Sprachkompetenz. Tübingen, 1988
3 Göstərilən əsər.S. 3
1 Göstərilən əsər. s. 2-55
2 Yenə orada
3 E.Coseriu. Göstərilən əsəri. s. 2-55
1 Über die Verschiedenheit des menschlichen Sprachbaus und ihren Einfluß auf die geistige Entwicklung des Menschengeschlechts. Werke. Bd.3, 1836 Schriften zu Sprachphilosophie. Darmstadt, 1963. Man muß die Sprache nicht sowohl wie ein todtes Erzeugtes, sondern weit mehr wie eine Erzeugung ansehen…Sie selbst ist kein Werk (Ergon), sondern eine Tätigkeit (Energeia). S. 416-418
2 E. Coseriu. Göstərilən əsəri. s. 13
1 Əsər 1901-ci ildə müəllifin ölümündən sonra 2-ci dəfə, yenilikdə 1972-ci ildə çap edilmişdir
1 Yenə orada. S. 16
2 E.Soseriu. System, Norm und Rede. In „Sprache“, 1970, S.193-212; F.Ə.Veysalov. Vaiativnostğ qlasnıx fonem sovremenoqo nemeükoqo əzıka. ADD. Leninqrad, 1976
1 E.Coseriu. Sprachkompetenz. Tüdingen, 1988. S. 25
1 Transkripsiya latın sözü olub «trans»-çevirmə və «scriban»-yazmaq sözlərindən düzəlib, bir simvolikadan xüsusi işarələr sisteminə çevirib yazmaq deməkdir.
2 Dilçilik elminin yaranmasına təkan verən amillərdən biri kimi xristianlıqdan 4 əsr öncə 4000-ə yaxın hind ridveqalarının (dini himnlərin) linqvistik şərhini verməklə Panini sanskrit dilinin qrammatikasını yaratmağa çalışmışdı. 7-ci əsrdə müqəddəs kitab "Qurani-Kərim"in dilinin şərhilə klassik ərəb qrammatikası yarandı. Bu yolla lüğətlərin meydana gəlməsi və eyni zamanda xarici dilləri öyrənmə ənənəsi yarandı. Legionerlər öz fəaliyyətini gücləndirməyə başladılar. Keşiş Vulfild 4-cü əsrdə (daha doğrusu 348-ci ildə) "İncil"i qot dilinə tərcümə etdi. Çin buddistləri 5-ci əsrdə çin dilini öyrətmək üçün kitablar yazırdılar. 5-ci əsrdə İngiltərədə Alfrik fon Aynşəm anqel-saksonlara latın dilini tez öyrətmək üçün danışıq kitabçası yazmışdı. Kilsələr və məscidlərdə dialoji nitq öyrədilirdi. İntibah dövründə yeni coğrafi kəşflərlə bağlı, yeni dillərin öyrənilməsinə maraq artırdı. Dini kitabları tərcümə etmək üçün həmin dillərin əlifbası olmalı idi. 1651-ci ildə vyetnam dili üçün tərtib olunmuş əlifba bu gün də həmin dilin əlifbasının əsasını təşkil edir. Yunan, ərəb, həbəş dillərilə yanaşı, latın, türk, fars dilləri də maraq dairəsinə daxil olurdu.
Dinin rolundan bəhs edən aşağıdakı fikirlər maraqlıdır. Deyirlər ki, Allah Adəmə ixtiyar verib ki, adamlara ad qoysun. Qot allahı misirlilərin, Nabu isə babillilərin dilini və yazısını yaradıb. Rəvayətə görə, göydən düşmüş su tısbağası belindəki işarələri çinlilər üçün yazı gətirmişdir.
Yazı uzaq məsafələrdəki adresata nəsə verməyə qadirdir. Deyirlər ki, yazını, hərfləri, səsi Allah istədiyi vaxt canlandırıb dinləndirə bilir. Mistik şərhə görə, əlifba Allahın mövcudluğudur.
Bəzi inanclara görə, gözlərin şeylərlə əlaqəsi var, onlarla eyniləşdirilə bilər. Ruhlar ecazkar bir vasitə sayılırdı. Məzmun ruhən güclü olduqca, möcüzənin gücü böyük olur. Xəstəni «İncil» səhifəsilə yellədikdə və ya ona dua yazılmış kağız yedirtdikdə o guya sağalarmış. Söz əşyaya hakimdirsə, tez-tez təkrarlamaqla onun gücünü artırmaq olar. Bəzi xalqlarda adamların adını çəkmirlər, çünki ad mahiyyəti bildirir. Tayfa başçısına ad verilsə (məs.: həyat), həmin məfhumu bildirmək üçün yeni ad tapılmalıdır. Ölülərin adı çəkilməzdi. Hər misirlinin iki adı olurdu. Ölən uşağın adı sonrakına qoyulmazdı. Romalılarda bir ad milyon dəfə təkrarlanmışsa, dünyanın axırı gəlibmiş. İtalyanlar əsgərləri yaxşı adı olanlardan (Vietor, Felix və s.) aparırlarmış və s. Göründüyü kimi din dili uzun müddət himayə edib və etməkdədir. Bu barədə bax: D.Crystal. Einführung in die Linguistik. Stuttgart. 1975. s. 32-36
1 S.Potter. Our Language. 1990. P.70
2 “Runen“-almanca «sirri açmaq», «sirrinə bələd olmaq» deməkdir. Oxumaqla yazının möcüzəsini açmağa nail olmaq olur.
3 Bu barədə biz ətraflı yazdığımız üçün burada geniş şərhdən vaz keçirik. Maraqlananlar üçün tövsiyə edirik. F.Yadigar. Dilimiz, qeyrətimiz və qayğılarımız. Bakı, 1997. S. 102-113
1 Orfoqrafiya-yunan dilindəki „orthos“ - düzgün və „grafiya“- yazmaq sözlərindən düzəlib, bir dildə düzgün yazılış qaydalarını müəyyənləşdirən elm sahəsidirdir. Əlifbadakı işarələrin sayı və düzülüşü qaydaların daxili bağlılığından və ənənədən asılıdır. Sözün və digər dil vahidinin necə yazılmasının əlifbaya qəti dəxli yoxdur. Bunlar bütövlükdə orfoqrafiyanın sahəsidir.
2 K.Duden. Die neue Rechtschreibung. Mannheim,1996
1 S.Potter. Göstərilən əsəri, s.71
2 Yenə orada. s. 71
1 vivantes-canlı; Qed edək ki, həmyerlimiz M.Şahtaxtlı bu cəmiyyətin işində fəal iştirak edib. Bax: F.Yadigar. Fonetika və fonologiya məsələləri. B., 1993.
1 Qeyd edək ki, bu və ya digər dilin spesifik fonetik hadisəsini dolğun təsvir etmək üçün burdakı işarələr yetərli olmaya bilər. Onda biz müvafiq fonetik işarənin üstündə və ya altında diakritik işarədən istifadə edə bilərik. Diakritik yunanca "dia"-içindən, ortasından, "critic" isə ən kiçik deməkdir.
1 «reduksiya» latın sözü olub, «uyuşma, azalma, enmə, düşmə», yəni keyfiyyətdən «düşmə» deməkdir.
2 Proffessio - latınca «peşə, ixtisas» deməkdir.
3 «Dialektizm» - sırf dialektə xas olan dil xüsusiyyətləri. Məs.: Avstriyada «Payerbach» sözü «bierbax» kimi tələffüz edilir. Sözün əvvəlində ədəbi dilin kar samitinin cingiltili və /ae/ diftonqunun dilin irəli çəkilməsilə tələffüzü dialekt xüsusiyyətidir.
4 F. Vejsalov. Lehrbuch der deutschen Phonetik. Baku, 1989. S.Potter. Our Language. London, 1990, p.21
1 İngiliscə International Phonetic Association birləşməsinin Azərbaycan dilində Beynəlxalq Fonetika Cəmiyyəti qarşılığının qısaltmasıdır.
1 Dilçilik ədəbiyyatında bəzən kipləşən-partlayışlıları - eksploziv, novluları - frikativ, kipləşən novluları - afrikat, qoşadodaq, bilabial, dodaq-dişi - labiodental, dil-dişi - dental, dilönüləri - alveolar, dilorta samitlərini - palatal, dilarxasını - velar, udlağı isə - qlottal adlandırırlar. Bax: Habdbook of the International Phonetic Association. Cambridge, 1999. Biz bu terminləri düzgün hesab etmirik. Bax: 5-ci fəsil.
1 Daç dilində saitlər üç qrupa bölünür: zəif (lax), gərgin (deuse) və reduksiyaya uğrayan saitlər. Ətraflı məlumat almaq üçün bax: Handbook of the International Phonetic Association. Cambridge, 1999.