F. Y. Veysəlov, Ə. K. KƏrimov, M. Q. SƏfƏrov

 

 AZƏRBAYCAN  DİLİ  FONEMLƏRİNİN  KOMBİNATOR TƏHLİLİ[1]

 

Tədqiqatın məqsəd və vəzifələri

 

Şon illərdə Azərbaycan dili fonetika və fonologiyası sahəsində bir sıra məqalə və monoqrafiyalar nəşr edilmişdir. Bu elmi-tədqiqat işlərində dilimizin fonetik və fonoloji xüsusiyyətləri müxtəlif baxımdan işıqlandırılmışdır. Bu cəhəti xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dilinin fonem sistemi nəinki ayrı-ayrı məqalələrin[2], həmçinin elmi faktları və dərin nəzəri dəyəri müxtəlif baxımdan işıqlandırılmışdır. Bu cəhəti xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dilinin fonem sistemi nəinki ayrı-ayrı məqalələrin[3], həmçinin elmi faktları və dərin nəzəri dəyəri ilə diqqəti cəlb edən iri həcmli monoqrafiyaların[4] da tədqiqat obyekti olmuşdur. Məhz A.Axundov zəngin dil materialını statistik metodun köməyi ilə öyrənərək Azərbaycan dili fonemlərinin işlənmə tezliyini, onların meydana çıxma ehtimalı qanunauyğunluğunu aşkar etməyə çalışmışdır. Əsər müasir fonologiyanın aktual problemlərindən olan fonemlərin dildə işlənmə tezliyinin, meydana çıxma ehtimalı qanunauyğunluğunun və bir-biri ilə əlaqəyə girməsinin öyrənilməsində dilçiliyimizdə ilkin mərhələ hesab edilə bilər.

Yuxarıda adları çəkilən məsələlərin aktuallığından danışarkən çex fonologiya məktəbinin görkəmli nümayəndələrindən N.S.Trubetskoy göstərir  ki, fonemlərin ayrı-ayrılıqda öyrənilməsi, onların arasındakı sistem münasibətlərinin aşkar edilməsi nə qədər mühümdürsə, dilin fonetik quruluşunun tədqiqi üçün fonoloji vahidlərin bir-biri ilə birləşmə qanunauyğunluğunun müəyyənləşdirilməsi də dir o qədər vacibdir[5]. N.S.Trubetskoy sözünə davam edərək yazır: «Fonem birləşmələrindəki qanunauyğunluqlar dil strukturu üçün heç də dil vahidlərindən az əhəmiyyətli deyildir»[6]. Ümumiyyətlə, bizə qalırsa, bir dilin fonemlərini statistik cəhətdən təhlil etmədən həmin dilin fonem tərkibi, fonemlər sistemi haqqındakı təhlili tam hesab etmək olmaz[7]. Məhz buna görə də fonemlərin kombinator təhlilində statistik üsul aparıcı rol oynamalıdır.

Fonem birləşmələrindəki qanunauyğunluqların öyrənilməsi tipoloji və dilçilik üçün də böyük əhəmiyyətə malikdir. Bu problemin düzgün izahı həmçinin Azərbaycan dili ilə başqa dillər arasındakı fonetik fərqlərin aşkar edilməsinə və əsil Azərbaycan sözlərinin müəyyənləşdirilməsinə də kömək edər[8].

Məsələn, Azərbaycan dilində birhecalı sözlərdə saitdən əvvəl və ya sonra üç samitin yanaşı işlənməsi yalnız alınma sözlərdə müşahidə olunur. Müqayisə et: ştraf, şprot, şpris, plyaj, vzvod, verst, tembr, filtr, sprint, sfinks[9]. Azərbaycan dilindən fərqli olaraq rus, alman, ingilis və fransız dillərində birhecalı sözlərdə bir neçə samitin yanaşı işlənməsi adi hal hesab olunur. Yuxarıda verilmiş sözlər bu fikri əyani şəkildə sübur edir.

Bu problemin tədqiqi üçün çıxarışda göstərilmiş lüğətdən birhecalı sözlər seçilmişdir. Həmin lüğətin tədqiqat mənbəyi kimi seçilməsi aşağıdakı səbəblərlə bağlıdır: əvvələn, indiyə kimi əldə Azərbaycan dilinə aid orfoepiya lüğəti yoxdur (yeri gəlmişkən qeyd etmək lazımdır ki, belə bir lüğətin hazırlanması dilçiliyimiz üçün vacib və vaxtı çatmış məsələlərdən biridir), ikincisi, orfoqrafiya lüğəti sözlərin ardıcıl şəkildə verilməsi və kəmiyyətcə əhatəliliyinə görə hələlik əlimizdə yeganə mənbədir. Digər tərəfdən  bu və ya başqa səbəbdən lüğətə daxil edilməmiş söz olsa belə, onlar birhecalı sözlər üçün aşkar edilmiş fonem birləşmələri modellərindən kənarda qala bilməz.

Tədqiqat qarşısında qoyulan məqsəd dilimizdə mövcud fonem birləşmələri modellərinin konkret dil materialları əsasında müəyyənləşdirilməsi və onların tutumlarının aşkar edilməsindən ibarətdir.

Tədqiqat metodu

Dilçilik ədəbiyyatından fonemlərin kombinator təhlili üçün struktur, semantik, psixo-linqvistik və fərqləndirici əlamətlərə görə təhlil metodlarından istifadə edilir. Hazırkı tədqiqat işində struktur-semantik metoddan istifadə edilmişdir. Psixo-linqvistik tədqiqat metodu subyektiv xarakter daşıyır. Hər hansı bir birləşmənin dildə olub-olmaması danışanın subyektiv münasibətilə müəyyənləşdirilir. Fərqləndirici əlamətlərə görə tədqiqat metodu isə sözdəki və ya birləşmədəki ayrı-ayrı fonemlərin kombinator xüsusiyyətlərini deyil, bu fonemlərə xas olan fərqləndirici əlamətləri sadalamağa xidmət edir. Məsələn,    «su» sözündə /s/ və /u/ fonemlərinin əlaqəyə girib həmin sözü əmələ gətirməsini göstərməkdən ötrü bu fonemlərə xas olan əlamətləri saymağa ehtiyac duyulmur. Bu tədqiqatda istifadə olunan struktur-semantik metod ona görə əlverişlidir ki, o həm birləşmənin bilavasitə müəyyən mənaya malik olmasını, həm də birləşmənin fonetik tutumunu nəzərə alır[10].

Lüğət üzərində iş zamanı aydın oldu ki, dilimizdəki birhecalı sözlər minimum bir, maksimum altı fonemdən ibarətdir. Tədqiqatın ilkin mərhələsində lüğətdə verilmiş bütün birhecalı sözlərin fonem tərkibi müəyyən edilmişdir. Sonrakı iş zamanı bu sözlər tərkibindəki fonemlərin sayına görə minimumdan maksimuma prinsipi əsasında qruplaşdırılmışdır. Ümumiyyətlə, bütün birhecalı sözlərin fonem tərkibi nəzəri cəhətdən aşağıdakı modellərdə özünü göstərir:

 

 

Birhecalı sözlərin modelləri və onların fonem tutumu

|             |             |                 |                    |                |

1           2                        4                  5                6

V         VK       KVK          KKKV       VKKKK     VKKKKK

            KV       KKV          KKVK       KVKKK     KVKKKK

                         VKK          KVKK       KKVKK     KKVKKK

                                           VKKK       KKKVK      KKKVKK

                                                              KKKKV     KKKKVK            

                                                                                  KKKKKV[11]                                                                                        

Toplanmış materialın araşdırılması göstərdi ki, yuxarıda verilmiş modellərin heç də hamısına Azərbaycan dilində təsadüf edilmir. Digər tərəfdən isə dilimizdə rast gəlinən modellərin hamısı eyni işləmə tezliyinə malik deyildir. Yuxarıda verilmiş modellərin birincisi bircə sözdən ibarət olduğu üçün onun haqqında bu məqalədə danışılmayacaqdır. Bu model yalnız «o» sözündən ibarətdir. Tədqiqatın nəticələrinin şərhindən əvvəl bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, birdən altıya qədər fonem tərkibinə malik birhecalı sözlərin sayı nəzəri cəhətdən 66-ya və ya 46656 sözə bərabərdir. Əgər dilimizdə göstərilən miqdarda söz mövcud olardısa və 32 fonemin olduğunu nəzərə alsaq, onda log2 formulu ilə hər bir fonemin funksional yükünü asanlıqla hesablamaq mümkün olardı: 32 log2=4,3 bit. Bu o deməkdir ki, dilimizdəki hər bir fonem əgər nəzəri cəhətdən ayrı-ayrılıqda və ya bir-birilə göstərilmiş modellər daxilində qeyri-məhdud şəkildə əlaqəyə girə bilsə, onda hər bir fonemin informativliyi 4,3 bitə bərəbər olur[12]. Lakin elə bu başdan demək lazımdır ki, Azərbaycan dilində yuxarıda göstərilən sayda birhecalı sözlər yoxldur. Çünki fonoloji, morfoloji, leksik, sintaktik və semantik məhdudiyyət nəzəri cəhətdən mümkün olan modellərdə hər cür fonem birləşməsinin işlənməsinə ciddi maneə törədir. Odur ki, Azərbaycan dilindəki fonemlərin informativliyi yuxarıda göstərildiyindən qat-qat azdır.

 

Tədqiqatın nəticələri

 

Konkret dil materialının tədqiqi göstərdi ki, birhecalı sözlərdə nəzəri cəhətdən 21 mümkün modeldən dilimizdə yalnız 12-nə rast gəlmək olur. Bunlardan KKV, KKKVKK, KKVKKK yalnız bircə sözdə özünü göstərir (tfu, sprint, sfinks). Eyni zamanda KVKKK və KKKVK modelləri müvafiq olaraq 3 və 5 sözdə özünü göstərir (verst, tembr, filtr, vzvod, plyaj, şpris, şprot, ştrix). KV modeli üzrə lüğətdə cəmi 15 sözə təsadüf olunur (bu sözlər dilimizin öz sözləri olduğundan bunlar haqqında sonra bəhs olunacaqdır).

Toplanmış faktik material göstərir ki, Azərbaycan dili birhecalı sözlərinin mütləq başlanğıcında iki samitin yanaşı gəlməsi dilimiz üçün səciyyəvi deyildir. Ona görə də təsadüfü deyildir ki, KKVKK və KKVK modellərində işlənən sözlər alınma sözlərdir. Bu modellərdə muvafiq olaraq 21 və 33 sözə rast gəlmək olar.

Ümumiyyətlə, Azərbaycan dilində birhecalı sözlərdə fonem birləşmələrindən danışarkən əsas etibarı ilə KVK, KVKK, KV, VK və bir də VKK modelləri nəzərə alınmalıdır. Çünki deyildiyi kimi, dilimizə məxsus sözlər əsasən bu modellərdə özünü göstərir. Lakin qeyd etmək lazımdır ki, sonuncu model (VKK) əsasında düzələn sözlərin bir hissəsi ərəb və fars mənşəli sözlərdir.

Azərbaycan dilinə məxsus birhecalı sözlərin böyük əksəriyyəti KVK modelində toplanmışdır. Bu modeldə 584 sözə təsadüf olunur. Bu məqalədə yalnız KVK modelindən bəhs olunacaqdır. Bü sözlərin fonetik mənzərəsi 1-ci cədvəldə öz əksini tapmışdır (Bax: 1-ci cədvələ). Məsələn, /a/ samitindən əvvəl 13 sözdə /b/ samiti mütləq başlanğıcda gəlir (bab, bağ, bad, bay, bal, ban, baz, bar, bas, bat, bah, bac, baş). Həmin samit /a/ saitindən sonra mütləq sonluqda yalnız 4 sözdə (bab, qab, kab, tab) gəlir. Qalan samitlər də sait fonemlərdən əvvəl və sonra göstərilən şəkildə işlənir.

Cədvəldən göründüyü kimi KVK modelli birhecalı sözlərin mütləq başlanğıcında birləşmədə ən çox /a/ saiti iştirak edir. /a/ saitindən əvvəl /j/ və /ğ/ samitlərinə təsadüf olunmur, /r/ samiti yalnız bircə sözdə /a/-dan əvvəl işlənə bilir (ram). Samitlərdən /k/ da /a/-dan əvvəl az işlənən samitlərdəndir.

Ona üç sözdə /a/-dan əvvəl təsadüf olunur.

Qalan samitlər /a/-dan əvvəl 4-dən 11-ə qədər sözdə gələ bilirlər. Göstərilən modeldə saitlər içərisində ən az birləşmə qabiliyyətinə malik olanı /ö/-dür. Bu sait həmin mövqedə 18 birləşmə yaradır. /ü/ saiti /ö/ saitinə nisbətən iki dəfə artıq birləşmə qabiliyyətinə malikdir. Təxminən eyni birləşmə qabiliyyətinə malik olan saitlər bunlardır: /e/ (45), /ı/ (44), /ə/ (73), /i/ (73) və /o/ (74).

Sözlərin mütləq sonluğunda işlənən samitlərə gəlincə demək lazımdır ki, /g/ samiti birləşmədə heç iştirak etmir. /j/ ən az -- (4), /r/ isə ən çox -- (60) birləşmədə iştirak edən samitdir. Digər samitlər isə /j/ ilə /r/ arasında çox və ya az miqdarda birləşmədə iştirak edir. Bütün bunlar 1-ci cədvəldə öz əksini tapmışdır.

KVK modelli birhecalı sözlərdə heca nüvəsinin sağ və sol tərəfində gələn samitlərin, həm də nüvəni təşkil edən saitlərin bu və ya digər birləşmədə tam iştirakını nəzərdə tutmaqla tərtib olunan qrafik həmin sözlərin fonetik mənzərəsini aydın şəkildə göstərir (Bax: 1-ci qrafik). Yuxarıda verilmiş cədvəldən fərqli olaraq bu qrafikdə həmin modeldən olan sözləri verilmiş şərti işarələrdən istifadə etməklə asanlıqla bərpa etmək mümkündür. Sözlər bərpa olunarkən sonda gələn samitlərin yarımcingiltili tələffüzünü nəzərə almaq lazımdır.

Biz bu məqalədə yalnız KVK modelli birhecalı sözlərdə fonem birləşmələrindən bəhs etdik. Digər modellərdəki fonemlərin kombinatorikası sonrakı məqalələrdə öz elmi şərhini geniş şəkildə tapacaqdır.

 

Ф. Е. Вейсалов, Я. К. Керимов, М. Г. Сафаров

 

КОМБИНАТОРИКА  ФОНЕМ  СОВРЕМЕННОГО АЗЕРБАЙДЖАНСКОГО  ЯЗЫКА

 

Р е з ю м е

 

Статья представляет как практический, так и теоретический интерес. Разработка этой проблемы позволяет раскрыть закономерности сочетаний фонем, установить вероятность появления той или иной фонемы в билатеральных единицах языка. В статье дается подробный анализ сочетаний фонем языка по модели КВК.

 


 

[1] Məqalə ilk dəfə çap olunub:„Azərbaycan dilçiliyi məsələləri (elmi əsərlərin tematik məcmuəsi)“. Bakı, 1981. ADU. (Y.K.Kərimov, M.H.Səfərovla müştərək).

[2] Ф. К я з и м о в.  Система гласных фонем современного азербайджанского языка.  Изв. АН СССР, «ОЛЯ», 1952. II вып. 4; Е г о  ж е. Система согласных фонем современного азербайджанского литературного языка. «Ученые записки» АПИЯ. 1958, вып. 1; С. С а д ы х о в. Характеристика согласных фонем азербайджанского литературного языка с экспериментальными данными. Труды АГПИ им. В. И. Ленина. IIII, 1960. Е г о  ж е. Согласные фонемы в потоке речи, Труды АГПИ им. В.И.Ленина. IIХ, 1961; T. H i d a y ə t z a d ə. Azərbaycan və ingilis sabit fonemlərinin müqayisəli surətdə öyrənilməsi. S. M. Kirov adına ADU-nun «Elmi əsərləri», № 2, 1961; № 3, 1962;  Р. К. П о т а п о в а,  З. Х. Т а г и-з а д е. Акустический анализ современного азербайджанского литературного языка. «Советская тюркология», 1970, № 1 и т. д.            

[3] Ф. К я з и м о в.  Система гласных фонем современного азербайджанского языка.  Изв. АН СССР, «ОЛЯ», 1952. II вып. 4; Е г о  ж е. Система согласных фонем современного азербайджанского литературного языка. «Ученые записки» АПИЯ. 1958, вып. 1; С. С а д ы х о в. Характеристика согласных фонем азербайджанского литературного языка с экспериментальными данными. Труды АГПИ им. В. И. Ленина. 1-ХIII, 1960. Е г о  ж е. Согласные фонемы в потоке речи, Труды АГПИ им. В.И.Ленина. IIХ, 1961; T. H i d a y ə t z a d ə. Azərbaycan və ingilis sabit fonemlərinin müqayisəli surətdə öyrənilməsi. S. M. Kirov adına ADU-nun «Elmi əsərləri», № 2, 1961; № 3, 1962;  Р. К. П о т а п о в а,  З. Х. Т а г и-з а д е. Акустический анализ современного азербайджанского литературного языка. «Советская тюркология», 1970, № 1 и т. д.        

[4] Ə. M. D ə m i r ç i z a d ə.  Müasir  Azərbaycan  dilinin  fonetikası. B., 1960; Ə. M. D ə m i r ç i z a d ə.    Azərbaycan  dili orfoepiyasının əsasları. B., 1969; Ə. M. D ə m i r ç i z a d ə.  Müasir  Azərbaycan  dili, 1 hissə, Fonetika, B., 1972; A. A x u n d o v. Müasir  Azərbaycan  dilinin  fonetikasından mühazirələr. B., 1969; A. A x u n d o v.  Azərbaycan  dilinin  fonemlər sistemi. B., 1973; А. К. А л е к п е р о в. Фонематическая система современного азербайджанского языка. Баку, 1971; Грамматика азербайджанского языка. Баку. Müasir  Azərbaycan  dili, 1 hissə, Fonetika, EA nəşriyyatı, B., 1978 və s. 

[5] Н. С.Т р у б е ц к о й. Основы фонологии, М., 1960.

[6] N. S.T r u b e s k o y. Göstərilən əsər, səh. 284.

[7] A. A x u n d o v. Göstərilən əsər, səh. 203.

[8] Azərbaycan dili fonem birləşmələrindəki qanunauyğunluqların öyrənilməsi SSRİ-nin 50 illiyi adına APXDİ-nin nəzdindəki Eksperimental Fonetika Laboratoriyasının (EFL) tədqiqat planına daxil edilmişdir.  

[9] Bu sözlər «Azərbaycan dilinin orfoqrafiya lüğəti» (Bakı, 1975-ci il, 2-ci nəşri) kitabından götürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, lüğətdə belə sözlərin dilimizə şamil edilməsi təəccüb doğurur. Dilçilərimizin həmin lüğətldə verilmiş alınma sözlər haqqında söyləyəcəkləri fikir maraqlı olardı.

[10] H. J. S c h o l z. Untersuchengen zur Lautstruktur deutscher Wörter. München, 1972.

[11] Məqalədə «K» şərti olaraq samiti, «V» isə saiti bildirir (latın dilindəki ”consonant“ və ”vokal“ sözlərinin ilk səslərindən götürülmüşdür).

[12] Bit. – İnformasiya nəzəriyyəsində və kibernetikada məlumatın ölçü vahididir. Bax. А. М. Яглом и  И. М. Яглом. Вероятность и информация, 2 изд. М., 1960.