Azərbaycanın Neft Sənayesi üzrə
NEFT TERMİNLƏRİNİN İZAHLI LÜGƏTİ
Himayədar Humanitar Təşkilatı
«Neft terminlərinin izahlı
lüğəti»
«Azərbaycanın Neft Sənayesi üzrə
İnformasiya və Resurs Mərkəzi» layihəsi
çərçivəsində Hollandiyanın N(o)vib və Böyük Britaniyanın International
Alert təşkilatlarının maliyyə dəstəyi ilə çap olunub.
Layihənin rəhbəri:
Himayət
Rizvanqızı
Kitabda neft sektoruyla bağlı
istehsalatda daha çox istifadə edilən, kütləvi informasiya vasitələrində
işlədilən, ictimai maraq kəsb edən, hamı tərəfindən həmişə tam mənası ilə başa
düşülməyən 400-ə yaxın müasir neft termininin izahı verilib.
Kitab geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Himayədar Humanitar
Təşkilatı, 2005.
Lüğətə «Dənizneftqazlayihə»
Elmi Tədqiqat Layihə İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri
namizədi, dosent A.İ.Qurbanov rəy verib.
Tərtibatçı müəllif: Təhmasib
Quliyev
Redaktor: Müsəllim
Həsənov
Korrektor: Rövşən
İsmayılov
Mündəricat
Ön söz ………………………………………… 7
Lüğətdə verilmiş sözlər ………………………. 9
Sözlərin izahı ………………………………… 19
Ön söz
Məlumdur
ki, son dövrlər Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi
təşkil edir, ölkə əhalisinin güzəranı əsasən neft və neft
gəlirlərindən asılıdır, adamların böyük bir hissəsi bu və ya digər şəkildə neft sənayesi ilə bağlıdır. Bu situasiya isə ölkə ictimaiyyətinin neft mövzusuna maraq
və diqqətini artırıb.
Eyni
zamanda, Azərbaycan Respublikası öz müstəqilliyini
bərpa etdikdən sonra ölkə iqtisadiyyatında, xüsusilə də neft sənayesində
müasir texnologiyaların tətbiqi, elmi, iqtisadi əlaqələrin
genişlənməsi yeni neft terminlərinin dilimizə daxil olmasına səbəb olub. Bu
terminlərin müəyyən bir qismi mətbuatda,
elektron kütləvi informasiya vasitələrində geniş istifadə olunaraq, ictimaiyyətə
çatdırılır. Çox zaman geniş oxucu, dinləyici və tamaşaçı
auditoriyasına istifadə olunan
neft terminlərinin hamısı məlum olmadığından çatdırılan informasiyanın tam
mənası ilə dərk olunmasında çətinliklər yaranır. Digər tərəfdən, son illərə qədər
neft sənayesi
müəssisələrində, elmi-tədqiqat və istehsalat işləri
rus dilində aparıldığından, burada çalışan vətəndaşlarımız elmi, mühəndis,
maliyyə və kargüzarlıq sənədlərinin hazırlanmasında neft terminlərindən istifadə
problemi ilə qarşılaşırlar. Bu səbəblərdən də azəri türkcəsində neft terminlərinin
izahlı
lüğətinin hazırlanmasına böyük ehtiyac yaranıb. Məhz bu
ehtiyacın ödənilməsi məqsədilə Himayədar Humanitar Təşkilatının nəzdində
fəaliyyət göstərən Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi
Hollandiyanın N(o)vib təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə
çərçivəsində
«Neft terminlərinin izahlı lüğəti»ni
hazırlayıb və Sizin istifadənizə təqdim edir.
«Neft
terminlərinin izahlı lüğəti» geniş oxucu kütləsi üsün nəzərdə tutulub. Lüğətdə neft
istehsalı, nəqli, emalı, marketinqi, geologiyası və s. sahələrə aid 400-ə yaxın
müasir terminlərin izahı verilib. Terminlərin izahı dəqiq, yığcam, oxucular üçün
anlaşıqlı dildə şərh olunub. Lüğətdə yeni
iqtisadi münasibətlər, neftin istehsalı və nəqli ilə bağlı son illərdə dilimizə daxil olan,
müasir terminlərə daha çox yer verməyə çalışmışıq.
Əlbəttə, təqdim olunan «Neft terminlərinin izahlı lüğəti» neft sənayesində
tətbiq olunan
bütün elmi terminləri əhatə etmir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğundan lüüətdə əsasən istehsalatda daha çox istifadə olunan,
kütləvi informasiya
vasitələrində işlənən, ictimai maraq kəsb edən və hamı tərəfindən heç də həmişə tam mənası ilə başa düşülməyən terminlər
toplanıb. Biz inanırıq ki, lüğət əhalinin və vətəndaş cəmiyyəti
institutlarının neft sənayesi haqqında bilgilərinin artırılmasında yardımçı olacaq.
Həmçinin lüğət dilimizə başqa dillərdən alınma söz kimi
daxil olunan terminlərin azəri türkcəsində ifadə
edilməsinə, elmi terminologiyanın formalaşmasına, dilimizin yad sözlərdən
təmizlənməsinə də kömək edəcək.
Ümid edirik ki, azəri
türkcəsində ilk nümunə olan «Neft
terminlərinin izahlı lüğəti»nin gələcəkdə daha da təkmilləşməsi işində
yardımınızı əsirgəməyəcək, kitabla bağlı öz fikir və təkliflərinizi (poçt,
e-mail və s. vasitəsilə) bizə göndərəcəksiniz.
Əvvəlcədən
sizlərə təşəkkürümüzü bildiririk.
Lüğətdə verilmiş sözlər
A
Absorbsiya edilmiş neft.
Aviasiya benzini.
Ağ neft -bax: kerosin.
Ağırlaşdırılmış məhlul.
Almaz aləti.
Asidol.
Asfalt.
Asfaltenlər.
Asfaltsızlaşma.
Ballast sisternası.
Barja.
Barrel.
Benzin.
Benzin - liqronlu fraksiya (nafta).
Benzol.
Bentonit.
Bitum.
Bonus.
Boru.
Boru kəməri.
Boru kəməri nəqliyyatı.
Boru tutucu.
Buruq - bax: qazma buruğu.
Butan.
Vazelin.
Vakuum distilləsi.
Ventil.
Vertlyuq.
Vibrasiya qazması.
Vurucu quyu - bax: injeksiya quyusu.
Qaz amili.
Qaz analizatoru.
Qaz analizi.
Qaz anbarı.
Qaz benzini - bax: qazolin.
Qaz ehtiyatlarının hesablanması metodları.
Qaz yanacaq - bax: yanar qazlar.
Qaz karotajı.
Qaz kəməri - bax: magistral qaz kəməri.
Qaz generatoru.
Qaz mühərriki.
Qaz planalması.
Qaz papağı.
Qaz sənayesi.
Qaz təchizatı.
Qaz şəbəkəsi.
Qazayırma.
Qazdaşıyan gəmi.
Qazbalonlu avtomobil.
Qazıma.
Qazma aləti.
Qazma baltası.
Qazıma başlığı - bax: Qazma baltası.
Qazma boruları.
Qazma buruğu.
Qazma qurğusu.
Qazma dəzgahı - bax: Qazma qurğusu.
Qazma gəmisi.
Qazmanın geofizik öyrənilməsi - bax: Karotaj.
Qazma məhlulu - bax: gilli məhlul.
Qazma turbini - bax: turbobur.
Qazma şaxtası.
Qaz kompressor stansiyası.
Qaz kondensat yatağı.
Qaz neft seperatoru.
Qazoyl.
Qazolin.
Qazoturbovoz.
Qazoturboxod.
Qazpaylama stansiyası.
Qaztəmizləmə.
Qazholder.
Qazmanın geofiziki öyrənilməsi.
Qazma məhlulu.
Qamma - metod.
Qamma - karotaj.
Qapalı istismar.
Qidrafon.
Qolvari yataq.
Qoruyucu kəmər.
Qrifon.
Qudron.
Quyu.
Quyunun əsaslı təmiri.
Quyuların yeraltı təmiri - bax: yeraltı təmir.
Quyuların sementlənməsi - bax: sementləmə.
Qumdaşı.
Qüllədəki işçi.
Debit.
Demulsasiya.
Depressator.
Dehidrogenləşdirmə.
Dəniz yatağı - bax: dəniz neft mədəni.
Dəniz neft mədəni.
Dərin özüllü qazma qurğusu.
Dərinlik nasosu ilə neftçıxarma.
Dizel yanacağı.
Dinamik səviyyə.
Dinamoqram.
Distillə sütunu.
Distillə qurğusu.
Distilləetmə.
Dolamaçarx.
Duzsuzlaşdırma.
Energetika.
Ekstraksiya.
Emvator.
Elektrik karotajı.
Elektrik dalma nasosu - bax: Dərinlik nasosu ilə
neftçıxarma.
Elektrobur.
Elektrik kəşfiyyat metodu.
Estakada.
Etillənmiş benzin.
Exelot.
Ehtiyyatlar.
İkilüləli qazıma.
İnjeksiya quyusu.
İnklinometr.
İstismar boruları.
İştirak müqaviləsi.
Yanar qazlar.
Yanar şistlər.
Yanacaq.
Yanacaq kalonkası.
Yanacaq sənayesi.
Yataq.
Yatağın ehtiyatı.
Yatağın parametrləri.
Yeraltı təmir.
Yuyucu məhlul - bax: gilli məhlul.
Yüksək oktanlı yanacaq.
Kabernəölçən.
Kartaj.
Karbohidrogen.
Karotaj.
Katalizatorlar.
Katlavan.
Kern.
Kerosin.
Kəşfiyyat.
Kəşfiyyat quyusu.
Klapan.
Kimya və neft maşınqayırması.
Kompensator.
Kompressor quyusu.
Kompressor yağı.
Kompressor üsulu ilə neftçıxarma.
Kondensator.
Konsessiya müqaviləsi.
Konsinsent sürtkü yağları.
Konsorsium.
Kontinental şelf.
Koks.
Kokslama.
Kollektor.
Korroziya.
Köpüklə yanğınsöndürmə.
Krekinq.
Krekinqli benzin.
Kükürdlü neft.
Generator qazı.
Geoloji axtarış.
Gilli məhlul.
Lay.
Lay enerjisi.
Lay suları.
Lay təzyiqi.
Laminar axın.
Litr.
Lift.
Maqnit tutucu.
Manifold.
Mazut.
Maili qazma.
Magistral qaz kəməri.
Magistral neft kəməri.
Manometr.
Mancanaq.
Merkaptan.
Metan.
Mədən.
Mədən vergisi.
Mədən qazmaları.
Mədən işləri.
Məhlul.
Məşəl.
Məhsuldar qat.
Mineral yağ.
Mineral xammal.
Müqavilə.
Mümkün ehtiyatlar.
Mühəndis.
Mühərrik.
Mühərrik yağları.
Mühərrik yanacağı.
Nasos.
Naftalan nefti.
Naften turşuları.
Naftenlər.
Neft.
Neft anbarı.
Neft bazası.
Neft qazları.
Neft quyularının istismarı.
Neft quyusu - bax: quyu.
Neft daşları.
Neft emalı.
Neft emalı qazları.
OPEK (neft ixrac edən ölkələrin təşkilatı).
Neft yağları.
Neft yataqlarının işlənməsi.
Neft kəməri.
Neft - kimyəvi sintez.
Neft - kimyası.
Neft kimyası sənayesi.
Neft ləkəsi.
Neft maşınqayırması - bax: kimya və neft
maşınqayırması.
Neft mədəni.
Neft mədənlərinin avtomatlaşdırılması.
Neft məhsulları.
Neft məhsullarının aromatikləşdirilməsi.
Neft məhsullarının təmizlənməsi.
Neft sənayesi.
Neft suları.
Neft fondu.
Neft fontanı.
Neft şirkəti.
Neftayırma zavodu.
Neftayırma sənayesi.
Neftin distilləsi.
Neftin ilkin üsulla ədə olunması.
Neftin ikinci üsulla ədə olunması.
Neftin üçüncü üsulla əldə olunması.
Neftin markaları.
Neftçıxarma.
Niqrol.
Nümunə.
Oktan.
Oktan ədədi.
Operator.
Ölü neft.
Özlülük.
Özühərəkət edən platforma.
Paker.
Palçıq vulkanı.
Parafin.
Parafinsizləşdirmə.
Perespektivli lay.
Piroliz.
Plazma ilə qazma.
Platforma.
Platforminq.
Preventor.
Propan.
Propilen.
Reaktiv mühərrik yanacağı.
Reaktiv - turbin qazma qurğusu - bax: reaktiv -
turbin qazması.
Reaktiv - turbin qazıması.
Rezervuar.
Riforminq.
Royalt vergisi - bax: mədən vergisi.
Rotorla qazma.
Ruberoid.
Seysmik karotaj.
Seysmik kəşfiyyat.
Sementləmə.
Seperator.
Setan.
Setan ədədi.
Səyyar qazma qurğusu - bax: qazma qurğusu.
Səmt qazı.
Sənaye yağları.
Silindr yağları.
Sintetik kauçuk sənayesi - bax: Neft kimyası
sənayesi.
Sintetik maye yanacağı.
Sistern.
Solyar yağı.
Sualtı faydalı qazıntı istehsalı.
Sübut olunmuş ehtiyat.
Sübut olunmuş yataq.
Sürtkü materialı.
Sürtkü yağları.
Sütuncuqlu balta.
Sütuncuqlu qazma.
Süxur.
Süxurun məsaməliliyi.
T
Tanker.
Termiki qazma.
Termik neftçıxarma.
Terminal.
Təbii ehtiyatlar.
Təkrar istismar üsulları.
Tələ.
Toluol.
Torpaq qurğular.
Torpağın rekultivasiyası.
Transmissiya yağları.
Transformator yağları.
Turbin qazıması.
Turbin yağları.
Turbobur.
Turbokompressor.
Tutucu kalibr.
Turş qudron.
Tutucu alət.
U
Uayt-spirit
Universal preventor
Üzvi
həlledicilər.
Üzən
qazma qurğuları.
Üzən
əsaslar.
F
Faydalı
qazıntılar.
Faydalı
qazıntı yatağı.
Faydalı
qazıntıların geo-kimyəvi axtarışları.
Filtirat.
Fitinq.
Fırlanma
qazması.
Fontan
armaturu.
Fontan
quyusu.
Fontan
üsulu ilə neftçıxarma
Fraksiya.
Fraksiyalara ayırma distilləsi.
X
Xam
neft.
Xammalın
bölünməsi - bax: «hasilatın pay bölgüsü».
Xəlilov
açarı.
H
Hava
qazı.
Hasilat
sənayesi.
Hasilatın Pay Bölgüsü.
Hidravlik zərbə.
Hidravlik yarılma.
Hidro-krekinq.
Hidrogen-sulfid.
Hidromonitor balta.
Hidroforminq.
Holland
sindromu.
Horizont.
Ç
Çən -
bax: rezervuar.
Çox
dərin qazma.
Çoxdibli
qazma.
Çoxmərtəbəli yataq - bax: çoxdibli qazma.
Çökdürücü.
Çökmə
süxurlar.
C
Cihaz
yağları.
Ş
Şaroşkalı balta.
Şaroşkalı baltalarla qazma.
Şaxta
quyusu - bax: quyu.
Şaxta
lüləsi.
Şaxta
üsulu ilə neftçıxarma.
Şərti
yanacaq.
Şəffaf
neft.
Şlam.
Şurf.
Ştanq.
Ştanqla
qazma - bax: Qazma.
Ştanqsız
dərinlik nasosu ilə neftçıxarma - bax: Dərinlik nasosu ilə neftçıxarma.
Absorbsiya edilmiş neft - içərisində qazolin olmayan və ya son dərəcə az olan neft. Təbii qazdan
qazolin almaq üçün aparılan absorbsiya prosesində işlədilir.
Aviasiya yanacağı - təyyarələr
üçün işlədilən yanacaq. Distillə etmək və tərkibində kükürdün miqdarını azaltmaq
yolu ilə alınır. Bunun üçün neftin tərkibindəki bütün metkaptan (yüngül
molekullardır, tərkibində kükürd atomları var) qarışıqlarını kənar edirlər.
A.u.-nın rəngi şəffaf olduğu üçün, açıq rəngli neft məhsullarına aid edilir.
Ağ neft - bax: Kerosin.
Ağırlaşdırılmış məhlul - geoloji və qazma şəraiti mürəkkəb olan sahələrdə
neft və qaz quyularının qazılmasında işlədilən xüsusi çəkisi artırılmış
(1,2-2,5q/sm3) gilli məhlul. Normal məhlulun xüsusi çəkisi barut,
hematit, limonit maqnetitli qumlar və s. ağırlaşdırıcılarla artırılır.
Almaz aləti - qazma baltası və süxurları kəsən alətlərin başlığına möhkəmlik vermək
üçün bərkidilmiş texniki almazdan ibarət qurğu.
Asidol -
nefti və neft distillatlarını (kerosin, solyar və yağ distillatlarını) qələvi
ilə təmizləyərkən əmələ gələn tullantıların sulfat turşusu ilə parçalanmasından
alınan naften turşularının qarışığı. Suda həll olmayan, tünd qəhvəyi rəngli,
yağabənzər maddədir. Sənayedə asidol şpala hopdurmaq, qatranı həll etmək üçün
işlədilir.
Asfalt, mədən qatranı -
naftoidlər qrupuna aid kövrək, amorf maddə: bitum və xırdalanmış mineral
maddələrin qarışığı. Kipidarda və xloroformda həll olur. Ərimə temperaturu 50-600C-dir.
Rəngi qara və qonur qaradır. Asfalt təbii və süni olur. Təbii asfalt parafinsiz
neftlərin oksidləşmə məhsuludur. Süni asfalt üyüdülmüş əhəngdaşının bitumla
(13-60%) qarışığıdır. Asfaltın qum, qırmadaş və çınqılla qarışığı asfalt
mastikası adlanır, küçələrə, həyətlərə və s. döşəmək üçün və hidrouazovsiya
materialı üçün işlədilir.
Asfaltenlər - neftin tərkibində olan ən irimolekullu maddələr: molekul kütlələri
1600 - 6000-dir; ağır və qatranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə
görə neft qatranlarına yaxındır, tərkibində 80-86% karbon, 0-9% kükürd, 1-9%
oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının
kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xassəli
amorf maddələrdir, qızdırıldıqda ərimir, 3000C-dən yuxarı
temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə
asfaltenləri neftdən maye propanla çıxarırlar.
Asfaltsızlaşdırma - neftdə,
eləcə də neft məhsullarında həll olmuş asfalt və qatran maddələrinin onlardan
çıxarılması. Təmizlənəcək məhsul xüsusi həlledicilərin (maye, etan, propan,
butan və s.) köməyi ilə asfaltsızlaşdırılır. A. prosesindən mineral qalıq
yağlarının təmizlənməsində geniş istifadə olunur. Bu proses nəticəsində sürtkü
yağının üzlülüyü ilə koksun miqdarı azalır, rəngi və s. keyfiyyətləri
yaxşılaşır.
Ballast sisternası - dəniz suyu ilə doldurulmuş sisterna üzən avadanlığı
taraz vəziyyətdə saxlamaq üçün istifadə olunur.
Barja -
özühərəkət etməyən gəmi. Qazma avadanlığı üçün baza rolunu oynayır. Neft və neft
məhsullarının kiçik məsafələrə ötürülməsi üçün
istifadə olunur.
Barrel -
əksər dünya ölkələrində işlədilən tutum və həcm vahidi, 1b. 158, 99 litrə
bərabərdir.
Benzin -
quruluşlu karbohidrogenlərin qarışığı; şəffaf, əksər hallarda rəngsiz,
xarakterik iyli maddədir. 30 - 2500 C - də qaynayır, -600
C - dən aşağı temperaturda donur, asanlıqla buxarlanır və tez alovlanır. Alışma
temperaturu 00 C-dən aşağıdır, sıxlığı 700-780 kq/m3-dir.
B. istehsalı üçün əsas xammal neftdir. Sənayedə b. aşağıdakı üsullarla alınır.
1. Neftin birbaşa distilləşməsində 160-2000C-yədək
qaynayan fraksiyaları ayırmaqla;
2. Ağır neft fraksiyalarını (kerosin, qazoyl, solyar
yağı, mazut və s.) krekinqləşdirməklə;
3. Neft və qaz yataqlarından çıxan qazları aşağı
temperaturda sıxmaqla;
4. Ağır neft qalıqlarını və daş kömürü
hidrogenləşdirməklə;
5. Kamalik riforminq üsulu ilə;
6. Su qazından ( karbon 2 oksidlə hidrogen
qarışığından) sintez etməklə proses katalizatorun iştirakı ilə 180-2000
C-də aşağı təzyiqlə aparılır və alınan sintetik benzin sinti adlanır. Hazırda
yüksək benzin növləri əsasən neft distilatlarının təkrar emalından alınır.
B. başlıca olaraq daxili yanma mühərriklərində yanacaq
kimi işlədilir.
Benzin miqronlu fraksiya (nafta) - neft distillatı, benzin və ağ neftin aralıq məhsulu.
Yüngül çəkili karbohidratlardan ibarət olduğundan nafta yüngül məhsul hesab
edilir.
Benzol -
S6H6 - üzvi birləşmə, ən sadə aromatik karbohidrogen.
Rəngsiz, uçucu, spesifik iyli mayedir; 80,10
C - də qaynayır, 5,50C - də donur; sıxlığı 871,1 kq/M3,
alışma temperaturu 10,70 C - dir.
B. kimya sənayesində ən mühüm xammal növlərindən
biridir. Neftin və neft məhsullarının termik və katalitik emalı ilə alınır. B -
dan müxtəlif boya, partlayıcı maddə, yüksək keyfiyyətli mühərrik yanacaqları və
s. istehsalında istifadə olunur.
Bentonit
- xüsusi təbii gil qazma məhluluna qatılır.
Bitum -
karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət
qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. İki növə
bölünür - süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və
əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir.
Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum)
əsasən, tərkibində - asfalt - qatran maddələri çox olan ağır neft qalıqlarını
(mazut, qudron və s.) 300 - 3500 C-də yüksək vakuumda distillə
etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 - 2800
C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır. B. adətən yol inşaatında,
plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən b.-un ümumi
miqdarının 90%-i süni b. növlərinin payına düşür.
Bonus -
mükafat xarakterli birdəfəlik ödəniş. B. mükafat xarakterli, birdəfəlik ödəniş
növü olmaqla, dövlət gəlirlərinin cüzi bir hissəsini təşkil edir. Buna görə də
ona müqavilədə dövlət gəlirlərinin artırılmasına yönəldilmiş əlavə müddəa kimi
baxılır. B.-lar bir və ya bir neçə mərhələdə ödənilə bilər. Adətən belə
mükafatlar müqavilələr imzalananda, kəşfiyyat mərhələsi başa çatanda, ilkin
hasilat baş tutanda ödənilir.
Boru -
çox vaxt halqavari, en kəsikli və nisbətən böyük uzunluğa malik içiboş məmulat.
Boru kəməri - qaz, maye və bərk məhsulları, o cümlədən hazır
məmulatları nəql etmək üçün borulardan ibarət qurğu. Borular, qaynaq, flans,
yiv, mufta və s. vasitələrlə birləşdirilir. Nəql olunan məhsulun növündən asılı
olaraq qaz kəməri, və s. növləri var.
Boru kəməri nəqliyyatı - boru ilə maye, qazaoxşar və bərk məhsulları uzaq
məsafələrə ötürən mexanizm və qurğuların məcmusu. Boru kəməri nəqliyyatına neft
bazası, mədəndaxili neft və qaz məhsulu kəmərləri, su kəməri və s. daxildir. B.
K. N. - nın əsas növləri ilə qaz, neft və bərk məhsullar nəql edilir. Növünə və
ərazicə yerləşdirilməsinə görə magistral və sənaye B. K. N. - na ayrılır.
Magistral B. K. N. - na qaz və neft kəmərləri daxildir. Belə kəmərlərlə bir
qayda olaraq, məhsul çıxarıldığı yerdən emal və istehlak yerinə - zavodlara və
ya dəniz limanlarına (tankerlərə yüklənib daşınmaq üçün) nəql edilir.
Məhsulların daşınması üçün olan magistral kəmərlər ilə hazır neft məhsulları və
s. zavodlardan istehlak rayonlarına nəql olunur.
Boru tutucu (daxili və xarici) - quyuda qəzaya uğramış nasos-kompressor
avadanlıqlarını quyudan tutub çıxartmaq üçün nəzərdə tutulan qurğu.
Buruq -
bax: Qazma buruğu.
Butan -
doymuş karbohidrogen, rəngsiz qazdır. Təbii yanar qazdan, neft emalı qazlarının
butan- butilen fraksiyalarından və neft qazlarından alınır. Mühərrik
yanacaqlarına qiymətli komponent kimi qarışdırılır və həmçinin butanın müxtəlif
karbohidrogenlərlə qarışığından qaz- yanacaq kimi istifadə olunur.
Vazelin
- neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının
sürtkü yağlarında həll edib sulfat turşusu və ağardıcı gillə təmizləməklə alınan
məlhəməbənzər bircinsli kütlədir.
Vakuum distilləsi - təmizləmə prosesi nəticəsində xammalın tərkibində
qalan ağır fraksiyaları çıxartmaq və prosesi başa çatdırmaq üçün fraksiyaların
vakuum şəraitində qaynadılmaqla təmizlənməsi.
Ventil -
boru kəmərinin müəyyən bir hissəsinə maye, buxar və ya qazın daxil olmasına
imkan verən axının qarşısını alan, yaxud tənzimləyən qurğu. V. sənayedə istifadə
olunan boru kəmərlərində geniş tətbiq edilir.
Vertlyuq
- Qazma borusunun daxilinə təzyiqlə vurulan qazma məhlulunun və qazın təsiri ilə
hərəkət edən borunun tarazlığını saxlamaq üçün ondan asılan qurğu.
Vibrasiya qazması - qazma alətini titrədən (rəqs etdirən) vibrator
tətbiqi ilə qazma üsulu. 20-30 metr dərinlikdəki yumşaq suxurlar bu üsulla
qazılarkən alət fırladılmır (vibrator qazma borularının yuxarı ucuna
bərkidilir). V.q. geoloji kəşfiyyat işlərində, dərin neft və qaz quyularının
qazılmasında və s. tətbiq edilir.
Vurucu quyu
- bax: İnjeksiya quyusu.
Qaz amili
- hasil edilən neftlə bərabər çıxan qazın miqdarının (m3-lə) neftin
miqdarına (m. və ya m3) olan nisbəti. Azərbaycan Respublikasının neft
yataqlarında Q.a. orta hesabla 40-200 m3/m-a qədərdir. Bəzi
yataqlarda 2000-4000 m3/m-ə çatır. Yatağın işlənməsi prosesində Q.a.
azalır.
Qaz analizatoru - qaz qarışığının tərkibini təyin edən cihaz. Növləri: əl ilə
işləyən Q.a. və avtomat Q.a. Əl ilə işləyənlərdən
ən çox yayılanı absorbsiyaedici analizatorlardır. Bunlarda qaz qarışığının
komponentləri bir-birinin ardınca müxtəlif reagentlərin məhlulları ilə udulur.
Avtomat Q.a qaz qarışığının, yaxud onun ayrı-ayrı komponentlərinin fiziki və
ya fiziki-kimyəvi xassələrini arasıkəsilmədən ölçür. Avtomat Q.a. cihazları öz
iş prinsipinə görə 3 qrupa ayrılır.
Qaz analizi
- qaz qarışığının tərkibini təyin etmək üçün tətbiq olunan kimyəvi,
fiziki-kimyəvi və fiziki analiz üsulları. Qaz analizindən kimya, neft, qaz və
metallurgiya sənayelərində texnoloji proseslərə nəzarət etmək, təbii qazların və
sənaye qazlarının tərkibini öyrənmək, insanı zəhərləyə bilən, asan alovlanan və
ya partlayış təhlükəsi olan qazların havada konsentrasiyasını təyin etmək və s.
məqsədlər üçün istifadə olunur.
Qaz anbarı - qazın saxlanması üçün təbii, yaxud süni rezervuar. Yerüstü
(bax: Qazholder) və yeraltı
olur. Yeraltı Q.a. yüz mln.-larla m3 (bəzən mlrd m3)
qaz tutur, onlar az təhlükəlidir və yerüstü anbarlara nisbətən ucuz başa gəlir.
Yeraltı Q.a. məsaməli süxurlarda (ehtiyyatı tükənmiş qaz və neft yataqlarında,
sulu laylarda) və süxur boşluqlarında (istifadəsiz qalan mədən şaxtalarında,
köhnə tunellərdə, mədən lağımlarında və s.) yaradılır. Qaz məsaməli süxurlarda
qaz halında, süxur boşluqlarında isə əsasən maye halında saxlanılır.
Qaz benzini
- bax: Qazolin.
Qaz ehtiyatlarının hesablanması metodları
- laydakı qaz ehtiyatlarının hesablanmasında tətbiq edilən metodlar. Bu metodlar
müxtəlifdir və qazın laydakı halından (sərbəst, qaz papağı, neftdə həll olmuş)
asılı olaraq tətbiq edilir. Ən çox tətbiq edilən
həcm və təzyiqin düşməsi metodlarıdır.
Həcm metodu layda su təzyiqi rejimi olduqda tətbiq edilir və layın təbii
qazla tutulmuş həcmi hesablanır. Təzyiqin düşməsi qazlı məsamələrin ilkin
həcminin istismarı zamanı sabit qaldığı laylarda tətbiq edilir.
Qaz yanacaq
- bax: Yanar qazlar.
Qaz karotajı - neft və qaz yataqlarının təyinində istifadə edilən
geokimyəvi metodlardan biri. Gilli məhlulda qaz və yüngül maye
karbohidrogenlərin miqdarının təyin edilməsinə əsaslanır. Yer səthində gilli
məhluldan qazın ayrılması üçün deqazatordan istifadə olunur. Qazın miqdarı qaz
analizatorunda təyin edilir. Gilli məhlulda təbii qazın konsentrasiyasının
dəyişməsinə əsasən quyu boyu keçilmiş neftli və qazlı laylar müəyyənləşdirilir.
Qaz kəməri - bax: Magistral qaz kəməri.
Qaz generatoru - termik emal
nəticəsində bərk və maye yanacaqdan yanar qaz alan aparat.
Qaz mühərriki - qaz yanacağı
ilə işləyən daxiliyanma mühərriki.
Qaz planlaması - neft və qaz yataqlarının axtarışı metodu. Neft və
qaz yataqlarından yer səthinə miqrasiya edən qaz halındakı karbohidrogenlərin
təyininə əsaslanır. Q.p. aparılarkən 2-3 m. və ya daha dərindən (10-50 m. və
daha çox) qaz və ya qaz əldə etmək məqsədi ilə süxur nümunəsi götürülür.
Tədqiqat sahəsində nümunə götürmə nöqtələri bir-birindən bir neçə yüz metr aralı
profil üzrə yerləşdirilir. Alınmış qaz nümunələrinin analizi nəticəsində «qaz
anatomiyası», yəni karbohidrogenlərin yüksək və qanunauyğun yerləşmiş
konsentrasiyaları müəyyən edilir. Tədqiq edilən sahədə qaz anatomiyasının
varlığı neft və ya qaz yataqlarının olmasını göstərir.
Qaz papağı - tərkibində qaz olan neft yatağı layının üst qatı.
Yatağın istismarı zamanı çıxarılan karbohidratların miqdarını artırmaq üçün
bəzən neftlə çıxan qazı qaz papağına vururlar.
Qaz sənayesi - yanacaq
sənayesi sahəsi; təbii qaz yataqlarının kəşfiyyatı və istismarı, qazın kəmərlər
ilə uzaq yerlərə nəql edilməsi, kömür və şistdən süni qaz alınması, qaz emalı,
sənayenin müxtəlif sahələrinə və kommunal-məişət təsərrüfatına qaz verilməsi ilə
məşğul olur. Q.s-nin yaranması XVIII əsrin sonu XIX əsrin
əvvəlinə aiddir.
Qaz təchizatı - xalq təsərrüfatının ehtiyacları üçün qaz yanacağının
mütəşəkkil surətdə verilməsi və paylanması. İstehlakçılar təbii, süni və
mayeləşdirilmiş qazlarla təchiz olunur. Q.T.-na təbii qazın çıxarılması, süni
qazın alınması, qazların təmizlənməsi, nəql edilməsi, saxlanılması,
istehlakçılara paylanması üçün lazım olan kompleks qurğular, maşın və cihazlar
daxildir.
Qaz şəbəkəsi - qazın nəql edilməsi və istehlakçılar arasında
paylaşdırılması üçün boru kəməri, həmçinin bu kəmərlərdə istifadə edilən qurğu,
aparat və armaturlar sistemi; yaşayış məntəqələrində qaz təchizatı sisteminin
əsas elementi.
Qazayırma - qaz qarışığını öz tərkib hissələrinə və ya müxtəlif fraksiyalara
ayırma prosesi. Sənayedə qazayırma havanı və müxtəlif qaz qarışıqlarını fərdi
komponentlərə ayırmaq üçün geniş tətbiq edilir.
Qazdaşıyan gəmi - mayeləşdirilmiş qazların (propan, butan, amonyak və
s.) daşınmasında istifadə olunan gəmi. Qaz sisternlərdə özünün qaynama
temperaturuna bərabər temperaturda və 1 - 1,8mn/ m 2 təzyiq altında, yaxud 50
C temperaturda və 0,65 mn/m2 təzyiq altında nəql edilir. Sisternlər
silindrik, sferik və ya düzbucaqlı prizma formasında olur; xarici, yaxud daxili
səthləri istilik izolyasiya qatı ilə örtülür.
Qazbalonlu avtomobil - mühərriki sıxılmış, yaxud mayeləşdirilmiş qazla
işləyən avtomobil.
Qazma - Yer qabığında
süxurları qazma aləti ilə dağıtmaqla quyu, lağım və ya şaxta lüləsinin qazılması
prosesi. Dağıdılmış süxuru yer səthinə çıxartmaqdan, dərinə getdikcə quyu
divarlarını möhkəmlətməkdən, quyu lüləsinin keçdiyi süxurları geoloji və
geofiziki cəhətdən tədqiq etməkdən, quyu lüləsinə polad borular endirib, quyu
divarı ilə borular arasındakı boşluğa sement məhlulu vurmaqdan və s.
əməliyyatlardan ibarətdir.
Qazma aləti - qazmada işlədilən alət. Qazma baltası, qazma ştanqı, genəldici
və s. - qazma alətidir.
Qazma baltası - qazma zamanı quyu dibində süxuru mexaniki dağıdan
qazma alətinin əsas elementi. Bir qayda olaraq qazıma kəmərinin ucuna
bərkidilir, qazma qurğusunun yaratdığı oxboyu və dairəvi qüvvə kəmərlə baltaya
verilir. Müasir qazmada əsasən, üç şaroşkalı Q.b. tətbiq edilir (bax: şaroşkalı
balta).
Qazma başlığı - bax: Qazıma baltası.
Qazma boruları - neft və qaz quyularının qazılmasında işlədilən
xüsusi borular. Suxurdağıdan aləti quyuya endirmək və qaldırmaq, fırlanma
hərəkətini ötürmək, baltaya düşən oxboyu qüvvəni yaratmaq, yuyucu məhlulu və ya
sıxılmış havanı quyu dibinə vurmaq üçün tətbiq edilir. Adi, ağırlaşdırılmış
və
aparıcı Q.b. olur. Adi Q.b. poladdan və ya alüminum ərintilərindən,
dairəvi enkəsikli və tikişsiz hazırlanır, divarlarının qalınlığı 4,75-11mm olur
və bir-biri ilə qazma qıfılı, yaxud xüsusi (iri konusvari) yivli yarımqıfılla
birləşdirilir. Q.b.-nın möhkəmliyini artırmaq üçün ucları qalınlaşdırılır.
Ağırlaşdırılmış polad Q.b.
dairəvi, yaxud kvadrat enkəsikli, divarlarının qalınlığı 16-50 mm. və daha çox
olur, onlar da yivlə birləşdirilir, bu boru kəmərinin aşağı hissəsinin
sərtliyini artırır və balta üzərində yük yaradır. Aparıcı Q.b. boru
kəmərinin yuxarısında yerləşdirilir və ona qazıma qurğusundan fırlanma hərəkəti
ötürülür. Q.b. xüsusi qazıma qıfılı və qazma muftası vasitəsilə birləşdirilərək
qazıma kəməri əmələ gətirir.
Qazma buruğu - quyuların qazılmasında qazma alətini, quyudibi
mühərrikləri və qoruyucu boruları quyuya endirib-qaldırmaq, həmçinin qazma
prosesində aləti asılı vəziyyətdə saxlayan tal sistemini bərkitmək üçün istifadə
olunan qurğu. Q.b.-nin hündürlüyü quyunun layihə dərinliyindən asılı olaraq
seçilir. Azərbaycanda ilk Q.b. mexaniki qazma üsulunun tətbiqi ilə əlaqədar
olaraq 1872-ci ildə quraşdırılıb. Q.b. əvvəllər taxtadan düzəldilirdi.
Qazma qurğusu - quyuların qazılması üçün avadanlıq kompleksi. Qazma
üsullarına müvafiq olaraq növlərə ayrılır: fırlanma, vibrasiya vurma və
s. Qazma dəzgahı, qazma buruğu (dor), güc intiqalı və endirmə-qaldırma
əməliyyatını mexanikləşdirmək üçün avadanlıqlardan ibarətdir. Neft, qaz və dərin
geoloji-kəşfiyyat quyularının qazılmasında stasionar Q.q.-dan istifadə olunur.
Qazma dəzgahı - bax: Qazma qurğusu.
Qazma gəmisi - dənizin dərinliyinin 100-200 m. olan yerlərində
struktur-axtarış, dərin kəşfiyyat işləri aparmaq, həmçinin çox dərin
akvatoriyalarda dənizdibi süxurların fiziki - mexaniki xassələrini öyrənmək
məqsədi ilə süxur nümunələri götürmək üçün quyular qazan gəmi. Q.g.-dən dünyada
ilk dəfə 1934-cü ildə Xəzər dənizində istifadə olunub. Q.g.-nin mərkəzində qazma
qurğusu üçün xüsusi şaxta açılır və qazma buruğu quraşdırılır. Q.g.-nin əsas
qovşağı qurğunu qazıma nöqtəsində saxlayan dinamik və ya lövbərli sistemdir.
Qazmanın geofiziki öyrənilməsi - bax: Karotaj.
Qazma məhlulu - bax: Gilli məhlul.
Qazma turbini - bax: Turbobur.
Qazma şaxtası - qazıma gəmisinin mərkəzində olan açıq oyuq (oradan
bilavasitə dənizdə qazıma işləri aparılması üçün istifadə olunur).
Qaz-kompressor stansiyası - təbii qazın çıxarılması, kəmərlə nəql edilməsi,
saxlanılması və emalı zamanı onun təzyiqini artıran stansiya. Aşağıdakı növlərə
bölünür: magistral qaz kəmərlərinin baş Q.-k.s, magistral qaz kəmərlərinin
aralıq Q.-k.s., qazın laya vurulması üçün Q.-k.s. və
yeraltı qaz anbarlarının Q.-k.s. Əsas texnoloji parametrləri: məhsuldarlıq,
güc, qazın sıxılma dərəcəsi və maksimal təzyiqdir.
Qaz - kondensat yatağı - yüksək lay təzyiqi və temperaturunda
karbohidrogenləri qaz halında olan yataq.
Qaz neft seperatoru, trap - neftlə birlikdə çıxan qazları sıxlıq fərqinə görə
neftdən ayıran aparat. Qazın ayrılması və kənar edilməsi üçün təzyiqi aşağı
salır, maye axınını şırnaqlara ayırır, sürəti azaldır, axının istiqamətini
dəyişdirir. Quyudan çıxarılan məhsul Q.- n.s.- nin orta hissəsinə daxil olur.
Neft Q.- n.s.- nin aşağı hissəsindən axıdılır, qaz isə neftin qaz kəmərinə
düşməməsi üçün ən yuxarı hissəsindən çıxarılır.
Qazoyl -
neftin distilləsində kerosin fraksiyası ilə yüngül yağ fraksiyaları arasında
alınan məhsul 200-4000C temperatur arasında qaynayır. Əsasən dizel
yanacağı istehsalında və s. məqsədlər üçün işlədilir.
Qazolin, qaz benzini - neftin
distilləsində və ya sənaye qazlarını tərkib hissələrinə ayırdıqda maye halında
alınan yüngül karbohidrogenlər qarışığı. Asanlıqla alovlanıb yana bilən,
partlayış cəhətdən təhlükəli mayedir. 30-2000C-də qaynayan fraksiyası
karbüratorlu daxiliyanma mühərrikləri üçün yanacaq kimi, 70-1000C-də
qaynayan fraksiyası bitki yağları və qatranlı maddələrin ekstraksiyasında
həlledici kimi, 30-800 C-də qaynayan fraksiyası (petrol efiri) isə
laboratoriyalarda həlledici kimi işlədilir.
Qazoturbovoz - qaz - turbin mühərriki ilə işləyən lokomativ.
Qazoturboxod - qaz- turbin mühərriki ilə işləyən gəmi.
Qazpaylama stansiyası - qazın təzyiqini, ondan təhlükəsiz istifadə üçün
lazımi səviyyəyə qədər alçaldan stansiya.
Qaztəmizləmə - sənaye
qazlarının tərkibindəki qatışıqların təmizlənməsi. Qazı sənayedə mexaniki,
elektrik və fiziki-kimyəvi
üsullarla təmizləyirlər. Mexaniki və elektrik Q. üsullar qazı bərk
və maye qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından
təmizləmək üçündür. Q. üsulları kimya, neft-kimya zavodlarında, İES-lərdə,
metallurgiya sobalarında geniş tətbiq edilir.
Qaz holder
- qazı toplamaq, saxlamaq və qaz kəmərlərinə, yaxud qaz emalı qurğularına vermək
üçün stansionar polad quruluş.
Qazmanın geofiziki öyrənilməsi - bax: Korataj.
Qazma məhlulu - bax: Gilli məhlul.
Qamma - karotaj - radioaktiv
karotaj metodlarından biri. Quyu divarı boyunca yerləşən süxur laylarında qamma
- şüalanmanın intensivliyinə əsaslanır.
Qamma-metod- geofiziki kəşfiyyat metodu. Radioaktiv elementlərin (uran, torium,
radium və s.) və kömürlü, neftli layların axtarış və kəşfiyyatında, quyuların
qamma karotajla tədqiqində tətbiq edilir. Radioaktiv elementlərdə qamma-şüaların
ayrılma intensivliyinə əsaslanır. Bu metodun neft yataqları və radioaktiv
mineralların axtarışında böyük əhəmiyyəti var.
Qapalı istismar - quyudan çıxan neft və qazın tam qermetik boru
kəmərləri ilə istehlakçıya çatdırılması üsulu. Q.i. sxemində quyu məhsulu (neft
və qaz) 0,5-0,1 MH/m2 təzyiqlə ayrı-ayrı boru kəmərləri ilə ölçmə
qurğusuna axıdılır. Sonra neft-qaz qarışığı ümumi kollektorla mədənin yığma
məntəqəsinə gedir və qaz neftdən seperatorlarda ayrılır. Daha sonra neft
susuzlaşdırma qurğusuna, qaz isə qaz emalı zavoduna göndərilir. "Quru" qaz emal
edilərək qaz kəmərinə verilir. Neftdən ayrılan su təmizlənir və nasosla laylara
vurulur. Q.i. neft məhsullarının buxarlanma itkisini və yanğın təhlükəsini
azaldır, neftlə birlikdə çıxan qazı yığmağa imkan verir.
Hidrafon, seysmik qəbuledici - dənizdə seysmik kəşfiyyat zamanı su qatlarından
keçən və əks olunan səs dalğalarını tutmaq üçün akustik cihaz.
Qolvari yataq - qədim çay dərələrinin linzavari qumlu çöküntülərindəki neft-qaz
yatağı.
Qoruyucu kəmər - polad boru kəməri; yeni qazılmış neft quyularının
divarlarını bərkitmək, onu süxur təzyiqindən qorumaq, neftli, sulu, qazlı
layları bir-birindən ayırmaq, onların dağılmasının qarşısını almaq, istismar
zamanı neft və qazın itkisiz çıxarılmasını təmin etmək, təkrar istismar üsulunda
isə laya maye və qaz vurmaq üçün tətbiq edilir. Q.k. birləşmə növünə görə
qaynaqlı və ya yivli
olur.
Qrifon -
neft geologiyasında qaz, neft, su və palçıq xaric edən konus formalı kiçik
çalalar. Bu cür Q.-lar palçıq vulkanlarının yayıldığı sahələrdə daha çox olur və
onların əsas konusu üzərində yerləşir.
Qudron -
neftin distilləsi prosesində yanacaq və yağ fraksiyaları çıxarıldıqdan sonra
qalan (neftə görə 15-30%) özlü qara kütlə. Bir neçə növü var. Sənayedə Q.-dan
neft bitumları almaq, sadə mexanizmləri yağlamaq üçün rezin sənayesində və yol
çəkilişində istifadə edilir. Çoxqatranlı Q.-dan krekinq və destruktiv parçalama (hidrogenləşdirmə və kokslaşdırma) yolu
ilə benzin, dizel yanacağı və s. alınır.
Quyu -
Yer səthində mexaniki vasitələrlə qazılan, diametri uzunluğundan dəfələrlə kiçik
olan silindrik gövdə. Quyular qazılma məqsədlərindən asılı olaraq müxtəlif
növlərə ayrılır. İstismar Q.-ları neft, qaz, yeraltı sular və s.
çıxarılması üçün qazılır. Qazılmış süxur hissəcikləri yuyucu maye və ya havanın
köməyi ilə yer səthinə qaldırılır və mexaniki qurğular vasitəsilə kənar edilir.
Kəşfiyyat və dərin istismar Q.-larını metal qoruyucu kəmərlə bərkidilir və
sementləyirlər.
Neft və qaz Q.-larının ağzını yuyulmaqdan və süxurların uçulması
təhlükəsindən qorumaq məqsədi ilə Q.-ya uzunluğu 3-50 m olan qoruyucu borular
endirilir. Q. istiqamətinin şaquli və maili olmasını təmin etmək, Q.-ya su, neft
və qaz axmasının və Q. divarının uçulmasının qarşısını almaq üçün Q.-nun sonrakı
gövdəsinə ikinci qoruyucu boru kəməri - konduktor endirilir. Q. divarı ilə
qoruyucu boru kəməri arasında qalan sahəyə (boru arasına) sement məhlulu
vurulur. Q.-lar layihə dərinliyinə qədər qazıldıqdan və məhsuldar horizontların
(neft, qaz və s.) olmasını aşkar edən geofiziki işlər aparıldıqdan sonra Q.-ya
istismar kəməri endirilir.
Quyunun əsaslı təmiri - tamamlanmış quyuya bərpaedici və təmizlik işləri
aparmaq məqsədilə təkrar müdaxilələr.
Quyuların yeraltı təmiri - bax: Yeraltı təmir.
Quyuların sementlənməsi - bax:
Sementlənmə.
Qumdaşı - qumun gilli, karbonatlı və silisiumlu materiallarla
sementləşməsindən əmələ gələn çökmə süxur. Q. neft, qaz və yeraltı suların
kollektor süxurlarındadır.
Qüllədəki işçi - buruq qülləsinin üstündə işləyən, buruğ briqadasının
üzvü.
Debit -
vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazma quyusu, adi quyu və s.)
alınan maye və ya qaz həcmi. Mayenin D.-i m3/san, yaxud m3/saat,
m3/gün-lə hesablanır. Neft quyularının D.-ə nəzarət etmək üçün
istismar zamanı D.-in dəyişməsini göstərən əyrilər qurulur. Bu əyrilərlə neft
ehtiyatının sənaye kateqoriyası təyin edilir. Əyrilər metodu müəyyən vaxt
ərzində neft hasilatının statistik hesabatına əsaslanır. Riyazi hesablamalar
vasitəsilə D.-in zamandan asılılıq əyrisinə əsasən quyular qrupunun və
bütövlükdə layın neft ehtiyatının hesablanmasının əsasını təşkil edən D.-in
azalma əmsalı müəyyən edilir.
Demulsasiya
- emulsiya əmələgətirmənin əksi olan proses, yəni bir-birinə qarışmayan iki
mayedən birinin digərində kiçik damcılar şəklində bərabər yayılmasından ibarət
dispers sistemin dağılıb parçalanması. D-dan neftin susuzlaşdırılmasında, duzdan
təmizlənməsində və kimya sənayesinin bir sıra sahələrində istifadə olunur.
Depressator
- neft məhsullarının donma temperaturunu aşağı salar. D. əsasən aşağı
temperaturda işləyən mühərriklər üçün hazırlanan sürtkü yağının donma
temperaturunun aşağı düşməsi zamanı götürülən yağın növündən, eləcə də D.-un
təbiəti və miqdarından asılıdır.
Dehidrogenləşdirmə - üzvi birləşmələrin molekullardan hidrogen ayırıb
çıxarma prosesi. D.-dən neftin emalında yüksək oktanlı benzin istehsalı üçün
geniş istifadə olunur.
Dəniz yatağı - bax: Dəniz neft mədəni.
Dəniz neft mədəni - su hövzələrinin altında yerləşən yataqlardan neft və
qazın səmərəli çıxarılması və nəql olunmasını təmin edən qurğular kompleksi.
Dəniz akvatoriyalarında neft və qaz yataqlarının mənimsənilməsi, geoloji axtarış
və hidrotexniki işlərin yerinə yetirilməsi, topoqrafik planaalma və dəniz
dibinin mühəndis -geoloji tədqiqi, ərazinin geofiziki kəşfiyyatı, neft və qaz
yataqlarının aşkar edilməsi üçün dərin axtarış və kəşfiyyat qazıması, istismar
quyularının qazılması, neft və qazın çıxarılması, yığılması, nəql olunması üçün
sualtı və suüstü qurğuların tikilməsi ilə əlaqədardır. Avropada ilk dəniz quyusu
1925-ci ildə Azərbaycanda-Xəzər dənizində qazılıb.
Dərin özüllü qazma qurğusu - dərinliyi 200 m-dən artıq dəniz neft yataqlarının
istismarı üçün tətbiq edilən qazma qurğusu. O, stasionar və ya üzən neft
platformaları üzərində quraşdırılan neft qazma avadanlıqlarından ibarət olur.
Dərinlik nasosu ilə neftçıxarma - nefti quyu dibindən Yer səthinə çıxartmaq üçün ən
geniş yayılmış üsul. Bu üsulla dərinliyi 3500 m-ə qədər olan quyulardan neft
çıxarılır. Dərinlik nasosu adi birtəsirli porşenli nasosdur. Dərinlik nasosu ona
hərəkət verən mühərrikin Yer səthində, yaxud quyu dibində yerləşməsindən asılı
olaraq ştanqlı və ştanqsız olur.
Dizel yanacağı - dizeldə işlədilən maye neft yanacağı iki qrup D.y.
növündə istehsal olunur: 1) böyük sürətli dizellər üçün özlülüyü az olan
distillat yanacaqları, 2) yavaş sürətli dizellər üçün özlülüyü yüksək olan qalıq
yanacaqları.
Dinamik səviyyə - neft istismar kəmərinin daxilindəki maye səviyyəsi,
quyudibi təzyiqi hesablamaq üçün ölçülür. D.s. lay təzyiqindən və çıxarılan
mayenin miqdarından asılıdır.
Dinamoqram (neft çıxarmada) - neft quyularının dərinlik nasosu ilə istismarında
nasos ştanqlarının yerdəyişməsindən asılı olaraq, onların asqı nöqtəsində yükün
dəyişilmə qrafiki D. gəzdirilən dinamometrlə və ya telodinometrik sistem
vasitəsilə dispetçer məntəqəsindən qeydə alınır. D.-ın formasının dəyişilməsi,
dərinlik nasosu qurğusunda nöqsan olduğunu göstərir.
Distillə sütunu (rektifikasion sütun) - hündür sütuna bənzər rezervuar. İçində xam neft
qızdırılır və buxarlanan komponentlər xüsusi qablara kondensasiya edilir.
D.s.-dən neft məhsullarına qatışan əlavələri kənar etmək üçün də istifadə
edirlər.
Distillə qurğusu - neft emalı üçün qurğu. Burada xam neftin birinci
emalı baş verir.
Distilləetmə - neft emalı prosesinin birinci mərhələsi. Distillə
zamanı, xam neft distillə (rektifikasion) sütununun aşağı hissəsində qızdırılır.
Temperatur artdıqca xam neftin qaynama temperaturları müxtəlif olan hissələri,
ardıcıl olaraq sütunun əvvəlcədən müəyyən olunmuş hissəsinə sıxlıqlarından asılı
olaraq qalxır və rektifikasiya sütununun boşqablarında kondensə olur, sonra
oradan təkrar emal üçün çıxarılırlar. Distilləetmənin sonrakı mərhələlərində də,
neft məhsullarından qarışıqların kənar edilməsi üçün istifadə olunur.
Dolamaçarx - keçmişdə neft quyularının qazılmasında istifadə
olunan quyuağzı avadanlıq.
Duzsuzlaşdırma - xam neftin tərkibindən duzun çıxarılması, əsasən
neftayırma prosesindən qabaq edilir.
Energetika
- enerji ehtiyatları, müxtəlif enerji növlərinin alınması, bir şəkildən başqa
şəklə çevrilməsi, ötürülməsi və istifadə olunması məsələlərini əhatə edən
təsərrüfat sahəsi. Əsas enerji ehtiyatları - kömür, yanar şist, neft, təbii qaz,
torf, odun, su enerjisi, külək və günəş enerjisi, Yerin daxili istiliyi və nüvə
enerjisi.
Ekstraksiya
- maye və bərk maddə qarışıqlarını həlledici vasitəsilə qismən və ya tamamilə öz
tərkib hissələrinə ayırmaq. E. kimya, neft emalı və s.-də geniş tətbiq edilir.
Elevator
- neft quyularının yeraltı təmirində boru və ştanqları quyuya endirərkən onları
tutan polad xamıt.
Elektrik karotajı - axtarış və kəşfiyyat məqsədilə qazılmış quyularda
süxurların xüsusiyyətlərinin və ardıcıllığının elektrik üsulu ilə öyrənilməsi.
E.k.-da quyunun kəsilmiş boyu süxurların fərz olunan xüsusi müqaviməti (pk)
və quyuda öz-özünə yaranan (təbii) polyarizasiya potensialı (PS) təyin olunur.
Bu parametrlərin təyini quyuya buraxılan karotaj qurğusu və quyu ağzında
yerləşdirilən karotaj stansiyası vasitəsilə aparılır və E.k. diaqramında
(karotaj lentində) müvafiq əyrilərlə ifadə edilir. E.k. diaqramının təhlili
layların sərhədlərini, onların ardıcıllığını, neftliliyini və qazlılığını
öyrənməyə imkan verir.
Elektrik dolma nasosu - bax: Dərinlik nasosu ilə neftçıxarma.
Elektrobur
- neft quyularını qazmaq üçün elektrik mühərriki ilə işləyən və valında qazıma
baltası olan maşın. E.-la - ilk quyu 1940-cı ildə Bakıda Qala sahəsində qazılıb.
E.-dan istifadə etdikdə boru kəmərinin fırlanması aradan qaldırılır. Elektrik
enerjisi quyu dibindəki mühərrikə qazma borularının içərisində yerləşdirilmiş
kabel vasitəsilə verilir və balta fırlanmağa başlayır. Cərəyanı kabelə ötürmək
üçün, fırlanğıcla işlək boru arasında yerləşdirilən xüsusi quruluş kabeli
dolaşmağa qoymur, quyudakı alətin fırlanmasına və qaldırıb-endirilməsinə imkan
verir.
Elektrik kəşfiyyat metodu - geofiziki kəşfiyyat metodlarından biri. Yer qabığını
təşkil edən süxurların elektrik
xassələrinin (əsasən xüsusi müqavimətin) fərqlənməsinə əsaslanır.
Neftli - qazlı strukturların axtarışı, müxtəlif geoloji quruluşlu sahələri
bir-birindən ayırmaq üçün müqavimət metodlarından və alçaq tezlikli dəyişən
cərəyan metodlarından daha çox istifadə olunur.
Estakada
- yer və ya su səthindən müəyyən hündürlükdə nəqliyyat vasitələrinin, adamların,
müxtəlif kommunikasiya xətlərinin (su, qaz, boru kəmərlərinin və s.) keçməsi
üçün tikilən körpü tipli qurğu dayaqlardan və aşırım konstruksiyasından
ibarətdir. Mədən E.-larının tikilməsi dəniz-neft mədənlərinin inkişafında mühüm
mərhələdir.
Etillənmiş benzin - etilli benzin - antidetonasiya xassələrini
yüksəltmək üçün etil mayesi qarışdırılmış benzin. Başqa neft növlərindən
seçilsin deyə, etil mayesini boyayırlar. Yanacağın oktan ədədi və nə məqsədlə
işlədiləcəyindən asılı olaraq onun hər kiloqramına 1,5-4 ml etil mayesi
qarışdırılır.
Exolot -
səs dalğasının maneyəyə çatıb, müəyyən olunmuş vaxt intervalında geri
qayıtmasına əsasən hər hansı bir məsafəni hesablamaq üçün qurğu.
Ehtiyatlar
- neft yatağı layında və ya qaz yatağında tapılmış karbohidratların (neft və
təbii qaz) miqdarı.
İkilüləli qazma - bir buruq quruluşunda bir qazma alətləri komplekti
ilə eyni zamanda iki maili quyunun qazılması üsulu. Bu üsulla bir quyuda qazıma
zamanı, o biri quyu boş dayanır. Balta işlədikdən sonra bir quyuda qaldırma
əməliyyatı apararkən o biri quyuya qazma aləti buraxılır. Hazırda bu üsul demək
olar ki tətbiq olunmur, çünki qazılan lülələrin birində texnoloji dayanma
müddətinin süni surətdə artması qəzalara və texnoloji çətinliklərə səbəb olur.
İnjeksiya quyusu - neft yatağında lay təzyiqini lazımi səviyyədə
saxlamaq, neft yataqlarından təkrar istifadə zamanı neft hasilatını
intensivləşdirmək məqsədilə konturarxası zonaya su və ya qaz vurmaq üçün İ.q.-na
vurucu quyu da deyilir. İ.q. ilə yeraltı qaz anbarlarına qaz vurmaq da
mümkündür.
İnklinometr - qazıma quyusu oxunun şaquli vəziyyətdən meylinin bucaq və azimutunu
ölçən cihaz. Quyunun faza vəziyyətinə nəzarət məqsədilə işlədilir.
İstismar boruları - maye-qaz qarışığını quyu dibindən yer səthinə
qaldırmaq üçün quyuya buraxılan borular. İ.b. D, K, E, L, M markalı yüksək
mexaniki xassəli poladdan, qaynaqsız hazırlanır. Muftalarla birləşdirilmiş İ.b.
boru kəmərini təşkil edir. Azərbaycan Respublikasının neft sənayesində daxili
səthi şüşə, emal, epoksid qatranı və s. ilə örtülmüş (parafinləşməyə qarşı
tədbir kimi) İ.b.-dan istifadə olunur.
İştirak müqaviləsi, assosiasiya müqaviləsi
- milli neft şirkəti ilə xarici neft şirkəti arasında konkret yataqların
işlənməsi üçün hüquqi şəxsin yaradılmasını nəzərdə tutan müqavilə (bu, əslində
birgə (müştərək) müəssisənin başqa bir variantı sayılır).
Yanar qazlar - yanma qabiliyyəti olan qaz halındakı maddələr. Sənaye üçün daha böyük
əhəmiyyəti olan Y.q., yerdən çıxan və çox vaxt tərkibində 99%-ə qədər müxtəlif
karbohidrogenlər, əsasən metan və tərkibi ona yaxın olan qazlardır. Təbii Y.q.
neft və qaz yataqlarından hasil edilir. Süni Y.q.-dan ən çox hasil edilənləri
bunlardır.
Koks qazı - bərk yanacağın kokslaşdırılması zamanı alınır;
Generator qazı - yanacağın qazlaşdırılmasından əmələ gəlir;
Neft emalı qazları - neftin və ya neft məhsullarının termik və
termokatalitik emalı zamanı alınır;
Kömür yataqlarının yeraltı qazlaşdırılması yolu ilə də
Y.q. alınır.
Yanar şistlər - sülh kaustoibiolitlər qrupundan faydalı qazıntı;
gilli, əhəngdaşlı, silisiumlu çökmə süxur. Tərkibində 10-15%-dən 60-80%-dək üzvi
maddələr (kerogen) olur. Rəngi qəhvəyi-boz, qəhvəyi-sarı və s. olur. Y.ş.-nin
quru distilləsindən qaz, benzin, kerosin, sürtkü yağları, parafin, koks alınır.
Yanacaq
- yandıqda istilik verən maddələr. Y. kimi əsas tərkib hissəsi karbon olan boz
kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi üzvi mənşəli
faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir.
Yanacaq kalonkası, benzin kalonkası - nəqliyyat maşınları və başqa motorlu maşınların
bakına, həmçinin istehsalçının qabına ölçməklə duru yanacaq tökən
mexanikləşdirilmiş qurğu.
Yanacaq sənayesi - müxtəlif yanacaq növlərinin çıxarılması və emalı ilə
məşğul olan sənaye sahələrinin məcmusu. Y.s.-nə neft çıxarmaq, neftayırma, qaz,
kömür, torf və şist sənayesi daxildir. Ağır sənayenin ən mühüm sahələrindən
biridir.
Yataq, faydalı qazıntı yatağı - geoloji proseslər nəticəsində yer qabığında əmələ
gəlmiş sənaye əhəmiyyətli təbii mineral xammal yığımı. Neft və qaz laylı və
massiv Y.-lar əmələ gətirir. Laylı Y.-larda neft və qaz yığımları xüsusi laylara
- kollektorlara toplanır. Massiv neft və qaz Y.-ları üstdən az keçirici laylarla
örtülmüş keçirici süxurların çıxıntılarını doldurur və struktur, rif erazion
çıxıntı Y.-larına bölünür.
Yatağın ehtiyatı - lay süxurunun tərkibində olan neftin və qazın həcmi.
Yatağın parametrləri - yataqdakı
karbohidratların və süxurların bütün spesifik xüsusiyyətlərini (özlülük, sıxlıq,
məsaməlik və s.) müəyyən etmək üçün işlədilən termin.
Yeraltı təmir, quyuların yeraltı təmiri - quyularda iş rejiminin bərpa edilməsi və yeni
texnoloji rejim yaradılması məqsədi ilə aparılan işlər. Y.t. cari təmir və
əsaslı təmir işlərinə ayrılır.
Yuyucu məhlul - bax: Gilli məhlul.
Yüksəkoktanlı yanacaq - karbüratorlu daxiliyanma mühərrikləri üçün
hazırlanan avtomobil və aviasiya benzinləri. Y.y. detonasiyaya qarşı davamlıdır
və mühərrikin böyük faydalı iş əmsalı ilə işləməsini təmin edir. Aviasiya
benzinlərinin detonasiyaya qarşı davamlılığı onların oktan ədədi və çeşidi ilə,
avtomobil benzinlərininki isə yalnız oktan ədədi ilə xarakterizə olunur.
Aviasiya benzinlərinin ən yaxşı növlərinin oktan ədədi 98-100, çeşidi 130-160
olur. Avto-mühərrikləri, adətən oktan ədədi 72, 76, 93 və 95 olan benzinlə
işləyir.
Kaberna ölçən - qazma quyusuna elektrik kabeli ilə salınaraq quyunun
diametrini ölçən dərinlik cihazı. Mexaniki və ultrasəs K.Ö.-ləri
tətbiq olunur.
Kaptaj -
su, neft və qazın daha çox miqdarda itkisiz alınması məqsədi ilə onların yer
altında, yaxud yerin səthindəki çıxış yerlərində
qarşısını kəsib toplayan qurğu. K. maye və qazın təbii xassələrini saxlamağa,
lazımi hallarda mənbələrin və ya quyuların rejimini tənzim etməyə imkan verir.
Karbohidrogenlər - molekulları yalnız karbon və hidrogen atomlarından
ibarət olan üzvi birləşmələr sinfi.
Karotaj
- geoloji kəsilişi öyrənmək və faydalı qazıntıları aşkar etmək üçün quyuların
geofiziki tədqiqi. Quyularda ilk geofiziki tədqiqatları (quyularda temperaturun
ölçülməsini) 1908-ci ildə Bakı neft mədənlərində D.V. Qolubyatnikov aparmışdır.
K. dərin quyuların kəsilmişlərinin geoloji sənədləşdirilməsində əsas metoddur.
Katalizatorlar - kimyəvi reaksiyaların asanlaşmasına və ya tezləşdirilməsinə təsir
göstərən kimyəvi birləşmələr.
Katlavan
- tikinti üçün qazılmış xəndək.
Kern -
quyuları sütuncuqlu balta ilə qazıyan zaman götürülmüş süxur sütunu. Layların
fiziki xassələrini və neft-qazla doyma dərəcəsini, həmçinin, ayrı-ayrı quyuların
metoloji - stratiqrafik kəsişini öyrənmək üçün kernlərin qaldırılması tələb
olunur.
Kerosin, ağ neft - əsasən 140-3000C temperaturda qaynayan
neft fraksiyası; maye karbohidrogen qarışığından ibarətdir. Neftin distilləsində
və ya ağır neft məhsullarının krekinqi prosesində alınır, sıxlığı 0,79-0,86 q/sm3-dır.
Kerosin maye yanacaqla işləyən raket mühərrikləri üçün effektiv yanacaq növüdür,
bundan başqa K.-dən texnikada müxtəlif məqsədlər üçün istifadə edilir (traktor
mühərriklərində, keroqaz və s. həmçinin çirkli alət və detalların yuyulmasında).
Kəşfiyyat - geologiyada
təzə neft və qaz yataqlarını aşkar etmək üçün istifadə olunan metodlar məcmusu.
Kəşfiyyat quyusu - faydalı qazıntıların kəşfi, həmçinin süxurların xüsusiyyətlərini və
yataq laylarının xarakterini öyrənmək üçün qazılan quyu.
Klapan - maşın və boru
kəmərlərində qaz, buxar və ya maye sərfini tənzimləmək məqsədi ilə axın
kəsiyinin sahəsini dəyişən detal, yaxud quruluş. Maşınlarda (nasos, kompressor,
daxiliyanma mühərriki və s) K. qaz, buxar və ya maye sərfini idarə edən, yaxud
paylaşdıran mexanizmin bir hissəsidir.
Kimya və neft
maşınqayırması - kimya, neft kimyası, neft
və qaz sənayesi üçün texnoloji avadanlıq, texnoloji xətt kompleksi və qurğular
hazırlayan maşınqayırma sahəsi. Müasir K. və n.m. bir sıra sahələri özündə
birləşdirir; bu sahələr ixtisaslaşdırılmış məhsullar (kimya, polimer, neft
mədəni avadanlığı, kağız hazırlayan avadanlıq, neft emalı sənayesi üçün
avadanlıq) və ümumi sənaye təyinatlı avadanlıq (kompressor soyuducu qurğular,
müxtəlif tip nasoslar, qaztəmizləyən avadanlıq və boru kəməri armaturu və s.)
buraxır.
Kompensatorlar - üzən qazma
qurğusunun və ya qazma gəmisinin qazma zamanı yuxarı və aşağı hərəkətini tənzim
etmək üçün hidravlik ötürücüsü olan qurğular.
Kompressor quyusu - sıxılmış qaz
(hava) enerjisi hesabına nefti (onunla birlikdə qaz və lay suyu) yer səthinə
çıxarılan quyu. Belə quyularda qazlift
(erlift) quraşdırılır.
Kompressor yağı - neftdən alınan sürtkü yağı; komperssor və hava vuran
aparatları yağlamaq üçün işlədilir. Sənaye yağları qrupuna mənsubdur.
Kompressor üsulu ilə neftçıxarma-
kompressordan quyuya verilən sıxılmış təbii qaz (və ya hava) enerjisi hesabına
neftin quyudan yer səthinə qaldırılması üsulu. Təbii lay enerjisi mayeni yer
səthinə qaldıra bilmədikdə tətbiq olunur. Bu üsul qazliftlə (erliftlə) həyata
keçirilir. K.ü.i.n-nin digər mexanikləşdirilmiş neftçıxarma üsullarından əsas
üsulların üstünlükləri aşağıdakılardır: quyu avadanlığında hərəkət edən
hissələrin olmaması; qaz amili çox olduqda prosesin idarə olunması və
avtomatlaşdırılmasının sadəliyi. Böyük kompressor stansiyaları tikintisinin
vacibliyi, quyularda (xüsusən qum tıxacı yaranan quyularda) boruların çox
işlənməsi K.ü.i.n-nın əsas nöqsan cəhətləridir.
Kondensator - buxar şəklində olan maddəni maye şəklinə gətirən qurğu.
Konsessiya müqaviləsi (yaxud lisenziya müqaviləsi) -
bizneslə dövlət arasında dövlət mülkiyyəti obyektlərindən (əksər
hallarda məhz mineral ehtiyatlardan) şirkətin istifadə şərtlərini müəyyən edən
uzunmüddətli müqavilə. Müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində dövlət
yerin təkinin mülkiyyətçisi kimi müəyyən sahələrin, yaxud konkret yataqların
işlənməsi hüquqlarını bilavasitə şirkətə həvalə edir. Əvəzində konsessioner
şirkət dövlətə konsessiya haqqı ödəyir.
Konsistent sürtkü yağları, plastik sürtkü yağları
- üzərinə düşən yükün qiymətindən asılı olaraq, maye və ya bərk maddəyə məxsus
xassələr göstərən sürtkü materialları K.s.y. neftdən alınan yağlara, adətən
10-20 % qatılaşdırıcı bərk maddə və müvafiq aşqar qatılmaqla hazırlanır.
Konsorsium
- umumi razılıq və qarşılıqlı mənfəət əsasında birgə fəaliyyət ğöstərən
müəssisələr birliyi, Məsələn, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AƏBŞ).
Kontinental şelf - beynəlxalq qanunlara əsasən hər hansı bir dövlətin
sahil sularından kənarda suüstü və sualtı yerləşən dəniz sahələrinin yerləşdiyi
ərazi. Kontinental şelf sərhədləri BMT-nin 1982-ci ildə qəbul olunmuş Dəniz
konvensiyasına əsaslanan normalar ilə müəyyən olunur.
Koks -
neftayırma zamanı əmələ gələn kömürə bənzər bərk (sərt) maddə.
Kokslama
-kokslama aparatında karbohidratlar 8000C-yə qədər qızdırılır, bu
vaxt bütün yüngül məhsullar buxarlanır və koks barabanı adlanan yerdə bərk koks
əmələ gəlir, alınan məhsul oradan yüksək təzyiqli su ilə çıxarılır.
Kollektor
- geologiyada məsamə boşluq və çatlarında neft, qaz, su saxlayan məsaməli və
çatlı süxurlar.
Korroziya
- (metalda) xarici mühitin kimyəvi və ya elektrokimyəvi təsiri nəticəsində
metalın dağılması. K.-dan hər il bəşəriyyətin istehsal etdiyi metalın 1-1,5 %-i
itirilir.
Köpüklə yanğınsöndürmə - yanğının (xüsusilə yanan maye neft məhsullarının) köpüklə
söndürülməsi. Köpük yanan mayenin səthini örtərək istiliyin alovdan mayeyə
ötürülməsinə, habelə maye buxarının çıxmasına mane olan təbəqə əmələ gətirir.
Krekinq
- mühərrik yanacağı və kimya sənayesi üçün xammal almaq məqsədi ilə neft və onun
fraksiyalarının destruktiv emalı. K. mühərrik yanacağı (xüsusən benzin) almağın
əsas üsullarından biridir. Proses 2 yolla aparıla bilər: yüksək temperaturda və
katalizatorun iştirakı ilə. Birinciyə termik K., ikinciyə katalitik K.
deyilir.
Krekinq benzini - ağır neft fraksiyalarının termik və katalitik krekinqi prosesində
əmələ gəlib 2000C-yə qədər qaynayan fraksiya. Termik krekinq
benzinlərinin oktan ədədi 66-69, katalitik benzinlərinki isə 71-81-dir.
Kükürdlü neft - tərkibində yüksək miqdarda kükürd olan xam neft.
Generator qazı - qaz yanacaq növlərindən biri: daş kömür, torf,
mazut, koks və s. yanacaqları qaz generatorunda qazlaşdırmaqla alınır.
Geoloji axtarış - faydalı qazıntı yataqlarının açılmasındakı işlərin
məcmusu. G. a.-ın elmi əsasını tədqiq edilən sahədə faydalı qazıntıların ehtimal
olunan yayılma xəritələri və ya faydalı qazıntıların yerləşməsinin proqnoz
xəritələri təşkil edir. G.a. zamanı faydalı qazıntının əmələgəlmə şəraiti və ya
mənşəyi nəzərə alınır.
Geofiziki tədqiqatlar faydalı qazıntı kütləsinin və
yerləşdirici süxurların bir sıra fiziki xassələrinin fərqlənməsinə əsaslanır.
Əlverişli strukturların, karbohidrogen qazları nişanələrinin, palçıq
vulkanlarının, neft sızıntılarının olması neft - qaz yataqlarının axtarışı üçün
əsas amillərdən hesab olunur.
Gilli məhlul, yuyucu məhlul - gilin
suda dispers məhlulu; qazma prosesində işlədilir. Hazırlanmasında əsasən,
bentonit gilindən istifadə edilir.
Qazılan süxurlardan, quyuların dərinliyindən,
temperaturdan və s. asılı olaraq lazımi xassəli G.m. almaq üçün müxtəlif kimyəvi
reagentlər, ağırlaşdırıcı maddələr və s.-dən istifadə olunur. Nasosla quyuya
vurulan G.m. baltanın quyu dibində doğradığı süxurları quyudan çıxarır, quyunun
dibinə və divarlarına hidrostatik təzyiq yaradaraq quyu divarının davamlığını
təmin edir, neft, qaz və sulu laylara əks təzyiq göstərir, işləyən baltanı
soyudur və s.
Lay -
qalınlığı yayılma sahəsindən dəfələrlə az olan və iki təqribi paralel səthlə
(üstdəki tavan, altdakı daban adlanır) hüdudlanan, eyni tərkibli
geoloji kütlə, çökmə süxurların əsas yatım forması.
Lay enerjisi - lay və mədən təzyiqinin təsiri ilə gərgin halda olan maye, qaz və
layın elastiklik enerjisi. Yataq quyu vasitəsilə açıldıqda L.e. neftin quyuya
doğru hərəkət etməsinə və bu hərəkət zamanı əmələ gələn müqavimət qüvvəsinin dəf
edilməsinə sərf olunur. L.e. sərf olunduqca lay təzyiqi azalır.
Lay suları - iki su keçirməyən süxur arasındakı layda olan və ya cərəyan edən
sular adətən təzyiqli olur. Neft geologiyasında neft yataqlarında rast gələn
sulara da L.s. deyilir və neft yatağına nisbətən yatma şəraitinə görə yuxarı
konturarxası, aşağı konturarxası, daban və aralıq suları adlanır.
Lay təzyiqi - neft və qaz yataqlarında maye və qazın məruz qaldığı təzyiq. Neftli,
qazlı və sulu layların enerjisini xarakterizə edən mühüm amil. Başlanğıc L.t.
adətən hidrostatik təzyiqə bərabərdir, dərinliyə getdikcə hər 10 m-dən təqribən
0,1 mn/m2 artır. Yatağın
işlənmə prosesində təzyiqin saxlanması metodlarından istifadə edilmədikdə L.t.
azalır.
Laminar axın - meyenin və ya qazın nizamlı axını; bu zaman maye
(qaz) sanki axın istiqamətinə paralel laylarla hərəkət edir.
Lift (nasos kompressor boruları, istismar kəməri) - filtratın yuxarı verilməsi üçün quyunun mərkəzində
yerləşdirilmiş polad boruların birləşmiş sistemi.
Litr -
metrik ölçü sistemində həcm və tutum vahidi. 111. = 1dm3 . kimi qəbul
olunub.
Maqnit tutucu - qazılan quyunun dibində qazma nəticəsində qalan metal əlavələrin
təmizlənməsi üçün nəzərdə tutulmuş qurğu.
Manifold, şaxələnmiş boru kəməri, bölüşdürmə magistralı - filtirat və neft məhsulları axarını bir neçə kanala
bölüşdürməyə imkan verən klapan boru sistemi.
Mazut -
neftdən distillə yolu ilə benzin, liqroin, kerosin və dizel yanacağı
fraksiyaları çıxarıldıqdan sonra qalan qalıq. Kimyəvi tərkibi və xassələrindən
asılı olaraq M.-dən maye yanacaq kimi, eləcə də sürtkü yağları almaq,
krekinqləşdirmə, yaxud hidrogenləşdirmə vasitəsilə benzin və dizel yanacağı
istehsal etmək və başqa məqsədlər üçün istifadə edilir.
Maili qazma
- neft və qaz quyularının şaqula nisbətən müəyyən bucaq altında qazılması.
M.Q.-dən sahənin relyefi şaquli qazma üçün əlverişli olmadıqda, yəni neft və qaz
yataqları dəniz, göl, yaşayış məntəqəsi və s. - nin altında yerləşdiyindən qazma
avadanlığı quraşdırmaq mümkün olmadıqda; kiçik meydançadan müxtəlif
istiqamətlərə bir neçə quyu qazmaq lazım gəldikdə istifadə edilir.
Magistral qaz kəməri - yanar qazları çıxarılan yerdən işlədici məntəqələrə
nəql etmək üçün boru kəmərləri və köməkçi qurğular kompleksi. Magistral, yerli
və daxili qaz kəmərləri var. M.Q.k. qazı istehsal olunduğu yerdən xeyli uzaq
məsafədəki yaşayış məntəqələrinə, sənaye obyektlərinə və s.-yə nəql edir.
M.Q.k.-nın son məntəqəsində qazın təzyiqini lazımi
səviyyəyə endirmək üçün qazpaylayıcı stansiya quraşdırılır.
Magistral neft kəməri - nefti çıxarıldığı yerdən uzaq məsafədə yerləşən emal
yerlərinə nəql etmək üçün kompleks
qurğu. M.N.k. borular, neftvurma nasos stansiyası, rabitə vasitələri və köməkçi
qurğulardan ibarətdir. Neftin boruda hərəkət sürəti 1 -1,5 m/san - dir.
Kəmərdəki neft axını M.N.k.-nın bütün uzunluğu boyu
quraşdırılmış qurğular vasitəsilə tənzim edilir. Onlar arasında məsafə
relyefindən asılı olaraq müəyyən olunur (20 km - dən çox olmamaq şərtilə)
özlülüyü çox olan neftlər neftvurma stansiyalarında, yaxud aralıq məntəqələrdə
qızdırılır.
Manometr
- maye və qazların təzyiqini ölçmək üçün cihaz.
Mancanaq dəzgahı - ştanqlı neft nasosunun intiqalı; mühərrik valının
fırlanma hərəkətini neft nasosu plunjerinin şaquli irəli-geri xətti hərəkətinə
çevirmək, neft nasosunu işə salmaq və dayandırmaq, habelə neftvurma rejimini
tənzimləmək üçündür. Dəqiqədə gedişlərinin (irəli-geri) sayı 3-15 qəbul edilir.
Merkaptan
- tərkibində kükürd atomları olan az çəkili molekul birləşmələri.
Metan, bataqlıq qazı və ya mədən qazı
- rəngsiz və iysiz qazdır. -164,50C-də mayeləşir, -18-2,50C-də
donur. M. neftlə birlikdə yerdən çıxan qazların (34- 40%) əsas komponentidir.
Ondan sənayedə yanacaq və xammal kimi geniş istifadə olunur.
Mədən - yer altından kimyəvi xammal, filiz və s. faydalı qazıntı çıxaran
sənaye müəssisəsi.
Mədən vergisi - daha geniş yayılmış ödəniş formasıdır, istehsalçının
ümumi gəlirindən müəyyən faizlə ödənilir. Bu zaman təbii ehtiyatların
mülkiyyətçisi olan dövlət mədənlərinin işlənməsi hüququnu şirkətə verilməsinin
əvəzində istehsal olunan məhsulun dəyərinin müəyyən hissəsini ondan götürür.
Mədən qazmaları - faydalı qazıntıları çıxarmaq üçün mədən işləri
nəticəsində Yer qabığında yaradılmış süni qurğular.
Mədən işləri - Yer təkindən faydalı qazıntıların çıxarılması
proseslərini əhatə edən elm və texnika sahəsi. XIX əsrin 2-ci yarısından neft, XX əsrin əvvəlindən isə təbii qaz hasilatı da M.i.-nə
daxil edilib.
Məhlul
- iki və ya daha çox maddənin komponentin termodinamiki tarazlıqda olan
mikroskopik bircinsli qarışığı. Neft müxtəlif üzvi komponentlərin M.-dan
ibarətdir.
Məşəl, çıxarış borusu
- işlədilməyən (səmt) qazların çıxarılması və yandırılması üçün qurğu.
Məhsuldar qat - Azərbaycan Respublikasında əsas neftli-qazlı çöküntü
kompleksi; orta Pliosenə müvafiqdir. Qalınlığı, əsasən, Abşeron yarımadasında,
Kür düzənliyində və Xəzər dənizinin altında 3000 - 4000 m-ə çatır.
Mineral yağlar - neft, yanar şist və qazıntı kömürünün emalının maye
məhsullarından hazırlanan sürtkü yağları.
Mineral xammal - bax: Faydalı qazıntı.
Müqavilə - fiziki və hüququ şəxslər, dövlətlər arasında
imzalanan və razılaşmanı bildirən hüquqi sənəd. Məsələn, neft müqavilələri.
Mümkün ehtiyatlar - mütəxəssislərin fikrincə öyrənilməmiş süxurlarda
mümkün olan neft və qaz ehtiyatları.
Mühəndis - ali texniki təhsil almış mütəxəssis.
Mühərrik, motor - hər hansı bir enerji növünü mexaniki işə çevirən
enerji - güc maşını.
Mühərrik yağları - daxiliyanma mühərriklərini (porşenli və reaktiv)
yağlamaq üçün işlədilən sürtkü yağları. Əsasən neftdən alınır, lakin bəzi
sintetik yağlardan və ya onların neft yağları ilə qarışığından da hazırlana
bilir. İşlədilmə sahəsindən asılı olaraq 3 sinfə ayrılır: avtomobil
yağları, dizel yağları və aviasiya
yağları.
Mühərrik yanacaqları - daxiliyanma mühərriklərində işlədilən maye və ya
qaz yanacaqları iki qrupa ayrılır: karbürator yanacaqları, o
cümlədən aviasiya və avtomobil benzini: müxtəlif məqsədlər üçün işlədilən
mühərriklər üçün yanacaqlar (məs, qaz - turbin yanacağı, reaktiv mühərrik
yanacağı, dizel yanacağı və s.). M. y. neftdən və karbohidrogen qazlardan
alınır. Neft emalı sənayesinin istehsal etdiyi məhsulların təqribən 63%-i bu
yanacaq növlərindən ibarətdir.
Daş kömür, şist və başqa bərk yanacaq növlərindən də M.y. almaq
mümkündür (İkinci Dünya Müharibəsində almanlar daş kömürü hidrogenləşdirmək
yolu ilə milyonlarla ton m.y. almışdılar).
Nasos -
mayeyə kənardan enerji (potensial və kinetik) verməklə onu təzyiq altında bir
yerdən başqa yerə vurmaq üçün aparat və cihaz.
Naftalan
- müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən yeganə neft növü. Bir sıra
fiziki-kimyəvi xassələrinə və karbohidrogen tərkibinə görə başqa neft
növlərindən fərqlənir. Naftalan nefti 200-2500C arasında qaynamağa
başlayır. Mənfi 20-300C-də donur. Tərkibində 50-55% naften
karbohidrogenləri, 30-35% aromatik karbohidrogenlər və 14-16% qatranlı maddələr
var. Naftalan neftində 0,25-0,30% kükürd və 0,24-0,26% azot olur. Tədqiqatlar
nəticəsində məlum olub ki, naftalan neftinin müalicəvi təsiri, əsasən naften
karbohidrogenləri ilə əlaqədardır. Naftalan nefti dünyada yalnız Azərbaycan
Respublikasının Naftalan şəhərinin yaxınlığında çıxarılır.
Naften turşuları - neftin oksigenli komponentlərin 0,5-3%-ini təşkil
edən və çoxu birəsaslı karbon turşuları. Özlü, rəngsiz mayelərdir. Suda həll
olmur. Neft məhsullarında və s. üzvi həlledicilərdə olur.
Naftenlər - əsasən, neftlərdə olan donmuş alisikl karbohidrogenlər. Mühərrik
yanacaqları və sürtkü yağlarında N. arzu edilən komponentlərdir. Benzində N.-in
çox olması antidetonasiya xassələrini yaxşılaşdırır, kerosin, dizel yanacağı və
sürtkü yağlarının donma temperaturunu aşağı salır.
Neft -
yanar maye, faydalı qazıntıdır. Yer səthinə yaxın laylarda və ya
qatlarda yerləşərkən oksidləşərək qatı maptaya, yarım bərk asfalta və
başqa eninafildə çevrilir. Spesifik qoxusu var. Rəngi açıq qəhvəyidən tünd
qonura və qarayadək dəyişir. Neft müxtəlif karbohidrogenlərdən (alkanlar,
silkoalkanlar, aronlar - aromatik karbohidrogenlər və onların hibridləri) və
tərkibində C və H- dan əlavə O, S və N olan birləşmələrdən ibarətdir. Element
tərkibi karbon (82,5-87%), hidrogen (11,5-14%), oksigen (0,05-0,35%) nadir
hallarda 0,7%-ə qədər kükürd (0,001-5,3), azot (0,001-1,8). Alimlərin
əksəriyyəti neftin yüksək temperatur və təzyiqin təsiri ilə çökmə süxurlarda
səpələnmiş üzvi maddələrin qalıqlarından, bəziləri isə dərin maqmatik
proseslərlə əmələ gəldiyini hesab edirlər. Bütün kontinentlərdə (Antraktidadan
başqa) və onlara bitişik akvatoriyaların xeyli sahəsində neft yataqları aşkar
edilib. Dünyada ən nəhəng neft yataqları Qavar (Səudiyyə Ərəbistanı) və Əl-
Bürgan (Küveyt)-dadır. Azərbaycan Respublikası ərazisi mühüm neftçıxarma rayonu
kimi dünyada məşhurdur. Dünyada ilk neft quyusu məhz burada, Abşeron
yarımadasında qazılmışdır (1847). Azərbaycan ərazisində əsas neft - qaz yağları
məhsuldar qat (orta pluosen) çöküntüləri ilə əlaqədardır və Azərbaycan nefti
dünyada ən yüksək keyfiyyətli neftlərdən biri sayılır. Neftin böyük iqtisadi
əhəmiyyəti var. O, maye yanacaq, sürtkü yağları, müxtəlif neft məhsulları və
kimya sənayesi üçün xammaldır.
Neft anbarı - nefti və onun emal məhsullarını saxlamaq üçün rezervuar və ya
rezervuar sistem. Yerüstü, yarıyeraltı və yeraltı növləri var.
Yerüstü N.a. adətən metaldan olub, silindrik (şaquli, üfiqi) sferik
və damşəkilli formada hazırlanır. Açıq rəngli neft məhsulları xüsusi
konstruksiyalı polad rezervuarlarda saxlanılır. Yarıyeraltı N.a.-nı
adətən dəmir-betondan (tutumu 500-30000 m3) hazırlayırlar.
Konstruksiyası silindrik və düzbucaqlı, həmçinin xəndək tipli olur. Yeraltı
N.a.-ından (100 m və daha
dərinliklərdəki daş duz çöküntülərində yerləşdirilir) adətən benzin, dizel
yanacağı və kerosin kimi neft məhsullarını müvəqqəti saxlamaq üçün istifadə
edirlər. N.a.-nın yaranma tarixi Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar
olub.
Neft bazası - nefti və neft məhsullarını qəbul etmək, yığıb saxlamaq, bir nəqliyyat
növündən digərinə yükləmək, yaxud istehlakçıya buraxmaq üçün bina və qurğular
kompleksi. Boşaldılıb-yükləyici N.b. (nefti bir nəqliyyat növündən
başqasına, yaxud da həmin növdən olan nəqliyyata yükləmək üçün), zavod
nəzdində N.b. (emal olunacaq nefti, neft məhsullarını qəbul edir, saxlayır,
emal üçün hazırlayır) və paylaşdırıcı N.b. (bilavasitə müəyyən ərazidə
yerləşən müəssisələri kiçik taralarda neft və neft məhsulları ilə təchiz edir və
s.) növləri var.
Neft qazları - neftlə birlikdə yerdən çıxan müxtəlif karbohidrogen
qazlarının qarışığı. Seperasiya vasitəsilə neftdən ayrılır. 1 t neftlə çıxan
qazın m3
ilə həcminə (normal şəraitdə) qaz faktoru
deyilir. Neft kimyası sənayesi üçün qiymətli xammal hesab edilir, qismən yanacaq
kimi də istifadə olunur. Həmin qazlardan maye spirt, plastik kütlə, süni kauçuk
və s. alınır.
Neft quyularının istismarı - neftin quyudan fontanla və ya mexanikləşdirilmiş
üsulla çıxarılması. Hazırda dünyada nasosla N.q.i. daha geniş yayılıb. Ölkəmizdə
ümumi neft quyularının 75%-i bü üsulla işlənilir. Bu onunla əlaqədardır ki, quyu
nasoslarının konstruksiyası sadə olmaqla bərabər, onlar iş zamanı xüsusi xidmət
tələb etmir və quyuların iş rejiminin qurulmasında çətinlik törətmir.
Neft quyusu
- bax: Quyu.
Neft daşları - Bakı şəhərinin Əzizbəyov rayonunda şəhər tipli
qəsəbə (1952-ci ildən), Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə,
polad dirəklər üzərində salınmış neft şəhəridir. Bu ərazi, ondakı daşların
üzərində neft-qaz nişanələrinin olması ilə əlaqədar N.d. adlandırılmışdır.
1946-cı ildə N.d. rayonunda geoloji kəşfiyyat işlərinə başlanmış, ilk kəşfiyyat
quyusu 1949-cu ildə qazılmışdır. Laylara su vuraraq süni təzyiq yaratmaq üsulu
ilk dəfə N.d.-da sınaqdan keçirilmişdir.
Neft emalı - neftin mexaniki qatışıqlardan təmizlənib distillə vasitəsilə lazımi
fraksiyalara ayrılması prosesi (neftin distilləsi). N.e.- neft emalı
zavodlarında distillə qurğuları vasitəsilə aparılır. Müasir distillə
qurğularının illik məhsuldarlığı 6 milyon tona yaxındır. Bu zavodlarda emal
ediləcək neft, su və duzdan təmizləmək üçün az miqdarda deenulqator
qatışdırılmış su ilə yuyulur. Əmələ gələn emulsiya 100-140, bəzən də 1600C-yə
qədər qızdırıldıqdan sonra elektrik dehidratorlarına verilir. Yüksək temperatur,
elektrik sahəsi və deemulqatorun birgə təsirindən emulsiya qısa müddətdə
parçalanır, ayrılan su, onda həll olunan duzlarla birlikdə sistemdən çıxarılır.
Nəticədə neftin tərkibində suyun miqdarı 0,05-0,20%-ə, xloridlərin miqdarı isə
0,5-5,0 mq/l-ə enir.
Neft emalı qazları - neftayırma qurğularında və ya neft məhsullarının
termik və katalitik emalı proseslərində əmələ gələrək, əsasən kiçik molekullu
karbohidrogenlərdən ibarət olan qaz qarışıqları. N.E.q.-nın çoxunda doymamış
karbohidrogenlərin və hidrogenin miqdarı yerdən neftlə birgə çıxan, eləcə də
təbii yanan qazlardakından xeyli artıq olur. N.E.q. tərkibindəki doymamış
karbohidrogenlər (etilen, propilen və s.) neft kimyası sənayesi və motor
yanacaqlarının yuksək oktanlı komponentlərini almaq üçün xammaldır.
Neft ixrac edən ölkələr təşkilatı (OPEK)
- 1960-cı ildə yaradılmışdır. Əsas məqsədi OPEK-ə daxil olan ölkələrin iqtisadi
inkişafını sürətləndirmək və beynəlxalq inhisarlardan müdafiə etməkdir. OPEK-ə
BƏƏ, Venesuela, Qabon, Qətər, Ekvador, ƏXDR, İndoneziya, İraq, İran, Küveyt,
Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı daxildir. İqamətgahı Vyanadadır
(Avstriya).
Neft yağları, mineral yağlar - neftdən alınan və əsasən sürtkü yağı kimi işlədilən
iri molekullu karbohidrogenlərin qarışığı N.y- ından hidravlik maye,
yağlayıcı-soyuducu maye, elektriki izolyasiyaedici mühit, yumşaldıcı maddə kimi
və s. məqsədlə istifadə edilir. N.y.-nın iki əsas təsnifat sistemi var: istehsal
üsuluna görə və işlədildiyi sahələrə görə.
Neft yataqlarının işlənməsi - yataqdan səmərəli istifadə etmək məqsədi ilə, ilkin
istismar dövründən başlayaraq layda maye və qazın hərəkət prosesini idarə etmək,
lay enerjisini tənzimləmək və s. kimi kompleks tədbirlərin həyata keçirilməsi.
Neft kəməri - neft və neft məhsullarının hasilat və ya işlənmə
yerindən istifadə, həmçinin digər işlənmə yerinə və ya nəqliyyat vasitəsinə
yükləmək məqsədilə göndərmək üçün qurğular kompleksi. Nəqliyyat neft kəmərinə
(nefti mədəndən magistral neft kəmərinə, emal məhsullarını zavodlardan magistral
neft məhsulları kəmərinə və s.) nəql etmək üçün magistral neft kəmərinə, mədən,
zavod və neft bazası boru kəmərinə (daxili neftvurma üçün) ayrılır.
Neft-kimyəvi sintez - neft və təbii yanar qazların karbohidrogenləri
əsasında sintetik kimyəvi məhsullar (plastik kütlə, kauçuk, lif, yuyucu maddələr
və s.) alınması. N.-k.s. üzvi kimya, fiziki kimya, kimya texnologiyasının
nailiyyətlərinə əsaslanır. N.-k.s. üçün xammal, neftin və təbii yanar qazların ayrı-ayrı fraksiyaları (metan,
butan qaz benzini və s.) və ya onlardan alınan fərdi karbohidrogenlərdir.
Neft kimyası - üzvi kimyanın bir bölməsi. Neftin və neft
fraksiyalarının tərkibini, fiziki-kimyəvi xassələrini və kimyəvi emal üsullarını
öyrənir.
Neft kimyası sənayesi - ağır sənaye sahəsi; başlıca olaraq neft və təbii
yanar qaz emalı məhsulları əsasında sintetik material və məmulat istehsalını
əhatə edir. N.k.s. müəssisələrində sintetik kauçuk, əsas üzvi sintez məhsulları
(etilen, propilen, yuyucu maddələr və s.) rezin məmulatı texniki- asbest
məmulatı hazırlanır.
Neft ləkəsi - su akvatoriyasının neft və neft məhsulları ilə
çirklənməsi. Neft ləkələri su hövzəsinin ekoloji balansını pozur, maddələr
mübadiləsinə mane olur və buna görə dəniz fauna və florasına ziyan vurur.
Neft maşınqayırması - bax: Kimya və neft maşınqayırması.
Neft mədəni - neftin və onunla birgə olan qazların Yerin dərin
qatlarından çıxarılması üçün quyu, boru kəmərləri və müvafiq avadanlıqlardan
ibarət texnoloji kompleks. N.m.-də quyulardan hasil edilən məhsullar (neft və
onunla birgə çıxan qaz, habelə lay suları) qrup halında ölçmə qurğusuna verilir.
Neftin miqdarı ölçülür, ondakı suyun və hasil olunmuş 1 t neftə düşən qazın
miqdarı hesablanır. Bu ölçmələr əsasında hər bir quyu üçün ayrılıqda neftin
(t-la) və qazın (m3-lə) sutkalıq debiti müəyyən olunur.
Neft mədənlərinin
avtomatlaşdırılması - mədən texnoloji qurğuları
və nəzarət-uçot proseslərinin informasiya-ölçü cihazlarının istifadəsi ilə və
müasir riyazi üsullar, kibernetik hesablama-ölçü cihaz və kompleksləri əsasında
avtomatlaşdırılması N.m.a. üçün keçmiş SSRİ-də ilk dəfə olaraq XX əsrin 30-cu
illərində Bakı neft mədənlərində təcrübə xarakteri daşıyan tədqiqatlar
aparılmışdır.
Neft məhsulları - neftin
emalından alınan karbohidrogenlərlə onların bəzi törəmələrinin qarışığı və ya
fərdi kimyəvi birləşmələr. Onlardan yanacaq, sürtkü yağı, elektroizolyasiya
materialı, həlledici, yol örtüyü, neft-kimya sənayesi üçün xammal kimi və başqa
məqsədlər üçün istifadə edilir. N.m.-nin əksəriyyəti ayrı-ayrı karbohidrogen
komponentlərin qarışığından ibarətdir. N.m.-yə duru yanacaq və qaz yanacağı
daxildir, həmçinin neft yağları öz həcmi və əhəmiyyətinə görə N.m.-nin 2-ci
böyük qrupunu təşkil edir. Onların çoxu sürtkü yağlarıdır. N.m.-nin mühüm bir
qrupu bərk karbohidrogenlər- parafin, serezin, petrolatum və s. daxildir.
Müxtəlif həlledicilər, neft koksu, duda və s. qiymətli N.m-dir. Bakının
neftayırma zavodlarında hal-hazırda 100-dən çox müxtəlif növlü neft məhsulu
istehsal edilir.
Neft məhsullarının
aromatikləşdirilməsi - neftin yüngül
fraksiyalarındakı naften karbohidrogenlərini dehidrogenləşdirmə və açıq zəncirli
karbohidrogenləri dehidrosikləşdirmə yolu ilə onlarda aromatik
karbohidrogenlərin miqdarını artırmağa yönəldilmiş kimyəvi emal üsulları.
Neft məhsullarının
təmizlənməsi - neftin emalından alınan distillat və
qalıqlarının tərkibindən arzu olunmayan birləşmələrin çıxarılması.
Sənayedə kimyəvi, fiziki-kimyəvi və katalitik təmizləmə üsullarından istifadə
edilir. N.m.t.-dən alınan birləşmələr və əmələ gələn tullantılardan xalq
təsərrüfatının müxtəlif sahələrində istifadə olunur.
Neft sənayesi - ağır sənaye sahəsi; neft və qaz yataqlarının
kəşfiyyatını, quyular qazılmasını, neft və neft-qaz hasilatını, neft qazının
emalını, neftin boru kəmərləri ilə nəqlini əhatə edir.
Neft suları - neft yataqlarının suları. Məhsuldar horizontlarda nefti müşayiət
edir. Neftli layda yatımına və neft yatağına olan münasibətinə görə N.s. yan
(konturarxası), daban, yuxarı, bağlı və neft yataqlarının işlənməsi zamanı layda
təzyiqi saxlamaq üçün vurulan süni sulara ayrılır.
Neft Fondu
- neftin satışından, nəqlindən və emalından toplanan və müəyyən təyinatlar üçün
sərf olunması nəzərdə tutulan kapital toplusu.
Neft fontanı - quyudibi təzyiqin təsiri ilə neft və qazın quyudan
çıxması. Qapalı və açıq
növlərə ayrılır. Açıq n.f. yanğın cəhətdən təhlükəli olub, neft yatağının
işlənməsinə və çıxarılan neftin keyfiyyətinə mənfi təsir göstərir. Qapalı n.
f. isə tənzim edilir.
Neft şirkəti - neftin kəşfiyyatı, hasilatı, satışı və nəqli ilə
məşğul olan istehsalat müəssisəsi.
Neftayırma zavodu - müxtəlif neft məhsulları əldə etmək üçün neft komponentlərini (tərkib
hissələrə) ayıran müəssisə.
Neftayırma
sənayesi - neft emalı və
neft məhsulları istehsalı ilə məşğul olan ağır sənaye sahəsi. N.s. neft kimyası ilə sıx bağlıdır.
Neftin distilləsi - neft məhsulları və ya onların komponentlərini almaq
üçün neftin qaynama temperaturları arasındakı fərqə əsasən, öz tərkib
hissələrinə (fraksiyalara) ayırma. Neftin emalının ilk mərhələsi olan bu proses,
qızdırılma nəticəsində neftdən əmələ gələn buxar fazasının maye neftdən tərkibcə
fərqlənməsinə əsaslanır. N.d.-də birdəfəlik və ya tədricən, buxarlandırma,
rektifikasiyalı və ya reaktifikasiyasız fraksiyalandırma, atmosfer təzyiqi
altında və ya vakuumlu distillə üsulları tətbiq edilir.
Neftin ikinci
üsulla əldə olunması - süni üsullarla neftin və ya
qazın hasilatı. Lay təzyiqinin saxlanması qazın, suyun və ya digər maddələrin
laylarla vurulması hesabına aparılır.
Neftin ilkin
üsulla əldə olunması - ancaq təbii proseslərdən
istifadə olunmaqla neftin və ya qazın hasilatı.
Neft markaları - neftin keyfiyyətini xarakterizə edən klassifikasiya
dərəcəsi. Dünya birjalarında keyfiyyət nişanına görə neftin markası «layt» və
«brent» adı ilə fərqləndirilir. Azərbaycan nefti dünya bazarına «Azəri layt»
markası ilə çıxarılır. «Layt» markalı neftin qiymətinin «brent» markalı neftdən
bahalılığı onun keyfiyyətinin yüksək olması ilə əlaqədardır.
Neftin üçüncü üsulla əldə olunması
- neftin üçüncü üsulla hasilatı birinci və ya ikinci üsullarla istismar olunan
layların üstündə yerləşən lay hissəsindən neftin və ya qazın çıxarılması. Çox
vaxt mürəkkəb texnoloji üsullardan istifadə etməklə aparılır, məs., neftin
özlülüyünün azaldılması üçün layın qızdırılması və ya neftin əridilməsi üçün
kimyəvi maddələrdən istifadə və s.
Neftçıxarma - neftin və onunla birgə çıxan qazların Yer təkindən
çıxarılması (hasilatı), toplanması və qabaqcadan emala hazırlanması (yəni sudan
və bərk qatışıqlardan təmizlənməsi) prosesi.
N. prosesini üç mərhələyə ayırmaq olar:
- Neft yataqlarının işlənməsi;
- Neft quyularının istismarı;
- Neftin, onunla birgə çıxan qaz və suyun toplanması,
neftdən su və mineral duzların ayrılması, neftlə birgə çıxan qazların
toplanması.
Niqrol -
transmissiya yağlarından biri, bax: Neft yağları.
Nümunə - süxurun xüsusiyyətlərini
öyrənmək məqsədi ilə qazma zamanı qazılan yataqdan süxur nümunəsinin
götürülməsi.
Oktan -
doymuş karbohidrogen, xarakterik iyli rəngsiz mayedir. -56,80C-də
donur, 125, 670C-də qaynayır; sıxlığı 200-də 0,7025 q/sm3,
oktan ədədi 17-19-dur. Neftdə, distillə benzinlərində (10%-ə qədər) və sintetik
benzində (çoxlu miqdarda) olur.
Oktan ədədi - motor yanacaqlarının (benzin və kerosinin)
antidetonasiyası xassələrinin şərti göstəricisi. Yoxlanılan yanacaq, O.ə. şərti
olaraq 100 qəbul edilmiş izooktan və o qəbul edilmiş N- heltanın qarışığından
ibarət etalon yanacaqlarla müqayisə edilir. Həmin yanacaq demonasiyaya
davamlılıq cəhətdən hansı etalon yanacağa uyğun gəlirsə, ondakı izoktanın faizi
yoxlanılan yanacağın O.ə. qəbul olunur.
Operator
- layihənin aparıcı və məsul icraçısı. Məsələn, BP şirkəti Bakı -Ceyhan neft
kəməri layihəsinin operatoru hesab olunur.
Ölü neft - tərkibində qaz olmayan neft.
Özlülük - mayenin müəyyən temperaturda axımlılıq qabiliyyəti.
Özühərəkət edən platforma, dəniz qazma platforması - böyük buy sisternlərin köməyi ilə idarə olunur. Dəniz qabarması
zamanı bu sisternalar su ilə dolur və platformanı dənizin üzərində saxlayır.
Paker -
quyunun ayrı-ayrı laylarını (neftli, qazlı, sulu, geoloji- kəşfiyyat məqsədli)
bir-birindən ayırmaq, qapamaq və hermetikləşdirmək üçün vasitə və ya qurğu.
Layları ayrılıqda istismar etməyə imkan verir. Quyuya borularla endirilir.
Quyudibi, ayırıcı və izolyasiyaedici
növləri var.
Palçıq vulkanı - vulkan palçığı materiallarından təşkil olunmuş
zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı
qaz, vulkan palçığı, suxur qırıntıları, su (bəzən neftli) püskürür. P.v. mənşəcə
neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən cavan qırışıqlıq zonalarında
yayılmışdır.
Parafin
- neft məhsulu - molekulunda 9-40 karbon atomu olan, əsasən, normal quruluşlu
doymuş karbohidrogenlər qarışığından ibarətdir. Bərk parafin ərimə temperaturu
45-700C əsasən parafinli neftlərin yağ distillatlarından alınır,
kimya (xammal kimi) və elektrotexnika sənayəsində izolyasiya materialı kimi,
ətriyyat və yeyinti sənayelərində, tibbdə işlədilir.
Parafinsizləşdirmə - neft fraksiyalarından (dizel yanacağı və sürtkü
yağları istehsalında) N-parafin karbohidrogenlərinin çıxarılması. P. nəticəsində
məhsulun keyfiyyəti yüksəlir, donma temperaturu aşağı düşür. Dörd P. üsulu
vardır.
Perespektivli lay - geoloqların fikrincə tərkibində neft və ya qaz olan
lay.
Piroliz
- yüksək temperaturun təsirindən destruksiya nəticəsində üzvi maddələrin kimyəvi
parçalanması. P. dedikdə adətən neftin və neft qazlarının termik parçalanması
nəzərdə tutulur (bax: həmçinin Krekinq). P. üzvi sintez üçün xammal əldə
edilməsinin mühüm sənaye üsullarından biridir. P. üçün əsas xammal neft qazları
(etan, propan) benzin və kerosin-qazoyldur. Əsas P. məhsulları doymamış
karbohidrogenlər, etilen, propilen və butadienlə zəngin olan qazlardır. Həmin
qazlardan plastik kütlə, sintetik lif, sintetik kauçuk və s. məhsul növlərinin
istehsalı üçün müxtəlif polimerlər alınır.
Plazma ilə qazma - xüsusi konstruksiyalı plazmatromla, plazmaburla
qazma üsulu.
Platforma
- dəniz üzərində yerləşən və dəniz yataqlarını istismar etmək üçün nəzərdə
tutulmuş kompleks avadanlıq.
Plotforminq
- neft məhsullarının katalitik emalı növlərindən biri; avtomobil benzini və
aromatik karbohidrogenlərin yüksək oktanlı komponentlərini almaq üçün işlədilir.
P. hidrogen axınının təzyiqi altında pratili alüminium- oksid katalizatorunun
iştirakı ilə aparılır (ətraflı məlumat üçün bax: Riforminq).
Preventor
- qazma quyusunun ağzını kipləşdirmək və neft, yaxud qaz fontanları
tullantılarının qarşısını almaq üçün quyunun ağzında quraşdırılan tərtibat.
Propan -
doymuş karbohidrogenlərdən biri. Rəngsiz, iysiz, yanıcı qazdır. -42,10C-də
mayeləşir, -187,70C-də donur. Hava ilə qarışığında 2,1-9,5% (həcmcə)
P. olduqda partlayışa səbəb ola bilər. Təbii yanar qazlarda, neftlə birgə çıxan
və neft emalı qazlarında olur. P.-dan həlledici kimi (məs. Neft məhsullarının
parafinsizləşdirilməsində) istifadə edilir.
Propilen, propen- doymamış karbohidrogenlərdən biri, zəif iyli, rəngsiz, yanıcı qazdır;
-47,70C- də mayeləşir, -1850C-də donur. Sənayedə neft
fraksiyalarının pirolizindən və propanı katalitik hidrogensizləşdirməklə alınır.
Kimya sənayesi üçün ən mühüm xammal növlərindən biridir. Ondan qliserin, aseton,
fenol, butadien və s. alınır.
Reaktiv mühərrik yanacağı - aviasiya reaktiv mühərrikləri üçün istehsal olunan
yanacaq. Ən çox işlədilən R.m.y. azkükürdlü neftlərin birbaşa distilləsindən
alınan kerosin fraksiyasıdır. Termik sabitliyi yüksək olan yanacaq almaq üçün
neftin birbaşa distillə fraksiyaları selektiv surətdə hidrogenləşdirilir.
Reaktiv- turbin qazma qurğusu - bax: Reaktiv- turbin qazması.
Reaktiv turbin qazması - reaktiv turbin qazma quyusunun köməyi ilə böyük
diametrli şaquli quyuların qazılması üsulu. Bu üsul neft, qaz, texniki,
ventilyasiya və s. quyuların yuxarı intervallarını qazmaq, neft və digər faydalı
qazıntı yataqlarında istismar və ventilyasiya lüləsi, habelə hidrotexniki
qurğular tikmək üçün istifadə olunur. R.t.q.-da baltaların diametri qazılan
quyunun diametrindən xeyli kiçik olur.
Rezervuar
- maye və qazları saxlamaq üçün qurğu. R. yer üstündə, yerdə və yer altında
quraşdırılır. Əsasən metal və dəmir-betondan hazırlanır. Silindrik, sferik və
prizma formasında düzəldilir.
Riforminq
- yüksək oktanlı benzin və aromatik karbohidrogenlər almaq məqsədi ilə neftin
benzin və liqroin fraksiyalarının yenidən emalı prosesi. Benzol, toluol, ksilol
almaq üçün, əsasən R. qurğularından istifadə edilir.
Royalt vergisi - bax: Mədən vergisi.
Rotorla qazma - fırlanma qazmasının növü, bu üsulda balta quyuda qazma kəməri
vasitəsilə quyu ağzında qoyulmuş rotorla fırladılır. Kəşfiyyat, istismar
quyuları və xüsusi məqsədlə quyu qazılmasında tətbiq edilir. R.q.-nın
üstünlükləri: xüsusilə dərin qazmada baltanın işləmə müddəti çoxalır; qazma
baltasına lazım olan boyuna yükü vermək mümkündür; təzyiq itkisi az olur və s.
Mənfi cəhətləri: enerji sərfi çox olur, qazma boruları tez işdən çıxır və s.
Ruberoid
- dama döşənən hidroizolyasiya materialı. Xüsusi dam kartonuna tez əriyən neft
bitumları hopdurub, sonra hər iki üzünə çətin əriyən bitum yaxmaqla alınır.
Seysmik karotaj - quyularda suxurların seysmik xüsusiyyətlərinin elastik dalğaların
sürətlərini, onların əksolunma, keçmə və udulma əmsallarını təyin etməklə
tədqiqi. S.k.-nın 2 növü var: düz s.k. və tərs s.k.
Süxurların tərkibinin öyrənilməsində neftli-qazlı layların seçilməsində və
quyuların texniki vəziyyətinə nəzarət edilməsində işlədilir. S.k. Azərbaycan
respublikasında neft və qaz yataqlarının kəşfində geniş tətbiq edilir.
Seysmik kəşfiyyat - partlayış və ya mexaniki zərbə ilə yaranmış elastik
dalğaların Yer qabığında yayılması xüsusiyyətlərinin öyrənilməsinə əsaslanan
geofiziki kəşfiyyat metodları. S.k.-ın iki əsas metodu var: əks olunan
dalğalar və sınan dalğalar. S.k. struktur və regional geoloji
məsələlərin həllində neft, qaz və s. faydalı qazıntı yataqlarının axtarışında
və s. tətbiq olunur.
Sementləmə, quyuların sementlənməsi - qoruyucu kəmərlə quyu divarları arasındakı fəzanın
sement məhlulu ilə doldurulması. S. neft, qaz və su laylarını bir-birindən
ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin
qarşısını almaq, həmçinin kəməri lay sularının korroziyasından qorumaq və
quyunun divarlarını möhkəmlətmək məqsədi ilə aparılır. S.-dən neft və qaz
quyularının əsaslı təmirində, qazma zamanı baş verən qəzalarla mübarizədə və s.
hallarda da istifadə olunur.
Separator - sıxlıqlarından
asılı olaraq quyudan çıxarılan filtiratın tərkibində olan qazı, suyu və nefti
quyu ağzında ayıran qurğu.
Setan - doymuş
karbohidrogen; 18,20C-də əriyən və 286,80C-də qaynayan
rəngsiz mayedir. S.-dən dizel yanacağının keyfiyyətini müəyyən etmək üçün etalon
kimi istifadə edilir.
Setan ədədi - mühərrikin
silindrində dizel yanacağının alışıb yanma xassəsini müəyyən edən şərti
xarakteristika. Müasir dizel yanacaqlarının S.ə. 40-55 arasındadır.
Səyyar qazma qurğusu - bax: Qazma qurğusu.
Səmt qazı - lay süxurlarını doydurmuş azad və ya həll olunmuş
qazlar.
Sənaye yağları - sənaye və məişətdə maşın, cihaz və s. mexanizm
növlərini yağlamaq üçün işlədilən neft yağları. Özlülüyündən asılı olaraq
S.y.-ni üç qrupa ayırırlar: yüngül, orta
və ağır. S.y-nə bu üç qrupun yağlarından əlavə nəzarət- ölçü cihazlarını
yağlamaq üçün işlədilən cihaz yağları , həmçinin hidravlik və vakuum yağlrı da
daxildir.
Silindr yağları - buxar maşınlarının, silindr, ştok və klapanlarını
yağlamaq üçün işlədilən aztəmizlənmiş neft yağları.
Sintetik kauçuk sənayesi - bax: Neft kimyası sənayesi.
Sintetik maye yanacağı - sintez yolu ilə alınaraq daxiliyanma mühərriklərində
işlədilən yanacaq növü. Təbii qazlardan və daş kömürün qazlaşdırılmasından
alınan karbon 2-oksidlə (CO) hidrogen (H2) qarışığından sintez
edilir.
Sistern
- maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum.
Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü
növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan
ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.
Solyar yağı - neftin təqribən 240-4000C-də qaynayan
fraksiyası. Qazoyl, yüngül və ağır
s.y. növlərinə bölünür. S.y. kiçik sürətli traktorlar və gəmi dizelləri
üçün yanacaq növüdür.
Sualtı faydalı qazıntı istehsalı
- su altından (çay, göl, dəniz və okean dibindən) faydalı qazıntıların
çıxarılması. Mədən, geoloji və hidrometeoroloji şəraitdən, yatağın işlənməsi
dərinliyi və faydalı qazıntının növündən asılı olaraq müxtəlif texniki vasitələr
və çıxarma üsulları tətbiq edilir. Su altından neft çıxarmaq üçün Avropada ilk
dəniz quyusu 1925-ci ildə Azərbaycan ərazisində qazılmışdır.
Sübut olunmuş
ehtiyatlar - geoloji və texniki informasiyaya əsaslanaraq
hazırda açıqlanmış neft və qaz laylarından iqtisadi və texniki baxımdan çıxarıla
bilən karbohidratların qiymətləndirilmiş ehtiyatları.
Sübut olunmuş
yataq - fiziki uzunluğu və qiymətləndirilmiş ehtiyatı
müəyyən olunmuş neft və ya qaz yatağı.
Sürtkü materialı - yağlayıcı təsirə malik olan maddələr.
Sürtkü yağları - maşın, mexanizm, mühərrik, sənaye avadanlığı, cihaz
və s. sürtünən hissələri yağlamaq üçün işlədilən neft yağları və sintetik
yağlar.
Sütuncuqlu balta - sütuncuqlu qazıma qurğusunun işlək orqanı; qazma,
süxur sütununu massivdən qoparmaq və Yer səthinə olduğu kimi qaldırmaq üçündür.
Bax: həmçinin Qazma baltası.
Sütuncuqlu qazma - bərk faydalı qazıntılar kəşfiyyatında, həmçinin
mühəndis-geoloji axtarış işlərində sütuncuqlu balta komplekti ilə aparılan və
süxur nümunəsini quyu dibindən olduğu kimi qaldırmaq üçün istifadə edilən
fırlanma qazması. S.q.-da quyudibi halqavari qazılır.
Süxurlar - mineroloji və kimyəvi tərkibi qismən sabit mineralların təbii
aqreqatları. Yer qabığını təşkil edən müstəqil kütlələr əmələ gətirir.
Süxurların məsaməliliyi - süxurlardakı boşluqların məcmusu. S.m.-nin miqdarı
bütün məsamələr həcminin süxurun ümumi həcminə olan nisbətilə ifadə edilir. Neft
geologiyasında S.m. iki yerə ayrılır: effektiv
(neft və qazla tutulmuş məsamələrin məcmusu) və
dinamik (müəyyən təzyiq və temperaturda maye və qazın hərəkət edə bildiyi
məsamələrin həcmi). S.m.-nin öyrənilməsi nəticələrindən faydalı qazıntı (məs.,
neft və qaz) ehtiyatlarının hesablanmasında, onların işlənmə texnologiyasının
seçilməsində və s. istifadə edilir.
Tanker -
rezervuarlarında maye, yarımmaye və səpələnən yüklər (neft, benzin və sürtkü
yağları və s.) daşıyan gəmi.
Termiki qazma - mədən
süxurlarına səsdən sürətli, yüksək temperaturlu qaz axını və ya plazma ilə (bax:
Plazma ilə qazma) təsir etməklə quyu qazma üsulu. T.q.-da işlədilən alət reaktiv mühərrik prinsipinə görə
işləyir. T.q.-dən kvarslı süxurlarda istifadə etmək daha effektlidir. Çox baha
başa gəldiyindən dərin qazımada tətbiq edilmir.
Termik neftçıxarma - neft laylarına istilik (elektrik enerjisi, buxar,
qızdırılımış su) verməklə neftin Yer səthinə qaldırılması üsulu. T.n.-dan əsasən,
kiçik təzyiqli və yüksək özlülüklü nefti olan layların işlənməsində istifadə
olunur. Bax: Təkrar istismar üsulları.
Terminal
- xam neft məhsulunun toplandığı və nəql olunduğu anbar. Azərbaycanda ən böyük
neft terminalı Sanqaçal terminalıdır. Bakıdan 42 km. aralıda yerləşən bu
terminal 2003-ci ilin aprelində istifadəyə verilib. Orada ümumi tutumu 100 000 m3 -dən artıq olan 4
çən var. Terminal xam nefti ölçmək və ixrac boru kəmərinə vurmaq üçün müasir
qurğularla təchiz olunub.
Təbii ehtiyatlar - bəşəriyyətin varlığı üçün zəruri olan və
təsərrüfatda istifadə edilən təbiət elementləri.
Təkrar istismar üsulları - layların neftvermə qabiliyyətinin artırılması,
quyuların məhsuldarlığını və layın neftvermə qabiliyyətini artırmaq üçün tətbiq
edilən termiki və kimyəvi üsullar. T.i.ü. ilə tərkibində parafin-qatran-asfalten
maddələri çox və özlülüyü yüksək olan ağır neftlər laydan qismən (bəzən tamamilə
çıxarılır). T.i.ü. quyudibi ətrafı zonasını qızdırma, laya termiki və kimyəvi
təsiretmə üsuslarına ayrılır. Bu üsulla layın neftvermə qabiliyyətini 10-12%
artırmaq olur. Azərbaycan Respublikasının neft mədənlərində T.i.ü.-dən geniş
istifadə olunur.
Tələ - neft və qazın hərəkətinə
(miqrasiyasına) maneçilik göstərən şəraitin olması ilə fərqlənən keçirici neftli-qazlı
layın bir hissəsi.
Toluol -
metilbenzol, benzolaoxşar iyli, rəngsiz yanan maye. 110,60C-də
qaynayır, -950C-də donur. Tərkibində həcmcə 1,27-7,0% T. olan hava
partlayış cəhətdən təhlükəlidir. Sənayedə onu əsas etibarilə daş kömür
qatranından və neftin termik emalından alınan məhsullardan ayırırlar. T.-dən
boya, partlayıcı maddə və s. istehsalında işlədilir.
Torpaq qurğular - Tamamilə və ya əsasən, qruntdan hazırlanan qurğu.
Torpağın rekultivasiyası - insan fəaliyyəti nəticəsində (faydalı qazıntıların
çıxarılması, su qurğularının yaradılması və s.) yararsız hala düşmüş torpaqların
məhsuldarlığının bərpa edilməsi.
Transmissiya yağları - tərkibində yeyilməyə qarşı aşqar (kükürdlü və xlorlu
üzvi birləşmələr və s.) olan neft yağları.
Transformator yağları - neft yağları və ya sintetik yağlar;
transformatorlarda və yağla doldurulmuş digər elektrik təchizatlarında, elektrik
ayrıcılarında elektroizoləedici mühit kimi işlədilir. Əsasən neftlərin
parafinsiz və az qatranlı yağ distillatlarından alınır.
Turbin qazması - turboburdan istifadə etməklə qazma üsulu; fırlanma
qazmasının bir növü. Bu üsulla süxuru qazmaq üçün lazımi enerji baltaya
bilavasitə, yəni qazma kəmərini fırlatmadan quyudibindəki turboburla verilir.
T.q. maili qazmada, dərin, çox dərin quyular qazılmasında daha çox tətbiq
edilir. Hazırda neft və qaz quyuları qazılmasının ümumi həcminin 70-80%-ni
təşkil edir.
Turbin yağları - sürtkü yağları, buxar, su turbini, turbanasos,
turbakompressorlu maşınlardakı val və köməkçi mexanizmləri yağlamaq və ya
soyutmaq üçün, dövri sistemlə işləyən digər sənaye mexanizmlərdə isə işçi maye
kimi istifadə edilir. T.y. az kükürdlü parafinsiz və ya kükürdlü parafinli
neftlərdən dərin təmizləmə üsulu ilə alınan distillat yağlarıdır.
Turbobur, turbin qazıyıcısı - hidravlik turbinlər vasitəsilə qazma baltasına
bilavasitə quyudibinə fırlanma hərəkəti verən mühərrik. Əsasən neft, qaz və
şaxta quyularının qazılmasında tətbiq olunur. İlk dəfə 1924-cü ildə Suraxanı
mədənlərində reduktorlu T. tətbiq edilmişdir.
Turbokompressor - qazı sıxmaq və ötürmək üçün kürəkli kompressor; turbokompressor
mühərrikinin əsas aqreqatı.
Tutucu kalibr - bax: Tutucu alət.
Turş qudron - neft məhsullarını qatı sulfat turşusu ilə təmizləyərkən alınan
tullantı; qara, qatranvari kütlə. Üzvi hissədən və sərbəst sulfat turşusundan
(15-70%) ibarətdir. Sulfat turşusunun regenarasiyasından sonra qalan üzvi hissə
bitum və yanacaq kimi işlədilir.
Tutucu alət (qazmada) - qazma zamanı neft və qaz quyularında baş vermiş
qəzalar nəticəsində orada qalmış boru kəmərini, qazıma alətinin aşağı hissə
dəstini, quyudibi mühərrikini, baltanı və onların ayrı-ayrı hissələrini,
həmçinin quyuya düşmüş xırda metal hissələrini tutub qaldırmaq üçün işlədilən
qəza alətləri.
Uayt-spirit
- neftin fraksiyası. 165-2000C-də ayrılan maye karbohidrogen
qarışığı. Neftin birbaşa qovulmasından alınır. Əsasən lak - boya sənayesində
həlledici kimi işlədilir.
Universal preventor - qazma zamanı neft və qaz quyularının ağzını
kipləşdirmək üçün işlədilən avadanlıq. U.p.-dən sualtı quyuların qazılmasında da
istifadə olunur.
Üzvi həlledicilər - müxtəlif maddələri həll etmək üçün işlədilən uçucu
üzvi maddələr və ya onların qarışığı. Benzin, benzol, tolyol və s. Ü.h.-dəndir.
Üzən qazma qurğuları - dəniz akvatoriyalarında axtarış, struktur-axtarış və
kəşfiyyat quyuları qazmaq məqsədi ilə işlədilən səyyar dəniz qurğuları. Qazma
işləri başa çatdırıldıqdan sonra Ü.q.q. yedəklənib, yeni quyu qazılacaq sahəyə
aparıla bilər ki, bu da onların stasionar qazma qurğularına nisbətən, böyük
iqtisadi səmərəliliyini təmin edir. Ü.q.q. əsasən batırılan, domkratlı,
yarımbatırılan tipli Ü.q.q.-nə və qazıma gəmisinə bölünür.
Üzən əsaslar - dəniz və okeanların mineral sərvətlərinin faydalı
qazıntı ehtiyatlarının mənimsənilməsində işlədilən səyyar qurğular. Buraya üzən
qazma və istismar qurğuları, neft anbarları, təbii və neft qazlarını
mayeləşdirmək üçün platformalar, sualtı neft və qaz kəməri çəkən qurğular və s.
qurğular daxildir.
Faydalı qazıntı
yatağı - sənaye əhəmiyyətli təbii
mineral xammal yığını. Adətən lay, damar, ştok, yuva formalarında olur. Bax:
Yataq.
Faydalı qazıntılar - Yer qabığında maddi istehsal sahəsində effektiv
istifadə oluna bilən üzvi və qeyri-üzvi mənşəli mineral aqreqatları; bərk, maye
və qaz halında olur.
Faydalı qazıntıların geo - kimyəvi axtarışları - faydalı qazıntı
yataqlarını aşkara çıxartmaq məqsədi ilə metosfer, hidrosfer, atmosfer və
biosferdə elementlərin paylanması qanunauyğunluqlarının tədqiqinə əsaslanan
metodlar. Bir sıra bölməyə ayrılır ki, bunların içərisindən metokimyəvi planalma
metodu (süxurların və onların aşınma məhsullarının kütləvi yoxlanmasına
əsaslanır) daha əhəmiyyətlidir. Neft və qaz yataqlarının geokimyəvi axtarışları
süxur nümunəsindəki karbohidrogen qazlarının miqdarının təyininə əsaslanır (bax:
Qaz planlaması, Qaz karotajı).
Filtirat
- quyudan çıxarılan neftin, qazın və qumun qarışığı.
Fitinq -
boru kəmərlərini birləşdirən detal. Boru kəmərlərinin budaqlanan, dönən
yerlərində, bir boru kəmərindən digər diametrli boru kəmərinə keçid yerlərində
quraşdırılır.
Fırlanma qazması - neft, qaz, şaxta və s. quyuların qazılmasında tətbiq
edilən qazma üsulları. F.q-nə rotorla qazma, turbin qazması daxildir.
Fontan armaturu - fontan vuran neft və qaz quyularının ağzını kipləşdirmək, onlara nəzarət etmək
və istismar rejimini tənzimləmək məqsədi ilə istifadə olunan quyuüstü
avadanlığı. Yerüstü (quruda qazılmış quyular üçün) və sualtı
(dəniz quyuları) F.a. vardır. Eyni zamanda iki və daha çox laydan neft
çıxarılan quyular ayrılıqda istismar F. a. ilə təchiz olunur.
Fontan quyusu - lay enerjisinin təsiri altında və ya quyudan neft çıxaranda neftli
laylardan ayrılan qazın genişlənməsi nəticəsində fontan vuran quyu.
Fontan üsulu ilə neftçıxarma - lay enerjisinin təsiri ilə quyulardan neftin,
qaz-kondensatın yer səthinə qaldırılması.
Fraksiya
- səpələnən və ya xırda parçalar şəklində olan bərk materialın və duru qarışığın
(məs. neftin) müəyyən əlamətə (hissəcik və ya dənəciklərin ölçüsünə,
sıxlılığına, qaynama temperaturuna və s.) görə ayrılmış hissələri.
Fraksiyalaraayırma distilləsi - mayelər qarışığını fraksiyalara, yəni məhdud
temperatur intervallarında qaynayan hissələrə ayırma prosesi. Distillə yolu ilə
alınan fraksiyalara distillat
deyilir. F.d.-dən neftayırma sənayesində benzin, kerosin və s. almaq üçün
istifadə edilir.
Xam neft
- karbohidrogenlərin bəzi naftenlərin, həmçinin müxtəlif oksigenli, kükürdlü və
azotlu birləşmələrin mürəkkəb qarışığı.
Xammalın bölünməsi - bax: «Hasilatın pay bölgüsü».
Xəlilov açarı - neft və qaz quyularının yeraltı təmirində nasos-
kompressor borularını (diametri 20-dən 132mm-dək) bağlamaq və açmaq üçün alət.
İlk dəfə 1956-cı ildə Azərbaycan alimi A.A.Xəlilov tərəfindən yaradılmış və
Azərbaycanın neft mədənlərində sınaqdan keçirilmişdir.
Hava qazı - yanacağın qazlaşdırılmasından alınan məhsul. Qaz generatorlarında
bərk qızdırılmış yanacağın hava ilə qarşılıqlı təsirindən yaranır.
Hasilat sənayesi - yerin təkindən, sudan və meşədən müxtəlif növ xammal
və yanacaq hasil edən istehsal sahəsi.
«Hasilatın pay bölgüsü» (HPB)
- hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş
yayılmış müqavilə münasibətləri formasıdır. HPB müqaviləsinin şərtləri adətən
ölkənin milli qanunvericiliyində (əksər hallarda HPB haqqında qanunda) müəyyən
edilir. Mahiyyət baxımından HPB ilə konsessiya müqaviləsi arasında başlıca fərq
bundan ibarətdir ki, HPB müqavilələrində dövlətə, müəyyən vergi və qeyri-vergi
ödənişləri ilə yanaşı, hasil olunan neftin (mənfəət neftinin) bir hissəsi də
məhsul formasında çatır.
Hidravlik zərbə - boruda maye axını sürətinin birdən-birə kəskin dəyişməsi. Boruda
siyirtmənin tez bağlanması, turbin və ya nasosun işinin birdən-birə saxlanması
nəticəsində baş verə bilər.
Hidravlik yarılma, layın hidravlik yarılması
- süxura özlü maye ( mineral yağlar, çox vaxt özlü neft, emulsiya və s.) vurmaq
nəticəsində quyudibində yaranan təzyiq hesabına qazıma quyusu ətrafındakı mədən
süxurlarında çatlar yaratma üsulu. Çatlar yarandıqdan sonra süxur təzyiqinin
təsirindən onlar bitişməsin deyə quyuya bərk hissəcikli (qumlu) özlü maye
qarışığı vurulur. H.y.-dən neft, qaz quyularının məhsuldarlığını artırmaq və s.
üçün istifadə edilir.
Hidro-krekinq - tərkibində kükürdlü və qatranlı birləşmələrin miqdarı çox olan, buna
görə də adi katalitik üsulla emal edilməyə yaramayan orta və ağır neft
distillatlarının hidrogenin iştirakı ilə emalı. H. k. - 350 - 4500
C-də 3-14 mn/m2 (30-140 at) təzyiq altında aparılır və 1
m3 xammala 170-350 m3
hidrogen sərf olunur.
Hidrogen-sulfid - hidrogenin kükürdlə ən sadə birləşməsi. Rəngsiz, lax yumurta iyi
verən qazdır, zəhərlidir. H.- s. neft və qaz yataqlarından çıxan sularda olur.
Hidromonitor balta - qazma baltası; neft, daş kömür və digər filizçıxarma
mədənlərində süxuru dağıtmaq, yaxud bu prosesi sürətləndirmək üçün işlədilir.
Quyuya vurulan məhlul (yuyucu məhlul, su) H.b.-nin yuma dəliklərindən
(gözlərindən) böyük sürətlə (70-110 m/san) çıxdıqdan sonra yaranan hidravlik
qüvvə süxuru dağıdır.
Hidroforminq - neft məhsullarının emalı üsullarından biri. Bax: Riforminq.
«Holland sindromu» - bu terminin meydana gəlməsi ötən əsrin 50-ci
illərinin sonu, 60-cı illərinin əvvəlində Şimal dənizinin Hollandiyaya məxsus
sektorunda təbii qaz yataqlarının kəşfi ilə əlaqədardır. O dövrdə ölkədən təbii
qaz ixracının kəskin artması milli valyutanın əhəmiyyətli dərəcədə
möhkəmlənməsinə gətirib çıxarmışdı ki, bu da digər ixracyönümlü sahələrə özünün
mənfi təsirini göstərirdi. «Holland sindromu» dedikdə, əksər hallarda milli
valyutanın kursunun iqtisadi sahələrdən birinin məhsulunun ixracının artması
hesabına möhkəmlənməsi və bunun digər sahələr və bütövlükdə iqtisadiyyat üçün
mənfi təsiri nəzərdə tutulur.
Horizont (geologiyada) - müəyyən üzvi qalıqlar kompleksi ilə xarakterizə
olunan müxtəlif metoloji tərkibli eyni yaşlı süxurları əhatə edir.
Çən - bax: Rezervuar.
Çox dərin qazma - çox dərindəki faydalı qazıntı laylarını açmaq
məqsədi ilə, habelə Yer qabığının və yuxarı mantiya qatının tədqiqi üçün 6000
m-dək və daha dərin quyu qazma dünyada ən dərin iki quyudan biri (layihə
dərinliyi 15 km.) Azərbaycan Respublikasının Saatlı rayonu ərazisindədir.
Quyunun qazılmış hissəsi 8324 m.-dir. Ç.d.q. rotorla, turbinlə və ya hər iki
üsulu istifadə etməklə qazılır.
Çoxdibli qazıma - məhsuldar lay (neft, qaz və s.) sahəsindəki əsas
quyu lüləsindən kəskin əyilmiş şəkildə budaqlanmış əlavə quyular qazma. Ç.q. -
dan neft və qaz çıxarılmasında istifadə edilir. Ç.q. - nin mühüm üstünlüyü
yataqdan nefti daha tam çıxartmağın mümkün olmasıdır.
Çökdürücü qurğular - maşın və texnoloji qurğularda sənaye yağları, benzin
və s. - ni çökdürmə yolu ilə təmizləmək üçün işlədilən qurğular.
Çökmə süxurlar - quru səthində və ya müxtəlif su hövzələrində əvvəl
mövcud olmuş süxurların və orqanizm qalıqlarının pozulma məhsullarının
toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Faydalı qazıntıların 75% - dən
çoxu (neft, kömür və s.) Ç. s. - dan hasil edilir.
Cihaz yağları - neft yağları, əsasən nəzarət-ölçü aparatlarının
yoxlanmasında istifadə edilir. Sənaye yağlarına aiddir.
Şaroşkalı balta - bax: Qazma baltası.
Şaroşkalı baltalarla qazma - quyuları şaroşkalı baltalarla qazma üsulu. Bu
üsuldan dərin (bir neçə km.) geoloji-kəşfiyyat, neft və qaz quyuları və s.
qazılmasında istifadə edilir.
Şaxta quyusu - bax: Quyu.
Şaxta lüləsi - yer səthinə çıxışı olan yeraltı şaquli və ya maili
mədən qazması.
Şaxta üsulu ilə neftçıxarma - yeraltı mədən qazları sistemi çəkməklə neft hasilatı.
Çox özlü neft yataqlarının və müxtəlif energetik səviyyəli orta özlüklü neft
yataqlarının işlənilməsi üçün tətbiq edilir. Texnoloji cəhətdən Ş.ü.i.n. - nın
üstünlüyü bunlardır: məhsuldar laya bilavasitə yol açılması sayəsində oraya
istilik daşıyıcı vurduqda onun itkisini azaltmağa, məhsuldar layı tam açmağa və
neft ehtiyatlarından tamamilə istifadə etməyə imkan verir; görülən işlər hava
şəraitindən asılı olmur. Aktiv qazlar, kontur və quyudibi suların mövcudluğu,
məhsuldar laydakı kövrək süxur və s. bu üsulun çatışmayan cəhətləridir.
Şərti yanacaq - müxtəlif yanacaq növlərinin effektivliyini müqayisə
etmək və onların ümumi hesabını (uçotunu) aparmaq üçün işlədilən üzvi yanacağın
uçot vahidi.
Ş.y. vahidi kimi yanma istiliyi 7000 kkal/kq (29,3 Mc/kq)
olan 1kq. yanacaq qəbul olunmuşdur.
Şəffaf neft - şəffaf neft məhsulu. Neftayırma prosesində alınan ən
yüngül neft məhsulları.
Şlam
- qazma zamanı quyunun dibində əmələ gəlmiş xırda süxur qırıntılarına deyilir.
Yer səthinə balta və qazma borusundan keçərək cərəyan edən gilli məhlul
vasitəsilə çıxarılır.
Şurf
- yatağın parametrləri haqqında məlumat əldə etmək üçün istifadə olunan quyu.
Ştanq
- texnikada bir çox alət, mexanizmdə detal kimi istifadə edilən metal mil; məs,
qazma ştanqı - aşağı ucuna qazma alətləri bağlanan metal mil. Ştanqlı nasosda Ş.
hərəkəti mancanaq dəzgahından alıb dərinlik nasosunun plunjerinə ötürür.
Ştanqla Qazma - bax: Qazma.
Ştanqsız dərinlik nasosu ilə neftçıxarma
- bax: Dərinlik nasosu ilə neftçıxarma.