Sergey Yesenin.
“Anama
məktub”
Azərbaycan dilinə 5 tərcümə variantı
Сергей
Есенин
Письмо матери
Ты жива еще, моя старушка?
Жив и я. Привет тебе, привет!
Пусть струится над твоей избушкой
Тот вечерний несказанный свет.
Пишут мне, что ты, тая тревогу,
Загрустила шибко обо мне,
Что ты часто ходишь на дорогу
В старомодном ветхом шушуне.
И тебе в вечернем синем мраке
Часто видится одно и то ж:
Будто кто-то мне в кабацкой драке
Саданул под сердце финский нож.
Ничего, родная! Успокойся.
Это только тягостная бредь.
Не такой уж горький я пропойца,
Чтоб, тебя не видя, умереть.
Я по-прежнему такой же нежный
И мечтаю только лишь о том,
Чтоб скорее от тоски мятежной
Воротится в низенький наш дом.
Я вернусь, когда раскинет ветви
По- весеннему наш белый сад.
Только ты меня уж на рассвете
Не буди, как восемь лет назад.
Не буди того, что отмечалось,
Не волнуй того, что не сбылось,-
Слишком раннюю утрату и усталость
Испытать мне в жизни привелось.
И молиться не учи меня. Не надо!
К старому возврата больше нет.
Ты одна мне помощь и отрада,
Ты одна мне несказанный свет.
Так забудь же про свою тревогу
Не грусти так шибко обо мне.
Не ходи так часто на дорогу
В старомодном ветхом шушуне.
ANAMA MƏKTUB
1.
Əliağa Kürçaylının tərcüməsi
(S.Yesenin.
“Şeirlər” kitabı, Bakı, 1975)
Söylə, yaxşısanmı, mehriban ana?
Mən də pis deyiləm. Salamlar sənə!
Qoy axıb süzülsün kiçik komana
Axşamın əsrarlı işığı yenə.
Mənə yazırlar ki, çox darıxırsan
Könül həyəcanını gizləyib
bütün –
Əynində o köhnə, nimdaş paltarın
Mənimçün yollara
çıxırsan hər gün.
Axşamlar qaranlıq qovuşan zaman
Görürsən yummamış göz
qapağını,
Kimsə meyxanada dolaşan zaman
Köksümə saplayıb fin
bıçağını.
Bu əzabdan doğan sayıqlamadır,
Yox, yox, mehribanım! Sakit ol, dayan,
O qədər də əyyaş deyiləm, inan.
Mən səni görməmiş köçəm
dünyadan.
Yenə əvvəlki tək mehribanam mən,
Yalnız bircə arzu hakimdir mənə:
Qurtarıb üsyankar qüssə əlindən
Alçaq komamıza qayıdam yenə.
Gələrəm, gələrəm, baharsayağı
Bağlarda budaqlar açanda çiçək.
Ancaq sən yuxudan məni
sübh çağı
Oyatma, səkkiz il əvvəl olantək.
Ölən arzuları oyatma tamam,
Tərpətmə açmadan solanları sən,
Mən çox itirmişəm, çox yorulmuşam,
Mən bütün bunları dadmışam erkən.
Məni duaya da öyrətmə daha,
Mən bir də keçmişə dönmərəm
artıq.
Tək sənsən könlümə səadət,
dayaq,
Tək sənsən mənimçün
əsrarlı işıq.
Unut qəlbindəki həyəcanları
Mənimçün o qədər gizli yanma
sən.
Əynində o köhnə, nimdaş paltarın
Mənimçün yollarda çox dayanma sən.
2. Mahir Qarayevin
tərcüməsi (1995)
Söylə, qarıcığım, salamatmısan?
Mən də salamatam. Salamlar sənə!
Qoy axsın axşamın sirli işığı
O kiçik daxmanın qəribliyinə.
Yazırlar: gizlicə dolub dərd-sərə
Yanırsan həsrətdən korun-korun sən;
Nimdaş sırıxlında
gündə yüz kərə
Yoluna çıxırsan mən nankorun sən.
Şər vaxtı gözlərin dolur təlaşla,
Axşamın toranı durur qəsdinə;
Guya meyxanada, dava-dalaşda
Kimsə fin bıçağın soxur köksümə.
Əl çək, canım-gözüm, qəlbini didən
Belə qarış-quruş xəyal-xülyadan.
O qədər də əyyaş deyiləm ki, mən
Səni görməyincə köçəm
dünyadan.
Mən dəyişməmişəm heç bir tikə
də,
Elə həminkiyəm – mehriban, həlim;
Tək bircə arzum var – bitsin bu kədər,
Yenə evimizə qayıdım, gəlim…
Gələrəm, bağımız baharsayağı
Ağappaq gül
açıb çiçəkləyincə;
Amma oyatma ha məni sübh çağı-
Oyatdığın kimi səkkiz il öncə.
Ölən arzuları təkrar oyatma,
Ölən ümidləri gətirmə dillə;
Çox… çox itirmişəm mən bu həyatda,
Başım az çəkməyib yaşıma
görə.
Öyrətməzsən məni sən duaya da,
Dönmərəm keçmişə bir anlıq belə;
Sevincim, təsəllim sənsən dünyada,
Tək sənsən bir dünya aydınlıq mənə.
Di bəsdi bu qədər gizli
darıxdın,
Yandın həsrətimdən korun-korun sən,
Əynində o köhnə, nimdaş sırıxlın
Az dayan yolunda mən nankorun sən.
3.
Eyvaz Borçalının
tərcüməsi
(“Ədəbiyyat” qəzeti,
6 oktyabr 2006-cı il)
Sən hələ sağsanmı, varsanmı, ana?
Mən də salamatam, salamlarım var!
Hər axşam süzülüb axsın komana
Nə vaxtsa gördüyüm qənirsiz
nurlar.
Yazıb deyirlər ki, xof var canında,
Məndən nigaransan sən bu çağında.
O köhnə dəbdəki nimdaş donunda
Tez-tez
görünürsən yol qırağında.
Hər mavi axşamın çökdüyü vaxtda
Bir qorxu titrədir dil-dodağını.
Sənə elə gəlir
kimsə kabakda
Saplayıb köksümə fin
bıçağını
Zərər yox əzizim, ovun ürəkdən,
Hədyan xülyanı da gətirmə yada.
O qədər əyyaş ha
deyiləm ki, mən,
Üzünü görməmiş öləm
dünyada.
Mən hələ kövrəyəm həmişəkitək,
O qədər sıxıb ki, könlümü ələm,
Tək bircə arzum var, tezliklə gərək
Doğma komamıza qayıdıb gələm.
Dönüb gələcəyəm bir səhər ertə
Bəyaz bağımıza bahar gələndə
Amma əvvəlkitək
yatdığım yerdə
Sübh tezdən oyatma,
ay ana, sən də.
Oyatma baştutmaz boş xəyalları,
Tərpətmə, qoy qalsın hələ yuxuda.
Çox erkən dadmışam mən qəm-qubarı,
Çox erkən dadmışam yorğunluğu da!
Mənə ibadət də öyrətmə, bax ha!
Gedən gedərgidi, qayıtmaz
durum.
Təkcə sən özünsən sevincim, arxam,
Təkcə sən özünsən qənirsiz nurum.
Unut hər təlaşı, dərd çəkmə
məndən,
Qoy daha qalmasın qorxu canında.
Tez-tez yollara da çıxma bu gündən
O köhnə dəbdəki nimdaş donunda.
4.
Knyaz Aslanın tərcüməsi
(“Poetik tərcümələr”
kitabı, 1-ci toplu, 2006)
Hələ sağmısan sən,
ay qarıcığım?
Mən də salamatam. Salamlar olsun!
O qərib axşamın sirli işığı
Süzülüb qoy sənin daxmana dolsun.
Mənə yazırlar ki, düşüb min hala,
Dərdimdən yamanca qüssələnmisən.
Darıxıb çox
tez-tez çıxırsan
yola
Köhnəlib üzülmüş paltarınla
sən.
Boylanıb axşamın qaranlığından
Elə bil görürsən sən bu çağımı:
Guya kimsə mənlə dalaşan zaman
Soxur ürəyimə
fin bıçağını.
Heç bir şey olmayıb, əzizim! Dayan.
Bu ancaq acı bir sərsəmləmədir.
O qədər əyyaş
ki deyiləm, inan,
Mən səni görməmiş
öləm hələ
bir.
Həminki kimiyəm – mehriban, əziz
Bir arzu göyərir qəlbimdə
dən-dən:
Deyirəm kaş bizim kasıb evimiz
Tezliklə qurtarsın qəmli həsrətdən.
Mənsə dönəcəyəm
bahar gələndə,
Ağdonlu bağımız
açsın qəlbimi
Amma daha məni dan söküləndə
Oyatma, səkkiz il əvvəlki
kimi.
Nələr arzulardıq – oyatma bir də,
Nələri görmədik – açma pərdəni.
Vədəsiz itki də, ağır
kədər də
Çox sınağa çəkdi
həyatda məni.
Dua da öyrətmə. Gərəyim
deyil!
Bir daha qayıtmaq olmaz keçmişə.
Tək sənsən təsəllim, sənsən
köməyim,
Sehirli işığım sənsən
həmişə.
Son qoy qəlbindəki
həyəcanlara,
Məndən arxayın ol, daha az qəmlən.
Belə tez-tez çıxma daha yollara,
Köhnəlib üzülmüş paltarınla
sən.
5.
Isaxan Isaxanlının tərcüməsi
(2009)
Söylə, canım ana, salamatmısan?
Özünə yaxşı
bax, özünü qoru,
Qoy sənin daxmandan əksik olmasın
Aylı gecələrin füsunkar nuru.
Eşitdim düşübsən
həyəcanlara,
Yamanca qəmlənib nur baxışların.
Darıxıb çıxırsan tez-tez yollara
Əynində o əski, nimdaş paltarın.
Elə ki gecələr getdin yuxuya,
Görürsən sən ancaq bircə halımı.
«Kabak döyüşü»ndə kim isə guya
Sancıbdır köksümə fin
bıçağını.
Üzülmə əzizim, sakitləş həmən,
Kədəri, qüssəni
tam unut, dedim.
O qədər bədəsil
deyiləm ki mən
Səni görməmişdən dünyadan
gedim.
Mehriban balanam incimə məndən,
Ürəyimdə qalıb tək arzum, ana.
Bu dəli həsrəti atıb içimdən,
Nolaydı, tezliklə dönəydim sana.
Həsrətin yandırır, ana, içimi
Baharda gələcəm görməyə səni.
Amma bax, səkkiz il əvvəlki kimi
Ala-qaranlıqdan oyatma məni.
Göynətmə qəlbini xatirələrlə,
Qoy acı keçmişin qalmasın izi.
Çox erkən
ayrılıq və itkilərlə,
İmtahana çəkib bu həyat bizi.
Dua öyrənmək də istəmirəm mən,
Keçmişə dönməyi söyləmə mana.
Təsəllim də sənsən,
köməyim də sən,
Tanrının nuru da səndədir,
ana.
Unut, fikir vermə həyəcanlara,
Qoy gülsün yenə də nur baxışların.
Daha belə tez-tez çıxma yollara,
Əynində o əski, nimdaş paltarın.