Sergey Yesenin.
“Əlvida, ey dostum...”
Azərbaycan dilinə 9 tərcümə variantı
Сергей Есенин
"До свиданья, друг мой...
До
свиданья, друг мой, до свиданья
Милый
мой, ты у меня в груди.
Предназначенное
расставанье
Обещает
встречу впереди.
Да
свиданья, мой друг, без руки, без слова,
Не
грусти и не печаль бровей,-
В
этой жизни умирать не ново,
Но
и жить, конечно, не новей.
1. Ş. Sadiqin tərcüməsi
(“Ədəbiyyat və incəsənət” qəzeti,
10 yanvar 1959-cu il)
Əlvida, ey dostum, bir də əlvida,
Səni gəzdirirəm ürəyimdə mən.
İnan qarşıdakı bu ayrılıq da
Görüş vəd eləyir bizə yenidən.
Əlvida, nə danış, nə də ki, əl ver,
Nə qaşlarını çat, nə gözün dolsun.
Ölüm bu dunyada yenilikmidir...
Yaşamaq özü də yenilik olsun?
2. Ə. Kürçaylının tərcüməsi
(“Azərbaycan” jurnalı, 1965, № 11)
Əlvida, ey dostum, əlvida, artıq,
Əzizim, sən mənim ürəyimdəsən!
Taleyə yazılan hökmü-ayrılıq.
Görüş vəd eləyir bizə yenidən.
Əlvida, ey dostum, nə söz, nə söhbət,
Qəm yeyib qaşını çatmağın nədir.
Nə qoca dünyada ölüm təzədir,
Nə də ömr eləmək təzədir, əlbət!
3. Ə. Kürçaylının tərcüməsi
(S.Yesenin. “Şeirlər”
kitabı, Bakı, 1975)
Əlvida, ey dostum, əlvida, artıq,
Əzizim, sən mənim ürəyimdəsən!
Taleyə yazılan hökmü-ayrılıq.
Görüş vəd eləyir bizə yenidən.
Boşla söz-söhbəti, dostum, əlvida,
Qəlbinin qəmini, qüssəsini sil.
Nə ölüm təzədir qoca dünyada,
Nə də ki, yaşamaq təzə şey deyil!
4. Anarın tərcüməsi
(“Azərbaycan gəncləri” qəzeti, 1 sentyabr
1973):
Əlvida, ey dostum, bir də əlvida,
Əzizim, sən mənim ürəyimdəsən.
Müəyyən olunmuş ayrılıq günü
Vəd verir gələcək görüşümüzdən.
Əlvida, nə gərək əl vermək, ya söz,
Çatma qaşlarını, eyləmə kədər.
Ölüm bu dünyada təzə şey deyil,
Amma təzə şeydir yaşamaq məgər?
5. Nüsrət Kəsəmənlinin
tərcüməsi
(«Bakı», 9 oktyabr 1974-cü il)
Əlvida, əziz dost, əlvida bir də…
Artıq söz nə lazım qəlbi təmizə.
Bizim bu vədəli ayrılığımız
Neçə görüşləri vəd
edir bizə.
Əlvida, əziz dost!..
Niyə öpüşək?
Qəm yemə, heç indii qəm yeri deyil.
Bu dünyada təzə
deyil ki, ölmək;
Lakin yaşamaq da heç yeni
deyil…
6. E. Borçalının tərcüməsi
(“Ədəbiyyat” qəzeti, 6 oktyabr 2006-cı il)
Əlvida, ey dostum, əlvida artıq!
Yerin var, əzizim, bağrım başında.
Taleyin cızdığı qəfil ayrılıq
Görüş də vəd edir bizə qarşıda.
Əlvida! hələlik! əlsiz, kəlməsiz,
Nə qaşlarını çat, nə dərdə əyil.
Yeni ha görmürük ölümləri biz,
Yaşamaq özü də yenilik deyil.
7. Mahir Qarayevin tərcüməsi
(1991)
Əlvida, ey gözəl dostum, əlvida,
Vaxtımız-vədəmiz yetişdi artıq.
Görüş də vəd edir bizə qarşıda
Qismətə yazılmış məlum ayrılıq.
Nə bircə kəlmə söz, nə dərd, nə giley...
Nə gərək?! Əlvida dostum, əlvida.
Nə ölmək, əlbəttə, təzə şey deyil,
Nə də ki yaşamaq qoca dünyada.