Vilyam Şekspir
Hamletin monoloqu.
Azərbaycan dilinə 6 tərcümə variantı
To be or not to be that is the question:
Whether ‘tis nobler in the mind to suffer
The slings and arrows of outrageous fortune,
Or to take arms against the sea of troubles,
And by opposing end them. To die: to sleep,
No more; and by sleep to say we end
The heart-ache and thousand natural shocks
That flesh is heir to: ‘tis a consummation
Devoutly to be wished/ To die; to sleep
To sleep? Perchance to dream. . Ay, there’s the rub;
For in that sleep of death what dreams may come,
When we have shuffled off this mortal coil,
Must give us pause. There’s the respect
That makes calamity of so long life;
For who would bear the whips and scorns of time,
The oppressor’s wrong, the proud man’s contumely,
The pangs of dispriz’d love, the
law’s delay,
The insolence of office, and the spurns
That patient merit of th’ unworthy takes
When he himself might his quietus make
With a bare bodkin? Who would fardels
bear,
To grant and sweat under a weary life,
But that the dread of something after death,
The undiscovered country from whose bourn
No traveler returns, puzzles the will,
And makes us rather bear those ills we have
Than fly to others that we know not of?
Thus conscience does make cowards of us all ,
And thus the native hue of resolution
Is sicklied o’er with the pale cast of
thought,
And enterprises of great pitch and moment
With this regard their currents turn awry
And lose the name of action.- Soft you now!
The fair Ophelia? Nymph, in thy orisons
Be all my sins remember’d.
1. Cəfər Cabbarlının tərcüməsi
«Olum,
ya ölüm… Budur məsələ. Hankı şərəflidir?
Düşmən qəzanın ağır tokaklarına
dayanmaq və ya fəna seylabının coşğun
dalğalarına qarşı qoyub onu qurutmaq, əzmək…
Yer üzündən qaldırmaq, ölmək, uyumaq, bu qədər…
Qəlbin
iztirablarını, yaranmışların nəsibi olan
minlərlə əzabları bir yuxu ilə bitirmək…
belə bir son istənilməzmi?
Ölmək…
uyumaq… uyumaq? … Bəlkə də röyalar görmək?
Budur işdə məsələnin çətin yeri…. Həyatın
boranları keçdikdən sonra bu ölüm yuxusunda biz nələr
görəcəyik? Budur yolun keçidini kəsdirən: budur
bizi uzun həyat sürüntülərinə məcbur edən,
buna görədir ki, fəlakət bu qədər sürəklidir.
Yoxsa dünyanın bu zülm-fəsadına,
hökmdarların təkəbbürünə, güclülərin
təhqirinə, qaytarılmış, tapdalanmış, bir
eşqin acı iztirablarına, qanunların boşluğuna,
hakimlərin utanmazlığına, rəzillərin xidmətlərinə
qarşı coşan nifrətlərə kim dayanmaq istərdi?
Halbuki, xəncər (bir vurğu) bizi bunların
hamısından əbədilik qurtara bilər. Acı həyatın
ağır cəbrini nifrət və göz yaşları ilə
kim daşımaq istərdi? Yalnız bir qorxu… orada nə olacaqdır? Orada o
bilinməz (məchul) vadidə ki, oradan bu vaxta qədər
kimsə qayıtmamışdır… İradə sarsılır və bizi bilinməz
bir aləmə atılmaqdansa acı iztirablara dayanmağa məcbur
edir. Qorxaq fikrin müdhiş etirafı, qəti bir iradənin
iti boyası, təfəkküratın zülmətinə
qarşı solur. Düşündükcə tələsik həyacanların
cəsarəti sönür… fikir işə keçməyir.
Sus… Ofeliya, gözəl pəri, öz dualarında mənim
də günahlarımı xatırla».
2. Tələt
Əyyubovun tərcüməsi
Ölümmü,
qalımmı? Sual budur, bu…
Taleyin dəhşətli
zərbələrinə
Müti
bir qul kimi dözümmü, yoxsa
Üsyanmı
qaldırım silahlanaraq?
Ya qələbə
çalım, ya həlak olum?
Ölmək!
Hər bir şeyi tamam unutmaq.
İnsan
ürəyinin min bir dərdinin,
Min bir əzabının,
intizarının,
Ağır
zəncirini qırıb qurtarmaq,
O gözəl,
son məqsəd bu deyilmidir?
Əbədi
yuxuda yataraq qalmaq.
Ölmək
ya uyumaq. Sonra da orda
Yuxularmı
görmək? Bax, cavab budur.
Bu
dünya mülkünün duyğularını
Ataraq,
ölümün yuxusunda, ah,
İnsan
nələr görür? Budur müəmma
Bizim
ömrümüzü fəlakətlərdə
Uzadan
müəmma, bax budur, budur.
Yoxsa
hakimlərin baş vüqarına
Bütün
əyyanların cahilliyinə
Hər
yerdə, hər şeydə saxtakarlığa,
Ürəyin
qıfılla bağlanmasına
Nakam məhəbbətə,
hər bir rəzilin
Gözünün
yalançı parıltısına,
Bir xəncər
zərbəsi bütün bunları
Vurub yox
etməyə kifayət ikən.
Kim
dözərdi, de kim?
Ölümün
bilinməz əsrarlarından
Gedər
-gəlməz olar həmin diyardan.
Qorxu
olmaseydi, həyat yükünün,
Ağırlığı
altda sürükləməyə
Kim
dözərdi, de kim? Bütün bunları
Düşünən
beynimiz, qorxub çəkilir.
Solur bir
gül kimi qətiyyətimiz.
Ağıl
düşünməkdən dayanıb qalır.
Həyata
keçməsi mümkün görünən
Ən
böyük xəyallar, böyük arzular.
Cəsarətsizlikdən
həlak olur, ah!
Bəsdir.
Ah, Ofeliya! Mənim sevincim!
Dua eyləyərkən
günahlarımı,
Məni
də xatırlat mehriban mələk!
3.
Mehdi Məmmədovun tərcüməsi
«Olum,
ya ölüm!
Budur məsələ,
hansı şərəflidir?»
Dözməkmi
taleyin zərbələrinə, yaxud üsyan etmək,
qarşı qoymaq bəlalar
selinə, qanlı vuruşda ölmək və dəf
etmək bu bəlaları. Ölmək, yuxulamaq. Bəlkə
bu sayaqlar can üzən dərdlərin, işgəncələrin
ağır zəncirini qırıb qurtulmaq. Təqdir edilməzmi
belə bir arzu? Ölmək, yuxulamaq! Sonra yenidən
röyalarmı görmək. Bilməcədir bu. Bu dünya
mülkündən köçəndən sonra, ölüm
yuxusunda görəsən, insan
nə röyalar görür. Sirr bax budur. Bizim
ömrümüzü fəlakətlərdə sürüdən,
çürüdən sirr budur, bu.
Yoxsa tək
bir zəncir zərbəsi bizi dünya dərdlərindən
xilas edərkən zamanın zülmünə, riyalarına,
azğın hakimlərin təkəbbürünə, nadan əyanların
cəhalətinə, rəzillərin önündə boyun əyməyə,
ağlı da, dili də
kilidləməyə, nakam məhəbbətə, hicran dərdinə
kim dözmək istərdi, ya kim dözərdi? Qorxu, tək qorxu
saxlayır bizi ölümdən. İnsan bu bilinməz
mübhəm vadiyə, gedər-gəlməz olan məchul
diyara köçməkdənsə, burda dünyada qalır,
gördüyü hər cəbrə, dərdə qatlanır,
ah.
Ağlın
bu dolanbac dar yollarında fikir hərəkətdən qorxub
çəkilir, qətiyyət, qərarsa solur gül kimi. Belə
də hər niyyət, hər böyük amal öncə
nailiyyət, zəfər vəd edir, təxirə
düşdükcə puç olub gedir».
4.
Aslan Aslanovun tərcüməsi
Olum, ya
ölüm, budur məsələ!
Hansı
daha şərəflidir, sığandır əqlə
İnamla
dözmək zalım taleyin
Kəmfürsət
oxuna, fəsadlarına
Yoxsa
silah çəkib üsyan eyləmək
Ömrün
ümman qədər əzablarına
Ölüb
bəlalara son nöqtə qoymaq
Hər
şeyi unutmaq və unudulmaq…
Ətlə
qanımıza qənim kəsilən
Bədən
əzabına, can ağrısına
Bilmək
ki, bir yolluq son qoymaqdı bu
Bax budur ən
gözəl məsləhət, arzu,
Əbədi
yuxuya dalaraq ölmək
Ölüm
yuxusunda yuxular görmək?!
Amma bir əngəl
var sirr var, yaman!...
O məchul
aləmdə yuxlayan zaman
Qoyarmı orda da bir an, bir saat
Əzablı
yuxular bizləri rahat?!
Budur, bu
qorxudur dərdi- bəlanın
Yükünü
çəkdirən biz fəqirlərə
Bizləri
dözdürən min
işkəncəyə
Min bir cəzalara,
min təhqirlərə.
Zalımın
zülmünə, təkəbbürlünün
Sonsuz həqarəti,
cəhalətinə,
Tapdanmış
sevginin ağrılarına
Qanunsuz
qanunun ətalətinə
Üsul-idarənin
azğınlığına
Nə
vadar edərdi, tablayaq, dözək
Yalın
bir xəncərlə halbuki görək
İş
düşə bilərdi öz qaydasına
Kim
ölüm yükünü çəkərdi çəkər
Mırtlana-mırtlana,
tökə-tökə tər
Can yora
-yora
Dəhşətli
nə isə olmasa əgər
Orda, o
dünyada ölümdən
sonra
O
ölüm deyilən uzaq ölkədən
Xəbər
gətirməyib bir nəfər bəndə
Budur!
İradəni salan kəməndə
Budur, əlimizdən,
tutub saxlayan,
Daima
uzadan işgəncəmizi
Təzə
əzabların məchul səmtinə
Qanadlar
açmağa, qoymayan bizi!
Hissi
buxovlayan, hissi keyləyən
Bizim
hamımızı qorxaq eyləyən
Odur ki,
gücündən düşür şücaət
Alıb
dərrakədən solğun bir çalar
Böyük
qətiyyətlə
coşan cəsarət
Məqsəd
qapısında olur tar-mar!
5.
Sabir Mustafanın tərcüməsi
Olum, ya
ölüm, budur məsələ.
Hansı
şərəflidir? Azğın taleyin
Müdhiş
oxlarına susub dözməkmi
Yoxsa fəlakətlər dənizlərinə
Qarşı
silahlanıb üsyanmı etmək:
Ya qələbə
çalmaq, ya həlak olmaq?
Ölmək
-yuxulamaq, yalnız budur, bu!
Bununla
ürəyin ağrılarını,
Əzəldən
insanın nəsibi olan
Minlərlə
dərdləri, iztirabları
Bir
anın içində unuduruq biz.
Bumu gecə
gündüz dua oxuyub
Arzu
etdiyimiz gözəl aqibət?
Ölmək
-yuxulamaq, əbədi yatmaq,
Sonra yuxu
görmək! Bax, budur əngəl.
Biz
canı qurtarıb işgəncələrdən
Ölüm
yuxusunda nə görəcəyik?
Budur yolu
kəsən. Bu səbəb bizi
Məcbur
edir çəkək ömrümüz boyu
Bütün
zillətləri, müsibətləri.
Yoxsa kim
dözərdi, kim dözərdi, kim
Zamanın
cövrünə, həqarətinə
Zalımın
zülmünə, haqsızlığına
Lovğa
əyanların təkəbbürünə
Tapdanmış
sevginin əzablarına,
Acgöz hakimlərin əclaflığına,
Qansız
nazirlərin sırtıqlığına
Hər
cür şərəfsizin şərəfliləri
İyrənc
təhqirinə, istehzasına?
Bunlardan əbədi
qurtarmaq üçün
Bir xəncər
zərbəsi kifayət ikən
Həyatın
rəzalət yükü altında
Neçin
sürünürük inildəyərək?
Bizi
vadar edən buna nədir, nə?
Yalnız
bircə qorxu, öləndən sonra
O məchul
aləmdə nə olacaqdır?
Ordan
qayıtmayıb hələ heç bir kəs
Bu fikir
sarsıdır iradəmizi.
Bizi məcbur
edir daim, həmişə
Çəkək
bu tükənməz məşəqqətləri.
Məlum əzablardan yaxa qurtarıb
Naməlum
dərdlərə can atmayaq biz.
Bu dəhşət
qorxağa çevirir bizi,
Puç
olur ağlımız, qətiyyətimiz,
Solur
cürətimiz bir çiçək kimi.
O
böyük təşəbbüs, o ali məqsəd
İtirir
adını, öz mənasını.
6. Şəhla Nağıyevanın tərcüməsi:
Ölmək, ya yaşamaq! Belədir
gerçək,
Ya da ki, taleyin zərbələrinə,
Atdığı oxlara gizlincə dözmək.
Silahmı götürmək bu an əlinə,
Hücummu eyləmək dərd dəryasına
Yoxsa qılıncımı
qoymaqmı qına?!
Ya üsyan qaldırmaq, ölmək,
uyumaq,
Ağrısız, acısız bir
yuxu duymaq.
Ölmək və son vermək dərdə,
qüssəyə,
Əzab-əziyyətlər
qurtarsın deyə.
Tale cismimizi bəxş edib bizə,
Yaşamaq yazıbdır taleyimizə.
Ölmək, həm qapılmaq dərin
yuxuya,
Məst etsin bizləri şirin bir
röya.
Röya görməyin də öz
acısı var,
Gələr yuxumuza nə cür
röyalar...
Bu fani dünyadan köç edən
zaman
Olsun könlümüzdə dinclik
hökmran.
Dözdük əzablara
ömrümüz boyu,
İndi rahatlıq tap sakitcə
uyu.
Həyatın qamçısı
acıdan acı,
Ölmək, uyumaqdır onun əlacı.
Zalımın zülmünə,
ruh fəryadına,
Riyakar məmura dözməkmi yenə?
Sevgi əzabına, susan qanuna
Dözüb divanətək
gəzməkmi yenə?
Ləyaqət tükənib yoxa
çıxanda,
Səbrimiz qurtarıb bitdiyi anda,
Kim xəncər götürüb
üsyan edəcək,
Bu qorxu, həyəcan sona yetəcək?
Ölmək! Ölməyin də
bir qorxusu var...
O kəşf edilməyən əbədi
diyar
Kimsədən bizlərə
göndərmir xəbər,
Bilmirik orada nələr var, nələr...
Bəlkə də bundansa aciz bir
qul tək
Yaşamaq zülmünə
qatlanıb dözmək.
Alır ağlımızı bu
cür düşüncə,
Min fikrə dalırıq qərar
verincə.
Xəyallar, arzular solanda, o dəm
Hər şey
durğunlaşır, süstləşir aləm.
Sakit! Hər şey bitdi, mələk
Ofelya!
Mənim günahımçün
sən eylə dua.