Mixail Lermontov
“Yelkən”
şeiri.
Azərbaycan dilinə 4 tərcümə variantı
М. Ю. Лермонтов
Парус
Белеет
парус одинокой
В
тумане моря голубом!..
Что
он ищет в стране далекой?
Что
кинул он в краю родном?..
Играют
волны – ветер свищет,
И
мачта гнется и скрипит…
Увы?
Он счастья не ищет
И не
от счастья бежит?
Под ним
струя светлей лазури,
Над
ним луч солнца золотой…
А
он, мятежный, просит бури,
Как
будто в бурях есть покой?
Yelkən
1. Məmməd Rahimin tərcüməsi (1948)
Mavi dumanlıqda, tutqun sularda
Ağarır dənizdə tənha bir yelkən,-
Nə arar o qərib,
uzaq diyarda?
Neçin
ayrılmışdır öz vətənindən?
Dalğalar
oynaşır, vıyıldayır yel,
Dor da
cırıldayır, az qalır sına…
Heyhat! -
aradığı səadət deyil,
Nə də səadətdən
qaçır bir yana!
Altında şəfəqli sular oyanıq,
Üstündə
günəşdən zərli şüalar:-
Fırtına
axtarır üsyankar qayıq,
Sanki
fırtınada asudəlik var.
2. Hüseyn Arifin
tərcüməsi (1977)
Mavi dənizdəki
dumanlıqlarda
Bir yelkən
ağarır, bir qərib yelkən…
Nədir
aradığı, uzaq diyarda?
Niyə didərgindir
öz ölkəsindən?
Ləpələr
oynayır, külək açıb dil,
Əyilir dor
ağacı, yaman kökdədir.
Əfsus o, səadət
eşqində deyil,
Nə də səadətdən
qaçıb yan gedir.
Altında şəfəqdən
işıqlı zolaq,
Üstündə
günəşdən qızıl naxışlar.
Fırtına
axtarır, fırtına ancaq
Guya fırtınada
bir rahatlıq var.
3. Eyvaz
Borçalının tərcüməsi (1988)
Ağarır bir tənha
yelkən
Dənizin mavi
çənində!..
Nə axtarır
uzaq eldə?
Nə itirib Vətənində?
Dalğa qopub, yel əsdimi
Dor əyilir - himə
bənddir.
Əfsus, onun nə
gəzdiyi,
Nə
qaçdığı səadətdir!
Altda mavi
şırnaq üzür,
Üstdə -
qızıl, zər şüalar.
Havalanıb tufan gəzir,
Guya onda rahatlıq
var!
4. Mahir Qarayevin tərcüməsi
(1991)
Göy dənizin
dumanında
Tənha bir yelkən
ağarır!..
Yad eldən o nə ummada?
Nədən
atmış öz diyarın?..
Dor gərilib
zağ-zağ əsir,
Günəş səpir
öz zərini…
Tufan gəzir
coşqun qayıq,
Tufanda dinclik var kimi!