Mixail Lermontov.
“Buludlar” şeiri
Azərbaycan dilinə 2 tərcümə variantı
М.Ю.Лермoнтов
Тучи
Тучки небесные, вечные странники!
Степью лазурною, цепью жемчужною
Мчитесь вы, будто как я же, изгнанники
С милого севера в сторону южную.
Кто же вас гонит: судьбы ли решение?
Зависть ли тайная? злоба ль открытая?
Или на вас тяготит преступление?
Или друзей клевета ядовитая?
Нет, вам наскучили нивы бесплодные...
Чужды вам страсти и чужды страдания;
Вечно холодные, вечно свободные,
Нет у вас родины, нет вам изгнания
Buludlar
1. Eyvaz Borçalının tərcüməsi
(Dünya ədəbiyyatı kitabxanası, 33-cü cild // Bakı, “Yazıçı”, 1989)
Ey göylü buludlar, əbədi səyyahlar!
Mirvari qatarla səmada uçursuz;
Elə bil sizi də teyləyən, qovan var,
Sevgili şimaldan cənuba qaçırsız.
Kim qovur sizləri: taleyin hökmümü?
Gizli bir həsədmi? Açıq bir qərəzmi?
Pərişan səfiniz cinayət yüklümü?
Ya dostlar böhtanı zəhərli mərəzmi?
Könlünüz yabançı: sevgiyə, əzaba.
Bezdirib sizləri bəhərsiz tarlalar.
Daima soyuqsuz, azadsız, əcaba!
Nə sizin yurdunuz, nə sizi qovan var.
2. İsaxan İsaxanlının tərcüməsi
(“Bizim lider” qəzeti, 18 iyul 2009-cu il)
Siz ey topa buludlar, ey əbədi yolçular!
Düzülüb mirvari tək səmada uçursunuz
Sizi də mənim kimi sürgün eyləyənmi var?
Ki sevimli şimaldan cənuba qaçırsınız.
O kimdir sizi qovan: taleyinmi qədəri?
Ya gizli bir həsədmi? Açıq kinmi, məkrmi?
Bəlkə törətdiyiniz cinayətin kədəri?
Yoxsa dostlardan gələn böhtan dolu fikirmi?
Yox-yox, barsız torpaqlar yorub sizi sadəcə...
Nə ehtiras bilirsiz, nə əzab, nə ah-fəğan;
Həmişə soyuqsunuz, azadsınız, beləcə
Nə bir vətəniniz var, nə də ki sizi qovan.