M.Y. Lermontov
“O zil, zərif səsini” şeiri.
Azərbaycan dilinə 2 tərcümə variantı
М.Ю.Лермoнтов
Слышу ли голос твой
Слышу ли голос твой,
Звонкий и ласковый,
Как птичка в клетке,
Сердце запрыгает;
Встречу ль глаза твои
Лазурно-глубокие,
Душа им навстречу
Из груди просится,
В как-то весело,
И хочется плакать,
И так на шею бы
Тебе я кинулся.
1. O zil, zərif səsini
Eyvaz Borçalının tərcüməsi
(Dünya ədəbiyyatı kitabxanası, 33-cü cild // Bakı, “Yazıçı”, 1989)
O zil, zərif səsini
Bircə yol eşidəntək,
Quştək çırpıb özünü
Vurur sinəmdə ürək.
O mavi gözlərinlə
Üzbəüz gələndə mən,
İlahi hisslər ilə
Könlüm uçur yerindən.
Sevincimdən şadlanıb
Az qalıram ağlayım.
Az qalıram atlanıb
Boynunu qucaqlayım.
1. Bir səs gəlir doğma, əziz
İsaxan İsaxanlının tərcüməsi
(“Bizim lider” qəzeti, 18 iyul 2009-cu il. № 09)
Bir səs gəlir doğma, əziz
Deyən bu səs səninkidir.
Qəfəsdəki bir quş kimi
Çırpınan qəlb mənimkidir.
O səninmi gözlərindir?
Dərin, mavi bir səma tək,
Sanki onu görmək üçün
Döyünür sinəmdə ürək.
O qədər nəşəliyəm ki,
Ağlamaq keçir könlümdən.
Bir açaydın qollarını
Boynuna sarılaydım mən.