Puşkin Aleksandr

“Gürcüstan dağlarında” şeri.

Azərbaycan dilinə 3 tərcümə variantı

 

 

Пушкин Александр.

На холмах Грузии

 

На холмах Грузии лежит ночная мгла;                                            
Шумит Арагва предо мною.
Мне грустно и легко; печаль моя светла;
Печаль моя полна тобою,
 

Тобой, одной тобой... Унынья моего
Ничто не мучит, не тревожит,
И сердце вновь горит и любит - оттого,

Что не любить оно не может.

 

 

1. Ş. Sadiqin tərcüməsi (“Ədəbiyyat və incəsənət”, 10 yanvar, 1959)

 

Yenə hər yanda sükut, Qafqazın üstündə duman,

Yenə qarşımdan Araqva şığıyıb keçmədədir.

Gözəlim, qəmlərə batsam da mənə xeyli asan,

Çünki dərdim gül üzündən suyunu içmədədir.

 

Hər şeyin baisi sənsən, kədərim başqa deyil,

Heç nə səndən savayı narahat etmir məni, bil.

Yenidən qəlbim uçur, güllər açır hər diləyim,

Sevirəm, sevməməyi əsla bacarmır ürəyim.

 

 

2. Ə. Tələtin tərcüməsi  (A.S.Puşkin. Seçilmiş əsərləri, 3 cilddə. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1988. 1-ci cild)

  

Gürcüstanın təpələri üstə qonmuş zülmət, duman,

Qarşımda, bax, Araqva da axıb gedir dayanmadan.

Həm dərdliyəm, həm də xoşhal; necə xoşdur bu möhnətim,

Səninkidir yalnız inan, səninkidir bu həsrətim...

 

Bu dərdimi, kədərimi, inan, heç şey, inan heç kəs

Sən gözümün qarşısında duran zaman poza bilməz.

Könlüm yenə yanır, sevir... Sözlərimə bir qulaq as:

Onunçun ki, mənim qəlbim sevməməyi heç bacarmaz!

 

 

3. İsaxan İsaxanlının tərcüməsi (“Bizim lider” qəzeti, 4 sentyabr 2009-cu il)

  

Gürcüstan təpələri itib dumanda, çəndə

Qarşımda Araqva axır şırhaşır.

Boğsa da kədər məni, bir sevinc var içimdə,

Xəyalım səninlə hey pıçıldaşır.

 

Təkcə sənə bağlıdır inan varlığım mənim,

Sənsiz bir an könlüm açılmaz, gülməz

Yenə də eşq oduyla alışır bax ürəyim,

Çünki o, sevməsə yaşaya bilməz.