Puşkin Aleksandr

“Mən sizi sevirdim” şeiri

Azərbaycan dilinə 3 tərcümə variantı

 

Пушкин Александр.

Я вас любил

  

Я вас любил: любовь еще, быть может,
В душе моей угасла не совсем;
Но пусть она вас больше не тревожит;
Я не хочу печалить вас ничем.
 

Я вас любил безмолвно, безнадежно,
То робостью, то ревностью томим;

Я вас любил так искренно, так нежно,
Как дай вам бог любимой быть другим

 

 

1.  Eyvaz Borçalının tərcüməsi (A.S.Puşkin. Şeirlər, poemalar, povestlər. Dünya ədəbiyyatı kitabxanası, 32-ci cild. Bakı, 1987)

 

Mən Sizi sevirdim: eh, kim bilir, kim

Bəlkə də sönməyib hələ o eşqim.

Sizə qəm yetirmək istəməyib mən,

Eşqimdən əl üzdüm daha bu gündən.

 

Mən Sizi sevirdim: ümidsiz, həzin,

Qısqana-qısqana, həm ürkək-ürkək;

Mən Sizi sevirdim: allah eləsin,

Sizi bir özgəsi sevsin mənim tək!

 

 

2. Nigar Rəfibəylinin tərcüməsi (A.S.Puşkin. Seçilmiş əsəsrləri, 3 cilddə. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1988. 1-ci cild)

 

Mən sizi sevirdim: bəlkə məhəbbət

Tamam sönməmişdir könlümdə hələ,

Qoy eşqim verməsin sizə əziyyət,

Kədərli olmayın bircə an belə.

 

Ümidsiz sevirdim sizi sakitcə,

Didirdi puhumu qısqanclıq, təlaş.

Mən sizi sevirdim səmimi, incə,

Beləcə sevəydi başqası da kaş.

 

 

3. İsaxan İsaxanlının tərcüməsi (“Bizim lider” qəzeti, 4 sentyabr 2009-cu il)

        

Vurulmuşdum mən sizə, bəlkə də o məhəbbət,

Sönməyibdir hələ də, ürəyimdə közü var.

Bundan sonra verməsin sizə əzab-əziyyət,

Daha üzməsin sizi, eşqim ey nazlı nigar.

 

Vurulmuşdum mən sizə uşaq kimi, ümidsiz,

Bəzən  bir qısqanclıqla, bəzən də əsə-əsə.

Vurulmuşdum mən sizə dəli kimi, çarəsiz,

Arzumdur qismət olun, sizi sevən bir kəsə.