Konstantin Simonov
“Gözlə, məni”
şeiri.
Azərbaycan dilinə 6 tərcümə
variantı
Жди меня, и я вернусь,
Только очень жди.
Жди, когда наводят грусть
Желтые дожди.
Жди, когда снега метут,
Жди, когда жара.
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверять сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино.
На помин души…
Жди. И с ними заодно
Выпить не спиши.
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет: - Повезло,-
Не понять не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил будем знать
Только мы с тобой-
Просто ты умела ждать,
Как никто другой.
GÖZLƏ MƏNİ
Gözlə məni, gələcəyəm,
Ancaq gözlə sən.
Gözlə, kədər yağan zaman
Qəmli üzündən.
Qar yağanda gözlə məni,
Gözlə, istidə.
Bəziləri unudaraq
Gözləməsə də…
Gözlə, uzaq yerdən məktub
Gəlməsə sənə,
Bəziləri yorulsa da
Sən gözlə yenə…
Gözlə ürəkdən.
Desələr ki, yetər, unut…
Baxma, gözlə sən.
Amma, oğlum qoy inansın-
Artıq ölmüşəm,
Dostlar məni gözləməsin,
Gözlərində nəm.
Yad edib məni,
Tək sən gözlə.
Onlarla bir
İçmə badəni…
Gözlə məni, gələcəyəm
Bir aydın səhər.
Baxtı varmış- söyləsin qoy
Gözləməyənlər.
Gözləməyən nə bilir ki,
Odlardan belə
Xilas etdin həyatımı
Gözləməyinlə.
Mən sağ qaldım, səbəbisə,
Bax, budur, gerçək:
Sən bacardın gözləməyi,
Yalnız özün tək.
2. Xəlil Rza Ulutürkün tərcüməsi (1975)
Gözlə məni qayıdacağam.
Gözlə, ey nigar.
Gözlə, kədər gətirəndə
Soyuq yağışlar.
Gözlə məni, qar yağanda,
İsti düşəndə.
Gözlə, bezib özgələri
Gözləməyəndə.
Gözlə, məktub kəsiləndə
Səhra poçtundan.
Gözlə, təngə gətirəndə
Hamını hicran.
Baxma onlara-
Səbr etməyib, tab etməyib
Unudanlara.
Mən ölümün
acığına
Dönəcəm, gülüm.
Döz ömrüm-günüm.
Onlar bilməz: neçin odda
Dönmədim külə.
Məni xilas eylədin sən
Gözləməyinlə.
Nə cür döndüm. Tək
ikimiz
Bilərik bunu.
İnamla yol gözləməyin
Nə olduğunu.
Qolum-qanadım,
Gözləməyi bacarmadı;
Sənsə bacardın.
3. Anarın tərcüməsi
Gözlə məni, dönəcəm,
amma lap çox gözlə sən
Mən mütləq qayıdacam, əgər
belə gözləsən.
Gözlə, sarı
yağışlar ürəyini sıxanda
Gözlə, külək əsəndə,
çovğunda, qar yağanda
Başqası unudulub yaddan
çıxanda çoxdan
Məni gözlə qış, bahar,
istilər düşən zaman.
Mənə rəhmət diləsin.
Qoy dostlarım
yığışıb ehsan yeməyi yesin
Sən onlara qoşulub, onlarla tikə
kəsmə.
Ölümümə inanıb yas
tutmağa tələsmə.
Gözləməyənlər
desin: vaxtı var imiş vaxtı.
Gözləməyən nə
bilsin od-alovun içindən
Belə gözləməyinlə məni
xilas etdin sən.
4. İsa İsmayılzadənin tərcüməsi
Gözlə, qayıdacağam,
Gözlə sən məni.
Solğun, qəmli
yağışlar
Döyəndə pəncərəni-
Gözlə sən məni.
Qışda qarı kürüyüb
Yağanda gözlə,
Yayda göydən od-alov
Yağanda gözlə.
Heç kəs gözləməyəndə_
Gözlə sən məni.
Məktublar gecikəndə
Gözlə sən məni.
Yollara boylanmaqdan
Adamlar bezikəndə-
Gözlə sən məni.
Gözlə sən məni.
Gözlə, vecinə alma
Unutmağın məqamı
Çatdı deyəni.
Qoy oğlum da, anam da
Yoxluğuma inanıb,
Mənsizliyə alışsın-
Gözlə sən məni.
Qoy dostlarım yorulub
Yoxluğumla barışsın-
Gözlə sən məni.
Sağlığıma içsinlər-
Xatırlasınlar.
Yoxluğuma içsinlər-
Xatırlasınlar.
Sən onlara qoşulma.
Atamın ocağına
Gözlə, gələrəm.
Ölümün acığına
Gözlə, gələrəm.
Kim məni gözləmirdi-
Desin - Bəxti gətirdi...
Neçə dəfə
ölümdən
Qurtardın məni,
Yenidən bu dünyaya
Qaytardın məni.
Gözlə, gözlə yenə də,
Gözlə sən bir az
Sənin tək gözləməyi
Heç kəs bacarmaz.
5. Ayaz Vəfalının tərcüməsi
(“Ədəbiyyat və incəsənət”,
9 may 1975)
Gözlə məni, gələcəyəm,
Gözlə məni yar;
Gözlə məni səpəndə
qəm
Narın yağışlar.
Gözlə məni
qışın qarı
Evlər yıxanda;
Gözlə məni başqaları
Dönük çıxanda.
Məktubumdan əlini sən
Üzəndə gözlə;
Hamı... hamı gözləməkdən
Bezəndə gözlə.
Gülüm, qəm yemə;
“Unudular...” deyənlərə
Xeyir diləmə.
Qoy inansın anam, oğlum
Dostlarım... amma
Ölümümə,
Qurban olum,
Tək sən inanma.
Görsən hamı şərab
içir
Ruhum xoş olsun-
Gözlə, demə onlarla bir
“İçək nuş olsun!”
Həyat var imiş!
Gözləməyən qoy desin ki,
“Bəxti var imiş!”
Gözləməyən bilməz
ki sən
Odlardan belə
Məni necə hifz etmisən
Gözləməyinlə!..
Necə olub sağ qalmışam-
Bilməz ki onlar:
Sənin kimi səhər-axşam
Gözləyənim var!..
6. Səyavuş Məmmədzadənin
tərcüməsi
Gözlə, qış, bahar.
Gətirsə də qəm üstə
qəm
Həzin yağışlar,
Gözlə isti havalarda,
Boranda, qarda;
Kimsə kimdən əl üzəndə,
Gözlə yenə də;
Uzaqlardan xəbər-ətər
Gəlməsə belə,
Cana gəlsə gözləyənlər,
Hər nəsə, gözlə.
Uyma bir para
İnamı kəm, yaddaşı
kəm
Unutqanlara.
Oğul, ana bəd gümana
Düçar olsa da,
Dost-tanışım yana-yana
Qahmar olsa da;
Badələri qaldıraraq
Rəhmət deyəndə,
Gözlə məni lal duraraq,
Tələsmə sən də.
Gözlə məni, qoy əcəlin
Əli qurusun,
Od-alovda gözləməyin
Məni qorusun.
Gözləməyən deyər: yəqin
Bəxti gətirdi.
Gözləməyən hardan bilsin,
Bu necə sirdi.
Özümüz bilərik nədən
Sağ qalmışam mən:
Gözləməkdə sənə
heç kəs
Tay ola bilməz.