Sergey Yesenin
“Gecəyə bax” şeiri.
Azərbaycan dilinə 3 tərcümə variantı
Sergey Yesenin.
Какая ночь!
Я не могу
Какая ночь!
Я не могу.
Не спится мне. Такая лунность.
Еще как будто
берегу
В душе утраченную
юность.
Подруга охладевших лет,
Не называй игру любовью,
Пусть лучше этот лунный свет
Ко мне струится
к изголовью.
Пусть искаженные черты
Он обрисовывает смело,-
Ведь разлюбить не сможешь ты,
Как полюбить ты не сумела.
Любить лишь можно только раз,
Вот оттого ты мне чужая,
Что липы тщетно манят нас,
В сугробы ноги погружая.
Ведь знаю я и знаешь
ты,
Что в этот
отсвет лунный, синий
На этих липах
не цветы -
На этих липах
снег да иней.
Что отлюбили мы давно,
Ты не меня,
а я -
другую,
И нам обоим
все равно
Играть в любовь недорогую.
Но все ж
ласкай и обнимай
В лукавой страсти поцелуя,
Пусть сердцу вечно снится май
И та, что
навсегда люблю я.
1. Əliağa
Kürçaylının tərcüməsi
( Sergey Yesenin. Seçilmiş əsərləri. Avrasiya Press Nəşriyyatı, 2006).
Sən bu gecəyə bax! Aylı bir gecə.
Çətindir. Yuxum da gəlmir qətiyyən.
Sanki qoruyuram yenə gizlicə
Çoxdan itirdiyim gəncliyimi mən.
Soyumuş illərin tək rəfiqəsi,
Oyun-oyuncağa məhəbbət demə.
Yaxşısı budur ki, ayın şöləsi
Başımın üstünə nur səpsin yenə.
Qoy mənim dəyişmiş bu surətimi
O nur canlandırsın indi nagəhan, -
Sən rədd edəməzsən məhəbbətimi,
Məni sevməyi də bacarmalısan.
Dünyada bir dəfə sevərlər ancaq,
Onunçün biganə olubsan mənə.
Bizi cəzb eləyən cökələrə bax,
Batıb dizə qədər qarın içinə.
Axı mən bilirəm bunu, sən də bil, -
Qəmərin əks edən mavi nurunda
Cökədə görünən çiçəklər deyil,
Qar-qrovdur onun budaqlarında.
Biz çoxdan sevmirik bir-birimizi,
Sən məni, mən isə bir başqasını
Məhəbbət oyunu cəlb etmir bizi,
Qiymətsiz məhəbbət şüşətək sınır.
Lakin sən yenə də oxşa, quc məni,
Saxta ehtirasla qərq et öpüşə.
Daim yada salım bahar fəslini,
Bir də o gözəli aniım həmişə.
2. Knyaz Aslanın tərcüməsi
(Poetik tərcümələr. 1-ci toplu. //Xəzər Universitəsi Nəşriyyatı, 2005).
Aylı gecə! Eşikdəyəm.
Qovuşmuşam dincliyimə.
Elə bil ki, keşikçiyəm
Itirdiyim gəncliyimə.
Buz illərin tək həmdəmi,
Sevgi demə oyuna gəl.
Yada salma ötən dəmi,
Ay işığı daha gözəl.
Qoy pozulmuş surətimi
Canlandırsın o təzədən.
Sevə bilmədiyin kimi,
Məni ata bilməzsən sən.
Sevmək olar bircə dəfə,
Buna görə yadsan mənə.
Dönüb boylan o tərəfə,
Qara batıb cökə yenə.
Bilirik ki, hər ikimiz
Ağacdakı çiçək deyil,
Ay işığı – aydın, təmiz,
Qar-qırovdur parlayan bil.
Biz sevmirik çoxdan bəri,
Sən məni, mən isə onu.
Necə yozaq – nədir fərqi, -
Ucuz sevgi oyununu.
Neynim, yenə keçmək olmaz,
Gəl güc, öpə-öpə sarıl.
Qoy könlümdə açılsın yaz,
Qoy ömürlük sevim barı.
3. İsaxan İsaxanlının
tərcüməsi
( “Bizim lider” qəzeti, 4 sentyabr 2009-cu il).
Gecəyə bax! Möcüzədir göydə ay,
Ərşə çəkilibdir yuxum bu gecə.
Könlüm keşikçidir sanki haraylar
Solub gedən gəncliyimi gizlicə.
Sən ey buz
illərin könül sirdaşı,
Məhəbbət demə gəl hər bir oyuna.
Qoy bu ay işığı hər addımbaşı,
Salsın şöləsini mənim boyuma.
Heç nədən qorxmadan, heç düşünmədən
Qoy ayın işığı çəksin şəklimi.
Onsuz da unuda bilməyəcəksən,
Necə ki, sevə də bilmədin məni.
Həyatda bir dəfə sevərlər, düzü
Onunçün bu qədər yadsan sən
mənə.
Hədər yerə cökə çağırır bizi,
Bax girib yenə də qarın içinə.
Axı hər ikimiz yaxşı bilirik,
Bu mavi gecədə, ay işığında,
Cökənin üstündə yoxdu bir
çiçək,
Qar-qırov görünür hər yarpağında.
Çoxdan qəlbimizdə yoxdu məhəbbət,
Unutduq sevginin nə olduğunu.
İndi bizim üçün boş şeydir əlbət,
Oynamaq bu ucuz eşq oyununu.
Amma hər nə
olsa, qucaqla məni,
Qərq eylə o saxta öpüşlərinə.
Qoy çəkilsin daha qəlbimin çəni,
Qovuşum əbədi məhəbbətimə.