Sergey Yesenin
“İran nəğmələri”ndən.
“YARIM TUMƏN…”
Azərbaycan dilinə 4 tərcümə variantı
Сергей Есенин
Я спросил сегодня
у менялы,
Что дает за полтумана по рублю,
Как сказать мне для прекрасной Лалы
По-персидски нежное "люблю"?
Я спросил
сегодня у менялы
Легче ветра, тише Ванских струй,
Как назвать мне для прекрасной Лалы
Слово ласковое "поцелуй"?
И еще
спросил я у менялы,
В сердце робость глубже притая,
Как сказать мне для прекрасной Лалы,
Как сказать ей, что она "моя"?
И ответил
мне меняла кратко:
О любви в словах не говорят,
О любви вздыхают лишь украдкой,
Да глаза, как яхонты, горят.
Поцелуй названья
не имеет,
Поцелуй не надпись на гробах.
Красной розой поцелуи веют,
Лепестками тая на губах.
От любви
не требуют поруки,
С нею знают радость и беду.
"Ты - моя" сказать лишь могут руки,
Что срывали черную чадру.
“İran nəğmələri”ndən
1. Əliağa Kürçaylının tərcüməsi
(Sergey Yesenin. Qadına məktub. Şeirlər və poema, Bakı, 1970)
Yarım tümən üçün bir manat verən
Dəllaldan yanaşıb soruşdum belə.
Gözəl Lalə üçün necə deyim mən
"Sevirəm" sözünü fars lisaniylə?
Van suları kimi səssizcə bu gün
Mən həmin dəllaldan soruşdum yenə:
O gözəl Laləyə söyləmək üçün
"Öpüş" kəlməsini sən öyrət mənə.
Gizlədib qorxunu qəlbimdə dərin
Dəllaldan yenə də soruşdum ki, mən:
Axı necə deyim gözəl Laləyə,
Axı necə deyim ki, "sən mənimsən?"
Dəllal cavab verdi mənə müxtəsər:
Sözlə olunmayıb məhəbbət izhar.
Məhəbbət yolunda köks ötürərlər,
Gözlər də yaquttək alışıb yanar.
Öpüşün olmamış adı əzəldən,
Öpüş yazı deyil tabutda gerçək.
Görürsən, gül ətri gəlir öpüşdən,
O, dodaqlardadır gül yarpağıtək.
Əvəz istəməzlər sevgidən heç vaxt,
Onunla bilirlər sevinci, dərdi.
Çəkib açan zaman qara çadranı
"Mənimsən" sözünü əllər deyərdi.
2. Səyavuş Məmmədzadənin tərcüməsi
(Dünya uşaq ədəbiyyatı kitabxanası. // Bakı, , 1987)
Sərrafa bəllidir arzum diləyim,
Manata dәyişir yarım tumәni.
Soruşdum: Lalәyә necә söylәyim
Farsların diliylә «sevirәm sәni»?
Sәrraf dillәnmәdi, bilmәdim niyә.
Sәsim — Van gölünü oxşayan nәsim:
- De, neçә
söylәyim gözәl Lalәyә
«Öpüş» kәlmәsini, necә, әzizim?
Nәһayәt bir çavab eşidim deyә,
Sәrrafın sәbrini yenә sınadım:
- De, necә
söylәyim gözәl Lalәyә
«Mәnimsәn» sözünü, necә anladım?
Sәrrafın çavabı müxtәsәr oldu:
- Eşq nәdi,
söz nәdi... Sevәn lal yanar,
İçini yandırar mәһәbbәt odu,
Qoşa gözlәrindә qoşa lәl yanar.
Öpüşә ad verdin, vermәdin — nә fәrq...
Öpüş yazı deyil qara, dağ üstә.
Opüş bir qönçәdir, bir zәrif şәfәq,
Qızarar, әriyәr gül dodaq üstә.
Aşiqin sözünü eşidәn һanı...
Mәşuqә «qal» deyәr, ya da «öl» deyәr
«Mәnimsәn» sözünü qara çadranı
Gözәlin üzündәn üzәn әl deyәr.
3. İsaxan İsaxanlının tərcüməsi
(Xəzər-Xəbər, (jurnal) № 270, 31 may 2009. Xəzər Universitəsi)
Hər
yarım tümənə bir manat verən
Qoca bir sərrafdan soruşdum bu gün:
O gözəl Laləyə necə deyim mən
Fars dilində zərif «sevirəm» sözün?
Van suları
kimi, sakitcə həmən
O qoca sərrafdan soruşdum bu gün:
Bəs gözəl Laləyə necə deyim mən
İncə «busə» sözün, necə söyləyim?
Qorxunu-hürkünü
atıb içimdən
Yenə o sərrafdan sordum, görəsən,
O gözəl Laləyə necə deyim mən,
Necə deyim ona, ki «sən mənimsən»?
Sərraf cavab
verdi mənə sadəcə:
Məhəbbəti sözlə söyləmək olmaz.
Məhəbbət
yandırıb-yaxar gizlicə,
Gözlərinsə yanar sanki bir almaz.
Busənin tərifin
kimsə bilmir ki,
Busə yazı deyil baş daşlarında.
Busə bir qızıl gül ləçəyidir ki,
İlişib qalıbdır dodaqlarında.
Məhəbbətdən əvəz istəmək olmaz,
Sevincinə, kədərinə
dözərlər.
«Sən mənimsən» deyər yalnız və yalnız
O qara çarşabı götürən əllər.
4. Firuz Mustafanın tərcüməsi
Bir sərraf adamdan soruşdum ki mən,
Yarım tümən pulla de, nə eyləyim,
O gözəl Laləyə farsca görəsən
«Sevirəm» sözünü necə söyləyim?
Sərrafdan onu da soruşdum ki, mən
Van küləyi kimi sakit, xəfifcə
Mən gözəl Laləyə indi görəsən
Bəs “öpüş” sözünü söyləyim necə?
Bunu da soruşdum sərrafdan hələ
Atıb qorxaqlığı bir tərəfə mən,
De, necə söyləyim gözəl Laləyə,
Mən necə deyim ki, ona «mənimsən»?
O sərraf sözünü söylədi necə:
Sevəndə ucadan deyilmir sözlər,
Sevən korun-korun yanır gizlicə,
Sevəndə yaqut tək od saçır gözlər.
Yoxdur bu dünyada adı öpüşün,
O, qəbrüstü yazı deyildir, axı.
Onu qızılgüllər yelpiklər, düşün:
Əridər dodaqda bir gül yarpağı.
Sevgidən zəmanət tələb edilməz,
O, qəmin, sevincin canıdır, canı.
«Mənimsən»- söyləyə bilər ki, o kəs
Əliylə parçalar qara çadranı.