Tərcüməçilərin və
tərcümələrin hüquqlarının
hüquqi mühafizəsi və
tərcüməçilərin
vəziyyətinin
yaxşılaşdırılmasının
praktik vasitələri haqqında
t ö v s i y y ə
1976-cı il noyabrın 22-də
təhsil, elm və mədəniyyət
məsələləri üzrə Birləşmiş
Millətlər Təşkilatının Nayrobidə
keçirilən on doqquzuncu sessiyasının Baş
konfransında qəbul olunmuşdur.
Sənəddə deyilir:
a) «tərcümə» ədəbi,
elmi, yaxud texniki əsərin – orijinal əsərin və ya
tərcümənin kitab halında, jurnalda, dövri
nəşrdə, yaxud hər hansı digər formada dərc
olunmaq, yaxud teatrda tamaşaya qoyulmaq, kinoda, radio
verilişlərində, televiziyada və ya hər hansı
digər vasitələrdə istifadə edilmək
üçün nəzərdə tutulmasından asılı
olmayaraq – bir dildən başqasına çevrilməsi
deməkdir;
b) «tərcüməçilər»
ədəbi, elmi, yaxud texniki əsərlərin mütərcimləri
deməkdir;
c) «istifadə edən»
tərcümənin istifadəsi üçün yerinə
yetirildiyi fiziki, yaxud hüquqi şəxs deməkdir.
Bu tövsiyyə:
a) hüquqi statusundan:
i) müstəqil
tərcüməçi kimi;
ii) maaşla işləyən
tərcüməçi kimi;
b) tərcümə edilən
əsərin aid olduğu sahədən;
c) işlərin xarakterindən (tam,
yaxud yarımçıq iş günü);
asılı olmayaraq bütün
tərcüməçilərə şamildir.
...III.
Tərcüməçilərin müəlliflik hüququna
dair Beynəlxalq konvensiyalara
və
milli qanunvericiliyə
görə istifadə
etdikləri hüquqların
praktik
mühafizəsinin təmin
olunmasına dair
t ə d b i r l ə r
4. Tərcüməçi və onun
tərcüməsindən istifadə edən arasında
yazılı saziş bağlanması arzu edilir.
5. Bir qayda olaraq,
tərcüməçi ilə istifadə edən arasında
münasibətləri müəyyənləşdirən
müqavilələrdə və lazım gəldikdə bu
qəbil münasibətləri
müəyyənləşdirən hər hansı digər
hüquqi aktda:
a) tərcüməçiyə
hüquqi statusundan asılı olmayaraq ədalətli haqq
ödəmək;
b) tərcüməçiyə,
heç olmasa, o maaşla işləyən
tərcüməçi kimi çıxış etdikdə
satışdan, yaxud tərcümənin istifadəsindən
əldə edilən vəsaitə proporsional surətdə
avans verməklə – həm göstərilən vəsaitin
miqdarından asılı olmayaraq, tərcüməçi onu
geri qaytarmalı deyil – haqq ödəmək; ya
tərcüməçiyə satışdan asılı
olmayaraq, digər mükafatlandırma – belə sistem milli
qanunvericilikdə nəzərdə tutulmuşsa, yaxud qəbul
edilmişsə, - müvafiq hesablanmış məbləğ
ödəmək; ya da proporsional haqq kafi və ya məqbul
olmadıqda ona ədalətli rekord məbləğ
ödəmək lazımdır. Müvafiq ödəmə
sistemi, müvafiq ¸lkənin mövcud sistemi və
lazım gəldikdə orijinal əsərin xarakteri
nəzərə alınmaqla seçilməlidir;
c) lazım gəldikdə,
tərcümədən istifadə müqavilə ilə
müəyyən edilmiş normaları aşdıqda
əlavə ödəmə nəzərdə tutmaq və s.