CABİR NOVRUZ
(1933-2006)
Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, gəncliyində yaradıcılıq uğurlarına görə Komsomol mükafatı laureatı olmuş Cabir Novruz Milli Məclisin deputatı kimi də xalqının təəssübkeşi olması ilə seçilmişdir. Ədəbi yaradıcılıq fəaliyytəinə 1952-ci ildə «İnqilab və mədəniyyət»də dərc olunmuş «İlk görüş» adlı şeiri ilə başlamışdır. «Bakı» qəzetində ədəbi işçi (1958-1964), «Azərbaycan» jurnalında şöbə müdiri» (1964-1967), «Ulduz» jurnalının baş redaktoru (1984-1987), «Ədəbiyyat qəzeti»nin baş redaktoru (1991-1993) olmuşdur. Azərbaycan poeziyasının gözəl nümunələrini yaratmış Cabir Novruz Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin katibi vəzifəsində də işləmişdir. Respublikanın ədəbi həyatında fəal iştirak edən şairin «Mənim muğamatım» (1959), «İnsan məhəbbəti» (1963), «İllərin ömrü» (1965), «Həyat, sən nə qəribəsən» (1971), «Bir dünyam var» (1974), «Ömür keçir karvan kimi» (1985), «Anam vardı, dünyam vardı» (1989), «Vətən əbədi qoruqdur» (1992) və s. kitablarında toplanmış şeirləri onun sənət dünyasının uğurlarından xəbər verir.
Y.İsayevin «Yaddaş məhkəməsi» (1972), R.Rojdestvenskinin «Sizin üçün yaşayıram» (1975), S.Marşakın «Yekə cib» (1976), Y.Bukovun «Səməd» (1975), O.Süleymenovun «Səhraların nəğməsi» (1983) və s. kitabları tərcümə etmişdir.