HACI HACIYEV

(1925-2008)

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuş Hacı Hacıyev həm də tərcüməçi və publisist, jurnalist kimi tanınımşdır. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra  «Azərbaycan gəncləri» qəzetində şöbə müdiri, Azərbaycan Radiosunda baş redaktor,  Uşaqgəncnəşrdə və  «Müxbir» jurnalında redaktor vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılığında  bədii tərcümə və publisistikaya üstünlük verən Hacı Hacıyevin dünya ədəbiyyatından etdiyi tərcümələri  Azərbaycan dilində tərcümə ədəbiyyatı xəzinəsinin maraqlı  nümunələri sırasına daxildir. M.Qorkinin «Qoca» pyesi onun tərcüməsində  mavi ekranda və efirdə səsləndirilmişdir.  Ədibin A.P.Çexovun «Keçmiş günlər»,  «Misir yazıçılarının hekayələri», Polşa yazıçılarının hekayə və novellarından ibarət «Karnaval» (1973) kitabı, Mövlud Muəmmərin «Ədalət yuxuda ikən» (1963), B.Yanın «Çingiz xan» (1960), E.Heminqueyin «Əlvida silah» (1961) və «Əcəl zəngi» (1986), Manuel Tuaqonun «Sabahacan, yoldaşlar», A.Rıbakovun «Arbat övladları» (1989), S.Antonovun «Cırılmış manat» (1971)   və s.  tərcümələrini xüsusi qeyd etmək olar.