VILAYƏT TAPDIQ OĞLU HACIYEV

 

1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1966-cı ildə Qzax şəhər  1 saylı orta məktəbini bitirmiş və elə həmin il də M.F.Axundov adına APDİ-nin alman dili faküültəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirəndən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir.

1973-cü ildən Azərbaycan Dillər Univesitetində (SSRİ-nin 50 illiyi adına APXDİ) işləyir. Filologiya elmləri namizədi, dosentdir. Hazırda bu universitetin Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışır.

Alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olur. 70-ci illərin əvvəllərindən başlayaraq respublika mətbuatında tərcümələri nəşr olunur. Azərbaycan oxucuları “Azərbaycan”, “Ulduz”, “Xəzər” jurnallarında, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetində V. Borxert, Z. Lents, H. Böll, S. Svayq, F. Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələrlə onun tərcüməsində tanış olmuşlar.

         1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

         Müxtəlif antologiya və toplularda çap olunan tərçümələrindən əlavə aşağıdakı tərcümə kitablarının müəllifi və ya həmmüəllifidir:

1.      Erix Maria Remark. “Zəfər tağı” (roman) – Bakı, Yazıçı, 1986.

2.      Herman Hesse. “ Yalquzaq”  (roman) – Bakı, Yazıçı,  1990.

3.      Lion Feyxtvanger. “Lautenzak qardaşları” (roman və hekayələr) - Bakı, Yazıçı, 1991.

4.      Haynrix Böll. “Seçıilmiş əsərləri”ndə  “Bir təlxəyin düşüncələri” romanı və hekayələri. Bakı, “Şərq-Qərb”,  2009.

5.      Frans Kafka. “Atama məktub”. “Azərbaycan” jurnalı, 2009, N 7.

Alman dilinə etdiyi tərcümələr:

1.      Jussif Samedoglu.  “Der kalte Stein” (“Soyuq daş”).

2.      Anar. “ Die rote Limousine” (“Qırmızı limuzin”).

3.      Rafig Taghi. “Der Verrückte“ (Divanə). (Sena Doqanla birlikdə).

Bu əsərlər Almaniyada nəşr olunan “Gruber –Müller ( Hg )   Verschlossen mit silbernem Schlüssel Literatur aus Armenien, Aserbaidschan, Georgien (1 Auflage. München- Wien ed- KAPPA, 2000) adlı topluda işıq üzü görmüşdür.