HÜSEYN ŞƏRİF
(19_9-1989)
Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqid və tərcümə problemləri ilə yaxından məşğul olan görkəmli ziyalılarımızdan biri də Hüseyn Şərifdir. Rus ədəbiyyatından onlarla tərcümələrin müəllifidir. Müxtəlif illərdə Azərbaycan Baş Mətbuat İdarəsinin rəisi, Azərbaycan KPM MK Mədəniyyət şöbəsinin müdiri, Respublika Radio Komitəsinin sədri, Azərnəşrdə Tərcümə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır.
A.N.Radişevin «Peterburqdan Moskvaya səyahət», V.T.Korolenkonun «Yurdsuz uşaqlar», İ.A.Qonçarovun «Oblomov», K.Markovun «Ata və oğul», V.A.Aksyonovun «Həmkarlar», L.Qrosmanın «Dostoyevski», A.Buninin «Povest və hekayələri»ni, İ.Yefremovun «Dumanlı Andromeda», A.Rıbakovun «Sürücülər», F.Dostoyevskinin «İdiot» və s. dilimizə tərcümə etmişdir. H.Şərif eyni zamanda tərcüməçilik sənəti ilə bağlı bir sıra nəzəri məqalələrin də müəllifidir. Bu qəbildən onun «M.Arifin tərcümə etdiyi L.Tolstoyun «Hərb və sülh» əsərinin tərcüməsi haqqında» («Kommunist», 1948, 17 iyul), «Moskvadan uzaqlarda» romanının tərcüməsi haqqında» («Ədəbiyyat qəzeti», 1952, 25 iyun), «Bədii tərcümə» («Ədəbiyyat və incəsənət», 1954, 3 aprel), «Bədii tərcümə ancaq yaradıcı olmalıdır» («Ədəbiyyat və incəsənət», 1967, 18 mart), «Bədii nəsr və tərcümə» («Azərbaycan», 1967, ¹7), M.Şoloxovun tərcümə təcrübəsindən» («Ədəbiyyat və incəsənət», 1975, 24 may) və s. məqalələrini nümunə göstərmək olar.
Əziz Şərifin tərcüməçilik fəaliyyəti haqqında Xəlilova Sevinc «Əziz Şərifin 1920-1950-ci illər tərcüməçilik fəaliyyəti» adlı namizədlik dissertasiyası müdafiə etmişdir.