MƏMMƏD RAHİM

(1907-1977)

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı, bir çox lirik poema və şeirlər müəllifi  kimi tanınmış Məmməd Rahimin «Gördüm» adlı ilk şeiri  artıq müəllifinin poetik istedadından xəbər verirdi.  1930-cu ildə artıq şairin «Arzular» adlı ilk şeirlər kitabı nəşr olundu. Bir neçə il Azərbaycan Yazıçılar İttifaqının Poeziya bölməsinə rəhbərlik etmiş şairin  bir-birinin ardınca «Partizan tüfəngi» (19_7), «Nübar» (1939), «Vətən sevgisi» (1942),  «Onu Don qucaqladı» (1943)  və s. kitabları çap olunub. Lirik mövzulara daha çox üstünlük verən şarinin «Xəzərin sahilində», «Abşeron torpağında», «Arzular gül açır», «Leninqrad göylərində» və s. kimi doğma vətənimizin gözəlliklərinə, insanlarına həsr olunmuş  əsərləri oxucuların rəğbətini qazanmışdır.  «Hüseynbala», «Natəvan» poemaları, «Xaqani» pyesi şairin yaradıcılıq uğurlarındandır.

Azərbaycanın tərcümə sənətinin inkişafında xüsusi xidmətləri olmuş M.Rahim  Nizami Gəncəvinin «Yeddi gözəl», Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsərləri, o cümlədən A.S.Puşkinin «Ruslan və Lyudmila», «Qafqaz əsiri», M.Lermantovun «Seçilmiş əsərləri», «Mıtsıri», A.Blokun «On ikilər» və s.   dilimizə tərcümə etmişdir.