NATİQ RƏSULZADƏ
(1949)
Tanımış nasir Natiq Rəsulzadə 1949-cu ildə Bakıda anadan olmuşdur. Moskvada, Qorki adına Ədəbiyyat İnstitutunun Bədii tərcümə şöbəsini bitirmiş yazıçı əsasən rus dilində yazıb yaradır. Əmək fəaliyyətinə «Azərnəşr»də korrektor kimi başlayan yazıçı sonralar C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında redaktor işləmişdir. Ədəbi yaradıcılığa 1970-ci ildə «Literaturnıy Azerobaydjan» jurnalında çap etdirdiyi «Nağıl» adlı ilk hekayəsi ilə başlamışdır. Sonralar dövri mətbuat səhifələrində povest və hekayələri ilə oxucuların rəğbətini qazanmış yazıçı onlarla maraqlı kitabların da müəllifidir. Onun rus dilində «Kartinki detstva» (1978), «Svetlıe sumerki» (1978), «Dojd v prazdinik» (1981), «Vsadnik v noçi» (1983), «Doroqi pod zvezdami» (1986), «Sredi prizrakov» (1988), «Zametki samoubiyüa» (1990), «Qod lyubvi» (1991) və s. kitabları rus dillində yazılımış bədii ədəbiyyatımızın maraqlı hadisələrindəndir. Müəllifin Moskvada nəşr olunmuş «Malçik na kone» 75 tirajla, «Risuyu ptisu» isə 65 min tirajla nəşr olunmuşdur. Natiq Rəsulzadə eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan ədəbiyyatının bir sıra nümunələrini rusdilli oxuculara təqdim etmişdir.