Vilayət Hacıyev,
filologiya elmləri namizədi,
dosent
Alman-Azərbaycan
ədəbi əlaqələri haqqında qısa
xülasə
Müxtəlif dillərdə danışan xalqlar
arasındakı ədəbi-mədəni
əlaqələrin dəqiq tarixini,
köklərini müəyyənləşdirmək
çətindir. Biz
uzaqbaşı üzdə,
əldə olan materiallar
əsasında
nəyinsə nə
vaxtsa kiməsə məlum
olduğu haqda fikir yürüdə bilərik. Lakin ədəbi-mədəni əlaqələrin yaranma
tarixində bəzən
elə məqamlara, elə
paralellərə rast
gəlmək olur ki, onlar
heç vaxt
üzdə olmur,
onların heç tarixi də,
qarşılıqlı təsiri də konkret olmur. Bu baxımdan Alman-Azərbaycan ədəbi-mədəni əlaqələrinin köklərini, tarixini də
müəyyənləşdirmək çətindir,
lakin bütün bunlarla bərabər demək olar ki, bu köklər çox dərindir,
bizə məlum olan
mənbələrdən çox-çox
əvvəldir. Alman-Azərbaycan ədəbi əlaqələrini
tədqiq edən
alimlərimizin bu
sahədəki bilgilərinə
əsasən demək olar ki,
alman oxucusu Azərbaycan
haqqında ilk məlumatı Adam Oleraiusun bu yerlərə XVII əsrin
əvvəllərində
etdiyi
səyahətdən
sonra alıb. Yeri gəlmişkən, Alman-Azərbaycan ədəbi-mədəni əlaqələri haqqında görkəmli
ədəbiyyatşünaslarımızdan Ə. Sultanlı, Ə. Ağayev,
M. Rəfili, C. Cəfərov, N. Ağazadə, Ə.
İsmayılov çox
qiymətli fikirlər söyləsələr də,
həmin əlaqələri
müxtəlif aspektlərdə
Aqil Ağayev ( “Nizami alman
dilində” Bakı, Gənclik, 1992) H. Arzulu (“Alman klassik
poeziyasının azərbaycan
dilinə
tərcüməsinin
nəzəri və praktik prinsipləri” Bakı, Elm, 2003), Flora Əlimirzəyeva-Mustafayeva
(“Kitabi Dədə- Qorqud dastanının alman dilinə
tərcümə sənətkarlığı” Bakı,
“Ozan”, 1999), Akif Bayramov (“Mirzə Şəfi Vazehin ədəbi irsi “Bakı, Yazıçı,
1980) geniş araşdırmışlar.
Bu
mənbələrə
istinadən onu da
demək olar ki, almaniyalı
təbiətşünas
alim Enqelberq Kemfer
və yazıçı
Samuel Qotlib də istər yerüstü-yeraltı,
istərsə də mənəvi-ruhani sərvətləri ilə Qərbi həmişə
özünə çəkən
bu əsrarəngiz
yerlərdə olublar, Azərbaycan xalqının
qədim və zəngin tarixi, gözəl
adət-ənənələri, xüsusilə də qonaqpərvərliyi haqqında ağız dolusu danışmışlar. Düzdür,
dahi Azərbaycan şairi
Nizaminin adı A.Oleraisin “Moskva və İrana səyahətin geniş təsviri”
(1663) kitabında çəkilsə də, əlaqələrin konkret
tarixi yenə də yuxarıda adları çəkilən tədqiqatçıların dediklərinə
əsaslanaraq XIX əsrin
əvvəllərində, daha
doğrusu məşhur alman şərqşünas
alimi və diplomatı Yozef Fon
Hammer Purqştalın (1774-1886)
1881-ci ildə çap
etdirdiyi “Çeschichte der
schönen Redekünste Persiens” kitabı ilə başlayır, desək səhv
etmərik. Düzdür, burada
Nizami alman oxucusuna
fars şairi kimi
təqdim olunur və
ondan əlavə digər
Azərbaycan şairləri Əbül-Üla
Gəncəvinin, Fələki Şirvaninin, Marağalı
Əhvədinin, Zülfüqar Şirvaninin də haqqında bəhs edilir, ancaq
hər halda bunu alman
oxucusunun Azərbaycan ədəbiyyatı ilə ilk və ətraflı
tanışlığı hesab etmək olar. Alman
şairi Fridrix Fon
Bedenştettin Mirzə Şəfi Vazehin şerlərini alman
dilinə tərcümə etməsini və məhz bu tərcümələrdən
sonra Azərbaycan
şairinin Qərbdə (M.
Şəfi Şərqdə yaxşı tanınırdı)
şöhrətlənməsini də bu ədəbi
əlaqələrin, bütün mübahisəli
cəhətlərinə
baxmayaraq, parlaq səhifələrindən hesab etmək olar.
Azərbaycan ədəbiyyatının, eyni zamanda Azərbaycanın mənəvi-ruhani dünyasının incisi hesab olunan “Kitabi- Dədə
Qorqud” dastanının,
eləcə də şifahi
ədəbiyyatımızın, folklorumuzun digər
nümunələrinin alman dilinə
çevrilməsi XIX əsrə təsadüf edir. 1815-ci
ildə H.F. Von Dits “Kitabi-Dədə Qorqud”un VIII boyunu, 1992-ci ildəsə Y. Kunoş “Şah İsmayıl və Gülzar xanım”, “Aşıq
Qərib”, “Tahir və Zöhrə” dastanlarını alman oxucusuna
çatdırmışlar.
Maraqlıdır ki, bu söz
inciləri sonralar da
alman şair-filosoflarının,
tərcüməçilərinin diqqətini cəlb etmiş, XX əsrdə onların tərcüməsinə
yenidən
qayıdılmışdır. Məsələn,
şərqşünas alim G. Hayn 1958-ci ildə
“Kitabi-Dədə Qorqud”u tam
şəkildə alman dilinə tərcümə edərək nəfis
şəkildə çap
etdirmişdir. 1995-ci ildə
isə Azərbaycan ədəbiyyatının Almaniyada yayılmasında əvəzsiz xidmətləri olan
H. Əhməd Şmide dastanı yenidən alman dilinə tərcümə
etdirmişdir. 1975 və 1977-ci
illərdə alman
dilində nəşr olunan 2
cildlik Azərbaycan
nağıllarının tərcüməçisi
də H. Ə. Şmide olmuşdur.
Eləcə də Hans
Fişer 1929-cu ildə J. Kunoşun
tərcüməsini
bəyənmədiyi üçün “Şah İsmayıl və
Gülzar xanım” dastanının
bütöv
şəkildə alman
dilinə yenidən tərcümə edərək, ona təxminən 60 səhifə həcmində elmi təhlil də
vermişdir.
Ümumiyyətlə XX
əsrdə alman oxucusunda Azərbaycan ədəbiyyatına
maraq böyük olmuşdur.
Klassiklərimizdən
M.F.Axundovun məşhur
“Müsyö Jordan və dərviş Məstəli şah” komediyası
hələ 1852-ci ildə alman
dilinə tərcümə olunmuşdu, lakin XX əsrin
əvvəllərində alman
alim-şərqşünaslarının onun komediyalarına marağı
təzədən artır. Q.
Yakob və T. Mendel kimi
alim-tərcüməçilər Axundovun
komediyalarına yenidən
müraciət edərək onların elmi təhlilini
də verməyə çalışmışlar.
Azərbaycan ədəbiyyatı
nümunələrinin alman
dilinə tərcüməsi XX
əsrin 50-ci illərindən daha da intensivləşmişdir.
Ədəbiyyatımızın o dövr üçün orta
nəsli hesab olunan M.
Hüseyn, S. Vurğun, M. İbrahimovun bir neçə əsəri ilə
bərabər 60-cı illərin
nümayəndələri hesab
olunan Anarın, Elçinin, M.
İbrahimbəyovun əsərlərinin alman dilinə bir neçə
dəfə
tərcümə
olunması bunu bir daha
sübut edir. Məsələn, Anarın
“Beşmərtəbəli evin
altıncı mərtəbəsi” romanı sabiq Almaniya Demokratik Respublikasında “Der Lift fahrt vorbei”
adı ilə 1982-ci ildə
Berlinin “Volk und Welt” nəşriyyatında rus dilindən
tərcümədə
nəşr olunandan sonra, 1989-cu
ildə Frankfurt Maynın “Dağyeli”
nəşriyyatında
Azərbaycan dilindən
birbaşa
tərcümədə
çap olunmuşdur.
Elçinin “Mahmud və
Məryəm” “Ağ dəvə”,
Ç. Hüseynovun “Məhəmməd, Məmməd,
Məmiş”, M.
İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”
romanları da alman oxucuları arasında uğur qazanmışdır. Bu
əsərlər haqqında “Kommune” (4.1990),
Literatur-Report” (N 36, Dezember
1989), Allgemeine Zeitunq (3 Februar 1990) Tages-Anzeiger (20 Yanvar
1990), Neue Zürcher Zeitung (7-8 April 1990), Gosslariche Zeitung (5 April
1990), Die Welt (24 Juni 1989) və s. kimi
qəzet-jurnallarda
gedən məlumatlar, resenziyalar və məqalələr də bunu bir daha təsdiq edir.
Azərbaycan
ədəbiyyatının alman
oxucusuna geniş spektrdə
təqdim olunması
baxımından iki kitabı
xüsusi qeyd etmək lazımdır. Bunlardan birincisi “Der Cranatapfelbaum Moderne aserbaidschanische
Erzählungen” adlanır və
1961-ci ildə sabiq ADR-də
Berlinin “Volk und Welt”
nəşriyyatında
çapdan
çıxmışdır.
Kitabda Sabir
Əhmədovun, Ə. Əylislinin, Anarın, İlyas
Əfəndiyevin, Elçinin, İsa Hüseynovun və
digər XX əsr
Azərbaycan
ədəbiyyatı nümayəndələrinin hekayələri çap olunmuşdur.
İkinci kitab isə “Verschlossen mit
silbernem Schlüssel” (“Gümüş
açarla bağlanmış”) adlanır və 2000-ci ildə
Avstriyada nəşr
olunmuşdur. Cənubi Qafqaz respublikalarının ədəbiyyatına həsr olunmuş bu kitabda hər
respublikanın ədəbiyyatına, o cümlədən Azərbaycan ədəbiyyatına 100 səhifə ayrılmışdır.
Bölməyə qısa,
lakin tutumlu
önsözündən sonra “Kitabi-Dədə Qorqud”dan başlayaraq bugünkü gənc nəslə
qədər Nəsimi, S.
Vurğun, R.Rza kimi tanınmış Azərbaycan şairlərinin, C. Məmmədquluzadə,
Anar, Y. Səmədoğlu, S. Azəri kimi nasirlərin
yaradıcılığından nümunələr verilmişdir.
Alman ədəbiyyatının Azərbaycan
dilinə tərcüməsi isə məlum mənbələrə
əsasən XIX əsrin sonlarından başlayır və
Azərbaycan oxucusuna təqdim olunan ilk alman müəllifi Fridrix Şiller olmuşdur.
Ünsizadə adlı bir
şəxs onun “Məkr və
məhəbbət” faciəsini “Xadə və eşq” adı
ilə “Kəşkül”
qəzetində çap etdirmişdir. Əsrin əvvəllərində dahi
Qötenin “Faust” əsərindən ayrı-ayrı
parçaların tərcüməsi nəzərə
alınmazsa, deyə
bilərik ki, alman
ədəbiyyatının
Azərbaycan dilinə tərcüməsi XX əsrin
30-cu illərindən başlanmışdır. Məhz
bu illərdə A. Zegersin
“Balıqçıların
üsyanı”, B. Kellermanın “9 noyabr”, E. M. Remarkın
“Qərb cəbhəsində təbəddülat yoxdur”
romanları Azərbaycan
dilinə tərcümə
olunmuşdur. 30-40-cı
illərin dövrü
mətbuatında o dövrün ideologiyasına
uyğun olaraq alman
inqilabçı-demokratları kimi təqdim olunan Q.
Herweqin, Q. Veertin şerlərinə
də rast gəlmək olur. Lakin bütün bunlarla
bərabər tərəddüd
etmədən demək olar ki, Azərbaycan oxucusu
ölkəsinin Sovet
İttifaqının
tərkibində
olduğu 70 il ərzində ən çox alman ədəbiyyatının klassiklərini - Qöteni,
Şilleri, Hayneni tanınmışdır. Uzaqbaşı bu siyahıya o dövrün idealogiyasına uyğun olaraq sosializm realizmi üslubunda yazan A. Zeqersi, B. Brexti də əlavə etmək olar.
Onu da qeyd etmək lazımdır ki, bu
tərcümələrin
hamısı
Azərbaycanda xarici dil bilən
peşəkar
tərcüməçilərin olmadığı üçün rus
dilindən olunurdu. Əslində burda peşəkar tərcüməçilərə ehtiyac da
yox idi, çünki bütün sahələrdə olduğu kimi ədəbiyyatda
hər bir şey
Moskvanın “razılığı” ilə olurdu. Daha doğrusu, yalnız “Moskva
senzurası”ndan keçən
alman
müəllifləri
Azərbaycan
ədəbiyyatına
yol tapa bilərdi. Yalnız 70-ci illərdən sonra Azərbaycanda orijinaldan
tərcümə sənətinə xüsusi diqqət
yetirilməyə
başladı və dövrü mətbuatda
klassiklər, ADR
yazıçıları ilə bərabər Haynrix Böll, Ziqfrid Gents, V. Borxert
kimi Qərbi Almaniya yazıçılarının adları
da görünməyə
başladı. Ümumiyyətlə, 70-80-ci illəri alman dilindən Azərbaycan dilinə birbaşa
tərcümə
fəaliyyətinin ən yüksək dövrü hesab etmək olar.
S.Sveygin “Novellalar”ı (tərcümə edənlər
Z.Məmmədov, H.Arzulu), E. M. Remarkın “Zəfər tağı” (tərcümə
edəni V. Hacıyev), H. Hessenin “Yalquzaq” (tərcümə
edəni V. Hacıyev), J. Feyxtvangerin “Lautenzak qardaşları”
(tərcümə edəni V. Hacıyev), F. Kafkanın
“Qəsr” (tərcümə edəni Ç. Qurbanlı)
romanları Azərbaycan
dilinə məhz həmin
dövrdə tərcümə olunmuşdur. Bu illərdə,
rus dilindən olunsa da, E.T.A.
Hofmanın romantik nağılları, S. Hüseynovanın H.
Böllün “O illərin çörəyi” povesti isə
Ə. Əylislinin
tərcüməsində
böyük uğur qazandı.
Son illərdə H. Arzulunun, Ə.
Şirvanlının, Y. Savalanın, Ə. Qubatovun alman dilindən
tərcüməsində H. Haynenin, J. V. Qötenin, F.
Şillerin şer kitabları
Alman- Azərbaycan ədəbi
əlaqələrinə çox gözəl töhfə hesab
oluna bilər.
Əlbəttə, qısa bir xülasədə
Alman-Azərbaycan ədəbi-mədəni əlaqələrinin bütün spektrlərini
əhatə etmək mümkün
deyil. Xüsusən bu
əlaqələrin XX əsrin
60-70-ci il dövrünün ətraflı tədqiqinə böyük ehtiyac duyulmaqdadır.