Heydər
Orucov,
AZƏRBAYCAN DİLİNDƏN
RUS DİLİNƏ (VƏ ƏKSİNƏ) TƏRCÜMƏ
TARİXİ HAQQINDA
Azərbaycanda belə münbit
şərait XIX əsrin 30-cu illərində
yaranmışdır. Rus dilindən Azərbaycan, Azərbaycan
dilindən rus dilinə ilk poetik tərcümələr məhz
bu dövrə aiddir.
Rus dilindən Azərbaycan dilinə
tərcümənin əsasını Abbasqulu Ağa
Bakıxanov, Azərbaycan dilindən rus dilinə tərcümənin
əsasını isə Mirzə Fətəli Axundov qoyub desək,
yanılmarıq. Məlum olduğu kimi, 1834-cü ildə
A.Bakıxanov hərbi qulluqdan uzaqlaşaraq Azərbaycana
qayıdır və ədəbi yaradıcılıqla məşğul
olmağa başlayır. O, 30-cu illərin ikinci
yarısında İ.A.Krılovun «Eşşək və
bülbül» təmsiilini tərcümə edir və bununla
da rus dilindən Azərbaycan dilinə tərcümənin əsasını
qoyur. Bundan bir qədər sonra rus dilindən tərcümə
işi ilə Mirzə Şəfi Vazeh məşğul
olmağa başlayır. Onun tərcümələrindən
yalnız A.Veltman yaradıcılığından etdiyi bir
şer tərcüməsi qalmışdır.
Azərbaycan
dilindən rus dilinə tərcümənin tarixi isə daha dəqiqdir.
1837-ci ildə M.F.Axundov «Puşkinin ölümünə»
elegiya-poema yazmış və dərhal onu rus dilinə
çevirmişdir. Həmin ilin mayında bu tərcümə
«Ìîñêîâñêèé íàáëþäàòåëü» curnalında
dərc olunmuşdur. Bununla da M.F.Axundov nəinki Azərbaycan
dilindən rus dilinə tərcümənin, həm də
müəllif tərcüməsinin əsasını
qoymuşdur.
1840-cı
ildə İ.Şopen «Koroğlu» eposundan bir hissənin tərcüməsini
«Ìàÿê ñîâðåìåííîãî ïðîñâåùåíèÿ è îáðàçîâàííîñòè»
curnalında «Koroğlu tatar əfsanəsidir» adı ilə dərc
etdirmişdir. 1842-ci ildə O.Senkovski «Áèáëèîòåêà äëÿ ÷òåíèÿ» curnalında
«Koroğlu» eposunun bir hissəsini dərc etdirmişdir.
Dastanı rus dilinə tam şəkildə S.Penn tərcümə
etmiş və həmin tərcümə 1856-cı ildə nəşr
olunmuşdur. Təxminən həmin illərdə bir sıra
xalq mahnılarımız rus dilinə çevrilmişdir.
Doğrudur, bu tərcümələr sətri tərcümə
olmuşdur.
50-ci
illərin birinci yarısında M.F.Axundov dramaturgiya ilə məşğul
olmağa başlayır, ölməz komediyalarını
yaradır və onları rus dilinə tərcümə edir.
Bu tərcümələr «Êàôêàç» qəzetində
dərc olunur, sonra isə ayrıca kitab kimi nəşr edilir.
1846-cı
ildə Y.P.Polonski A.Bakıxanovun bir şerini tərcümə
edərək onu «Tatar nəğməsi»
adlandırmışdır ki, bu da rus tərcüməçilərinin
Azərbaycan ədəbiyyatına marağından xəbər
verir.
1894-cü
ildə çoxsaylı Azərbaycan bayatıları ilk dəfə
rus dilinə çevrilmişdir.
XIX əsrin ikinci yarısında Zaqafqaziyanın mədəni
mərkəzi olan Tiflisdə mətbuat orqanlarının
sayı artır, Bakıda da əvvəl rus dilində, 70-ci
illərin ikinci yarısında isə Azərbaycan dilində mətbuat
orqanları yaranır və bütün bunlar həm yerli dillərdən
(o cümlədən Azərbaycan dilindən) rus dilinə, həm
də Azərbaycan dilinə tərcümələrə tələbat
yaratmışdır. Məsələn, «Kəşkül»
(1883-cü ildən çıxmağa başlayıb) qəzetində
A.S.Puşkin, M.Y.Lermantov, İ.S.Turgenev,
M.E.Saltıkov-Şedrin və başqalarının
yaraıdıcılığından tərcümələr
dərc olunmuşdur.
1882-ci ildə «Vətən dili» dərsliyi nəşr
olunmuş və dərsliyə L.N.Tolstoyun hekayələrinin tərcüməsi
daxil edilmişdir ki, bu da həmin dövrdə tərcümələrin
maarifçilik məqsədilə yerinə yetirildiyini göstərir.
Təsadüfi deyil ki, rus dilindən Azərbaycan dilinə bu məqsədlə
edilən ilk tərcümələr sırasında
İ.A.Krılovun (tərcümə edənlər Mirzə
İsmayıl Axundov, Xan Qaradağlı, Firudin bəy
Köçərli), L.N.Tolstoyun «İlk araqçəkən»
(tərcüməçi S.Qənizadə) və
«Tütünün və şərabın zərəri
haqqında» (tərcüməçi F.Köçərli),
N.V.Qoqolun «Müfəttiş» (tərcüməçi N.Nərimanov),
A.S.Puşkinin (tərcüməçilər M.Əfəndiyev,
F.Köçərli), M.Y.Lermontovun (tərcüməçilər
A.B.Cavanşir, A.A.Adıgözəlov) əsərləri
olmuşdur. XIX əsrin əvvəllərində bu tendensiya
daha da güclənmişdir. A.N.Pleşeyevin, İ.S.Nikitinin,
V.Bryusovun, A.İ.Kuprinin və başqalarının əsərlərinin
tərcümələri bu dövrdə meydana gəlmişdir.
Həmin illərdə istedadlı tərcüməçi
Abbas Səhhət tərcümə fəaliyyətinə
başlayır və Krılov, Puşkin, Lermontov, Kolsov,
Mixaylov, Çexov, Nekrasov, Fet və bir çox
başqalarının əsərlərini dilimizə
çevirir.
Azərbaycan ədəbiyyatından rus dilinə və
rus ədəbiyyatından Azərbaycan dilinə tərcümə
prosesi sovet hakimiyyəti illərində xüsusilə intensivləşir.
XX əsrin 20-ci illərində və 30-cu illərin birinci
yarısında əksər tərcümələr
ayrı-ayrı tərcüməçilərin öz təşəbbüsü
ilə edilirdi. 30-cu illərin ikinci yarısından isə bu
iş planlı xarakter alır: müəyyən yubiley tarixləri
ilə əlaqədar rus ədəbiyyatının daha
çox tanınmış nümayəndələrinin əsərlərinin
Azərbaycan dilinə tərcümələri
hazırlanır. Məsələn, A.S.Puşkinin
ölümünün yüz illiyi ilə əlaqədar
şairin seçilmiş əsərlərinin 3 cildliyi Azərbaycan
dilində nəşr olunur. 1939-cu ildə həm folklor
nümunələrinin, həm də klassik və müasir Azərbaycan
yazılı ədəbiyyatı nümunələrinin daxil
edildiyi «Azərbaycan poeziyası antalogiyası» rus dilində nəşr
olunur. «Antalogiya»ya daxil olunan şerlər bir qrup Moskva şairləri
(V.Luqovskoy, P.Antakolski, K.Simonov, E.Dolmatevski, P.Pançenko,
V.Dercavin, A.Adalis, M.Aliqer və başqaları) tərəfindən
tərcümə olunmuşdur. Bu tərcüməçilərin
çoxunun sonrakı tərcüməçilik fəaliyyəti
məhz Azərbaycan ədəbiyyatı ilə bağlı
olmuşdur. Belə ki, sonrakı illərdə A.Adalis,
P.Pançenko, P.Antakolski və başqaları Azərbaycan
poeziyasından çoxlu tərcümələr etmişlər.
Lakin bütün bu tərcümələr sətri tərcümənin
köməyi ilə edilmişdir. Amma rus dilindən Azərbaycan
dilinə tərcümələr ilk vaxtlardan başlayaraq bilavasitə
oricinaldan edilmişdir.
Əgər XIX əsrin sonlarında və XX əsrin əvvəllərində
rus yazıçı və şairlərinin ayrı-ayrı əsərləri
tərcümə olunurdusa, sovet hakimiyyəti illərində həm
rus ədəbiyyatı klassiklərinin (N.V.Qoqol, M.Y.Lermontov,
L.Tolstoy, F.M.Dostayevski, A.P.Çexov və başqaları), həm
də müasir rus yazıçılarının
(V.V.Mayakovski, M.A.Şoloxov, A.A.Fadayev və bir çox
başqaları) əsərləri Azərbaycan dilinə
çevrilmişdir. Bütün bunlar isə Azərbaycan
oxucusunun məşhur rus yazıçı və şairlərinin
əksəriyyətinin əsərləri ilə tanış
olmasına imkan yaratmışdır.
Rus ədəbiyyatı nümunələrinin Azərbaycan
dilinə tərcüməsi işinə M.Arif, Ə.Şərif,
M.Rəfili, C.Xəndan və s. kimi görkəmli alim və ədəbiyyatşünaslar
böyük töhfə vermişlər.
Azərbaycan şair və
yazıçılarının əksəriyyəti tərcümə
işinə xüsusi əhəmiyyət vermiş, hər biri
mənən və üslub cəhətdən özünə
yaxın olan ədiblərin əsərlərini tərcümə
etmişdir. Tərcüməyə blə münasibətin nəticəsidir
ki, A.S.Puşkinin «Yevgeni Onegin» poemasının Səməd
Vurğun tərəfindən tərcüməsi Azərbaycan
tərcümə sənətinin klassik nümunəsinə
çevrilmişdir.
Əliağa Kürçaylının S.Yesenindən, Rəsul
Rzanın V.Mayakovskidən etdiyi tərcümələr poetik tərcümənin
ən yaxşı nümunələri sayılır.
40-50-ci illərdə Azərbaycan ədəbiyyatı
nümunələri də rus dilinə intensiv tərcümə
olunur. Bu illərdə Nizami Gəncəvinin, müasir Azərbaycan
şair və yazıçılarının (S.Vurğun,
S.Rüstəm, M.İbrahimov, Əbülhəsən və s.)
əsərləri ayrıca kitab şəklində rus dilində
nəşr olunur.
50-ci
illərin ortalarından Azərbaycan ədəbiyyatının
rus dilinə tərcüməsi işində yeni mərhələ
başlanır. Azərbaycan poeziyasının rus dilinə tərcüməsi
işinə böyük töhfə vermiş tərcüməçi
Vladimir Kafarov Azərbaycan ədəbiyyatına məhz bu
dövrdə gəlir. O, demək olar ki, 50 illik tərcüməçilik
fəaliyyəti dövründə rusdilli oxucuya Azərbaycan ədəbiyatının
ən əhəmiyyətli nümunələrini yüksək
səviyyədə təqdim etmişdir. Onun tərcümələrindən
ibarət Azərbaycan bayatıları topluları («Áàÿòû», Á.:1960; «Ëàðåö æåì÷óæèí», Ì.: «Áàÿòû-ïåñíè», Á.: 1978 è äð.), Azərbaycan
aşıqlarının şerlərinin nəşri (Àøóã Àëåñêåð. «Àøóã – ýòî çíà÷èò âëþáëåííûé», 1972; «ß àøûã – ëþáëþ òåáÿ», 1984; aşıq şeirlərindən
ibarət dörd toplu, 1984 və s.), Məhsəti Gəncəvinin
rübailərinin hər dəfə yeni formada təqdim edilən
üç nəşri, S.Vurğunun şeirləri və «Komsomol
poeması», Süleyman Rüstəmin və Əliağa
Kürçaylının hərəsinin üç şerilər
toplusu (hamısı Moskvada nəşr olunub), Azərbaycan xalq
mahnıları, ayrı-ayrı dastanlar, «Dədə Qorqud»
dastanının iki boyu, Azərbaycan ədəbiyyatının
klassiklərinin (M.Füzuli, M.P.Vaqif) və müasir
yazıçı və şairlərin (M.Müşfiq, R.Rza,
B.Vahabzadə və s) şeirləri Bakıda və Moskvada
ayrıca kitab şəklində nəşr olunmuşdur.
Vladimir Kafarov Aərbaycanın yeganə şair-tərcüməçisidir
ki, yaradıcılığı iki dəfə SSRİ
Yazıçılar İttifaqında müzakirə
olunmuş («Ëàðåö æåì÷óæèí» kitabı
1969-cu ildə və «ß àøûã – ëþáëþ òåáÿ» kitabı 1985-ci ildə) və yüksək
qiymət almışdır. Azərbaycan dilindən rus dilinə
tərcümə işində V.Kafarovun iştrakının
özü tərcümələrin keyfiyyətinə
xüsusi müsbət təsir göstərmişdir. O bu sahədə
həmişə öndə getmiş, digərləri də
ona çatmağa çalışmışlar. Artıq
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində
Azərbaycan ədəbiyyatı nümunələrini rus dilinə
bilavasitə oricinaldan çevirən tərcüməçilər
nəsli yetişmişdir. Onların sırasında tərcümə
sənəti ustalarından Siyavuş Məmmədzadənin,
Mansur Vəkilovun və başqalarının adlarını
çəkmək olar. Bakılı rus şairləri məhz
bu dövrdən Azərbaycan ədəbiyyatı nümunələrini
rus dilinə intensiv tərcümə etməyə
başlamışlar. Onların əksəriyyəti Azərbaycan
dilini müəyyən dərəcədə bilir, Bakıda
yaşadıqları üçün mütəxəssislərlə
birbaşa məsləhətləşmək imkanı
qazanır və tərcüməni daha yaxşı mənimsəməyə
nail olurdular. Belələrindən İ.Oratovski, A.Plavnik,
V.Portnov, N.Xatunsev, A.Xaldeyev, İ.Dadaşidze, A.Qriç və
başqalarının adını çəkmək olar.
Ötən əsrin 90-cı illərinin birinci
yarısında Azərbaycan ədəbiyyatı nümunələrinin
rus dilinə və əksinə tərcüməsi sahəsində
müəyyən tənəzzül dövrü mühahidə
olunmuşdur ki, bu da planlı təsərrüfatın ləğvi
və nəşr sifarişlərinin olmamaması ilə
bağlıdır. Lakin artıq XX əsrin sonu və XXI əsrin
əvvəllərində vəziyyət düzəlir. Tərcüməçilər
sifarişlə deyil, öz seçimlərinə uyğun
olaraq tərcümələr edirlər. Azərbaycan dilinə
tərcümə ilə məşğul olanlar əsasən
sovet hakimiyyəti illərində nəşr olunmayan əsərlərə
müraciət edirlər. Belə ki, M.Bulqakov («Ìàñòåð è Ìàðãàðèòà»), A.Platonov və
başqalarının əsərləri tərcümə və
nəşr olunur.
Azərbaycan Respublikası prezidentinin uğurlu siyasəti
nəticəsində hazırda əvvəlki illərdə
buraxılmış tərcümə əsərlərinin, o
cümlədən rus dilindən edilmiş tərcümələrin
latın qrafikası ilə yenidən nəşri işi
başa çatır. Hazırda «Dünya ədəbiyyatı
kitabxanası»nın tərcüməsi (kitabın
üçdə birini rus dilindən tərcümələr təşkil
edir) və nəşri üzərində iş gedir. Bu nəşrə
indiyə qədər Azərbaycan tərcüməçilərinin
diqqət yetirmədikləri müəlliflərin də əsərləri
daxil olunacaqdır.