«Dünya
ədəbiyyatı»
dərgisi
Əsası 2004-cü ildə
qoyulmuşdur.
Yaradıcısı: Səlim Babullaoğlu
Azərbaycan Yazıçılar
Birliyi
Məqsədi:
·
Dünya
ədəbiyyatı nümunələrinin, eləcə də
tərcümə praktikası və nəzəriyyəsi
haqqında araşdırmaların Azərbaycan dilinə
tərcüməsi;
Yaradıcı
heyəti:
Əsasən gənc və orta
nəsil tərcüməçilərinin
yaradıcılığından bəhrələnməyə
meyllidir. Daha çox orijinaldan tərcümələrə
üstünlük verir.
2004-cü ildən bəri hər il
bir sayı işıq üzü görmüşdür.
2005-ci ildən qısa adı «DƏB» olan kiçik formatlı kitab seriyası nəşr olunur. Bu seriyadan 9 kitab
buraxılmışdır :
Patrik Züskind. «Kontrabas» (Mono-pyes və iki hekayə).
Milorad Paviç. «Xəzər sözlüyü» (roman-leksikonunun jurnal
variantı).
«Çağdaş gürcü və özbək
ədəbiyyatlarından seçmələr».
Orxan Vəli. «Bütün şeirləri».
«Türk qadın şeiri antologiyası».
Çeslav Miloş. «Avropanın uşağı» (şeirlər və
esselər toplusu). «Terror və ədəbiyyyat toplusu».
Orxan Pamuk. «Qar» (roman).
Fazil
Hüsnü Dağlarca. «Sivaslı qarışqa» (şeirlər toplusu).
«Dünya ədəbiyyatı»
dərgisi yalnız dünya bədii nümunələrinin
Azərbaycan dilinə çevrilməsi ilə deyil, həm
də çağdaş
Azərbaycan ədəbiyyatı nümunələrinin
dünya dillərinə tərcüməsi sahəsində
də müəyyən işlər görmüşdür.
35 azərbaycanlı müəllifin irili xırdalı və
müxtəlif janrlı əsərləri gürcü,
özbək və rus dillərinə çevrilmiş,
nəşr olunmuş və yaxud da ki, elektron versiyaları
hazırlanmışdır (məsələn,
Gürcüstanın «Alternativa» ədəbiyyat
dərgisində, Özbəkistanın «Cahan
ədəbiyyatı» jurnallarında).
«Dünya ədəbiyyatı»
jurnalının dəstəyi və tərtibçiliyi
ilə ingilis dilində «Azərbaycan nəsri antologiyası»,
rus dilində isə «Drujba narodov» jurnalının Azərbaycan
ədəbiyyatına həsr olunmuş xüsusi sayı
nəşr olunmuşdur.
2007-ci ildə
gürcü dilində «Azərbaycan şeiri antologiyası»
nəşr olunmuşdur.
Varşavada
nəşr olunmuş
«Qırmızı limuzin: Azərbaycan
hekayələrindən seçmələr» kitabı da
«Dünya ədəbiyyatı» jurnalının uğurlu
layihələrindəndir ki, kitaba 15 Azərbaycan nasirinin
hekayələri daxil edilmişdir.
Bütün bu işlərlə
yanaşı «Dünya ədəbiyyatı» dərgisi
«Qloballaşma və ədəbiyyat» mövzusunda beynəlxalq
konfrans təşkil etmiş, həmin konfransda gənc
gürcü və özbək
ədəbiyyatçılarının iştirakını
təmin etmişdir.
Dərgi indiyədək bir çox
beynəlxalq poeziya festivalları (Rotterdam və Sileziya)
əlaqə yaratmış, festivallara bizim
müəlliflərin əsərlərinin
göndərilməsinə, eləcə də onların
həmin festivallara dəvət olunmasına müvəffəq
olmuşdur.