Azərbaycan Dillər Universiteti
Bu layihənin həyata keçiriliməsində xüsusi rolu olan Azərbaycan Dillər Universitetinin (ADU) 4000-dən çox bakalavr, 900-dən çox magistr tələbəsi var. Universitetdə 700-dən çox müəllim çalışır.
Universitet YUNESCO-nun maliyyə dəstəyi ilə yaradılmış Tərcüməşünaslıq və Mədəniyyətlərarası Ünsiyyət üzrə YUNESKO kafedrası vasitəsilə YUNESCO ilə sıx əməkdaşlıq edir, eyni zamanda ölkədə tərcüməşünaslıq işinə öz layiqli töhfəsini verir.
ADU yarandığı gündən peşəkar tərcüməçilərin hazırlığı məsəsləsinə xüsusi diqqət yetirir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Universitet tərcüməçi kadrların hazirlığı məsəsləsinə diqqəti daha da artırmışdır. Hazırda universitetdə tərcümə fakültəsi fəaliyyət göstərir.
Peşəkar tərcüməçilərin hazırlanmasında universitetin Tərcümə fakültəsinin rolu böyükdür.
Tərcümə fakültəsi aşağıdakı istiqamətlərdə bakalavr təhsili verir.
a) İngilis-Azərbaycan/Rus
b) Fransız-Azərbaycan/Rus
c) Alman-Azərbaycan/Rus
d) İtalyan-Azərbaycan/Rus
e) İspan-Azərbaycan/Rus
f) Koreya-Azərbaycan/Rus
Tərcümə fakültəsində 500-ə qədər tələbə təhsil alır.
Fakültənin tədris proqramlarını aşağıdakı depatamentlər hazırlayır:
a)
Praktik və nəzəri tərcümə
departmenti
b) İngilis dili departamenti
c) Fransız dili departamenti
d) Alman dili
departamenti
e) İspan dili
departamenti
f) Koreya dili
departamenti
Tərcümə fakültəsinin Almaniya Akademik Mübadilə Proqramı, Torontodakı York universiteti (Kanada), İspaniya Xarici İşlər Nazirliyi ilə sıx əlaqələri var.
Universitetin Tərcüməşünaslıq və Mədəniyyətlərarası Ünsiyyət üzrə YUNESKO kafedrası tərcümə fakültəsi ilə YUNESCO arasında mühüm vasitədir.
***
Tərcüməşünaslıq
və Mədəniyyətlərarası
Ünsiyyət üzrə YUNESKO kafedrası
Tərcüməşünaslıq və Mədəniyyətlərarası Ünsiyyət üzrə YUNESKO kafedrası 2000-ci il mayın 5-də yaradılmışdır. Kafedra 1999-cu ildə Bakıda YUNESKO-nun himayəsi altında keçirilmiş «Yeni qlobal kontekstdə Azərbaycanda tərcümə, dilmanclıq və terminologiyanın gələcək perspektivləri»nə həsr olunmuş beynəlxalq konfransın nəticəsi kimi təşkil edilmişdir. Həmin konfransda kafedranın fəaliyyət proqramı kimi aşağıdakı istiqamətlər daxil edilmişdir:
- Hazırlıq
Azərbaycanda olan və yaxud xaricdən gələn ekspertlərin köməyindən istifadə etməklə müəllim və tələbələrin hazırlığını nəzərdə tutan kollokvium və konfranslar, eləcə də intensiv hazırlıq kursları təşkil etmək;
- Müəllim və tələbələrin, eləcə də bədii tərcüməçilərin mübadiləsini ön plana çəkən beynəlxalq və regional əməkdaşlıq şəbəkəsi yaratmaq;
- Vəsaitlərin
alınması
Biblioqrafik mənbələrin (kitablar, jurnallar) və informatik vasitələrin (proqram təminatı və sederomlar) alınması üçün illik plan tərtib etmək;
- Şəbəkəyə qoşulmaq, yerli və beynəlxalq təşkilatlarla əlaqəyə girmək;
- Tərcümə və terminologiya layihələri
hazırlamaq və onların həyata keçirilməsinə
rəhbərlik etmək;
- Yazılı tərcümə üzrə biblioqrafik məlumatların toplanması;
- Azərbaycan dilində yazılmış
ədəbi əsərlərin və eləcə də
dünya ədəbiyyatı nümunələrinin
Azərbaycan dilinə tərcümələrinin tam mətnlərindən
ibarət elektron məlumat bazasının yaradılması
və s.
Yarandığı
gündən başlayaraq kafedra bir sıra tədbirlərin
təşəbbüskarı və fəal
iştirakçısı olmuşdur. O cümlədən
14-15 aprel 2005-ci il tarixdə Bakıda «Tərcümə və
Transmilli Proseslər» mövzusunda keçirilmiş ikinci
beynəlxalq konfrans da məhz Azərbaycan Dillər
Universitetinin rəhbərliyinin YUNESKO kafedrası ilə
birgə təşəbbüsünün nəticəsi
olmuşdur.
İndiyədək kafedra yerli və regional səviyyəli bir sıra tədbirlərdə də fəal iştirak etmişdir. Onlara misal olaraq aşağıdakıları göstərmək olar: fransız yazıçısı A. de Sant-Eqzüperinin 100 illik yubileyi münasibətilə R. Behbudov adına Mahnı teatrında müəllifin «Balaca şahzadə» əsərinin fransızca səhnəyə qoyulması; ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə idiomlardan bəhs edən dərs vəsaitinin («Dama-dama göl olar», Bakı, «Təhsil» nəşriyyatı, 2002) hazırlanması və çapına texniki dəstək; tərcüməşünaslıq üzrə mövzuların müzakirəsinin təşkili: Kanadanın Ottava Universitetinin Tərcümə və Dilmanclıq İnstitutunun professoru Anni Brissenin mühazirə və seminarlarının təşkili (may-iyun 2002-ci il); bədii tərcümə məsələlərinin: məs; «Sabir Mustafanın tərcümə yaradıcılığının öyrənilməsi»; Şekspirin 5 faciəsinin Sabir Mustafa tərəfindən Azərbaycan dilinə tərcüməsinin latın qrafikasında elektron versiyasının yaradılması; İngilis dili üzrə tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri dos. Q. Bayramovun «Tərcümə və mədəniyyətlərarası münasibətlər» mövzusunda keçirdiyi seminar məşğələ (27 fevral 2004-cü il); YUNESKO kafedralarının Tbilisidə keçirilmiş regional konfransında iştirak (4-5 mart 2004-cü il); filologiya elmləri doktoru Ə. Zeynallının «Fransız dilindən Azərbaycan dilinə bədii tərcümənin çətinlikləri» mövzusunda keçirdiyi seminar məşğələ (21 aprel 2004-cü il); «Şifahi tərcümə üzrə ən yaxşı tələbə» müsabiqəsi (23 aprel 2004-cü il); dos. Ç. Qurbanlının «Alman-Azərbaycan frazeologiyasının transformasiya məsələləri» mövzusunda keçirdiyi seminar məşğələ (19 noyabr 2004-cü il); Tərcümə fakültəsinin tələbələri üçün «Aforizmlər və tərcümə» adlı dərs vəsaitinin çapa hazırlanmasına texniki dəstək (2004-cü il - 2005-ci ilin birinci yarısı); Qazaxıstan Milli Akademiyasının professoru A. Cunuspekin qazax dilində terminologiyanın inkişafına həsr olunmuş «İnformasiya texnologiyası sahəsində beynəlmiləl və milli terminologiya», «Türk dillərində fonetik terminologiyanın tərcümə problemləri» mövzularında keçirdiyi seminar məşğələ (11 aprel 2005-ci il); bədii tərcümənin keyfiyyətini yaxşılaşdırmaq və bu sahədə bütün səyləri əlaqələndirmək məqsədilə Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi və Koordinasiya Şurasının yaradılmasına həsr olunmuş dəyirmi masada iştirak (4 may 2005-ci il); eləcə də YUNESKO-nun İştirak Poqramı çərçivəsində Kanadanın York Universitetindən gəlmiş prof. Mari Kristin Obinin «Kompyuterlə tərcümə proqramları və korrikyulumun hazırlanması» üzrə keçirdiyi silsilə seminar məşğələlərinin təşkili (may 2006-ci il); «Tələbələrin Tərcümə Klubu» üzvlərinin hazırladıqları və ABŞ Dövlət Departamentinin ingilis dili üzrə əməkdaşı C. A. Solanın redaktə etdiyi «Qəzet materialı tərcümədə» adlı dərs vəsaitinin çapı (2005-2006-cı illər); təcrübəli yerli dilmancların Tərcümə fakültəsinin tələbə və müəllimləri ilə görüşü (3 may 2007-ci il); Tərcüməşünaslıq və Mədəniyyətlərarası Ünsiyyət üzrə YUNESKO kafedrasının potensialının gücləndirilməsinə həsr olunmuş layihə çərçivəsində dos. F. Abdullayevanın Tərcümə və Mədəniyyətlərarası Araşdırmalar üzrə Beynəlxalq Assosiasiyanın prezidenti prof. A. Brissenin rəsmi dəvətilə Ottava Universitetinə təkmilləşmə məqsədi daşıyan səfəri (26 avqust-27 sentyabr 2007-ci il) və s.
Kafedra ölkə üzrə aşağıdakı təşkilatlarla əməkdaşlıq edir:
- YUNESKO-nun Azərbaycan Üzrə Milli Komissiyası;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasında fəaliyyət göstərən İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzi;
- Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi;
- Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi («Xəzər» curnalı);
- Azərbaycan Yazıçılar Birliyinin «Dünya ədəbiyyatı» dərgisi;
- Xəzər Universitetinin Tərcümə Mərkəzi;
- Bakı Slavyan Universitetinin Tərcümə Məsələləri üzrə Elmi-tədqiqat Laboratoriyası;
- «KVALOY NETTVERK Tərcümə və Konsaltinq Xidmətləri» şirkəti;
Tərcümə və dilmanclıq sahəsində mütəxəssis hazırlığında maraqlı olan bir müəssisə kimi Azərbaycan Dillər Universitetində YUNESKO kafedrasının yaradılmasında böyük rolu olmuş prof. A. Brissenin səyləri sayəsində kafedra beynəlxalq miqyasda artıq Kanada ilə, xüsusilə də Ottava Universiteti ilə əlaqələr qurmuşdur. Bu iki universitet arasında bərqərar olmuş əməkdaşlığın Azərbaycanda dil və mədəni siyasət çərçivəsində müəyyən olunmuş prioritetlərə və yeni texnoloci və peşəkar xüsusiyyətlərə uyğun olaraq tərcüməçilərin, dilmancların və terminoloqların hazırlanmasında Azərbaycan Dillər Universitetinə kömək edəcəyi nəzərdə tutulur.
Kafedranın rəhbərləri:
2000-2001-ci illər –prof. Qorxmaz Quliyev, daha sonra dos. Natiq Yusifov
19 sentyabr 2001-ci ildən indiyədək – dos. Fialə Abdullayeva (e-mail: fiala_abdullayeva@yahoo.com)