1991-ci ildə fəaliyyətə başlayan və keçmiş SSRİ məkanında ilk özəl təhsil müəssisəi olan Xəzər Universiteti istər peşəkar tərcüməçilər yetişdirmək, istərsə də peşəkar tərcüməçilik sahəsində böyük işlər görür.
Universitetin
1996-cı ilin aprel ayında yaradılmış Lüğət və Ensiklopediya
Mərkəzi ölkənin aparıcı
dilçilik tədqiqatı mərkəzlərindən
biridir.
Universitetin
bu layihənin həyata keçirilməsində ayrıca rolu olan
Kitabxana-İnformasiya Mərkəzi tədris prosesinə və
elmi-tədqiqat işlərinə yardımçı olan ənənəvi
və elektron informasiya xidmətləri göstərir.
Kitabaxana-İnformasiya
Mərkəzinin çap məhsulları və elektron sənədləri
Azərbaycan, ingilis, rus, türk, ərəb, fars, alman, fransız,
çin və sair dillərdədir.
Kitabxana
fondunun 75 faizini ingilis dilində olan sənədlər təşkil
edir. Aparıcı qərb universitetlərinin tədris materialları,
eləcə də Universitetin öz nəşrləri, həmçinin
birdilli və çoxdilli ensiklopediyalar tələbələrin
istifadəsinə verilmişdir. Kitabxana fondu yeni nəşrlərlə
yanaşı, hədiyyə edilən və müxtəlif qrant
layihələri hesabına alınan nəşrlərlə daim
zənginləşdirlir.
Kitabxana-İnformasiya Mərkəzindən dünyanın
tanınmış tammətnli şəbəkələri
olan EBSCO,
ProQuest,
BioOne,
Cambridge
University
Press,
Oxford
Reference
Online
şəbəkələrinə giriş mümkündür.