AİDA İMANQULİYEVA
(1939-1993)
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş Aida İmanquliyeva Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Şərqşünaslıq fakültəsinin Ərəb bölməsini bitirdikdən sonra, təhsilini Moskvada davam etdirərək aspiranturanı başa vurmuşdur. Ərəb ədəbiyyatının tədqiqatçısı olan A. İmanquliyevanın ilk elmi məqaləsi olan «Mixail Nuaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı» məqaləsi «Azərbaycan» jurnalında (1964, ¹12) dərc olunmuşdur. A.İmanquliyeva M.Nuaymənin bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə etmişdir. Həmin tərcümə «Vostoçnıy almanax» jurnalında (1979, ¹8) oxuculara təqdim olunmuşdur. Eyni zamanda «Müasir ərəb yazıçısı Mixail Nuaymənin novellarındakı realizm haqqında», «M.Qorki və Ərəb Şərqi», «Ərəb yazıçılaırınn əsərlərində kapitalizmin ifşası», «Ərəb hekayələri», «Ərəb ədəbiyyatında qadın azadlığı problemi», «Assosiasiya mira i Mixail Nuayme» (M. 1975), «Cübran xəlil Cübran» (1975), «Qələmlər birliyi və Mixail Nuaymə» (2002), «Yeni ərəb ədəbiyyatının korifeyləri (2003) və s. kitabları nəşr olunmuşdur. A.İmanquliyevanın «İnsan və quş» (Ərəb hekayələri), «Ağ günlərin sorağında» (İraq ədəbiyyatından nümunələr) kitabları ərəb dilindən ana dilimizə tərcümə ədəbiyyatı fondumuzu zənginləşdirmişdir. Tədqiqatçı alim müasir ədəbiyyatın aktual problemləri, rus-ərəb ədəbi əlaqələri, Yaxın Şərq xalqları ədəbiyyatlarının tədqiqi və s. ilə bağlı xeyli elmi əsərlərin müəllifdir.