AYDIN ABDULLAYEV

(1946-1995)

 

1946-cı ildə Şuşada anadan olmuş, orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Misir və Yəmən ərəb respublikalarında tərcüməçi işləmiş (1997-1973), sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır (1974-1993).

Ədəbi yaradıcılığa 1966-cı ildə «Göyərçin» jurnalında dərc etdirdiyi «Təəccüblənmə, Elxan» adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən Aydın Abdullayev oxuculara «Nübar» (1980), «Dağlar o dağlar deyil» (1984), «Gərək belə olmayaydı» (1988) və b. kitablarını təqdim etmişdir.

Qısa bir ömür yolu keçmiş  yazıçı tərcümə sənəti ilə məşğul olmuş, Şərq ədəbiyyatının nümunələrini dilimizə tərcümə etmişdir. Onun tərcüməsində «Dünya uşaq ədəbiyyatı kitabxanası» seriyasından Qrim qardaşlarıının əsərləri, M.Steyqanın «Arxadan gələn addım səsləri» romanını, Pivovarovun «Üç minus və ya 5a sinfində əhvalat» povesti, Y.Kortakın «Kral birinci Mauqli», K.Sayanın «Taxta başmaqlar», Stendalın məşhur «Qırmızı və qara» romanı Azərbaycan oxucularına təqdim olunmuşdur.