ABİ AYDIN

(Aydın Müstəcəb oğlu Abiyev)

(1939)

 

Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsini bitirmişdir (1962). Türkiyənin milli hekayə və novella ustası Ömər Seyfəddinin həyat və yaradıcılığı ilə bağlı namizədlik dissertasiyası (1968), «XIX yüzilliyin ikinci yarısı – XX yüzilliyin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi» mövzusunda doktorluq dissertasiysı müdafiə etmişdir.

Azərbaycan yazıçılar Birlinin və Jurnalistlər Birliyinin üzvüdür.

«Oğuz Xaqan dastanı» (1992), «Bəktaşi lətifə və əhvalatları» (1992), «Azərbaycan türk şəxs adlarının izahlı lüğəti» (1998), «Tənzimat dövrü Türkiyə ədəbiyyatı» (2001), «Füzuli və Türkiyə poeziyası»(2002), «Ziya Göyalp» (2006) və s. kimi kitabları çap olunmuşdur.

Eyni zamanda tərcüməçiliklə də məşğul olan alim K.Kulakovun «İdman», Hayner Millerin «Dəmir xaç», Ömər Seyfəddinin «Rüşvət», «Qısqanclıq»,  «Bəktaşi lətifə və əhvaltaları» və s. əsərləri dilimizə çevirmişdir.