ŞƏFIQƏ AĞAYEVA
(1918-1983)
Azərbaycan uşaq ədəbiyyatının inkişafında xidmətləri olmuş Şəfiqə Ağayeva uzun illər «Azərbaycan qadını», «Gənc işçi» və «Azərbaycan pioneri» kimi mətbuat orqanlarında çalışmışdır. Şəfiqə Ağayeva uşaq və gənclərin mütaliəsi üçün etdiyi bədii tərcümə əsərlərinin müəllifi kimi də tanınmışdır. A.P.Çexovun «Hekayələri» (1951), «Vanka» (1977), M.Prilejayevanın «Dostlar səninlədi» (1951), K.Komarovskinin «Sənin yaşıdların» (1951), Y.Koşevayanın «Oğlum haqqında povest» (1951), A.Kononovun «Çapayev haqqında hekayələr» (1952), A.Avdeyenkonun «Tisa üzərində şəfəq» (1955), V.Ardamatskinin «Mən 11-17-yəm» (1958), H.Malovun «Ailəsiz» (1958), A.Vestlinin «Ata, ana, səkkiz uşaq və yük maşını» (1971) və əsərlər Ş.Ağayevanın tərcüməsində işıq üzü görmüşdür. Əsasən 60-70-ci illərin bədii əsərlərini rus dilindən ana dilimizə tərcümə etmiş Şəfiqə Ağayeva gənc oxucuların estetik tərbiyəsində mühüm rol oynamışdır.