XƏLİL RZA ULUTÜRK
(1932-1994)
Azərbaycanın Xalq şairi, filologiya elmləri doktoru, görkəmli ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi kimi geniş yaradıcılıq yolu keçmiş Xəlil Rza bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. Məlumdur ki, Xəlil Rza mental təfəkkür və idrak sahibi olmuşdur. Onun akademik Bəkir Nəbiyevin yazdığı kimi dünya xalqlarının poeziyasını əhatə edən «Qardaşlıq çələngi», «Yüz bağçadan bir güldəstə» toplusu geniş poetik xəritəyə malikdir. Azərbaycan oxucularına az tanış olan şairləri tanıtmaqla yanaşı, Xəlil Rza klassik poeziyanı Xəyyam, Hafiz kimi nəhənglərlə, alman şeirni böyük Heyne, fransız şeirni Bayron, Pol Eluar, Luir Araqon, yunan poeziyasını Tasos Lvaditslə təmsil edərək tərcümə əsərləri yaratmışdır. Dünya xalqlarının bir çox görkəmli sənətkarlarının əsərlərini dilimizə tərcümə etmişdir. «Hara gedir bu dünya». «Davam edir 37», «Türkün dünyası» və s. kimi dillər əzbəri olmuş poeziya nümunələri onun qələminin məhsuludur. A.Laptevin «Balacalar», İ.Selvinskinin «Babək», N.Gəncəvinin «Sirlər xəzinəsi», Musa Cəlilin «Moabit dəftəri», R.Rojdestvenskinin «Otuzuncu əsrə məktub» kimi orijinal mövzulara müraciət etmiş müəllifin, eyni zamanda, hindu, italyan, yunan poeziyasından tərcümələri də maraqlı yaradıcılıq nümunələridir.
«Maqsud Şeyxzadənin poeziyası və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri» adlı doktorluq dissertasiyası da şairin böyük yaradıcılıq uğurlarındandır.
Sinəsində alovlu bir vətəndaş ürəyi gəzdirən şair bütün yaradıcılığı boyu azərbaycançılıq, türkçülük, vətənpərvərlik, qəhrəmanlıq hisslərini tərənnüm etmişdir.